Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-429/2025 04.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları - ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1995-ci il tarixdə Laçın rayonu,Qarakeçdi kəndində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, azərbaycanlıdır, subaydır, orta təhsillidir, fərdi əməklə məşğul olur, məhkumluğu yoxdur, Laçın rayonu Qarakeçdi kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ev 7-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.2000-ci il tarixdə Laçın rayon Kaha kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Laçın rayon Kaha kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Ağcabədi rayon Taxtakörpü qəsəbəsi ev 13-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə təmiz çəkisi təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla dəqiq məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşdıqdan sonra +**********27 saylı mobil nömrəli “Whatsapp” sosial şəbəkə istitadəçisi olan İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum şəxsin Bərdə şəhəri E.Əsədov küçəsində yolun kənarındakı tikilinin yaxınılğında gizlətmiş olduğu bir ədəd idman çantasının içərisində olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni, ümumi təmiz çəkisi 4925 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan İran İslam Respublikası vətəndaşına məxsus “+**********27” saylı mobil nömrəli “Whatsapp” tədbiqi vasitəsi ilə göndərdiyi məkan və fotoşəkillər əsasında götürmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə onların cinayətkar niyyətindən xəbəri olmayan *0222 nömrəli onlayn taksi sifarişində işləyən Ağcabədi rayonu Taxta körpü qəsəbəsi ev 138-də yaşayan Şahid4 idarə etdiyi “Renault Megane” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 yanvar 2025-ci il tarixdə Bərdə şəhəri E.Əsədov küçəsinə gəlib Şahid4 avtomaşında gözləməsin! deyib avtomaşından düşdükdən sonra Təqsirləndirilən şəxs2 +**********27 saylı mobil nömrəli “Whatsapp” sosial şəbəkə istitadəçisi olan İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən naməlum şəxsin Bərdə şəhəri E.Əsədov küçəsində yolun kənarındakı tikilinin yaxınılğında gizlətdiyi külli miqdarda narkotik vasitəni həmin tarixdə, saat 23:40 radələrində axtarıb satış məqsədi ilə qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə 28 yanvar 2025-ci il tarixdə, saat 23:40 radələrində Bərdə şəhəri, Elçin Əsədov küçəsində şübhəli şəxs qismində saxlanılıb üstlərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 əlində olan 01 ədəd boz rəngli idman çantasının içərisində satış məqsədilə saxladıqları 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 315 qram, 1525 qram, 1530 qram və 1555 qram olmaqla ümumi təmiz çəkisi 4925 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olaraq birgə qazanc əldə etmək barədə danışıb razılaşdıqdan sonra Əhməd Əhmədzayə məxsus mobil telefon vasitəsilə +**********27 saylı mobil nömrəli “Whatsapp” sosial şəbəkə istifadəçisi olan İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum şəxsin Bərdə şəhəri E.Əsədov küçəsində yolun kənarındakı tikilinin yaxınılğında gizlətmiş olduğu bir ədəd idman çantasının içərisində olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni, ümumi təmiz çəkisi 4925 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan İran İslam Respublikası vətəndaşına məxsus “+**********27” saylı mobil nömrəli “Whatsapp” tədbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 mobil telefonuna göndərdiyi məkan və fotoşəkillər əsasında götürmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə onların cinayətkar niyyətindən xəbəri olmayan Ağcabədi rayonu Taxta körpü qəsəbəsi ev 138-də yaşayan Şahid4 idarə etdiyi “Renault Megane” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 yanvar 2025-ci il tarixdə Bərdə şəhəri E.Əsədov küçəsinə gəlib Şahid4 avtomaşında gözləməsini deyib avtomaşından düşdükdən sonra +**********27 saylı mobil nömrəli “Whatsapp” sosial şəbəkə istifadəçisi olan İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən naməlum şəxsin Bərdə şəhəri E.Əsədov küçəsində yolun kənarındakı tikilinin yaxınılğında gizlətdiyi külli miqdarda narkotik vasitəni həmin tarixdə, saat 23:40 radələrində axtarıb satış məqsədi ilə qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 yaxınlaşan zaman Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ilə birlikdə 28 yanvar 2025-ci il tarixdə, saat 23:40 radələrində Bərdə şəhəri, Elçin Əsədov küçəsində şübhəli şəxs qismində saxlanılıb üstlərinin yoxlanılması zamanı əlində olan 01 ədəd boz rəngli idman çantasının içərisində satış məqsədilə saxladıqları 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 315 qram, 1525 qram, 1530 qram və 1555 qram olmaqla ümumi təmiz çəkisi 4925 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, içkili halda dostu ilə yemək yediyini, daha sonra iranlı şəxsdən ona gələn mesaj nəticəsində taksi çağıraraq hadisə yerinə getdiklərini və hadisə yerinə çatmaqlarına az qalmış polislərin onları saxladığını bildirmişdir. Həmin şəxs ona sosail şəbəkədən yazmış, o da narkotik vasitədən istifadə etdiyini həmin şəxsə bildirmişdir. İçkili halda yazışdığı şəxsin ona atdığı adresə getmiş, bu zaman dostu Elcan getmək istəməmiş və etiraz etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hər ikisi narkotik vasitədən istifadə etmiş, lakin əvvəllər narkotik vasitəni iranlı şəxsdən deyil, rayondan almışlar. Yazışdığı Səjdər adlı iranlı şəxs ona ”facebook” adlanan sosial şəbəkədən yazmış və onda narkotik vasitə olduğunu demişdir. O, həmin narkotik vasitəni almağa getdiyi zaman içkili olduğu üçün tam miqdarını xatırlamamış, sadəcə 2-3 qutu narkotik olduğunu bilmişdir. Həmin əraziyə gedən zaman Elcan adlı dostu yanında olmuşdur. İranlı şəxs ondan narkotik vasitəsinin pulunu istəyən zaman o halhazırda pulunun olmadığını bildirmiş, bu zaman yazışdığı şəxs ona narkotik vasitənin şəklini ataraq yerini demiş və həmin narkotik vasitəni istifadə etməsini əgər xoşuna gələrsə pulunu ata biləcəyini qeyd etmişdir. O, İranlı şəxslə telefonda bir dəfə danışmış, əvvəlcə sosial şəbəkədə tanış olmuş, daha sonra narkotik vasitə almaq üçün yazmışdır. Yazışdığı şəxs narkotik vasitənin təxminən 2-3 qutu olduğunu bildirmişdir. O, Elcanla birgə narkotik vasitəni götürmək üçün həmin əraziyə getmiş, bu zaman mesaj olaraq atılan ‘’konumu’’ başa düşmədiyi üçün telefonu dostu Təqsirləndirilən şəxs2 vermiş və Elcan narkotik vasitəni götürənə qədər o ayaqyoluna getmişdir. Telefonu Elcana verdikdən sonra təxminən 5 dəqiqə ərzində geri qayıtmış, bu zaman isə saxlanılmışdır, həmçinin həmin zaman polis əməkdaşları 15-20 nəfər olmuşlar. Polis əməkdaşları onu tutduqdan bir müddət sonra Elcanı da tutduqlarını görmüşdür. Polis əməkdaşları onlar tutulan zaman onlara təzyiq göstərmiş, 5 kq narkotik vasitəni onların üzərinə yükləmiş, eyni zamanda polislər onu döyən zaman alnından xəsarət almışdır. O bununla bağlı şikayət etmiş, həmçinin saxlanılan zaman qaçmamışdır. O saxlanılan zaman hadisə yerindən təxminən 60-70 metr uzaqda olmuş və götürəcəkləri narkotik vasitənin marixuana olduğunu qeyd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, dostu ilə kafedə oturan zaman İran vətəndaşının dostuna mesaj yazmış və narkotik vasitənin yerini bildirmişdir. Onlar həmin gün mesajda atılan ‘’konuma’’ uyğun yerə gedən zaman həmin yerə 50-60 metr qalmış polis əməkdaşları onları tutmuşdur. Polis əməkdaşları onu şöbəyə aparıb döymüş, ona hədə-qorxu gələrək telefonunu əlindən alaraq yoxlamış, lakin heç nə tapmamışlar. Daha sonra polis əməkdaşları onların üzərinə 5 kiloqram narkotik vasitə qoymuş və onlara hədə-qorxu gələrək narkotik vasitəni qəbul etmələrini istəmişlər. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Əhməd iranlı şəxslə yazışan zaman onun yanında olmuş, yazışdıqları şəxs onlara əvvəldə narkotik vasitə almaqları ilə bağlı təkliflər etmiş, onlar əvvəllər bu təklifi qəbul etməsələr də, həmin gün içkili olduqları üçün qəbul etmişlər. Onlar narkotik vasitənin 100 qram olduğu düşünərək öz şəxsi istifadələri üçün götürmək istəmiş, lakin iranlı şəxsin kuryer kimi təqdim etdiyi şəxs polis əməkdaşı olmuşdur. Həmçinin o narkotik vasitəni götürə bilməmiş, iranlı şəxs ilə danışan Təqsirləndirilən şəxs1 olmuş və ‘’konum’’ atılan zaman telefon Əhməddə olmuşdur. Daha sonra polis əməkdaşları narkotik vasitəni çantada gətirmiş, onu polis şöbəsinə apararaq döymüş, bir müddət sonra polis əməkdaşları, Əhmədin hər şeyi boynuna aldığını və geri qayıtdıqlarını bildirmişdir. O istifadə etdiyi telefon nömrəsinin ***-***-**-** olduğunu qeyd etmişdir. Həmçinin yazışdıqları şəxslə zəngli danışmamış, həmin şəxs onlara ancaq səs atmış və mesaj yazmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2025-ci ildə keçirilmiş əməliyyat tədbiri nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmışdır. Saxlanılan zaman onların üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı ona aid olmuşdur və əməliyyat məlumatının məzmununun narkotik vasitələrin daşınması və istifadəsi ilə bağlı olmuşdur. O, təqsirləndirilən şəxslərin adlarının onlara məlum olduğunu və həmin gün əməliyyat qrupu olaraq orada 3 nəfər olduqlarını qeyd etmişdir. Əməliyyat qrupunda o, İdris Əhmədov və Şahid3 olmuş, onlar hadisə yerinə çatan zaman təqsirləndirilən şəxslərin orada olmadığını daha sonra gəldiklərini görmüşlər. Onlar Elcanı görən zaman əlində çanta olmuş, Əhməd isə qaçmaq istəyən zaman yıxılmış, daha sonra isə saxlanılmışdır. O, Əhmədin necə yıxıldığını xatırlamadığını qeyd etmişdir. Həmçinin çantadan təxminən 5 kiloqrama yaxın marixuana adlanan narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxslər iranlı şəxsin onlara ‘’konum’’ atdığını və bu səbəbdən həmin əraziyə gəldiklərini bildirmişlər. Tutulan zaman təqsirləndirilən şəxslər polis şöbəsinə aparılmamış, saxlanıldıqları yer küçənin ortası olduğu üçün mağazanın arxasında çəkiliş edilmişdir. Eyni zamanda Elcan saxlanılan zaman polis işçilərinə müqavimət göstərməmiş və qaçmağa cəhd etməmişdir. Elcan tutulduğu yerdə sənədləşdirilmiş və təqsirləndirilən şəxslər Elşən Əsədov küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 saxlanılan zaman çanta onun əlində olmuş, həmçinin təqsirləndirilən şəxslər saxlanılan zaman onlara qarşı heç bir təzyiq və təsir olmamış, Təqsirləndirilən şəxs1 alnındakı xəsarət isə o yıxılan zaman baş vermişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Narkotiklə mübarizə qrupuna 28 yanvar 2025-ci il tarixində əməliyyat məlumatı daxil olmuş və daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxslər narkotik vasitəni götürən zaman saxlanılmış və sənədləşdirilmişlər. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə Elçin Əsədov küçəsində baş vermiş, əməliyyat zamanı ilk öncə Təqsirləndirilən şəxs2 daha sonra isə Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Təqsirləndirilən şəxs1 əməliyyat zamanı qaçmaq istəyərkən üzü üsdə yerə yıxılmış və bu zaman xəsarət almışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirlənirilən şəxslər çantadan aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadələri üçün götürdüklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 saxlanılan zaman polis şöbəsinə aparılmamış, təqsirləndirilən şəxs saxlanıldıqdan sonra 5 dəqiqə ərzində çəkiliş edilmişdir. O, isintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, O, Ağcabədi rayonunda taksi sifarişi götürmüş, təqsirləndirilən şəxsləri “Qala’’ restoranın qarşısından ‘’Gülüstan’’ şadlıq sarayının qarşısına aparmış, həmçinin həmin zaman təqsirləndirilən şəxslərin üzərində narkotik vasitə görməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər ona 15 dəqiqə sonra qayıdacaqlarını deyərək getmiş, lakin o Əhməd və Elcanın hansı istiqamətə getdiyini görməmişdir. 15 dəqiqə sonra Elcan və Əhmədi götürmək üçün geri qayıdan zaman polis əməkdaşları onu saxlamışlar. O, təqsirləndirilən şəxslər maşında olan zaman telefonla danışmadıqlarını və əllərində çanta olmadığını da qeyd etmişdir. O bu məsələ ilə bağlı Bərdə rayon Polis Şöbəsinə çağırılmış və ifadə vermişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, o, mahiyyəti üzrə bildirir ki, Ağcabədi rayonu Taxta körpü qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməli, onun dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, 28 yanvar 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə 28 yanvar 2025-ci il tarixdə saat 23:40 radələrində Bərdə şəhəri E.Əsədov küçəsində olan zaman saxlanılmışdılar. Belə ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çantanı götürərək Təqsirləndirilən şəxs1 tərəf gələndə saxlanılmış, bunu görən Əhməd qaçmaq istədikdə ayağı ilişib yerə yıxılmış və onlar onu da saxlamışdılar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqdim edərək polis əməkdaşları olduqlarını dedikdən sonra üstlərinin yoxlanılmasına başlamışdılar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinin yoxlanılması keçirilmişdir. Video çəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra üzərlərində qanunsuz predmet varsa təqdim edilməsi bildirilmişdir. Saxlanılan şəxslər idman çantasını göstərərək İran vətəndaşı ilə əlaqə saxladıqlarını və Bərdə rayon ərazisində konum vasitəsilə İran vətəndaşından götürdüklərini bildirərək həmin çantanın içərisində narkotik vasitə olduğunu bildirərək təqdim etmişdilər. Təqdim edilən çantanı açan zaman içərisində 04 ədəd üstü yapışqanlı lentlə sarınmış qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilən narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və çəkisi 5 kiloqram 285 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş kütlələr 1 ədəd sintetik kisəyə qoyularaq qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra Elcan və Əhməd Bərdə rayon PŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısı təqdim edilmiş və müdafiəçilər polis şöbəsinə dəvət edilməklə X10 tərəfindən şübhəli şəxs qismində tutulmuşdular, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 və CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və müdafiəçilərin iştirakları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdılar. X10 hüquq və vəzifələrini izah etdikdən sonra üzərlərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etmələrini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan Samsung Galaxy markalı mobil telefonu və Təqsirləndirilən şəxs1 isə Redmi Note markalı mobil telefonu təqdim etmişdilər, təqdim edilmiş mobil telefonlar 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra onların üzərlərinə şəxsi baxış keçirilmiş, lakin şəxsi axtarış və baxış zamanı əlavə olaraq əhəmiyyət kəsb edən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bunun ardınca şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X11 29 yanvar 2025-ci il tarixli 16/78 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Bərdə RPŞ-nin əməkdaşları keçirdikləri tədbir nəticəsində Laçın rayon sakini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitəyə bənzər” sözləri və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış ağ rəngli sintetik kisədəki, 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda ayrı-ayrılıqda 315 qram, 1525 qram, 1530 qram və 1555 qram, ümumi təmiz çəkisi 4925 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Bərdə RPŞ-nin əməkdaşları keçirdikləri tədbir nəticəsində Laçın rayon sakini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitəyə bənzər” sözləri və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış ağ rəngli sintetik kisədəki, 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın təmiz çəkisi - 4925 qr, tədqiqata sərf edildi -0,4 qr (hər ob 0,1 qr) qalıq - 4924,6 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2025-ci il tarixli şübhəli şəxsin üzərində axtarış aparılmasına dair protokoldan görünür ki, 28 yanvar 2025-ci il tarixdə saat 23:45 dəqiqədən 23:58 dəqiqəyədək olan müddətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə şəhəri E.Əsədov küçəsində saxlanılmış və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünün yoxlanılması zamanı 01 ədəd idman çantasında 04 ədəd qara rəngli torbalarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, 01 ədəd DVD diskin içərisində 16 dəqiqə 48 saniyə intervalında video görüntü vardır. Video görüntüdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 yanvar 2025-ci il tarixdə saat 23:40 radələrində Bərdə şəhəri E.Əsədov küçəsində saxlanılaraq üzərlərinə video çəkilişlə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı tərəfində yerdə 01 ədəd idman çantası vardır. Saxlanılan şəxslər qeyd edilən çantanı göstərərək içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni götürmək üçün İran vətəndaşının mobil telefona göndərdiyi konum vasitəsilə Bərdə şəhərinə gəldiklərini, içərisində narkotik vasitə olan çantanı götürdükdən sonra polis əməkdaşlarının onları saxladıqları qeyd edilir. Bundan sonra 01 ədəd çantada olan 04 ədəd qara rəngli sellofan bükümdə olan kütələr aşkar edilir və elektron tərəzidə çəkilir, çəkisi 5 kiloqram 285 qram olması müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2025-ci il tarixli Protokoldan görünür ki, 29 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bərdə rayonu PŞ-nin inzibati binasında üzərinə baxış keçirilməsi zamanı 11 dəqiqə 17 saniyə müddətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon PŞ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X2, Bərdə rayon polis şöbəsinin CABnin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, NMQ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və müdafiəçilər X5, X6 iştirakları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarış və götürmə keçirilmişdir. İlk öncə NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ağ rəngli sintetik kisədə qablaşdırdığı narkotik vasitə hesab edilən kütləni və 01 ədəd DVD diski təqdim edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən aşkar edildiyini bildirir. Bundan sonra X10 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələrini izah etdikdən sonra üzərlərində qanunsuz əşya olduğu halda təqdim etmələrini bildirir. Təqsirləndirilən şəxs2 Samsung Galaxy markalı və Təqsirləndirilən şəxs1 isə Redmi Note markalı mobil telefonları təqdim edirlər. Təqdim edilmiş mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd ağ kağız zərfə qoyaraq qablaşdırılır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərlərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı mobil telefonda sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə Whatsapp sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığını, həmin şəxsin göndərdiyi konum vasitəsilə qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bərdə şəhərinə gəldiyini bildirir. Bundan sonra müdafiəçi Ayna Nəsirli polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq edilib-edilməməsini soruşur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir təzyiqə məruz qalmadıqlarını, törətdikləri əməli səmimi etiraf etdiklərini bildirirlər. Həmçinin onların üzələrinə baxış keçirilir və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilmir, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və bir ədəd zərf istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş diskin içərisində VİD_20250206_WA0070.mp4”, “VlD_20250206_WA0070.mp4” adlı 2 ədəd fayl və “lMG- 20250206_WA0062.jpg”, “İMG- 20250206_WA0063.jpg”, “İMG-20250206_WA0064.jpg”, “İMG-20250206_WA0065.jpg”, “İMG-20250206_WA0066.jpg”, “İMG- 20250206_WA0067.jpg”, “İMG20220206_A0069.jpg” “İMG20250206_WA0068.jpg”, saylı fotoşəkillər vardır. Həmin faylları açdıqda görüntülər qarşımıza çıxır. Videogörüntüdə Təqsirləndirilən şəxs1 Whatsapp sosial şəbəkədə +**********27 nömrəli mobil telefonla SMS yazışmaları və səsli SMS mesajları görünür: Təqsirləndirilən şəxs1 göndərdiyi SMS: - Burdasan, 5 dəfə zəy vurdum teli asmır - Nə qədər mali vurub Təqsirləndirilən şəxs1 göndərdiyi SMS - Həqi deyirsən, Neçə kilo, şərəfsiz - Təqsirləndirilən şəxs1 göndərdiyi SMS - Səsli SMS - Pulsuz vermiyəydin, görmürsən üzündən zəhrimar yağır - Sabah işimizi aldıra bilərik quzunu satım - Sabah 6 ya kimi adır götürüm, sağol - 15 deqiqe çatıram - Berdeye - Yoldayıq üzü berdeye - Telesdirmişik -Çatırıq - ölməmişəm Aa - orda qala - çatıram birazdan - Allah yolumu açıq elesin - Aldığım konum təmizdi - Oğurluq edib pul ataram sənə - Bununla tutulmayım - Təmizdi yer - Şatıram uje - Şəkil at - Çatıram - Konumu gönder tezeden - Çatdım - Ordayıq Bundan sonra məkan və foto şəkil görünür, yaşıl rəngli ox ilə işarələnmiş konum atılır. +**********27 saylı mobil nömrədən gələn SMS: - Ne qada desan - +**********27 saylı mobil nömrədən gələn SMS - Kilo deyil 100 qr +**********27 saylı mobil nömrədən gələn SMS - Sabah saat 10 mənlə sivyaza gir - Çat ki atam de - 15 deqqe qalıb - Çat çat çat - Denen tez sür - Mal bayırda qalıb - Vallah arxayın ol - Tutulmaq nədi a kişi - Sənə canım qurban mən gedirəm fermaya qoydum spartivni sumkadadı mənə o 650 manatı vur basına dolanım - Kuryer gonderib buno Bundan sonra səsli SMS yazışmaları görünür. Həmin yazışmalarda Təqsirləndirilən şəxs1 göndərilən foto, konum, narkotik vasitənin yeri, narkotik vasitənin görüntüsü, narkotik vasitənin miqdarı, narkotik vasitənin məbləği və digər sms mesajları aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 17 feyral 2025-ci il tarixli 236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 17 fevral 2025-ci il tarixli 237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 fevral 2025-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, keçirilmiş tədbirlər nəticəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə əlbir olub Mobil telefonda Whatsapp social şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşından satış niyyəti ilə 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda ayrı-ayrılıqda 315 qram, 1525 qram, 1530 qram, 1555 qram, ümumi təmiz çəkisi 4925 qram qurudulmuş marixuana əldə etmələri müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kiməsə narkotik vasitə satmalarını müəyyən etmək, həmçinin, İran vətəndaşının şəxsiyyətini müəyyən etmək tərəfimizdən mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 yanvar 2025-ci il tarixli Laçın rayon İH Başsının Qarakeçdi kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 5- 64-35/3-42/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Laçın rayonu Qarakeçdi kənd ərazi dairəsinin Qarakeçdi kəndində daimi qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxta Körpü ərazisi 245 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşıb yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 aprel 2025-ci il tarixli Laçın RİH Başşısının Daşlı kənd inzibati ərazi nümayəndəliyinin 5-64-11/2-17/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Laçın rayonu Daşlı kənd ərazi dairəsinin Kaha kəndində daimi qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxta Körpü məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşıb yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 01 aprel 2025-ci il tarixli, 18-1-57/2-139/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 konsultativ şöbəsinin narkoloji və ruhiəsəb kabinetində dispanser qeydiyyatına alınmayıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 02 aprel 2025-ci il tarixli, 18-1-57/2-141/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 konsultativ şöbəsinin narkoloji və ruhiəsəb kabinetində dispanser qeydiyyatına alınmayıb. Qeyd: xx.xx.2012-ci ildən “Sometik hipertenziya, enseflopatiyanın qalıq əlamətləri, İntellektin geri qalması” diaqnozu ilə dispanser qeydiyyatındadır İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 11 aprel 2025-ci il tarixli 228 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, cinayət hadisəsini törədərkən törətmiş olduğu əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Mirzəyev X7 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(041)-44/2024 nömrəli qərarın surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəsxə dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tqəsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi qərarından görünür ki, təqsirləndirilən şəxslər X1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ağ rəngli sintetik kisədəki, 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda ayrı-ayrılıqda 315 qram, 1525 qram, 1530 qram və 1555 qram, ümumi təmiz çəkisi 4925 qram, ekspertiza tədqiqindən sonra qalıq 4924,6 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd Redmi Note markalı mobil telefon iş üzrə maddi subut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon PŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli 11/223-C-24 nömrəli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xəsarət alması ilə bağlı araşdırma aparılmış, toplanmış materiallarla bir daha təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs1 keçirilən əməliyyat zamanı qaçmaq istəyərkən yıxılmış və sözügedən xəsarəti almışdır. Nəticədə cinayət işinin başlanması rədd edilmiş və qəbul olunmuş qərar tərəflərə göndərilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs2 saxlandıqdan sonra Bərdə RPŞ-yə aparılması daha sonra geri qaytarılması ilə əlaqədar qeyd etdiyi xüsusat üzrə Bərdə RPŞ-yə müvafiq sorğu verilmiş, həmin sorğuya verilən xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 RPŞ-yə xx.xx.2025-ci il tarixdə saat 00:55-də gətirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci maddəsinə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin hər ikisi bildirmişdir ki, onlar ora az miqdarda narkotik vasitənin arxasınca getmişlər, lakin sənədlərin tədqiqi zamanı bir daha məlum oldu ki, arxasınca getdikləri narkotik vasitənin şəkli onlara göndərilmiş, orada vasitənin 1 (bir) idman çantasında olması görünür. Qeyd olunan xüsusat təqsirləndirilən şəxslərin öz müdafiəsi məqsədilə gətirdiyi dəlil olaraq nəzərə alınmalıdır. Məhkəmə tərkibi müəyyən edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan ünvana gedərkən məqsədlərinin yalnız şəxsi istehlak miqdarında narkotik əldə etmələrini qeyd edərək, tutduqları əməldən səmimi peşman olmalalarını bildirmişlər. Eləcə də, məhkəmə istintaqı zamanı etirafedici ifadələr verərək, Təqsirləndirilən şəxs1 əqli gerilik sindromundan əziyyət çəkdiyini, əvvəllər ona əlillik dərəcəsinin təyin olunmasını bildirmişdir. Ağrıları ilə əlaqədar narkotik vasitədən istifadə etdiyini bildirərək, həmin gün narkotik vasitə əldə etmək üçün dostu Elcanla birlikdə spirtli içki qəbul etməsini bildirmişdir. Spirtli içkinin təsiri altında qeyd olunan nömrə ilə əlaqə saxlayaraq ondan çəkmək üçün narkotik vasitə götürməyə getmişlər, orada polis əməkdaşları tərəfindən saxlanmışlar. Tutduqları əməldən peşman olmaqları ilə yanaşı, əməli səmimi etiraf etmələri, eləcə də gənc olmaları, Təqsirləndirilən şəxs1 xəstəliyi, ilk dəfə məhkum edilmələri, həmçinin yaşadıqları ərazidə müsbət xarakterizə olunmaları yüngülləşdirici hal olaraq nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, cəza təyini zamanı qeyd olunanlara diqqət çəkilməlidir. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarın tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və marixuana narkotik vasitə hesab olunur; heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14 ” iyun 2024-cü il tarixli Qərarına əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Eləcə də, həmin Qərarın 8-ci maddəsinə əsasən “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq AzərbaycanRespublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq”dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azadolunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsinarkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllərtörətməyə sövq edən sair maraq başa düşülür. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. CM-in 234.4-cü maddəsində Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3- 1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin 13 qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə düzgündür və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin hakimi Bayram Məhərrəmovun qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin hakimi Fərman Abdullayevin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 220 manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 220 manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Bərdə RPŞ--nin saxlanc anbarında saxlanılan ağ rəngli sintetik kisədəki, 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda ayrı-ayrılıqda 315 qram, 1525 qram, 1530 qram və 1555 qram, ümumi təmiz çəkisi 4925 qram, ekspertiza tədqiqindən sonra qalıq 4924,6 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, 01 ədəd Redmi Note markalı mobil telefon sahibinə qaytarılmalı. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərinin yoxlanılması zamanı, üzərlərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin və təqdim edilmiş Whatsapp sosial şəbəkədə SMS yazılarının özündə əks edildiyi 03 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Gəncə rayonlararası Narkoloji Dispanserin rəylərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdırlar. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan,yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb edilsinlər və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. Dövlət büdcəsi hesabından müdafiəçilər Müdafiəçi2 üçün 220 manat pul, Müdafiəçi1 üçün 220 manat pul onların vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 64 manat 80 qəpik manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ--nin saxlanc anbarında saxlanılan ağ rəngli sintetik kisədəki, 4 (dörd) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda ayrı-ayrılıqda 315 qram, 1525 qram, 1530 qram və 1555 qram, ümumi təmiz çəkisi 4925 qram, ekspertiza tədqiqindən sonra qalıq 4924,6 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, 01 ədəd Redmi Note markalı mobil telefon sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərinin yoxlanılması zamanı, üzərlərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntülərin və təqdim edilmiş Whatsapp sosial şəbəkədə SMS yazılarının özündə əks edildiyi 03 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-429/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-429/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver