Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-427/2022 11.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1969-cu ildə Bərdə rayonu, Qarayusifli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkib yetişdirmişdir. Belə ki, o, 2022-ci ilin may ayında Bərdə rayonu, Mehdili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən külli miqdarda, yəni 113 (bir yüz on üç) ədəd ümumi təmiz çəkisi 6200 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 11 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Mehdili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş 113 (bir yüz on üç) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2-3 ildir ki, hərdən narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin may ayında yaşadığı kənd ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar etmişdir. Həmin çətənə kollarını istifadə etdikdən sonra toxumlarını özündə saxlamışdır. Sonra həmin toxumları yaşadığı Bərdə rayonu, Mehdili kəndində yerləşən evinin həyətyanı sahəsində əkib-becərməyə başlamışdır. Həmin kolların toxumlarını evinin həyətyanı sahəsində yerləşən torpaq sahəsinə əkdikdən sonra, onlara su verməklə yetişdirmişdir. 11 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində yaşadığı evin giriş darvazasının qarşısında siqaret çəkən zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün qəbul edilmiş qərarı təqdim etmiş və ondan baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuşlar. Bu zaman o, evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Evə mütəxəssisin iştirakı ilə baxış keçirilən zaman ona çətənə kolları əkibbecərməsi ilə bağlı suallar verilmişdir. O, yaşadığı evin həyətyanı sahəsinə keçib əkdiyi çətənə kollarını polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları və mütəxəssisin iştirakı ilə həmin sahəyə baxış keçirilərkən mütəxəssis aşkar edilmiş çətənə kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş çətənə kolları sayılmış və qablaşdırılaraq götürülmüşdür. Onun evinin həyətyanı sahəsindən 113 ədəd çətənə kolları aşkar edilsə də, həmin kolların hamısını o, əkməmişdir. Belə ki, o, aşkar edilmiş həmin çətənə kollarının yalnız 20 ədədini özü əkib, qulluq etmişdir. Qalan çətənə kolları isə yabanı şəkildə təbii olaraq özü bitmişdir. Daha sonra polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən saxlanması qanunla qadağan edilən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətli hissələri ilə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi izahat və ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən əkdiyi çətənə kollarını polis əməkdaşlarına göstərmiş, aşkar edilmiş çətənə kollarının sayının 113 ədəd olması müəyyən edilmişdir, həmin 113 ədəd çətənə bitkilərini özü əkmiş və qulluq etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsinin digər hissəsi məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə eyni olmuşdur (iş vərəqə: cild İ, səh.40, 51-52, 65-67). Təqsirləndirilən şəxs həmin ifadələrində aşkar edilmiş həmin kolların hansısa hissəsini özünün əkmədiyini və yabanı halda bitdiyini ümumiyyətlə bildirməmişdir. Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili işləyir. 11 iyun 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu, Mehdili kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Həmin gün saat 16 radələrində Bərdə rayon polis şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili Şahid2, həmin bölmənin əməliyyat müvəkkili Orxan Məmmədzadə, X2 baş inspektoru Şahid4, Post-patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 və Təhqiqat Bölməsinin təhqiqatçısı Pərvin Səfərli ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Mehdili kəndində yerləşən ünvana yollanmışlar. Baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom da dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış və evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də baxış keçirilməli olduğu izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik tərkibli bitkilər əkibbecərdiyini səmimi şəkildə etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazı olmaması barədə ərizə yazmışdır. Sonra polis əməkdaşları və aqronomla birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına mişar daşlarından tikilmiş birmərtəbəli evi göstərərək həmin evin özünə məxsus olduğunu, evdən sağ tərəfdə yerləşən sahədə narkotik tərkibli bitkilər əkib-becərdiyini söyləmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kolları göstərərək onları təxminən 1 ay əvvəl əkdiyini qeyd etmişdir. Sonra aqronom bitkilərə baxış keçirib hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra kollar nömrələnmiş, gövdələrindən çıxarılmış və sayılaraq 113 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılıb götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında iştirak etmək üçün müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və X5 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində X2 baş inspektoru işləyir. 11 iyun 2022-ci il tarixdə polis şöbəsinə Bərdə rayonu, Mehdili kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 16 radələrində Bərdə rayon polis şöbəsinin Cinayət Axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid2, həmin bölmənin əməliyyat müvəkkili Orxan Məmmədzadə, X3 əməliyyat müvəkkili Şahid1, Post-patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 və Təhqiqat Bölməsinin təhqiqatçısı Pərvin Səfərli ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Mehdili kəndində yerləşən ünvana yollanmışlar. Baxış keçirilməsində iştirak edərək rəy bildirməsi üçün mütəxəssis qismində aqronom da dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmış və evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də həyətyanı sahəyə baxış keçirilməli olduğu izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik tərkibli bitkilər əkib-becərdiyini səmimi şəkildə etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazı olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs ərizə yazıb imzamaqla buna heç bir etirazının olmadığını demişdir. Sonra polis əməkdaşları və aqronomla birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına mişar daşlarından tikilmiş birmərtəbəli evi göstərərək həmin evin özünə məxsus olduğunu, evdən sağ tərəfdə yerləşən sahədə narkotik tərkibli bitkilər əkib-becərdiyini söyləmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kolları göstərərək onları təxminən 1 ay əvvəl əkdiyini qeyd etmişdir. Sonra aqronom bitkilərə baxış keçirib hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Kollar nömrələnmiş, gövdələrindən tutub çıxarılmış və sayılaraq 113 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılıb götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılmışdır. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun və adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 Hafis oğlu məhkəmədə şahid kimi dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzində aparıcı aqronom işləyir. 11 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Mehdili kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində baxış keçirilməsində aqronom kimi iştirak etmək üçün dəvət etmişlər. Həmin gün saat 16 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Mehdili kəndində yerləşən ünvana yollanmışdır. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmışdır. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazıb vermişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına həyətyanı sahənin sağ tərəfini göstərərək orada təxminən 1 ay əvvəl narkotik tərkibli bitkilər əkib-becərdiyini və qulluq etdiyini demişdir. O, bitkilərə baxış keçirmiş və həmin bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq edildiyini müəyyən etmişdir. Daha sonra həmin kollar polis əməkdaşları tərəfindən nömrələnmiş, bir-bir gövdələrindən çıxarılmış və sayılaraq 113 ədəd olduqları müəyyən edilmişdir. Kollar sayıldıqdan sonra ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılıb götürülmüşdür. Sonda isə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında 23 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Mehdili kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman 113 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.11-15, 80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 12 iyun 2022-ci il tаriхli, 16/666 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş.......” yazıları və imzalar olan kisələrdəki, ümumi sayı 113 (yüz on üç) ədəd, ümumi çəkisi 6200 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: cild İ, səh.46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 1382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Nаrkоmаniya xəstəliyindən əzаb çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.138). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzinin aparıcı aqronomu Şahid6 11 iyun 2022-ci il tarixli rəyindən görünür ki, Bərdə rayonu, Mehdili kəndində yaşamış Təqsirləndirilən şəxs aşkar edilmiş 113 ədəd çətənə kollarına baxış keçirilən zaman bitkilərin hər birinə ayrıayrılıqda aqrotexniki qaydada qulluq olunduğu və becərildiyi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.16). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş ümumi çəkisi 6194,35 qram olan (ekspertiza tədqiqatına sərf olunmuş çəkisi nəzərə alınmaqla) 113 ədəd narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınaraq Bərdə Rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş, həmçinin baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.144-152). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.27-28). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.100-102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və cinayət işinin materiallarına əlavə edilmiş hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra Salyan Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli qərarı ilə 20 may 2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır (iş vərəqə: cild İ, səh.115-123). Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 sentyabr 2022-ci il tarixli, 184 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mehdili kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.136-137). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahı ilə müəyyən edilir ki, çətənə növlü bitkilər 16 ədəddən (aşağı həddi daxil olmaqla) yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi və aşkar edilib götürülmüş kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə, yəni əkərək yetişdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində evinin həyətyanı sahəsindən aşkar edilmiş 113 ədəd çətənə kollarının hamısını onun əkmədiyi, həmin çətənə kollarının yalnız 20 ədədini özü əkib, qulluq etməsini, qalan çətənə kollarının isə yabanı şəkildə təbii olaraq bitməsinə dair vermiş olduğu ifadəsində göstərdiklərini onun daha ağır cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintantaqın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahatından, şübhəli şəxs qismində dindirilməsi protokolundan, sonradan isə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, özünü elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək evinin həyətyanı sahəsində kolların toxumlarını əkdiyini, bundan sonra onlara su verməklə yetişdirdiyini və baxış zamanı da aşkar edilmiş çətənə kollarının sayının 113 ədəd olmasını bildirmişdir və həmin kollarının hansısa hissəsini özünün əkmədiyini ümumiyyətlə bildirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun həyətyanı sahəsinə baxış keçirilərkən iştirak etmiş aqronomun (mütəxəssisin) həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiq etməsinə dair ifadəsi və cinayət işinin materiallarında olan rəyi ilə təkzib edilmiş, bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi həmin hallar onun özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı isə etirafedici ifadələri, şahidlərin ifadələri, “Baxış keçirilməsi haqqında” protokollar, maddi sübut, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsi ilə nəzərdə tutulmuş müddəalara əsasən ödənilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 11 iyun 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 sentyabr 2022-ci il tarixli, 1382 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş ümumi çəkisi 6194,35 qram olan (ekspertiza tədqiqatına sərf olunmuş çəkisi nəzərə alınmaqla) 113 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş ümumi çəkisi 6194,35 qram olan (ekspertiza tədqiqatına sərf olunmuş çəkisi nəzərə alınmaqla) 113 ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 60,80 (altmış manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-427/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-427/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver