Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-431/2022 02.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il ildə Şəmkir rayonu, Muxtariyyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən həmkəndlisi Şahid2 istifadəsində olan çayxananın yaxınlığındakı boş ərazidə 27 mart 2022-ci il tarixdə saat 17 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətməsi və onun sağlamlığına sağ çiyinüstü nahiyənin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı üzərində olan kustar üsulu ilə hazırlanmış bir tərəfi deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağı ilə qəsdən bir neçə dəfə vuraraq ona sol sağrı nahiyəsinin yuxarı-bayır nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmişkəsilmiş yarası, sol sarğı nahiyəsinin yuxarı-bayır kvadratının bir ədəd deşilmiş-kəsilmiş yarası və sol əlin iç səthinin 5-ci daraq sümüyü səviyyəsində kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, döş qəfəsinin sol yan səthinin ön qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğa səviyyəsindən daxilə keçən, diafraqmanı zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən insan həyat üçün təhlükəli olan ağır xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, Elpərəsti uşaqlıqdan tanıyır. Onların münasibətləri həmişə yaxşı olmuşdur. O, 27 mart 2022-ci il tarixdə günortadan sonra həyətdə işlədikdən sonra saat təxminən 16 radələrində kənddə yerləşən “Fidi” kimi tanıdıqları şəxsin işlətdiyi çayxanaya getmişdir. Çayxanaya getdikdə Elpərəst də orada olmuşdur. O, çayxanada hamı ilə salamlaşdıqdan sonra stolda oturmuşdur. Elpərəst də onunla üzbəüz oturmuşdur. Bir qədər oturduqdan sonra Elpərəst onunla kobud danışmağa başlamış, onun barəsində xoşagəlməz sözlər demişdir. O, Elpərəstə danışdığı sözlərə görə irad bildirmiş, daha sonra ayağa durub yerlərini dəyişən zaman Elpərəstlə çiyinləri bir-birinə dəymişdir. O, keçib oturduqdan sonra Elpərəst yenə də onunla mübahisə etməyə davam etmişdir. O, Elpərəstlə danışan zaman onun içkili olduğunu hiss etmişdir. Elpərəst ayağa duraraq stolun üzərindən domino daşlarını götürərək onun üzünə vurmuş, həmin vaxtı Elpərəstin ona etdiyi hərəkətdən narahat olaraq, dava etməmək üçün çölə çıxmışdır. Elpərəst də onun arxasınca çölə çıxmışdır. Elpərəstlə söhbət edərək çayxanadan təxminən 35-40 metr məsafədə olan yerə getmişlər. O, Elpərəstlə söhbət edən zaman onun çox sərxoş olduğunu hiss etmiş, Elpərəst onun ünvanına nalayiq ifadələr işlədib çiyni ilə onu qəsdlə vurduğunu demişdir. O, Elpərəstə onu qəsdlə vurmadığını demiş, Elpərəstə sabahı gün etdiyi hərəkətlərə görə peşman olacağını və ondan üzür istəyəcəyini demişdir. Elpərəst ona heç bir şeyə görə peşman olmayacağını demiş, onun ünvanına nalayiq ifadələr işlədərək “səndən üzr istəmərəm” demişdir. Elpərəst çox sərxoş olduğu üçün sonuncuya getməsini və söhbətlərini sabah davam etməyi demişdir. Onlar geriyə çayxanaya doğru qayıdan zaman Elpərəst ona “sən mənimlə heç bir söhbət edə bilməzsən, sənin böyüyün gəlsin onunla söhbət edərəm” deyərək onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydükdə onun çiyin nahiyəsindən əli ilə vuraraq danışığına fikir verməsini tələb etmişdir. Elpərəst geri çönərək onun üzərinə doğru gəlib ona əl-qol ataraq onu vurmağa başlamışdır. Elpərəst onun üzərinə gəlib onu yumruqla vurmağa davam etdikdə onun sinəsindən tutmuşdur. Elpərəst onu yumruqla bədəninin müxtəlif hissələrindən vurmağa davam etdikdə sonuncunun onu döyəcəyindən ehtiyat etdiyindən üzərində olan bıçaqla birinci sol ayağından vurmuş, lakin Elpərəst ondan uzaqlaşmayaraq onu yenidən yumruqla vurmağa davam etmişdir. O da Elpərəstin yumruqlarına cavab olaraq bıçaqla onun sol tərəfindən bir neçə dəfə vurmuşdur. O, Elpərəsti bir neçə dəfə vurduqdan sonra Elpərəst ondan uzaqlaşmışdır. O, Elpərəsti bıçaqla vurduğu üçün qorxaraq ondan ayrılaraq həmin yerdən uzaqlaşmışdır. O, həmin yerdən uzaqlaşıb icra nümayəndəliyinin həyətinə bir qədər sakit yerə keçmiş, həmin yerdə olan zaman kənd sakinlərinin Elpərəstə doğru getdiyini, onların Elpərəstə köməklik göstərərək həkimə apardıqlarını görmüşdür. Sonra zəng edərək qardaşına hadisə barədə məlumat vermiş, Elpərəstin səhhətinin necə olmasını gözləmiş, sabahı gün isə qohumları Elpərəstin sağalması üçün lazım olan bütün tədbirləri görmüşlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, onlar çayxanadan çıxaraq həmin yerdən uzaqlaşıb təxminən 35-40 metr kənarda söhbət edən zaman onların yanlarında heç kim olmamışdır. Həmin yedə təxminən 5-10 dəqiqə aralarında söhbət olmuşdur. Elpərəst onu bir neçə dəfə söyüb təhqir edərək ondan əl çəkməmiş və yumruqla vuraraq həmin hərəkətlərini davam etdirmiş, o, həmin yerdən çıxıb getmək istəsə də, Elpərəstin ona və ailə üzvlərinə qarşı dediyi söyüşlərinə və yumruqla onu vurmasına görə özünü saxlaya bilməyib bir neçə dəfə bıçaqla Elpərəsti vurmuşdur. Hadisə zamanı onların yanlarında heç kim olmamışdır. Hal-hazırda o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişə səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərini və törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs uşaqlığından tanıyır. O, 27 mart 2022-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı kənddə icra nümayəndəliyinin inzibati binasının qarşısında yerləşən çayxanaya həmkəndlisi Orxanla birlikdə getmişdir. Çayxanaya gedən zaman Elpərəst də orada olmuşdur. Onlar çayxanaya daxil olduqdan sonra stolda oturub çay içib domino oynamaq istəmişlər. O, həmin vaxt sifariş vermək üçün çayçının yanına getmiş, geri qayıdıb stola yaxınlaşan zaman Orxanla Elpərəstin mübahisə etdiklərini görmüşdür. O, stola yaxınlaşan zaman Elpərəst stolun üzərindən domino daşlarını götürüb Orxanın üz nahiyəsinə çırpmış, həmin vaxt Orxan Elpərəstlə mübahisə edərək stoldan durmuşlar. O, Elpərəstə yaxınlaşıb niyə elə etdiyini soruşduqda Orxanın ona çiyin vurduğunu demişdir. Orxan və Elpərəst söhbət edərək çayxanadan birlikdə çıxmışlar. O, təxminən 10-15 dəqiqə keçdikdən sonra çayxananın qarşısına çıxaraq Elpərəst və Orxanın hara getdiklərinə baxmaq istəmişdir. Həmin çayxananın qarşısına çıxdıqda təxminən 50 metr məsafədə hasar olan yerdə Elpərəstin ayaq üstə əli ilə ona işarə edərək onu çağırdığını görmüşdür. O, Elpərəstin yanına gedən zaman onun qan içində olduğunu görmüş, Elpərəstdən nə baş verdiyini soruşduqda Elpərəst Orxanın onu bıçaqla vurduğunu demişdir. O, Elpərəstin pis vəziyyətdə olduğunu gördükdə dərhal həmkəndlisi Elməddinin yanına getmiş, Elməddini çağırıb ona Elpərəsti bıçaqla vurduqlarını demişdir. Elməddindən Elpərəstə kömək edib xəstəxanaya aparmağı xahiş etmişdir. Elpərəsti birlikdə Elməddinin “Mercedes E 220” markalı, ** LX *** nömrə qeydiyyat nişanlı minik avtomobilinə mindirib Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Onlar xəstəxanaya gəldikdən sonra Zərərçəkmiş şəxsə tibbi yardım göstərilmişdir. Sonra o, evə getmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, Azərbaycan Respublikasında olmadığından məhkəmədə iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlamış, məhkəməyədək icraat zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə həmkəndlidir. Orxanla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. O, 27 mart 2022-ci il tarixdə saat təxminən 10-11 radələrində Şəmkir rayonu, Qədimqala kəndində yerləşən icra nümayəndəliyinin inzibati binasına getmiş, saat təxminən 15 radələrinədək olan müddət ərzində icra nümayəndəliyinin inzibati binasında və onun yaxınlığında yerləşən çayxanada olmuşdur. O, saat 15 radələrində öz yaşadığı evə çörək yemək üçün geri qayıtmış, evdə olan zaman çörək yeyib təxminən 100-150 qram spirtli içki olan araq içmişdir. O, təxminən saat 16 radələrində təkrar kəndin mərkəzində yerləşən Məzahirin işlətdiyi çayxanaya getmiş, çayxanaya daxil olduqdan sonra girişdən sağ tərəfdə yerləşən ikinci stolda əyləşmiş Orxan və Elnur onun yanına stola gəlmişlər. Onlar domino oynamağı təklif etmişlər. Onlar domino oynayan zaman Orxanla yerlərini dəyişərkən Orxan çiyni ilə ona toxunmuşdur. Orxanın hərəkəti onun xoşuna gəlmədiyi üçün dominonun daşlarını Orxanın sifət nahiyəsinə vurmuş, Orxanla onun arasında onun dominonun daşlarını Orxanın sifət nahiyəsinə vurmağı səbəbindən mübahisə yaranmışdır. O və Orxan çayxanadan həyətə çıxmışlar. Onlar həyətə çıxdıqdan sonra söhbət edərək çayxanadan təxminən 50 metr məsafə uzaqlaşmışlar. Onlar söhbət edərkən Orxan ondan hansı səbəbdən dominonun daşlarını onun sifət nahiyəsinə vurduğunu soruşmuş, Orxana çiyninin ona dəydiyini, bu səbəbdən dominonun daşlarını onun sifət nahiyəsinə vurduğunu demişdir. Orxan ona çiyninin bilmədən ona dəydiyini demiş, o, Orxana elə bilmədən çiyin dəymədiyini, Orxanın onu çiyni ilə qəsdlə itələdiyini demişdir. Onlar bu söhbətləri edərək təxminən 40-50 metr məsafə getdikdən sonra təkrar geriyə çayxana istiqamətində geri qayıtmışlar. Onların ardı ilə gələn Elnur geri qayıtdıqlarını gördüyü üçün o da geri qayıdıb çayxanaya getmişdir. Onlar söhbət edib geri qayıdan zaman Orxan ona “bu məsələ barədə sabah söhbət edərik, sən sabah məndən indi dediklərinə görə üzür istəyəcəksən” demişdir. Bu sözlər ona pis təsir etdiyi üçün Orxanın qabağına tərəf keçib üzbəüz dayanıb heç bir səhv etmədiyini deyərək əgər ondan üzür istəsə öz payına nalayiq ifadələr işlətmişdir. Orxan heç bir şey demədən sakit dayanmış, o, Orxanın cavab qaytarmadığını gördüyü üçün arxasını ona çevirərək getmək istəmiş, anidən arxa nahiyədən sol çiyin nahiyəsindən bərk nəsə dəydiyini hiss etmişdir. O, Orxana tərəf çevrilərək onu yumruqla sifət nahiyəsindən vurmuş, Orxan da onu bir neçə dəfə bıçaqla bədəninin aşağı hissəsindən bel nahiyəsindən və sol əlinin çöl hissəsindən vurmuşdur. Orxan onu vurduqdan sonra o da Orxanı yumruqla bir neçə dəfə bədənin müxtəlif hissələrindən vurmuşdur. Həmin vaxt hansı səbəbdən olduğunu bilməsə də, Orxanın ondan ayrıldığını görmüşdür. Orxan ondan ayrıldıqda o da Orxandan ayrılaraq çayxanaya tərəf getmişdir. O, həmin tərəfə getdikdə Elnur da ona tərəf gəlmiş, Elnur onu qucaqlayaraq “ayıb deyilmi, cavan oğlanlarsız, dalaşırsız” demiş, Elnura çiynində ağrı olduğunu deyib baxmasını istəmişdir. Həmin vaxt ayaqqabısının içərisində istilik hiss etmiş, ayaqqabını çıxarıb baxdıqda içinin qan olduğunu görmüşdür. Elnur kürək nahiyəsinə baxıb ona kürəyində yara olduğunu, qan axdığını demişdir. Elnur bundan sonra həmkəndliləri Elməddini çağırıb ona Orxanın onu bıçaqla vurduğunu deyib xəstəxanaya aparmağa kömək etməsini istəmişdir. Elnur və Elməddin birlikdə onu Elməddinə məxsus olan “Mercedes Benz E Class” markalı avtomobillə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin xəstəxanada ona ilkin tibbi yardım edilmiş, Şəmkir rayon mərkəzi xəstəxanasından onu Gəncə şəhərində Mərkəzi Klinika və Beynəlxalq xəstəxanalara aparılaraq müalicə olunmuş, daha sonra isə təkrar Şəmkir rayon mərkəzi xəstəxanasında müalicə davam etdirilmişdir. Onların aralarında mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, həmin vaxt orada onların yanlarında heç kim olmamışdır. Orxan onu bıçaqla vurduqdan sonra isə çayxanaya tərəf getdikdə Elnur onun qabağına doğru gəlmiş və ona kömək edib xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs onu dörd dəfə arxadan bıçaqla bədəninin müxtəlif hissələrindən vurmuşdur. Hadisə vaxtı yanlarında heç kim olmamış, Orxan və onu heç kim ayırmamışdır. Orxan özü ondan ayrılaraq həmin yerdən uzaqlaşmışdır. O da Orxandan ayrılaraq çayxanaya tərəf qayıtmışdır (iş vərəqə: cild İ, səh. 104-107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bir daha ifadəsində göstərilən xüsusatları təsdiq edərək Şəmkir rayonu, Qədimqala kəndi ərazisində yerləşən çayxananı və həmin çayxananın yaxınlığında yerləşən ərazini göstərib Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirdiyi yeri və ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 139-143). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli, 801 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yan səthinin ön qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğa səviyyəsindən daxilə keçən, diafraqmanı zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası, sol sağrı nahiyəsinin yuxarı-bayır nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol sarğı nahiyəsinin yuxarı-bayır kvadratının bir ədəd deşilmişkəsilmiş yarası və sol əlin iç səthinin 5-ci daraq sümüyü səviyyəsində kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişlər, yetirilmə müddətləri 27 mart 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin ön qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğa səviyyəsindən daxilə keçən, diafraqmanı zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol sağrı nahiyəsinin yuxarı-bayır kvadratının bir ədəd deşilmiş-kəsilmiş yarası və sol əlin iç səthinin 5-ci daraq sümüyü səviyyəsində kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 148-150). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizanın 01 aprel 2022-ci il tarixli, 285 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət-sağ çiyinüstü nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 27 mart 2022-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir (iş vərəqə: cild İ, səh. 116- 117). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 01 avqust 2022-ci il tarixli, 16/843 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrihissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyasının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus geyim əşyasının tərkib liflərindən yoxdur (iş vərəqə: cild İ, səh. 164-168). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 12 avqust 2022-ci il tarixli, 16/844/845 nömrəli rəyindən görünür ki, İ-Tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. İİ-Tədqiqata təqdim olunan cins şalvarın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş cins şalvarın üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 14 iyul 2022-ci il tarixli, 801 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş şalvarın üzərində olan zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “sol sarğı nahiyəsinin yuxarı-bayır kvadratının bir ədəd deşilmiş kəsilmiş yarası” xəsarəti ilə şalvarın üzərində olan 01 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və yuxarda qeyd edilən xəsarətlər üst-üstə düşür (iş vərəqə: cild İ, səh. 169-172). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli, 801 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yan səthinin ön qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğa səviyyəsindən daxilə keçən, diafraqmanı zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası, sol sağrı nahiyəsinin yuxarı-bayır nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol sarğı nahiyəsinin yuxarı-bayır kvadratının bir ədəd deşilmiş-kəsilmiş yarası və sol əlin iç səthinin 5-ci daraq sümüyü səviyyəsində kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişlər, yetirilmə müddətləri 27 mart 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin ön qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğa səviyyəsindən daxilə keçən, diafraqmanı zədələyən bir ədəd deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin arxa səthində sol kürək nahiyəsinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol sağrı nahiyəsinin yuxarı-bayır kvadratının bir ədəd deşilmişkəsilmiş yarası və sol əlin iç səthinin 5-ci daraq sümüyü səviyyəsində kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 148-150). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 iyul 2022-ci il tarixli, 444/153 nömrəli kompleks məhkəmə-psixioloji psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olsa da o, fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 161-162). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli üzərində “JEANS” yazılmış cins materialdan şalvar, Təqsirləndirilən şəxs məxsus üzərində “ANGELO GALASSO” yazılmış bir ədəd qara rəngli uzunqol köynək və üzərində “EMESTO” yazısı yazılmış bir ədəd qara rəngli kişi şalvarı, bir ədəd sarı rəngli dəstəyi olan üzərində “STAİNLESS” yazılmış bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsinə məsul saxlanca verilmişdir, bundan başqa həmin qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışdıqlarından və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şikayətçi olmadığından Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması rədd edilmişdir (iş vərəqə: cild İ, səh. 183-192). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Mərkəzi rayon xəstəxanasının “X7” X2 03 iyun 2022-ci il tarixli, 337 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır (iş vərəqə: cild İ, səh. 134). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 178). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 39-40). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə İslamzadə X3 Saxlama Yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.81-83). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 146). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (iş vərəqə: cild İ, səh. 147). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qədimqala kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır (iş vərəqə: cild İ, səh. 146). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və heç bir iddiası yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir və təsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, həmçinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, əməlindən səmimi peşmanlığını, zərər çəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını və təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini göstərməsini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 03 (üç) gün müddətində tutulmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş bir ədəd sarı rəngli dəstəyi olan üzərində “STAİNLESS” yazılmış bıçaq məhv edilməli, həmçinin Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli üzərində “JEANS” yazılmış cins materialdan şalvar sahibi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus üzərində “ANGELO GALASSO” yazılmış bir ədəd qara rəngli uzunqol köynək və üzərində “EMESTO” yazısı yazılmış bir ədəd qara rəngli kişi şalvarı isə sahibi Təqsirləndirilən şəxs və ya yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş bir ədəd sarı rəngli dəstəyi olan üzərində “STAİNLESS” yazılmış bıçaq məhv edilsin, həmçinin Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli üzərində “JEANS” yazılmış cins materialdan şalvar sahibi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus üzərində “ANGELO GALASSO” yazılmış bir ədəd qara rəngli uzunqol köynək və üzərində “EMESTO” yazısı yazılmış bir ədəd qara rəngli kişi şalvarı isə sahibi Təqsirləndirilən şəxs və ya yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev