Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-432/2025 17.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X4 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri - X9 və X19, zərərçəkmiş şəxs - X5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Əlimərdanlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Əlimərdanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sərxoş halda 31 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində həmkəndlisi Şahid2 mülkiyyətində olan “BMW” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Əlimərdanlı-Qaraxanlı” avtomobil yolunun Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən sürücü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, bu tələblərə riayət etməyərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə) yaşayış məntəqəsində 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 60 km/saat sürətlə hərəkət edərək, eləcə də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirərək, hərəkət istiqamətinin sağ ehtiyat hissəsində dayanmış piyadalar X20, X21, X7, Şahid6 və Şahid5 vurmuş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda, öz hərəkətlərini davam etdirərək yol-nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə ehtiyatsızlıqdan piyada X1 bazu sümüyünün qəlpəli, az yerdəyişmiş, açıq sınığı, sol qamış sümüyünün diafizinin ikili, yerdəyişməli, qapalı sınığı kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına, piyada X14 baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı, sağ gicgah-təpə nahiyəsinin soyulmuş yarası, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldır sümüklərinin açıq yerdəyişməli sınığı, sol diz oynağının oynaqdaxili sınığı, sağ bud və sağ baldır nahiyələrinin sıyrığı kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və həmin xəsarətlərdən hadisə yerində ölməsinə, piyada X15 baş beyinin, beyin kötüyünün və beyinciyin əzilməsi, baş beyinin toxumasına, qişaları altına və mədəciklərə qansızma ilə müşayiət olunan başın hər iki təpə və ənsə nahiyələrinin dərialtı hematoması, çənə sümüyünün sağ şaxəsinin sınığı və sağ çənə-gicgah oynağının çıxığı ilə müşayiət olunan sağ qulaqaltı-çeynəmə nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, hər iki baldırın, sağ ayağın sıyrıqları, sağ alın-almacıq birləşməsi nahiyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının, hər iki diz oynağı nahiyəsinin qançırları kimi dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və həmin xəsarətlərdən xx.xx.2025-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 263-1.4 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 327.1.1-ci maddəsinin tələbinə əsasən onun məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdən küçəyə çıxdıqda həmkəndlisi, eyni zamanda qonşusu Şahid2 evinin önündə musiqi səsi gəldiyini eşidib səs gələn tərəfə doğru getmişdir. Oraya çatdıqda Şahid2, sonuncunun oğlu Şahid3, həmkəndliləri Ayaz və musiqi alətində ifa edən digər həmkəndlisi Şahid4 görmüşdür. O, ora çatdıqdan 4-5 dəqiqə sonra həmkəndlisi Şahid1 və əmisi oğlu Vüqar Hüseynov da oraya gəlmişlər. O, təxminən 20 dəqiqə orada olmuş və Şahid2 evinin önündə təşkil olunmuş qonaqlıqda sonuncu, Şahid4 və Şahid1 ilə birlikdə 20 dəqiqə ərzində 5 araq stəkanı ilə təxminən 100-150 qram araq spirtli içkisi içmişdir. O, həmin məclisdən əvvəl də yaşadığı evdə təxminən 2 araq stəkanı ilə 50-60 qram araq içmişdir. Saat 22 radələrində Şahid2 arağın qurtardığını demişdir. Yaxınlıqda yerləşən “Hüseyn” market bağlı olduğu üçün Şahid1 yaşadığı evdə araq olduğunu deyib həmin arağı götürüb gəlmək üçün Şahid2 sonuncuya məxsus BMW markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını istəmişdir. Şahid2 Şahid1 açarın avtomobilin üzərində olduğunu demişdir. Şahid1 avtomobilə yaxınlaşdıqda o, Şahid2 Hafizin çox sərxoş olduğunu deyib özünün də getmək istədiyini söyləmişdir. Ramil etiraz etməmiş və o, sonuncuya məxsus avtomobilə yaxınlaşıb sükan arxasına keçmişdir. Şahid1 avtomobilin arxa oturacağında, Ramilin oğlu Köçəri isə avtomobilin ön sərnişin oturacağında əyləşmişlər. Bundan sonra onlar birlikdə hər üçü Hafizin Tovuz rayonu, Mansırlı kəndində yerləşən yaşadığı evinə getmişlər. Sonuncunun evinə çatdıqda o və Köçəri avtomobildə qalmışlar, Şahid1 isə avtomobildən düşüb sonradan bir şüşə araq ilə yenidən avtomobilə geri qayıtmışdır. Oradan araq götürüb Mansırlı kəndi istiqamətindən üzü Tovuz rayonu, Əlimərdanlı kəndi istiqamətinə doğru Qaraxanlı-Xatınlı avtomobil yolu ilə təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşlar. Bu zaman avtomobili o, idarə etmiş, Hafiz arxa oturacaqda, Köçəri isə qabaq oturacaqda əyləşmişlər. O, 60 km/saat sürətlə Qaraxanlı-Xatınlı avtomobil yolu ilə BMW markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən həmkəndlisi X9 yaşadığı evin yaxınlığında, avtomobil yolunun orta hissəsində ön hissəsi idarə etdiyi avtomobilə doğru və işıqları yandırılmış vəziyyətdə avtomobil dayandığını görmüşdür. O, marka və modeli sonradan ona məlum olan dayanmış vəziyyətdə VAZ- 2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun orta hissəsində ilk dəfə gördükdə həmin avtomobillə idarə etdiyi avtomobil arasında 6-7 metr məsafə olmuşdur. O, VAZ-2107 minik markalı avtomobilin yanından qəza şəraiti yaratmadan ötüb keçmək məqsədilə idarə etdiyi avtomobilin sürətini bir qədər azaldıb həmin dayanmış vəziyyətdə olan avtomobilin sağ tərəf, yəni sürücü əyləşən tərəfinə doğru hərəkətinə davam etmişdir. Bu zaman idarə etdiyi avtomobilin sol tərəf ön yan hissəsi VAZ-2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön təkərinə dəymişdir. Çünki VAZ-2107 minik markalı avtomobilin təkəri sola doğru yerində tam döndərilmiş vəziyyətdə olduğu üçün kənara çıxmışdır. İlkin toqquşmadan sonra o, idarəetməni itirmiş və avtomobili ilə VAZ-2107 minik markalı avtomobilin arxa hissəsinin yaxınlığında, yəni həmin avtomobilin sürücü əyləşən sol tərəf arxa hissəsindən təxminən 1 metr yol kənarına doğru aralıda olan 5 nəfər piyada şəxslərin üzərinə doğru hərəkət etmişdir. O, həmin şəxsləri ilk dəfə gördükdə həmin şəxslərlə idarə etdiyi avtomobil arasında təxminən 1-2 metr məsafə olmuşdur. O, piyada şəxsləri gördükdə dərhal tormoza basmış, lakin avtomobili dayandıra bilməmişdir. Nəticədə idarə etdiyi avtomobilin ön hissəsi piyada şəxsləri vurduqdan sonra təxminən 10 metr irəliləyib avtomobil yolunun sağ tərəf ehtiyat hissəsində dayanaraq durmuşdur. Hadisədən sonra o, öz təşəbbüsü ilə avtomobildən düşmüşdür. Bu zaman avtomobilinin qabaq hissəsində bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxsə baxdıqda həmkəndlisi Qara olaraq tanıdığı X28 olduğunu görmüşdür. O, Həmid Tağıyevə yaxınlaşdıqda sonuncu ölməmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və xəsarət alanları xəstəxanaya aparmışdır. Daha sonra o, tez yaşadığı evə doğru getmişdir. Yaşadığı evə girməzdən əvvəl qonşusu, eyni zamanda əmisi oğlu X16 yaşadığı evdən səsləyib küçəyə dəvə etmişdir. Küçədə söhbət edən zaman Vüqar Hüseynova tanışı Şahid2 məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini demişdir. Daha sonra yaşadığı evə getmişlər. Həmin vaxt yaşadığı evdə olan atası X8 ondan nə baş verdiyini soruşduqda o, tanışı Şahid2 məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini demişdir. Atası da hadisə yerinə getmişdir. X35 isə mobil telefonu ilə polis əməkdaşı işləyən, qayını Vasif Abbasova zəng edib hadisə barədə sonuncuya məlumat vermişdir. Daha sonra onlar Tovuz RPŞ-yə getmişlər. Onun sürücülük hüququ olmuşdur. O, yolnəqliyyat hadisəsindən əvvəl piyadaları ilk dəfə gördükdə idarə etdiyi avtomobillə piyadalar arasında 1-2 metr məsafə olmuşdur. Şahid2 onun sərxoş olduğunu bilmiş, çünki onlar birlikdə spirtli içki içmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunmuş ifadələrdəki əl yazısı və imzalar ona məxsus olmuşdur. Elan olunan ifadə doğru yazılmış, yalnız spirti içki içməyi ilə bağlı olan hissələr düzgün olmamış, hadisə vaxtı o, içkili olmamış, bununla bağlı rəy də alınmışdır. Elan olunan ifadəni hadisə baş verən günü vermişdir. CM-in 264-cü maddəsi ilə verilən ittihamla razılaşmamış, mərhum Elminin atası da ifadəsində onun hadisə yerində olduğunu demiş, yəni hadisə yerindən qaçmamışdır. O, hadisə yerində əlindən gələni etmiş, yaralıları həmkəndlisi İlqarın avtomobilinə mindirib xəstəxanaya yola salmışdır. O, təcili tibbi yardım avtomobilinə zəng etməmiş, həmin vaxt həyəcanlı olduğu üçün polisə də özü zəng edə bilməmişdir. Hadisə yerində onu alkotesterlə yoxlamamışlar. O, qətimkan tədbiri seçilən zaman hadisə zamanı sərxoş olduğunu deməmişdir. Tibbi müayinədən keçəndə də hadisə zamanı içkili olduğunu deməmiş, o, ekspertin yanında olmamış, sərxoşluğunu yoxlamaq üçün ondan qan analizi götürmüşlər. Qan analizində niyə onun içkili olduğunu qeyd etdiklərini bilməmiş, çünki hadisə zamanı o, içkili olmamışdır. Hadisə nəticəsində idarə etdiyi avtomobilin təkəri partlamışdı. Gecə vaxtı işıqları yanmış avtomobili xeyli uzaq məsafədən görmək mümkün olsa da, hadisə günü o, qarşıdakı avtomobili az bir məsafədən görmüşdür. Hadisədən dərhal sonra o, şəxsən polisə yaxud təcili-tibbi yardıma zəng edib hadisə barədə məlumat verməmişdir. O, hadisədən sonra mərhum “Qara” əmini avtomobillə xəstəxanaya apararkən körpünün üzərində təcili yardım avtomobili ilə qarşılaşdıqdan sonra mərhumu həmin avtomobilə qoymuşdur. Hadisə yerində olan hamı xəstəxanaya getdikdən sonra o, özü polis şöbəsinə getmişdir. Müstəntiq hadisə yerinə baxış keçirərkən o da orada olmuş, protokolda iştirakçı kimi qeyd edilməməsinin səbəbini bilməmişdir. O, hadisədən sonra həyəcanlı olduğu üçün “102” qaynar xəttinə əmisi oğlu Vüqar zəng etmişdir. O, hadisədən sonra əməliyyat üzrə rəis müavini Şaiq müəllimin qəbulunda da olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam vaxtı qohumu Firdovsinin evində əyləşən zaman ortancıl oğlu Elmir Tağıyevin qaça-qaça gəldiyini görmüşdür. Elmir onun avtomobilinin vurulduğunu demişdir. Bundan sonra o, sürətli şəkildə hadisə yerinə getmişdir. Oraya gəldikdə mərhum əmisi X14 yolun kənarındakı dirəyə söykənmiş, mərhum oğlu Elmin Tağıyevin isə əmisinin üzərində uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Bundan sonra o, oğlu Elmini xəstəxanaya aparmaq üçün oradakı avtomobilə qoymuşdur. Yolda oğlunun xəstəxanaya daha tez çatdırılması üçün qarşılaşdığı təcili-tibbi yardım avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Elçin Tağıyev bildirmişdir ki, hadisə Tovuz rayonu, Əlimərdanlı kəndində onun və əmisi Həmidin evinin aralığında baş vermişdir. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs orada olmuşdur. O, hadisə yerinə gəlib övladını həmin vəziyyətdə gördükdən sonra özündə olmamış, sadəcə oğlunu ən tez şəkildə xəstəxanaya aparmağa çalışmış, buna görə də ətrafdakıların nə etmələrinə diqqət yetirməmişdir. Hadisə baş verən yerdən qohumu Firdovsinin evinədək 100 metr məsafə olmuşdur. O, hadisə yerinə gələn zaman hadisəni kimin törətdiyini bilməmiş, həmin kimsə də ona yaxınlaşıb hadisəni törətdiyini deməmişdir. O, sürücünün kim olmasını sonradan bilmişdir. O, hadisədən sonra xəstəxanada Təqsirləndirilən şəxs görməmiş, lakin oradakı şəxslərin deməsinə görə Azər xəstəxanada olmuşdur. O, Təqsirləndirilən şəxs bağışlamış, sonuncu ilə barışmış, heç bir şikayət və tələbi də yoxdur. O, bu barədə ibtidai istintaq zamanı notarial qaydada ərizə də vermişdir. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri ona dəfn xərcləri üçün ödəniş etmək istəsələr də o, bunu qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam radələrində digər əmisi uşaqları ilə birlikdə qohumu Firdovsinin evində qonaqlıqda olmuşdur. Bu zaman əmisi oğlu Elçinin ortancıl oğlu Elmir oraya gəlib atasının avtomobilini vurduqlarını demişdir. Bundan sonra onlar hadisə yerinə getmiş və mərhum atası X36 Tağıyevi ayrı-ayrı avtomobillərlə xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Zaur Tağıyev bildirmişdir ki, hadisə yerinə gələn zaman onlar hadisəni kimin törətməsini bilməmişlər. O, hadisə yerinə çatanda Təqsirləndirilən şəxs orada olmuşdur. Lakin o, hadisə yerini gördükdən sonra özündə olmadığı üçün Təqsirləndirilən şəxs içkili vəziyyətdə olub-olmamasına fikir verməmişdir. O, hadisə yerinə gələn zaman hadisəni kimin törətdiyini bilməmiş, həmin kimsə ona yaxınlaşıb hadisəni törətdiyini deməmişdir. O, bu barədə xəstəxanada olan zaman bilmişdir. Hadisədən sonra o, xəstəxanada Təqsirləndirilən şəxs görməmiş, lakin oradakı şəxslərin deməsinə görə Azər xəstəxanada olmuşdur. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, bu barədə ibtidai istintaq zamanı notarial qaydada ərizə də vermişdir. Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ailə üzvləri mərhum atasının dəfn xərclərini ödəməklə vurulmuş zərəri qarşılamışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evə getmək üçün qonşusu Həmid Tağıyevlə birlikdə sonuncunun qardaşı Qəhrəman Tağıyevin evindən çıxıb 1-2 addım gedən kimi tanımadığı avtomobil üzərilərinə gələrək onları vurmuşdur. Həmin vaxt o, huşunu itirmiş, ayılanda artıq xəstəxanada olmuşdur. İfadəsinin davamı olaraq Vilayət Yusibov bildirmişdir ki, hadisə vaxtı saat 22 radələri olmuşdur. Qaranlıq olduğundan onları avtomobillə kimin vurduğunu görə bilməmişlər. Qonaq getdiyi evdən çıxıb yolun kənarı ilə öz evlərinə gedən vaxtı sadəcə avtomobilin işığını görmüş və anidən həmin avtomobil onu sol tərəfindən vurmuşdur. Onlar Qəhrəmangilin evinə gedəndə küçədə avtomobil olmamış, sonuncunun evindən çıxanda da küçədə avtomobil görməmişlər. Onları avtomobillə vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu sonradan bilmişdir. Hadisədən sonra Azərin atası onlara köməklik etmişdir. Hadisə günü yeni il bayramı olduğundan bir qədər spirtli içki qəbul etmişdi, avtomobil vurandan sonra da huşunu itirmişdir. Qəhrəmangillə onların evi yaxın yerləşdiyindən sonuncunun evindən çıxıb piyada evinə getmişdir. Mərhum Həmidin yaşadığı evinə piyada yaxud hansısa avtomobillə gedəcəyini bilməmiş, onlar Qəhrəmanın evindən çıxanda darvazanın yanında avtomobil olmamışdır. Darvazadan çıxan kimi sol tərəfdə avtomobilin işığını görmüş, iki addım atan kimi də həmin avtomobil çatıb soldan onu vurmuşdur. Qəhrəmangilin evindən çıxanda mərhum azyaşlı Elmin də yanlarında olmuşdur. O, ayılanda bilmiş ki, ətrafdakı şəxslər təcili tibbi yardım avtomobili çağıraraq onları xəstəxanaya aparmışlar. Azər xəstəxanaya onun yanına gəlməmiş, sonuncunun atası gəlmişdir. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azər Həsənov və Şahid3 ilə xx.xx.2024-cü il tarixdə Tovuz rayonu, Əlimərdanlı kəndində küçədə keçirilən yeni il şənliyində qarşılaşmışdır. Bir qədər söhbət etdikdən sonra Azərin idarə etdiyi BMW markalı avtomobillə o, Azər və Şahid3 ilə birlikdə spirtli içki götürmək üçün yola çıxmışlar, lakin sonra içkini götürmək üçün gedəsi olmamışlar. Hərəkətdə olarkən yolun ortasında avtomobil olduğunu görmüşlər. Azər həmin vaxt sükanı çəkib hadisədən yayınmaq istəmiş, lakin hadisə baş vermişdir. Hadisədən sonra həyəcanlı olduqları üçün avtomobildən düşərək hərəsi bir tərəfə dağılışmış, lakin 5 dəqiqə sonra bir-bir hadisə yerinə qayıtmışlar. Bir qədər sonra təcili yardım avtomobili gəlib xəsarət alanları xəstəxanaya aparmışdır. Gecə saatlarında isə onları şöbəyə çağırmışlar. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, o, şənliyə yeni gəldiyi üçün avtomobillə getməmişdən bir qədər əvvəl spirtli içki qəbul etməmişdir. O, Azər və Köçərinin spirtli içki qəbul edib-etmələrini bilməmişdir. Yeni il şənliyi evin qarşısında keçirilmiş, Azər və Köçəri qapının qarşısında stul qoyub əyləşmişlər. Hava qaranlıq olduğu üçün qarşılaşdığı zaman o, Azərlə Köçərinin sərxoş olub-olmadıqlarını bilməmişdir. O, Azərgilin yanında təxminən 10 dəqiqə əyləşdikdən sonra Azər və Köçəri ilə birlikdə spirtli içkinin arxasınca getmişlər. O, məclisdə olan müddət ərzində Azərgilin spirtli içki qəbul etməsinin şahidi olmamışdır. Çünki o, məclisə gələn zaman orada spirtli içki olmamışdır. Lakin o, məclisə gəlməmişdən əvvəl orada spirtli içkinin içilib-içilmədiyini bilməmişdir. O, arxa oturacaqda əyləşdiyi üçün Azərin avtomobili hansı sürətlə idarə etməsini görməmiş, onlar avtomobillə hərəkətdə olanda VAZ-2107 markalı avtomobil yolun ortasında işıqları yanlı vəziyyətdə dayanmışdır. Təqsirləndirilən şəxs yolun ortasında dayanmış avtomobili keçmək üçün sükanı sağ istiqamətə çəkmiş, lakin məsafə az olduğundan kütlənin içərisinə daxil olmuşdur. Hava qaranlıq olduğu üçün o, yalnız avtomobil piyadaya dəyəndə avtoqəza olduğunu bilmişdir. Azər hadisənin qarşısını almaq üçün əyləci basmış, lakin məsafə az olmuşdur. Hadisədən sonra Köçəri özünü itirmiş, o, sonuncuya atasının yanına getməsini və cəld buraya gəlməsini bildirməyini demişdir. Polis əməkdaşları hadisə yerinə gələnədək Azər heç bir yerə getmədən orada qalmış, polis əməkdaşları gəldikdən sonra isə Azərin sonunculara hadisəni özünün törətməsini deyib-demədiyini bilməmişdir. Hadisədən 3-5 dəqiqə sonra polis əməkdaşları gəlmiş, həmin müddət ərzində Azər hadisənin təsirindən özündə olmamışdır. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiq göstərilməmiş, o, sərbəst formada ifadə vermişdir. Bildiyi qədəri ilə Azər adi vaxtlarda yığıncaqlarda spirtli içki qəbul etmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul edib-etməməsi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki,.................. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, tanışı Şahid2 yaşadığı evin önündə, küçədə təşkil olunan yeni il şənlik məclisində olarkən Şahid2 arağın qurtardığını demişdir. O da yaşadığı evdə bir ədəd araq olduğunu deyib əgər istəyirsə yaşadığı evə gedib gətirə biləcəyini demişdir. Bundan sonra Şahid2 özünə məxsus BMW markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin açarını tanışı həmkəndlisi Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs və avtomobil sahibi Ramilin oğlu Köçəri ilə birlikdə yaşadığı evə getmişlər............. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ola bilsin ki, o, yığıncağa gəlməmişdən qabaq Təqsirləndirilən şəxs spirtli içki qəbul etmişdir. Lakin o, avtomobildə gedərkən Azərin spirtli içki qəbul etdiyini hiss etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qohumu ilə birlikdə bayram münasibətilə evdə əyləşmişdir. Bu zaman Təqsirləndirilən şəxs yanlarında yox idi. Bir qədər sonra Azərin əmisi oğlu Vüqar və digər 2 nəfər tanış şəxslər gəlib bayram stolunu çölə çıxarmağı təklif etmişlər. O, bu təklifə etiraz etməmiş və masanı çölə çıxarmışlar. Vüqar və digərləri gələnədək o, tanışı ilə bir qədər araq içmişdir. Masanı çölə çıxaranda Azər və Şahid1 orada yox idi. Bundan sonra musiqi alətində ifa etmək üçün sinif yoldaşı Aqşin də gəlmişdir. Oradakı şəxslər Təqsirləndirilən şəxs zəng edib onun həyətindəki məclisə çağırmışlar. Azər məclisə gələndə artıq araq bitmişdi. Azər məclisdə boş qədəh toqquşdurmuş, o, həmin vaxt sonuncunun araq içdiyini görməmişdir. Bir qədər sonra Şahid1 gəlmiş və “bayram azuqəsi” olduğunu demişdir. O, “bayram azuqəsi”-nin nə olduğunu bilməmişdir. Azər ona yaxınlaşıb Hafiz içkili olduğundan özünün getmək istədiyini demişdir. O, avtomobilinin açarını Azərə vermişdir. Özü içkili olduğu üçün həmin vaxt Azərin içkili olub-olmadığını bilməmişdir. Bundan sonra Azər və Hafiz onun avtomobili ilə getmişlər. O, oğlu Köçərinin Azərgillə getməsini sonradan bilmişdir. Bundan sonra o, kənddə olan kimsəsiz adamlara bayram payı vermək üçün evə daxil olmuşdur. Bir müddət sonra hazırda xatırlamadığı şəxs ona yaxınlaşıb həmkəndlisi Elçin Tağıyevin evinin yanında yol-nəqliyyat hadisəsi baş verdiyini və avtomobilin Elçinin oğlunu vurduğunu demişdir. Həmin vaxtı hadisənin ona məxsus avtomobillə törədildiyndən məlumatı olmamışdır. O, uşaqlara məclisi qurtarmalarını deyib Elçin Tağıyevin evinə tərəf qaçmışdır. Yolda olarkən hadisənin ona məxsus avtomobillə törədildiyini demişlər və o, oraya çatanda həqiqətən də belə olduğunu görmüşdür. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs məclisə sonradan çağırmışlar və sonuncu gələndə o, artıq sərxoş vəziyyətdə olduğu üçün Azərin içkili olub-olmadığını bilməmişdir. O, hadisə yerinə çatanda mərhum Həmidin yerdə, Azərin isə kənarda oturduğunu görmüşdür. Həmin vaxt Elçin Tağıyev artıq oğlunu xəstəxanaya aparmışdır. Bir qədər sonra təcili yardım avtomobili, ardınca da müstəntiq gəlmişdir. Təqsirləndirilən şəxs həmin vaxt hadisə yerində olmuşdur. Müstəntiq həmin vaxt hadisə yerinə baxış keçirmiş, avtomobilin kimə məxsus olduğunu və hadisə vaxtı kimin idarə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da avtomobili özünün idarə etdiyini demişdir. Bundan sonra polislər getmişdir. Hadisə yerinə gedəndə avtomobilinin yeri dəyişdirilməmişdir. İbtidai istintaq zamanı müstəntiqə sərbəst formada ifadə vermiş, ona heç bir təzyiq göstərilməmişdir. Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul edib-etməməsi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid2 həmin ifadəsində göstərmişdir ki,.................. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, yaşadığı evin önündə, küçədə təşkil etdikləri yeni il şənlik məclisində olarkən özünə məxsus BMW markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin açarını tanışı həmkəndlisi Təqsirləndirilən şəxs vermişdir. Çünki onlar yeyib-içən zaman orada olan digər həmkəndlisi Hafiz ona çəkmə arağının olduğunu bildirib həmin arağı gətirmək üçün ondan avtomobilini istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs da getmək istədiyini demişdir. O, Təqsirləndirilən şəxs daha təcrübəli avtomobil idarə etdiyini bildiyi üçün avtomobilinin açarını sonuncuya vermişdir........................ İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, elan olunmuş ifadəsindəki imzalar ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs gəldikdən sonra məclisdəkilər ilə boş qədəh toqquşdurmuş, çünki həmin vaxt məclisdə artıq araq bitmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə gəlmiş müstəntiqə avtomobili özünün idarə etdiyini demişdir. Oğlu Köçəri ifadə verərkən sonuncunun yanında olmuş, ifadə verərkən də oğluna qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam vaxtı yaşadığı evdə bayram süfrəsi açılmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs və Şahid1 “bayram sovqatı” arxasınca onun atasına məxsus avtomobillə Hafizgilə getmək istədiklərini görmüşdür. Onların avtomobilin sürücü tərəfdən qabaq qapısı çöldən açılmadığı üçün o, avtomobilin içərisindən sürücü qapısını açmışdır. O da avtomobildə əyləşdir. Bundan sonra o, Azər və Hafiz birlikdə getmişlər. Hafizgildən “bayram sovqatı”nı götürdükdən sonra qayıdanda onların yolunda üzü onlara tərəf işıqları yanılı halda VAZ-2107 markalı avtomobilin dayandığını görmüşdür. Həmin vaxt avtomobilin yanında adamların olması görünməmişdir. VAZ-2107 markalı avtomobilə çatan zaman yanında adamlar görünmüşdür. Məsafə çox az olduğundan əyləc verilsəydi belə hadisənin qarşısı alına bilinməzdi. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onların evindəki məclisə artıq yemək yeyilib qurtarana yaxın gəlmişdir. Azəri oradakı şəxslər zəng edib çağırmışdır. Məclisdə atası və dostları araq içmişlər. Azər onlara gələndə artıq araq bitmişdir. Xatırladığı qədəri ilə Hafiz Azərdən bir qədər əvvəl gəlmişdir. Hafiz gələn zaman məclisdə araq yox idi. Məclisdə olanlar araq bitdikdən sonra yenisini axtarmışdır. Ola bilsin ki, araq Hafizgilin dediyi “bayram sovqatı”ında olmuşdur. Hafizin evindən götürüb avtomobilə gətirdiyi şey butulkaya bənzəmiş, lakin hadisənin üzərində xeyli vaxt keçdiyindən dəqiq xatırlamamışdır. VAZ-2107 markalı avtomobil yolun onlara məxsus, yəni sağ hərəkət hissəsində üzü onlara tərəf işıqları yanlı vəziyyətdə dayanmışdır. Həmin avtomobilin işığını görəndə Azərin avtomobili hansı sürətlə idarə etməsinə baxmamış, həmin vaxt hadisə baş verəcəyini düşünməmişdir. O, həmin avtomobilin yanında keçib gedəcəyini düşünmüşdür. Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobilə yaxınlaşdıqca sürətini azaltmışdır. Onlar VAZ-2107 markalı avtomobilin yanına çatan vaxtı kənardakı adamları görmüşlər. Həmin vaxt adamlar ondan sağ tərəfdə dayanmış vəziyyətdə olmuşlar. Hadisə baş verdikdən sonra avtomobil dayanmış, Təqsirləndirilən şəxs avtomobildən düşüb adamlar toplaşan yerə getmişdir. Hafiz hadisə barədə atasına xəbər verməyini dediyi üçün o, qaçıb evə getmiş, lakin atası evdə olmamışdır. O, ümumiyyətlə adamın içkili olub-olmadığını ayıra bilməmişdir. Ona görə məclisə gələn zaman Azərin içkili olub-olmadığını bilməmişdir. O, Hafiz və Azərin arxasınca getdikləri “bayram sovqatı”nın nə olduğunu bilməmişdir. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən atası yanında olmuşdur. Müstəntiqə ifadə verərkən heç kim ona hadisə barəsində gördüklərindən başqa şeylər danışmağını deməmişdir. Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki qəbul edib-etməməsi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid3 həmin ifadəsində göstərmişdir ki,..................xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadıqları evin önündə, yəni küçədə yeni il bayramı ilə əlaqədar atası Şahid2 və dostları şənlik təşkil etmişlər. O da həmin məclisdə olmuşdur. Ondan başqa məclisdə həmkəndliləri Təqsirləndirilən şəxs, Şahid1, X25, sintezator ifaçısı Şahid4, Ayaz, Qraf olaraq tanıdığı şəxs, İqiş olaraq tanıdığı şəxs də olmuşdur. O, orada olanda atası Şahid2 və Təqsirləndirilən şəxs araq içmişlər. Şahid1 yaşadığı evdə yaxşı arağının olduğunu deyib Ramildən BMW markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin açarını istəmişdir. Atası Şahid2 açarın avtomobilin üzərində olduğunu deyib istəyirsə sür get demişdir. Bundan sonra Təqsirləndirilən şəxs atası Ramilə Hafizin çox içkili olması səbəbindən avtomobili özünün idarə etməsinə icazə verməsini demişdir. Atası Ramil etiraz etməyərək onun üçün fərqi olmadığı demişdir. Bundan sonra o, atasına məxsus avtomobilin sürücü əyləşən hissədəki qapısını açmaq məqsədilə avtomobilə əyləşib həmin qapını içəridən açmışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasına əyləşmişdir. O, avtomobildən düşməmiş, Hafiz isə avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra onlar üçü birlikdə Şahid1 yaşadığı evinə getmişlər. Orada Hafiz avtomobildən düşüb bir neçə dəqiqə sonra əlində bir ədəd araq şüşəsi ilə geri qayıtmışdır.................... Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisənin şahidi olmamışdır. xx.xx.2024-cü il tarixdə Ramilin evinin qarşısında keçirilmiş bayram tədbirində musiqiçi kimi iştirak etmişdir. Gecə saatlarında avtoqəza olduğunu eşitmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Ramilin evinin qarşısında yeni il şənliyi keçirilmiş, o da orada musiqiçi kimi iştirak etmişdir. Sonuncunu həmin tədbirə Azər çağırmışdır. Ona görə Azər həmin məclisdə iştirak etmiş, Ramil və Vüqar da orada olmuşlar. Məclisdə iştirak edən şəxslərin spirtli içki qəbul etdiklərini görməmiş, ola bilər ki, o, məclisə getməmişdən əvvəl içmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, yaşadığı evdən küçəyə çıxanda atası Elçin Tağıyevə məxsus VAZ-2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyri-işlək vəziyyətdə yaşadıqları evin qarşısında yol kənarında üzü Tovuz rayonu, Qaraxanlı kəndi istiqamətində dayanaraq durmuşdur. O, küçəyə çıxdıqdan təxminən 1 dəqiqə sonra yaşadıqları evlə yanbayan yerləşən atasının əmisi evindən Qara baba deyə tanıdıqları atasının əmisi X28, kiçik qardaşı Elmin Tağıyev, Həmid Tağıyevin qonşusu Vilayət Yusifov və həmin ev sahibinin oğlu Şahid6 küçəyə çıxmışlar. Bu zaman Həmid Tağıyev onu görüb “Maşınını bir bəri sür” demişdir. O, atasına məxsus VAZ-2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Həmid Tağıyevin yanına doğru sürmüş və atasının əmisi Qəhrəman Tağıyevin evinin önündə asfaltörtüyə malik avtomobil yolunun üzərində üzü Tovuz rayonu, Qaraxanlı kəndi istiqamətində dayandırıb avtomobildən düşmüş və salamlaşıb görüşmək məqsədilə asfaltörtüyün üzərindən yolun ehtiyat hissəsinə daxil olmuşdur. Bu zaman qohumları X28, kiçik qardaşı Elmin Tağıyev, Həmid Tağıyevin qonşusu Vilayət Yusifov və həmin ev sahibinin oğlu, atasının əmisi oğlu Şahid6 torpaqörtüklü ehtiyat hissədə dayanmışlar. O, Həmid Tağıyevlə salamlaşıb görüşən zaman sonuncu içkili olduğunu deyərək özünü Əlimərdanlı kəndində yerləşən yaşadığı evinə aparmağını ondan istəmişdir. Həmid Tağıyev həmin vaxt qardaşı Qəhrəman Tağıyevin evinə qonaq gəlmişdir. Buna görə də qonaqlıqdan sonra yaşadığı evə getmək istədiyi üçün ondan bunu xahişi etmişdir. Həmid Tağıyev ondan özünü evinə aparmağını xahiş etdikdə kiçik qardaşı Elmin Tağıyev də ona “Qapını açmağa kömək et, Qara babamı maşına otuzduraq” demişdir. Bundan sonra o, avtomobilinə yaxınlaşıb işə salmaq məqsədilə əlini sürücü oturan tərəf qapıya uzadıb qapını açmışdır. Elə bu anda Qaraxanlı kəndi istiqamətindən üzü onlara doğru həmin vaxt marka və modelini görə bilmədiyi işıqları yandırılmış avtomobilin sürətlə onlara doğru hərəkətdə olduğunu görüb qışqıraraq “Ə bu nağardı” demiş və həmin cümləni dediyi anda marka və modeli sonradan ona məlum olan BMW minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin VAZ-2107 minik markalı avtomobillə toqquşma səsini eşitmişdir. Həmin anda o, gözünü yummuş və gözünü açdıqda artıq özünü VAZ-2107 minik markalı avtomobilin altında görmüşdür. O, avtomobilin altından çıxmağa çalışsa da ayaqları buna imkan verməmiş və birtəhər sürünə-sürünə avtomobilin altından çıxmışdır. Bu zaman o, Həmid Tağıyevin avtomobil yolunun üzü Qaraxanlı kəndinə doğru sol tərəf ehtiyat hissəsində qara rəngli işıq dirəyinə söykənmiş halda dayanaraq durduğunu görmüşdür. Bundan sonra qardaşı Elmini axtarmağa başlamış və bir qədər sonra qardaşı qardaşını da Həmid Tağıyevdən təxminən 1 metr aralı məsafədə üst-üstə yığılmış qumun üzərində uzanıqlı halda olduğunu görmüşdür. Hadisə yerinə səs-küyə başqa şəxslər toplaşmış və onları xəstəxanaya aparmışlar. O, VAZ-2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırıb saxladığı yerdən avtomobil yolunun üzü Qaraxanlı kəndi istiqamətində sol tərəf kənar hissəsinə doğru təxminən 0,30 metr məsafə olmuşdur. Çünki o, avtomobildən düşüb 1 addım tam atmadan torpaq örtüyə malik ehtiyat hissəyə daxil olmuşdur. O, VAZ-2107 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili dayandırıb saxladıqdan sonra qəza işıqlarını işlək vəziyyətə gətirməmişdir. O, yol-nəqliyyat hadisəsindən əvvəl spirtli içki qəbul etməmişdir. Onun sürücülük vəsiqəsi də yoxdur. O, BMW minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilk dəfə gördükdə aralarında təxminən 1 (bir) metr məsafə olmuşdur. Yol-nəqliyyat hadisəsindən əvvəl BMW minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü heç bir xəbərdarlıq siqnalından istifadə etməmişdir. O, BMW minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin səsini eşidib həmin tərəfə baxmışdır. Çünki BMW minik markalı avtomobil onlara yaxınlaşan ərəfədə sanki daha da sürəti artırmaq məqsədilə qaz əyləcindən istifadə etmiş və nəticədə avtomobilin mühərriki daha da səs etmiş və bu səsə başını qaldırıb BMW minik markalı avtomobilin hərəkətdə olduğu istiqamətə baxmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Tovuz RPŞ-nin İB-nin baş müstəntiqi X17 ifadəsində göstərişdir ki, hazırkı cinayət işi üzrə baş vermiş yolnəqliyyat hadisəsi barədə ona Tovuz RPŞ-nin məsul növbətçisi tərəfindən məlumat verilmiş və bunun əsasında o, hadisə yerinə getmişdir. Hadisə yerinə ilk olaraq o və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru, polis baş leytenantı X29 gəlmişlər. Onlar hadisə yerinə gəldikdən sonra ölüm faktı məlum olduğu üçün bu barədə aidiyyəti üzrə Tovuz rayon prokurorluğuna məlumat vermiş və hadisə yerinə rayon prokuroru da gəlmişdir. Hadisə yeri Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində yerləşmişdir. Hadisə yerinə gəldikdən sonra baxış keçirmiş və sürücünün kim olmasını müəyyənləşdirmək üçün hərəkətlər etmişdir. Hadisə yerində təxminən 40 dəqiqə olmağına baxmayaraq, sürücünün kim olmasını müəyyən edə bilməmişdir. “BMW” markalı avtomobilin mülkiyyətçisi Şahid2 hadisə yerində olmuş, lakin həmin vaxt sonuncu sərxoş vəziyyətdə olduğundan hadisə zamanı avtomobilini kimin idarə etdiyini bilməmişdir. Şahid2 sürücünün şəxsiyyəti barədə məlumat verməsə də, hamının xəstəxanaya getdiyini demişdir. Bundan sonra xəstəxanadan hadisə nəticəsində ölüm faktı barədə məlumat verildiyindən o, hadisə yerinin baxışını başa çatdırıb məhkəmə-tibbi ekspertizasının aparılmasını təmin etmək üçün xəstəxanaya getmişdir. “BMW” markalı avtomobilin mülkiyyətçisi Şahid2 hadisə yerində sərxoş vəziyyətdə olduğundan və sürücünün şəxsiyyətinin məlum olmadığından hər ehtimala qarşı o, Şahid2 alkoqol sərxoşluğu müayinəsindən keçirmək üçün Tovuz RPŞ-yə dəvət etmişdir. Bundan sonra yenidən xəstəxanaya qayıtmışdır. Həmin müddət ərzində “BMW” markalı avtomobilin sürücüsünün əməliyyat yolu ilə Təqsirləndirilən şəxs olmasını müəyyən edilmişdir. Ona verilən məlumata görə əməliyyatçılar Təqsirləndirilən şəxsla fərdi söhbət aparan zaman sonuncu qorxduğu üçün hadisə yerini tərk etdiyini bildirmişdir. O, hadisə yerinə gələn zaman təqsirləndirilən, həmçinin zərərçəkmiş şəxsləri hadisə yerində görməmiş, orada sadəcə “BMW” markalı avtomobilin mülkiyyətçisi olmuşdur. O, hadisə yerində gələndə “VAZ-2107” və “BMW” markalı avtomobillərin hər ikisinin üzü əks istiqamətdə olmuşdur. Çünki “VAZ-2107” markalı avtomobil üzü Qədirli kəndi istiqamətində yolun sol hərəkət hissəsində, “BMW” markalı avtomobil isə ondan 7-8 metr aralıda üzü əks istiqamətdə yolun Qədirli kəndi istiqamətində sol ehtiyat hissəsindəki əzgil ağacına dəyib dayanmış vəziyyətdə olmuşdur. Hadisə yerinin baxışını keçirib yekunlaşdırdıqdan sonra “BMW” markalı avtomobil evakuator vasitəsilə hadisə yerindən aparılmışdır. Çünki həmin avtomobili olduğu yerdən hərəkətə gətirib çıxarmaq mümkün deyildir. İbtidai istintaq zamanı şahid qismində dindirdiyi Şahid6 ifadəsində “Təqsirləndirilən şəxs avtomobildən düşüb bizə yaxınlaşdı və sürücü mənəm, hər şey yaxşıdır” bildirmişdir. O, qeyd edilən xüsusatın dəqiqləşdirilməsi üçün həmin şahidə əlavə suallar verməsə də, həmin məsələ ilə bağlı digər şahidləri dindirərəkən dəqiqləşdirmə aparmış və Azərin orada olmadığını müəyyən etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hadisə yerini zərərçəkmiş şəxslərə kömək göstərmək məqsədilə tərk etməsini təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yalan danışmış, o, hadisə yerinin müayinəsini apararkən Təqsirləndirilən şəxs orada olmamışdır. Həmin vaxt sadəcə “BMW” markalı avtomobilin mülkiyyətçisi orada olmuşdur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Tovuz RPŞ-nin DYPBnin YNH üzrə inspektoru X29 ifadəsində göstərmişdir ki, yol-patrul xidmətinin inspektoru, polis baş serjantı Elvin Hüseynov onunla saat 22 radələrində telefon vasitəsilə əlaqə saxlayıb Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisində xəsarətlə müşayiət olunan yolnəqliyyat hadisəsi baş verdiyini bildirmişdir. Yaşadığı yerlə hadisə yeri arasında təxminən 30 dəqiqəlik məsafə olmuş və saat 22 radələrində o, artıq hadisə yerində olmuşdur. O, gələn zaman hadisə yerində müstəntiq və kənd sakinləri də olmuşdur. İfadəsinin davamı olaraq Zaur Məmmədov bildirmişdir ki, hadisə yerində YPX və PPX əməkdaşları olmuşdur. Kənardakı şəxslərin deməsinə görə hadisə baş verən zaman “VAZ-2107” markalı avtomobil yolun hərəkət hissəsində əks istiqamətdə işıqları dayanmış vəziyyətdə olmuşdur. “BMW” markalı avtomobil gələn zaman “VAZ-2107” markalı avtomobilin işıqları sürücünün gözünə düşmüş, bundan sonra “BMW” markalı avtomobilin sürücüsü “VAZ-2107” markalı avtomobili sağ tərəfindən keçib getmək istəyərkən sağ tərəfdə torpaqlıqda söhbət edən şəxsləri vurmuşdur. Onlar hadisə yerində olarkən Təqsirləndirilən şəxs orada olmamış, hətta onlar ilkin olaraq hadisənin törədənin avtomobilin sahibi Şahid2 olmasından şübhələnmişlər. Ramil hadisə zamanı sürücünün özü yox, Azər olduğunu demişdir. Bundan sonra hadisə zamanı avtomobilin sürücüsünün olduğu yerin müəyyən edilməsi üçün əməkdaşlar səfərbər olmuş və Təqsirləndirilən şəxs qohumlarının vasitəsilə tapılmışdır. Onlar təxminən 30 dəqiqə hadisə yerini müayinə etmiş və “BMW” markalı avtomobil aparıldıqdan sonra hadisə yerini tərk etmişlər. Hadisə yerinə baxışda prokuror da iştirak etmişdir. Hadisə yerində olduğu müddətdə Təqsirləndirilən şəxs orada olmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verəndən təxminən 1,5 saat sonra tapılaraq şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən onun iştirakı ilə inspektor keçirmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs hərəkətlərindən sonuncunun sərxoş vəziyyətdə olması aşkar görünmüşdür. Müayinə zamanı əməliyyat üzrə rəis müavini olan Şaiq müəllimin sualına cavab olaraq Təqsirləndirilən şəxs qorxduğu üçün hadisə yerindən qaçdığını demişdir. Hadisə yerində olarkən zərərçəkmiş şəxslərdən heç biri avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu deməmişdir. Elçin də hadisə yerində olmamış, o, sonuncunu xəstəxanada görmüş və oranın 3-cü mərtəbəsindəki liftin qarşısında Elçini sərxoşluq müayinəsindən keçirmişdir. Təqsirləndirilən şəxs özü şöbəyə gəlib təslim olmamış, hansısa qohumunun evində olmuşdur. O, Təqsirləndirilən şəxs polis şöbəsində Cavid Məmmədov adlı inspektorla birlikdə sərxoşluq müayinəsindən keçirmişdir. Avtomobilin sahibi belə Təqsirləndirilən şəxs marketə araq almaq üçün getdiyini bildirmişdir. Hətta polis şöbəsində rəis müavini Şaiq müəllimin sualına cavab olaraq 50 qram spirtli içki qəbul etdiyini göstərmiş, Şaiq müəllim isə buna görə ona irad bildirmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) X14 meyitində aşağıdakı xəsarətlər aşkar edildi: - baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızmalar, kəllə tağı və kəllə əsası sümüklərinin sınığı; - sağ gicgah-təpə nahiyəsinin soyulmuş yarası; - sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası; - sağ baldır sümüklərinin açıq yerdəyişməli sınığı; - sol diz oynağının oynaqdaxili sınığı; - sağ bud və sağ baldır nahiyələrinin sıyrığı; 2) X14 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Qeyd edilən xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının piyada H.Ş.Tağıyevi vurması nəticəsində əmələ gələ bilməsi istisna edilmir; 3) X14 ölümünə səbəb nəqliyyat travması nəticəsində baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızma ilə müşayiət olunmuş kəllə tağı və kəllə əsası sümüklərinin sınığı olmuşdur; 4) X14 qanında məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı qanda 0.92 promillidir. Aşkar edilmiş etil spirti onun sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu yarada bilərdi. Digər güclü təsir edici maddələr aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2025-ci il tarixli, 02/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) Şahid5 meyitində aşkar edilmiş xəsarətlər – baş beyinin, beyin kötüyünün və beyinciyin əzilməsi, baş beyinin toxumasına, qişaları altına və mədəciklərə qansızma ilə müşayiət olunan başın hər iki təpə və ənsə nahiyələrinin dərialtı hematoması, çənə sümüyünün sağ şaxəsinin sınığı və sağ çənəgicgah oynağının çıxığı ilə müşayiət edilən sağ qulaqaltı-çeynəmə nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, hər iki baldırın, sağ ayağın sıyrıqları, sağ alın-almacıq birləşməsi nahiyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının, hər iki diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənə bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər; 2) Şahid5 meyitində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilmələri mümkündür; 3) Şahid5 ölümünün bilavasitə səbəbi baş beyinin, beyin kötüyünün və beyinciyinin əzilməsi, baş beyinin toxumasına, qişaları altına və mədəciklərə qansızma olmuşdur; 4) Şahid5 ölümü xx.xx.2025-ci il tarixdə saat 14:10 dəqiqədə Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş vermişdir. Bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur; 5) Şahid5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, piazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X5 bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazu sümüyünün qəlpəli, az yerdəyişmiş, açıq sınığı, sol qamış sümüyünün diafizinin ikili, yerdəyişməli, qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-ya müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2025-ci il tarixli, 170/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində - 0,52 % qatılığında etil spirti aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/382 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: 1) İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “BMW” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən keçən asfaltörtüyə malik kənd yolunda baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman yol örtüyü asfalt-beton örtüklü, quru və hamar olmaqla bərabər avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi enişli və ya yoxuşlu deyildir, yəni düzdür. Hadisə baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 7 (yeddi ) metrdir. Yolun hərəkət hissəsində nişanlanma xətti mövcud deyil. Yol sağ və sol tərəfdən yol çiyni ilə birləşir. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi BMW markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Hunanlar kəndi istiqamətinə doğru asfalt örtüyə malik kənd avtomobil yolu ilə hərəkətdə olmuşdur. Hadisə yerində VAZ-2107 markalı, **-BL-*** qeydiyyat nişanlı minik avtomobil üzü Qaraxanlı kənd istiqamətində yolun ortasında dayanmış vəziyyətdədir. Toqquşma nöqtəsi Tovuz-Hunanlar avtomobil yolu istiqamətinə götürdükdə avtomobil yolunun sağ kənarından 1,80 metr aralı məsafədə, piyadaların vurulması nöqtəsi isə avtomobil yolu ilə ehtiyat yolunun birləşdiyi ərazidə yerləşir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “tədqiqat üçün nümunələrin götürülməsinə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müqayisəli tədqiqat üçün qan nümunəsi götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:55-də Tovuz RMX-nin həkimi telefonla Tovuz rayonu, Əlimərdanlı kənd sakini 2008-ci il təvəllüdlü X15 ağır kəllə beyin travması, travmatik şok, 1965-ci il təvəllüdlü X2 bazunun aşağı 1/3-nin çox qəlpəli yerdəyişməli sınığı, sol qamış sümüyünün çox qəlpəli sınığı, 1999-cu il təvəllüdlü X3 baldırın əzilmiş sıyrılmış yarası, 1991-ci il təvəllüdlü Şahid6 sol pəncənin sıyrılmış yarası, 1955-ci il təvəllüdlü X14 həkimə qədər ölüm diaqnozu ilə xəstəxanaya daxil olmaları barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin məsul növbətçisinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 15:27-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının növbətçi həkimi X18 yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ölməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X49 İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək “BC” kateqoriyalı, AC-120326 nömrəli sürücülük vəsiqəsi verilmiş, həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 642563 nömrəli texniki vasitə hesab olunan alkotesterin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs 0,785 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BD509858 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 320” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİ 528878 və AZ- İV 123302 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X22 və xx.xx.2018-ci il təvəllüdlü X26 adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində həkim-psixiatrın və həkimnarkoloqun dispanser qeydiyyatında dayanmırlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RİH başçısının Əlimərdanlı kənd İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.1994-cü il təvəllüdlü X23, övladları – xx.xx.2015-ci il təvəllüdlü X22 və xx.xx.2018-ci il təvəllüdlü X26 ilə birlikdə Tovuz rayonu, Əlimərdanlı kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “BMW” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınaraq saxlanılması üçün Tovuz RPŞ-yə təhvil verilmiş, həmçinin VAZ-21074 minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslərin hüquqi varisləri - X9 və X19 ibtidai istintaq orqanına təqdim etdikləri xx.xx.2025ci il tarixli ərizələrindən, həmçinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncu tərəfindən onlara dəymiş zərərin əvəzi ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X5 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş zərərin əvəzi ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslərin hüquqi varisləri - X9 və X19 xx.xx.2025-ci il tarixdə, həmçinin zərərçəkmiş şəxs X5 xx.xx.2025-ci il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdikləri ərizələrdən görünür ki, onların hər biri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs bağışlamışlar, sonuncudan şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində hadisə vaxtı sərxoş vəziyyətdə olmadığını, hadisədən sonra hadisə yerində qalaraq zərərçəkmişlərə köməklik göstərdiyini, müstəntiq gəldikdən sonra sonuncu ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində hadisə günü hadisə baş verməmişdən əvvəl spirtli içki olan araq gətirmək üçün Təqsirləndirilən şəxs və Şahid3 ilə birlikdə yaşadığı evinə getmək üçün yola düşmələrinə baxmayaraq, faktiki olaraq evə getmədiklərini, Şahid2 yaşadığı evin qarşısında təşkil olunmuş şənlikdə Təqsirləndirilən şəxs spirtli içki qəbul edib-etmədiyini bilmədiyini, polis əməkdaşları hadisə yerinə gələnədək Təqsirləndirilən şəxs heç bir yerə getmədən orada qaldığını göstərmişdir. Eyni zamanda şahid qismində dindirilmiş Şahid2 ifadəsində yaşadığı evin qarşısında təşkil olunmuş el şənliyində Təqsirləndirilən şəxs spirtli içi qəbul etmədiyini, polis əməkdaşları gələnədək Təqsirləndirilən şəxs hadisə yerində qalaraq gözlədiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, eləcə də şahidlər Şahid1 və Şahid2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində hadisə günü yaşadığı evdə olarkən iki araq stəkanı ilə 50-60 qram spirtli içki araq içdiyini, daha sonra isə Şahid2 yaşadığı evin qarşısında təşkil olunan yeni il şənliyi ilə bağlı məclisdə beş araq stəkanı ilə təxminən 100-150 qram spirtli içki araq içdiyini, araq qurtardıqdan sonra Şahid2 məxsus avtomobillə Şahid1 yaşadığı evinə getdiklərini, sonuncunun yaşadığı evinə girib-çıxaraq əlində bir şüşə qabda spirtli içi araq ilə geri qayıtdığını göstərmişdir. Qeyd edilən ifadələr Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və ifadələrin sonunda təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu, əlavəsinin olmadığını, doğruluğunu da imzası ilə təsdiq etdiyini göstərmişdir. İfadələrdəki imzalarla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq təqdim olunmuş ifadələrdəki əl yazısının və imzanın özünə məxsus olduğunu, elan olunan ifadənin doğru yazıldığını, yalnız spirti içki içməyi ilə bağlı olan hissə istisna olmaqla qalan hissədə ifadələrini təsdiq etdiyini göstərmişdir. Sözügedən ifadələrində Təqsirləndirilən şəxs spirtli içki qəbul etmədiyini, hadisədən sonra hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözlədiyini və hadisə nəticəsində xəsarət almış şəxslərə köməklik etdiyini göstərməmişdir. Qeyd edilən ifadələrə dair protokollara nə təqsirləndirilən şəxs, nə də ki müdafiəçisi tərəfindən ifadələrin doğru yazılmadığına dair hər hansı bir qeyd də daxil edilməmişdir. Həmçinin iş materiallarında olan texniki vasitə hesab olunan alkotesterin nəticəsindən, eləcə də məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə günü alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. O cümlədən iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Tovuz Rayon Məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu etiraf edərək törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Habelə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4cü maddəsi ilə, yəni yol hərəkəti qaydalarını sərxoş halda olan şəxs tərəfindən pozulması ilə bağlı ittihamın elan olunmasına baxmayaraq, nə təqsirləndirilən şəxs, nə də ki müdafiəçisi Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmadığına dair nə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərara, nə də ki təqsirləndirilən şəxsin iştirakı ilə keçirilmiş ilkin istintaq hərəkətlərinə dair protokollara qeyd daxil etməmişlər. Hətta həbs qətimkan tədbirinin seçilməsinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından Təqsirləndirilən şəxs ilk əvvəl müdafiəçisi olmuş Rəşad Abdullayev tərəfindən verilmiş şikayətdə o, təqsirləndirilən şəxsin hadisə vaxtı sərxoş olmaması xüsusatını göstərilməmişdir. Eyni zamanda işə sonradan buraxılmış təqsirləndirilən şəxsin dövlət hesabına digər müdafiəçisi Mirqasım İsmayılov tərəfindən verilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətdə o, Təqsirləndirilən şəxs sərxoş halda hadisə törətdiyini qeyd edərək təqsirləndirilən şəxsin əməlindən peşman olduğunu göstərmişdir. Həmin vəsatətdə müdafiəçi təqsirləndirilən şəxsin hadisə vaxtı sərxoş olmadığını göstərməmişdir. Eləcə də həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarının və həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətin təmin edilməməsi haqqında Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi Mirqasım İsmayılov həm şikayətində, həm də vəsatətində hadisə vaxtı təqsirləndirilən şəxsin sərxoş olduğunu qeyd edərək sonuncunun əməlindən peşman olduğunu göstərmişdir. Müdafiəçi nə şikayət ərizəsində, nə də ki vəsatətində təqsirləndirilən şəxsin hadisə vaxtı sərxoş olmadığını göstərməmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsindəki məhkəmə-tibbi ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq o, hadisə vaxtı nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yol-nəqliyyat hadisəsindən sonra hadisə yerində qalaraq zərərçəkmiş şəxslərə köməklik etdiyini və polis əməkdaşları gələnədək hadisə yerində qaldığını göstərsə də, zərərçəkmiş şəxsin hüquqi varisi Elçin Tağıyev məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə yerinə gələn zamanı hadisəni kimin törətdiyini bilmədiyini, hadisəni törətmiş şəxsin hadisə yerində ona yaxınlaşaraq hadisəni məhz özünün törətdiyini demədiyini, yalnız xəstəxanada olarkən hadisəni Təqsirləndirilən şəxs törətdiyini bildiyini, hadisə yerində də zərərçəkmiş oğlunu xəstəxanaya özünün apardığını göstərmişdir. X39 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisə yerində sürücünün Təqsirləndirilən şəxs olduğunu bilmədiyini, hadisəni törətmiş şəxsin hadisə yerində ona yaxınlaşaraq hadisəni məhz özünün törətdiyini demədiyini, yalnız xəstəxanada olarkən hadisəni Təqsirləndirilən şəxs törətdiyini öyrəndiyini, hadisə yerində də mərhum atası X36 Tağıyevi ayrı-ayrı avtomobillərlə özlərinin xəstəxanaya apardıqlarını göstərmişdir. X13 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmədiyini, sonuncunun hadisə yerində ona köməklik etmədiyini, xəstəxanada ayılanda ətrafdakı şəxslərin təcili tibbi yardım avtomobili çağıraraq onları xəstəxanaya apardıqlarını öyrəndiyini, məhz hadisədən sonra da hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini göstərmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş ibtidai istintaqı aparmış müstəntiq Elnar Məmmədov və Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru Zaur Məmmədov ifadələrində Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunun yol-nəqliyyat hadisəsindən sonra hadisə yerini tərk etdiyini, hadisə yerinin müayinəsini aparan zaman Təqsirləndirilən şəxs orada olmadığını, həmin vaxtı sürücünün kim olmasının onlara məlum olmadığını, Təqsirləndirilən şəxs zərərçəkmişlərə köməklik göstərmədiyini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs qohumları vasitəsi ilə tapdığını, polis şöbəsinə gətirildikdən sonra onlara sürücünün Təqsirləndirilən şəxs olması məlum olduğunu, həmin vaxtı həm hərəkətlərindən, həm də danışığından Təqsirləndirilən şəxs sərxoş olmasının açıq-aşkar göründüyü göstərmişlər. O cümlədən iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxş keçirilməsi haqqında protokoldan və əlavə olunmuş forocədvəldən da görünür ki, sürücü kimi Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı orada iştirak etməmişdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında hadisədən sonra hadisə yerində qalaraq zərərçəkmişlərə köməklik göstərdiyini və müstəntiq gəldikdən sonra sonuncu ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etdiyini göstərsə də, nə təqsirləndirilən şəxs, nə də ki müdafiəçisi iddia etdikləri həmin xüsusatlara dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Əksinə yuxarıda qeyd olunan işin faktiki halları ilə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillər tam olaraq təkzib olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Həmin Qərarın nəticə hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 yanvar 2004-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, CM-in 263-cü maddəsindən fərqli olaraq CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yol-nəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu sürətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir. Cinayət prosesi üzrə aparılan ibtidai araşdırma nəticəsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyatın istismar qaydalarını pozması, bu pozuntu ilə baş verən nəticə (az ağır və ya ağır xəsarət, ölüm və ya iki və daha çox şəxsin ölümü) arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılır. Əgər əlaqə mövcuddursa, bundan sonra şəxsin əməlinə və nəticəyə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti, yəni təqsiri aydınlaşdırılır. Bu hal mühüm əhəmiyyətə malikdir. Çünki CM-in 264-cü maddəsi «Yol hərəkəti haqqında» Qanununa uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, «Təcili tibbi yardım» maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə vadar edir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası 29 aprel 1997ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış «Yol hərəkəti haqqında» Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərilərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol hərəkət hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri yox etməmək vəzifəsi də qoyulur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla da, yuxarıda göstərilənlərə əsasən, həmçinin işin faktiki halları, iş üzrə dindirilmiş şəxslərin ifadələri və məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman alkoqol sərxoşluğu vəziyyətində olması, habelə yol-nəqliyyat hadisəsindən dərhal sonra onun hadisə yerini tərk edərək yaşadığı evə getməsi və məhz yaşadığı evdə olarkən qohumuna hadisə barədə məlumat verdikdən sonra sonuncunun bu barədə zəng edərək polis əməkdaşına bildirməsi öz təsdiqini tapsa da, onun yol-nəqliyyat hadisəsindən sonra şəxsiyyəti haqqında məlumatları zərərçəkənlərə və ya onların maraqlarını təmin edəcək digər şəxsə çatdırması, hadisə yerində qalaraq hüquq mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləməsi, həyat üçün təhlükəli xəsarət almış zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərməsi, sonuncular üçün təcili tibbi yardım maşını çağırması və ya zərərçəkənləri səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməsi, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirməsi öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, həmçinin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş plan sxemlə fotocədvəl, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şahidlər Şahid1 və Şahid2 həm uzaq qohumları, həm də həmkəndliləri olduğuna, eyni zamanda tərəflər arasında barışıq əldə olunduğuna, yəni adı çəkilən şahidlər məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə imkanları daxilində təqsirləndirilən şəxsə köməklik etmək niyyətində olduqlarına görə, həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və onun cinayət məsuliyyətdən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, eləcə də hadisədən sonrakı davranışı, yəni hadisədən sonra hadisə yerindən qaçaraq zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərməməsi, habelə hadisədən əvvəl sərxoş vəziyyətdə olması, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmalı hallardır. Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza, əsas cəza kimi müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddələrin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin cərimə meydançasında saxlanılan “BMW” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid2 qaytarılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin cərimə meydançasında saxlanılan “BMW” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Şahid2 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-432/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-432/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver