Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-43/2023 18.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İnqilab oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1984-cü il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2017-ci ilin aprel ayının əvvəllərində tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Bərdə rayonu Qaradırnaq kəndi ərazisindən keçən Uçurum çayının sol sahilində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdarda, yəni ümümi təmiz çəkisi 1300 qram olan 70 (yetmiş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, 18 may 2017-ci il tarixdə saat 18 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya edilmiş külli miqdarda, yəni ümumi təmiz çəkisi 1300 qram olan 70 (yetmiş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri Bərdə rayonu Qaradırnaq kəndi ərazisindən keçən Uçurum çayının sol sahilində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid4 həmkəndlisi olmuş və aralarında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. 2017-ci ilin mart ayının əvvəllərində Şahid4la söhbət zamanı kəndlərindən təxminən 4-5 km aralıda Bərdə rayonu, Qaradırnaq kəndi ərazisindən keçən su kanalının kənarında çöllük boş sahədə çətənə kolu əkib-becərmək barədə razılığa gəlmişlər. Dəqiq tarixini xatırlamadığı vaxtda, 2014 yaxud 2015-ci ildə Belarusiyada olarkən özü ilə çətənə toxumu gətirmiş və həmin toxumları Qaradırnaq kəndi ərazisindən keçən su kanalının kənarında çöllük boş sahibsiz yerdə xəlvəti əkib cücərtmişdir. Sonradan isə Şahid4la danışıb özləri istifadə etmək üçün əkib cücərtdiyi çətənə kollarını birlikdə əkib-becərmək barədə razılaşmışlar. 2017-ci ilin aprel ayının əvvəllərində Şahid4la birlikdə cücərtdiyi çətənə şitillərini Bərdə rayonu, Qaradırnaq kəndi ərazisindən keçən su kanalının kənarında çöllük sahibsiz boş sahədə əkmişlər, sonra suvarıb yaxşı inkişaf etməsi üçün dibinə quş peyini vermişlər. Əkdikləri çətənə bitkisinin şitillərini nəzarətdə saxlayaraq arabir xəlvəti gedib baxmışlar və suvarıb dibini boşaldaraq qulluq etmişlər. 2017-ci ilin may ayının dəqiq xatırlamadığı günündə saat təxminən 16 radələrində Şahid4 məxsus qırmızı rəngli VAZ 2107 minik markalı avtomobillə əkib becərdikləri çətənə kollarına baş çəkməyə getmişlər. Şitilləri sulayan vaxtı bir neçə nəfər şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bilmişlər. Sonuncular Şahid4 saxlasalar da, o qaçmış və həmin axşamı Gürcüstana, oradan da Türkiyəyə getmiş, sonra Rusiya, Türkiyə və Gürcüstana gedib paltar alveri ilə məşğul olmuşdur. 2018 yaxud 2019-cu ildə Azərbaycana qayıtmışdır. Özünə məxsus xarici pasportun müddəti bitdiyi üçün Bərdə “Asan xidmət” mərkəzinə getmiş, orada olan zaman barəsində Bərdə rayon polis şöbəsində cinayət işi olduğunu bilmişdir. Ona görə də polis şöbəsinə könüllü gedərək özünü təqdim edib təslim olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, çətənə kollarını Şahid4la birlikdə öz istifadələri üçün əkmişlər. Sonuncu ilə birlikdə əkdikləri şitilləri sulayan vaxt polis əməkdaşlarının gəldiklərini görüb oradan qaçmış və həmin gecə ölkəni tərk etmişdir. Əfqanın tutulması barədə məlumatı olsa da, özü barəsində cinayət işi olduğunu bilməmişdir. O, heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmamış və əkib-becərdiyi narkotik vasitələrdən hər hansı şəxsə verməmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, tutulmamışdan 5-6 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2017-ci ilin mart ayının axırlarında o, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs ilə evinə gedən yolun ayrıcında söhbət edən vaxt sonuncu ona narkotik tərkibli çətənə bitkisinin şitilini təşkil edə biləcəyini və həmin şitilləri müəyyən yerdə əkib-becərməklə kultivasiya edib özləri qəbul etmək üçün marixuana əldə edə biləcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmış, tərkibində narkotik maddələr olan bitki şitillərini əkib-becərmək üçün münasib yer axtarmış və nəticədə həmin bitkiləri Bərdə rayonu, Qaradırnaq kəndi ərazisində kənddən 4-5 km məsafədə yerləşən “Uçurum” çayının sol sahilində əkib-becərmək qərarına gəlmişlər. 2017-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs bir ləyən şitillər gətirmiş və o, sonuncu ilə birlikdə “Uçurum” çayının kənarına gedərək tərkibində narkotik maddələr olan 70 ədəd çətənə bitkisini çayın sol sahilində qamışlığın arasında 4 cərgədə əkmiş, çətənə kollarını torpağa basdırdıqdan sonra həmin kolların dibini boşaldıb sulamış, bitkiləri “Uçurum” çayından 3 ədəd plastmas qabda götürdükləri su ilə sulamış, eyni zamanda bitkilərin yaxşı boy atması üçün dibinə quş peyini tökmüşlər və bitkiləri mütəmadi nəzarətdə saxlamışlar. 18 may 2017-ci il tarixdə saat təxminən 17 radələrində o, Təqsirləndirilən şəxsla birlikdə özünə məxsus VAZ 2107 markalı maşınla narkotik tərkibli çətənə kollarını əkib-becərdikləri yerə getmiş və bitkiləri sulamaq istəyərkən uzaqdan bir neçə nəfər onlara yaxınlaşmışdır. Həmin şəxslərin yaxınlaşdığını görən Təqsirləndirilən şəxs qaçıb getmiş, o isə heç bir yerə qaçmamış, gələn şəxslər özlərini Bərdə RPŞ-nin əməkdaşları kimi təqdim etmiş və onların əkib-becərdiyi narkotik tərkibli bitkiləri aşkar etmişlər. Daha sonra isə dəvət olunmuş hal şahidlərinin iştirakı ilə əkdikləri 70 ədəd narkotik tərkibli çətənə kolları nəzərdən keçirilmiş, bununla bağlı onu sorğu-sual etmişlər, o da tərkibində narkotik maddələr olan bitkiləri Təqsirləndirilən şəxsla birlikdə əkibbecərdiyini, dibini boşaldıb suladıqlarını, bitkiləri “Uçurum” çayından 3 ədəd plastmas qabda götürdükləri su ilə suladıqlarını, eyni zamanda bitkilərin yaxşı boy atması üçün dibinə quş peyini tökdüklərini və dibini boşaldıb kultivasiya etdiklərini etiraf etmişdir. Daha sonra polis əməkdaşları bitkilərin fotoşəkillərini çəkmiş, boylarını ölçmüş, sonra bitkiləri kökündən çıxarıb çəkərək qablaşdırmış, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, narkotik tərkibli çətənə kollarını Təqsirləndirilən şəxsla birlikdə özlərinin istifadəsi üçün əkmiş, həmin narkotik vasitələrdən kiməsə satmamış yaxud verməmişlər. Çətənə kollarını çayın yaxınlığında əkməkdə məqsəd suvarılmasının asan olması ilə bağlı olmuşdur. Toxumunu Təqsirləndirilən şəxs versə də, sonuncunun həmin toxumları kimdən və hansı qaydada əldə etməsi barədə onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Bərdə RPŞ-yə Şahid4 Bərdə rayonu, Qaradırnaq kəndinin ərazisindəki pay torpaq sahəsinin yaxınlığında “Uçurum” çayının kənarında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi və kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və İTB-nin sahə rəisi Şahid3 Cəlil oğlundan ibarət əməliyyat qrupu tərkibində Bərdə rayonu, Qaradırnaq kəndi ərazisinə getmişlər. Həmin kənddə iki nəfər şəxsi hal şahidi kimi dəvət etdikdən sonra saat 18 radələrində “Uçurum” çayının sol sahilini nəzərdən keçirərkən qamışlığın arasında bir nəfər kök bədənli şəxsin nəsə suladığını görüb, dərhal sonuncunu əhatəyə alaraq yaxalamışlar. Sorğu-sual zamanı həmin şəxsin Şahid4 olduğu müəyyən edilmişdir. Qamışlığın arasında xüsusi olaraq alaqdan, qamışlıqdan təmizlənmiş təxminən 30-80 sm ölçüdə tərkibində narkotik maddələr olan bitkilərə bənzər kollar olduğunu görmüşlər. Şahid4 həmin bitkilərin narkotik tərkibli olduğunu təsdiq edərək, koları təxminən 1 ay 15 gün əvvəl tanışı Bərdə rayonu, Mustafaağalı kənd sakini Rəşad adlı şəxslə birlikdə həmin yerdə əkdiyini, həmin sahədə olan üç ədəd 10 litrlik plastmas materialdan olan qabları göstərərək bitkiləri həmin qablarla “Uçurum” çayından götürdükləri su ilə vaxtı-vaxtında suladıqlarını, yaxşı böyüməsi üçün dibinə quş peyini verərək dibini boşaldıb kultivasiya etdiklərini bildirmişdir. Həmin çətənə kollarına bənzər bitkilər nəzərdən keçirilərkən bitkilərin 4 cərgədə əkilməklə 70 ədəd olması müəyyən edilmişdir. Həmin bitkilərin uzunluqları təxminən 30 sm-dən 80 sm-ə qədər olmuşdur. Baxışda iştirak edən aqronom Şahid7 bitkilərə vaxtı-vaxtında qulluq olunduğunu, dibinə su və quş peyini verildiyini, dibinin boşaldılıb kultivasiya edildiyini təsdiq etmişdir. Həmin vaxt bitkilərin bir hissəsinin dibi yaş olmuşdur. 4 cərgədən ibarət həmin 70 ədəd tərkibində narkotik maddələr olan bitkilərin fotoşəkilləri çəkilmiş, sonra həmin bitkilər ayrı-ayrılıqda kökündən çıxarılaraq bir yerə yığılıb çəkilmiş, bitkilərin yaşıl kütləsi 1 kq. 475 qram olmuş, sonra həmin 70 ədəd bitki qablaşdırılaraq möhürlənmiş, sahədə aşkar edilmiş 3 ədəd plastmas su qabları iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Şahid4 saxlanılan zaman həmin narkotik tərkibli çətənə kollarını Təqsirləndirilən şəxsla özlərinin şəxsi istifadələri üçün əkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Cəlil oğlu Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə iş yerində olarkən Bərdə RPŞ-nin əməkdaşı Şahid1 onun mobil telefonuna zəng edərək Bərdə rayonu, Qaradırnaq kəndi ərazisində “Uçurum” çayının kənarında tərkibində narkotik maddələr olan bitkilər olması ehtimal edilən kollara aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etmək üçün həmin kəndə gəlməsini xahiş etmişlər. O, etiraz etməyib Qaradırnaq kəndi ərazisinə getmiş və yol ayrıcında onu bir polis əməkdaşı qarşılayaraq “Uçurum” çayının sol sahilinə aparmışdır. O, həmin yerə baxdığı zaman görmüşdür ki, “Uçurum” çayının sol sahilində qamışlığın arasında xüsusi olaraq alaqdan, qamışlıqdan təmizlənmiş təxminən 30-80 sm ölçüdə xeyli qanunsuz əkilmiş tərkibində narkotik maddələr olan bitkilər olmuşdur. Bitkiləri əkibbecərmiş Şahid4 şifahi sorğu zamanı bildirmişdir ki, həmin kollar tərkibində narkotik maddələr olan bitkilərdir, həmin bitkiləri o, təxminən 1 ay 15 gün əvvəl tanışı Bərdə rayonu, Mustafaağalı kənd sakini Rəşad adlı şəxslə birlikdə qeyd edilən yerdə əkmiş, həmin sahədə olan üç ədəd plastmas materialdan olan qablarla “Uçurum” çayından su götürməklə vaxtı-vaxtında sulamış, yaxşı böyüməsi üçün dibinə quş peyini verərək dibini boşaldıb kultivasiya etmişlər. O, bir mütəxəssis kimi qanunsuz əkilmiş həmin çətənə bitkilərini nəzərdən keçirərkən bitkilərin 4 cərgədə əkilməklə 70 ədəd olmasını müəyyən etmişdir. Həmin bitkilərin boy ölçüləri 30 sm-dən 80 sm-ə qədər olmuş, bitkilərə vaxtıvaxtında qulluq olunmuş, dibinə su və quş peyini verilmiş, dibləri boşaldılıb kultivasiya edilmiş, aqrotexniki qaydada qulluq olunmaqla əkilib-becərilmişdir. Həmin vaxt bitkilərin bir hissəsinin dibi yaş vəziyyətdə olmuşdur. O, bu barədə ayrıca rəy yazıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra aşkar edilmiş bitkilərin fotoşəkilləri çəkilmiş, ayrı-ayrılıqda kökündən çıxarılaraq qablaşdırılmış və möhürlənmiş 3 ədəd plastmas su qabları əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bərdə RİH başçısının Hüseynalılar KİƏD-si üzrə nümayəndəsi işləmişdir. O, Şahid4 əvvəllər tanımış, aralarında düşmənçilik və ədavət olmamışdır. xx.xx.2017-ci il tarixdə saat təxminən 17 radələrində iş yerində olan zaman Bərdə RPŞ-nin əməkdaşı Şahid1 onun mobil telefonuna zəng edərək Qaradırnaq kəndi ərazisində onun və Hacılar kənd bələdiyyəsinin sədri Şahid6 iştirakı ilə hansısa əməliyyat tədbiri həyata keçirmək istədiklərini bildirmiş, o, etiraz etməmiş və bu barədə İlqara zəng edib məlumat vermiş, İlqar onun iş yerinə gəlmiş və onunla birlikdə Qaradırnaq kəndinin çıxacağına getmiş, həmin yerdə polis əməkdaşları ilə rastlaşmışlar. Polis əməkdaşları bildirmişlər ki, daxil olmuş məlumata əsasən Bərdə rayonu, Arabaçılar kənd sakini Şahid4 Bərdə rayonu, Qaradırnaq kəndi ərazisində “ Uçurum” çayının sol sahilində qamışlığın arasında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərir. Polis əməkdaşları onlardan tədbirin keçirilməsində hal şahidi kimi iştirak etməyi xahiş etmiş, onlar da etiraz etməmişlər. Saat 18 radələrində birlikdə “Uçurum” çayının sahilinə getmişlər. “Uçurum” çayının sol sahilini nəzərdən keçirərkən qamışlığın arasında bir nəfər şəxsin nəsə suladığıni görmüşlər. Polis əməkdaşları həmin şəxsin Şahid4 olmasını müəyyən edib sonuncunu əhatəyə alaraq yaxalamışlar. Şahid4 suladığı yerə gəldikdə qamışlığın arasında xüsusi olaraq alaqdan, qamışlıqdan təmizlənmiş xeyli bitki əkildiyini, bitkilərin qanunsuz olaraq əkilmiş tərkibində narkotik maddələr olan bitkilərə oxşadığını görmüşlər. Şahid4 həmin bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olduğunu, həmin bitkiləri təxminən 1 ay 15 gün əvvəl tanışı Bərdə rayon sakini Rəşad adlı şəxslə birlikdə həmin yerdə əkdiyini, həmin sahədə olan üç ədəd plastmas materialdan olan qablarla “Uçurum” çayından götürdükləri su ilə vaxtıvaxtında suladıqlarını, yaxşı böyüməsi üçün dibinə quş peyini verərək dibini boşaldıb kultivasiya etdiklərini bildirmişdir. Qanunsuz əkilmiş həmin çətənə bitkilərini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, bitkilər 4 cərgədə əkilməklə 70 ədəddir. Bitkilərin dibi boşaldılmaqla alaqdan təmizlənmişdir. Həmin bitkilərin boy ölçüləri təxminən 30 sm-dən 80 sm-ə qədər olmuş, baxışda iştirak edən aqronom Şahid7 bitkiləri diqqətlə nəzərdən keçirib bitkilərə vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq olunduğunu, dibinə su və quş peyini verildiyini, dibinin boşaldılıb kultivasiya edildiyini təsdiq etmişdir. Daha sonra aşkar edilmiş həmin bitkilərin fotoşəkilləri çəkilmiş və ayrı-ayrılıqda kökündən çıxarılaraq kütləsi çəkilmiş, bitkilərin yaş çəkisi təxminən bir kiloqram yarım olmuşdur. Bundan sonra həmin 70 ədəd bitki qablaşdırılaraq möhürlənmiş və sahədə aşkar edilmiş 3 ədəd plastmas su qabları əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2017-ci il tarixli, 218 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Şahid4 məxsus olan narkotik vasitə hesab olunan çətənə bitkisinə bənzər olan 70 (yetmiş ) ədəd kollar” yazılar və imzalar olan bir ədəd kağız bağlamada sayı 70 ədəd, ümumi təmiz çəkisi 1300 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: çətənə bitkisinin ümumi təmiz çəkisi - 1300 qram, tədqiqata sərf edildi - 3,5 qram, qalıq - 1296,5 qram. İş materiallarına əlavə edilmiş X12-Elm İnformasiya məlumat Mərkəzinin baş direktoru, aqronom-mütəxəssis Şahid7 xx.xx.2017-ci il tarixli rəyindən görünür ki, Bərdə rayonu, Qaradırnaq kəndində aşkar olunmuş 70 ədəd çətənə kollarına aqrotexniki qaydada qulluq edilmiş və əkilib-becərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 36 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli “təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və tutulması barədə” və “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Azərbaycan Respublikası hüdudlarında kənarda olması ilə əlaqədar cinayət iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bərdə RPŞ-yə gələrək istintaqa təslim olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə rayon ərazisində tutularaq həmin gün Bərdə RPŞ-nin MSY-yə, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2017-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Bərdə rayonu, Arabaçılar kəndində yaşayan Şahid4 özünə məxsus Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən pay torpağının yaxınlığında yerləşən “Uçurum” çayın kənarında narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2017-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən pay torpaq sahəsinin yaxınlığında “Uçurum” çayının kənarında Şahid4 istifadə etdiyi torpaq sahəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Şahid4 istifadə etdiyi torpaq sahəsinə məhkəmənin qərarı olmadan baxış keçirilməsi qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış Bərdə rayonu, Qaradırnaq kəndinin ərazisindəki pay torpaq sahəsinin yaxınlığında “Uçurum” çayının kənarında keçirilmiş və qamışlığın arasında xüsusi olaraq alaqdan, qamışlıqdan təmizlənmiş 30-80 sm. ölçüdə qanunsuz əkilmiş tərkibində narkotik maddələr olan 70 ədəd bitki kolu və 3 ədəd plastmas su qabı aşkar olunmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən 70 ədəd tərkibində narkotik maddələr olan bitki kolları və 3 ədəd plastmas su qabı qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şahid4 barəsində olan cinayət işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul olunmuş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1296,5 qram olan çətənə bitkisi və 3 ədəd 10 litrlik plastmas su qabları iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Azər Həşimov tərəfindən tərtib edilmiş əməliyyat tapşırığına cavab olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2017-ci il tarixdən indiyə kimi ötən dövr ərzində Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olub-olmaması, kiməsə satıb-satmaması, istifadə edib-etməməsi, saxlaması və digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, iş üzrə maddi sübut hesab olunan Bərdə RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1296,5 qram çəkidə 70 (yetmiş) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin və 3 (üç) ədəd 10 litrlik su qablarının məhv edilməsi, həmçinin ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pulun təqsirləndirilən şəxs Şahid4 tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Sözügedən hökmdən apelyasiya şikayəti və protesti verilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə RFCM-nin 111 maddəsinin 1 hissəsi, 162 maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xəstəlik tarixinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bərdə rayon MRX-da sağ bud sümüyünün orta üçdə birinin qəlpəli sınığı diaqnozu ilə stasionar qaydada müalicə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gürcüstan Respublikasının 18AB48887 nömrəli pasportunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Rauf Rəcəbov adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Mustafaağalı kənd İƏDÜN-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X3 və 2014-cü il təvəllüdlü oğlu X9 ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Bərdə rayonu, Qaradırnaq kəndi ərazisindən keçən Uçurum çayının sol sahilində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1300 qram olan 70 (yetmiş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsindən görünür ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində narkotik tərkibli çətənə kollarını Təqsirləndirilən şəxsla birlikdə əkib becərərək kultivasiya etdiklərini etiraf etmiş və həmin xüsusat da iş materiallarında olan bütün sübutların məcmusu ilə təsdiq edildiyi üçün məhkəmə tərəfindən ittihamın əsası kimi qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburidir. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-in 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Bərdə rayonu, Qaradırnaq kəndi ərazisindən keçən “Uçurum” çayının sol sahilində külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmələri faktı Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə sübuta yetirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində əkib yetişdirərək kultivasiya etdikləri bitkilərin qanunsuz olması və kultivasiyasının qadağa olunması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 5.2-ci maddəsində göstərilmişdir ki, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 19-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ siyahısına əsasən çətənə növlü bitkilər kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur, 3-15 ədədi xeyli miqdar, külli miqdarın aşağı həddi isə 16 ədəd təşkil edir. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli, 218 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş koların sayı 70 ədəd olmaqla, ümumi təmiz çəkisi 1300 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Göründüyü kimi aşkar edilmiş narkotik vasitə olan çətənə bitkisinin miqdarı külli miqdar təşkil edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə rayonu ərazisində tutularaq, Bərdə RPŞ-nin MSY-nə, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 24 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pulun Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Şahid4 tutularaq dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə tərkibi maddi sübutlarla əlaqədar hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü əsasən Bərdə RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1296,5 qram çəkidə 70 (yetmiş) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin və 3 (üç) ədəd 10 litrlik su qablarının məhv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 36 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 may 2023-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pulun Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Şahid4 tutularaq dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Maddi sübutlarla əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü əsasən Bərdə RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1296,5 qram çəkidə 70 (yetmiş) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin və 3 (üç) ədəd 10 litrlik su qablarının məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-43/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-43/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver