Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-427/2023 24.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X4 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X2 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri, X5 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı hesab edilən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı bir ədəd soyuq silahı məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib 13 yanvar 2023-cü il tarixdə saat 15:20-dək üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 6,167 qram psixotrop maddə metamfetamini və 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən şəxsi istehlak miqdarında, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,327 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:20-də ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılaraq ünvan 3ən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinə gətirilərək üzərində həmin gün saat 16:57-dən etibarən şəxsi axtarış keçirilərkən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 6,167 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, şəxsi istehlak miqdarında olan 4,327 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda, geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silah gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı hesab edilən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, istifadəyə yararlı bir ədəd soyuq silah və daxilində psixotrop maddə metamfetaminin izləri müəyyən edilən 01 ədəd elektrik lampası əynində olan gödəkçənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdə təxminən saat 15 radələrində o, ünvan 2 ünvanının yaxınlığında yerləşən “Skonnu” çörək zavodundan çörək alıb çıxarkən qonşuluqda yaşayan Könül adlı qızla rastlaşıb söhbət etmişdir. Həmin vaxt “Pajero” markalı avtomobil onların yaxınlığında dayanmış və avtomobildən mülki geyimli şəxslər düşərək onlara tərəfə yaxınlaşmışlar. Mülki geyimli şəxslər ona heç bir sənəd və order təqdim etmədən özləri ilə getməli olduğunu bildirmişlər. O, mülki geyimli şəxslərin polis əməkdaşları olduğunu başa düşərək həmin şəxslərə şalvarının ciblərini çölə çıxarıb göstərmiş və üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Həmin vaxt o, qonşusu Könül adlı xanımdan gedib onun atasına polislər tərəfindən saxlanılmasını bildirməsini xahiş etmişdir. Sonra o, həmin polis əməkdaşları tərəfindən özünə məxsus “BMW X5” markalı avtomobillə Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinə aparılmışdır. Ona məxsus avtomobili Şahid3 idarə etmiş, Şahid1 və təhqiqatçı onun yanında əyləşmiş, Şahid2 isə “Pajero” markalı avtomobillə şöbəyə gəlmişdir. Şöbədə o, üzərində olan və özünə məxsus 4 qrama yaxın çəkidə narkotik vasitə qurudulmuş marixuananı cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmiş və özünü təqdim etdiyi narkotik vasitəyə görə təqsirli bildiyini demişdir. Şöbədə ilk öncə ona guya üzərində 50 qram narkotik vasitə olmasını, razılaşmadıqda isə 25 qram narkotik vasitə olmasını etiraf etməsini bildirmişlər. O da polis əməkdaşlarının təklifi ilə razılaşmamışdır. Polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasa da, ona qarşı insanlığa sığmayan psixoloji təzyiqlər göstərilmişdir. O da göstərilən psixoloji təzyiqləri özünə sığışdırmadığı üçün polis əməkdaşları ilə razılaşmışdır. Aşkar edilmiş narkotik vasitələrdən yalnız qurudulmuş marixuana ona məxsus olmuş, psixotrop maddə metamfetamin və elektrik lampası polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. İttihamda qeyd edilən bıçaq ona məxsus olsa da həmin bıçaq üzərində deyil, özünə məxsus avtomobilin orta qoltuq altında olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona psixoloji təzyiq göstərildiyi üçün videoçəkiliş zamanı üzərindən aşkarlanan narkotik vasitələrin özünə aid olmasını bildirmiş, ibtidai istintaqın sonrakı mərhələlərində heç bir sənədə qol çəkməmiş, çünki o, sadəcə marixuanadan istifadə etmiş, heç vaxt metamfetamindən istifadə etməmiş, saxlanılan zaman da üzərində elektrik lampası olmamışdır. Onun tutulana qədər heç bir polis əməkdaşı ilə narazılığı olmamışdır. Polis əməkdaşları onu təxminən saat 15 radələrində saxlamış, üzərinə videoçəkilişlə baxış isə saat 00:30 radələrində, yəni növbəti gün keçirilmişdir. Ona görə də 13 yanvar 2023-cü il tarixdə saat 15 radələrindən 00:30 radələrinə qədər şöbənin xidməti otaqlarından birində saxlanılmışdır. Onun üzərinə metamfetamini, bıçaq və şüşə lampanı polis əməkdaşı Ramil qoymuşdur. Çünki o, Könül xanımın yanında şalvarının yan ciblərini çıxarıb boş olmasını nümayış etdirmişdir. Videoçəkilişdə bıçaqla lampa bir yerdə onun əynində olan gödəkçənin sol iç cibindən aşkarlanmışdır. Bıçaq ona məxsus olmuş, ancaq üzərində deyil öz avtomobilində olmuşdur. O, narkotik vasitə istifadəçisi olduğundan marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, lakin metamfetamin ona məxsus olmamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə satmamışdır. O, ibtidai istintaq dövründə valideynləri tərəfindən müqavilə əsasında dəvət olunmuş müdafiəçisinin iştirakı ilə əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif olunmasını xahiş etməmiş, ifadələrində olan ziddiyyətləri heç nə ilə əsaslandıra bilmir, onun müqavilə bağladığı müdafiəçi cəzaçəkmə müəssisəsinə hər dəfəsində müstəntiqlə birlikdə gəlmiş və o, sonuncuların yaxın olduqlarını görmüşdür. O, ifadələrində psixoloji təzyiqlər göstərildiyini qeyd etdiyi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Nərimanov rayon prokurorluğuna material ayırıb göndərmiş, lakin o, araşdırma sonunda qəbul olunmuş qərardan yuxarı orqana şikayət verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid3 Bəhmən oğlu ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması, o cümlədən qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi altında BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, həmçinin BMCMİ-nin təhqiqatçısı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında olmasını müəyyən edərək sonuncuya yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, həmçinin qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşımasında şübhəli olduğunu bildirilərək barəsində qəbul edilmiş qərarla tanış edib Təqsirləndirilən şəxs BNMİ-nin X12 Şöbəsinə gətirmişlər. Polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunu və 01 ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd şüşə lampanı və 01 ədəd bıçaq tipli dəmir predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd kibrit qutusuna baxış keçirilərkən isə qutunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən iki ədəd mobil telefon da aşkar edilmişdir. Göstərilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə, 01 ədəd şüşə lampa, 01 ədəd bıçaq tipli dəmir predmet və iki ədəd mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı 02 gün əvvəl Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və məzmunu Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı məşğul olması ilə əlaqədar olsa da, həmin xüsusat öz təsdiqini tapmamışdır. 01 ədəd bıçaq tipli dəmir predmet təqsirləndirilən şəxsin bildirdiyi kimi avtomobilindən deyil, videoçəkilişdə də əks olunduğu kimi şəxsi axtarış zamanı üzərindən aşkar edilmişdir. Saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq göstərilməmiş, hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə və soyuq silah qoyulmamış, şəxsi axtarış zamanı sonuncu özü könüllü olaraq üzərində olan narkotik vasitəni, psixotrop maddəni və soyuq silahı təqdim etmiş, müdafiəçisi də həmin vaxtı yanında olmuşdur. Təqsirləndirilən şəxs psixoloji təzyiqlərə məruz qalması ilə bağlı göstərdikləri də yalan olmuşdur. Həmin xüsusatla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Şahid3la oxşar məzmunlu ifadə vermişlər, Şahid1 həmçinin əlavə olaraq göstərmişdir ki, başqa cinayət işlərində müşahidə etdiyi və bildiyi qədəri ilə şüşə lampalardan psixotrop maddə olan metamfetaminin həmin lampalara əlavə edilib çəkilməsində istifadə edilir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur. Hadisə olan gün o, oğlu ilə birlikdə evinə çörək almaq üçün yaxınlıqda olan “Skonnu” çörək zavoduna getmişdir. Zavoddan çörək alıb çıxanda Təqsirləndirilən şəxs da çörək almaq üçün zavoda girdiyini görmüş və sonuncu ilə işi olduğu üçün gözləmək qərarına gəlmişdir. Həmin vaxt bir nəfər mülki geyimli tanımadığı sarışın oğlan həyəcanlı şəkildə zavodun qarşısında olan otluq sahənin üzərindən keçib zavodun pilləkənlərinin qarşısında dayanmışdır. Bir müddət sonra Bəhram mağazadan çıxmış və o da sözü olduğu üçün sonuncuya yaxınlaşmışdır. Həmin vaxt ondan qabaq pilləkənin ayağında dayanan sarışın oğlan Bəhrama yaxınlaşaraq əl verib görüşmüşdür. Daha sonra sonuncular əlbəyaxa olduqları üçün o, bunu görüb yaxınlaşaraq tanımadığı oğlanın yaxasından tutmuşdur. Həmin şəxs ona polis əməkdaşı olduğunu bildirib onu buraxmasını demişdir. Bəhram da sonuncunun polis işçisi olduğunu təsdiq etdikdən sonra o, həmin şəxsin yaxasını buraxmışdır. Sonra həmin tanımadığı şəxs Bəhramın ciblərinə əl atmışdır. Bəhram isə polisə mane olaraq əlindəki çörək sellofanını ona verib özü şalvarının yan ciblərini çölə çıxartmışdır. O, Bəhramın bir cibinin boş, digər cibində isə müəyyən məbləğdə pul olduğunu görmüşdür. Daha sonra həmin yerə başqa modelini bilmədiyi avtomobil yaxınlaşmış və avtomobildən bir neçə şəxs düşərək Bəhramı onun özünə məxsus olan avtomobilin arxa oturacağına əyləşdirib özləri də biri sağ, digəri isə sol tərəfdən Bəhramın avtomobilinin arxa oturacağına əyləşmişlər. Həmin vaxt o, Bəhramın avtomobilinin açarını götürmək istəmiş, lakin yerdə qalan şəxs ona avtomobili də aparacaqlarını bildirmişdir. Bu vaxt Bəhram onun polislər tərəfindən aparılmasını atasına bildirməsini demişdir. Polislərdən biri Bəhramın avtomobilinin sükanı arxasına keçmiş, digər şəxs isə sonradan həmin əraziyə gələn avtomobili idarə edib oradan uzaqlaşmışlar. İfadəsinin davamı olaraq Könül Əliyeva bildirmişdir ki, Bəhramın avtomobilini özlərini polis işçiləri kimi təqdim edən şəxslərdən biri idarə etmiş, həmin vaxt Bəhram arxada oturacaqda sağında və solunda polis işçiləri olmaqla oturmuşdur. O, polislərin Bəhramı nə niyyətlə apardıqlarını bilməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X1 Könül Vaqif qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/41 nömrəli, xx.xx.2023cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs ..... Təqsirləndirilən şəxs” yazılar və imzalar olan sarı rəngli kağız paketdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 4,327 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi təmiz çəkisi - 4,327 qram, tədqiqata sərf edildi - 0,02 qr., qalıq - 4,307 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/231 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,167 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd elektrik lampasından ibarət predmetin daxilində metamfetaminin izləri müəyyən edildi. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi - 6,167 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq - 6,067 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/80 nömrəli, xx.xx.2023cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır, soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin xx.xx.2023-cü il tarixli, 167 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X7 PHŞ-in 15/MEŞ nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 15:20-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2033-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu və bir ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd şüşə lampanı və bir ədəd bıçağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, kibrit qutusunun içərisində isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmişdir. Daha sonra təqdim edilmiş 01 ədəd büküm, 01 ədəd kibrit qutusu, 01 ədəd şüşə lampa, 01 ədəd bıçaq tipli dəmir predmet müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı 02 gün əvvəl Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı mobil telefonda baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone” markalı mobil telefonda baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid mesajlarda “xx-xx-2022 01:35:32 xx-xx-2022 01:35:32 1.1.**********21 1.1.**********74 Gor kanal var goturey bidene”, “xx-xx-2022 22:43:01 xx-xx-2022 22:43:01 1.1.**********74 1.1.**********01 Pati gotururdum”, xx-xx-2022 01:45:32 xx-xx-2022 01:45:32 1.1.**********74 1.1.**********05 Qaqa varindisa ma acxana Pati ver” məzmunlu mesajlar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 Bəhmən oğlu ilə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BMCM-nin baş əməliyyat müvəkkili Şahid3 Bəhmən oğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviriəsaslandırıcı və nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əməliyyataxtarış tədbirlərinin aparılması barədə DİN BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid3 Bəhmən oğlu tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,067 qram olan psixotrop maddə metamfetamin, 4,307 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektrik lampa və 01 ədəd soyuq silah hesab edilən bıçaq maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, üzərindən aşkar edilən psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs satış məqsədi ilə edib üzərində gəzdirməsi aşkar edilsə də, sonuncunun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasını, yaxın əlaqələrinin müəyyən edilməsi, həmçinin narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsini, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsini, o cümlədən üzərindən aşkar edilmiş 01 ədəd bıçaq tipli dəmir predmeti haradan əldə etməsi və həmin bıçaqla hər hansı bir cinayət törədibtörətməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci il maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 01 (bir) il 06 (altı) aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 05 (beş) ay 29 (iyirmi doqquz) gün cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncələrə, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə Təqsirləndirilən şəxs müraciəti üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılaraq BMCMİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublikası Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 557/2023 saylı məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 11326283 və 18782878 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Səməd Səmədov və xx.xx.2018-ci il təvəllüdlü Zarina Səmədova adlı övladları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək şəxsi axtarış zamanı üzərindən aşkar edilən marixuananın özünə məxsus olmasına baxmayaraq, metamfetamini və şüşə lampanı polis əməkdaşı Şahid3 onun üzərinə qoyduğunu, həmçinin üzərindən aşkar edilmiş bıçağın ona məxsus olmasına baxmayaraq, həmin bıçağın üzərində deyil öz avtomobilinin qoltuqaltı hissəsində olduğunu və sözügedən bıçağı da Şahid3 onun üzərinə qoyduğunu, psixoloji təzyiqlərə məruz qaldığı üçün polis əməkdaşlarının dedikləri ilə razılaşaraq videoçəkiliş zamanı üzərindən marixuana ilə bıçaqdan başqa aşkarlanan metamfetaminin və şüşə lampanın da özünə məxsus olmasını etiraf etdiyini, polis əməkdaşlarının onu təxminən saat 15 radələrində saxlamaqlarına baxmayaraq üzərinə videoçəkilişlə baxışın növbəti gün saat 00:30 radələrində aparıldığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsində və həmin tarixdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə etmiş, qəbul etdiyi maddələri də anket məlumatları ona məlum olmayan hər dəfə ayrı-ayrı adamlardan almışdır. Sonuncu dəfə isə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni saxlanılmasından iki gün əvvəl yaşadığı ünvan 1 ünvanının yaxınlığında yerləşən məişət tullantıları olan ərazidən tapmış və o, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bıçağı isə təxminən 1 il əvvəl Gəncə şəhərində yerləşən ov dükanından almışdır. Almaqda məqsədi bıçaqlara olan marağından irəli gəlmiş, heç bir cinayət törətmək niyyəti olmamışdır. 13 yanvar 2023-cü il tarixdə saat 15:20 radələrində o, ünvan 2 ünvanının yaxınlığında olduğu zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X12 Şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş altında şəxsi axtarış zamanı o üzərində “şüşə”, “nəşə” və bir ədəd bıçaq olduğunu bildirib, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu və bir ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd şüşə lampanı və bir ədəd bıçağı çıxardıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükümün içərisində “şüşə”, kibrit qutusunun içərisində isə “nəşə” olduğunu bildirmişdir. Həmin büküm və qutu iştirakçıların şahidliyi ilə açıldıqda 01 ədəd sellofan bükümün içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetamin, kibrit qutusunun içərisində isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış davam etdirilərək onun üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra üzərindən aşkar olunmuş “nəşə”, “şüşə”, bir ədəd şüşə lampa və bir ədəd bıçaq polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrini özünün seçdiyi müdafiəçisinin iştirakı ilə vermişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən də görünür ki, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu və bir ədəd sellofan bükümü, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd şüşə lampanı və bir ədəd bıçağı masanın üzərinə qoymaqla təqdim edərək 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, kibrit qutusunun içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra təqdim edilmiş 01 ədəd büküm, 01 ədəd kibrit qutusu, 01 ədəd şüşə lampa, 01 ədəd bıçaq tipli dəmir predmet müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı iki gün əvvəl Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, lampanı isə metamfetamini istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması görünmür. Əksinə videoçəkiliş zaman Təqsirləndirilən şəxs həm təhqiqatçının (dəqiqə 04:51), həm də ki müdafiəçisinin (dəqiqə 09:50) suallarına qəti olaraq cavab verib üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu, həmin kütlələrinin polis əməkdaşları tərəfindən üzərinə qoyulmadığını, polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki zorakılığa yol verilmədiyini, həmin kütlələri tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin alqı-satqısı ilə də məşğul olmadığını göstərmişdir. Eyni zamanda sözügedən videoçəkilişdən görünür ki, təhqiqatçı şəxsi axtarış istintaq hərəkətinin başlanma və bitmə vaxtlarını iştirakçıların iştirakı ilə qolunda olan qol saatına baxaraq bildirir. Həmin vaxtı nə Təqsirləndirilən şəxs, nə müdafiəçisi Samir Əsgərov, nə də ki iştirakçılardan kimsə istintaq hərəkətinin başlanma və bitmə vaxtlarının səhv olmasına dair təhqiqatçıya irad bildirmir. Bu hal isə Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu təxminən saat 15 radələrində saxlamaqlarına baxmayaraq üzərinə videoçəkilişlə baxışın növbəti gün saat 00:30 radələrində aparıldığını bildirməsini tam olaraq təkzib edir. Bundan əlavə də iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3 Bəhmən oğlu, Şahid2 və Şahid1 da ifadələrində göstərmişlər ki, 01 ədəd bıçaq tipli dəmir predmet təqsirləndirilən şəxsin bildirdiyi kimi avtomobilindən deyil, videoçəkilişdə də əks olunduğu kimi şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq göstərilməmiş, hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə psixotrop maddə və soyuq silah qoyulmamış, şəxsi axtarış zamanı sonuncu özü könüllü olaraq üzərində olan narkotiki vasitəni, psixotrop maddəni və soyuq silahı təqdim etmiş, müdafiəçisi də həmin vaxtı yanında olmuş, Təqsirləndirilən şəxs psixoloji təzyiqlərə məruz qalması ilə bağlı göstərdikləri də yalan olmuş, çünki həmin xüsusatla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Habelə iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən və İstintaq təcridxanasında adına açılmış məhkumun tibbi kitabçasının surətindən də görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncələrə, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə Təqsirləndirilən şəxs müraciəti üzrə Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılaraq BMCMİ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ifadələrində psixoloji təzyiqlər göstərildiyini qeyd etdiyi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Nərimanov rayon prokurorluğuna material ayırıb göndərmiş, lakin o, araşdırma sonunda qəbul olunmuş qərardan yuxarı instansiya orqanına şikayət verməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan bir ay sonra müqavilə əsasında müdafiəçiyə malik olmuş və sözügedən müdafiəçinin iştirakı ilə ibtidai istintaqın yekununda cinayət işinin materialları ilə tanış olarkən tanış etmə protokolunda həm özü, həm də ki müqavilə əsasında müdafiəçisi qeyd yazaraq Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişlər. Bununla belə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şəxsi axtarış zamanı üzərindən şəxsi istehlak miqdarında, yəni cinayət məsuliyyətinə səbəb olmayan çəkidə aşkar edilən marixuananın özünə məxsus olmasına baxmayaraq, külli miqdarda olan metamfetamini polis əməkdaşı Şahid3 onun üzərinə qoyduğunu göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bir tərəfdən səmimi olaraq etiraf edib üzərindən aşkar edilmiş marixuananın özünə məxsus olmasını bildirməsinə baxmayaraq, digər tərəfdən şəxsi istehlak miqdarında olmaqla cinayət məsuliyyətinə səbəb olmayan çəkidə narkotik vasitə marixuanaya görə cinayət məsuliyyəti yaranmadığı halda özünü satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarında əldə etmə, saxlama və daşımaya görə təqsirli hesab etmişdir. Sözügedən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadə verdiyini təsdiq edir. Çünki, ibtidai istintaqın yekununda müqavilə əsasında müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olarkən özünü Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etməklə, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetaminin də özünə məxsus olmasını birbaşa olaraq etiraf etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilımiş X13 və X8 ifadələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs şalvarının yan ciblərini çölə çıxartdığını və sonuncunun bir cibinin boş, digər cibində isə müəyyən məbləğdə pul olduğunu gördüklərini göstərsələr də, iş materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə məhz Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən aşkar edilir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsində və həmin tarixdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsində də üzərində aşkar edilmiş marixuana və metamfetaminin onun sağ yan cibində olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Könül Əliyeva və Arifə Xudiyeva qonşuları olduğundan həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin lehinə olmaqla işin faktiki hallarına uyğun gəlmir. Beləliklə də, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqında gətirdiyi dəlilər ittiham tərəfindən təqdim olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edilərək öz təsdiqini tapmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı psixi və fiziki zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət etməmiş, əksinə ibtidai araşdırma orqanı təqsirləndirilən şəxs qismində dindirilərkən pis rəftara məruz qalmasında dair ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün ilkin yoxlama materialı ayırıb Nərimanov rayon prokurorluğuna göndərmiş və həmin material üzrə bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs nə özü, nə də ki müqavilə əsasında müdafiəçisi qeyd edilən qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə, şüşə lampaya və soyuq silaha münasibətdə verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs həmin xüsusatlarla bağlı məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahat, xx.xx.2023cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsini və həmin tarixdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsini iş üzrə şahid qismində dindirilmiş Şahid3 Bəhmən oğlunun, Şahid2 və Şahid1 ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları və protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsi və həmin tarixdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadəsi ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, soyuq silaha münasibətdə Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə düzgün tövsif olunsa da, narkotik vasitələrə və psixotrop maddələrə münasibətdə onun əməli düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrində üzərində aşkar edilmiş narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və heç kimə satmadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində narkotik vasitə istifadəçisi olduğundan marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və heç kimə satmadığını göstərmişdir. Eyni zamanda videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı iki gün əvvəl Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, lampanı isə metamfetamini istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat müvəkkilləri Şahid3 Bəhmən oğlu, Şahid2 və Şahid1 da ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı məşğul olması ilə əlaqədar daxil olmasına baxmayaraq, həmin xüsusatın öz təsdiqini tapmadığını göstərmişlər. Şahid1 əlavə olaraq da ifadəsində başqa cinayət işlərində müşahidə etdiyi və bildiyi qədəri ilə şüşə lampalardan psixotrop maddə olan metamfetaminin həmin lampalara əlavə edilib çəkilməsində istifadə edildiyini göstərmişdir. Habelə iş materiallarında olan əməliyyat tapşırığına cavab məktubunda da göstərilmişdir ki, üzərindən aşkar edilən psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs satış məqsədi ilə edib üzərində gəzdirməsi aşkar edilsə də, sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsini, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi əməliyyat tapşırığına cavab məktubunda bir tərəfdən əməliyyat məlumatının Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə edib üzərində gəzdirməsi barədə daxil olduğu göstərilsə də, digər tərəfdən tamamilə ziddiyyətli məlumat, yəni sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, o cümlədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Hətta şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung” və “İphone” markalı mobil telefonlara, o cümlədən "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir. Həmçinin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı satış məqsədi ilə ittiham irəli sürülərkən "xxxx" MMC-dən götürülmüş sonuncunun istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid mesajlarda “xx-xx-2022 01:35:32 xx-xx-2022 01:35:32 1.1.**********21 1.1.**********74 Gor kanal var goturey bidene”, “xx-xx-2022 22:43:01 xx-xx- 2022 22:43:01 1.1.**********74 1.1.**********01 Pati gotururdum”, xx-xx-2022 01:45:32 xxxx-2022 01:45:32 1.1.**********74 1.1.**********05 Qaqa varindisa ma acxana Pati ver” məzmunlu mesajların da aşkar edilməsi əsas götürülsə də, sözügedən mesajların heç birində satış və ya satış məqsədi ilə əlaqədar danışıqlar yoxdur. Bundan əlavə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsində də göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs 5-10 ildir narkotik vasitə olan marixuanadan çəkmə yolu ilə istifadə etdiyini, 2018-ci ildən isə psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini göstərmişdir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlama zamanı psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması bir daha onun metamfetamindən istifadəsini təsdiq edir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. Bununla belə, ibtidai araşdırma orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisinin külli miqdar təşkil etməsini, əməliyyat məlumatını və əməliyyat tapşırığına cavab məktubunu əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Buna baxmayaraq, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, psixotrop maddələrin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında psixotrop maddələri məhz sifariş əsasında əldə etməsinə, psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab raportunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Halbuki “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən daxil olmuş əməliyyat məlumatını və əməliyyat tapşırığına cavab məktubunu əsas götürmüşdür. Bununla belə, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin hazırki cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə həm narkotik vasitə olan marixuananın, həm də psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi, o cümlədən narkomaniya xəstəliyindən əzab çəkməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin, o cümlədən soyuq silahın qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarın, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Hazırkı cinayət işinin materiallarında olan 6/231 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 6,167 qram olmaqla külli miqdar təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir. Hazırkı cinayət işinin materiallarında olan 3/80 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd bıçaq soyuq silah hesab edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci il maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 01 (bir) il 06 (altı) aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 05 (beş) ay 29 (iyirmi doqquz) gün cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki əməlləri üzrə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Həmçinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu əmələ görə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən, CM-in 228.1-ci maddəsi az ağır cinayətlərin təsnifatına aid edilirdi. CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə cəzadan azad edildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən iki il müddət keçmiş və xx.xx.2023-cü il tarixdə onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan isə görünür ki, o ittiham olunduğu əməli 13 yanvar 2023-cü il tarixdə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyi üçün məhkum olunmamış hesab olunur və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2033-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 13 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 246 (iki yüz qırx altı) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,067 qram olan psixotrop maddə metamfetamin, 4,307 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektrik lampa və 01 ədəd soyuq silah hesab edilən bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, xx.xx.2023-cü il tarixli, 167 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməsi məsələsi qeyd edilmədiyindən onun barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməməli, lakin o, narkolоji dispanserdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 yanvar 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 246 (iki yüz qırx altı) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,067 qram olan psixotrop maddə metamfetamin, 4,307 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektrik lampa və 01 ədəd soyuq silah hesab edilən bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-427/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-427/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver