Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-432/2023 26.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X5 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X1 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri, Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Q.B.Zakir küçəsi, ev 7-də qeydiyyatda olmaqla, Bərdə şəhəri, Meşəçilik qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,853 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamış, 17 aprel 2023-cü il tarixdə, saat 12:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu Meşəçilik ərazisində şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisindən satış məqsədilə saxladığı 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,853 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 5-6 il əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin tutulan vaxt narkotik vasitələrin istifadəsini tərgitmişdir. O, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə yatan zaman Bəhruz, İdris və Əvəz adlı polis əməkdaşları yaşadığı evə daxil olaraq onu yatdığı çarpayıdan qaldırıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib saxlamasında və satışı ilə məşğul olmasında şübhəli olduğunu deyib onu Bərdə RPŞ-ya aparmışlar. Onlar Bərdə RPŞ-ya çatanda artıq müdafiəçi X12 dəvət olunmuşdur. Ona vəkil təqdim olunmamışdan qabaq şöbədə olan otaqların birində polis əməkdaşları təzyiq edib başına sellofan torba keçirərək və ayaqlarına elektroşok verərək işgəncələr etmişlər. Sonra polis əməkdaşları onun cibinə narkotik vasitə qoyub videoçəkiliş zamanı həmin vasitənin guya ki özünə məxsus olmasını deməsini və cibindən çıxarıb təqdim etməsini istəmişlər. O da təzyiq altında olduğuna görə müdafiəçisinin iştirakı ilə polis əməkdaşlarının dediyi kimi narkotik vasitələri cibindən çıxarıb təqdim edərək Bakı şəhəri Suraxanı rayonu ərazisindən tapdığını bildirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı edilmiş fiziki və psixi zorakılıqla bağlı ibtidai istintaq dövründə heç bir orqana şikayət etməmişdir. Polis əməkdaşları evinə gələndən o, evdə tək olmuşdur. O, təxminən 8-9 aydır narkotik vasitədən istifadə etmir. Onu polis şöbəsində adını bilmədiyi polis əməkdaşları döyərək işgəncə vermiş və ona videoçəkiliş zamanı cibində olan narkotik vasitələri təqdim edərək özünə məxsus olmasını və Bakı şəhərindən tapdığını deməsini istəmişlər. O, heç vaxtı narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. Ona məxsus olan istifadə etdiyi +99***-***-**-** saylı mobil nömrədən müxtəlif mobil nömrələrə gedən və müxtəlif mobil nömrələrdən ona gələn mesajlar narkotik vasitələrin satışı ilə bağlı olmamış, o, həmin şəxslərlə heç bir narkotik vasitə istifadə etməmiş, nə də ki, həmin şəxslərə narkotik vasitə və ya psixotrop maddə alıb verməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi altında Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 və RPŞ-nin ƏRQ-nin kiçik inspektoru X8 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində saxlanılaraq Bərdə RPŞ-ya gətirilmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisindəki iki ədəd polietilen kəsiyi bükümlərini stolun üzərinə qoyaraq, bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə olan kütlənin heroin, digər şəffaf rəngli polietilen kəsiyi bükümündə olan kütlənin isə metamfetamin olduğunu bildirmişdir. Sonuncudan aşkar edilmiş heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisinin təxminən 7-8 qram, metamfetaminin ümumi çəkisinin isə təxminən 2 qrama yaxın olması müəyyən edilmişdir. Qeyd edilən kütlələr müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, sonuncu əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd “Honor” markalı mobil telefonu və 1 ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs məxsus pul kisəsinin içərisindən isə 3 ədəd plastik kart aşkar edilmişdir. Plastik kartlar və mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, lakin pul kisəsi və siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Bakı şəhərindən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotiki və psixotrop maddəni tapdığını bildirmiş, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı özü və digər polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq göstərilməmiş, hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və psixotrop maddə qoyulmamış, şəxsi axtarış zamanı sonuncu özü könüllü olaraq üzərində olan narkotiki və psixotrop maddəni təqdim etmiş, müdafiəçisi də həmin vaxtı yanında olmuş, Təqsirləndirilən şəxs fiziki zorakılıq göstərilməsi və işgəncələrə məruz qalması ilə bağlı göstərdikləri yalan olmuş, İdris və Bəhruz adlı polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, əməliyyat qrupu ondan, Şahid3 və Nicat Əliyevdən ibarət olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 və RPŞ-nin ƏRQ-nin kiçik inspektoru X4 Hüseynovla oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə şəhər sakini kimi tanımışdır. Təxminən bir il əvvəl Təqsirləndirilən şəxs taksi kimi idarə etdiyi Lada Xəzər markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilinə sərnişin qismində əyləşən zaman sonuncu ilə tanış olmuş və həmin vaxtdan münasibətləri yaranmışdır. ***-***-**-** saylı mobil nömrə əvvəllər ona məxsus olmuş, sosial yardım almaq üçün tanıdığı taksi sürücüsü X2 adına rəsmiləşdirmiş, ancaq özü istifadə etmişdir. Ona taksi lazım olanda Təqsirləndirilən şəxsla əlaqə saxlamaq üçün həmin nömrədən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili əlindən alınandan sonra sonuncunun narkotik vasitələrdən istifadə etməsini və narkotik vasitələrin alıq-satqısı ilə məşğul olmasını öyrənmişdir. Buna görə də ondan sonra Təqsirləndirilən şəxsla heç bir əlaqə saxlamamışdır. O, özü heç bir narkotik vasitədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə yazdığı müxtəlif məzmunlu mesajları görməmiş, onun istifadəsində başqa ***-***-**-** saylı mobil telefon nömrəsi də olduğundan çox vaxtı elə sonuncu nömrəni işlətmişdir. Mesajlara gəlincə isə Təqsirləndirilən şəxs taksi ilə gələndə sonuncuya ərzaq məhsulları almasını bildirmişdir. Bundan başqa o, hər hansı bir ünvana gedəndə və ya gələndə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə taksi kimi çağırmış, elə vaxt olmuş ki, getdiyi ünvandan gec çıxmış və ya çıxa bilməmişdir. Təqsirləndirilən şəxs ona hər hansı bir narkotik vasitə satmamış və o, Rufandan narkotik vasitə almamış, nə də ki, sonuncu ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə tanış olmuşdur. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı nömrə ilə onun istifadəsində olan ***- ***-**-** mobil nömrə arasında qarşılıqlı yazılan mesajlarla tanış olmuş, ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuş, təxminən iki il həmin mobil nömrəni işlətsə də, son üç ay olar ki qeyd edilən mobil nömrə işləmir. İstifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında olan mesajlardan da görünür ki, Təqsirləndirilən şəxsla kişi danışmış və orada əxlaqsız sözlərdən istifadə olunmuşdur. Həmin mesajları Təqsirləndirilən şəxs ona məxsus olan mobil telefon nömrəsi ilə tanıdığı Bərdə rayon Gərənə kəndində yaşayan X6 yazmışdır. Elvin Məmmədli narkotik vasitəyə görə tutulmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini və narkotik vasitələrin alıq-satqısı ilə məşğul olmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. ***-***-**-** saylı mobil nömrə onun adına olsa da faktiki olaraq arvadı X3 işlətmişdir. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrədən onun adına olan ***-***-**-** saylı mobil nömrəyə yazılan mesajlar isə sonuncu ilə onun aradı arasında, yəni bacı-qardaş arasında olmuşdur. O, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini bilsə də, sonuncunun narkotik vasitəni haradan əldə etməsini və ya narkotik vasitələrin alıq-satqısı ilə məşğul olmasını bilməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/424 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik kütlələr..” sözləri və imzalar olan kağız paketdəki: - 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,029 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,853 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: heroinin təmiz çəkisi - 7,029 qr., tədqiqata sərf edildi - 0,1qr., qalıq - 6,929 qram. Metamfetaminin təmiz çəkisi - 1,853 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq - 1,753 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1205 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, özündə saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğu üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:15-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin gün saat 12:45-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki boz rəngli şalvarın sağ yan cibində olan qara rəngli pul kisəsinin içərisindəki iki ədəd polietilen kəsiyi bükümlərini stolun üzərinə qoyaraq, bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə olan kütlənin heroin, digər şəffaf polietilen kəsiyi bükümündə olan kütlənin isə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisinin təxminən 7,92 qram, metamfetaminin ümumi çəkisinin isə 2,06 qram olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş onun istifadəsində olmuş “Honor” markalı mobil telefona baxış zamanı sonuncunun narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, həmçinin həmin maddələrin satışı ilə məşğul olması barədə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair məlumatlara baxış zamanı xx.xx.2023-cü il tarixdə ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “sen pey...r sen qabagima cixma torpax vёr agrdayam rasot olaq”məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Billem gelirsen gelesen amma gor ne qeder vaxdi qaqa diraznit oldug axim ayaqimiz qirildi ayaq usde durmaqdan. Ne qedere burda olarsan qaqa”, “Sen anayin goru, sen qeyretin, sen balayin - Ne vaxta olarsan yanimizda bize bir soz de isimizi bilek ay qaqa temmiz draznit edib bizi eseb vermisen.”, “Sen qeyretin zenge cavab ver.”, “Yeke oglansan sexsiyetin olsun, puldan atravadan otru bele hereketler eleme lazim deyil. Sox.......m Atraviyada Pulada.”, “Halal xosun ay qaqa, amma basqasi olsa soyecey Anayin gorunada qeyretinede. Menliyin olsun eleme bele.” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa mene eyne isi neniyek bagrim cartdiyir pulunu verek qaqa teli bir as gorek day ne olar olduk day” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “andola seninkine soz ola bilmez yuz yox miliyon fayiz arxeyin ol qeyretini si.......m” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa bazar acilib kartof sogan istemirsen”, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “ag qara uzum istesen dinen qaqa mesajimi gorende lazim olsa qaqa” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “mende bidene onnuq var arginaldan istesen cekede bilerik istiyen olsa pulda eliye bilerik atasim baxda gor ne meslehetdi eliyek boceyim yarida godure bile” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “abi men olum onu ata bilersen balamin olmusune gedirem aynoyun godurem gerek hamisini verem godurem balamin olmusune” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Yig meni tezz”, “Çıxdın evdən qaqa yoxsa. Heçkimə vermə ha aynoyunu gəlirəm 20 deyq” məzmununda, xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Narkamanın pulun aparan qad olar pey......r olar s......m menim pulumu aparanın qey......i” məzmununda mesajların olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri üzərində saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, istifadəsi və satışı barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, külli miqdarda narkotik vasitələri üzərində saxlamasında kifayət qədər əsaslar olduğundan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:45-də Bərdə rayonu Meşəçilik ərazisində saxlanılaraq Bərdə RPŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin narkotik vasitənin və psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə və psixotrop maddə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə RMX” PHŞin xx.xx.2023-cü il tarixli arayışlarında görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsində narkoloji qeydiyyatda, o cümlədən ruhi-əsəb dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bərdə RPŞ-nin MSY-nə yerləşdirilən zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olan zaman Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət izləri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və narkotikaya meyillidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,929 qram narkotik vasitə olan heroin və 1,753 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə RPŞ-ya məsul saxlanca verilmiş, şəxsi axtarışa dair videoçəkilişi əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 11735155 və 11735156 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Süleyman Bayramzadə və xx.xx.2012-ci il təvəllüdlü Sübhan Bayramzadə adlı övladları vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək xx.xx.2023-cü il tarixdə onu Bəhruz, İdris və Əvəz adlı polis əməkdaşlarının tutduqlarını, həmin şəxslərin onun yaşadığı evinə gələrək onu polis şöbəsinə apardıqlarını, polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verildiyini, polis əməkdaşlarının ona təzyiq edib başına sellofan torba keçirərək və ayaqlarına elektroşok verərək işgəncələr verdiklərini, daha sonra polis əməkdaşlarından birinin onun cibinə narkotik vasitə qoyub videoçəkiliş zamanı həmin vasitənin guya ki özünə məxsus olmasını deməsini və cibindən çıxarıb təqdim etməsini istədiyini, o da təzyiq altında olduğuna görə müdafiəçisinin iştirakı ilə polis əməkdaşlarının dediyi kimi narkotik vasitələri cibindən çıxarıb təqdim edərək Bakı şəhəri Suraxanı rayonu ərazisindən tapdığını bildirdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olmadığını, tutulan vaxtı da narkotik vasitələrin istifadəsini tərgitdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsində, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki: “5-6 il olar narkotik vasitə olan marixuanadan istifadə etmiş, son 1-2 ayda isə psixotrop maddə olan patı kimi tanınan metamfetamindən istifadə edir. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri Suraxanı rayonu ərazisində piyada gedərkən yerdə Rothmans markalı siqaret qutusunu görüb təpiklə vurarkən, qutunun bir az ağır getdiyini hiss edib yerdən götürmüşdür. O, siqaret qutusunu açıb içərisinə baxdıqda bir ədəd qara rəngli sellofan kəsiyində bükülünün olduğunu görmüşdür. Həmin bükülünü açanda içərisində əlavə olaraq 1 ədəd şəffaf sellofan kəsiyində bükülü aşkar etmişdir. O, qara rəngli sellofan kəsiyində olan bükülünü açıb içərisinə baxarkən heroin olduğunu görmüş, sonra isə şəffaf rəngli sellofan kəsiyində olan bükülünü açıb içərisinə baxanda psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, narkotik vasitə və psixotrop maddə qəbul etdiyinə görə həmin bükümləri şalvarının cibində saxladığı pul kisəsinin içərisinə qoymuşdur. Həmin gün Bakı şəhərində olmuş, sonra isə Bərdə şəhərinə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində o, yaşadığı evdən çıxıb küçə ilə piyada gedərkən Meşəçilik qəsəbəsi ərazisində iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edib saxlamasında və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu Bərdə RPŞ-ya aparmışlar. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş altında şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli şalvarın sağ yan cibində olan bir ədəd qara rəngli pul kisəsini çıxarıb içərisində olan iki ədəd sellofan kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş qara rəngli sellofan kəsiyində içərisində heroin olan kütlə aptek tərəzisində çəkilmiş, həmin kütlənin ümumi çəkisi 7,92 qram olmuşdur. Bundan sonra şəffaf rəngli sellofan kəsiyinin içərisində metamfetamin olan kütlə də aptek tərəzisində çəkilmiş, həmin kütlənin ümumi çəkisi 2,06 qram olmuşdur. Həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən Suraxanı rayon ərazisində yerdən tapdığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olmadığını bildirmişdir………”. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində olan bir ədəd qara rəngli pul kisəsini çıxarıb içərisində olan iki ədəd sellofan kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoymuş, üzərindən aşkar edilmiş qara rəngli sellofan kəsiyində içərisinə baxdıqda heroinə bənzər kütlə, şəffaf rəngli sellofan kəsiyinin içərisində isə metamfetaminə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs da narkotik vasitəni və psixotrop maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən Suraxanı rayon ərazisində yerdən tapdığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması görünmür. Əksinə videoçəkiliş zaman Təqsirləndirilən şəxs müdafiəçisinin sualına qəti olaraq cavab verib üzərindən aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, polis şöbəsinə gətirilərkən də ona qarşı psixi və fiziki zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və X17 da məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Meşəçilik ərazisində saxlanılaraq polis şöbəsinə gətirilmiş, sonuncu üzərindən aşkar edilmiş narkotiki və psixotrop maddəni tapdığını bildirmiş, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı psixi və fiziki zorakılıq göstərilməmiş, hər hansı polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və psixotrop maddə qoyulmamış, şəxsi axtarış zamanı sonuncu özü könüllü olaraq üzərində olan narkotik vasitəni və psixotrop maddəni təqdim etmiş, həmin vaxtı da müdafiəçisi yanında olmuş, Təqsirləndirilən şəxs fiziki zorakılıq göstərilməsi və işgəncələrə məruz qalması ilə bağlı göstərdikləri yalan olmuş, İdris və Bəhruz adlı polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, əməliyyat qrupu Şahid1, Şahid3 və Nicat Əliyevdən ibarət olmuşdur. O cümlədən iş materiallarında olan Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-nə yerləşdirilən zaman, xx.xx.2023-cü il tarixdə isə 2 saylı İstintaq Təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət izləri aşkar olunmamışdır. Bundan əlavə də iş üzrə şahid qismində dindirilmiş Şahid5 ilə ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Aynurə Mirzəyeva ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili əlindən alınandan sonra onlar sonuncunun narkotik vasitələrdən istifadə etməsini və narkotik vasitələrin alıqsatqısı ilə məşğul olmasını öyrənmişlər. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***- ***-**-** mobil nömrəyə dair məlumatlara baxış zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin mobil nömrədən çıxan mesajlarda Təqsirləndirilən şəxsla ayrı-ayrı şəxslər arasında “mende bidene onnuq var arginaldan istesen cekede bilerik istiyen olsa pulda eliye bilerik atasim baxda gor ne meslehetdi eliyek boceyim yarida godure bile” məzmunda, “qaqa bazar acilib kartof sogan istemirsen” məzmunda, “ag qara uzum istesen dinen qaqa mesajimi gorende lazim olsa qaqa” məzmunda və oxşar məzmunda mesajların olması bir daha sonuncunun xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsini təsdiq edir. Bundan əlavə, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq, nə özü, nə də ki müdafiəçisi təzyiqlərə və pis rəftara məruz qalmasına dair polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməsi öz əksini tapmamışdır. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi bütün ifadələrində üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin özünə məxsus olmasını ibtidai istintaqın sonunadək etiraf etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair antena məlumatlara baxış zamanı həmin nömrənin 16 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixdə saat 01 radələrinə qədər Bakı şəhəri ərazisində olması öz təsdiqini tapmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində 5-6 il olar narkotik vasitə olan marixuanadan istifadə etdiyini, son 1-2 ay da isə psixotrop maddə olan patı kimi tanınan metamfetamindən istifadə etdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında da verdiyi ifadəsində 5-6 il əvvəl narkotik vasitə olan marixuanadan istifadə etdiyini, lakin tutulan vaxt narkotik vasitələrin istifadəsini tərgitdiyini göstərmişdir. Eyni zamanda iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixdə üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin də aşkar edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs nə ibtidai istintaq dövründə, nə də ki məhkəmə istintaqında narkotik vasitə olan heroindən istifadə etməsini bildirməmiş, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyində də onun narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi öz təsdiqini tapmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqında gətirdiyi dəlilər tədqiq edilmiş sübutlarla təkzib edilərək öz təsdiqini tapmır. Azərbaycan Respublikası CPM-in 327.1.3-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Boisenko Moldovaya qarşı” iş üzrə qərarında formalaşdırdığı mövqeyə görə Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” iş üzrə qərarında göstərmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı psixi və fiziki zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsini, xx.xx.2023-cü və xx.xx.2023cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələrini iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid3, X9, Şahid5, Şahid4 və Şahid6 ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, telefon danışıqlarına dair məlumatlar əks olunmuş informasiya daşıyıcı olan diskə baxış protokolu, istintaq hərəkəti protokolları və protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində ilkin ifadəsi, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bununla da, məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, yəni 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,853 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilmiş və “əməliyyataxtarış tədbiri haqqında qərarın qanuniliyinin yoxlanılması barədə” Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/424 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heorinin təmiz çəkisi 7,029 qram, metamfetaminin təmiz çəkisi isə 1,853 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki növ, yəni narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, narkotik vasitənin və psixotrop maddənin ayrı-ayrı bağlamalarda olması, heroinin çəkisinin külli miqdar təşkil etməsi, telefon danışıqlarına dair məlumatlarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsinə dair mesajların olması, üzərindən psixotrop maddə olan metamfetamindən başqa narkotik vasitə olan heroinin aşkar edilməsinə baxmayaraq narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxladığı külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-ya məsul saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,929 qram narkotik vasitə olan heroin və 1,753 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1205 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müаlicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-ya məsul saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,929 qram narkotik vasitə olan heroin və 1,753 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müаlicə təyin edilsin və o, narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-432/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-432/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver