Məhkəmə qərarları › İş №1(100)-425/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-425/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-425/2022 02.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Şəmkir rayonu, Çinarlı qəsəbə ərazi dairəsi, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hazırda 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə 0.837 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, onlardan kimyəvi tərkibinə görə eyni 0.288 qram və 0,216 qram, kimyəvi tərkibinə görə müxtəlif olan 0.333 qram bükümlərdə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsinin X15 Limanına yaxın olan hissəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibində gizlətmiş olduğu ümumilikdə bir ədəd polietilen kəsiyi bükümündə olmaqla hər biri ayrı-ayrı polietilen kəsiyi bükümlərində qablaşdırılmış və ayrı-ayrılıqda 0.333 qram, 0.288 qram, 0,216 qram, ümumilikdə isə təmiz çəkisi 0.837 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdar hesab edilən ümumi təmiz çəkisi 4.730 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək ağ rəngli polietilen sellofan torbada qablaşdırıb əynində olan gödəkçənin sağ yan cibində daşıyaraq saxlamış, 22 mart 2022-ci il tarixdə saat 14:50 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, 1 nömrəli binanın qabağında Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir bükümdə 4.730 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 06 yanvar 2022-ci il tarixdə dostu X6 rəhmətə getmiş anasının doğum günü olmuşdur. Buna görə də o, 06 yanvar 2022-ci il tarixdə yaşadığı Şəmkir rayonundan Gəncə şəhərinə gəlmişdir. O, Samir Sadiqovla bir yerdə Gəncə şəhərində İmamzadədə yerləşən qəbiristanlıqda Samirin anasının məzarını ziyarət etmiş, bundan sonra həmin gün axşam saatlarında Samir onu özünün idarə etdiyi “VAZ 2107” markalı avtomobili ilə Şəmkir rayonuna aparırmış. Onlar Gəncə şəhərindən Şəmkir rayonuna gedən yolda yerləşən X17 postunu keçən vaxt onları saxlayıb Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Gəncə şəhər Baş Polis İdarəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən özünə məxsus olan iki bükümdə ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və Gəncə şəhər prokuroru tərəfindən onun həbs olunması ilə əlaqədar təqdimat verilmədiyi üçün azad olunmuşdur. Ona elan edilmiş ittihamda həmin vaxt onun üzərindən üç bükümdə narkotik vasitə heroin aşkar olunduğu göstərilsə də, onun üzərindən üç büküm yox, iki bükümdə heroin aşkar edilmiş və həmin iki bükümdə olan heroin ona məxsus olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Şəmkir rayonu ərazisində tapmış və üzərində saxlamaqda da məqsədi narkotikdən asılılıqla bağlı ağrıları olduqda həmin narkotik vasitədən istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində dostu Samir Sadıqovun onu həkimə aparması üçün Samirin yaşadığı Gəncə şəhəri, DOS-102, 1 nömrəli yaşayış binasındakı evinə gəlmişdir. Onun bağırsaqlarında problemlər olduğu üçün lazer əməliyyatı olunmalı idi. Samir də ona həkim tanışı olduğunu bildirmişdir. O, Samirin yaşadığı evdə olan zaman Samir marketdən siqaret alması üçün küçəyə çıxmışdır. Samir evdən çıxdıqdan təxminən 15 dəqiqə sonra Samirin yaşadığı evin qapısı döyülmüşdür. Həmin vaxt Samirin evində olan arvadı qapıya yaxınlaşıb iki nəfər mülki geyimdə şəxslərin olduğunu bildirmişdir. O da ona qapını açmasını bildirmişdir. Samirin arvadı qapını açan vaxt Gəncə şəhər Baş Polis İdarəsinin adı yadında qalmadığı polis əməkdaşı evə daxil olub ona özü ilə bir yerdə polis idarəsinə gəlməyini demişdir. O da Samir Sadıqovun evindən çıxıb onunla bir yerdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində polis əməkdaşları ona bildirmişlər ki, 4.730 qram çəkidə narkotik vasitə olan heroinin ondan aşkar olunduğunu etiraf etməlidir. O, əvvəlcə razılaşmamışdır. Lakin sonradan ona demişlər ki, əgər razı olmasa onun evindən daha çox çəkidə narkotik vasitə aşkar olunacaq. O da bundan sonra razılıq vermişdir. Daha sonra polis əməkdaşları tərəfindən müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 4.730 qram çəkidə narkotik vasitə olan heroin ona məxsus deyil. Təqsirləndirilən Təqsirləndirilən şəxs daha sonra ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihama etirazını bildirərək göstərdi ki, o, heç vaxt, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və ya bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Heç kimə nakotik vasitə satmamış, belə bir məqsədi də olmamışdır. O, üzərindən aşkar edilmiş iki bükümdə həmin narkotik vasitəni ayrı-ayrı bükümlərdə tapmış, düşünmüşdür ki, hər dəfə narkotik vasitə istifadə etdikdə bir bükümdən açıb istifadə edər. İbtidai istintaq zamanı əməlinin düzgün qiymətləndirilməsi üçün müstəntiqə bu barədə dəfələrlə bildirməsinə baxmayaraq, ona verilən ittiham dəyişdirilməmişdir. Qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə əməlindən səmimi peşmandır və məhkəmədən onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin NMB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və gəzdirməsi barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Hava Limanı, Məhsəti qəsəbəsində olması barədə məlumat daxil olmuş, saat 21 radələrində BPİ-nin NMB-nin əməlliyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhəri, Hava Limanı, Məhsəti qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Mahir də etiraz etməyərək onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq, müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş predmet və ya əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd polietilenə bükülmüş 3 ədəd bükümlərin içərisində heroinə bənzər kütlə təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükülünün nə olması soruşulduqda Təqsirləndirilən şəxs heroin olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzi ilə çəkildikdən sonra həmin kütlə zərfdə qablaşdırılaraq imzaları ilə təsdiq olunmuşdur. Şahid Sərxan İsmayılov ifadəsində daha sonra göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin NMB-yə Təqsirləndirilən şəxs yenidən narkotik vasitə qəbul etməsi və gəzdirməsi barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri DOS-102, 1 nömrəli evin qarşısına gələcəyi barədə məlumat daxil olmuş, saat 14:50 radələrində BPİ-nin NMB-nin kiçik inspektoru Şahid3 ilə birlikdə Gəncə şəhəri DOS-102, 1 nömrəli evin qarşısına getmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Mahir də etiraz etməyərək onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gəlmişdir. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq, müdafiəçi ilə təmin edilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş predmet və ya əşya olub- olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs də əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilenə bükülmüş narkotik vasitə sayılan heroinə bənzər kütlə, həmin gödəkçənin sol yan cibində olan bir ədəd “Prima” markalı siqaret qutusunu və qış papağını, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd alışqanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin kütlənin haradan alması və hansı məqsədlə üzərində gəzdirməsi soruşulduqda o, həmin kütləni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerdən tapdığını, narkotik vasitədən asılılığı olduğundan üzərində daşıdığını və heç kimə vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş, çəkisi 6.11 qram olmuşdur. Daha sonra zərfdə qablaşdırılaraq imzaları ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona hər hansı təzyiq göstərilməmiş və ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Həmçinin bildirir ki, Təqsirləndirilən şəxs Samir Sadıqovun evindən yox, Gəncə şəhəri DOS-102, 1 nömrəli evin qarşısından Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Şahid Sərxan İsmayılov ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs həm birinci dəfə, həm də ikinci dəfə saxlanmamışdan əvvəl barəsində daxil olmuş əməliyyat məlumatlarının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və gəzdirməsi barədə olmuşdur, həmçinin həmin şəxsi narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək şahid X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, əvvəllər cəzaçəkmə müəssisəsində olarkən onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonradan Təqsirləndirilən şəxslə münasibətlərini davam etdirmişlər. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonundan onun mərhum anasının doğum günü ilə əlaqədar qəbir üstünə getmək üçün Gəncə şəhərində onun yaşadığı evə gəlmişdir. Onlar birlikdə onun idarə etdiyi avtomobillə İmamzadə Kompleksinə gedib orada anasının məzarını ziyarət etmişlər, daha sonra isə yaşadığı evə qayıtmışlar. Bundan sonra Mahirlə evdə oturub çörək yemişlər və birlikdə vaxt keçirtdikdən sonra axşam saatlarında Mahiri yaşadığı evə qayıtmaq üçün birlikdə evdən çıxmışlar və Məhsəti qəsəbəsində polis əməkdaşları yaxınlaşaraq onları qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda şübhəli olduğu üçün özləri ilə xidməti avtomobillə Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Gəncə şəhər Baş Polis İdarəsində onu və Mahiri ayrı-ayrı otaqlara keçirtmişlər və bir qədər sonra hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axarış aparılmış, lakin üzərində narkotik vasitə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu üçün saxlayıblar və o da onunla birlikdə olduğu üçün ondan da şübhələnmişlər, lakin üzərində narkotik vasitə olmamışdır. Şahid Samir Sadıqov ifadəsində daha sonra göstərmişdir ki, 22 mart 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs onun evinə gəlmişdi. Həmin tarixdə o, mağazaya getmək üçün evdən çıxdıqdan sonra, üzərindən narkotik vasitə aşkar olunduğuna görə polis əməkdaşları tərəfindən tutulmuşdur. O, tutulduqdan təxminən 30-40 dəqiqə sonra polis əməkdaşları Mahiri tutmuşlar. O, evdən çıxarkən qayınanası və oğlu da evdə olmuşdur. O, eşitdiyinə görə Mahiri onun evindən tutmuşlar. Lakin o, Mahirin tutulmasını görməmiş, çünki o, artıq həmin vaxt polis əməkdaşları tərəfindən tutulmuşdu. Təqsirləndirilən şəxs narkotikdən istifadə edir. Onun Mahirlə narkotikdən birgə istifadə etdiyi vaxtlar olub. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun X21un dostudur. X5 hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. X21 22 mart 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularkən o, evdə olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onların evində saxlanılmamışdır. O, Təqsirləndirilən şəxs harada tutulduğunu bilmir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə: 82). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə: 9). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolundan və xx.xx.2022-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirildikdən sonra Gəncə şəhər BPİ-nin inzibati binasında video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibində bir ədəd polietilinə bükülmüş, üç ədəd bükümlərin içərisində narkotik vasitə olan heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddə olan heroini özü istifadə etməsi üçün saxladığını bildirir. Bundan sonra həmin narkotik maddə olan heroin elektron tərəzidə çəkilir, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir (cild 1, iş vərəqə: 105-106, 197). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolundan və xx.xx.2022-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasında video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd siqaret qutusu, qış papağı, alışqan və əynində olan gödəkçənin sağ yan cibində bir ədəd şəffaf rəngli polietilenə bükülü halda narkotik vasitə olan heroin aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddə olan heroini heç kimə vermədiyini bildirir. Sonra həmin narkotik maddə olan heroin elektron tərəzidə çəkilir, qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir (cild 1, iş vərəqə: 29-30, 196). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı «Azercell» nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğularla əlaqədar olaraq "xxxx" MMC-dən daxil olmuş 1 ədəd «CD» diskə baxış keçirilmiş və baxış zamanı CD diskdə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.208-210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 16/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş …..” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə olan sellofan bükümdə və 2 (iki) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,333 qram, 0,288 qram, 0,216 qram, ümumi təmiz çəkisi 0,837 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sarı rəngli sellofan bükümlərdəki təmiz çəkiləri 0,288 qram, 0,216 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olub, 2 (iki) ədəd iç-içə sellofan bükümdəki, təmiz çəkisi 0,333 qram olan heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni deyildir. -Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir (cild 1, iş vərəqə: 133-136). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 23 mart 2022-ci il tarixli, 16/329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…..” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4.730 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir (cild 1, iş vərəqə: 36-38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2022-ci il tarixli, 16/550 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş …..” yazı və imzalar olan iki ədəd kağız paketlərdəki 3 (üç) ədəd (1-3№-li ob) və 1 (bir) ədəd (4№-li ob), cəmi 4 (dörd) ədəd büküm heroinlərdən 2,3,4№-li obyektlər kimyəvi tərkiblərinə görə eyni olub, 1№-li obyektlə kimyəvi tərkiblərinə görə eyni deyildirlər (cild 1, iş vərəqə: 245- 245). İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2022-ci il tarixli, 977 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə: 243). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini özü qəbul etmək məqsədilə üzərində gəzdirmiş, lakin həmin narkotik maddəni haradan əldə etməsini, həmin narkotik vasitəni digər şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə: 170). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4.730 qram narkotik vasitə olan heroini özü qəbul etmək məqsədilə üzərində saxlamış, lakin həmin narkotik maddəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun konkret kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqə: 178). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4, 29, 120.2.11, 170.3, 181.3.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü dəyişdirilərək, Cinayət Məcəlləsinin 29.120.2.11-ci maddəsi və əmlakı müsadirə olunması hökmdən xaric edilib, daha sonra isə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə: 74). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri, 4.480 qram, 0.233 qram, 0.188 qram və 0.116 qram olan narkotik vasitə heroinlər maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə saxlanca verilmiş, həmçinin 5 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilmiş və həmin faktla bağlı hazırki cinayət işindən başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə: 289-300). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 99). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 yanvar 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər Baş Polis İdarəsinin X8 azad edilmişdir (cild 1, iş vərəqə: 166). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 22 mart 2022ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə: 26). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 mart 2022-ci l tarixli, 4(044)-41/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etməninin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə: 62-66). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbayvan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müddətsiz ikinci qrup əlildir (cinayət işinin materialları). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması nə şahid ifadələri, nə digər sübutlarla, nə də onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkilləri X7, Şahid1 və kiçik inspektoru Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər, onlar həmçinin ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs barəsində ilkin olaraq daxil olan əməliyyat məlumatının məzmunu onun narkotik vasitələri qəbul etməsi və gəzdirməsi barədə olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan 06 yanvar 2022-ci il tarixli və 22 mart 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktublarından da görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmiş, həmin izahat və ifadələrində də ondan aşkar edilmiş heroin narkotik vasitəsini özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni ifadəni məhkəmə istintaqı zamanı bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə götürülən heroin narkotik vasitəsinin kütləsi 0.837 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar kimi, xx.xx.2022-ci il tarixdə götürülən heroin narkotik vasitəsinin kütləsi isə 4.730 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs ikinci dəfə götürülən heroin narkotik vasitəsinin kütləsinin 4.730 qram olmaqla külli miqdar kimi qəbul edilməsi və ya ondan birinci dəfə istifadə etməsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda üzərində olan narkotik vasitə aşkar edildikdən üç ay sonra üzərindən yenidən narkotik vasitənin aşkar edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həm birinci dəfə, həm də ikinci dəfə Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilərkən nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı «Azercell» nömrəsindən daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğularla əlaqədar "xxxx" MMC-dən daxil olmuş 1 ədəd «CD» diskdə olan məlumatlarda da Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, şübhəli şəxs kimi dindirilərkən üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda olan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmiş, bundan sonra o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və təqsirləndirilən şəxs kimi də dindirilərkən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş, daha sonra ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırıqları ilə Təqsirləndirilən şəxs kiməsə narkotik vasitəni satmasının və ya əvəzsiz verməsinin müəyyən edilmədiyi məlum olmuş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsi ilə bağlı zənglər və mesaj mətnlərinə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlarda da onun satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmiş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etdiyi və heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur. Sonradan 22 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 4.730 qram narkotik vasitə heroin aşkar edilməsi ilə əlaqədar olaraq, o, yenə də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş, bundan sonra baxmayaraq ki, yenə də onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olsa da, həmin epizodla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə onun barəsində cinayət işi başlanmış, yenə də hər dəfə dindirilərkən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işləri bir icraatda birləşdirildikdən sonra heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs təkrar satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin üç bükümdə olması, həmçinin onun üzərindən bir neçə ay sonra təkrarən narkotik vasitə aşkar edilməsi əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitə olan heroindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən yalnız təkrarən heroin narkotik vasitəsinin aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən hər iki epizod üzrə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitələri qəbul etməsi və gəzdirməsi barədə olduğu, daha sonrakı əməliyyatlar nəticəsində də onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun üzərindən aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələrinin mənasına görə narkotik vasitələr yalnız təkrar, satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin külli miqdar təşkil etməsi, həmin narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşlarının ondan aşkar edilmiş 4.730 qram narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş “Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış material” məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materiallardan görünür ki, Təqsirləndirilən şəxs şikayəti əsasında Gəncə şəhər Prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs hər hansı psixi və ya fiziki təsir edilməsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı onun üzərindən üç bükümdə deyil, iki bükümdə heroin aşkar edilməsi, həmçinin xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş 4.730 qram heroinin ona məxsus olmaması, habelə onun Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşları tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, 1 nömrəli binanın qabağında deyil, həmin ünvanda yerləşən dostu X6 mənzilində saxlanılmasına dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək və ya cəzasını yüngülləşdirmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərində olan üç bükümdə heroini təqdim etdiyini göstərmiş (cild 1, iş vərəqə: 125), həmçinin sonradan xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində də dindirilərkən üzərindən üç bükümdə narkotik vasitənin aşkar olunduğunu etiraf etmişdir (cild 1, iş vərəqə: 159-162). Eyni zamanda xx.xx.2022-ci il tarixdə də üzərində şəxsi axtarış keçirildikdən sonra müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən aşkar edilmiş heroinin ona məxsus olmadığını bildirməmiş və həmin heroini istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş (cild 1, iş vərəqə: 31), sonra təqsirləndirilən şəxs kimi dindirilərkən də həmin ifadəsini təsdiq etmiş (cild 1, iş vərəqə: 53-54), həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata məhkəmədə baxılarkən də üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması barədə bildirməmişdir (cild 1, iş vərəqə: 62-66). Təqsirləndirilən şəxs yalnız Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edildikdən sonra verdiyi ifadəsində ondan üç bükümdə deyil, iki bükümdə narkotik vasitə aşkar olunduğunu, həmçinin üzərindən aşkar olunmuş 4.730 qram heroinin ona məxsus olmadığını bildirmişdir (cild 1, iş vərəqə: 273-275). Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlandığı və həbsdə deyil, azadlıqda olduğu ərəfədə bu barədə bildirməməsi, sonradan barəsində olan cinayət işinin Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3-cü maddələri ilə davam etdirildiyi və həbsə olduğu ərəfədə üzərindən üç bükümdə deyil, iki bükümdə narkotik vasitənin aşkar edilməsini göstərməsi və 4.730 qram heroinin ona məxsus olmadığını bildirməsi inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Eyni zamanda cinayət işinin materiallarından da görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, DOS-102, 1 nömrəli binanın qabağında deyil, həmin ünvanda yerləşən dostu X6 mənzilində saxlanılmasına dair ifadəsində göstərdikləri də məhkəmə baxışı zamanı tədqiq edilmiş obyektiv sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 Musayevin onun evində saxlanılmasını görmədiyini, eşitdiyini bildirmişdir. İşin hallarından görünür ki, X16 Musayevin harada saxlanılmasını görməsi ümumiyyətlə mümkün deyil, çünki Təqsirləndirilən şəxs saxlanılarkən Samir Sadıqov artıq bundan əvvəl saxlanılmış və orada olmamışdır, bundan başqa həmin vaxt X6 evində olmuş oğlu Şahid5 məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onların evində saxlanılmamışdır. Qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini bir daha təsdiq edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin hallar cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4, 29, 120.2.11, 170.3, 181.3.3, 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü dəyişdirilərək, Cinayət Məcəlləsinin 29.120.2.11-ci maddəsi və əmlakı müsadirə olunması hökmdən xaric edilməsi, daha sonra isə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkum olunduğu həmin cinayət əməli Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə müvafiq olaraq cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər hesab olunduğundan və onun xx.xx.2021-ci il tarixdə cəzasının çəkilməmiş qalan 08 ay 28 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu vaxtdan səkkiz il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu 08 ay 28 gün cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Təqsirləndirilən şəxs ikinci qrup əlil olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Cinayətlərin təkrar törədilməsi və əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin onun cəzasını yüngülləşdirən halın olmasına baxmayaraq, onun şəxsiyyətini və cəzasını ağırlaşdıran bütün halları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddində, residivə və hökmlərin məcmusuna görə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, onun barəsində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini və hazırki hökm üzrə təyin ediləcək cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin qismən birləşdirilməklə ona qəti cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 22 mart 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ikinci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməməli, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4.480 qram, 0.233 qram, 0.188 qram və 0.116 qram olan narkotik vasitə heroinlər məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 91,20 (doxsan bir manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə təyin edilmiş 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 28 günündən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 ay 28 gün hissəsi hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 3 (üç) il 3 (ay) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 22 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4.480 qram, 0.233 qram, 0.188 qram və 0.116 qram olan narkotik vasitə heroinlər məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 91,20 (doxsan bir manat iyirmi qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar