Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-424/2022 29.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), X11 və Əliyev Nural Turab oğlundan ibаrət tərkibdə, X17 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Gədəbəy rayonu, Zəhmətkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Zəhmətkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində yerləşən «Kartof anbarı»na nəzarət edən tanışı X8 tərəfindən köhnə taxtalar satıldığını öyrənib, oğlu Şahid1 qeyd olunan kənd ərazisində tikilmiş evin tavanının üstünə vurulması üçün həmin taxtaları almaq qərarına gələrək, bu məqsədlə 15 iyun 2022-ci il tarixdə səhər saat 10 radələrində oğlu Şahid1la birlikdə Məsim Pirverdiyevin olduğu anbara getmiş, sonuncu ilə köhnə taxtaları 300 manata, əlavə olaraq 3 ədəd taxta altlığı isə 10 manata almağa, həmçinin Məsim Pirverdiyevin araq alacağı təqdirdə ona qonaqlıq verməsi təklifi ilə razılaşmış, birlikdə yeyib-içərkən ilkin olaraq Məsim Pirverdiyevə 70 manat pul verib, yerdə qalan 240 manat pulu isə oğlu Şahid1 əməkhaqqını aldıqdan sonra verəcəyi barədə Məsim Pirverdiyevlə razılığa gəlmiş, köhnə taxtalarla 3 ədəd taxta altlığı anbarın həyətindən Gədəbəy rayonu, Zəhmətkənd kənd sakini Şahid4 idarə etdiyi “Qaz 54” markalı yük avtomobilinə Şahid1 və Şahid3 ilə birlikdə yükləyərək yola saldıqdan sonra Məsim Pirverdiyevlə tək qalıb əvvəlcə anbarın həyətində, daha sonra isə mətbəxində yeyib-içməyi davam etdirmiş, həmin vaxt mətbəxdə hər ikisi sərxoş halda olarkən Məsim Pirverdiyevin uşaq yaşlarında ona qarşı əxlaqsız hərəkətlər etməsi, yəni öz cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə salması barədə sözləri təkrar-təkrar deyərək, onunla zarafat etməsinə qəzəblənib saat 16 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sonuncu ilə qeyd olunan sözlərə görə şəxsi münasibətlərin pozulması zəminində aralarında əvvəlcə mətbəxdə yaranmış, daha sonra isə anbarın həyətində davam edən qarşılıqlı mübahisə və münaqişə zamanı Məsim Pirverdiyevin baş nahiyəsindən şüşə butulka ilə bir dəfə qəsdən vuraraq ona başın tüklü hissəsinin sağ gicgah-alın nahiyəsinin dəri altı qansızması kimi sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, sonra isə anbarın həyətində olan çardaqlı masanın üzərindən götürdüyü zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən döş qəfəsinə bir dəfə zərbə endirməklə ona döş qəfəsinin ön səthinin daxilə keçən, sağ 4-5 və 6-cı qabırğaları zədələyərək ürəyi deşib boşluğunda qurtaran həyat üçün təhlükəli olub kəskin qan itirməsi nəticəsində ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X4 uşaq yaşlarından tanımışdır. Məsimlə münasibəti həmişə yaxşı olmuş, heç vaxt aralarında düşmənçilik və ya ədavət olmamışdır. Məsim Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində «Likoil» yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən kartof anbarında gözətçi işləmişdir. O, oğlu Bəhruz üçün Gədəbəy rayonu, Zəhmətkənd kəndinin mərkəz hissəsində yerləşən özünə məxsus 10 sot torpaq sahəsində ev tikdirmişdir. Baş vermiş hadisədən bir neçə gün əvvəl Məsim Pirverdiyevlə telefonda danışarkən Məsim anbarda köhnə işlənmiş taxtaların olduğunu, almaq istəyib-istəmədiyini soruşmuşdur. Oğlu üçün tikdirdiyi evin tavanının üstünə köhnə taxta vurdurmaq istədiyindən həmin gün saat 9 -10 radələrində Məsimin gözətçi işlədiyi anbara gedib köhnə taxtalara baxmışdır. Məsim köhnə taxtalar üçün ondan 350 manat pul istəmiş, lakin o, həmin məbləğlə razılaşmamış, bu zaman Məsim qiyməti 300 manata endirmişdir. 15 iyun 2022-ci il tarixdə səhər saatlarında o, Məsimin mobil telefonuna zəng etmiş, arvadı Ceyran cavab vermiş və Məsimin telefonunun evdə qaldığını, özünün isə anbarda olduğunu bildirmişdir. Belə olduqda o, oğlu Bəhruzla birlikdə «VAZ 2105» markalı avtomobillə Məsimin işlədiyi anbara getmişlər. Həmin vaxt Məsim anbarda olmamış, Zəhmətkənd kəndinin mərkəzində olmuş və onlar çağırdıqları üçün anbara gəlmişdir. Məsimlə belə razılığa gəlmişlər ki, köhnə taxtalara 300 manat, 3 ədəd taxta altlığa isə 10 manat versin. Məsim də onunla razılaşmışdır. Taxtaların bir hissəsi bir-birinə mismarla bərkidilmiş halda olmuşdur. Məsim ona demişdir ki, “taxtalardakı mismarı sökməyə sizə köməklik edəcəm, bu şərtlə ki, mənə yemək alarsan”. O, da Məsimlə razılaşmışdır. Taxtalardakı mismarı sökməzdən əvvəl taxtaları daşımaq üçün kəndin mərkəzinə maşın axtarmağa getmişlər, lakin maşın tapa bilməmişlər. O, təklif etmişdir ki, artıq nahar vaxtı yaxınlaşır, yemək alıb gedib taxtaları söküb, yeməyi yesinlər. Bundan sonra o, yaxınlıqda yerləşən «Al marketə» daxil olub, oradan sosiska, xiyar-pomidor almış, yaxınlıqda yerləşən marketdən həmçinin araq və siqaret almışdır. Sonra o, Məsim və Bəhruz anbara qayıdıb taxtaları sökməyə başlamışlar. Taxtaları sökən vaxt Məsim başında ağrı olduğunu bildirib onun mobil telefonu ilə öz mobil nömrəsinə zəng edib arvadı Ceyranı yanına çağırmış, həmçinin yemək bişirməyə yağ da gətirməsini Ceyrana demişdir. Təxminən yarım saat sonra Ceyran anbara gəlmişdir. Onlar da Ceyran gələnə qədər Məsim və oğlu Bəhruz köməkləşib taxtalardakı mismarları sökmüş və taxtaları bir kənara yığmışlar. Bəhruz taxtanı sökdükdən sonra maşın tapmaq üçün çıxıb getmişdir. Bəhruz getdikdən az sonra Ceyran gəlmiş, təxminən 1 saat sonra isə çıxıb getmişdir. O, isə Məsimlə birlikdə yemək hazırlamışdır. Çörək olmadığı üçün oğlu Bəhruza zəng edib 2 ədəd zavod çörəyi alıb gətirməsini demişdir. Həm də Bəhruzu da yeməyə dəvət etmişdir. Az sonra Bəhruz gəlmiş və onlar həyətdəki “besedka”da oturub yemək yeməyə başlamışlar. Onlar yemək yeyən ərəfədə Məsim taxtanın pulunu istəmiş, cibindən 70 manat pul çıxarıb Məsimə vermişdir. Məsimlə belə razılaşmışdır ki, oğlu Bəhruz əməkhaqqını alanda 240 manat pulu da verəcək. Məsim də onlarla razılaşmışdır. Onlar yemək yeyib qurtarana yaxın Rəvan adlı şəxs idarə etdiyi «Qaz 53» markalı, dövlət nömrə nişanını bilmədiyi yük maşını ilə taxtaları yığmaq üçün gəlmişdir. Bəhruz araq içməmiş, o və Məsim arağı yarıyadək içmişlər. O, Bəhruz, Məsim və böyük qaynı Tofiqin oğlu Qəhrəman birlikdə taxtaları Rəvanın maşınına yükləmişlər. Rəvan getmiş, onlar taxtaları maşına yüklədikdən sonra Bəhruz Rəvanı çağırmış və hamısı çıxıb getmişlər. Orada o və Məsim qalmışlar. Çöldə “besedka”nın yanında dayanıb söhbət edəndə Məsim Pirverdiyev onunla zarafat etməyə başlamışdır. Belə ki, onun 12 yaşı, Məsimin də 13 yaşı olarkən, onlar birlikdə qoyun otarmaq üçün Göydərə adlanan örüş yerinə getdikləri vaxt orada bir-biriləri ilə cinsi əlaqədə olmağa cəhd etmişlər. O, Məsimə onlara bu cür danışmağın yaraşmadığını, həmin vaxt uşaq olduqlarını demişdir. Məsim ona demişdir ki, “arağımız hələ qalıb, gedək mətbəxdə pörtləmə var onu qızdırım, yeyib, arağımızı içək”. O, Məsimin sərxoş olduğunu və ağzının danışığını bilmədiyini görüb çıxıb getmək istədikdə Məsim ona imkan verməmişdir. O, getmək istədiyini dedikdə isə Məsim ona «daha söhbət qurtardı, gedək yeməyimizi yeyək» söyləmiş və o, etiraz etməmişdir. Onlar bu məqsədlə mətbəxə daxil olmuşlar. Məsim içərisində quzu ətindən pörtləmə olan qazanı qazın üzərinə qoymuş, yemək isindikdən sonra Məsim özü boşqab qoyub hər ikisinə yemək çəkmişdir. Onlar yemək yeyib araq içməyə davam etmişlər, qrafinkanın dibində lap az araq qalmış, hər ikisi bərk keflənib, sərxoş olmuşlar. Yemək yeyən zaman Məsim yenidən onunla zarafat eləməyə başlamış və bu zarafat sonda mübahisəyə səbəb olmuşdur. Belə ki, uşaq vaxtı Məsim onunla qeyri təbii yolla cinsi əlaqədə olduğunu, amma onun balaca olduğundan, ona heç nə eləyə bilmədiyini deyib, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Məsim bu sözləri təkrar-təkrar deyib onu təhqir etmişdir. Onlar mətbəxdə Məsimlə əlbəyaxa olmuş və bir-birilərinin yaxalarından tutub dartışa-dartışa mətbəxdən çölə, həyətə çıxmışlar. Məsim onu qollarından tutub dartışdırdığı üçün o, masanın üzərindəki şüşə materialdan araq qrafinkası ilə Məsimin başına bir dəfə vurmuşdur. Sonra isə o, mətbəxin qarşısında olan “besedkada”kı stolun üzərində olan bıçağı götürüb Məsimi bir dəfə vurmuşdur. Bərk sərxoş olduğundan Məsimi necə və harasından vurduğunu xatırlamamışdır. Bundan sonra o, anbarın darvazasından çıxıb Zəhmətkənd kəndinin mərkəzinə getmişdir. Orada Şahid5lə rastlaşmış və ona Məsimi bıçaqladığını demişdir. Bundan sonra baş verənləri xatırlamamışdır. Ayıldıqda isə Gədəbəy rayon polis şöbəsində olduğunu görmüşdür. Onu polis şöbəsinə kimin gətirdiyini də bilməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, aralarındakı mübahisənin baş verməsinə səbəb Məsim Pirverdiyevin onun ünvanına söylədiyi nalayiq ifadələr olmuş, o, mübahisənin olmamasına çalışsa da Məsim dəfələrlə onun ünvanına təhqiramiz ifadələr işlətmiş, məcbur olub ona bıçaqla xəsarət yetirmiş, məqsədi onu öldürmək olmasa da Məsim Pirverdiyev aldığı xəsarətdən ölmüşdür. Əlavə olaraq ifadəsində törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum X8 onun doğma atasıdır. Atası təxminən 2-3 il ərzində kəndlərində yerləşən yanacaqdoldurma məntəqəsinin arxasındakı Gəncə şəhər sakini Şahid9 məxsus kartof anbarında gözətçi işləyərək həyətə nəzarət etmiş, həmçinin həyətdə əkin işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmkəndlisi kimi tanımış, onunla və ailə üzvləri ilə heç bir düşmənçiliyi, ədavəti, qohumluğu olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində dülgər fəaliyyəti ilə məşğul olmaqla, günün əksər vaxtlarında spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olmuşdur. 14 iyun 2022-ci il tarixdə əmisi oğlu X12 ilə birlikdə Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində yerləşən evdə təmir işləri görərkən Röyal səhəri gün Bakı şəhərindən dostlarının gələcəyini və birlikdə onları gəzməyə aparmalarını bildirmişdir. 15 iyun 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxaraq Röyal Pirverdiyevlə görüşmək üçün kənd mərkəzinə getmişdir. O, Röyal Pirverdiyevlə görüşdükdən sonra Röyalın idarə etdiyi “Vaz- 21099” markalı avtomobil ilə qonaqları Gədəbəy rayonu, Qalakənd kəndi ərazisində yerləşən “Turş su” ailəvi istirahət mərkəzinə aparmışlar. Təxminən 2-3 saat ərzində orada olaraq qonaqları gəzdirib saat 14 radələrində kəndə qayıtmaq üçün yola çıxmışlar. Yolda gələrkən rayonun Düzyurd kəndi ərazisində avtomobil nasazladığı üçün həmin kəndin ərazisində yerləşən təmir sexinə gələrək avtomobili düzəltdirmişlər. Həmin vaxt əmisi oğlu Röyal Pirverdiyevin mobil telefonuna zəng gəldiyini və telefonla danışdığını görüb nə baş verdiyini soruşduqda Röyal Pirverdiyev həmkəndlisi Şahid5 zəng etdiyini desə də, nə barədə danışdığını deməmişdir. Daha sonra özü Şahid5 zəng etdikdə sonuncu ona atası Məsimin yaralandığını demişdir. Gədəbəy rayonu, Qaradağ kəndi ərazisində avtomobil yenidən nasazladığı üçün avtomobili yolun kənarında qoyaraq Röyal Pirverdiyevlə birlikdə taksi ilə yaşadığı kəndə, atasının işlədiyi anbara gəlmişdir. Anbarın darvazasından içəri daxil olduqda atasının həyətdəki çardağın qarşısında, yerdə uzanmış vəziyyətdə olduğunu görüb yaxınlaşdıqda atasının artıq öldüyünü görmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, mərhum atası Məsim Pirverdiyevin necə və hansı şəraitdə öldürülməsi barədə məlumatı sonradan həmkəndlilərindən öyrənmiş, atasının həmin gün anbarın həyətində Təqsirləndirilən şəxsla birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etdiyini, həmin vaxt ona məlum olmayan səbəbdən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla atasına xəsarət yetirməsi nəticəsində öldüyünü bilmişdir. Əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. X18 həm qohum, həm də qonşu kimi uşaq yaşlarından tanımışdır. Atası Təqsirləndirilən şəxs uzun müddət dülgərliklə, əsasən taxtadan qapı, pəncərə, son illərdə isə pilləkən hazırlamaqla məşğul olmuşdur. Dülgər olduğu üçün tez-tez taxta material almışdır. Hadisədən təxminən iki gün əvvəl X21 işlədiyi və gözətçisi olduğu kartof anbarında köhnə, işlənmiş taxtalar olduğunu və bu taxtaları atası Təqsirləndirilən şəxs sata biləcəyini bildirmişdir. 13 iyun 2022-ci il tarixdə atası Təqsirləndirilən şəxs X21lə görüşərək taxtaların qiyməti barədə razılığa gəlmişdir. Məsim Pirverdiyev həmin taxtaları 300 manata satmağa razılaşmış, həmçinin bununla yanaşı atası Təqsirləndirilən şəxs 300 manatdan əlavə Məsim Pirverdiyevə içki qonaqlığı verməyi də öz öhdəsinə götürmüşdür. Bu zaman içkini atası Təqsirləndirilən şəxs, yeməyi isə X21 almalı olmuşdur. Hadisənin baş verdiyi gün, yəni 15 iyun 2022-ci il tarixdə saat 10 radələrində atası Təqsirləndirilən şəxs gedərək Məsim Pirverdiyevin gözətçi olduğu anbarda olan və 300 manat müqabilində almağa razılaşdığı taxtaları gətirmələrini bildirmiş, bundan sonra o, oğlu Elcan və atası Təqsirləndirilən şəxs onun istifadəsində olan **-BX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2105” markalı avtomobil ilə Zəhmətkənd kəndinin mərkəzinə gəlmişlər. Evdən çıxaraq yanacaq almaq məqsədilə Zəhmətkənd kəndinin mərkəzindəki “LİKOİL” adlı yanacaqdoldurma məntəqəsinə gəlmiş, Məsim Pirverdiyevin işlədiyi və taxtaları götürəcəkləri kartof anbarı həmin yanacaq doldurma məntəqəsinin arxasında olmuşdur. Orada olarkən Məsim Pirverdiyevin də kənd mərkəzində olduğunu görmüş, səsləyərək çağırmış və Məsim Pirverdiyev gələrək onların avtomobilinə əyləşmişdir. Daha sonra birlikdə kartof anbarına gedib orada olan taxtalara baxmışlar. Sonra taxtaları daşımaq üçün yük avtomobili tapmaq məqsədi ilə Zəhmətkənd kəndinin mərkəzinə qayıtmışlar. Bu zaman oğlu Elcana, ehtiyac olmadığını, evə gedərək dərslərini oxumasını bildirmiş və onu evə yola salmışdır. Həmin vaxt atası Təqsirləndirilən şəxs və Məsim Pirverdiyev ayrı-ayrı mağazalara gedərək araq, sosiska, pomidor və xiyar almışlar. Atası Təqsirləndirilən şəxs xatırlamadığı dükana girərək həmin dükandan araq almış, Məsim Pirverdiyev isə xiyar, pomidor və sosiska almışdır. O, isə yük avtomobili axtarmış, lakin tapa bilməmişdir. Daha sonra o, atası Təqsirləndirilən şəxs və Məsim Pirverdiyev birlikdə kartof anbarına getmiş, üçü birlikdə taxtaları bir-birindən ayırmış və mismarları çıxarmışlar. Taxtaları tam ayırıb mismarlarnı çıxardıqdan sonra birlikdə kartof anbarının giriş hissəsində olan yaşayış otağının qarşısındakı “Besedka”ya gəlmişlər. O, bir daha yük avtomobili axtarmaq üçün Zəhmətkənd kəndinin mərkəzinə getmişdir. Anbarın dəmir darvazasından çıxaraq kənd tərəfə getdiyi zaman arxadan Məsim Pirverdiyevin arvadı Şahid2 gəldiyini eşidərək arxaya dönmüş salamlaşdıqdan sonra kənd mərkəzinə getmişdir. “LİKOİL” adlı yanacaqdoldurma məntəqəsinin yanında həmkəndlisi və qohumu Şahid4 “QAZ 54” markalı yük avtomobili ilə dayandığını görüb, ona yaxınlaşaraq bir qədər daşınmalı taxta olduğunu və həmin taxtaları daşımaqda kömək etməsini istəmişdir. Rəvan Yusifov isə stol aparmalı olduğunu və yarım saat sonra gələ biləcəyini dedikdə razılaşmış və Zəhmətkənd kəndinin mərkəzindəki çay evinə getmişdir. Həmin vaxt orada kənd camaatından tanıdığı bir neçə nəfərin damino oynadığını görüb onların oyununa baxaraq bir qədər çay içmiş və bu zaman atası Təqsirləndirilən şəxs zəng edərək yeməyin hazır olduğunu ona bildirmişdir. O, isə cavabında yemək istəmədiyini onu, gözləməyərək yeməyə başlamalarını bildirdikdə, atası çörək lazım olduğunu və iki ədəd çörək alaraq gəlməsini bildirmişdir. Bundan sonra iki ədəd çörək alaraq anbara geri qayıtmış, bu zaman anbarda atası Təqsirləndirilən şəxs, Məsim Pirverdiyev və Şahid2 olmuşlar. Atası Təqsirləndirilən şəxs və Məsim Pirverdiyev “Besedka”da oturmuş, Şahid2 isə məxbəxdə olmuşdur. O, “Besedka”da əyləşmiş və birlikdə pomidor sosiska qızartması yemişdir. Həmin vaxt atası Təqsirləndirilən şəxs və Məsim Pirverdiyev spirtli içki olan araq içmiş, ona da içki təklif etmiş lakin o, içməmişdir. Əhval ruhiyyələri yaxşı olmuş və deyib gülmüşlər. O, yemək yedikdən sonra yenidən yük avtomobili ilə maraqlanmaq üçün Zəhmətkənd kəndinin mərkəzinə qayıtmış, bu zaman Şahid4 “QAZ 54” markalı yük avtomobili ilə kənd mərkəzində dayandığını və yük boşaltdığını görmüş, Şahid4 yükün bir hissəsini boşaltdıqdan sonra yerdə qalan hissəsini başqa yerə boşaldaraq gələcəyini bildirmişdir. Şahid4 getdikdən sonra kənd mərkəzində dayısı oğlu Şahid3 görmüş və bir qədər taxta aldığını və həmin taxtaları yük avtomobilinə yükləmək üçün köməyə ehtiyacı olduğunu bildirdikdə, Şahid3 kömək etməyə razılaşmışdır. Kəndin mərkəzində dayısı oğlu Şahid3la birlikdə Şahid4 yük avtomobili ilə gəlməsini gözləmiş, təxminən 5-10 dəqiqə sonra sonuncu gəlmiş və onlar birlikdə anbara getmişlər. Təxminən saat 13 radələrində anbara daxil olmuş, bu zaman atası Təqsirləndirilən şəxs və Məsim Pirverdiyevin yeyibiçdiklərini görmüşdür. Taxtalar anbarın girişi ilə üzbəüz hissəsində olan çardağın sağ divarının qarşısında olmuşdur. Yük avtomobilini taxtaların olduğu yerdə saxlayan Şahid4 çayçıda olacağını və taxtaları yükləyib bitirdikdən sonra ona xəbər vermələrini bildirib getmişdir. Taxtaları o, dayısı oğlu Qəhrəman və Məsim Pirverdiyev birlikdə avtomobilə yükləmişlər. Taxtaları yüklədikləri zaman atası Təqsirləndirilən şəxs yanlarına bir dəfə gələrək, bir qədər söhbət etdikdən sonra «Besedka»ya geri qayıtmış və araq içməyə davam etmişdir. Onlar taxtaları yığıb bitirdikdən sonra «Besedka»ya getmiş və Şahid4 zəng edərək gəlməsini bildirmişdir. Daha sonra atası Təqsirləndirilən şəxs Məsim Pirverdiyevə verməli olduğu pulu yanında çıxararaq verməsini demiş, atası birazdan verəcəyini dedikdə etiraz etmiş və pulu yanında verməsini bildirmişdir. Daha sonra atası Təqsirləndirilən şəxs cibindən 70 manat pul çıxararaq Məsim Pirverdiyevə vermiş, bu zaman Məsim Pirverdiyev pulun geri qalanını soruşduqda o, bir həftəyə maaşını alacağını və həmin vaxt özü şəxsən geri qalan 240 manat pulu verəcəyini bildirmişdir. Məsim Pirverdiyev isə ona inandığını bildirərək atası Təqsirləndirilən şəxs verdiyi 70 manat pulu cibinə qoymuş və atası ilə birlikdə içməyə davam etmişlər. Saat 14 radələrində Şahid4 gəlmiş və onlar yük avtomobilinə əyləşərək oranı tərk etmişlər. Atası Təqsirləndirilən şəxs və Məsim Pirverdiyev isə orada qalaraq içməyə davam etmişlər. Taxtaları boşaltdıqdan sonra dayısı oğlu Şahid3la birlikdə Zəhmətkənd kəndinin mərkəzindəki çay evinə geri qayıtmış və domino oynamağa başlamışlar. Saat 15-16 radələrində Zəhmətkənd kənd tam ota məktəbinin idman müəllimi Şahid5 ona zəng edərək tez çölə çıxmasını bildirmiş, çölə çıxdığı zaman Şahid5 atası Təqsirləndirilən şəxs qolundan tutaraq avtomobilə tərəf gətirdiyini görmüşdür. Şahid5 ona “deyəsən yıxılıb, üstü başı qandı, apar atanı evə” demişdir. Atası Təqsirləndirilən şəxs isə “məni evə aparmayın, mən cinayət işləmişəm, adam öldürmüşəm, polislər gəlib məni aparacaq” demişdir. Bu zaman o, və Şahid5 Təqsirləndirilən şəxs çay evinin qabağında avtomobilin yanında qoyaraq qaça-qaça kartof anbarına getmişlər. Daha sonra həmkəndliləri Şahid8 anbara daxil olmuşdur. Anbara daxil olduqları zaman Məsim Pirverdiyevin meyitinin «Besedka»nın yanında üzü yuxarı istiqamətdə və qolları açıq şəkildə uzandığını görmüşlər. O, Məsim Pirverdiyevə yaxınlaşmış və əli ilə boğaz nahiyəsindən nəbzini yoxlamış, lakin nəbzi döyünməmişdir. Bu vaxt Məsim Pirverdiyevin sinəsinin qan olduğunu görərək paltarını bir az qaldırdığı zaman sinəsində yara olduğunu, ətinin çölə çıxdığını və az-az qan axdığını görmüşdür. Özünü itirərək qışqırmağa başlamış, Nail Musyevə tərəf dönərək polisə zəng etməsini və bu barədə məlumat verməsini bildirmişdir. Şahid5 isə ilk öncə təcili tibbi yardıma zəng edərək məlumat vermiş və daha sonra polisə zəng etmişdir. Onlardan təxminən 3-5 dəqiqə sonra dayısı X13 anbara gəlmiş və X15 oğlunun gəlib dava sala biləcəyini, bu səbəbdən də evə gedərək ailəsinin yanında olmasını bildirdikdə, dayısı ilə razılaşmış və evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mərhum X8 onun həyat yoldaşı olmuşdur. Məsim Pirverdiyev təxminən 2-3 il olar ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində yerləşən Cahangir adlı şəxsə məxsus kartof anbarında mühafizəçi kimi işləmişdir. 13 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun əri Məsim Pirverdiyevin işlədiyi kartof anbarına gəlmiş orada olan taxtalara baxmış və həmin taxtaların alqı-satqısı ilə bağlı aralarında razılığa gəlmişlər. 15 iyun 2022-ci il tarixdə səhər saat 07-08 radələrində mərhum əri Məsim Pirverdiyev anbara gedəcəyini bildirərək evdən çıxmış və bu zaman mobil telefonu evdə qalmışdır. Saat 11 radələrində mərhum əri Məsim Pirverdiyev həmkəndliləri Təqsirləndirilən şəxs telefonundan onda olan öz telefonuna zəng edərək başının ağrıdığını bildirmiş və yanına, kartof anbarına gəlməsini istəmişdir. Həmçinin gəldiyi zaman yemək bişirmək üçün bir qədər yağ da gətirməsini demişdir. Bundan sonra evdən çıxaraq Cahangir adlı şəxsə məxsus kartof anbarına getmiş, oraya çatdığı zaman anbarda mərhum əri Məsim Pirverdiyev və həmkəndliləri Təqsirləndirilən şəxs olmuşlar. X26 gətirdiyi yağı almış və yataq otağını təmizləməsini bildirmişdir. Daha sonra X27 Bayramov ilə birlikdə hamamtualet otağının qabağındakı qaz sobasında sosiska-pomidor qızartması bişirməyə başlamış, yeməyi bişirib qutardıqdan sonra həyətdə olan besedkadakı stolun üzərinə qoyaraq bir qədər yemişlər. Bu zaman Təqsirləndirilən şəxs araq içsə də, mərhum əri Məsim Pirverdiyev hələ spirtli içki içməmişdir. Daha sonra yük avtomobili gəlmiş və Məsim Pirverdiyev qalxaraq giriş darvazasını açmış, yük avtomobili ilə birlikdə Təqsirləndirilən şəxs oğlu Şahid1, qohumu Qəhrəman adlı şəxs və sürücü Rəvan adlı şəxs gəlmişdir. Onlar birlikdə taxtaların olduğu yerə getmiş, sürücü Rəvan yük avtomobilini taxtaların yanında saxladıqdan sonra iş bitdiyi zaman xəbər vermələrini bildirərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs, oğlu Şahid1, qohumları Qəhrəman adlı şəxs və əri Məsim Pirverdiyev birlikdə taxtaları yük avtomobilinə yükləməyə başlamış, yığıb qutardıqdan sonra anbarın giriş hissəsindəki yaşayış hissəsinə geri qayıtmış və həmin şəxslər əllərini yuyaraq stola əyləşmişlər. O, isə evə doğru getməyə başlamışdır. Getməzdən əvvəl mərhum əri Məsim Pirverdiyevə məxsus telefonu özünə vermişdir. Saat 15 radələrində oğlu Rövşən Pirverdiyev gəlininə zəng edərək əri Məsim Pirverdiyevin vəziyyətinin pis olduğunu demiş və bundan sonra sonuncunun vəfat etdiyini bilmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs əri Məsim Pirverdiyevi hansı səbəbdən öldürməsinin ona məlum olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Qarabulaq kənd sakinləri X8 və Təqsirləndirilən şəxs həmkəndli kimi tanımış, Təqsirləndirilən şəxs onun bibisi Baharın əridir, hər ikisi ilə münasibətləri normal olmuş, heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 15 iyun 2022-ci il tarixdə səhər saat 10 radələrində söhbət etmək üçün kənd mərkəzinə çıxmışdır. Kəndin mərkəzində həmkəndlisi Röyalın işlətdiyi çayxanaya daxil olduqda, həmkəndliləri Fərid, İlham, Yusif və Xəyalın birlikdə masa arxasında oturaraq kart oynadıqlarını, bibisi oğlu Şahid1 isə kənara stul qoyub həmin şəxslərin oyununa baxdığını görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra Şahid1 birlikdə çölə çıxmasını bildirdiyi üçün çayxananın qarşısına çıxmışlar. Bu zaman Şahid1 “işin yoxdursa anbardan taxta almışıq gedək ona kömək elə avtomobilə yığaq” demişdir. O, Şahid1 kömək edəcəyini dedikdən sonra yenidən çayxanaya qayıtmış və 10-15 dəqiqə sonra Şahid1 avtomobilin gəldiyini dedikdə həyətə çıxmışlar. Bu zaman həmkəndliləri Şahid4 idarə etdiyi “Qaz 53” markalı avtomobili ilə çayxananın qarşısında dayandığını görüb həmin avtomobilə oturmuşdur. Şahid4 isə kənarda bir qədər Şahid1la söhbər etdikdən sonra geri qayıdıb avtomobilini idarə etmiş, Şahid1 isə onların arxasınca öz avtomobili ilə Məsim Pirverdiyevin gözətçisi olduğu kartof anbarına gəlmişdir. Daha sonra o, avtomobildən düşüb Şahid1la birlikdə darvazanı açaraq Şahid4 kömək edib avtomobili anbarın həyətinə salmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs Məsim Pirverdiyevlə birlikdə anbarın həyətində olan çardağın altında yeyib-içdiklərini görmüşdür. Avtomobili həyətdə olan taxtaların yaxınlığına verdikdən sonra Şahid4 Şahid1 avtomobili yüklədikdən sonra zəng etməsini deyərək yaxınlıqdakı çayxanaya getdiyini bildirmişdir. O, isə Şahid1 və Məsim Pirverdiyevlə birlikdə taxtaları avtomobilə yükləmişdir. Şahid4 gec gəldiyi üçün Təqsirləndirilən şəxs və Məsim Pirverdiyev onu oturduqları masaya dəvət etmiş, o, Şahid1la birlikdə masa arxasında oturmuş, Məsim Pirverdiyev və Təqsirləndirilən şəxs ona da araq içməsini təklif etdikləri üçün onlara araq içmədiyini demişdir. Təxminən yarım saat sonra Şahid4 gəldiyi üçün masadan qalxmış və Şahid4 avtomobilini həyətə çıxardıqdan sonra o, avtomobilə oturaraq kənd mərkəzində siqaret almaq üçün avtomobildən düşmüşdür. Şahid1 isə onlardan qabaqda öz avtomobili ilə tikdirməkdə olduqları yeni evlərinə tərəf getmişdir. Anbardan çıxarkən Şahid1 atası Təqsirləndirilən şəxs da getmələrini bildirmiş, lakin sonuncu imtina edərək gəlməmişdir. Şahid1 kömək etmək üçün taxtaları apardığı evə getmişdir. Oraya çatdıqda Şahid1 Şahid4la birlikdə taxtaların bir qədərini boşaltdığını görüb kömək etmişdir. İşlərini qurtardıqdan sonra Şahid1 Şahid4 5 manat verib yola salmışdır. Daha sonra Şahid1la birlikdə avtomobilə oturaraq yenidən kənd mərkəzində yerləşən Röyalın işlətdiyi çayxanaya gəlmişlər. Çayxanaya daxil olaraq Bəhruz, Aqil və Məhərrəmlə birlikdə domino oynayarkən Bəhruza zəng gəlmiş və telefonla danışa-danışa “iki dəqiqəyə gəlirəm” deyərək çölə çıxmışdır. Onlar isə bir qədər Şahid1 gözləsələr də qayıtmadığını görüb oyunlarına davam etmişlər. Oyun bitdikdən sonra həyətə çıxdıqda həmkəndlilərinin kartof anbarı istiqamətində qaçıdıqlarını görüb nə baş verməsinə baxmaq üçün həmin istiqamətdə qaçmışdır. Həyətə daxil olduqda çardağın aşağı tərəfində Məsim Pirverdiyevin yerdə uzandığını, sinə hissəsinin qana bulaşmış olduğunu görmüş və həmkəndlilərindən Məsim Pirverdiyevin öldüyünü eşitmişdir. Daha sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmiş, Məsim Pirverdiyevin meyiti təcili tibbi yardım avtomobili ilə Gədəbəy şəhərində yerləşən xəstəxanaya aparılmışdır. Təqsirləndirilən şəxs Məsim Pirverdiyevi hansı səbəbdən öldürdüyü ona məlum olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, idarə etdiyi göy rəngli “Qaz-53” markalı avtomobil ilə yaşadığı kəndin ərazisində yük daşımaqla məşğul olur. Gədəbəy rayonu, Qarabulaq kənd sakinləri Təqsirləndirilən şəxs və X4 uzun müddətdir həmkəndli kimi tanımış, hər ikisi ilə normal münasibəti olmuş, düşmənçiliyi, ədavəti, qohumluğu olmamışdır. Məsim Pirverdiyev təxminən 2-3 il ərzində yaşadıqları kənddə yerləşən yanacaqdoldurma məntəqəsinin arxasındakı kartof anbarında gözətçi işləmişdir. 15 iyun 2022-ci il tarixdə səhər saatlarında həmkənlisi Təqsirləndirilən şəxs oğlu Şahid1 onu yolda görərək kənd ərazisindəki kartof anbarında paddonların olduğunu və avtomobili ilə həmin paddonları evələrinə aparmağı təklif etdikdə gözləməsini demişdir. Bir müddət sonra kəndin mərkəzində Şahid1la yenidən rastlaşmış və birlikdə Məsim Pirverdiyevin gözətçi işlədiyi anbara getmişlər. Avtomobili anbarın darvazasından içəri saldıqda Təqsirləndirilən şəxs və Məsim Pirverdiyevin həyətdəki çardaqda oturaraq yemək yediklərini görmüşdür. Həmin vaxt Məsim Pirverdiyev və Təqsirləndirilən şəxs onu da süfrəyə dəvət etsələr də o, avtomobili yüklədikdən sonra məlumat vermələrini deyib həmyaşıdları ilə oturmaq üçün kənd mərkəzindəki çayxanaya getmişdir. Təxminən 30 dəqiqə sonra Şahid1 zəng edərək avtomobili yüklədiklərini demiş və o, yenidən həmin yerə gəlib avtomobili idarə edərək Təqsirləndirilən şəxs həyətinə gəlmiş və Şahid1 gətirdiyi yükü boşaltdıqdan sonra 5 manat xidmət haqqı alıb yaşadığı evə getmişdir. Saat 15 radələrində piyada kənd mərkəzinə çıxmış, bu zaman kənd sakinlərinin bir yerə toplaşdığını görüb nə baş verdiyini soruşduqda anbarda Təqsirləndirilən şəxs və Məsim Pirverdiyevin bıçaqlaşdığını eşitmişdir. Daha sonra anbarın darvazasına tərəf getdikdə polis əməkdaşlarının ətrafda olduğunu görüb bir qədər gözləmiş və təsərrüfatlarında olan heyvanları yemləmək üçün yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs Məsim Pirverdiyevi hansı səbəbə öldürməsi barədə ona heç nə məlum olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2001-ci ilin sentyabr ayından hal-hazıradək Zəhmətkənd kənd tam orta məktəbində fiziki tərbiyyə müəllimi işləyir. Gədəbəy rayonu Zəhmətkənd kənd sakini X4 həmkəndli kimi tanımışdır. X10 kəndində fərdi əməklə, dülgərliklə və digər fiziki işlərlə məşğul olmuş, yaşadığı kənddə yerləşən kartof anbarında gözətçi işləmişdir. 15 iyun 2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar Gədəbəy rayonunda ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuş və heç bir yerə getməmişdir. Həmin gün saat 15 radələrində evə bazarlıq etmək üçün Zəhmətkənd kəndinin mərkəzinə tərəf piyada getmişdir. Kənd mərkəzində yerləşən marketin qarşısında olarkən saat 15:35 radələrində Təqsirləndirilən şəxs adlı həmkəndlisinin sərxoş vəziyyətdə mağaza ilə üzbəüz yolun digər tərəfində yerləşən kartof anbarı tərəfdən mağazaya tərəf gələrək yolu keçdiyini görmüşdür. Təqsirləndirilən şəxs yolu səndələyərək birtəhər keçmiş və gəlib mağazanın qarşısına çataraq onunla üzbəüz dayanmışdır. Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olmuş, kənd arasında çox vaxt içkili halda görünmüşdür. Lakin həm içkili, həm ayıq olduğu vaxtlarda Mahirin hər hansı şəxslə mübahisə etməsinin, kiminləsə dava etməsinin şahidi olmamış və bu barədə eşitməmişdir. Təqsirləndirilən şəxs sərxoş halda gördükdə yaxınlaşaraq qolundan tutmuş, bu vaxt sonuncunun üst-başının qana bulaşmış olduğunu görmüşdür. Kənd sakinlərinin Təqsirləndirilən şəxs üst başının qan içində olmasını, sərxoş olmasını görməmələri üçün sonuncunu avtomobilinə tərəf aparıb avtomobildə oturtmaq istəmiş, elə həmin vaxt Təqsirləndirilən şəxs oğlu Şahid1 zəng etmişdir. Şahid1 zəng edərək “Atan mağzanın qabağındadır, sərxoşdur, tez bura gəl” demişdir. Şahid1 kənd mərkəzindəki çayxanadan çıxaraq Təqsirləndirilən şəxs və onun olduğu yerə gəlmişdir. Şahid1 gəldikdən sonra onunla birlikdə Təqsirləndirilən şəxs qoluna girmişlər ki, əyləşdirmək məqsədilə avtomobilinə tərəf aparsınlar. Elə bu vaxt avtomobilə çatmağa 1-2 metr qalmış Təqsirləndirilən şəxs “Mən cinayət törətmişəm, öldürdüm” sözlərini demişdir. Bu anda Şahid1 atasının qolunu buraxaraq kartof anbarına tərəf qaçmış, o, isə nə baş verdiyini anlaya bilməmişdir. Həmin an Təqsirləndirilən şəxs avtomobilin yanında qoyaraq Şahid1 arxasınca getmişdir. Şahid1 kartof anbarına tərəf qaçmış, lakin o, xətəliyi ilə əlaqədar arxasınca qaça bilməmiş, iti addımlarla Şahid1 arxasınca yerimişdir. Şahid1la onun arasında təxminən 30-40 metr məsafə olmuş, sonuncu qaçaraq kartof anbarının həyətinə daxil olmuş, bu vaxt onun qışqırdığını eşitmişdir. Şahid1 25-30 saniyə sonra kartof anbarının girişindəki darvazaya çatmış, darvazadan içəri keçib nisbətən sola dönməklə Şahid1 dayandığı yerə getmişdir. Orada Şahid1 kiminsə meyitinin yanında qışqırmış, həmin vaxt meyitin yanına tərəf getmiş və həyətdə uzanan meyitin Məsim Pirverdiyev olduğunu görmüşdür. Meyitin başı nisbətən darvazaya tərəf, bir ayağı yarı bükülü, digər ayağı isə düz vəziyyətdə arxası üstə, sinəsi isə qana bulaşmış olmuşdur. Meyitə yaxınlaşıb diqqətlə nəzər yetirmişdir ki, görsün sağdır, yoxsa ölüb. Bu zaman Məsim Pirverdiyevin artıq öldüyünü gördükdə “103” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt çox həyəcanlı olmuş, təxminən saat 16 radələrində Vüqar adlı həmkəndlisi hadisə yerinə gəlmişdir. Şahid1 kartof anbarının həyətindən çıxdıqdan sonra heç yerə getməmiş, elə darvazanın ağzında dayanaraq ağlayıb qışqımağa davam etmişdir. Təqsirləndirilən şəxs avtomobilin yanında qoyub kartof anbarına gəldiyi üçün hadisə yerində olan zaman Təqsirləndirilən şəxs nə etdiyini, harada olduğunu, harasa gedib-getmədiyini bilməmişdir. Vüqar hadisə yerinə gəldikdən sonra Məsim Pirverdiyevin ya boynuna, ya da qoluna əlini vuraraq ölüb-ölmədiyini yoxlamış, o, Məsim Pirverdiyevin artıq öldüyünü, yoxlamağın heç bir fayda verməyəcəyini demişdir. Saat 16:20 radələrində hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlmiş, bundan sonra yavaş-yavaş həmin yerə kənd sakinləri də toplaşmağa başlamışlar. Bundan sonra hadisə yerinə hüquqmühafizə orqanı əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Qarabulaq kənd sakinləri Təqsirləndirilən şəxs və X4 uzun müddətdir həmkəndlisi kimi tanımış, hər ikisi ilə normal münasibəti olmuş, düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onun atasının doğma bibisi oğludur, Məsim Pirverdiyevlə heç bir qohumluğu olmamışdır. Məsim Pirverdiyev təxminən 2-3 il olar ki, kənddə yerləşən yanacaq doldurma məntəqəsinin arxasındakı anbarda gözətçi işləyirmiş. 15 iyun 2022-ci il tarixdə saat 14 radələrində evdən çıxıb kənd mərkəzinə gələrək taksi ilə qonşuluqda yerləşən Slavyanka kəndindəki aptekə dərman almağa getmişdir. Təxminən bir saat sonra işlərini qurtarıb yenidən taksi ilə yaşadığı kəndə qayıdıb kəndin mərkəzində taksidən düşmüş, 5-10 dəqiqə ərzində kənd mərkəzində dayandıqdan sonra Təqsirləndirilən şəxs oğlu Şahid1 kənd mərkəzindən yuxarı qalxan torpaq örtüklü yol ilə yuxarı istiqamətdə kartof anbarına tərəf qaçdığını, həmkəndlisi Şahid5 isə Bəhruzun arxasınca getdiyini görmüşdür. Həmin vaxt kənd sakinlərindən həmkəndlisi Mahirin üzəri qanlı vəziyyətdə kənd istiqamətində qaçdığını eşidib Bəhruzgilin arxasınca qaçmışdır. Bəhruz və Nailin onun həmkəndlisi Məsimin gözətçi işlədiyi anbarın qarşısında dayanaraq Bəhruzun ağladığını görüb darvazadan içəri baxdıqda Məsimin hərəkətsiz vəziyyətdə həyətdəki otların üzərində, yemək yedikləri çardağın sağ tərəfində olduğunu görmüşdür. Məsimin hələ ölmədiyini düşünərək yaxınlaşıb ətrafa toplaşan həmkənlilərinə su gətirmələrini demiş və Məsimin sağ əlindən tutub nəbzinə baxdıqda nəbzinin vurmadığını, gözlərinin çevrildiyini həmçinin əynində olan köynəyin ürək nahiyəsinin deşilərək köynəyin qana bulaşdlığını görüb Məsimin öldüyünü dəqiqləşdirmişdir. Daha sonra həmkəndlisi Şahid5 “103” xidmətinə zəng etməsini dedikdə sonuncu artıq “103” xidmətinə az əvvəl məlumat verdiyini demiş və bundan sonra darvazadan çölə çıxıb gözləmişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Daha sonra meyit avtomobilə qoyularaq Gədəbəy şəhərinə aparılmışdır. Mahirin Məsimi hansı səbəbə görə öldürdüyünü bilməmişdir. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri - Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində yerləşən Şahid9 məxsus anbarın həyətidir. Həmin anbar Gədəbəy-Şəmkir avtomobil yolunun Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisindən keçən 17-ci kilometrliyində yolun sol kənarında olan “Likoil” yanacaq doldurma məntəqəsinin arxa tərəfində yerləşir. Giriş darvazasından anbarın həyətyanı sahəsinə daxil olduqda solda yerləşən mətbəxin həyətə baxan aluminium materiallardan hazırlanmış pəncərəsinin qarşısında üzəri parça materialla örtülmüş, içərisində 1 ədəd masa və hər iki ətrafında skamyalar olan «Besedka» vardır. Giriş darvazasından 10,9 metr, mətbəxin giriş qapısından 2,25 metr, gözətçi otağının giriş qapısının qarşısındakı pilləkəndən 1,5 metr, beton zavodu ilə anbarın həyətyanı sahəsini ayıran divardan 7 metr məsafədə hər iki ayağı yarım aralı vəziyyətdə olmaqla gözətçi otağının giriş qapısına perpendikulyar, sol qolu «Besedka»nın oturacağına paralel, sağ əli bədənin sağ yan nahiyəsinə paralel, baş nahiyəsi isə anbarın həyətində olan “Aqromet Pioneer” markalı kartof qazan və yığan cihaz istiqamətində arxası üstə yerə uzanıqlı halda Gədəbəy rayonu, Qarabulaq kəndində qeydiyyatda olmaqla yaşamış X3 meyiti vardır. Meyitin əynində olan köynək və idman şalvarı qanabənzər ləkəyə bulaşmışdır. Köynəyin üzərində - sinə nahiyəsindən sol tərəfdə 2 sm məsafədə 5 x 2 sm ölçüdə kəsilmiş-deşilmiş zədə, həmin köynəyin sağ yarısında, ətək tikişindən 28 sm, sağ yan tikişdən 18 sm məsafədə 5 x 3 sm ölçüdə didilmiş zədə vardır. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gədəbəy rayon şöbəsi tərəfindən təqdim edilmiş “meyitin ekspertizası”na dair 15 iyun 2022-ci il tarixli 04 №-li rəyindən görünür ki, X1 meytinin bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin daxilə keçən, sağ 4-5 və 6-cı qabırğaları zədələyərək, ürəyi deşib boşluğunda qurtaran və kəsikin qan itirməyə səbəb olan deşilmişkəsilmiş yarası deşici-kəsici əşyanın, başın tüklü hissəsinin-sağ gicgah-alın nahiyyəsinin dəri altı qansızması isə küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 15 iyun 2022-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin ön səthinin daxilə keçən, sağ 4-5 və 6-cı qabırğaları zədələyərək, ürəyi deşib boşluğunda qurtaran və kəskin qan itirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə, başın dəri altı qansızması isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X15 döş qəfəsinin ön səthində aşkar edilmiş yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağı və bir qədər sağdan soladır. X15 ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 4-6 saat əvvəl müddətə baş vermişdir. Mərhumun ölümünə səbəb kəskin qan itirmə olmuşdur. Mərhumun ölümü aldığı xəsarətlərlə səbəbli əlaqəlidir. X15 meytinin bədəni üzərində aşkar edilmiş xəsarətlər həyatidirlər və mərhumun ölümündən az əvvəl yetirilmişdir. X15 meyitinin bədən səthində aşkar edilmiş xəsarətlərin (başın dərialtı qansızması, döş qəfəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası) xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətləri mərhumun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. X15 döş qəfəsinin ön səthinə vurulan zərbə güclü olmaqla, insan zərbəsi nəticəsində yarana bilməsi inkar edilmir. Mərhumun döş qəfəsinin ön səthində bir dəfə olamaqla bir zərbə vurulmuşdur. X15 paltarında və bədən səthində aşkar edilmiş qanabənzər maddənin axın istiqamətinə, yaranın xarakterinə əsasən mərhumun zərbə anında ayaq üstə olması ən çox ehtimal olunan vəziyyətdir. X15 meyitinin aşkar edilən yerdə hər hansı qanabənzər ləkələr aşkar edilmədiyindən, məruhumun meyitinin ilkin vəziyyətinin dəyişdirilməsi mümkündür. X15 meyitinin bədən səthində aşkar edilmiş xəsarətin ekspertizaya təqdim edilmiş bıçaq, eləcə də bu tip konstruksiyaya malik digər deşici-kəsici əşyaların təsirindən törəməsi inkar edilmir. X21 xəsarətlər yetirilmə anında qısa müddətli hərəkətlər etməsi, müəyyən səs çıxarması mümkün olsa da, aktiv hərəkətlər etmək iqtidarında olmamışdır. Mərhumun ölümü zərbə anından qısa bir müddət keçdikdən sonra baş vermişdir. X15 arxa keçəcək dəliyi nahiyyəsində hər hansı bir xəsarət aşkar edilməmişdir. X15 meytindən götürülmüş qanın məhkəmə-kimya müayinəsi zamanı etil spirti və ya hər hansı bir narkotik maddə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş “Məhkəmə-Tibbi Ekspertiza və X16” Publik Hüquqi şəxsinin Gədəbəy rayon şöbəsi tərəfindən təqdim edilmiş canlı şəxsin ekspertizasına dair 15 iyun 2022-ci il tarixli 258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sağ bazunun qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 15 iyun 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarəti onun özü-özünə yetirə bilməsi inandırıcı deyildir. Onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. Qeyd olunan xəsarəti Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə ala bilməsi inkar edilmir. Təqsirləndirilən şəxs arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X16” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş maddi sübutların ekspertizasına dair 21 iyul 2022-ci il tarixli 311-MTKŞ/2022 nömrəli rəyindən görünür ki, X5 məxsus köynəyin ön səthində yuxarıda aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun döş qəfəsinin ön səthində aşkar edilmiş bir ədəd eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Həmin xəsarət Məsim Pirverdiyevə məxsus qolsuz maykada öz əksini tapmamışdır, bu da maykanın tikilmə forması ilə bağlı ola bilərdi. Məsim Pirverdiyevə məxsus köynəyin ön səthində yuxarıda aşkar edilmiş bir ədəd cırılma xarakterli zədə onun bədənində öz əksini tapmamışdır, bu da tək köynəyin zədələnməsi ilə izah oluna bilərdi. Ekspertizaya təqdim edilmiş Məsim Pirverdiyevə məxsus paltarlar onun meyitinin baş nahiyəsini örtmədiyi üçün onun meyitinin başın tüklü hissəsinin sağ gicgah-alın nahiyəsinin dərialtı qansızması paltarlarda öz əksini tapmamışdır. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X16” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş “maddi sübutların ekspertizasına dair” 15 avqust 2022-ci il tarixli 387/2022-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A /İİ/-dir. X1 AB0 sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, 02 ədəd çubuqlu pambıq topası, qab (butılka), şüşə qırığı, daş parçası, mərhum X5 məxsus şalvar (idman tipli), qolsuz mayka, qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus qısaqol köynək, şalvar, tuman üzərində insan qan ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alınmışdır. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə (şəxslərə), o cümələdən mərhum X5 və ya eyni qruplu olan Təqsirləndirilən şəxs məxsus ola bilər(əgər sonuncuda qanaxma müşayiət olunan xəsarətlər olubsa və onun qanında müşayətçi H antiqeni vardırsa). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 3/861, 3/862, 3/863 №-li məhkəmə ballistik ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Bıçağın üzərində istehsal olunduğu yerə və vaxta dair hər-hansı bir işarə - yazı olmadığından müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş geyim əşyalarından X5 məxsus köynəyin və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən Məsim Pirverdiyevə məxsus köynəyin üzərində olan “a” zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də ola bilər. Təqdim edilmiş Məsim Pirverdiyevə məxsus köynəyin üzərində olan “b” zədəsi fiziki qüvvənin təsirindən yarana bilən cırılma, Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində olan zədə isə hər hansı bərk predmetlə kontakda olması, ilişməsi nəticəsində yarana bilən ilişib cırılma zədəsidir. Digər geyim əşyalarının üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 6/3486- 6/3487 №-li materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qısaqol köynəyin üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X5 məxsus olduğu qeyd edilən qısaqol köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, üzərinə “Tri Zlaka” sözü yazılmış, qapaq bağlanan hissəsi qırılmış halda olan 1,750 litr həcmli şüşə butulkada 2,5 ml həcmində olan maye orqanoleptik və fizikikimyəvi göstəricilərə əsasən su-spirt qarışığından ibarət olan spirttərkibli mayedir. İş materiallarına əlavə edilmiş 15 iyun 2022-ci il tarixli, 281 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonervoloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrikpsixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 417/141 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xasusiyyətlərə baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs fərdixüsusiyyətlərini nəzərə alaraq o, cinayət hadisəsinin baş verdiyi şəraiti (iş üçün əhəmiyyətli halları) düzgün qavraya bilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00.15-də CMin 120.1-ci maddəsilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 16 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanseri tərəfindən təqdim edilmiş 02 avqust 2022-ci il tarixli 1087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan epizodik istifadə edibdir. Narkotik vasitələrdən istifadə etmir. Narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və xroniki alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, aralarındakı mübahisənin baş verməsinə səbəb Məsim Pirverdiyevin onun ünvanına söylədiyi nalayiq ifadələr olmuş, o, mübahisənin olmamasına çalışsa da Məsim dəfələrlə onun ünvanına təhqiramiz ifadələr işlətmiş, məcbur olub ona bıçaqla xəsarət yetirmiş, məqsədi onu öldürmək olmamış, nəticədə də Məsim Pirverdiyev aldığı xəsarətdən ölmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməməsilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun təqsiri məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsilə, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “o, Gədəbəy rayonu, Zəhmətkənd kəndində arvadı Bahar, oğlu Bəhruz, gəlni İlhamə, nəvələri Elcan, Şəhanə və Eltunla birlikdə yaşayır. Gədəbəy rayonu, Zəhmətkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qarabulaq kənd sakini X4 uşaq yaşlarından tanıyır. Məsim Pirverdiyev ondan 1 yaş böyükdür. Məsimlə münasibəti həmişə yaxşı olmuşdur. Heç vaxt aralarında düşmənçilik və ya ədavət olmamışdır. Məsim Ceyran adlı qadınla evlidir, onların 1 qız və 1 oğlan övladı vardır. Məsimin oğlunun adı Rövşəndir, qızının isə adını bilmir. Məsimin evi onun evindən təxminən 1 kilometr aralıda yerləşir. Belə ki, onun evi kəndin aşağı tərəfində, Məsimin evi isə kəndin yuxarı tərəfində yerləşir. Məsimlə bir-birilərinin evinə gediş-gəlişi olmamışdır. Məsim onun qayınanası X6 doğma dayısı oğludur. Məsim onunla eyni məktəbdə, ondan 2 sinif yuxarı təhsil almışdır. Məsim Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində «Likoil» yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən kartof anbarında gözətçi işləmişdir. O, oğlu Bəhruz üçün Gədəbəy rayonu, Zəhmətkənd kəndinin mərkəz hissəsində yerləşən özünə məxsus 10 sot torpaq sahəsində ev tikdirir. 12 və ya 13 iyun 2022-ci il tarixdə səhər saat 08 radələrində istifadəsində olan mobil nömrəyə son 2 rəqəmi 18 olan tanımadığı mobil nömrədən zəng gəlmişdir. Lakin o, çatıb zəngi cavablandıra bilməmişdir. Belə olduqda o, özü həmin mobil nömrəyə zəng etmişdir. Zəngə cavab verən şəxs Məsim olmuşdur. Məsim Pirverdiyev «məndə anbarda köhnə işlənmiş taxta var alırsanmı» sualını verdikdə çıxıb baxacağını demişdir. Oğlu üçün tikdirdiyi evin tavanının üstünə köhnə taxta (çornıy pol) vurdurmaq istəyirmiş. Yəqin ki, Məsim onun köhnə taxta axtardığını kimdənsə öyrənib ona zəng etmişdir. Həmin gün saat 9 -10 radələrində Məsimin gözətçi işlədiyi anbara gedib köhnə taxtalara baxmışdır. Məsim köhnə taxtalar üçün ondan 350 manat pul istəmiş, lakin o, həmin məbləğlə razılaşmamış, bu zaman Məsim qiyməti 300 manata endirmişdir. Belə olduqda Məsimə demişdir ki, “300 manata razıyam, amma taxtadan əlavə mənə 5 ədəd «Padon», yəni üzərinə yük yığmaq üçün nəzərdə tutulan taxta altlıq verərsən”. Lakin Məsim onun təklifi ilə razılaşmamışdır. Belə olduqda o, Məsimdən köhnə taxta almaq fikrindən daşınmışdır. Evdə arvadı Baharla söhbət edib Məsimin köhnə taxtanı baha satdığını söyləmiş və evin tavanın üzərinə döşəmək üçün qarğı alacağını bildirmişdir. Çünki qarğı taxtadan daha ucuz olmuşdur. 15 iyun 2022-ci il tarixdə səhər saat 08 radələrində həyat yoldaşı Bahar ona demişdir ki, “evin tavanının üstünə döşəmək üçün get Məsimdən taxtaları al”. O, Məsimin mobil telefonuna zəng etmiş, arvadı Ceyran cavab vermiş və Məsimin telefonunun evdə qaldığını, özünün isə anbarda olduğunu bildirmişdir. Belə olduqda o, oğlu Bəhruzla birlikdə «VAZ 2105» markalı avtomobillə Məsimin işlədiyi anbara getmişlər. Həmin vaxt Məsim anbarda olmamış, Zəhmətkənd kəndinin mərkəzində olmuş və onlar çağırdıqları üçün anbara gəlmişdir. Onlar anbara gedəndə saat 10, ya da saat 10:30 radələri olmuşdur. Məsimlə belə razılığa gəlmişlər ki, köhnə taxtalara 300 manat, 3 ədəd «Padona», yəni taxta altlığa isə 10 manat versin. Məsim də onunla razılaşmışdır. Taxtalar anbarın həyətində yerləşən it damından bir qədər aşağıdakı, çardağın altında olmuşdur. Taxtaların bir hissəsi birbirinə mismarla bərkidilmiş halda olmuşdur. Məsim ona demişdir ki, “taxtalardakı mismarı sökməyə sizə köməklik edəcəm, bu şərtlə ki, mənə yemək alarsan”. O, da Məsimlə razılaşmışdır. Taxtalardakı mismarı sökməzdən əvvəl taxtaları daşımaq üçün hər üçü Zəhmətkənd kəndinin mərkəzinə maşın axtarmağa getmişlər. Lakin maşın tapa bilməmişlər. O, təklif etmişdir ki, artıq nahar vaxtı yaxınlaşır, yemək alıb gedib taxtaları söküb yeməyi yesinlər. Həmin tarixdə evdən çıxanda üzərində 105 manat pulu olmuşdur. Bundan sonra o, yaxınlıqda yerləşən «Al marketə» daxil olub, oradan 700 qram sosiska, 1 manatlıq isə xiyar-pomidor almışdır. Etdiyi bazarlıq 3 manat 60 qəpik tutmuşdur. Yaxınlıqda yerləşən «Zəhmət» adlı marketdən isə 1 ədəd 1,750 litrlik «Tri Zlaka» adlı araq və «Veqas» adlı siqaret almışdır. Araqla siqaretə isə 11 manat 70 qəpik vermişdir. Sonra o, Məsim və Bəhruz anbara qayıdıb taxtaları sökməyə başlamışlar. Taxtaları sökən vaxt Məsim başında ağrı olduğunu bildirib onun mobil telefonu ilə öz mobil nömrəsinə zəng edib arvadı Ceyranı yanına çağırmış, həmçinin yemək bişirməyə yağ da gətirməsini Ceyrana demişdir. Təxminən yarım saat, 40 dəqiqə sonra Ceyran anbara gəlmişdir. Onlar da Ceyran gələnə qədər Məsim və oğlu Bəhruz köməkləşib taxtalardakı mismarları sökmüş və taxtaları bir kənara yığmışlar. Bu vaxt saat təxminən 11 radələri olmuş və onlar yemək hazırlamağa getmişlər. Bəhruz taxtanı sökdükdən sonra maşın tapmaq üçün çıxıb getmişdir. Bəhruz getdikdən az sonra Ceyran gəlmiş, heç bir iş görməyib, təxminən 1 saat oralarda hərlənib çıxıb getmişdir. O, isə Məsimlə birlikdə yemək hazırlamışdır. Belə ki, o və Məsim tavada sosika ilə pomidoru qızartmışlar. Çörək olmadığı üçün oğlu Bəhruza zəng edib 2 ədəd zavod çörəyi alıb gətirməsini demişdir. Həm də Bəhruzu da yeməyə dəvət etmişdir. Az sonra Bəhruz gəlmiş və onlar həyətdəki besedkada oturub yemək yeməyə başlamışlar. O, kürəyi mətbəxin şüşəbəndinə sarı, Bəhruz və Məsim isə onunla qarşı-qarşıya oturmuşlar. Məsim onunla üzbəüz oturmuşdur. Onlar yemək yeyən ərəfədə Məsim taxtanın pulunu istəmişdir. O, cimbindən 70 manat pul çıxarıb Məsimə vermişdir. Məsimlə belə razılaşmışdır ki, oğlu Bəhruz əməkhaqqını alanda 240 manat pulu da verəcək. Məsim də onlarla razılaşmışdır. Onlar yemək yeyib qurtarana yaxın Rəvan adlı şəxs idarə etdiyi «Qaz 53» markalı, dövlət nömrə nişanını bilmədiyi yük maşını ilə taxtaları yığmaq üçün gəlmişdir. Bəhruz araq içməmiş, o və Məsim arağı yarıyadək içmişlər. O, Bəhruz, Məsim və böyük qayını Tofiqin oğlu Qəhrəman birlikdə taxtaları Rəvanın maşınına yükləmişlər. Rəvan demişdir ki, “mən gedirəm, yığıb qurtaranda zəng edin gəlim aparım”. Sonra Rəvan getmişdir. Onlar taxtaları maşına yüklədikdən sonra Bəhruz Rəvanı çağırmış və hamısı çıxıb getmişlər. Orada o və Məsim qalmışlar. Çöldə besedkanın yanında dayanıb söhbət edəndə Məsim Pirverdiyev onunla zarafat etməyə başlamışdır. Belə ki, onun 12 yaşı, Məsimin də 13 yaşı olarkən, onlar birlikdə qoyun otarmaq üçün Göydərə adlanan örüş yerinə getmiş, orada bir-biriləri ilə cinsi əlaqədə olmağa cəhd etmişlər. O, da, Məsim də sərxoş olmuşlar. Məsim ona demişdir ki, “səni petux elədiyim yadına düşürmü”. O, da Məsimə “Məsim yaraşmaz bu cür danışmaq, onda sən də, mən də uşaq idik, mən sənin arxana, sən də mənim arxama cinsiyyət orqanımızı eləcə sürtüşdürmüşdük” demişdir. Məsim ona demişdir ki, “arağımız hələ qalıb, gedək mətbəxdə pörtləmə var onu qızdırım yeyib arağımızı içək”. O, Məsimin sərxoş olduğunu və ağzının danışığını bilmədiyini görüb çıxıb getmək istədikdə Məsim ona “arağımız hələ qalıb, gedək mətbəxdə pörtləmə var onu qızdırım yeyib arağımızı içək» demişdir. O, getmək istədiyini dedikdə isə Məsim ona «daha söhbət qurtardı, gedək yeməyimizi yeyək» söyləmiş və o, etiraz etməmişdir. Onlar bu məqsədlə mətbəxə daxil olmuşlar. Məsim içərisində quzu ətindən pörtləmə olan qazanı qazın üzərinə qoydmuş, yemək isindikdən sonra Məsim özü boşqab qoyub hər ikisinə yemək çəkmişdir. Onlar yemək yeyib araq içməyə davam etmişlər, qrafinkanın dibində lap az araq qalmış, hər ikisi bərk keflənib, sərxoş olmuşlar. Yemək yeyən zaman Məsim yenidən onunla zarafat eləməyə başlamış və bu zarafat sonda mübahisəyə səbəb olmuşdur. Belə ki, Məsim ona “mən səndən böyük olduğuma görə səninlə anal yolla cinsi əlaqədə oldum, amma sən məndən balaca olduğundan, mənə heç nə eləyə bilmədin, mən səni petux eləmişəm” demşdir. Məsim bu sözü təkrar-təkrar deyib onu təhqir etməyə başladıqda Məsimə “petux özünsən” demişdir. Onlar mətbəxdə əlbəyaxa olmuş və birbirilərinin yaxasından tutub dartışa-dartışa mətbəxdən çölə, həyətə çıxmışlar. Məsim onu qollarından tutub dartışdırdığı üçün o, masanın üzərindəki şüşə materialdan araq qrafinkası ilə Məsimin başına bir dəfə vurmuşdur. Sonra isə o, mətbəxin qarşısında olan besedkadakı stolun üzərindən olan bıçağı götürüb Məsimi 1 dəfə vurmuşdur. Bərk sərxoş olduğundan Məsimi necə və harasından vurduğunu xatırlamır. Bundan sonra o, anbarın darvazasından çıxıb Zəhmətkənd kəndinin mərkəzinə getmişdir. Orada Şahid5lə rastlaşmış və ona Məsimi bıçaqladığını demişdir. Bundan sonra baş verənləri xatırlamır. Ayıldıqda isə Gədəbəy rayon polis şöbəsində olduğunu görmüşdür. Onu polis şöbəsinə kimin gətirdiyini də bilmir. Məsim Pirverdiyevə xəsarət yetirdiyi bıçaq iri bıçaq olmuşdur. Məsim həmin bıçaqla besedkada çörək doğramış və həmin bıçaq elə besedkadakı stolun üzərində qalmışdır. O, Məsimə xəsarət yetirən vaxt yanlarında heç kim olmamışdır.” Bundan başqa məhkəmə tibbi ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, X1 meytinin bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin daxilə keçən, sağ 4-5 və 6-cı qabırğaları zədələyərək, ürəyi deşib boşluğunda qurtaran və kəsikin qan itirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın, başın tüklü hissəsininsağ gicgah-alın nahiyyəsinin dəri altı qansızması isə küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 15 iyun 2022-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin ön səthinin daxilə keçən, sağ 4-5 və 6-cı qabırğaları zədələyərək, ürəyi deşib boşluğunda qurtaran və kəskin qan itirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə, başın dəri altı qansızması isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. X15 döş qəfəsinin ön səthində aşkar edilmiş yara kanalının istiqaməti öndən arxaya, yuxarıdan aşağı və bir qədər sağdan soladır. X15 ölümünə səbəb kəskin qan itirmə olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs bıçaqla Məsim Pirverdiyevə onun həyatı üçün mühüm olan orqanına sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilən xəsarət yetirməklə zərər yetirmişdir ki, bu da, Təqsirləndirilən şəxs niyyətinin onu öldürmək olduğunu təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi CM-in 120.1-ci maddəsilə olan əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gədəbəy rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş üzərinə «Tri Zlaka» sözü yazılmış qapaq bağlanan hissəsi qırılmış halda olan 1,750 litr tutumlu «Qrafinka» formalı 1 ədəd şüşə butulka, 1 ədəd şüşə qırığı, mətbəxdən götürülmüş 1 ədəd və çardaqlı masanın üzərindən götürülmüş 1 ədəd araq stəkanı (rumka), qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 2 ədəd nümunə, üzərində qanabənzər ləkə olan 1 ədəd daş parçası, içərisi boş halda 1 ədəd üzərinə «Vegas» sözü yazılmış 1 ədəd siqaret qutusu, üzərinə «BASS stainless stil» sözü yazılmış 1 ədəd bıçaq məhv edilməli, X3 əynində olan 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd göy rəngli yun idman şalvarı, yeri boz, üzərində göy, ağ və qara zolaqları olan yaxası düyməli 1 ədəd qısaqol köynək, 1 ədəd boz rəngli mayka zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli cızıqlı şalvar, yeri ağ, üzərində göy damaları olan yaxası düyməli 1 ədəd köynək, 1 ədəd boz rəngdə trusik yaxınlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş “KGTEL” markalı, qara rəngli 01 ədəd mobil telefon yaxınlarına qaytarılmalı, X3 əyindəki göy rəngli yun idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş 02 ədəd 20 (iyirmi) manatlıq, 06 ədəd 5 (beş) manatlıq, ümumilikdə 70 (yetmiş) manat məbləğində pulun zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 426 (dörd yüz iyirmi altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Gədəbəy rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş üzərinə «Tri Zlaka» sözü yazılmış qapaq bağlanan hissəsi qırılmış halda olan 1,750 litr tutumlu «Qrafinka» formalı 1 ədəd şüşə butulka, 1 ədəd şüşə qırığı, mətbəxdən götürülmüş 1 ədəd və çardaqlı masanın üzərindən götürülmüş 1 ədəd araq stəkanı (rumka), qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 2 ədəd nümunə, üzərində qanabənzər ləkə olan 1 ədəd daş parçası, içərisi boş halda 1 ədəd üzərinə «Vegas» sözü yazılmış 1 ədəd siqaret qutusu, üzərinə «BASS stainless stil» sözü yazılmış 1 ədəd bıçaq məhv edilsin, X3 əynində olan 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd göy rəngli yun idman şalvarı, yeri boz, üzərində göy, ağ və qara zolaqları olan yaxası düyməli 1 ədəd qısaqol köynək, 1 ədəd boz rəngli mayka zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli cızıqlı şalvar, yeri ağ, üzərində göy damaları olan yaxası düyməli 1 ədəd köynək, 1 ədəd boz rəngdə trusik yaxınlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş “KGTEL” markalı, qara rəngli 01 ədəd mobil telefon yaxınlarına qaytarılsın, X3 əyindəki göy rəngli yun idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş 02 ədəd 20 (iyirmi) manatlıq, 06 ədəd 5 (beş) manatlıq, ümumilikdə 70 (yetmiş) manat məbləğində pulun zərərçəkmiş şəxsin hüquqi varisi X7 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 426 (dörd yüz iyirmi altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-424/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-424/2022
29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver