Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-429/2022 26.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X4, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkum olunmamış, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda 16 (on altı) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 26 may 2022-ci il tarixdə, saat 13 radələrində Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan 16 (on altı) ədəd külli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları və qanunsuz olaraq əldə edib saxladığı həmin evin həyətyanı sahəsində olan istilikxanadakı sobanın kənarından “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 48,97 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana və həmin tarixdə üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisindəki bir ədəd sarı rəngli kağız bükümdə 0,26 qram və bir ədəd “ARGO” adlı siqaret dənəsinin içərisinə doldurulmuş 0,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir narkotik vasitə olan marixuana qəbul edir. 2022-ci ilin yanvar ayında Şəmkir rayonu, Sabirkənd kəndində küçədə siqaret qutusunun içərisində toxumlar olduğunu görmüş, narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin toxumların çətənə bitkisi toxumları olduğunu bildiyindən çətənə toxumlarını əkmək üçün özü ilə yaşadığı evə gətirməklə 2022-ci ilin fevral ayında yaşadığı evin həyətində olan istilikxanada əkmişdir. Həmin toxumlardan 16 ədəd bitdiyinə görə o, toxumlara qulluq edərək yetişdirmişdir. 26 may 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək ona narkotik tərkibli bitkilər əkib becərməkdə və narkotik vasitələr saxlamaqda şübhəli olduğumu bildirmiş, onun və X11un iştirakı ilə videoçəkilişlə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Ona yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığı deyilmiş, o da heç bir etirazı olmadığını bildirmişdir. Ona yaşadığı evdə hər hansı narkotik vasitə və ya tərkibində narkotik maddələr olan bitkilər varsa təqdim etməsi təklif edilmiş, o da yaşadığı evin həyətində istixanada narkotik tərkibli bitkilər əkdiyini bildirərək təqdim edə biləcəyini demişdir. Bundan sonra o, evin həyətində olan istilikxananı göstərib, həmin istilikxanada əkdiyi tərkibində narkotik maddələr olan çətənə kollarını təqdim etmişdir. Çətənə kollarına alim aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı çətənə kollarının boyları ölçülmüş və həmin bitkilərin 110 sm, 109 sm, 100 sm, 95 sm, 107 sm, 103 sm, 100 sm, 90 sm, 90 sm, 99 sm, 90 sm, 99 sm, 113 sm, 90 sm, 60 sm, və 80 sm olan 16 ədəd çətənə kolları olduğu aşkar edilmişdir. X11 həmin bitkilərə xüsusi qaydada qulluq olunduğunu demişdir. Aşkar edilmiş çətənə kolları kökündən çıxardılaraq ölçüldükdən sonra sintetik torbaya qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə başqa narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuşdur. O, polislərə şəxsi istifadəsi üçün əkdiyi çətənə kollarından toplayıb qurutmaq üçün istilikxanada olan sobanın qarşısına qoyduğu narkotik vasitəni təqdim etmiş və həmin kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə ölçülmüş, kütlə sellofan paketlə birlikdə 61,09 qram olmuşdur. Kütlə möhürlənərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra yaşadığı evin otaqlarına baxış keçirilmiş, lakin hər hansı bir narkotik vasitə, eləcədə qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onu həmin tarixdə Şəmkir rayon polis şöbəsinin Zəyəm polis bölməsinə gətirmişlər. O, polis şöbəsinə gəldikdən sonra müdafiəçisi X2 iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış, üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. O, həmin vaxt əynindəki şalvarın sağ yan cibində olan siqaret qutusunda saxladığı narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin siqaret qutusunun içərisində şəxsi istifadəsi üçün saxladığı sarı rəngli kağız bükümdə olan narkotik vasitə və çəkmək üçün içərisinə narkotik vasitə doldurmuş siqaret dənəsi olmuşdur. Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə ölçülən zaman kağız bükümlə birlikdə kütlənin 1,5 qram və siqaret dənəsinin içərisinə doldurulmuş kütlənin isə 0,8 qram çəkisi olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Ondan həmin narkotikləri haradan əldə etdiyi soruşulduqda həyətində əkdiyi narkotik tərkibli çətənə bitkilərindən şəxsi istifadəsi üçün toplayıb, qurudub üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı üzərində başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalayaraq təsdiq etmişdir. Ona hər hansı təsir, təzyiq və zorakılıq göstərilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması və tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat yolu ilə daxil olmuşdur. Məlumatın yoxlanılması üçün o, Şahid2, Şahid3 və digərlərindən ibarət əməliyyat qrupu yaradılmış və daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Sabirkənd kəndinə, Təqsirləndirilən şəxs yaşadığı evə gedilmişdir. Həmin evin qapısını Təqsirləndirilən şəxs özü açdıqdan sonra onlar özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik tərkibli bitkilərin yetişdirilməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında evinə baxış keçirləcəyi izah edilərək evə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə verdikdən sonra yaşadığı evin otaqlarına, həyətyanı sahəsinə Musa Cəfərovun, aqronom-alim Vaqif Dumanovun və əməliyyat qrupunun üzlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxışdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilərin kultivasiya edib-etməməsi, narkotik vasitələri saxlayıb-saxlamadığı varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da yaşadığı evin həyətindəki istilikxanada çətənə kollarını kultivasiya etdiyini bildirərək təqdim edə biləcəyini demişdir. Sonra əməliyyat qrupunun üzvlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə istilikxanaya baxış keçirilmişdir. Baxış zamanı müxtəlif ölçülərdə 16 ədəd çətənə kolları və 48,97 qram qurudulmamış narkotik vasitə olan marixuana istilikxanadan aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olub-olmaması, varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs evində narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olmadığını bildirmiş və evə baxış keçirilsə də hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya onun prekusorları aşkar edilməmişdir. Aşkar edilmiş çətənə kolları və narkotik vasitə olan qurudulmamış marixuana ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Protokol tərtib edilmiş və imza etmişdir. Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin Zəyəm PB-nə aparılmış, dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunda bir ədəd sarı rəngli kağız bükümdə 0,26 qram və bir ədəd “ARGO” adlı siqaret dənəsinin içərisinə doldurulmuş 0,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş çətənə kollarını şəxsi istifadəsi üçün əkib becərdiyini, qurudulmamış və qurudulmuş narkotik vasitə olan marixuananı öz istifadəsi üçün əkib becərdiyi çətənə kollarından əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 27 may 2022-ci il tarixli 16/614 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Şəmkir rayonu Sabir kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin istilikxanasından aşkar edilmiş...” sözləri yazılmış və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 48,97 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı kənddə su kanalının kənarında su qapısı otağında üzərindən aşkar edilmiş...” sözləri yazılmış və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “ARGO” adlı siqaretin içərisində və bir ədəd açıq-qəhvəyi rəngli kağız bükümdə tütün hissəcikləri və təmiz çəkiləri 0,21 qram, 0,26 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində Şəmkir rayonu Sabir kənd sakini Təqsirləndirilən şəxs həyətindəki istilikxanasından aşkar edilmiş aşkar edilmiş 16 (on altı) ədəd narkotik vasitə kolları..” adlar və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki, sayı 16 (on altı) ədəd, ümumi təmiz çəkisi 5800 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli -çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd sintetik kisədəki çətənə (kannabis) bitkiləri ilə, 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 1332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və 31 may 2022-ci il tarixli, 343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddənin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 may 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 27 may 2022-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Musa Cəfərov tərəfindən baxış keçilməsi aparılarkən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən evinin həyətində olan istilikxanadan 16 ədəd aqrotexniki qaydaya qulluq olunmuş çətənə kolları, sellofan paketdə 48,97 qram çəkidə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, 27 may 2022-ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, Musa Cəfərov tərəfindən şəxsi axtarış aparılması və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunda bir ədəd sarı rəngli kağız bükümdə 0,26 qram və bir ədəd “ARGO” adlı siqaret dənəsinin içərisinə doldurulmuş 0,21 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 27 may 2022-ci il tarixdə baxış aparılması zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 16 ədəd çətənə kolları və 48,97 qram qurudulmamış marixuana, üzərindən aşkar edilmiş bir ədəd sarı rəngli kağız bükümdə 0,26 qram və bir ədəd “ARGO” adlı siqaret dənəsinin içərisinə doldurulmuş 0,21 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs evinə baxış keçirilən vaxt video çəkilişin yazıldığı 1 ədəd DVD disk və üzərinə şəxsi axtarış aparılan vaxt video çəkilişi yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş, 16 ədəd çətənə kollarının və 48,97 qram qurudulmuş marixuananın, 0,26 qram və bir ədəd “ARGO” adlı siqaret dənəsinin içərisinə doldurulmuş 0,21 qram qurudulmuş marixuananın isə maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin tərkibi vadır. Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3cü maddəsi ilə tövsif edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı 27 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 16 ədəd çətənə kolları və 48,97 qram qurudulmamış marixuana, üzərindən aşkar edilmiş bir ədəd sarı rəngli kağız bükümdə 0,26 qram və bir ədəd “ARGO” adlı siqaret dənəsinin içərisinə doldurulmuş 0,21 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Şəmkir rayon polis şöbəsi və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs evinə baxış keçirilən vaxt videoçəkilişin yazıldığı 01 ədəd DVD disk və üzərinə şəxsi axtarış aparılan vaxt videoçəkilişi yazıldığı 01 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki )manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu andan, 27 may 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Şəmkir rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 16 ədəd çətənə kolları və 48,97 qram qurudulmamış marixuana, üzərindən aşkar edilmiş bir ədəd sarı rəngli kağız bükümdə 0,26 qram və bir ədəd “ARGO” adlı siqaret dənəsinin içərisinə doldurulmuş 0,21 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir rayon polis şöbəsi və «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs evinə baxış keçirilən vaxt video çəkilişin yazıldığı 1 ədəd DVD disk və üzərinə şəxsi axtarış aparılan vaxt video çəkilişi yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-429/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-429/2022
26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver