Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-432/2022 26.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1963-cü ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında Bərdə rayonu Kətəlparaq kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən külli miqdarda, yəni 50 (əlli) ədəd əkilib-yetişdirilməsi və toplanması qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib, yetişdirməklə kultivasiya etmiş, 15 iyun 2022-ci il tarixdə saat 08:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirlən zaman onun tərəfindən qanunsuz olaraq kultivasiya edilmiş tərkibində narkotik maddələr olan 50 (əlli) ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,özünə məxsus olan Mercedes markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıyıb ailəsini dolandırır. Bərdə şəhəri «sarayın dairəsi» adlanan yerdə dayanıb ətraf rayonlara və Bərdə rayonunun kəndlərinə sərnişin daşıyır. Təxminən 2022-ci ilin fevral ayının sonlarında Yevlax rayonundan Bərdə şəhərinə gələndə adını Rəsul kimi bildirən tanımadığı, birinci dəfə gördüyü sərnişinlə tanış olmuş, maşında başqa heç kim olmamış, adını ona Rəsul kimi bildirən şəxs Rusiya Faderasiyasına gedəcəyini bildirərək özündə bir ədəd kiçik bükümdə olan çətənə toxumunu ona göstərib «istəyirsənsə bunu sənə verim» demiş, çətənə toxumlarını həmin şəxsdən almış, sonra həmin şəxsi Bərdə şəhərində «Əlişin kruqu» deyilən yerdə düşürüb çıxıb getmiş, hara getdiyini bilməmiş, bundan sonra onu bir daha görməmişdir. 2022-ci ilin mart ayının sonlarında həmin çətənə toxumlarını yaşadığı evin həyətində birbaşa torpağa əkmiş, bir neçə ədəd toxumu isə həyətdə boş olan iki ədəd dibçəyə əkmişdir. Əkdiyi toxumlardan çıxan çətənə bitkilərinə qulluq etmiş, dibinə peyin verib, suvarmışdır. Dibçəklərin birində bir ədəd o birində isə üç ədəd çətənə bitkisi bitmiş, həmin dibçəkdə də becərmişdir. Tutulanadək əkdiyi çətənə bitkilərinə qulluq etmiş, dibini boşaltmış, peyin verib suvarmış, yaxşı inkişaf edənləri iplə dirəyə və yaxınlığında olan ağaca bağlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadığı evə gəlmiş, narkotik tərkibli bitki əkib becərməyi barədə məlumat olduğunu bildirmişlər. O, səmimi olaraq etiraf etmiş və polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirmək istədiklərinə etiraz etməmiş, həyətinə baxış keçirlməsinə etirazı olmaması barədə ərizə vermişdir. Sonra polis əməkdaşları aqronmun və onun iştirakı ilə yaşadığı evin həyətinə baxış keçirmişlər. İki ədəd dibçəklərdə birində bir ədəd, o biri dibçəkdə isə üç ədəd olmaqla, qırx altı ədəd isə torpaqda bitili vəziyyətdə olan çətənə kollarına baxış keçirmişlər, aqronom həmin kollara baxıb bildirmişdir ki, bitkilərə qulluq olunmuşdur. Sonra əkib becərdiyi çətənə kollarını kökündən çıxarılıb sayılmış, cəmi 50 (əlli) ədəd çətənə kolları olmuşdur. Onun iştirakı ilə bir ədəd bağlamada 20 (iyirmi) ədəd, digər bağlamada isə 30 (otuz) ədəd olmaqla cəmi iki ədəd bağlamada qablaşdırılıb, tərəzidə yaş halda çəkmişlər, möhürlə möhürləyib ekspertizaya təqdim etmək üçün götürmüşlər. Əkdiyi çətənə kollarının toxumundan və şitilindən heç kimə verməmiş, quruldulmuş halı isə hazır olmamış, heç kimə vermək fikri olmamış, başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Əvvəllər narkotik maddələrin satışı və narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmamışdır. Əkdiyi çətənə kollarını özü istifadə etmək üçün əkib becərdiyini, əməlindən peşiman olduğunu, birinci dəfə olduğunu bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 15 iyun 2022-ci il tarixdə Bərdə rayon Kətəlparaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib becərməsi barədə barədə Bərdə rayon polis şöbəsinin cinayət axtarış bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarıilə birlikdə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayon Kətəlparaq kəndində yaşadığı ünvanına getmişlər. Faiqi çağırıb özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirib, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra yaşadığı evin həyətinə videoçəkilişdən istifadə edilməklə aqranomun iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində ağacların arasında çətənə bitkilərini aşkar etmişlər. Təqsirləndirilən şəxs bitkiləri əkdiyi yeri göstərmişdir. Bitkilərin əkilmə ardıcıllığına baxılan zaman bitkilər sıra ilə əkilmiş və diblərində torpaq üzərində peyin olduğu, suvarıldığı açıq görünmüş, kolların aşmaması və yaxşı inkişaf etməsi üçün diblərinə dirəklər basdırılıb iplə həmin dirəklərə bağlanmışdır. Kollardan bir ədədi bir ədəd dibçəkdə, üç ədəd kol isə başqa bir dibçəkdə əkilib becərilmişdir. Sorğu zamanı Faviq Əsgərov həmin bitkilərin toxumlarını 2022-ci ilin mart ayında əkdiyini, özü istifadə etmək üçün becərdiyini bildirmişdir. Baxışda iştirak edən aqranom bitkilərə baxış keçirmiş və onlara aqrotexniki qulluq olunduğunu, dibinə minerallar verildiyini, suvarıldığını bildirmişdir. Həmin bitkilər tərəfilərindən kökündən çıxarılmaqla torpaqdan ayrılmış və bir yerə qoyularaq sayılmış, ümumilikdə 50 (əlli) ədəd çətənə bitkisinə bənzər bitkilər aşkar edilmiş, həmin bitkilərdən bir ədədi bir ədəd bibçəkdə, üç ədədi başqa bir dibçəkdə olmaqla iki ədəd dibçəklərdə dörd ədəd, qalan qırx altı ədədi isə birbaşa torpaqda əkilib becərilmişdir. Aşkar olunmuş 50 ədəd çətənə bitkisinə bənzər bitkilər ekspertiza tədqatı üçün iki ədəd kisəyə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənmişdir. Bir ədəd qablaşdırmada 20 ədəd, o biri qablaşdırmada isə 30 ədəd çətənə koluna bənzər kollar qablaşdırılmışdır. Hər iki qablaşdırmada olan bitkilər kisə ilə birlikdə tərəzidə çəkilmiş, dəqiq çəkiləri yadında qalmamışdır. Təqsirləndirilən şəxs həyətyani sahəsində əkib becərdiyi çətənə kollarına aqrotexniki qaydada qulluq olunması barədə aqranom tərəfidən xx.xx.2022-ci il tarixli müvafiq rəy verilmiş, sonda protokol tərtib edilmiş, protokola iştirakçılar, eyni zamanda Təqsirləndirilən şəxs özü də imza etmişdir. Aşkar edilmiş çətənə kolları tərəflərindən ekspertiza tədqiqatına təqdim edilməsi üçün götürülmüş, Təqsirləndirilən şəxs onlarla birlikdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində vəkilin iştirakı və Təqsirləndirilən şəxs özünün razılığı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, heç bir narkotik maddə və qeyri-qanuni əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin çətənə kollarını hər hansı bir şəxslə birlikdə əkib becərməsi və narkotik maddə satıb-satmaması barədə məlumat tərəflrindən əməliyyat yolu ilə yoxlanılmış, öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4, Şahid3 və Şahid5Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bərdə rayon Kətəlparaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkib becərməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Bərdə rayon Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,15 iyun 2022-ci il tarixdə saat 08:50-də Təqsirləndirilən şəxs Bərdə rayon Kətəlparaq kəndində yaşadığı evin həyətinə videoçəkilişdən istifadə edilməklə aqarnomun iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində də qanunsuz olaraq əkib becərdiyi iki ədəd dibçəklərdə birində 1 (bir) ədəd digərində 3 (üç) ədəd olmaqla, 46 ədəd, ümumilikdə əkilib-becərilməsi qadağan olunmuş 50 (əlli) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunmuş, aşkar edilmiş çətənə bitkiləri 2 ədəd qablaşdırmada qablaşdırılaraq bir ədəd qablaşdırmada 20 ədəd çətənə bitkisi, digər qablaşdırmada isə 30 ədəd çətənə bitkiləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X7 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları və X14 Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqranomu Şahid6 iştirakı ilə, Bərdə rayon Kətəlparaq kənd sakini Təqsirləndirilən şəxs aid fərdi yaşayış evinin həyətyani sahəsində, 50 ədəd narko xassəli bitkilərə aid olan çətənə kolları aşkar edilmişdir. Mərkəz tərəfindən həyətyani sahəyə baxış keçirilən zaman müəyyən edildi ki, bitkilərin hər birinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(021)-116/2022 saylı qərarından görünür ki, Bərdə rayon Kətəlparaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı torpaq sahəsinə baxış keçirilməsi barədə Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin ondan hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,həmin diskin içərisində 40 dəqiqə 41 saniyə müddətində davam edən videogörüntülərdə 15 iyun 2022-ci il tarixdə 08:50-də Təqsirləndirilən şəxs Bərdə rayon Kətəlparaq kəndində yaşadığı evin həyətinə videoçəkilişdən istifadə edilməklə aqarnomun iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində də qanunsuz olaraq əkib becərdiyi iki ədəd dibçəklərdə birində 1 (bir) ədəd, digərində 3 (üç) ədəd olmaqla, 46 ədəd, ümumilikdə 50 (əlli) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunması, aşkar edilmiş çətənə bitkiləri kökündən çıxarılaraq bir yerə yığılıb sayılaraq 2 ədəd göy rəngli çadırlarda qablaşdırılması, bir ədəd qablaşdırmada 20 ədəd çətənə bitkisi, digər qablaşdırmada isə 30 ədəd çətənə bitkiləri müvafiq qaydada qablaşdırılaraq götürülməsi öz əksini tapmışdır. Bərdə rayon Polis Şöbəsinin 26 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki,Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş qanunsuz əkib becərdiyi tərkibində narkotia maddələr olan çətənə bitkisinin toxumunu əldə etdiyi Rəsul adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs cinayət əməlini tək törətmiş, onun digər cinayətlərdə iştirakını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/674 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Bərdə rayon Kətəlparaq kənd sakini Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş çətənə kolları.» adlar və imzalar olan 1 (bir) ədəd göy rəngli bükülü çadırda, 20 (iyirmi) ədəd ümumi təmiz çəkisi 29450 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş çətənə kolları.» adlar və imzalar olan 1 (bir) ədəd göy rəngli bükülü çadırda, 30 (otuz) ədəd ümumi təmiz çəkisi 29400 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridirTədqiqata təqdim olunmuş 2 (iki) ədəd göy rəngli çadırlardakı çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aparıcı aqranom (mütəxəsis) Şahid6 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1071 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 iyun 2022-ci ildən hesablanmışdır. Bərdə rayonu, Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Kətəlparaq kəndində həyat yoldaşı X5, övladaları X6 və X8 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyi tərəfindən verilmiş 761172 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası 20 Yanvar Cəmiyyəti tərəfindən verilmiş 782 saylı vəsiqənin surətindən görünür ki, X9 İİİ qrup əlildir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar olunaraq götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində nakotik maddələr olan 50 (əlli) ədəd çətənə (kannabis) bitkilərimaddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağınatəhvil verilmişdir. Eləcə də şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİİ siyahısnda Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin adı və miqdarı göstərilmişdir. Həmin qanunan əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər-çətənə növlü bitkilər- küllü miqdar 16 ədəd nəzərdə tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin sayı küllü miqdar kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs özünün İİ qrup, qardaşının isə İİİ qrup 20 Yanvar əlili olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə Rayon Polis Şöbəsində saxlanılan,Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar olunaraq götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində nakotik maddələr olan 50 (əlli) ədəd çətənə (kannabis) bitkilərihökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu 15 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən və Bərdə Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar olunaraq götürülmüş əkilib-becərilməsi qadağan olunmuş tərkibində nakotik maddələr olan 50 (əlli) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat, 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-432/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-432/2022
26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver