Məhkəmə qərarları › İş №1(100)-43/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-43/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-43/2022 21.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanmda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən külli miqdarda yəni, təmiz ümumi çəkisi 2,214 qram narkotik vasitə olan heroini, ümumi təmiz çəkisi 0,532 qram olan narkotik vasitə - qurudulmuş marixuana və narkotik vasitə və ya psixatrop maddələrə aid olmayan güclü təsiredici maddələr olan 4 ədəd güclü təsiredici olan Preqabalin həbi və 4 ədəd güclü təsiredici maddə olan Tramadol həbini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyarkən 02 yanvar 2021-ci il tarixdə saat 15:15-də Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, M.Rəhimov küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O" avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda 2,138 qram və 1 ədəd siqaret falqasına bükülmüş 0,076 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 4 ədəd güclü təsiredici olan Preqabalin həbi və 4 ədəd güclü təsiredici maddə olan Tramadol həbi, əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd siqaretin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram və 0,289 qram, ümumi təmiz çəkisi 0,532 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, o, 02.01.2021-ci il tarixdə saat 15:15 dəqiqədə Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin qarşısında idarə etdiyi Mercedes markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınını saxlayıb orada olan tanıdığı adamlar ilə söhbət edən zaman ona 2 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar və Kəpəz RPİ-nə gətirmişlər. Polis idarəsində onun üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demişlər və onu narkotik vasitə gəzdirməkdə şübhəli bilindiyi üçün tutaraq qərarla tanış etmişlər. Bundan sonra maddi imkanı olmadığı üçün o dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və ona video çəkilişlə hüquq və vəzifələri izah edilmiş, polis əməkdaşları və adını sonradan bildiyi dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibində olan Kent markalı siqaret qutusunun içərisinə qoyduğu 2 ədəd siqaretin içərisindəki narkotik vasitə olan maruxuana, göy rəngli cins şalvarın sağ yan cibində olan 4 ədəd Tramadol həbləri, 4 ədəd Lirika həbləri, 2 bükümdə olan heroinlər və cibində olan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Üzərindən götürülmüş kütlələr aptek tərəzisində çəkilmişdir. Götürülmüş 1 büküm heroinin çəkisi bükülmüş şəffaf sellofan ilə birlikdə 2,83 (iki tam yüzdə səksən üç) qram, digər götürülmüş 1 bükümdə olan heroinin çəkisi bükülmüş siqaret falqası ilə birlikdə 0,18 (sıfır tam yüzdə on səkkiz) qram, digər gətürülmüş 2 ədəd siqaret kağızına bükülüdəki marixuananın çəkisi birlikdə 1.78 (bir tam yüzdə yetmiş səkkiz) qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümlərdəki narkotik vasitələr, 4 ədəd Tramadol həbləri və 4 ədəd Lirika həblər qablaşdırılmış və ağzı möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt video çəkiliş və fotoşəkil çəkilmişdir. Şəxsi əşyaları baxış qurtardıqdan sonra hər biri özünə qaytarılmışdır. Bundan başqa ondan idarə etdiyi Mercedes markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınına baxış keçirilməsi üçün etiraz etməməyi barədə ərizə almışlar və Kəpəz RPİ-nin inzibati binasının qarşısında saxladığı avtomaşınına baxış keçirilmişdir. Baxış zamanı avtomaşınının saxlanc yeri kimi istifadə etdiyi dirsək altından içərisində 113 manat pul olan 1 ədəd pul qabı, 8 ədəd analgin həbi, Omez həbi, 2 ədəd qatlanan bıçaqlar, əl çantasının içərisindən narkotik vasitə istifadə etmək üçün olan 3 ədəd şüşə qab və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş narkotik vasitə istifadə etmək üçün olan 3 ədəd şüşə qab və bıçaqlar ayrı-ayrı zərfdə qablaşdırılmış və ağızları möhürlənərək üzəri iştirakçılar tərəfindən və onun tərəfdən imzalanmışdır, bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Həmin vaxt video çəkiliş və fotoşəkil çəkilmişdir. Avtomaşınında olan digər ona məxsus şəxsi əşyaları ona qaytarılmışdır.O üzərində aşkar olunan heroini Baba adlı şəxsdən alıb özü istifadə etməyi üçün üstündə saxlamışdır. Satmaq fikrində olmamışdır. Üzərində aşkar olunan Tramadol və Lirika həbləri və marixuana isə ona məxsus olmamış, tutularkən hansı şəraitdə kim tərəfindən üzərinə qoyulmasını bilməmişdir. Üzərindən narkotik vasitə aşkar olunduğu üçün qorxusundan marixuana və həblərin ona məxsus olmamasına etiraz etməmişdir. 02.01.2021-ci il tarixdə Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin qarşısında idarə etdiyi Mercedes markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınını saxlayıb mağazaya gedən zaman polis əməkdaşları tərəfindən saxlanılıb Kəpəz RPİ-nə gətirilmişdir. Avtomaşınından aşkar edilmiş bıçaqlar və elektron tərəzilər ona məxsusdur və həmişə avtomaşınında gəzdirir. O, Baba adlı şəxsi təxminən 4- 5 ay əvvəl tanımışdır. Özünə məxsus Mercedes markalı ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə əvvəllər taksi fəaliyyəti ilə məşğul olan zaman müştəri kimi tanımışdır. O Natiq adlı şəxsi uşaqlıqdan tanıyır, onunla qonşuluqda yaşayır. Tutularkən yalandan üzərindən çıxan Lirika və Tramadol həblərini Natiqdən aldığını bildirmişdir. Onun narkotik vasitə olan heroin əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. O həmin narkotik vasitəni heç kəsin xəbəri olmadan və heç kəsə demədən yerdən tapıb əynindəki şalvarın cibində saxlamışdır. Natiqin nəyə görə həbləri ona veməsi bardə ifadəsində göstərməsinin səbəbi barədə bir söz deyə bilməz. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-in CAŞ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02.01.2021-ci il tarixdə saat 15:15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O” avtoyuma məntəqəsinin qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Kəpəz rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcəsinin sol yan cibindən aşkar olunmuş “Kent” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin içərisində ilk baxışdan narkotik vasitə olan “marixuana”-ya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd Tramadol həbləri, 4 ədəd Lirika həbləri, şəffaf sellofana bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlə və siqaret falqasına bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs cibindən 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, həmin narkotik vasitələr ayrı-ayrılıqda heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və “heroin”-ə bənzər 1 ədəd bükümdə olan kütlənin çəkisi şəffaf sellofan ilə birlikdə 2.83 (iki tam yüzdə səksən üç) qram, digər götürülmüş “heroin”-ə bənzər 1 bükümdə olan kütlənin çəkisi bükülmüş siqaret falqası ilə birlikdə 0.18 (sıfır tam yüzdə on səkkiz) qram, digər götürülmüş 2 ədəd siqaret kağızına bükülüdəki narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi birlikdə 1.78 (bir tam yüzdə yetmiş səkkiz) qram olmuşdur. Sonra isə narkotik vasitə olan heroin və marixuanaya bənzər kütlələr kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroin və marixuananı “Baba” ləqəbli şəxsdən 2020-ci il dekabr ayında Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Dəmiryol vağzalının yaxınlığında aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz icazəsi və müdafiəçisinin iştirakı ilə idarə etdiyi Mercedes markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomaşının saxlanc yeri kimi istifadə etdiyi dirsək altından içərisində 113 manat pul olan 1 ədəd pul qabı, 8 ədəd analgin həbi, Omez həbi, 2 ədəd qatlanan bıçaqlar, əl çantasının içərisindən narkotik vasitə istifadə etməsi üçün olan 3 ədəd şüşə qab və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o halhazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada yaşadığı evin həyətində avtomaşınların təmiri ilə məşğul olmaqla ailəsini saxlayır. “Qara” ləqəbli Təqsirləndirilən şəxs mənimlə qonşuluqda yaşayır, o Ramilin dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı Mercedes markalı avtomaşınını bir neçə dəfə təmir etmiş, Təqsirləndirilən şəxslə münasibətləri həmişə qonşu kimi yaxşı olmuşdur. Onun ciyərləri ağrıdığı üçün hər gün 1 ədəd tramadol həbinin yarısını qəbul edərək ağrılarını sakitləşdirməyə çalışır. O tramadol dərmanı olmadıqda lirika adlı ağrıkəsici kimi tanıdığı dərman alaraq həmin dərmandan da istifadə edir. O ağrıkəsici kimi alıb istifadə etdiyi tramadol və lirika adlı dərmanları Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən aptekdən Sədaqət adlı əczaçıdan alıb istifadə edir. 01.01.2021-ci il tarixdə saat təxminən 14 radələrində ağrıları olduğu üçün qeyd etdiyi Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən aptekdən Sədaqət adlı əczaçıdan 6 ədəd tramadol və 6 ədəd lirika adlı ağrıkəsici dərman həblərini, ümumilikdə 4 manat 90 qəpiyə almış, 2 ədəd lirika və 2 ədəd tramadol dərman həblərini 01.01.2021-ci il tarixdən 02.01.2021-ci il tarixədək ağrılarını kəsmək üçün qəbul etmişdir. Qara ləqəbli qonşusu Təqsirləndirilən şəxs ondan ağrıları olduğunu deyərək istədiyi üçün 02.01.2021-ci il tarixdə saat təxminən 13 radələrində üzərində olan 4 ədəd lirika və 4 ədəd tramadol həblərini öz yaşadığı evin yaxınlığında küçədə Ramilə vermişdir. O həmin dərman həblərini Təqsirləndirilən şəxs verən zaman Ramil ona hər hansı pul vəsaiti verməmişdir. Təqsirləndirilən şəxslə bundan başqa onun arasında heç nə olmamışdır. Təqsirləndirilən şəxs özü istifadə etmək üçün aldığı həbləri onun yaşadığı evin qarşısında vermiş, o lirika və tramadol adlı həbləri heç bir icazə olmadan qonşuluqda yaşayan və Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən aptekdə əczaçı işləyən Sədaqət adlı şəxsdən əldə edir. O Sədaqət adlı əczaçıdan aldığı həbləri yalnız özü istifadə edir, həmin həbləri heç kimə satmır və qazanc əldə etmək niyyəti olmamışdır. Ramilin nəyə görə həbləri ondan almadığını deməsini n səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərdi ki, o hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada yaşadığı evin küçə hissəsi tərəfində Zeytun apteki içlədir. Həmin aptekin həm müdiri, həm də əczaçısı kimi işləyir. O təxminən 30 ildir həmin apteki işlədir. Onun işlətdiyi aptek tam rəsmi qaydada çalışır, həmin aptekin hər bir sənədləri qaydasındadır. O aptekdə satdığı dərmanları “Zeytun” firmasının vasitəsilə əldə edir və həmin firma ilə işləyir. O həmin aptekdə tək işləyir, onun əlavə işçisi yoxdur. İşlətdiyi aptek yaşayış məntəqəsinin yaxınlığında yerləşdiyinə və yaşadığı ev orada olduğunu görə ətrafda yaşayan insanlarla münasibətləri mövcuddur. Tanıdığı insanlara müəyyən müddət üçün nisyə formada dərman vasitələri satır. O ləqəbi “Apbılı” kimi tanıdığı Natiq adlı şəxsi qonşu kimi 20 ildir tanıyır. O Natiqdən daha çox onun valideynləri ilə münasibətləri vardır. Natiqin valideynlərinin maddi vəziyyəti yaxşı olmadığına görə o daim onlara nisyə formada dərman vasitələri vermişdir. Natiqin ailəsində xəstə şəxslər olduğuna görə daim ondan ağrıkəsici vasitələr alırlar. Əksər vaxtlarda Natiqin atası Qəzənfər adlı şəxs onun işlədiyi aptekə gələrək dərman vasitələri alır, lakin müəyyən vaxtlarda Natiq adlı şəxsdə həmin aptekə gəlir. Bundan başqa “Qara” ləqəbli Ramil adlı şəxsi də tanıyır. Ramil də onlarla qonşuluqda yaşayır. Bir neçə dəfə Ramil ondan lirika və tramadol adlı dərman vasitələri satmağını istəmişdir. Lakin o Ramilə həmin dərman vasitələrinin xüsusi icazə əsasında satıldığını və heç kimə qeyri-rəsmi satmadığını bildirmişdir. Natiq adlı şəxsə müəyyən vaxtlarda dərman vasitələri satsa da, lirika və tramadol adlı dərman vasitələri satmamışdır. O Natiqə və valideynlərinə ağrıkəsici vasitələr olan Analgin-Dimedirol, Algi-2 və diprospan adlı dərman vasitələri satmışdır. Natiqin onun barəsində dedikləri şər və böhtandır. Onun Natiq və onun ailəsi ilə heç bir ədavəti yoxdur. Natiq adlı şəxsin nəyə görə məhz ona məxsus aptekdən və ondan Tramadol və Lirika adlı dərman həblərini aldığını bildirməsi barədə heç bir fikri yoxdur. O həmin şəxsə Lirika və Tramadol adlı dərman vasitələri satmadığını ona bildirə bilər. Ona məxsus aptekdə hal-hazırda lirika və tramadol adlı dərmanlar mövcud deyildir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 02.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilində narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Baxış keçirilməsi və götürmə haqqında 02.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən aşkar olumuş aşkar olunmuş Kent markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin içərisində marixuanaya oxşar kütlə aşkar olunaraq götürüldü.Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd Tramadol həbləri, 4 ədəd Lirika həbləri, şəffaf selofan bükülmüş nakotik vasitə olan heroinə oxşar kütlə və siqaret falqasına bükülmüş narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürüldü. Təqsirləndirilən şəxs cibindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürüldü. Həmin kütlə qablaşdırıldı və möhürləndi. Avtomobilə baxış keçirilməsi və götürmə haqqında 02.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi mercedes markalı ** DF *** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomaşının saxlanc yeri kimi istifadə etdiyi dirsək altından içərisində 113 manat pul olan 1 ədəd pul qabı, 8 ədəd analgin həbi, Omez həbi, 2 ədəd qatlanan bıçaqlar, əl çantasının içərisindən narkotik vasitə istifadə etməsi üçün olan 3 ədəd şüşə qab və 1 ədəd elektron tərəzi aşkar olundu. Bıçaqlar, şüşə qab və elektron tərəzi qablaşdırıldı və möhürləndi. “Video görüntüyə baxış keçirilməsi haqqında” 04.01.2021-ci il tarixli protokoldan görünür ki, 02.01.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində təhqiqatçı, polis baş leytenantı Nicat Əəvəzli, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs heç bir əşya təqdim etmədiyi üçün onun üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcəsinin sol yan cibindən aşkar olunmuş “Kent” markalı siqaret qutusunun içərisindən 2 ədəd siqaretin içərisində ilk baxışdan narkotik vasitə olan “marixuana”-ya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd Tramadol həbləri, 4 ədəd Lirika həbləri, şəffaf sellofana bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlə və siqaret falqasına bükülmüş ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs cibindən 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, həmin narkotik vasitələr ayrı-ayrılıqda heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və “heroin”-ə bənzər 1 ədəd bükümdə olan kütlənin çəkisi şəffaf sellofan ilə birlikdə 2.83 (iki tam yüzdə səksən üç) qram, digər götürülmüş “heroin”-ə bənzər 1 bükümdə olan kütlənin çəkisi bükülmüş siqaret falqası ilə birlikdə 0.18 (sıfır tam yüzdə on səkkiz) qram, digər götürülmüş 2 ədəd siqaret kağızına bükülüdəki narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi birlikdə 1.78 (bir tam yüzdə yetmiş səkkiz) qram olmuşdur. Daha sonra isə narkotik vasitə olan heroin və marixuanaya bənzər kütlələr kağız zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroin və marixuananı “Baba” ləqəbli şəxsdən 2020-ci il dekabr ayında Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Dəmiryol vağzalının yaxınlığında aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz icazəsi və müdafiəçisi X5 iştirakı ilə idarə etdiyi Mercedes markalı, ** DF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomaşının saxlanc yeri kimi istifadə etdiyi dirsək altından içərisində 113 manat pul olan 1 ədəd pul qabı, 8 ədəd analgin həbi, Omez həbi, 2 ədəd qatlanan bıçaqlar, əl çantasının içərisindən narkotik vasitə istifadə etməsi üçün olan 3 ədəd şüşə qab və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. “Baxış keçirilməsi haqqında” 18.03.2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş çıxarışlara baxış zamanı 01.12.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsnə yazılmış mesajda “Qaqa berk xestelenmişem titriyirəm bir qırıq kola verda gedim sagalım ayın 3 qobusdanda mehkemedi ozume gelim”.Daha sonra 01.01.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, “qara bu nedi verdin heşne elemir bu mal döylü qolum dağılır ağrıdan”, “qapidayam qara çıx malı ya deyiş ya pulu ver tezol agrıyıram”.Daha sonra 16.12.2020-ci il tarixdə 055-245—53-47 saylı nömrədən Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, NOİAR.QARA KOMEY.ED.KAKOS.VAR.QADAN.AİM.”,“AY.QAR.NOİAR.İKAN.VARSA.BİDENE.CET.KO MET.SABAR.VERCEM.PUİ.AQR YRA. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli 5(043)-4/2021 saylı qərarından görünür ki, Gəncə şəhər BPİ Kəpəz rayon Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 02.01.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarının məhkəmə nəzarəti qaydasında yoxlanmasından imtina edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 21 yanvar 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, həmin narkotik vasitədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən Baba adlı şəxsdən alıb-almadığının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması barədə məlumat əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələri alan şəxsləri müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə və odlu silah əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06.01.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. Materialların məhkəmə ekspertizası və məhkəmə bioloji ekspertizasının 02.01.2021-ci il tarixli 16/7 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, 2 ədəd kağıza bükülü narkotik vasitə olan marixuanaya bənzər kütlə, 4 ədəd lirika həbləri, 4 ədəd tramadol həbləri....” sözləri yazılmış kağız paketdəki, -1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 1 (bir) ədəd sellofan kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,076 qram, 2,138 qram, ümumi təmiz çəkisi 2,214 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmçinin ekspertiza rəyindən görünür ki, 2 (iki) ədəd “WEST” adlı siqaretlərin içərisində tütün hissəcikləri və ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram, 0,289 qram, ümumi təmiz çəkisi 0,532 qram olan bitki mənşəli kütlələr, tərkibində narktik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Qeyd: Heroinin təmiz çəkisi – 0,076 qr(1 №), -2,138 qr (2 №), tədqiqata cəmi sərf edildi – 0,1 qr (hər ob. 0,05 qr) qalıq – 0,026 qr (1 №), - 2,088 qr (2№), Marixuananın təmiz çəkiləri – 0,243 qr (3 №-li ob), - 0,289 qr (4 №-li). Tədqiqata sərf edildi- 0,1 qr (hər ob 0,05 qr), qalıq – 0,193 qr (3№-li), - 0,239 qr (4№-li ob). Həmçinin ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi ** DF *** d.q.n.n-lı avtomobilin dirsək yerindən aşkar edilmiş əl çantasının içərisində olan 3 ədəd şüşə qablar...” sözləri və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd şüşə boru formalı qabların içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdəki marixuanalar tərkibinə görə eynidirlər. Məhkəmə ekspertizası mərkəzinin Gəncə regional bölməsinin labaratoriyasında texniki avadanlıq olmadığından təqdim olunan dərman preparatlarının tədqiqatını aparmaq mümkün olmamışdır. Materialların məhkəmə ekspertizasının 17.02.2021-ci il tarixli 6/226 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 bölməsi Tədqiqat Obyekti №2” ştamp əksləri olan bir ədəd kağız paketdəki üzərində “Tramadol Hydrochloride 225 mg“ göstəriciləri olan konvolyut kəsiyində 4 ədəd qırmızı rəngli dərman həbinin əsas təsiredici maddəsi tramadoldur və həmin həblərin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edir. Üzərində “REPAGEN 300 mg” göstəricisi olan blister kəsiyində 4 ədəd ağ-qəhvəyi rəngli dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir. Tramadol və preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Məhkəmə-balistik ekspertizasının 15.01.2021-ci il tarixli 16/12 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş (“1” rəqəmi ilə işarələnmiş) bıçaq zavod üsuli ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümum təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Eləcə də tədqiqata təqdim edilmiş (“2” rəqəmi ilə işarələnmiş) bıçaq zavod üsuli ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümum təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 16.01.2021-ci il tarixli 35 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin 05.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 11.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” 02.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə 04.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində axtarış elan etmək haqqında 25.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 18.03.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 mart 2021-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İ № 899617 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında 28.01.2014-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİİ № 427905 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Əliyev Əli Ramil oğlu 17.09.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X13 qızıdır. AZ-İV № 126603 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 04.05.2018-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X13 qızıdır. 2 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 02.07.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs hazırda 2 saylı X2 astma diaqnozu ilə müalicə alır. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə arayışdan görünür ki, Əliyev Əli Ramil oğlu sağlamlıq imkanları məhdud uşaqdır. «Sübutların qiymətləndirilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirlən zaman aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyi naməlum vaxt və mənbə kimi qiymətləndirilsin və həmin fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,026 qram, 2,088 qram olan heroin, 0,432 qram marixuana, güclü təsiredici maddə olan 4 ədəd preqabalin və 4 ədəd tramadol həbi, avtomobilindən aşkar edilmiş 2 ədəd elektron tərəzi, avtomobilindən aşkar edilmiş 2 ədəd bıçaq, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan ittihamlar üzrə özünü təqsirli bilmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərində aşkar olunan heroin və marixuananı Baba adlı şəxsdən alıb özü istifadə etməyi üçün üstündə saxlamışdır. Satmaq fikrində olmamışdır. Üzərində aşkar olunan Tramadol və Lirika həblərini bir neçə gün əvvəl ağrıları olduğu üçün qonşusu Natiq adlı şəxsdən almışdır. Avtomaşınından aşkar edilmiş bıçaqlar və elektron tərəzilər ona məxsusdur və həmişə avtomaşınında gəzdirir. Baba adlı şəxsdən narkotik vasitə olan heroin və marixuananı təxminən 1 ay bundan əvvəl Gəncə şəhəri Dəmiryol vağzalı adlanan yerdə götürmüşdür. O Natiq adlı şəxsi uşaqlıqdan tanıyır, onunla qonşuluqda yaşayır. Lirika və Tramadol həblərini ondan 02.01.2021-ci il tarixdə kəskin ağrıları olduğuna görə almış, Natiqə həmin həblərin qarşılığında pul verməmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bununla əlaqədar hər hansı vəsatəti və şikayəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“yuxarı “həddi 2 qram, marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“aşağı“həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, uşağının əlil olmasını, özünün bronxial astma xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 02.01.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 04.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində 25.01.2021-ci il tarixli qərarla axtarış elan edilmiş və o, 18.03.2021-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir.Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 mart 2021-ci ildən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs 01.02.2021-ci il tarixdən 04.01.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı 18.03.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,026 qram, 2,088 qram olan heroin, 0,432 qram marixuana, güclü təsiredici maddə olan 4 ədəd preqabalin və 4 ədəd tramadol həbi, avtomobildən aşkar edilmiş 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 199 (yüz doxsan doqquz) manat 62 (altmış iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdən 04.01.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 18 mart 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,026 qram, 2,088 qram olan heroin, 0,432 qram marixuana, güclü təsiredici maddə olan 4 ədəd preqabalin və 4 ədəd tramadol həbi, avtomobildən aşkar edilmiş 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 199 (yüz doxsan doqquz) manat 62 (altmış iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar