Məhkəmə qərarları › İş №1(100)-43/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-43/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-43/2024 03.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X5 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 1987-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu, Zəlimxan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqla araşdırılan həmin şəxslərin Göygöl rayonu ərazisində Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində gizlətməklə saxladıqları külli miqdarda 1155 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, külli miqdarda 3070 qram çəkidə narkotik vasitə heroini, 6900 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, ümumi sayı 100 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan narkotik vasitə metadon həblərini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qabaqcadan vəd etdiyi qaydada həmin yerdən götürməklə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla qanunsuz daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən 02 sentyabr 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 23:50-də Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 4-cü kilometrliyində saxlanılaraq şöbəyə gətirilib 03 sentyabr 2022-ci il tarixdə saat 01:00-dan etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çiynindən asdığı çantadan onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxlağı bir ədəd bağlamada ümumi təmiz çəkisi 1155 qram psixotrop maddə metamfetamin, 3 ədəd bağlamada ayrıayrılıqda çəkiləri 1000 qram, 1005 qram, 1065 qram, ümumi təmiz çəkisi 3070 qram narkotik vasitə heroin, 7 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1050 qram, 990 qram, 1185 qram, 1055 qram, 1135 qram, 640 qram, 845 qram, ümumi təmiz çəkisi 6900 qram narkotik vasitə qurudulmuş marixuana və ümumi sayı 100 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər qaynanasını bıçaqla vurduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, 2022-ci ilin iyul ayında cəzasını çəkib qurtarmışdır. Onun həqiqətən də iranlılarla alış-verişi olmuşdur, lakin narkotik vasitə almaq və ya satmaqla bağlı olmamışdır. O, əvvəllər mebel sexində usta kimi fəaliyyət göstərmişdir. Sonralar münasibəti olan şəxslərdən maliyyə vəsaiti əldə edib öz işini qurmaq istəmişdir. Öz işini qurmaq üçün onun münasibəti olduğu İran vətəndaşları ilə maliyyə vəsaiti əldə etməsi ilə əlaqədar telefon danışıqları olmuşdur. Lakin onun İran vətəndaşları ilə həmin telefon danışıqlarının narkotik vasitələrin dövriyyəsi ilə heç bir əlaqəsi olmamışdır. Barəsində olmuş əvvəlki cinayət işi üzrə tutulmamışdan əvvəl onun xarici ölkələrdə alverlə məşğul olan və hazırda vəfat etmiş Anar adlı dostuna İranın Xoy şəhərində yaşayan Bəhman adlı şəxsin xeyli məbləğdə borcu var idi. Dostu Anar ondan xahiş etmişdir ki, həmin borc pulu Bəhman adlı şəxsdən tələb edib alsın. Bundan sonra o, Xoy şəhərində yaşayan Bəhman adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq həmin pulu tələb etməyə başlamışdır. Bəhman adlı şəxs dəfələrlə həmin pulu ona göndərəcəyinə söz versə də, göndərməmişdir. O, tutulduğu gün, yəni 02 sentyabr 2022-ci il tarixdə bir nəfər şəxs “Whatsapp” vasitəsilə ona zəng edərək Bəhmanın dostu olduğunu və Bəhmanın borcundan 6000 manatı gətirdiyini, həmin pulu Gəncə şəhərində aeroport yolunda ondan götürməyini demişdir. O, həmin yerə getdikdə mülki geyimdə olan polis əməkdaşları onu saxlamışlar. Həmin şəxslər mülki geyimdə olduqlarına görə onların polis əməkdaşları olduqlarını bilməmişdir. Həmin şəxslərin onun üzərinə gəldiklərini gördükdə o, yerdən daş götürüb həmin şəxslərə atmışdır. Həmin şəxslərin yenə də onun üzərinə gəldiklərini gördükdə o, qaçıb getmək istəmiş, bu zaman ayağı büdrəyərək yıxılmışdır. Sonradan o, həmin şəxslərin polis əməkdaşları olduqlarını bildikdə yenə də polis əməkdaşları ilə getmək istəməmişdir. O, yenə də həmin şəxslərə daş atmağa davam etmişdir. Ayağı büdrəyib yıxıldıqdan sonra onda xəsarətlərin yaranıb-yaranmamasını bilmir. O, yerdən götürdüyü daşları polis əməkdaşlarına atarkən və ayağı büdrəyib yıxılarkən telefonları da əlindən düşərək yararsız vəziyyətə düşmüşdür. Onun yararsız vəziyyətə düşmüş telefonları cinayət işinin ibtidai istintaqı zamanı qardaşına təqdim edilmişdir. Həmin polis əməkdaşları onu Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinə gətirmişlər. Orada polis əməkdaşları ona fiziki zorakılıq göstərmişlər. Polis əməkdaşları ona içərisində müxtəlif narkotik vasitələrin olduğu çantanı göstərərək həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında həmçinin göstərmişdir ki, o, tutulduqdan sonra X8 qəbul olunarkən onda aşkar edilmiş xəsarətlər barədə soruşulduqda həmin xəsarətlərin tutulmamışdan qabaq baş verməsini bildirməsinin səbəbini izah edə bilmir. Lakin o, sonradan həbs olunduqdan sonra Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına qəbul olunarkən onda aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən törədildiyini bildirmişdir. O, əvvəl X8 qəbul olunarkən həmin xəsarətlərin tutulmamışdan qabaq baş verdiyini deməsinin, sonradan isə İstintaq Təcridxanasına qəbul olunarkən onda aşkar edilmiş xəsarətlərin polis əməkdaşları tərəfindən törədildiyini bildirməsinin, yəni xəsarətlər barədə fərqli məlumatlar verməsinin də səbəbini izah edə bilmir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda ona elan edilmiş ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmadığını, onun narkotiklə heç bir əlaqəsinin olmadığını, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03 sentyabr 2022-ci il tarixdə verdiyi izahatında, daha sonra həmin tarixdə şübhəli şəxs kimi dindirilərkən, bundan başqa 04 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilir. O, tutulmamışdan təxminən bir-iki ay əvvəl sosial şəbəkə vasitəsilə İran İslam Respublikasının vətəndaşı Əlinin oğlu Fəlakət adlı şəxslə tanış olmuşdur. Fəlakətlə telefonla əlaqə saxlayarkən Fəlakət ona narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni Fəlakətin dediyi yerə çatdırmasını və əvəzində Fəlakətin də ona bunun müqabilində pul göndərəcəyini demişdir. O da Fəlakətin bu təklifi ilə razılaşmışdır. Ona görə də tutulmazdan qabaq son bir ay ərzində Fəlakət ona həm telefon, həm də bacısının adına olan “Unibank”a məxsus karta ümumilikdə 2000 manata yaxın pul göndərmişdir. 02 sentyabr 2022-ci il tarixdə Fəlakət ona Şəmkir-Gəncə avtomobil yolunun sağ kənarında, Gəncə yazısının arxasına onun götürməsi üçün narkotik vasitə qoyduracağını, onun da həmin narkotik vasitəni aparıb Bakı şəhərində Fəlakətin dediyi yerə qoymasını demiş, o da bu təkliflə razılaşdır. Təxminən saat 23 radələrində o, piyada Gəncə şəhərinin çıxışına gəlmişdir. Burada H.Əliyev adına parkın yanından bir ədəd tanımadığı taksiyə oturub onu Gəncə yazısının yanına, yolun kənarına düşürməsini xahiş etmişdir. Taksi sürücüsü onu aparıb həmin yerə düşürmüş və çıxıb getmişdir. Həmin şəxs getdikdən sonra o, yazının arxasına keçib içərisində narkotik vasitə olan çantanı tapıb götürərək çiyninə asıb yolun kənarı ilə getməyə başlamışdır. Bir qədər getdikdən sonra yanında dayanan avtomobildən üç nəfər mülki geyimli şəxs düşüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini istəmişlər və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinə gedəcəklərini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti otaqda ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Daha sonra müdafiəçi X3 dəvət olunaraq ona təqdim olunmuşdur. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı o, çiynindən asıb saxladığı içərisində narkotik vasitələr olan çantanı stolun üzərinə qoymuşdur. Üzərində “Huma” yazısı olan, ağzı ağ iplə tikilib bağlanmış bir ədəd çantanın ipi kəsilib içərisinə baxış keçirərkən on bir ədəd bağlama və bir ədəd qutu aşkar olunmuşdur. Həmin bağlamalara baxış zamanı yeddi ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə, üç ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Digər bir ədəd üzərində “Methadone 40” yazısı olan qutuya baxış zamanı qutunun içərisində on ədəd konvalyutun hər birində on ədəd həb olmaqla, cəmi 100 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Sorğu zamanı o, üzərindən aşkar olunan narkotik vasitələri bir-iki ay əvvəl sosial şəbəkə vasitəsilə əlaqə saxladığı Fəlakət adlı İran İslam Respublikası vətəndaşının Şəmkir-Gəncə avtomobil yolunun sağ tərəfində, Gəncə yazısının arxasına qoydurduğu yerdən götürüb əldə etdiyini, həmin narkotik vasitələri Bakı şəhərinə deyiləcək yerə çatdırması üçün Fəlakət adlı şəxsin ona hissə-hissə olmaqla ümumilikdə 2000 manatadək pul göndərdiyini bildirmişdir. Daha sonra protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra o, müdafiəçinin iştirakı ilə protokolu imzalamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Fəlakət adlı İran vətəndaşının göstərişi ilə müəyyən edilmiş yerlərə qoymaq məqsədilə əldə etmişdir. O, narkotik vasitə, yaxud psixotrop maddə istifadə etməmişdir (iş vərəqə: cild İ, səh.39-41, 65-67, 83-85). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini onu saxlayan polis əməkdaşlarının ona fiziki təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında həmçinin verilmiş suallara cavab olaraq göstərmişdir ki, həqiqətən də bacısının adına olan “Unibank”a məxsus kart həmişə onda olmuş və ona pul verməli olan ayrı-ayrı şəxslər həmin kart vasitəsilə ona pul göndərmişlər. Lakin ona göndərilən həmin pullar narkotik vasitə ilə əlaqədar olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbənin baş əməliyyat müvəkkili vəsifəsində işləyir. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq 02 sentyabr 2022-ci il tarixdə həmin idarənin əməkdaşları Şahid3, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 02 sentyabr 2022-ci il tarixdə saat təxminən 23:50 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 4-cü kilometrliyində Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbənin inzibati binasına dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi, bununla əlaqədar üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs çiynindən asıb saxladığı çantanı təqdim etmişdir. Həmin ağzı iplə tikilib bağlanmış çantanın ipi kəsilib içərisinə baxış keçirilərkən xatırladığı qədər təxminən on bir ədəd bağlamalarda və bir ədəd qutuda narkotik vasitələr qurudulmuş marixuanaya, psixotrop maddə metamfetaminə, heroinə bənzər kütlələr, həmçinin üzərində “Methadone 40” yazısı olan qutuda səhv etmirsə on ədəd konvalyutda ümumilikdə 100 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş, qablaşdırılmış, üzəri imzalanmış və götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, şəxsi axtarış keçirildikdən sonra sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri bir-iki ay əvvəl sosial şəbəkə vasitəsilə əlaqə saxladığı Fəlakət adlı İran İslam Respublikasının vətəndaşının Şəmkir-Gəncə avtomobil yolunun sağ tərəfində, Gəncə yazısının arxasına qoydurduğu yerdən götürüb əldə etdiyini, həmin narkotik vasitələri Bakı şəhərinə deyiləcək yerə çatdırması üçün həmin Fəlakət adlı şəxsin Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 2000 manatadək onlayn yolla ödəniş etməsini bildirmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və psixotrop maddələrin qanunsuz təzyiqlər nəticəsində etiraf etməsinə məcbur edilməsinə dair ifadəsində bildirdikləri tamamilə əsassız və özündən uydurma fikirlər olmaqla heç bir həqiqəti əks etdirməməklə yalan məlumatlardır. Şahid1 eyni zamanda ifadə verərkən verilmiş suallara cavab olaraq göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlamaq istəyərkən Təqsirləndirilən şəxs əvvəlcə qaçmaq istəmiş, yerdən daşları götürüb onlara atmışdır. Təqsirləndirilən şəxs qaçmaq istəyərkən ayağı büdrəyib yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs məcbur olub onlarla Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəyə getməyə etiraz etməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional Şöbəsində polis nəfəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində sonuncunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 02 sentyabr 2022-ci il tarixdə həmin idarənin baş əməliyyat müvəkkili Şahid1 və polis nəfər Şahid2 ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat təxminən 23:50 radələrində Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 4-cü kilometrliyində Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbənin inzibati binasına dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən, müdafiəçi ilə təmin edildikdən sonra sonuncunun üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs çiynindən asıb saxladığı, ağzı iplə tikilib bağlanmış çantanın ipi kəsilib içərisinə baxış keçirilərkən həmin çantanın içərisindən yadında qaldığı qədər təxminən on bir ədəd bağlamalarda və bir ədəd qutuda narkotik vasitələr qurudulmuş marixuanaya, psixotrop maddə metamfetaminə, heroinə bənzər kütlələr, həmçinin üzərində “Methadone 40” yazısı olan qutuda on ədəd konvalyutda ümumilikdə 100 ədəd narkotik vasitə metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Daha sonra həmin maddələr çəkilmiş, qablaşdırılaraq, üzəri imzalandıqdan sonra götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri bir-iki ay əvvəl sosial şəbəkə vasitəsilə əlaqə saxladığı Fəlakət adlı İran İslam Respublikasının vətəndaşının Şəmkir-Gəncə avtomobil yolunun sağ tərəfində, Gəncə yazısının arxasına qoydurduğu yerdən götürüb əldə etdiyini, həmin narkotik vasitələri Bakı şəhərinə deyiləcək yerə çatdırması üçün həmin Fəlakət adlı şəxsin Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 2000 manatadək onlayn yolla ödəniş etməsini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiqlər göstərilməmiş və hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid3 ifadəsinin davamında göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı qanunsuz təzyiqlər göstərilməsi və bunun nəticəsində sonuncudan aşkar edilmiş narkotik və psixotrop maddələrin ona məxsus olmasını etiraf etməsinə məcbur edilməsi ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərdikləri cinayət məsuliyyətindən kənarda qalmaq məqsədilə verdiyi və heç bir əsası olmayan yalan ifadələrdir. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkəti onun müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş və istintaq hərəkəti əvvəldən sonuna qədər həmin videoçəkilişdə əks olunmuşdur, bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkili də yanında olmuş, hətta istintaq hərəkəti başlanmazdan əvvəl ona müdafiəçisi ilə konfidensial qaydada ünsiyyətdə olması da təmin edilmişdir. Şahid3 ifadəsinin yekununda verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, Şahid1 və Şahid2la Təqsirləndirilən şəxs saxlayarkən Təqsirləndirilən şəxs əvvəlcə qaçmaq istəmiş, yerdən götürdüyü daşları onlara atıb aradan çıxmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ayağı yerdə nəyəsə ilişib yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncu məcbur olub onlarla Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəyə getməyə etiraz etməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında Cəzaçəkmə Müəssisəsindən çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Gəncə şəhərinə gələrək anası ilə birlikdə yaşamışdır. O, özü Bakı şəhərində işləyir. Hərdən 10-15 gün gəlib Gəncə şəhərində anasının yanında qalır. Urfan sonradan işləmək üçün onun yanına Bakı şəhərinə gəlmişdir. O, özü Bakı şəhərində tikinti sahəsində usta işləyir. Qardaşı Urfan onun yanına gəldikdən sonra təxminən bir ay onun yanında işləmişdir. Qardaşı Urfanın dişlərində narahatçılıq olduğuna görə diş həkiminə getməsi ilə əlaqədar Gəncə şəhərinə qayıtmışdır. Urfan Gəncə şəhərində “Vağzal” tərəfdə diş həkiminə gedirdi. Təxminən 10-15 gün sonra qardaşı Urfandan xəbər ala bilməmişlər. Sonradan qardaşı Urfanın tutulduğunu bilmişdir. Qardaşı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı onu polisə çağıraraq iki ədəd qardaşının yararsız vəziyyətdə olan telefonlarını vermişlər. Həmin telefonlar işləmirdi və yararsız vəziyyətdə idi. O, həmin telefonları ona verən müstəntiqdən telefonların yararsız vəziyyətdə olmasının səbəbini soruşmamışdır. Qardaşı Təqsirləndirilən şəxs telefonların yararsız vəziyyətdə olmasının səbəbini soruşduqda qardaşı Urfan polis əməkdaşları tərəfindən saxlanılarkən həmin telefonların əlindən düşərək telefonların ekranlarının yararsız hala düşməsini bildirmişdir. Sonradan o, həmin telefonları yararsız olduğuna görə atmışdır. O, qardaşı Urfanın telefon nömrəsini bilmir, qardaşı Gəncəyə gələndən sonra təzə nömrə almışdır, həmçinin qardaşının əvvəlki nömrəsini də bilmir. O, qardaşı Təqsirləndirilən şəxs ayrı hansısa sahədə iş qurmaq istəməsini eşitməmişdir. Bacısının adına “Unibank”a məxsus bank kartı olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı polis əməkdaşları tərəfindən tutulan zaman o, Gəncə şəhərində olmuşdur. Evdən çıxarkən qardaşı Urfanı o, yola salmışdır. Qardaşı Urfan evdən çıxarkən dostları ilə görüşməyə getdiyini demişdir. Lakin sonradan Urfan evə qayıtmamışdır. Daha sonra o, bilmişdir ki, qardaşı tutulmuşdur. Onun “Leobank” debet kartı var, lakin həmin bank kartı ilə bağlı sms məlumat xidməti yoxdur. Urfan Gəncədə olarkən onun bank kartını ondan götürdüyü vaxtlar olub. Qardaşı Urfan onun bank kartını nə məqsədlə götürdüyünü bilmir. Onun bank kartına qardaşı Urfan üçün müxtəlif vaxtlarda pul daxil olmuşdur. Həmin pulların kimdən və nəyə görə daxil olmasının səbəbini bilmir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 02 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.6). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 23:50-də Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 4-cü kilometrliyində saxlanılaraq Şöbənin inzibati binasına dəvət edilib orada üzərinə videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı çiynindən asdığı çantadan üç ədəd ayrı-ayrı bağlamadan 1106 qram, 1039 qram, 1037 qram çəkilərdə narkotik vasitə heroinə bənzər maddələr, 1196 qram psixotrop maddə metamfetaminə bənzər maddə, yeddi ədəd bağlamada 7 kiloqram 245 qram qurudulmuş marixuanaya bənzər məddələr, bundan başqa üzərində “methadone 40” yazısı olan kağız qutuda on ədəd konvolyutun hər birində on ədəd həb olmaqla, ümumilikdə 100 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Şəxsi axtarış qurtardıqdan sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirir ki, o, üzərindən aşkar olunan narkotik vasitələri bir-iki ay əvvəl sosial şəbəkələr vasitəsilə əlaqə saxladığı Əlinin oğlu Fəlakət adlı İran İslam Respublikası vətəndaşının Gəncə şəhəri ərazisinə, Şəmkir-Gəncə avtomobil yolunun sağ tərəfində, Gəncə yazısının arxasına qoydurduğu yerdən götürüb əldə etmiş, həmin narkotik vasitələri Bakı şəhərinə deyiləcək yerə çatdırmasının müqabilində həmin Fəlakət adlı şəxs onun ailə üzvünün adına olan “Unibank”a məxsus bank kartına müxtəlif vaxtlarda 2000 manatadək onlayn ödəniş etdiyini bildirmişdir. Ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh.33-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizanın 03 sentyabr 2022-ci il tarixli, 16/1056 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd çantadan aşkar olunmuş 7 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya, 3 ədəd bağlamada narkotik vasitə heroinə, bir ədəd bağlamada psixotrop maddə metamfetaminə, bir ədəd kağız qutuda olan 10 ədəd konvalyutda narkotik vasitə Metadon 40 həblərinə bənzər kütlələr..” sözləri və imzalar olan sintetik kisədəki: - üzəri yapışqan lentlə sarınmış 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 1155 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzəri yapışqanlı lentlə sarınmış 3 ədəd qəzet bağlamalardakı şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1005 qram, 1065 qram, ümumi təmiz çəkisi 3070 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzəri yapışqanlı lentlə sarınmış 7 ədəd qara rəngli polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 1050 qram, 990 qram, 1185 qram, 1055 qram, 1135 qram, 640 qram, 845 qram, ümumi təmiz çəkisi 6900 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 ədəd sintetik kisədəki üzəri yapışqanlı lentlə sarınmış 3 ədəd qəzet bağlamalardakı şəffaf polietilen torbalarda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd sintetik kisədəki üzəri yapışqanlı lentlə sarınmış 7 ədəd qara rəngli polietilen torbalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə ekspertizası X7 bölməsinin laboratoriyasında texniki avadanlıq olmadığından təqdim olunan dərman preparatlarının tədqiqatını aparmaq mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.45-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 6/5112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsi Tədqiqat obyekti №1” ştamp əksləri olan 10 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 600 ədəd olan açıq-qəhvəyi rəngli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 4 qram təşkil edir. Təqdim olunmuş həblər xarici əlamətlərinə (rəngi, üzərindəki göstəricilər və sair) və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.164-167). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin eksperti X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırki cinayət işi üzrə 30 sentyabr 2022-ci il tarixli, 6/5112 nömrəli ekspertiza rəyinin tədqiqat hissəsində həblərin qalıq sayında həmin həblərin 100 ədəd olması göstərilsə də, rəyin nəticə hissəsində texniki səhv olaraq həblərin sayı 600 ədəd göstərilmişdir. Odur ki, rəyin nəticə hissəsində olan həblərin 600 ədəd göstərilməsi texniki səhv olması və həblərin sayının 100 ədəd olması nəzərə alınmalıdır (iş vərəqə: cild İ, səh.168-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 5497 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.161-162). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 noyabr 2022-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 3069,4 qram narkotik vasitə heroin, 1154,8 qram psixotrop maddə metamfetamin, 6899,3 qram narkotik vasitə qurudulmuş marixuana və 96 ədəd narkotik vasitə metadon həbləri maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.170-171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə, saat 23:50-də azadlığı məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.24). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.92-97). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 noyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsini özündə əks etdirən bir ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur, bundan başqa Təqsirləndirilən şəxs götürülmüş iki ədəd “Samsung” markalı mobil telefonda sübut əhəmiyyətli məlumatlar müəyyən edilmədiyindən həmin telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmışdır, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddənin mənbə xüsusatı ilə bağlı başqa cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild İ, səh.173-184). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2022ci il tarixli tələbnaməsindən, həmçinin iş materiallarında olan hökm və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi 3000 manat cərimə cəzasına məhkum edilmiş, bundan başqa Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat cərimə cəzasına məhkum edilmişdir, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin hökm üzrə təyin edilmiş cəzaya Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2012ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2500 manat cərimə cəzası tamamilə birləşdirilməklə hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 2500 manat cərimə cəzası təyin edilmişdir, Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, həmin tələbnamədən həmçinin görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış və həmin İdarənin 20 oktyabr 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir (iş vərəqə: cild İ, səh.112-114, 115-117, 138-145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 saylı Cəzaçəkmə Müəssisəsinin 29 iyun 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 2500 manat cərimə cəzasından 1000 manatını ödəmiş, daha sonra Ağstafa Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 7(015)-2/2-24 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin edilmiş 2500 manat cərimə cəzasının ödənilməmiş hissəsi olan 1500 manat cərimə cəzasından azad edilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh.126). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmiş, bundan başqa “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, “metadon” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ayrı-ayrı növlərdə olan narkotik vasitələrin və psixotrop maddənin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən dəfələrlə (3 kiloqramdan çox heroin, 1 kiloqramdan çox metamfetamin, 7 kiloqrama yaxın qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 4 qram metadon həbləri) çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində onda aşkar edilmiş külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edilərək etirafedici ifadələr verməsinə məcbur edildiyinə dair göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi həmin hallar məhkəmə kollegiyası tərəfindən cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırılıb tədqiq edilərkən öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı ifadəsində göstərdiyi halların araşdırılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış məhkəmənin müvafiq sorğularına cavab olaraq göndərilmiş sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin X8 qəbul olunarkən onda burnunun yuxarı hissəsində, dodağında əzilmiş yara, çənəsində və çiynində yara aşkar edilmişdir, bu barədə Təqsirləndirilən şəxs sual verilərkən həmin zədələrin tutulmazdan əvvəl baş verdiyini, polis əməkdaşlarından heç bir şikayətlərinin olmadığını bildirmiş və bu barədə aktı öz imzası ilə təsdiq etmişdir (cinayət işinin materialları), lakin sonradan Təqsirləndirilən şəxs həbs olunduqdan sonra İstintaq Təcridxanasına qəbul olunarkən tərtib edilmiş aktdan görünür ki, onda sol kürək nahiyəsində və qulaq seyvanında aşkar edilmiş qərtməkli yara ilə bağlı həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını bildirmişdir (cinayət işinin materialları). Bununla əlaqədar olaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair göndərilmiş sorğu əsasında Gəncə Şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş 263-c-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə Şəhər Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 13 mart 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Gəncə Şəhər Prokurorluğundan göndərilmiş 263-c-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları izahatlarında Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətləri keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanıldığı ərəfədə qaçıb uzaqlaşmağa çalışarkən ayağının büdrəyərək yerə yıxılması nəticəsində alması ilə əlaqədar olduğunu və Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya digər zorakılıq hallarına yol verilmədiyini bildirmişlər. Bununla əlaqədar qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həqiqətən də polis əməkdaşları tərəfindən saxlanıldığı ərəfədə qaçmağa çalışdığını, polis əməkdaşlarına yerdən götürdüyü daşları atdığını və həmin ərəfədə həqiqətən də yıxıldığını təsdiq etmişdir, lakin həmin vaxt xəsarətlər alıb-almadığını bilmədiyini göstərmişdir. Qeyd olunan xüsusatla əlaqədar həmçinin göstərilməlidir ki, Gəncə Şəhər Prokurorluğundan göndərilmiş 263-c-23 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs olmuş sözügedən xəsarətlərlə əlaqədar olaraq məhkəmə-tibb ekspertizası təyin edilmişdir, həmin materialda olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 289 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, təqdim olunan tibbi sənədlərə əsasən onların əmələ gəlmə müddətlərini təyin etmək mümkün deyil. Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər müxtəlif şəraitdə, o cümlədən yıxılma nəticəsində əmələ gələ bilər. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs olmuş xəsarətlərlə bağlı bütün halları, yəni Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin X8 qəbul olunarkən onda müəyyən edilmiş zədələrin tutulmazdan əvvəl baş verdiyini, polis əməkdaşlarından heç bir şikayətlərinin olmadığını bildirməsi və bu barədə aktı öz imzası ilə təsdiq etməsi, sonradan isə İstintaq Təcridxanasına qəbul olunarkən onda aşkar edilmiş xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılan zaman aldığını bildirməsinə dair göstərilənləri tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə tərəfindən müvafiq qurumlara göndərilmiş sorğular əsasında əldə edilmiş bütün sənədləri, həmin xüsusatlarla əlaqədar Gəncə Şəhər Prokurorluğunda aparılmış araşdırma materialını, bununla əlaqədar keçirilmiş məhkəmə-tibbi ekspertizasının Təqsirləndirilən şəxs olmuş xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsinə dair xx.xx.2024-cü il tarixli, 289 saylı rəyini, həmçinin təqsirləndirilən şəxsin özünün də məhkəmə iclasında polis əməkdaşlarına yerdən götürdüyü daşları atıb qaçmağa çalışarkən həqiqətən də yıxıldığını təsdiq etməsinə dair ifadəsini, təqsirləndirilən şəxsin saxlanılarkən yıxıldığını təsdiq edən şahidlərin ifadələrini cinayət işinin bütün materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının hər hansı fiziki zorakılığına və ya digər qanunsuz hərəkətlərinə məruz qalması öz təsdiqini tapmamış və Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarından qaçmağa çalışarkən yıxılaraq onda müəyyən edilmiş xəsarətlərı alması təsdiq edilmişdir. Bununla əlaqədar qeyd olunmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, “təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.” Göstərilənlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində göstərdiyi hallarla bağlı Gəncə Şəhər Prokurorluğunda toplanmış material əsasında 13 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” qəbul edilsə də, təqsirləndirilən şəxs tərəfindən həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının hər hansı fiziki zorakılığına və ya digər qanunsuz hərəkətlərinə məruz qalmasının öz təsdiqini tapmaması ilə əlaqədar həmçinin aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir: Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi hallar cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən olunur ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş, həmin videoçəkiliş məhkəmədə nümayiş etdirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən ona elan edilmiş ittihamda göstərilən narkotik və psixotrop maddələr həqiqətən də ondan aşkar edilmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirir ki, o, üzərindən aşkar olunan narkotik vasitələri bir-iki ay əvvəl sosial şəbəkələr vasitəsilə əlaqə saxladığı Əlinin oğlu Fəlakət adlı İran İslam Respublikası vətəndaşının Gəncə şəhəri ərazisinə, Şəmkir-Gəncə avtomobil yolunun sağ tərəfində, Gəncə yazısının arxasına qoydurduğu yerdən götürüb əldə etmiş, həmin narkotik vasitələri Bakı şəhərinə deyiləcək yerə çatdırmasının müqabilində həmin Fəlakət adlı şəxs onun ailə üzvünün adına olan “Unibank”a məxsus bank kartına müxtəlif vaxtlarda 2000 manatadək onlayn ödəniş etmişdir. Ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild 1, səh. 36), həmin videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi barədə ümumiyyətlə bildirməmişdir, daha sonra Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin narkotik və psixotrop maddələrin aşkar edildiyini, həmin maddələri İran vətəndaşı Əlinin oğlu Fəlakətin göndərdiyini, Fəlakətin dediyi yerə həmin maddələri qoyması üçün göndərdiyini, onun da Fəlakətlə razılaşdığını, buna görə də bacısının adına olan “Unibank”a məxsus karta müxtəlif vaxtlarda 1000-2000 manat onlayn ödəniş etdiyini bildirmiş və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi barədə heç nə bildirməmiş (cild 1, iş vərəqə:39-41), daha sonra şübhəli şəxs qismində dindirilərkən və 04 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də eyni məzmunlu ifadələr vermiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlər olmadığını göstərmişdir (cild 1, iş vərəqə:65-67, 83-85). Eyni zamanda, cinayət işinin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs ona qarşı hər hansı qanun pozuntularına yol verilməsi barədə heç nə bildirməmişdir (cild 1, iş vərəqə: 92-97). Ümumiyyətlə ibtidai istintaqın əvvəlindən sonuna qədər təqsirləndirilən şəxs məhkəmə baxışında ifadəsində göstərdiyi halları bildirməmiş, təqsirləndirilən şəxsin məhkəmədə göstərdiyi hallar isə heç bir faktla öz təsdiqini tapmamış, məhkəmə araşdırması nəticəsində real məlumatlar olmadığı təsdiq olunmuşdur. İlkin ibtidai araşdırma zamanı onun üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən və ya məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı hər hansı narazılığını bildirməmişdir. O, yalnız ibtidai istintaq yekunlaşmamışdan qabaq 29 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilmədiyini göstərmiş və protokolu imza etməkdən imtina etmişdir, həmin vaxt da ona qarşı polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi barədə bildirməmişdir (iş vərəqə: cild 1, səh.201-202). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması haqqında” protokol, şəxsi axtarış istintaq hərəkətinə dair videoçəkilişin əks olunduğu disk, digər maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin verdiyi ifadə sübut növü kimi qəbul edilmir, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri cinayət işi üzrə qeyd olunan sübut növləri və işin obyektiv halları ilə tamamilə təsdiq edildiyindən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri sübut kimi qəbul olunur. Beləliklə də, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etməklə, saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı Fəlakət adlı şəxslə telefonla əlaqə saxlayaraq və sonuncunun narkotik vasitələr göndərərək həmin narkotik vasitələri Fəlakətin dediyi yerə çatdırmasına və Fəlakətin də bunun müqabilində Təqsirləndirilən şəxs onlayn qaydada pul göndərməsinə dair ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə, yuxarıda sadalanmış digər təkzibedilməz və mötəbər sübutlarla və cinayət işinin yuxarıda təsvir edilmiş bütün faktiki halları ilə təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi qənaətinə gələrkən ondan aşkar edilmiş 3 kiloqramdan çox heroinin, 1 kiloqramdan çox metamfetaminin, 7 kiloqrama yaxın qurudulmuş marixuananın, təsiredici maddəsinin ümumi miqdarı 4 qram metadon həblərinin külli miqdar həddindən dəfələrlə çox olmasını, həmin maddələrin ayrı-ayrı növlərdə və ayrı-ayrı bükümlərdə olmasını, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı külli miqdarda narkotik vasitələrin dövriyyəsinə dair İran vətəndaşı ilə sövdələşməsinə dair etirafedici ifadələrini və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3000 manat cərimə cəzasına məhkum edildiyi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2012-ci il tarixli hökmü ilə olan məhkumluğu ilə bağlı göstərilməlidir ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 7(015)-2/2-24 saylı qərarı ilə “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq olunmaqla cərimə cəzasından azad edilmiş və onun həmin məhklumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs həmin cərimə cəzasının ödənilməmiş hissəsindən azad edildiyi 08 fevral 2024-cü il tarixdən bir il keçmədiyindən onun Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2012-ci il tarixli hökmü ilə olan məhkumluğu ödənilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2015-ci il tarixli hökmü ilə olan məhkumluğu da Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən səkkiz il müddət keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 iyun 2012-ci il tarixli hökmü ilə olan məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmasa da, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2015-ci il tarixli hökmü ilə olan məhkumluğuna görə onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Odur ki, əvvəllər xüsusilə ağır cinayət törətməyə görə bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi mövcuddur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin xüsusilə təhlükəli residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə həmin şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını— xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il il tarixdə azadlığının məhdudlaşdırıldığı vaxtdan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, maddi sübut qismində tanınmış ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkiləri 3069,4 qram narkotik vasitə heroin, 1154,8 qram psixotrop maddə metamfetamin, 6899,3 qram narkotik vasitə qurudulmuş marixuana və 96 ədəd narkotik vasitə metadon həbləri məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut kimi tanınmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 113,40 (yüz on üç manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkiləri 3069,4 qram narkotik vasitə heroin, 1154,8 qram psixotrop maddə metamfetamin, 6899,3 qram narkotik vasitə qurudulmuş marixuana və 96 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş və maddi sübut kimi tanınmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 113,40 (yüz on üç manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar