Məhkəmə qərarları › İş №1(100)-433/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-433/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-433/2024 10.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X5 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Xanlar (Göygöl) rayonu Çiçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu Çiçəkli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs, onunla qonşuluqda yaşayan bacısı X3 müxtəlif bəhanələrlə mobil telefonla zənglər edib sonuncunu narahat etməsi, onunla yaxın münasibətlər qurmaq istəməsini ehtimal edən zərərçəkmiş şəxsin yeznəsi Eşqin Süleymanzadənin ona zəng edərək bacısı ilə ailə münasibətlərinə son qoymaq istəməsini bilib, qisas almaq məqsədilə Zərərçəkmiş şəxs qısqanclıq zəminində qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün sonuncunun yaşadığı ünvanı tanımadığı üçün yeznəsi Nətavan İsazadənin əri X4 ilə birlikdə taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid6 idarə etdiyi “VAZ 2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 25 oktyabr 2023cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yerləşən ünvansız fərdi yaşayış evinin qarşısına getmiş, yaşadığı evin qarşısındakı küçədə dayanan zərərçəkmiş şəxsin yanına bacısı Nətavan İsazadə ilə aralarında olan münasibəti aydınlaşdırmaq məqsədilə yaxınlaşıb Zərərçəkmiş şəxs bacısına zəng etməsini inkar etməsindən və hansı səbəbdən yaşadığı ünvana gəlməsini deməsindən qəzəblənərək, bacısıgilin evindən gizli şəkildə götürüb üzərində saxladığı kəsici, deşici xassəyə malik predmeti çıxarıb Zərərçəkmiş şəxs öldürmək istəyini tam qətiləşdirib sonuncunu qəsdən həyatdan məhrum etməyi arzu edərək, qəsdən Zərərçəkmiş şəxs zərbələr vuraraq daxilə nüfuz edən döş qəfəsinin yan səthində, ağciyərin, diafraqmanın və mədənin yaralanması, hemopnevmotoroksla müşayiət olunan 1 (bir) ədəd ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən, döş qəfəsinin yan səthində 1 (bir) ədəd ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs yaşadığı evə doğru qaçıb xilas olmağa çalışan zaman sonuncunun arxası ilə fərdi yaşayış evinin həyətinə daxil olub sol kürək nahiyyəsində 1 (bir) ədəd, bel nahiyyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid, ümumilikdə 4 (dörd) ədəd deşilmişkəsilmiş yara xəsarətləri yetirmiş, zərərçəkmiş şəxsin aktiv müqavimət göstərməsi, eləcə də həmin vaxt atasının il mərasimi ilə əlaqədar növbəti gün keçiriləcək məclisə görə həyətlərində olan və səs-küyə gələn Zərərçəkmiş şəxs qohumlarının yaxınlaşdığını görüb qorxaraq həyətdən çölə çıxıb gəldiyi avtomobilə minərək hadisə yerindən uzaqlaşmış, zərərçəkmiş şəxsin ailə üzvləri tərəfindən xəstəxanaya aparılaraq ona vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması ilə əlaqədar öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə sonuncunu qəsdən öldürməyə yönəlmiş ictimai təhlükəli əməllərini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə - yəni qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, ailədə bir bacı bir qardaşdır. X16 Şahid5 ilə rəsmi nikah bağlayaraq evlənmiş, bir azyaşlı qızı var. Bacısıgil Göygöl rayonu “Aqta 6” adlanan ərazidə fərdi yaşayış evində, özü isə anası ilə Göygöl rayonunda yaşamışdır. 25 oktyabr 2023-cü ildə saat təxminən 20 radələrində o, Göygöl şəhərində Fayton kafesində dostları ilə çay içərkən yeznəsi Eşqin zəng edib bacısı ilə aralarında narazılıq olduğunu, gəlib bacısını aparmasını demişdir. Bundan sonra anasına Xəzəngülə zəng etmiş və Eşqinin ona dediklərini bildirmiş, taksi sürücüsü olmaqla tanıdığı Şahid6 zəng edib gəlib onu Gəncə şəhəri, Gülüstan qəsəbəsinə aparmağı demişdir. Bir neçə dəqiqə sonra onu gəlib götürmüş və yolda Elşad benzin alanda o, taksi pulu kimi 5 manat vermiş, təxminən saat 20:30 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsinə çatmışlar. Yol bağlı olduğu üçün Eşqinə zəng edib harada olduğunu soruşmuş, sonuncu da yaxınlıqda olduğunu deyəndə onu götürüb bacısıgilə gəlmişlər. Elşad küçədə onları gözləmiş və o Eşqinlə bacısı Nətavanın yanına evə keçmişdir. Nətavandan nə baş verdiyini soruşanda sonuncu ağlamağa başlamış, Eşqin özü açıb demişdir ki, qonşuluqda Ərşad adındakı oğlan Nətavanı narahat edir, telefonla zənglər edir. O da Nətavandan bunların doğru olubolmamasını soruşanda sonuncu başı ilə təsdiq etmiş, Eşqin hətta bügün evdə olanda da Ərşadın Nətavana zəng etdiyini demişdir. O əsəbiləşib evdən çıxmaq istəyəndə Eşqinlə Nətavan onu dilə tutub getməməsini demişdir. Mətbəxə keçib stolun üstündə olan mətbəx bıçağını gizli götürüb şalvarının arxasına qoymuş, Eşqinə Ərşadın evinin yerini bilib bilmədiyini soruşmuş, Eşqin evin bir qədər aralıda olduğunu demişdir. Eşqindən evin yerini ona göstərməyi demiş, Elşadla gəldikləri “VAZ 2106” markalı avtomobillə biraz gedəndən sonra Eşqin evlərdən birinin qarşısında dayanmış şəxsi göstərib Ərşad olduğunu demişdir. O, Elşada avtomobili saxlamasını bildirmiş, avtomobil dayanandan sonra Eşqinlə düşüb Ərşada yaxınlaşmış, gələ-gələ Eşqin “sən niyə mənim ailəmə sataşırsan, ailəmi niyə dağıdırsan” demiş, O da Ərşada yaxınlaşıb “niyə sən mənim bacıma zənglər edirsən” soruşanda Ərşad istehza ilə ona “bacına zəng etməmişəm, siz kimsiniz ki, mənim qapıma gəlmisiz?!” demişdir. Ərşadın inkar etməsindən və onlara dediyi sözdən əsəbiləşib cəzalandırmaq üçün şalvarının arxasında gizlətdiyi bıçaqla darvazanın qarşısında bir dəfə Ərşadın sol tərəfindən zərbə vurmuş, yeznəsi Eşqin müdaxilə edib onları aralamağa çalışanda geyindiyi gödəkçəsi cırılmışdır, Ərşadın qarın və kürəyinə bir dəfə bıçaqla vurmuş və ayağa qalxmış Ərşad açıq darvazadan içəri girəndə tutaşdığı üçün o da Ərşadla birlikdə həyətə girib yerə yıxılmışdır. Onların arxası ilə ayırmağa çalışan Eşqin də həyətə girmiş bu zaman o adamların gəldiyini görüb çölə çıxmış, Ərşad isə həyətdə qalmış, yaxınlaşan adamlar onu tutub saxlamış və vurmağa başlamışlar. Aralıda dayanan Elşadın avtomobilinə yaxınlaşanda Elşad olanları görüb qorxaraq uzaqlaşmaq istəmiş, o, maşın gedə-gedə qapını açıb maşına minmiş, minərək Elşada onu Gəncə Avtovağzalına aparmağı demişdir. Yolda anası Xəzəngülə zəng edib “ dincəlin vurdum, öldürdüm, cavanlığımı məhv etdiniz” demiş, telefonunun batareyası sönmüşdür. Yolda o, dəqiq xatırlamadığı yerdə avtomobilin aynası açıq olduğu üçün bıçağı tullamış, avtovağzala gəldikdən sonra tanımadığı taksi kimi fəaliyyət göstərən “Mersedes” markalı avtomobillə Bakı şəhərinə getmişdir. Bakıda dəmiryol vağzalına yaxın ərazidə gündəlik kirayə verilən ev tutub 27 oktyabr 2023-cü ilədək orada qalmış, sonra ailə üzvlərinə zəng edib könüllü gəlib polisə təslim olacağını demiş, 27 oktyabr 2023-cü ildə saat 18 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gələrək özünü təqdim etmişdir. Əməlindən peşmandır, onun niyyəti zərərçəkmişi öldürmək yox etdiyi hərəkətə-bacısına sataşdığına görə qisas almaq olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Ərşadın evinə söhbət etmək məqsədilə getmiş, bıçağı nəsə olsa, özünümüdafiə məqsədilə götürmüşdür. Ərşada xəsarət yetirmək və ya onu öldürmək fikri olmamış, söhbət vaxtı Ərşadın bacısı Nətavana zəng etməsini danması və “siz kimsiz ki, mənim qapıma gəlmisiz!? deməsinə görə etdiyi hərəkətə əvəz çıxmaq üçün cəzalandırmaq məqsədilə Ərşada xəsarət yetirmişdir. Ərşada bir neçə dəfə bıçaqla zərbə vursa da, sayını dəqiq xatırlamır. Birinci zərbədən sonra Ərşadın evə keçməyə çalışdığı üçün onunla birlikdə həyətə keçmiş, hər ikisi yerə yıxılmışdır. Ərşadı vuranda yanlarında Eşqindən başqa kimsə olmamışdır, sonradan səsküyə ailə üzvləri gəlmişdir. Zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmaq istəsə də, ailə üzvlərinin səs-küyə gəlməsinə görə yarana biləcək münaqişədən yayınmaq, onların özünə, eləcə də özünün onlara xəsarət yetirməsinin qarşısını almaq üçün hadisə yerindən çıxıb getmişdir. Sonradan da könüllü olaraq polisə təslim olmuş və zərərçəkmişə dəymiş ziyanı ödəmiş, onunla barışıq əldə etmişdir. Məhkəmədən əməlinin CM-nin 126.1-ci maddəsinə tövsif edilib, cavan olmasını nəzərə alıb ən aşağı hədd cəza verilməsini istəyir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, arvadı, anası və azyaşlı uşağı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanımış, onlar əvvəl qonşu kəndlərdə yaşamışlar. Qeyrətin bacısı Nətavan və Nətavanın əri Eşqin onlarla qonşuluqda “Aqta 6” adlanan əraziyə hadisədən bir neçə ay əvvəl 2023-cü ilin sentyabr ayında köçmüş, evin təmiri yaxşı olmadığından, Nətavangilin yaxınlığındakı özünəməxsus evdən onlara pay vermiş, evi də satışa qoymuşdur. Nətavan və əri Eşqin ondan həmin evi Nətavanın atasına satmağı xahiş etmişlər. Evin qiyməti barədə danışmaq üçün Nətavan istifadəsində olan mobil nömrəsini ona vermişdir. O, evi 10000 manata satdığını bildirmiş, sonuncu atası ilə danışdıqdan sonra ona cavab verəcəyini demişdir. O, Nətavana danışmalarının problem yaratmayacağını soruşanda qonşu olduqlarını demişdir. xx.xx.2023-cü il təxminən axşam saat 10 radələrində evlə bağlı məsələni danışmaq üçün özünə məxsus ***-***-**-** nömrədən Nətavanın nömrəsinə zəng etmiş, Nətavan telefona cavab verməmişdir. 1-2 dəqiqə sonra Nətavan nömrəsindən ona məxsus mobil nömrəyə zəng gəlmiş, zəng edənin Nətavanın əri Eşqin olduğunu, niyə arvadına zəng vurduğunu soruşanda, Eşqinə Nətavanın nömrəsini özünün verdiyini, ev məsələsi ilə bağlı zəng vurduğunu, başqa heçnə danışmadığını demişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Tofiq Bağırov küçəsində yerləşən evinin qarşısında olarkən Vaz 2106 markalı avtomobil evdən 25-30 m məsafədə dayanmış, avtomobildən Eşqin və qaynı Qeyrət düşüb yanına gəlmişlər. Eşqin onunla görüşüb nə üçün Nətavana zəng vurduğunu, Nətavanı bezdirdiyini, ailəsini dağıtmaq istədiyini demiş, o isə Eşqinə ev məsələsi ilə bağlı Nətavana zəng vurduğunu, ailəsini dağıtmaq istəmədiyini demişdir. Həmin vaxt Qeyrət heçnə demədən şalvarın arxa cibindən bıçaq çıxarıb onun qarın nahiyəsinə zərbə vurmuş. Əlində bıçaq olduğunu görüb ailə üzvlərinə qışqıraraq səsləmiş, ona kömək etmələrini, onu vurduqlarını bildirmiş, evin darvazasından həyətə girmiş, bu vaxt Qeyrət onun arxası ilə gəlib kürəyindən daha 2 dəfə bıçaqla vurmuşdur. xx.xx.2023-cü il tarixdə atası Elbəyi Nağıyevin vəfatının birinci il dönümü olduğu üçün həmin gündən bir gün qabaq onlara kömək üçün qohumları və yaxınlıqda yaşayan qonşuları gəlmişlər. O, yerə yıxıldıqdan sonra qardaşı Mehti, anası Gülnaz və digərləri gələndə Qeyrət qorxub qaçmış, qardaşı Mehti onu xəstəxanaya aparmış və o, orada əməliyyat olunmuşdur. Verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı tam ödəmişdir. Qeyrətdən şikayətçi deyil, hadisə anlaşılmazlığa görə olduğundan və Qeyrət də cavan olduğuna görə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Şahid3 arvadı, Təqsirləndirilən şəxs isə onun qaynı olmuşdur. Kəlbəcər rayon sakini Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamış, hadisədən təxminən 1 ay əvvəl ora köçmüşdür. O, arvadı ilə Ərşadın hansısa münasibətlərinin olmasından şübhələnmiş, ona Ərşadgilə gedibgəlməməyi tapşırmışdır. 25 oktyabr 2023-cü ildə saat 20 radələrində evə qayıtdıqdan sonra Nətavan ona yemək verəndə sonuncunun istifadəsində telefon nömrəsinə zənglər gəlmiş, telefon səssizdə olmuşdur. O, Nətavana “kimdir zəng edən” dedikdə sonucu “qızlardır” desə də, şübhələnib həmin nömrəyə zəng edib söndürmüş, zəng gələndə telefonu götürüb həmin şəxsin Eşqin olduğunu bilmişdir. Arvadı nömrəsini haradan bilib niyə zəng elədiyini soruşanda qaynatasına ev almaq istədiyi üçün Nətavanın nömrəsini götürdüyünü demişdir. Bundan sonra O, əvvəl Nətavanın anası Xəzəngülə, sonra isə qaynı Qeyrətə zəng edib Nətavanla yaşamaq istəmədiyini, xəyanət etdiyi üçün boşanacağını demişdir. Qeyrət “gəlib özüm aydınlaşdıracam” demiş, təxminən yarım saat sonra tanımadığı “VAZ 2106” markalı, avtomobillə gəlmiş, evə girib bacısının üstünə qışqıranda ağladığı üçün evdən çıxmış, ona Ərşadı tapıb söhbət etməyi demişdir. Ərşadın yaxınlıqdakı evinə getmiş, Ərşadın çöldə dayandığını görüb onu yaxınlaşaraq “sən niyə mənim ailəmi dağıdırsan” desə də, Ərşad cavab verməmiş, Qeyrət Ərşaddan soruşanda isə qızla hansısa münasibəti olmadığını, niyə qapılarına gəlməyi demişdir. Həmin vaxt Qeyrət cibindən açıq vəziyyətdə uzun bıçaq çıxarıb Ərşadın kürək nahiyəsinə bir dəfə zərbə vurmuş, Ərşad qaçıb evinin darvazasından içəri girəndə Qeyrət sonuncunun arxası ilə getmiş, özü də onların arxası ilə həyətə girmişdir. İçəri girəndə Qeyrətlə Ərşadı yerdə uzanıqlı vəziyyətdə çəkişərkən görmüş, səs-küyə Ərşadgilin evində olan şəxslər gəlmiş, Qeyrət Ərşadı buraxıb çölə çıxsa da, səs-küyə gələnlər polislər gələnə qədər onu tutub həyətdə saxlamış, polislərlə birlikdə 1-ci Polis Şöbəsinə getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, sonradan bilmişdir ki, Ərşadın evində növbəti gün atasının il mərasimi olduğu üçün çox sayda kişi, arvad, uşaq olmuş, içəri girəndən sonra Qeyrətin Ərşada bıçaqla vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə atası Elbəyi Nağıyevin vəfatının birinci il dönümü olduğu üçün bir gün qabaq onlara kömək üçün qohumları və qonşuları gəlmiş hazırlıq işləri görmüşlər. Təxminən saat 22 radələrində məhlədə iş görən zaman darvazanın ağzından səs-küy gəlmiş, o, əvvəl uşaqların zarafatlaşdıqlarını fikirləşib fikir verməsə də, sonradan səs-küyün adi olmadığını görüb yaxınlaşmış, qardaşı Ərşadın yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, Ərşad qışqıraraq bıçaqlandığını demişdir. Sonuncunu yerdən qaldıranda Ərşadın qana bulaşdığını görmüş, onu özünə məxsus “Niva” markalı avtomobilə qoyub xəstəxanaya aparmışdır. Qardaşı Ərşad bıçaqlananda həyətdə adını sonradan bildiyi Şahid5 da olmuş, evdəkilər Eşqini saxlayıb polisə təhvil vermişlər. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, qardaşı Ərşadla aralarında 20- 25 metr məsafə olmuş, hava qaranlıq olduğundan qardaşı Ərşada bıçaq xəsarətlərinin necə yetirildiyinin şahidi olmamış və ümumiyyətcə hadisəni dərk etməmiş, uşaqların bir-biri ilə oynadıqlarını və dalaşdıqlarını düşünmüş, hətta ilk dəfə görəndə onlara səslənərək sakit olmalarını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Baş etibarnamə əsasında özünə məxsus “VAZ 2106” markalı, ** BH *** nömrə nişanlı avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərir. Göygöl və Gəncə şəhəri istiqamətində işləyir. Təqsirləndirilən şəxs o, uşaqlıqdan tanıyır, aralarında salam-sağol vardır. Qeyrət onunla Göygöl rayonunda qonşu kənddə yaşayır. 25 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində o, Göygöl şəhər avtovağzalında idarə etdiyi avtomobillə dayanıb müştəri gözləyirmiş. Bu zaman Qeyrət ona zəng edib onu Gəncə şəhəri, Gülüstan qəsəbəsinə aparmağı demiş, “Fayton” adlı kafeyə gedib oradan Qeyrəti götürmüş və birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsinə, yeni Avtozavod yoluna gəlmişlər. Yolda o, benzin doldurmaq üçün “Lukoil” benzindoldurma məntəqəsinə girəndə Qeyrət yol haqqı olaraq ona 5 manat pul vermiş və o həmin pula benzin almışdır. Qeyrətin bacısının evinə tərəf gələndə yol bağlı olduğu üçün Qeyrət bacısının əri Eşqinə zəng etmiş, harada olduğunu soruşmuş, sonra ona yolu göstərmiş, onlar Eşqini də götürüb digər yolla Qeyrətin bacısının, yəni Eşqinin evinə gəlmişlər. Qeyrətlə Eşqin evə daxil olandan sonra səs-küy eşitmiş, təxminən 5-10 dəqiqədən sonra Eşqinlə Qeyrət çıxmışlar və yenə onun avtomobilinə oturmuşlar, Qeyrət ona bir az qabağa sürməsini demişdir. Təxminən 1 km yol gedəndən sonra Qeyrət avtomobili saxlamasını demiş, o da avtomobili Gəncə şəhəri, Gülüstan qəsəbəsi, yeni Avtazavod yolunda bir evin qarşısında saxlamış, Eşqinlə Qeyrət avtomobildən düşüb təxminən 30-40 metr ondan uzaqlaşmışlar. Bir evin darvazasının qarşısında bir nəfər tanımadığı cavan oğlana yaxınlaşmışlar. Sonra aralarında mübahisə olmuş, həmin şəxs içəri girmiş, Qeyrət, sonra da Eşqin içəri girmişdir. Sonuncunun arxasınca qaçıb içəri girmiş və bir neçə saniyə sonra Qeyrət çıxanda arxası ilə bir neçə qadın və kişi çıxmış və Qeyrət qaçaraq onun avtomobilinə minmişdir. Evin darvazasından qaça-qaça çıxmış, onun avtomobilinə yaxınlaşmış, əlində bıçaq olmuşdur. O, avtomobili sürüb getmək istəyəndə Qeyrət qaçaraq gəlib onun avtomobilinə oturmuş, ona avtomobili Gəncə Avtovağzalına sürməyi demişdir. O, sonuncunun əlində bıçaq olduğundan ona da xəsarət yetirməsindən qorxduğu üçün dediklərini etmiş və Qeyrəti Gəncə şəhər Avtovağzalına aparmışdır. Yolda Qeyrət kiminləsə telefonla danışmış, həmin şəxsə “dincəldiniz, onu öldürdüm” demiş, telefonun batareyası qutardığı üçün sözü yarımçıq qalmışdır. O, Qeyrəti avtovağzalda düşürüb evlərinə getmişdir. Məhkəmədə ifadə verməkdən imtina etdiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 göstərmişdir ki, hazırda anası Şahid4, nənəsi Quliyeva Tamara azyaşlı qız övladı ilə birlikdə yaşayır. Şahid5la 2019-cu ildə evlənmiş, 2020-ci ildə qızları Fidan doğulmuş, Əvvəl Göygöl rayonu, Zurnabad kəndində yaşamış, sonra isə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evlərinə köçmüşlər. Evin təmirə ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evlərinə köçdükdən sonra tanımışdır. Ərşadgilin evi onların evinin yanında olmuş, sonuncu ilə qonşuluq münasibətləri normal olmuş, Ərşad öz evindən onlara tikinti materialları vermişdir. X2 ev almaq istədəyini Eşqinə demiş, 19-20 oktyabr 2023-cü ildə əri Eşqinlə marketə gedəndə yolda Ərşadla rastlaşmış, evini satdığını dediyi üçün Ərşadın evini atasının almaq istədiyini bildirmiş, öz mobil nömrəsini Ərşada verib Eşqinə zəng çatmayanda onunla əlaqə saxlamasını demişdir. Onlar Ərşadla 2-3 dəfə telefonla əlaqə saxlamış və danışıqları evlə bağlı olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində Eşqin işdən evə gəlmiş və axşam yeməyinə başlamışdır. Təxmin 21:30 radələrində Ərşad onun mobil telefonuna zəng etmiş, lakin o, Ərşadın telefon zənginə cavab verməmişdir. Əri Eşqin onun mobil telefonundan Ərşada zəng vurmuş, kim olduğunu soruşmuş, sonuncu da Ərşad olduğunu, ev məsələsinin nə yerdə qaldığını demişdir. Eşqin ona məxsus telefonu yerə çırpıb sındırmış və anası Xəzəngülə zəng edərək “gəlin qızınıza sahib çıxın, mən gedirəm günü 20 manata işləyirəm, qızın ortalıqda qalıb, pis yollara düşüb” demişdir. Eşqin həm də qardaşı Qeyrətə zəng edib “əxlaqsız bacını gəl apar” deyə bildirmiş, telefonu ona vermiş, qardaşı ondan nə olmasını soruşanda heç nə olmadığını demiş, qardaşı Qeyrət onlara gələcəyini demiş və təxminən 22 radələrində qardaşı Qeyrət onlara gələrək nə baş verdiyini soruşmuş, Eşqin də bacında günah yoxdur, gedək Ərşadgilə demişdir. Qeyrətin evdən mətbəx bıçağı götürməyini bilməmiş, Eşqin və Qeyrət evdən çıxıb getmişlər. Təxminən 1 saat sonra polislər evə gəlib qardaşı Qeyrətin cinayət törətdiyini demiş, onlarla birlikdə polis şöbəsinə getmiş, şöbədə Qeyrətin Ərşadı bıçaqladığını öyrənmişdir. Məhkəmədə ifadə verməkdən imtina etdiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs, anası X9 ilə birlikdə yaşamışdır. Şahid5la qızı Nətavan 2019-cu ildə evlənmiş, 2020ci ildə nəvəsi Fidan doğulmuşdur. Qızı Nətavan, kürəkəni Eşqin və nəvəsi Fidan 2023-cü ilin sentyabr ayına kimi ona məxsus Göygöl rayonu, Zurnabad kəndindəki evdə yaşamış, sonra isə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən evə köçmüşlər. xx.xx.2023-cü ildə oğlu Qeyrət saat 16 radələrində evdən çıxmış, dostları ilə çay içməyə getdiyini demişdir. Təxminən saat 21 radələrində kürəkəni Eşqin ona zəng vurub “ay Xəzi xala, gəlin qızınıza yiyə çıxın, ortada qalıbdır” dedikdə, Eşqinə “səy-səy danışma, özüm gələcəm sizə danışarıq” demişdir. Eşqin ona Qeyrətə də zəng vuracağını demiş, o da Eşqinə Qeyrətə zəng vurmamasını, əsəbiləşəcəyini demişdir. O, qızı Nətavanın mobil nömrəsinə zəng vursa da, nömrəsinə zəng çatmamışdır. Təxminən 25-30 dəqiqə sonra oğlu Qeyrət ona zəng edib Nətavangilə getdiyini demiş, Qeyrətə ora getməməyi, evə gəlməsini bildirmişdir. Bir müddət sonra Qeyrətə, kürəkəni Eşqinə zəng vursa da, onun zənginə cavab verməmiş, təxminən 22 radələrində Qeyrət ona zəng edərək “rahatlaşın öldürdüm onu, dincəlin” deyib telefonu söndürmüşdür. 1-2 saat sonra polis əməkdaşları yaşadığı evə gəlib oğlu Qeyrətin cinayət törətdiklərini bildirmişlər, o, polis şöbəsində oğlu Qeyrətin qızıgillə qonşuluqda yaşayan Ərşadı bıçaqladığını öyrənmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 21:24 radələrində Gülüstan qəsəbəsi, T.Bağırov küçəsi “Üç qardaş” marketin yanında yaşayan Şahid1 DİN 102 zəng xidməti mərkəzinə müraciət edərək “Vaz 2106” markalı “** BG ***” qeydiyyat nömrə nişanlı avtomobillə gələn şəxsin bıçaqla əmisi Ərşada xəsarət yetirməsini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 22:12-də Gəncə şəhər TTYS-dən 1-ci X12 hissəsinə “Aqta 6” adlanan ərazidə yaşayan 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsi və qarın boşluğunun daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilməsi barədə məlumat verilmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Tofiq Bağırov küçəsindəki ünvansız fərdi yaşayış evinin qarşısıdır. Hadisə yeri olan evin qarşısındakı darvazadakı yoldan 8 metr məsafədə, asvalt üzərində qanabənzər ləkələr aşkar edilib götürülmüşdür. Cinayət işinə əlavə olunmuş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd ağ rəngli alt köynəyi, bir ədəd ağ rəngli qolsuz köynəyi, bir ədəd boz rəngli yun jaketi, bir ədəd qolsuz gödəkçəsi və bir ədəd göy rəngli cins şalvar baxış keçirilmiş, ağ rəngli alt köynəyinin üzərində qana bənzər ləkələr və bir ədəd kəsik, boz rəngli yun jaketin üzərində qanabənzər ləkələr və bir ədəd kəsik, bir ədəd qolsuz qara rəngli üzərində qanabənzər ləkələr olan gödəkçə və üzərində arxada bir ədəd kəsik, aşkar edilmişdir. Göy rəngli cins şalvar üzərində qanabənzər ləkələr və diz hissəsində sürtülmüş kəsik aşkar edilmiş, təqdim olunan paltarlar qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər 1-ci Polis Şöbəsi tərəfindən Gəncə ŞBPİ-nin İstintaq Bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 13/57-1/2-20432 №li məktubdan görünür ki, xx.xx.2023-cü ildə Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və olduğu yer müəyyən edilərək saxlanılmış və təqdim edilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan məhkəmədə tədqiq edilən Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (125)-539/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli, 3814 № li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Narkoloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli, 7374 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2023-cü il tarixli 1717 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin yan səthində, solda iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Qeyd edilən yaralardan biri daxilə keçərək ağciyərin diafraqmanın və mədənin yaralanması, hemopnevmotoraksla müşahidə edildiyindən həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədənində yuxarıda qeyd edilən yaradan başqa döş qəfəsinin yan səthində, solda bir ədəd, sol kürək nahiyəsində bir ədəd, bel nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmiş, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığa qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş yaralar deşici-kəsici əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 36 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar (bir ədəd qolsuz jaket, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd cins şalvar, bir ədəd gödəkçə) üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim edilmiş hadisə yerindən götürülmüş üç ədəd qanabənzər nümunə üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2023-cü il tarixli 788 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman hər hansı bir ruhi (psixi) xəstəlikdən, müvəqqəti ruhi (psixi) pozğunluqdan əziyyət çəkməmişdir. O, cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir ruhi (psixi) xəstəlikdən və ya müvəqqəti ruhi (psixi) pozğunluqdan əziyyət çəkmir. O öz hərəkətlərinin idarə etmək və bunun məsulliyyətini dərk etmək iqtidarındadır. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə ballistik ekspertizasının 23 fevral 2024-cü il tarixli 16/183 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunan gödəkçənin üzərində olan üç ədəd “a”, “b”,”c” zədələri, poliverin üzərində olan iki ədəd “d”, “e” zədələri, köynəyin üzərində olan üç ədəd “f”, “k” zədələri və maykanın üzərində olan üç ədəd “m”, “n” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş şalvarın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsiri və ya bərk predmetə ilişməsi nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədələridir. Tədqiqata təqdim olunmuş Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 06 noyabr 2023-cü il tarixli 1717 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş gödəkçənin üzərində olan üç ədəd “a”, “b”,”c” zədələri, köynəyin üzərində olan üç ədəd “f”,”k” zədələri və maykanın üzərində olan bir ədəd “m” zədələri müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin yan səthində, solda iki ədəd deşilmiş-kəsilmiş yara”və “döş qəfəsinin yan səthində, solda bir ədəd, sol kürək nahiyyəsində bir ədəd, bel nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş yaralar” xəsarətləri ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələr və xəsarətlər üst-üstə düşür. Lakin qolsuz poliverin üzərində olan iki ədəd “d”, “e” zədələri və maykanın üzərində olan 02 ədəd “n” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil etmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsə məxsus 01 ədəd qolsuz jaket, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd cins şalvar, 01 ədəd gödəkçə iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və Gəncə ŞBPİ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Göygöl RİHB-nin Zurnabad kənd üzrə İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, İsazadə X6 rayonunundan məcburi köçkün olaraq yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı özünümüdafiəsinə dəlil olaraq göstərmişdir ki, xx.xx.2023-cü ildə baş vermiş hadisə zamanı onun əvvəl zərərçəkmişi vurmaq yaxud ona xəsarət yetirmək niyyəti olmamış, Zərərçəkmiş şəxs bacısına zəng edib narahat etməsini inkar etdikdən və istehza ilə ona “siz kimsiz ki, mənim qapıma gəlmisiz” dedikdən sonra qeyrətinə sığışdırmayıb zərərçəkmişi bir neçə dəfə bıçaqla vurmuş, sonuncu aldığı xəsarətlərdən sonra yaşadığı evin həyətinə girəndə ona kömək edib xəstəxanaya aparmaq üçün arxası ilə həyət girmiş, sonradan isə yaranmış səs-küyə ailə üzvlərinin gəldiyini görüb özünü və qarşı tərəfi qorumaq üçün həyətdən çıxıb getmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 №li qərarının 1-ci bəndinin İİ hissəsinə əsasən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin hallarla bağlı məhkəmə qeyd edir ki, işin faktiki halları - hadisənin başvermə mexanizmi, şahid və zərərçəkmiş ifadələri, eləcə də məhkəmə ekspertiza rəyləri hadisə vaxtı təqsirləndirilən şəxsin zərərçəkmişi öldürmək niyyətinin olmasını inkar edilmişdir. İlk növbədə təqsirləndirilən şəxsin əməlin tövsifi və təqsirləndirilən şəxsin qəsdinin nəyə yönəlməsini müzakirə edən məhkəmə tərkibi qeyd edir ki, istənilən cinayətin subyektiv cəhəti olan təqsir (qəsd yaxud ehtiyatsızlıığın) müəyyən edilməsini olduqca çətin məntiqi proses və şəxsin öz əməlinə daxildən formlaşamış və mücərrəd xarakter daşıyan psixi münasibəti olsa da, cinayət qanunvericiliyinin “3M” prinsipinə əsasən (sübutların mümkünlüyü mənsubiyyət və mötəbərliyi) toplanmış birbaşa və dolayı sübutlar, hadisənin motivi təqsirləndirilən şəxsin hadisədən əvvəlki, hadisə vaxtı və sonrakı hərərkətləri təhlil edilməklə şəxsin qəsdinin nəyə yönəlməsini mümkün etmək mümkündür. Hazırki iş üzrə də hadisənin motivi və baş vermə mexanizmi ( zərərçəkmiş şəxsin qonşuluqda yaşahyn təqsirləndirilənin şəxsin bacısı ilə münasibət yaratmağa çalışmasına görə ona zənglər etməsi bunu aşkar edən qadının ərinin qaynı Qeyrətə zəng edərək hadisəni bildirib bacısını aparmasını tələb etməsi, təqsirləndirilənin həyəcanlı və əsəbi şəkildə bacısıgilə gəlməsi, evdən gizli şəkildə mətbəx bıçağı götürməsi, ilk əvvəl həqiqət olub-olmamasını dəqiqləşdirməsi və istehzalı cavabdan sonra əsəbi şəkildə zərərçəkmişə xəsarətlər yetirməsi, zərərçəkmiş şəxs zərbələrdən sonra yaşadığı həyətə keçib qurtulmağa çalışsa da arxası ilə gedib tutmağa çalışması və hər ikisinin yerə yıxılması təkrar zərbələr endirməsi) təqsirləndirilən şəxsin qəsdinin zərəçəkmişi öldürməyə yönəlməsini təsdiq edən hallardır. Təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışında göstərdiyi Zərərçəkmiş şəxs arxası ilə həyətə sonuncuya tibbi yardım gsötərilməsi üçün onu xəstəxanaya aparmaq məqsədilə daxil olmasını bildirməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, işin faktiki halları təqsirləndirilənin daha çox qəsdən adamöldürmək niyyətini tamamlamaq üçün həyətə keçməsini və ondan qaçmağa çalışan zərərçəkmişi yaxalayaraq əməlini başa çatdırmaq istəyinin olmasını təsdiq edir. Müdafiə tərəfinin qeyd etdiyi hal mövcud olduğu təqdirdə zərərçəkmişə ilkin bədən xəsarətləri yetirdikdən sonra təqsirləndirilən şəxs zərərçəkmişə kömək göstərmək istəyini açıq şəkildə, həm zərərçəkmişin, həm də şahidlərin yanında ən azında sözlə bəyan (ifadə) edə, hadisədən sonra, hamı üçün əlçatan olan təcili tibbi yardımın “103” xidmətinə zəng edərək məlumat verə, həmçinin səs-küyə yanlarına gələn, arxası ilə qaçan zərərçəkmiş şəxsin ailə üzvləri və qohumlarına tibbi yardım etmələrini bildirə bilərdi. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsi barədə fikir ilə əlaqədar mövqeyi ondan ibarətdir ki, yuxarıda şərh olunan hallara əsasən inkar edildiyindən müdafiə tərəfinin gətirdiyi dəlillər əsassız olduğu üçün özünümüdafiə kimi qiymətləndirərək rədd edir. Müdafiə tərəfinin göstərdiyi digər əsas yetirilmiş bədən xəsarətləri ilə zərərçəkmişin bədən səthindəki xəsarətlərin birinin üst-üstə düşməməsi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmişin ona bədən xəsarətləri yetirilərkən müxtəlif vəziyyətdə (arxasının təqsirləndirilən şəxsə tərəf, əynindəki gödəkçənin qollarının cibinə salınmış formada yaxud digər vəziyyətdə olması), əməlin tövsifinə təsir edən hal kimi qiymətləndirilə bilməz və məhkəmə tibbi kriminalistik ekpertiza rəyində göstərildiyi kimi müxtəlif şəraitdə yarana bilər. Lakin təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin arxası ilə həyətə girərək, nəinki köməklik göstərməyə çalışmış, əksinə onu tutub yerə yıxaraq digər bədən xəsarətləri də yetirmişdir. Məhkəmənin qənaətinə görə zərərçəkmişin bel və kürək nahiyyəsində olan, sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarətlə də məhz həyətə daxil olduqdan sonra yetirilmiş, zərərçəkmişin müqavimət göstərməyə çalışması və ailə üzvlərinin gəlməsi onu xəstəxanaya aparması nəticəsində vaxtında təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olmuşdur. Nəzərdən qaçırılmamalıdır ki, təqsirləndirilən şəxs Azərbaycan xalqının hər bir üzvü üçün toxunulmaz olan, qeyrət, namus və ləyaqət prinsipləri əsasında hərəkət etsə də, edilmiş qeyri-əxlaqi davranışa görə zərərçəkmiş şəxsdən qisas almaq məqsədilə sonuncunu öldürmək fikrinə gələrək bir növ “qurbana” çevrilmişdir ki, məhkəmə həmin halı təqsirləndirilən şəxsə cəza təyininində yüngülləşdirici hal olaraq nəzərə alacaqdır. Həmin amal və dəyərlər nə qədər müqəddəs olsa da, məhkəmə qeyd edir ki, heç bir adət-ənənə, dini yaxud ideoloji nəzəriyyə, yaxud əsrlər boyu formalaşmış psixoloji düşüncə, qanunun aliliyi ilə müqayisə edilə bilməz və ağırlıq dərəcəsindən asılı olmayaraq heç bir cinayət əməlinə kimsə tərəfindən qeyd edilənlərə əsaslanaraq haqq qazandırıla bilməz. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adam öldürmə) tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12, dəymiş zərəri ödəməsini 59.1.13-cü, cinayət əməlinin əsasən zərərçəkmiş şəxs tərəfindən törədilmiş qeyri-əxlaqi hərəkətlər nəticəsində törədilməsi, məcburi köçkün olması isə CMnin 59.1.8-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cinayət hadisəsinin Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirəın hallar kimi nəzərə alır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs X8 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasına əsasən qeyd edilən cinayət əməli doqquz ildən on dörd ilədək azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 63-cü maddəsin əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyinini məqsədə müvafiq sayır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərəçəkmiş şəxsə məxsus 01 ədəd qolsuz jaket, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka , 01 ədəd cins şalvar, 01 ədəd gödəkçə hökm qanuni qüvvəyə mindkdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk və telefon saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. İş üzrə məhkəmə məsrəfi olan 31,50 (otuz bir manat, əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 7 (yeddi) il, 10 (on ay) 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan zərəçəkmiş şəxsə məxsus 01 ədəd qolsuz jaket, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd cins şalvar, 01 ədəd gödəkçə hökm qanuni qüvvəyə mindkdən sonra Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31,50 (otuz bir manat, əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar