Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-425/2025 18.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2004-cü il tarixdə Bərdə rayonu, Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə saat 23:30 radələrində ofisiant işlədiyi X2 məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Nur” çay evində, ünvan 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü, həmin zaman orta dərəcəli sərxoş vəziyyətdə müştəri qismində olan Zərərçəkmiş şəxs iş vaxtı bitdiyi üçün onun çay evini bağlamasına etdiyi narazılığa görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib, onu divanın üzərinə yıxaraq boğmağa başlamış, Elmiri onun üzərindən qaldırdıqdan sonra sonuncu söyüşlərinə davam etmiş və çay evinin qarşısına çıxarkən Təqsirləndirilən şəxs ailə üzvlərinə nəlayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs arxasınca qaçıb həmin çay evinin qarşısında, üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı səyahət bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa nahiyyəsinə 1 (bir) dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığına, döş qəfəsinin sol arxa divarınmdan sol plevra boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, sol tərəfli pnevmotoraks ilə nəticələnən törənmə anında insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, epilepsiya xəstəsidir, tez-tez tutmaları olur və hazırda yaşlı anasının himayəsindədir. O, çay evində ofisiant işləyən zaman Zərərçəkmiş şəxs oraya müştəri kimi gəlmiş, çay evinin bağlanmaq saatı 12 olduğu üçün o, bununla bağlı Zərərçəkmiş şəxs xəbərdarlıq etmişdir. Daha sonra aralarında söz-söhbət olmuş, Elmir çölə çıxan zaman oda arxasınca gedərək Zərərçəkmiş şəxs vurmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o həmin zaman içkili olmamış, zərərçəkmiş şəxsi vurması isə kiminsə göstərişi olmamışdır. Həmçinin həmin zaman zərərçəkmiş şəxs içkili olmuş və kriminal aləmə aid mahnı sifariş edən zaman sifarişi rədd etdikləri üçün ona söymüş və onu itələyib yerə yıxmışdır. Zərərçəkmiş şəxs onu söyərək divanın üstünə yıxmış və boğmağa davam etmişdir. Daha sonra Şahid zərərçəkmiş şəxsi həmin yerdən çölə çıxartmış, lakin Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətməyə davam etmişdir. Təqsirləndirilən şəxs çay evinin tək işçisi olmuş, zərərçəkmiş şəxsi bel nahiyəsindən vurduğu bıçağı isə işdə lazım olduğu üçün iş zamanı üzərində gəzdirmişdir. O, Zərərçəkmiş şəxs vurduqdan sonra işlədiyi çay evinə geri qayıtmışdır. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və epilepsiya xəstəsi olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin gün çay evinə gedərək pivə içmiş, lakin çay evinin işçiləri ona gec olduğu üçün oranı bağlayacaqlarını bildirmişlər. Həmin zaman Təqsirləndirilən şəxslə aralarında söz-söhbət olmuş və ona qarşı nalayiq ifadə işlətmişdir. O, Elşənin tutulmağını istəmədiyini bildirmişdir. Oradan çıxdıqdan sonra Elşən arxadan gələrək onu vurmuş, o bunu həmin zaman hiss etməmiş evə çatan zaman bilmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə zaman içkili olmuşdur, Elşənə əsəbiləşdiyi üçün nalayiq ifadə işlətmişdir. Həmçinin həmin zaman tək olmuş, Təqsirləndirilən şəxs onu çay evindən çıxan zaman vurmuşdur. O, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, O, çay evinin işçisi olmuş, zərərçəkəmiş şəxs nalayiq ifadə işlətmiş və mahnı sifariş vermişdir. Həmin mahnıya orada icazə verilmədiyi üçün o etiraz etmiş, lakin həmin zaman mübahisə yaranmışdır. Daha sonra isə zərərçəkmiş şəxs oradan çıxarılmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs gecə saat 12 radələrində çay evinə gələrək pivə içmiş, çay evi saat 12-də bağlandığı üçün zərərçəkmiş şəxsə xəbərdarlıq edilmişdir. Həmin zaman o əsəbilə.miş və həm ona, həm də Təqsirləndirilən şəxs qarşı nalayiq ifadə işlətmişdir. Həmçinin Zərərçəkmiş şəxs çölə çıxarıldıqdan sonra Təqsirləndirilən şəxs onun arxasınca getmiş, lakin o Elşənin Elmiri vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs daha sonra çay evinə geri qayıtmış və onunla birgə həmin məkanı bağlayaraq evə getmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 08 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 10 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermnə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 31 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq bölməsinə gəldiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 noyabr 2024cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Nur” çay evinə və onun qarşısına keçirilmişdir. Baxış zamanı sübut əhəmiyyətli heç bir predmet və əşya aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 noyabr 2024cü il tarixdə götürmə aparılması haqqında protokol tərtib edilmiş, həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 1 ədəd bıçaq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, 09 noyabr 2024-cü il tarixdə əşyanın götürülməsi haqqında protokol tərtib edilmiş, Bərdə Mərkəzi Rayon X1 xadimə işləyən X3 bir ədəd qara rəngli maykanı və bir ədəd boz rəngli köynəyi təqdim edərək Zərərçəkmiş şəxs yaralı vəziyyətdə xəstəxanaya gətirilərkən həmin paltarın Zərərçəkmiş şəxs əynində olduğunu, Zərərçəkmiş şəxs cərrahiyyə əməliyyatı olunması üçün paltarlarını soyundurduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq 20 yanvar 2025-ci il tarixli, 1022 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin sol arxa divarınından sol plevra boşluğuna keçən kəsilmiş- deşilmiş yarası, sol tərəfli pnevmotoraks deşici-kəsici alət ola bilsin bıçaq təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 mart 2025-ci il tarixli, 72-MTKŞ/2025 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində bir ədəd, maykanın arxa səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində bir ədəd, maykanın arxa səthində bir ədəd deşilmiş- kəsilmiş zədələrin xətti ölçülərinə görə iz tərədən alətin (bıçağın) eni daxil olma səviyyəsində 1,7 sm-ə qədər ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsuli ilə hazrılanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 mart 2025-ci il tarixli, 123/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O(İldir. (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka və köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrupu göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. “H” antigeni 0 (1) qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07 mart 2025-ci il tarixli 155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən Epilepsiya, Qıcolma Tutmaları ilə XBT (psixi və davranış pozunutlarının beynəlxalq təsnifatı- 10-cu baxış) F07.0 xəstəlik keçirməsinə baxmayaraq həmin xəstəlik mülayim ifadəli olması səbəbindən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs keçirdiyi Epilepsiya, Qıcolma Tutmaları ilə XBT (psixi və davranış pozunutlarının beynəlxalq təsnifatı- 10-cu baxış) F07.0 xəstəliyi mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onda ekspertiza zamanı əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki 06 noyabr 2024-cü il tarixdə saat 23:30 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində baş vermiş hadisə zamanı ətrafa kənar şəxslər gəlməmiş, hadisənin əvvəlində “Nur” çay evi adlanan çayxananın içərisində müştərilər olmuş, lakin həmin müştərilərin kimlərin olması müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşdiyindən hadisə baş vermişdir. Həmin şəxslər arasında heç bir ədavət və düşmənçilik olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 dekabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd boz rəngli pulover, bir ədəd tünd boz rəngli köynək və bir ədəd məişət təyinatlı, qatlanan tipli cib bıçağı maddi sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, zərərçəkmiş şəxslə barışması və ona vurduğu ziyanı tam formada ödəməsi, eləcə də Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar olması müəyyən olunmuşdur. Eləcə də, Təqsirləndirilən şəxs epilepsiya xəstəliyi ilə əlaqədar ona 61-80 % bədən orqanizminin funksiyalarının itirməsi, anasının himayəsində olması, yaşadığı ərazidə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs haqlı tələbinə vecsiz yanaşan, öz üstünlüyünü nümayiş etdirmək istəyən zərərçəkmiş onu təhqir edərək, divanın üzərinə yıxmış və boğmağa davam etmişdir, məhz kənar şəxslərin onları aralamasından sonra Elşəni buraxmışdır. Belə olan halda isə zərərçəkmiş Zərərçəkmiş şəxs çay evini tərk edərkən yenidən Təqsirləndirilən şəxs və onun ailə üzvlərini nəlayiq ifadələrlə təhqir etmiş, nəticədə Təqsirləndirilən şəxs sonuncuya bıçaqla bir dəfə xəsarət yetirmiş, daha sonra isə onunla barışıq əldə etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ciddi məhrumiyyətlərə düçar etməklə öz ailəsini ağır vəziyyətə sala bilər, habelə ailəsinin rifahına, həmçinin məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə ər-arvad münasibətində olmasını, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 165 (yüz altmış beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) ədəd boz rəngli köynək sahibinə qaytarılmalı qəbul etmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 165 (yüz altmış beş) manat onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 (bir) ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) ədəd boz rəngli köynək sahibinə qaytarılsın qəbul etmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-425/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-425/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver