Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-429/2024 05.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1983-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilənədək cəzasının 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkmiş, cəzasının 01 (bir) il 02 (iki) ay 01 (bir) gün hissəsi çəkilməmiş qalmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Tərtər rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 1595 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, eləcə də istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edib yaşadığı Tərtər rayonu, Qapanlı kəndində yerləşən evinə daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə saat 21:39-da Tərtər rayonu, Qapanlı kəndində yaşadığı evin qarşısında saxlanılaraq həmin saatdan etibarən evinə öz icazəsi və iştirakı ilə baxış keçirilərkən evin girişdən sol tərəfdə yerləşən otağında yataq dəstinin altında olan 02 ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1005 və 590 qram olmaqla, ümumi təmiz çəkisi 1595 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin otaqda yataq dəstinin yuxarı hissəsində olan pəncərənin qarşısındaki 01 ədəd dəri çantanın içərisindən 01 ədəd ABŞ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı yivli odlu döyüş silahı olan P90921121 №-li G70 modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə istifadə üçün yararlı 9 mm kalibrli, G-70 modelli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən daraq, atəş üçün yararlı olan zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli, G70 modelli tapançadan və həmin kalibrli tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 08 ədəd patronlar, eləcə də MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunan təyinatı üzrə istifadəyə yararlı zavod üsulu ilə istehsal olunmuş natamam döyüş sursatları hesab edilən 01 ədəd müdafiə təyinatlı F-1 tipli əl qumbarasının və 01 ədəd hücum təyinatlı RQN tipli əl qumbarasının gövdəsi, tamlıqları pozulmayan birlikdə döyüş sursatları hesab edilən 01 ədəd F-1 tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli partlayıcı və 01 ədəd RQN tipli əl qumbarasının gövdəsi ilə 01 ədəd “UDZ” tipli partlayıcı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdə oturan zaman 20 nəfərə yaxın polis işçiləri yaşadığı evə gəlmiş və 6- 7 saat onu döyüb söymüşlər. Baxış zamanı evindən 33 min manat pul götürülmüşdür. Daha sonra polislər evdən aşkar olunanları yazaraq onu özləri ilə aparmışlar. Polis şöbəsində də üzərində şəxsi axtarış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. O, polis şöbəsində psixi təzyiqə məruz qaldığı üçün polislərlə razılaşmış və qabağına qoyulan bütün sənədlərə qol çəkmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, əvvəllər marixuana adlı narkotikdən istifadə etmiş, lakin son 1-2 ildir istifadə etmirdi. Polislər evinə gələndə evdə narkotik və silah olmamış, həmin əşyaları evinə polislər qoymuşdur. İbtidai istintaqda ona göstərilmiş 8 saatlıq işgəncədən sonra o, hər şeyin özünə məxsus olmasını etiraf etmişdir. Bədənində xəsarətlər olmuş, amma sənədlərdə guya yıxılması yazılmışdır. Kürdəxanıda olanda prokurorluqdan gəlib baxmışlar, həmin vaxtı bədəninin hər yerində xəsarət olmuşdur. Sanksiya ilə bağlı məhkəməyə çıxanda heç kim soruşmadığı üçün o, işgəncə barəsində heç nə deməmişdir. Lakin sonradan prokurorluqdan gələnlərə bədənində xəsarət olmasını demişdir. Narkoloji müayinədən keçərkən düşəndə narkotik vasitə istifadə etdiyi bildirmişdir. O, tutulmamışdan qabaq heç kimlə görüşməmiş, heç kimlə oturub durmamış və heç kimlə narkotik çəkməmişdir. Polislər narkotiki yaşadığı evində otaqda çarpayının altına qoymuşlar. Evə baxışda onu başqa bir otağa salmışlar, narkotiki çəkilişdən əvvəl yatdığı otaqda krovatın altına qoymuşlar, sonra da ona çəkiliş vaxtı yerini göstərməsini demişlər. Onu baxışdan sonra Tərtər rayon polis şöbəsinə aparmışlar və 3 saat saxlamışlar. Növbəti gün səhər saat 8-ə şləmiş onu iBakıya çatmışlar, banditizmdə 3-5 saat saxlamışlar, məhkəməyə çıxarmışlar, daha sonra isə kürdəxanıya aparmışlar. O, 33 min manatı kazinoda udmuş və polisin də evində olan həmin pula görə onu tutduğunu hesab etmiş, lakin konkret bir səbəbi olmamışdır. Ona görə də nəyə görə tutulduğunu dəqiq bilməmişdir. Onu təxminən 20 nəfər adam döymüş, ona elektroşok vermişlər, yumruq təpiklə vurmuşlar, ikisi də belinə çıxıb təpikləmiş və ağacla döymüşlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilməklə göstərmişdir ki, o, hərdənbir narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə etmiş, tutulmamışdan bir həftə öncə Tərtər rayonundan Gəncə Şəhər istiqamətində Tərtər rayonu, Sarov kəndi ərazisində yol kənarında gedərkən yerdən narkotik vasitə marixuana olan iki ədəd torba, həmçinin içərisində qumbara və tapança olan bir ədəd torba tapmışdır. O, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün öz istifadəsi məqsədi ilə narkotiklərin olduğu torbaları, həmçinin silahlara marağı olduğu üçün qumbaranı və tapançanı içində güllələri ilə birlikdə götürmüşdür. O, həmin torbaları gətirib evdə saxlamışdır. 01 fevral 2024-cü il tarixdə saat 21:38-də Tərtər rayonu, Qapanlı kəndində yaşadığı ünvanın qarşısında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə, eləcə də narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. O, səmimi olaraq etiraf edib yaşadığı ünvanda narkotik vasitə marixuana və odlu silah tapança, eləcə də qumbara olduğunu bildirərək həmin silahları və narkotikləri evə baxış zamanı təqdim edə biləcəyini demişdir. Bundan sonra o, evə baxış barədə razılıq verib bu barədə ərizə yazaraq təqdim etmişdir. Daha sonra o, polis əməkdaşlarını evə dəvət edib sol tərəfdə olan otağa aparmışdır. Otaqda olan çarpayının altına qoyduğu iki bağlama qurudulmuş marixuana, otağın pəncərəsinin qarşısına qoyduğu qəhvəyi rəngli dəri çantanın içərisindən silah və qumbara aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş 02 ədəd qumbara və 02 ədəd alışdırıcı ağ kağız zərfdə, 02 ədəd bağlamada olan marixuana qara sellofan paketdə, 01 ədəd tapança, 01 ədəd daraq və 08 ədəd patron ağ kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra onu Tərtər Rayon Polis Şöbəsinə aparmışlar. Baxış prosesi barədə protokol tərtib edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu döydükləri üçün o, etirafedici ifadələr vermişdir. O, prokurorluğa şikayət etməmiş, ümumiyyətlə heç bir yerə şikayət etməmişdir. Prokurorluğun yekun qərarını almış və orada ona qarşı qanunsuzluğa yol verilmədiyi yazılmış, o da mənası olmadığı üçün heç bir yerə şikayət etməmişdir. Çünki digər dustaqlar da ona şikayət etməyin mənası olmadığını demişlər. O, evindən pulun götürülməsi ilə bağlı da heç bir yerə şikayət etməmişdir. Tibbi sənədlərdə göstərilən xəsarətləri ona polislər yetirmiş, həmin xəsarətlər köhnə olmamış, sadəcə elə yazılmış, dizində də hər hansı çapıq olmamış, xəsarətlərlə bağı prokurorluqda izahat vermişdir. Evə baxışa dair videodan da görünmüş ki, evdə hər şey dağınıq olmuş, çünki polislər səhər saat 11-ə işləmiş evə girmiş və dağınıq vəziyyətə salmışlar. Müstəntiq də çəkilişi axşam aparmışdır. Ona qədər isə onu döymüşlər, sonra narkotik aparıb yatdığı otaqda krovatın altına qoyaraq çəkiliş aparmışlar. O, videoda ağacdan yıxıldığını desə də, həqiqətdə onu polislər evində döymüşlər. Səhər saat 11-də polislər evinə girəndən sonra tək yaşadığı üçün evə heç kim gəlməmiş və evinə 40 nəfər polislərin gəlməsini də heç kim görməmişdir. O, küçədə olmadığı üçün qonum-qonşudan kiminsə polisin gəlməsini gördüyünü bilməmişdir. Baxışdan sonra onu Tərtər rayon polis şöbəsinə, oradan da banditizmə aparmışlar. Orada olarkən həkim və vəkil gəlmiş, bədəninə baxdıqdan sonra əgər xəsarətlərini desə onu bir də döyəcəklərini demişlər. Ona görə də o, bədənində olan xəsarətləri ağacdan yıxılarkən aldığını demişdir. Onu məhkəməyə banditizmin baş müstəntiqi aparmış və sonuncu orada olduğu üçün o, həqiqəti deyə bilməmişdir. Narkoloji müayinə zamanı ekspert ondan nə vaxtsa narkotikdən istifadə edib-etmədiyini soruşmuş, o da istifadə etdiyini demişdir. +99***-***-**-** və +99***-***-**-** mobil nömrələr ona məxsus olmuş, həmin nömrələrə gələn mesajları o, yazmamış, kimsə ona yazmış, həmin mesajlardan da xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə olunduqdan sonra o, Tərtər rayon polis şöbəsinə getmişdir. Həmin polis şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu, Qapanlı kəndindəki evinə getmiş və barəsində olan qərarla sonuncunu tanış edərək nə ilə bağlı yaxınlaşdıqlarını demişlər. Daha sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə evinə baxış keçirmişlər. Baxış zamanı Rəvanın evindən 2 ədəd əl qumbarası, narkotik vasitə marixuana və 01 ədəd silah aşkar olunaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid bildirmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs evindən 2 ədəd əl qumbarası, 2 ədəd bağlamada narkotik vasitə marixuana və 01 ədəd silah aşkar edilmişdir. Narkotik vasitələr yekə bağlamada olmuş, lakin çəkiləri yadında qalmamış, silahın markasını da bilməmiş, qara rəngli tapança olmuş və sandıqçasında 08 ədəd patron olmuşdur. Təqsirləndirilən şəxs evindən aşkar olunanları bir həftə əvvəl Tərtər rayonu, Sarov kəndi ərazisində tapdığını bildirmişdir. O, Tərtərə Rəvan saxlanılan gün axşam saatlarında gəlmiş və birbaşa sonuncugilə getmişdir. Rəvanın şəxsiyyəti və yaşadığı ünvan barədə mənbədən əldə etdiyi məlumat əsasında portaldan dəqiq məlumat əldə etmişdir. Lakin Rəvanın yaşadığı evin mülkiyyətçisinin kim olmasını bilməmişdir. Evinə baxış keçirilməsinə etirazının olmaması barədə Rəvandan ərizə də almışlar və baxış zamanı sonuncu tək olmuşdur. Onlar isə üç nəfər və iki nəfər Tərtər RPŞ-nin əməkdaşları olmaqla, ümumilikdə beş nəfər olmuşlar. Onlar ilk əvvəl həyətdə Rəvana yaxınlaşmış, sonra da özünün icazəsi və iştirakı ilə evinə baxış keçirmişlər. Saxlanılan zaman Rəvan evinin qarşısında çöldə gəzmiş, onlar da yaxınlaşıb özlərini təqdim edərək evinə baxış keçirəcəklərini demişlər. Saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq göstərməmiş, sonuncunun yaşadığı evinə hər hansı bir polis əməkdaşı tərəfindən narkotik vasitə və ya silah qoyulmamış, əməliyyat məlumatı narkotik vasitələrin və döyüş sursatlarının əldə olunması, saxlanılması və daşınması ilə bağlı olmuş, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı məlumat əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona qarşı guya ki qanunsuzluğa yol verilməsi ilə bağlı xüsusatlar yalan olmuş, belə bir hallara yol verilməmişdir. Sonuncunun evinə baxış zamanı da hər hansı bir məbləğdə pul aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-7/184 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005,0 qram və 590,0 qram olmaqla, ümumi çəkisi 1595,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın ümumi təmiz çəkisi - 1595 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq – 1594,9 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/257 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş 01 ədəd P90921121 №-li silah zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli, G70 modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir; 2) Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum patronları olmaqla G-70 modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar; 3) Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, G-70 modelli tapançalardan funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 9x19 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: təqdim edilmiş 08 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/258 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd müdafiə təyinatlı F-1 tipli əl qumbarasının və 01 ədəd hücum təyinatlı RQN tipli əl qumbarasının gövdəsidir və zavod üsulu ilə istehsal olunmuş natamam döyüş sursatlarıdır. Digər 02 ədəd əşya “UZRQM” və “UDZ” tipli partlayıcıdır. Təqdim edilmiş 01 ədəd F-1 tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcı ilə birlikdə, 01 ədəd RQN tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UDZ” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatlarıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlıqları pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsin Ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 2782 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, məcburi müalicəyə əks göstərişi yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 67/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sol yanaq nahiyəsinin, boyunun, hər iki dirsək oynağının, sol qalça qanadının, döş qəfəsinin ön səthinin və qarının sağ yarısının qançırları aşkar edilmiş, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri müayinədən 3-4 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə yarana bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 23:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 21:39-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 fevral 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Tərtər rayonu, Qapanlı kəndindəki yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, yaşadığı Tərtər rayonu, Qapanlı kəndində yerləşən evinə baxış zamanı Təqsirləndirilən şəxs evin soldan baş hissədə yerləşən otaqda çarpayının altında olan 02 (iki) ədəd sellofan torbanı və pəncərənin qarşısındaki 01 (bir) ədəd qəhvəyi rəngli dəri çantanı təqdim etmişdir. Sellofanlara baxış zamanı içərisində ilk görünüşdən narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Qəhvəyi rəngli dəri çantaya baxış zamanı içərisində 01 (bir) ədəd üstündə “USA G70” sözləri qeyd edilmiş tapança tipli dəmir predmet, 01 (bir) ədəd daraq və darağın içərisində 08 (səkkiz) ədəd tamlığı pozulmamış patron, 02 (iki) ədəd qumbara tipli dəmir predmet və 02 (iki) ədəd alışdırıcı tipli dəmir predmet aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı yaşadığı evindən aşkar edilmiş narkotik vasitələr və silah-sursat müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin 5(061)-10/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı Təqsirləndirilən şəxs məxsus Tərtər rayonu, Qapanlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diksə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsinə aid məlumatlarda narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmiş, lakin +99***-***-**-** mobil nömrəsinə aid məlumatlarda “Revan brat 60 manat duzub gosmusuh”, “qaqa pul duzeldi men olum bidene danis yari goturek..”, “Adamin allahi olar 28 mene 4 adina verdin omrunde 1 defe duz alver eliyessen sen? Besdi de ta bu qeder haramzada olmaz adam..”, “Salamatcılıqdı.qaqa aynonun yarısı mendedi.onların yanında cıxartmadımki dağıdacaqlar.maşın varsa gel götur yuxum gelir yatacam..”, “Гага зэнк элэдим дэйэм ки сэхэр ахшам усту кэлэчэм сиз тэрэфэ бир пачка лазым олачах” məzmunda mesajlar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və üstündə daşıyaraq gəzdirməsi, eləcə də qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satışı məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamasında və daşımaqla üstündə gəzdirməsində, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportundan görünür ki, qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamasında və daşımaqla üstündə gəzdirməsində, eləcə də külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlamasında, daşımasında və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:59-da yaşadığı Tərtər rayonu, Qapanlı kəndindəki evinin qarşısında saxlanılmış və evinə baxış keçirildikdən sonra Tərtər RPŞ-yə gətitirlmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmasını, onun oldu silah və ya döyüş sursatı saxlamasını, daşımasını, cinayətkar əlaqələrinin olmasını, oldu silah və onun komplekt hissəsini nə vaxt, haradan, kimdən, hansı şəraitdə əldə etməsini, narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin icraatında olmuş ilkin yoxlama materialından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar olunması barədə Bakı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru Azər Əsgərovun qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən mərkəzdə “Opioid qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə dispanser (5 illik) qeydiyyatındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RİH başçısının Soylan kənd İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayonu, Qapanlı kəndində yaşayır və narkotik vasitələrə meyilli olmaqla mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1594,9 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd 9x19 mm kalibrli P90921121 №-li G70 modelli tapança, 01 ədəd daraq və 05 ədəd patron, 01 ədəd F-1 tipli əl qumbarasının və 01 ədəd RQN tipli əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcı və 01 ədəd “UDZ” tipli partlayıcı maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər iki əlin arxa səthində və belin sol hissəsində çapıqlar, sol qulaq seyvanının yuxarı hissəsində, sol dirsək nahiyəsinin arxa hissəsində 0,5-1 sm ölçüdə 3 ədəd, sağ dirsək oynağının arxa səthində 2-3 sm ölçüdə yaralar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BMCMİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin MSY-nə qəbul edilərək tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilənədək cəzasının 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkmiş, cəzasının 01 (bir) il 02 (iki) ay 01 (bir) gün hissəsi çəkilməmiş qalmış, məhkum cəza çəkdiyi müddətdə təyin edilmiş ərazi hüdudlarını keçməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 20 yanvar 2024-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən hökmlə təyin edilən ərazi hüdudlarını tərk etmə halları aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində evində olan 33 min manata görə tutulduğunu, 40 nəfərə yaxın polis əməkdaşlarının hadisə günü saat 11 radələrində yaşadığı evinə gələrək onu 6-7 saat ərzində döydüklərini, baxış zamanı onun evindən 33 min manat məbləğində pul götürdüklərini, yaşadığı evindən aşkar edilmiş narkotik vasitə ilə silah-sursatı onun evinə polis əməkdaşlarının qoyduğunu, ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyi üçün polis əməkdaşları tərəfindən evinə qoyulmuş narkotik vasitə ilə silah-sursatın videoçəkiliş zamanı özünə məxsus olduğunu etiraf etdiyini, ona qarşı edilmiş fiziki və psixi zorakılıq nəticəsində də ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidin ifadəsi, o cümlədən evinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportlarda, eləcə də digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs 33 min manata görə deyil, məhz qanunsuz olaraq odlu silahı və döyüş sursatını əldə edib saxlamasında və daşımaqla üstündə gəzdirməsində, eləcə də satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilməklə evinə baxış zamanı aşkar edilmiş narkotik vasitələrlə silah-sursatın özünə məxsus olduğunu, tutulmamışdan bir həftə öncə Tərtər rayonu, Sarov kəndi ərazisində yol kənarında gedərkən yerdən içərisində narkotik vasitə marixuana olan iki ədəd torba, həmçinin içərisində qumbara və tapança olan bir ədəd torba tapdığını, marixuanadan istifadə etdiyi üçün öz istifadəsi məqsədi ilə narkotiklərin olduğu torbaları, eləcə də silahlara marağı olduğu üçün qumbaranı və tapançanı içində güllələri ilə birlikdə götürdüyünü və həmin torbaları gətirib evdə saxladığını etiraf edərək saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Qeyd edilən izahat və ifadələri Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçiləri X3 və X4 iştirakları ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadələrinin onun sözləri ilə doğru yazıldığını, imzası ilə də təsdiq etdiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçiləri X10 İbadov sözügedən protokolları imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Tərtər rayonu, Qapanlı kəndində yerləşən evinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbiri xx.xx.2024-cü il tarixdə axşam saat 21:39-da başlayır, təhqiqatçı baxışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək sonuncunun nəyə görə saxlanıldığını ona elan edir və barəsində olan qərarla tanış edir, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitələrlə silah-sursatın olduğunu bildirərək yaşadığı evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd edib bu barədə ərizə təqdim edir. Baxış zamanı Təqsirləndirilən şəxs evin soldan baş hissədə yerləşən otaqda çarpayının altında olan 02 (iki) ədəd sellofan torbanı və pəncərənin qarşısındaki 01 (bir) ədəd qəhvəyi rəngli dəri çantanı təqdim etmişdir. Sellofanlara baxış zamanı içərisində ilk görünüşdən narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Qəhvəyi rəngli dəri çantaya baxış zamanı içərisində 01 (bir) ədəd üstündə “USA G70” sözləri qeyd edilmiş tapança tipli dəmir predmet, 01 (bir) ədəd daraq və darağın içərisində 08 (səkkiz) ədəd tamlığı pozulmamış patron, 02 (iki) ədəd qumbara tipli dəmir predmet və 02 (iki) ədəd alışdırıcı tipli dəmir predmet aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin qanunla qadağan edilən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində döyülməyə xarakterik xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də yaşadığı evindən 33 min manat məbləğində pul vəsaitinin aşkar edilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib sifət və boğaz nahiyəsində olan xəsarətləri bir gün əvvəl günorta saatlarında ağacdan yıxılarkən aldığını, evindən aşkar edilən narkotik vasitələrlə silahsursatın özünə məxsus olduğunu, tutulmamışdan bir həftə əvvəl tapdığını, saxlanılan zaman ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və döyüş sursatlarının əldə olunması, saxlanılması və daşınması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin Təqsirləndirilən şəxs döymədiyini, yaşadığı evinə narkotik vasitə marixuana və silah-sursat qoymadığını, evinə baxış zamanı aşkar olunan iki torbada narkotik vasitə marixuananın və silah-sursatın Təqsirləndirilən şəxs özünə məxsus olduğunu və tutulmamışdan bir həftə əvvəl Tərtər rayonu, Sarov kəndi ərazisindən tapdığını etiraf etdiyini, sonuncunun yaşadığı evinə baxış zamanı da hər hansı bir məbləğdə pulun aşkar olunmadığını göstərmişdir. O cümlədən iş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, eləcə də odlu silah və narkotik vasitəni tapdığını qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Habelə iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin icraatında olmuş ilkin yoxlama materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 67/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin törənmə müddətləri müayinədən 3-4 gün əvvələ uyğun gəlir və müxtəlif şəraitdə yarana bilərdilər. Sözügedən rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinədən xx.xx.2024-cü il tarixdə, yəni tutulduqdan bir gün sonra keçmiş və müayinə zamanı bədəni üzərində aşkar edilmiş xəsarətləri tutulmamışdan bir gün əvvəl evdə təmir işləri apararkən aldığını, tutularkən isə ona xəsarət yetirilmədiyini göstərmişdir. Eləcə də DİN-nin BMCMİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin MSY-nə qəbul edilərək tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamış, əksinə məhkəmə-tibbi ekspertizasının rəyi ilə bədəni üzərində olan xəsarətlərin xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinədən 3-4 gün əvvələ, yəni 29-30 yanvar 2024-cü il tarixlərə uyğun gəlməsi öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Habelə Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin Bakı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində döyülməsi və evindən pulun götürülməsi ilə bağlı nəinki prokurorluğa, ümumiyyətlə heç bir yerə şikayət etmədiyini, prokurorluğun yekun qərarını aldığını və orada ona qarşı qanunsuzluğa yol verilmədiyinin yazıldığını oxuduğunu, mənası olmadığı üçün də həmin qərardan heç bir yerə şikayət etmədiyini, çünki digər dustaqların ona şikayət etməyin mənası olmadığını dediyini göstərmişdir. Ümumiyyətlə də cinayət işinin əvvəlindən sonunadək ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs hər hansı bir protokolda və ya digər prosessual sənəddə ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq hallarına yol verilməsini qeyd etməsi öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, şahidin ifadəsində, həmçinin yaşadığı evinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmır. Əksinə şəxsi yaşadığı evinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının sualına qəti olaraq cavab verib saxlanılan zaman ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını, evindən aşkar edilən narkotik vasitələrlə silah-sursatın özünə məxsus olduğunu və tutulmamışdan bir həftə əvvəl tapdığını göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin cinayət işinin materialları ilə Təqsirləndirilən şəxslə müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından, eləcə də Bakı istintaq təcridxanasından daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidin ifadəsi, o cümlədən yaşadığı evinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinə dair videoçəkiliş, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edib saxlamaqla daşımasına münasibətdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunsa da, narkotik vasitəyə münasibətdə onun əməli düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun narkotik vasitə olan marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda tamamilə ziddiyyətli məlumatlar əks olunaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını və bunu görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid ifadəsində əməliyyat məlumatının narkotik vasitələrin və döyüş sursatlarının əldə olunması, saxlanılması və daşınması ilə bağlı daxil olmasına baxmayaraq, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı məlumat əldə edə bilmədiyini göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilməklə evinə baxış zamanı aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olduğunu, tutulmamışdan bir həftə öncə Tərtər rayonu, Sarov kəndi ərazisində yol kənarında gedərkən yerdən tapdığını, marixuanadan istifadə etdiyi üçün də öz istifadəsi məqsədi ilə narkotiklərin olduğu torbaları götürərək gətirib evində saxladığını göstərmişdir. O cümlədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş informasiya daşıyıcı olan diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Habelə xx.xx.2024-cü il tarixli, 2782 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs kannabioidlərin və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı evinə daşımaqla saxlaması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını və bunu görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın iki bükümdə olmasını və ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan marixuananı əldə edib yaşadığı evinə daşımaqla saxlaması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, marixuananı hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında marixuananı məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını və bunu görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın istifadəçisi olduğunu güman etmək olsa da, onun marixuananı satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib yaşadığı evinə daşımaqla saxlamasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib yaşadığı evinə daşımaqla saxlaması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını narkotik vasitənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı sonuncunun istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair "xxxx" MMC tərəfindən təqdim olunmuş informasiya daşıyıcı olan diskə baxış zamanı aşkar edilmiş mesajları da əsas götürmüşdür. Bununla belə məhkəmə istintaqı zamanı qeyd edilən disk tədqiq edildikdə ibtidai istintaq orqanın istinad etdiyi ən sonuncu, yəni “Гага зэнк элэдим дэйэм ки сэхэр ахшам усту кэлэчэм сиз тэрэфэ бир пачка лазым олачах” məzmunda mesajın xx.xx.2023-cü il tarixdə digər bir mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə daxil olması müəyyən edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə bağlı ittiham irəli sürərkən narkotik vasitənin çəkisi ilə yanaşı istifadəsində olmuş mobil nömrəyə daxil olan mesajları da əsas götürsə də, məhz elə istintaq orqanın istinad etdiyi ən sonuncu mesaj hazırkı iş üzrə verilmiş ittihamda göstərilən cinayətin törədilmə vaxtından, yəni xx.xx.2024-cü il tarixdən 7 ay əvvəl daxil olmuşdur. Belə olan halda məhkəmə tərkibi Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***- ***-**-** mobil nömrəsinə daxil olan məzmunu şübhə doğuran bir neçə mesajlarla bağlı ibtidai istintaq orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmamasını, mesajlar göndərilən mobil nömrələrin faktiki sahiblərinin müəyyən edilərək dindirilməməsini, onlarla Təqsirləndirilən şəxs münasibətlərinin aydınlaşdırılmamasını, yazılmış mesajların məzmunun nə ilə əlaqədar olmasının dəqiqləşdirilməməsini, həmin mesajların hazırkı iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı olub-olmamasının müəyyən edilməməsini, eləcə də ən sonuncu mesajın hazırkı iş üzrə verilmiş ittihamda göstərilən cinayətin törədilmə vaxtından yeddi ay əvvəl daxil olmasını nəzərə alaraq hesab edir ki, həmin mesajların hazırkı iş üzrə Təqsirləndirilən şəxs evinə baxış zamanı aşkar edilmiş narkotik vasitə olan marixuana ilə əlaqədar olması şübhə doğurur. Eyni zamanda dövlət ittihamçısı da məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrinə dair məlumatlarda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumatın olmasını məhkəmənin diqqətinə çatdırmamışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Bu qəbildən olan cinayət işlərində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olmalıdır (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə Qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan marixuananın çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib evinə daşımaqla saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatlarının, o cümlədən narkotik vasitə olan marixuananın qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 24/257 nömrəli və xx.xx.2024-cü il tarixli, 24/258 nömrəli məhkəmə-ballistik ekspertizasının rəylərindən görünür ki, 01 ədəd P90921121 №-li silah zavod üsulu ilə ABŞ dövlətində istehsal olunmuş, 9x19 mm kalibrli, G70 modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır; 08 ədəd patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum patronları olmaqla G-70 modelli tapançadan və həmin kalibrli digər tapança-pulemyotlardan və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar; 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, G-70 modelli tapançalardan funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır; 01 ədəd müdafiə təyinatlı F-1 tipli əl qumbarasının və 01 ədəd hücum təyinatlı RQN tipli əl qumbarasının gövdəsi zavod üsulu ilə istehsal olunmuş natamam döyüş sursatlarıdır; 02 ədəd əşya “UZRQM” və “UDZ” tipli partlayıcıdır; 01 ədəd F-1 tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UZRQM” tipli partlayıcı ilə birlikdə, 01 ədəd RQN tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UDZ” tipli partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatlarıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/184 nömrəli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1005 və 590 qram, ümumi çəkisi isə 1595 qram olmaqla külli miqdar təşkil edir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 1595 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, eləcə də istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edib yaşadığı Tərtər rayonu, Qapanlı kəndində yerləşən evinə daşımaqla saxlaması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin həmin tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərkibi hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətsə də, məhkəmə hökmü ilə sonuncu azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi üçün onun əməlində cinayətlərin residivi mövcud deyildir, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Tərtər rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilənədək Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq məhkum edildiyi 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkmiş, cəzasının 01 (bir) il 02 (iki) ay 01 (bir) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəllənin 68.1. və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 01 (bir) gün hissəsi, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməli və ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1594,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd 9x19 mm kalibrli P90921121 №-li G70 modelli tapança, 01 ədəd daraq və 05 ədəd patron, 01 ədəd F-1 tipli əl qumbarasının və 01 ədəd RQN tipli əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcı və 01 ədəd “UDZ” tipli partlayıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Təqsirləndirilən şəxs yaşadığı evinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinə dair 01 (bir) ədəd disk, o cümlədən "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2782 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-60/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 01 (bir) gün hissəsi, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 fevral 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1594,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 ədəd 9x19 mm kalibrli P90921121 №-li G70 modelli tapança, 01 ədəd daraq və 05 ədəd patron, 01 ədəd F-1 tipli əl qumbarasının və 01 ədəd RQN tipli əl qumbarasının gövdəsi, 01 ədəd “UZRQM” tipli partlayıcı və 01 ədəd “UDZ” tipli partlayıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs yaşadığı evinə daxil olma və baxış keçirmə əməliyyat-axtarış tədbirinə dair 01 (bir) ədəd disk, o cümlədən "xxxx" MMC tərəfindən təqdim edilmiş telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-429/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-429/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver