Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-431/2025 17.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, Yeni ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə saat 08:30 radələrində keçmiş qaynanası Zərərçəkmiş şəxs1 və keçmiş arvadı Zərərçəkmiş şəxs2 Qızının onun övladları ilə birlikdə kirayə yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə Zərərçəkmiş şəxs2 mobil telefonunda onun mobil nömrəsini qara siyahıya daxil etməsinin səbəbini müəyyən etmək məqsədi ilə gəlmiş, evin içərisində əlində olan istintaqa zamanı müəyyən edilməmiş təyinatı məlum olmayan bıçağı Zərərçəkmiş şəxs1 nümayiş etdirərək sonuncunun Zərərçəkmiş şəxs2 onunla boşanmağa təhrik etməsini bildirərək sözlə mübahisə etmiş, Zərərçəkmiş şəxs2 onun Zərərçəkmiş şəxs1 bıçaqla vuracağından qorxaraq DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edərək məlumat vermiş, o, Zərərçəkmiş şəxs2 DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə məlumat verməsini bildikdən sonra mobil telefonu götürüb səhv düşəlməsi barədə həqiqətə uyğun olmayan məlumat verdiyi zaman Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirərək yüksək səslə qışqırıb kömək istəmiş, həmin vaxt, o, mobil telefonu söndürüb Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirdiyi üçün heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, Zərərçəkmiş şəxs1 qızı zərəçəkmiş Zərərçəkmiş şəxs2 mənəvi iztirablar verib sonuncunun gözü qarşısında xüsusi amansızlıqda əlində olan həmin bıçaqla qəsdən iki dəfə Zərərçəkmiş şəxs1 zərbələr vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ sağrı nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmayan aid edilən qaraciyərin və nazik bağırsağın cırılması ilə müşayiət edilən qarın nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarətlərini yetirməklə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla ictimai borcunu yerinə yetirən zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, özünü CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun arvadıdır. Zərərçəkmiş şəxs2 ilə boşansalar da, normal ailə münasibətlərində olmuşlar və hadisə baş verən vaxtadək münasibətləri yaxşı olmuşdur. Evin təmiri ilə bağlı Gəncə şəhərində olmuş, evin təmiri yekunlaşdıqdan sonra borcları və maşının krediti olduğundan işləmə üçün Bakı şəhərinə getmək məcburiyyətində qalmışdır. Həmin vaxt qayınanası Zərərçəkmiş şəxs1 bina evində uşaqlar üçün isti olacağından kirayə həyət evi tutmalarını təklif etmiş, o, isə buna etiraz etməsə də, lakin işləmədiyi üçün maddi imkanının olmadığını bildirdikdə, Zərərçəkmiş şəxs1 sözügedən xərcləri özləri qarşılayacağını bildirmiş. O, Bakı şəhərinə getməmişdən öncə Zərərçəkmiş şəxs1 ilə birlikdə kirayə həyət evi tutmuşlar, həmin ev təmirdə olmuş və evin behini verdikdən sonra Bakıya getmişdir. Təxminən 5-6 gün sonra arvadı Zərərçəkmiş şəxs2 ona zəng edərək, evin təmirinin yekunlaşdığını, əşyalarının həmin evə getməli olduğunu bildirdikdən sonra o, əşyaların həyət evinə daşınması üçün tanışları ilə danışmış və həmin şəxslər əşyaları həyət evinə daşımışlar. Həmin günün sonunda Afaqa əşyaların daşınıb-daşınmaması ilə bağlı mesaj yazmış, lakin mesaj çatmamış və bir neçə dəfə zəng etdikdən sonra Afaqın onu qara siyahıya saldığını bilmişdir. Bundan sonra qayınanası Zəminəyə zəng edərək Afaqa mesaj çatmadığını və zənglərə cavab vermədiyini, qara siyahıda olduğunu bildirmişdir. Qayınanası Zəminə ona işdə olduğunu, evə gedən zaman məsələni dəqiqləşdirib, ona məlumata verəcəyini bildirsə də, onun əvvəlcədən baş verən məsələlərdən məlumatı olmuşdur. Bundan sonra axşam qayınanasının ona zəng etmədiyini gördükdə, növbəti gün özü Zəminə ilə əlaqə saxlamış, qayınanasından dünən nə üçün əlaqə saxlamamasını soruşduqda, Zəminə ona Afaqın spazması tutduğunu və evə təcili tibbi yardım çağırdıqlarını, ona görədə əlaqə saxlaya bilmədiyini bildirmişdir. O, qayınanası Zəminədən arvadı Afaqın nə üçün spazmasının tutmasını soruşduqda, qayınanası ona səbəbini onunda bilmədiyini, aralarında olan məsələlərə görə əsəbləşdiyi üçün olduğunu bildirmişdir. Bundan sonra bacısı qayınanası Zəminəgilə gedən zaman bacısı onu uşaqları ilə telefonda danışdırmış, uşaqlarından Afaqın üzərinə Təcili Tibbi yardımın gəlib-gəlmədiyi barədə soruşduqda, uşaqları ona anasının xəstələnmədiyini və üzərinə həkim gəlmədiyini bildirmişlər. Bundan sonra yenidən qayınanası Zəminə ilə əlaqə saxlamış və Zəminə qızı Afaq ilə onun münasibətlərinin alınmadığını, boşanmalarının daha düzgün olacağını və ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O, Zəminənin oğlu Cavidə zəng edərək, anasının da onu qara siyahıya saldığını, uşaqları ilə danışdırmadıqlarını və hansı səbəbdən Afaqın ondan boşanmaq istədiyini soruşmasını bildirmişdir. Cavid 22 iyun 2024-cü il tarixdə onu mobil telefonda Afaqla danışdırmış, danışıq zamanı Afaq anası ilə küsdüyünü, anası ilə danışmadığını və anasının onunla qalmadığını bildirmişdir. O, da ailəsinin həyət evində üç gün tək qaldığını düşünərək, Gəncə şəhərinə gedib ailəsini evlərinə aparacağını fikirləşmişdir. O, Bakı şəhərindən gecə saat 04:00-da çıxaraq, səhər saat 07:30-da kirayə tutduqları evə çatmış və Zəminənin evdə olduğunu bilməmiş, lakin sonradan Zəminənin də evdə olduğunu gördükdə qəzəblənmişdir. Zəminəni su ilə bağlı Afaqa nəsə dediyini eşidən zaman Zəminənin də, orada olduğunu görmüşdür. Həmin vaxt Zəminə Afaqın qolundan tutub qapını açan zaman anidən onların qarşısına çıxmış və onu görüb səksənmişlər, o, isə onlara qorxmamalarını, söhbət etmək üçün gəldiyini bildirmişdir. Evə daxil olub söhbət edən zaman onlardan nə üçün Zəminənin üç gündür evdə olmadığı barədə ona yalan danışdıqlarını soruşmuşdur. Zəminənin yüksək səslə danışdığını görüb, uşaqların qorxmaması üçün onların yanına getməsini bildirmiş və Afaqın uşaqların yanına getdikdən sonra gec gəldiyini görüb, Afaqı çağırmışdır. O, qapının qarşısında dayanıb uşaqları ilə salamlaşmış və qorxmamalarını bildirmişdir. Afaqın əlində olan telefondan səs gəldiyini görüb, hansısa proqrama daxil olduğu üçün həmin səsin gəldiyini düşünürək telefonu əlinə götürən zaman telefonda kiminsə “alo, alo” dediyini eşitmişdir. Telefonda ona adını xatırlamadığı polis şöbəsindən olduğunu bildirdikdə, o, telefonun uşaqlarıda olduğunu fikirləşərək, zəng edən şəxs səhv olduğunu bildirib, həmin nömrəyə zəng etmədiklərini bildirmişdir. Həmin vaxt Zəminə kənardan qışqıraraq, “yalan deyir, bizi öldürmək üçün gəlib” deyə bildirdikdə o, qayınanası ilə arvadının onu polisə şikayət etdiyini həmin vaxt başa düşmüşdür. Zəminə stolun üzərindən bıçağı götürüb, onlarda da bıçaq olduğunu ondan qorxmadıqlarını bildirmiş, o, isə söhbət etmək üçün gəldiyini onlara bildirmişdir. Bundan sonra o, telefonu söndürmüş və bıçaqla Zəminənin vurmuş, Zəminəni bıçaqla vuran vaxt Afaq onun qolundan tutduğu üçün bıçağın dəymədiyini düşünürək, yenidən Zəminəni bıçaqla vurmuşdur. Zəminəni bıçaqla vuran zaman Zəminə ayaqüstə olmuş, bıçaqla vurduqdan sonra isə Zəminə oturmuşdur. Zəminəni bıçaqla vurduqdan sonra səhv etdiyini düşünmüş, əməlindən peşman olmuş və törətdiyi əməldən dərin peşmançılıq hissi keçirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Afaqla onun arasında hadisə baş verən vaxtadək heç bir problem olmamış və münasibətləri yaxşı olmuşdur. Zəminə ilə də mübahisəsi olmamış və onu təhdid etməmiş, hər zaman Zəminə ilə danışmışlar münasibətləri yaxşı olmuşdur. Hadisə zamanı onun üzərində bıçağın olmasına səbəb taksi fəaliyyəti ilə məşğul olduğu üçün hər zaman üzərində bıçaq olmuş, o, həyətdə olan dağınıq ayaqqıbları düzəldərkən, Zəminəni görüb qəzəblənmiş və özlüyündə ona yalan danışdıqlarını fikirləşmiş, buna görə də onları qorxutmaq məqsədilə, eyni zamanda Zəminənin onu tutduracağını bildiyi üçün bıçaqla evə daxil olmuşdur. Zəminə ona birbaşa onu tutduracağını bildirməmiş, sadəcə Afaq əvvəllər ona anasının onu tutduracağını dediyini bildirmişdir. Söhbət edərkən bıçaq əlində olmuş, lakin bıçağı döşəməyə vurmamışdır. Uşaqlar isə onun əlində olan bıçağı görməmişlər. Onun Zəminəni vurmasına səbəb ona yalan danışaraq, Zəminənin onların evində olmadığını bildirmişlər, o, evə gəldikdə isə Zəminənin evdə olduğunu görmüş və evə daxil olarkən Zəminə onunla uca səslə danışmış və eyni zamanda onun qardaşı oğluna qarğışlar etmişdir. Zəminəni bıçaqla vuran zaman uşaqlar çıxmamışlar, Afaq onun qolundan tutaraq vurmamasını bildirmiş, çox səs-küy olmamışdır. Afaqın qolundan xəsarət aldığını bilməmiş, onu bıçaqla vurmamış, onun bıçaqla vurulduğun polis şöbəsinıə gəldikdən sonra bilmişdir. Ehtimal edir ki, Zəminəni bıçaqla vuran zaman Afaq onu qolundan tutmuş və bu zaman Afaq da xəsarət almışdır. Hadisə baş verən vaxt mübahisəni əsasən Zərərçəkmiş şəxs1 ilə etmişdir. Onun üzərində olan bıçaq açılıb-bağlanan olmamışdır. Onun Zərərçəkmiş şəxs1 bıçaqla vurmasına səbəb, Zəminənin onun qardaşı uşaqlarına qarğış etməsi və Zəminəni evlərində görməsi olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 22 iyun 2024-cü il tarixdə, Təqsirləndirilən şəxs ilə telefonla danışarkən mübahisələri baş vermiş və Əbülfəz ona təhqirlər etmişdir. O, da Əbülfəzi mobil telefonda qara siyahıya atmış və Təqsirləndirilən şəxs onun bu hərəkətindən qəzəblənərək, gecə onların evlərinin həyətinin qarşısına gəlib orada gözləmişdir. Səhər saatlarında yuxudan oyandıqdan sonra evin qapısını açıb həyətə çıxan zaman Təqsirləndirilən şəxs əlində bıçaq qapının arxasında dayandığını görmüşdür. O, Təqsirləndirilən şəxs onu vurmamasını xahiş etmiş və onların səslərinə anası gəlmişdir. Anası Zərərçəkmiş şəxs1 da, Əbülfəzə bıçağı yığışdırmasını təkidlə bildirsə də, Təqsirləndirilən şəxs söhbət etməyə gəldiyini bildirmiş, anası isə bıçaqla söhbət olmadığını Əbülfəzə demişdir. Onlar əyləşmişlər, lakin bıçaq yenə də Əbülfəzin əlində olmuşdur. Uşaqlar yan otaqda yatdıqları üçün o, uşaqların qorxmaması və onlara baxmaq üçün həmin otağa keçmişdir. Uşaqların otağına keçdikdən sonra orada olan mobil telefonu ilə DİN-in “102” xidmətinin qynar xəttinə zəng edərək, müraciət etmiş, lakin yaşadıqları evin ünvanını deməyə imkanı olmamışdır. Sonradan “102” xidmətinin qaynar xəttindən geri zəng etdiklərini, uşağın telefona cavab verdiyini, lakin ünvanı başa sala bilmədiyini bilmişdir. Daha sonra “102” xidmətinin qaynar xəttindən yenidən zəng gəldikdə, Əbülfəz otağa daxil olub, onun mobil telefonuna gələn zəngi cavablayaraq, səhvən “102” xidmətinin qaynar xəttini yığdıqlarını bildirsə də, anası kənardan qışqıraraq səhv yığmadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs da, anası Zərərçəkmiş şəxs1 bu sözlərindən qəzəblənərək, anasına iki dəfə bıçaq zərbəsi endirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxsla boşandıqdan sonra təkrar barışıb birlikdə yaşamışlar, lakin o, ayrılmaq istəsə də, Təqsirləndirilən şəxs heç vaxt bunu qəbul etməmiş və davamlı mübahisələri olmuşdur. Əbülfəz Məmədovu qara siyahıya salmasının səbəbi Əbülfəzin barışmaq təkidləri, mübahisə etmələri və onu təhqir etmələri olmuşdur. 23 iyun 2024-cü il tarixdə, səhər saat 08:03-də qapını açıb həyətə çıxmaq istəyərkən, Əbülfəz qapının arxasından çıxmış və ona gecə saatlarından oarada olduğunu bildirmişdir. Əbülfəzin əlində gümüşü rəngdə olan qatlanan bıçaq olmuşdur. Əbülfəz ona söhbət etməyə gəldiyini, anası isə bıçağı qatlayıb cibinə qoymasını bildirmişdir. Anası Zərərçəkmiş şəxs1 Əbülfəzə “əgər qızımı vurmaq istəyirsənsə, ilk öncə məni vuracaqsan” deyə bildirmiş və eyni zamanda özlərini qorumaq üçün mətbəx bıçağını götürərək “bıçaqla söhbət etmək istəyirsənsə, bizimdə bıçağımız var” deyə bildirsə də, onlar hər hansı şəxsi bıçaqla vura bilməzdilər. Həmin vaxt uşaqlar oyaq olmuş, böyük qızları onlar olan otağa gəlmiş, lakin kiçik qızı isə otaqda olmuşdur. Əbülfəz anasını bıçaqla vurmamışdan qabaq əlində olan bıçağı kənara tutub, uşaqları olan otağın qapısından uşaqları ilə salamlaşmışdır. Əbülfəz onlarla yaşanılan hadisələr barədə söhbət etmiş və danışıqlarda onları günahlandırmışdır. Həmin söhbət əsnasında isə Təqsirləndirilən şəxs onlarla əlində olan bıçağı evin döşəmə hissəsinə vuraraq danışdığından, onlar qorxmuşlar. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 bıçaqla zərbə endirən zaman o, da həmin vaxt orada olmuş, hadisəni görmüş və Əbülfəz ilk zərbəni anasının qarın boşluğuna, ikinci zərbəni isə yan hissəsinə vurmuşdur. O, həmin vaxt araya girmək istəyərkən bıçaq onun qolundan dəymiş, daha sonra Əbülfəz dayanaraq, onlarda olan bıçağı da götürüb qaçmışdır. O, qızından soruşmamış, lakin müstəntiqə ifadə verən zaman Əbülfəzin nənəsini bıçaqla vurduqdan sonra gəldiyini bildirsə də, uşaq hadisə vaxtı Əbülfəzə “nənəmi vurma, nənəm öləcək” deyə bildirmişdir. Hadisə baş verərkən Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs1 bıçaqla zərbə vuran zaman növbəti isə onu vuracağını fikirləşmişdir. Ehtimal edir ki, Əbülfəzin onları bıçaqla vurmasına səbəb Əbülfəzin idarə etməsini itirməsi olmuşdur. Əlavə olaraq uşaqları üçün və uşaqlarının atası olduğuna görə Təqsirləndirilən şəxsla barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 22 iyun 2024-cü il tarixdə qızı Zərərçəkmiş şəxs2 evinə getmiş və gecə onların yanında qalmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında işə getmək üçün oyandıqda suyun gəlmədiyini görüb, qızı Afaqdan su matorunun çıxarıbçıxarmamasını soruşmuşdur. Afaq su matorunu işə salmaq üçün qapını açıb həyətə çıxmaq istəyərkən, Afaqın qışqırdığını eşitmişdir. O, Əbülfəzin gəldiyini təxmin etmiş və qapıya yaxınlaşan zaman Afaqın qolundan tutuaraq içəri doğru çəkdikdə, Əbülfəzin əlində bıçaq qapının qarşısında dayandığını görmüşdür. Əbülfəzin qarşısına keçərək “öldürmək istəyirsənsə, məni öldür. Qızımı gözümün qarşısında vurma” deyə bildirmiş, Əbülfəz isə ona heç kimi bıçaqla vurmağa gəlmədiyini, söhbət etməyə gəldiyini və söhbət etdikdən sonra gedəcəyini bildirmişdir. O, Əbülfəzə bıçağı cibinə qoymasını desə də, Əbülfəz əlində bıçaq divanda oturmuş, Afaq isə yanında oturmuş və Əbülfəz bıçağı evin döşəməsinə vura-vura Afaqla söhbət etmiş, o isə onların söhbətinə qarışmamışdır. Həmin vaxt Afaq uşaqlara baxmaq üçün otağa keçərkən, DİN-in “102” xidmətinin qaynar xəttinə zəng etmiş, lakin onun məlumatı olmamışdır. Təkrar DİN-in “102” xidmətinin qaynar xəttindən zəng gələn zaman Əbülfəz Afaqdan kimin zəng etdiyini soruşaraq, telefonu istəmişdir. Həmin vaxt böyük nəvəsi də sözügedən səs-küyə onlar olan otağa gəlmişdir. Əbülfəz telefona cavab verərək, “102” xidmətinin qaynar xəttinin əməkdaşına səhv düşdüklərini, onlarda həmin xidmətə zəng getmədiyini bildirsə də, o, kənardan qışqıraraq səhv düşmədiklərini, Əbülfəzin əlində bıçaq onları öldürmək üçün gəldiyini bildirmişdir. Əbülfəz telefonu söndürdükdən sonra ona “səni öldürmək üçün gəlmişəm hə?” deyə bildirərək üzərinə gəlmiş, o isə Əbülfəzin onu vurmayacağını güman etdiyi üçün divanda oturub baxmışdır. Əbülfəz əlində olan bıçaqla onun qaraciyərinə vurmuş, o, əli ilə bıçaqla vurulan yerdən tutduqdan sonra nəvəsinin görüb-görmədiyinə baxmış və həmin vaxt Əbülfəz ikinci dəfə onu bıçaqla vurmuşdur. Həmin vaxt qızı Afaq isə Əbülfəzdən anasını vurmamasını xahiş etmişdir. Əbülfəzin Afaqı vurduğunu görməmiş, lakin reanimasiyadan ayıldıqdan sonra Afaqın qolunun sarıqlı olduğunu bildikdən sonra Afaqdan soruşmu və Afaq ona Əbülfəzin onu da vurduğunu bildirmişdir. Əbülfəz onları bıçaqla vurduqdan sonra çıxıb getmiş və o, oğluna zəng edərək Əbülfəzin onu bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Əlavə olaraq Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər də qızı Afaqla kürəkəni Əbülfəzin mübahisələri olmuşdur. Əbülfəzlə onun münasibətləri yaxşı olmuş, lakin 2015-ci ilin yanvar ayında bir dəfə də Əbülfəzlə mübahisələri olmuş, onlar mübahisə etdikləri üçün Əbülfəz onun üzərinə bıçaq çıxarmış, lakin onu bıçaqla vurmamışdır. Əbülfəzin Afaqla mübahisəsi olan vaxt onların mübahisəsinə qarışmamış, əksinə uşaqlarını gəlib görməsini, lazım olduqda onları yeməyə aparmasını, ehtiyacı olacağı təqdirdə evi satıb probleminə verəcəyini və onlarla birlikdə qalacağını bildirmişdir. Əbülfəz qızı Afaqı əvvəllər mübahisə əsnasında vurmuş və ona “ananı öldürüb, sənə göz dağı verəcəyəm” deyə bildirmiş, lakin o, hər zaman kürəkəninin tərəfində olmuşdur. Afaqın Əbülfəzi qara siyahıya saldığından məlumatı olmuş və Əbülfəz bununla bağlı ona da zəng etmiş o, isə onu zəng edib uşaqları ilə danışdıracağını da bildirmişdir. Bundan bir müddət sonra nəvəsi Fatimə olduqda ona ev almış, Əbülfəz həmin vaxt Bakı şəhərində işləmişdir. Əbülfəzə təklif etmişdir ki, bacarırsa evin işlərini görsün. Əbülfəz isə Bakıda kirayə ev tutduğunu və borcu olduğunu bildirmişdir. Bir müddət sonra Əbülfəz Bakı şəhərinə getmiş, Əbülfəzin bacısı onu yığaraq “sən qızının arxasında durursan, Əbülfəzi pulsuz işlətmisən” dediyi zaman Əbülfəzin də bacısının yanında olduğunu görmüşdür. O, isə Əbülfəzə bacısına düzünü demədiyini bildirərək, iradını bildirmiş və onu mobil telefonda qara siyahıya atmışdır. Hadisə günü Əbülfəz və Afaq söhbət etmişlər, lakin o, isə onların söhbətlərinə müdaxilə etməmişdir. DİN-in “102” xidmətinin qaynar xəttindən zəng gəldikdən sonra kənardan qışqıraraq səhv zəng etmədiklərini, Əbülfəzin əlində bıçaq onları öldürmək üçün gəldiyini bildirmişdir. Bundan sonra oturduğu yerdə Əbülfəz bıçaqla onun qaraciyər nahiyəsindən vurmuş, nəvəsinin görüb-görmədiyinə baxan zaman isə, Əbülfəz ikinci dəfə bıçaqla onu vurmuş və sözügedən zərbə onun bağırsaqlarını kəsmişdir. Əbülfəzin əlində olan bıçaqdan qorxmuş, lakin onu bıçaqla vuracağına inanmamışdır. Onu vurduqdan sonra Əbülfəzin ona zərbə endirmək imkanı olsa da, davam etdirməmişdir. Əbülfəz onu bıçaqla vuran zaman nəvəsi də onu görmüş, ehtimal edir ki, nəvəsi də baş verən hadisəni görmüşdür. Əlavə olaraq zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə zamanı o və bacısı Nur yatılı vəziyyətdə olmuşlar, evdən qışqırıq səsləri gəlməsini eşidib oyanmışlar. Oyanıb digər otağa keçən zaman atası, anası və nənəsinin mübahisə etdiklərini görmüşlər. Bundan sonra ataları onlara qorxmamalarını və otaqlarına keçmələrini bildirdikdən sonra onlar təkrar öz otaqlarına qayıtmışlar. Mübahisə zamanı ən çox atası ilə nənəsinin mübahisə etdiyini eşitmişdir. Əlavə olaraq Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, atasının əlində hər hansısa bir əşya olduğunu görməmiş və eyni zamanda atasının anasını və nənəsini vurduğunu da görməmişdir. Nənəsinin ağrıdığını və atasının onu vurduğunu bilmişdir. Otaqdan çox səs gəldiyi üçün otağa keçmiş və onların dava etdiyini görmüşdür. Atasının evdən çıxan əlində hər hansısa əşya olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atası ilə anası dalaşan vaxt oyaq olmuşdur. Onlar mübahisə edən zaman atası, anası və nənəsi olmuşdur. Anası onların yanına gələn zaman atası ilə nənəsi mübahisə etmiş, atasının nənəsini vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ofil oğlu ifadəsində göstərmişdir ki, baş verən hadisə barədə mənim məlumatı olmamış. “Ekspress” taksi şirkətində özünə məxsus avtomobillə taksi kimi fəaliyyət göstərir. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında yuxarıda adını qeyd etdiyi taksi şirkətinin mobil tətbiqi vasitəsi ilə ona sifariş gəlmiş, sifariş Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Nailə” market adlanan ərazidən, Goranboy rayonu, “Goran Qlobus” adlanan əraziyə olmuşdur. O, da sifarişi qəbul etmiş, Təqsirləndirilən şəxs taksi sifarişi verdiyi həmin nömrəsi isə onda olmamışdır. O, sifariş verən şəxsi götürən zaman sifariş verən şəxsin onun bibisi oğlu Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs götürüb Goranboy rayonu, “Goran Qlobus” adlanan əraziyə aparmış və daha sonra Gəncə şəhərinə qayıdaraq, taksi fəaliyyətini davam etdirmişdir. Həmin vaxt Əbülfəzin qayınanasını bıçaqla vurduğunu bilməmiş, axşam evə getdikdən sonra Əbülfəzin qayınanasını bıçaqla vurması barədə ona evdə məlumat vermişlər. Əlavə olaraq Şahid1 Ofil oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Əbülfəz Gəncə şəhərinə 22 iyun 2024-cü il tarixdə gəldiyini və işi olduğu üçün Goranboy rayonu, “Goran Qlobus” adlanan əraziyə getdiyini ona bildirmişdir. Onunla söhbət əsnasında ailəsi ilə narazılığı olması barədə danışmamışlar, sadəcə evə gəldikdən sonra Əbülfəzin qayınanasını bıçaqla vurması barədə məlumatı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 iyun 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyun 2024-cü il tarixli, 4(125)-202/2024 saylı Gəncə şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 iyun 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, ünvan 3 ünvanında baş vermiş hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmiş, bu barədə protokol tərtib olunmuş və hadisənin baş verdiyi yerin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 iyun 2024-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Zərərçəkmiş şəxs1 bıçaqla vurub xəsarət yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1208 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində iki ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi. Bu yaralardan biri qarın nahiyyəsinin daxilə keçən yarası olub, qaraciyərin və nazik bağırsağın cırılması ilə müşayiət olunduğundan həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir; digər ikinci yara isə sağ sarğı nahiyyəsində yerləşir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, xx.xx.2024-cü il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1209 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ said nahiyyəsinin çapıq toxuması-kəsici alətin təsviri nəticəsində əmələ gəlmiş, kəsilmiş yaranın izi olub, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun ola bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli,195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, hal-hazırda da çəkmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafəyə müyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (keçirməmişdir) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 1834 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs X3 həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 2430 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2018-ci il tarixli, AZ-İV № 141487 “X2”nin kserosurətindən görünür ki, 17 iyul 2018-ci il təvəllüdlü Şahid3, Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 dekabr 2015-ci il tarixli, AZ-İİİ № 662091 “X2”nin kserosurətindən görünür ki, 06 dekabr 2015-ci il təvəllüdlü Şahid2, Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 22 may 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 notariat qaydada təsdiq edilmiş 10 iyun 2025-ci il tarixli, 8İ-5176 № və məhkəməyə təqdim etdiyi 12 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür kİ, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə, özünü ona Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri elan olunmuş ittihamla təqsirli bilmədiyini, lakin CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini bildirsə də, şəxs hansı səbəbdən özünü təqsirli bilmədiyini və cinayətin törədilmə mexanizmi ilə bağlı hər hansı əsaslar gətirməmiş, formal olaraq özünü təqsirli bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, ekspert rəyləri və.s) tamamilə təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlara tənqidi yanaşır və vurğulayır ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 591.12-ci maddəsinə əsasən, CM-in 59.1.14-cü maddəsinin tələblərinə əsasən, himayəsində iki azyaşlı uağının olmasını, həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Ona görə də məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yuxarıda göstərilən yüngülləşdirən halların məcmusunu, törətdiyi əməlin ictimai təhlükəliliyini və xarakterini, eləcə də onun törətdiyi ictimai təhlükəli əməlləri ailə-məişət problemləri zəmnində yaxın qohumuna və qohumuna qarşı törətməsini, onlarla ailə bağlarının olmasını, hazırda həmin şəxslərlə münasibətlərinin normallaşmasını, həmçinin zərərçəkmiş şəxs olan arvadı ilə cəmiyyətin özəyi olan ailə bağlarını bərpa etməyə əsasların olmasını, onun daha artıq müddətə azadlıqdan məhrum edilməsinin uşaqlarının böyüməsində mənfi təsiri olacağını, özünün də törətdiyi əməldən dərin peşmançılıq hissi keçirməsini, ailəsini bərpa etmək üçün can atmasını, şəxsiyyətini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını müstəsna hal kimi qiymətləndirərək vurğulayır ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrinə, həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkil Müdafiəçi xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına göstərdiyi hüquqi yardıma sərf etdiyi toplam vaxt 15 saatdır və vəkilə ödənilməli olan haqqın miqdarı 165 manatdır. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün on bir manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxsna göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə Regional vəkil Bürosunun hesabına 165 (yüz altmış beş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-431/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-431/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver