Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-434/2024 02.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu, Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X5 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Daşkəsən rayonu, Daşkəsən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: X10 insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 01 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu, Mollalı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində, həmkəndlisi 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs onun evinin həyətinə gəlib barəsində həqiqətə uyğun olmayan sözləri anası Şahid1 onun tərəfindən deyilməsini bəhanə edərək onun ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, deşicikəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa nahiyyəsinə cəmi 2(iki) dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığına, döş qəfəsinin sol arxa divarının daxilə keçməyən 1 (bir) ədəd kəsilmişdeşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər, sol tərəfli travmatik hemotoraksla müşayiət olunan döş qəfəsinin sol arxa divarının daxilə keçən 1 (bir) ədəd insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Hüsyeni özünü müdafiə etmək üçün vurmuşdur. Hüseyn anasının xəstəsi olmuşdur. Oğlunun dostu olmaqla uşaqlıqdan onların yanında böyümüş və pis uşaq olmamışdır. Onun anası zərərçəkmiş şəxsin sənədlərinin hazırlanması zamanı zərərçəkmiş şəxsdən harada işləməsini soruşmuş o isə mağazada işləməsini bildirmişdir. O, 10 ildir ki tək yaşayır, ərindən ayrılmış, oğlu usə atası ilə getmişdir. Anası ona nəsə lazım olarsa özünün alıb gətirməsini Hüseyndən xahiş etmişdir. Ona tanımadığı nömrədən zəng gəlmiş və xəttdə olan şəxs Hüseyn olduğunu bildirmişdir. Həmin vaxt Hüseyn nömrəni Minayə nənə verdiyini bildirmişdir. Sonra kənddə güclü külək əsmiş və həmin vaxt o, Hüseyndən şam almasını və ona gətirməsini xahiş etmişdir. Hüseyn ona şam almış və evinə gətirmişdir. Həmin vaxt Hüseyn ondan isti çayın olubolmasını soruşmuş, o da «əvvəllər əri, oğlu olduğunu indi isə onun barəsində pis fikirləşərlər, deyərlər ki, bu burada tək yaşayır bunun burada nə işi var» demişdir. Hüseyn isə cavabında “qələt edirlər” demişdir. O isə cavabında “sən deməklə deyildir» demişdir. Hüseyn hasarı itələyərək evə daxil olmuş o da həmin vaxt anasına zəng etmiş və Hüseynin onlara gəlməsini bildirmişdir. Anası isə cavabında ona “gəlib lap yaxşı”demişdir. O telefonu söndürdükdən sonra Hüseyn ona anasına nə üçün bildirdiyini soruşmuş, o isə cavab olaraq, “sən səmimisənsə niyə deməyim” demişdir.Həmin vaxt Hüseyn ona qəribə baxmışdır. Bundan sonra o, Hüseynə Naftalana toya getdiyini və “yaxşı qızlar vardır birini oğluna birini sənə düzəldərdik”demiş, Hüseyn isə cavabında “qız sənsən”demişdir. Həmin vaxt o, Hüseynin yaxasından tutuaraq “utanmırsan ağır hərəkətlər edirsən” demiş və Hüseynin anasına zəng etmiş, anası isə cavabında oğlunun ağır dərimanlar qəbul etdiyindən özündə olmamasını bildirmişdir. Həmin vaxt Hüseynin anası ona qardaşına, oğluna deməməsini bildirmiş və “qan düşər, olmamış kimi qəbul eləməsini” demişdir. Ertəsi gün anası onu çağırmış və söhbət etmək lazım olduğunu bildirmişdir. O saat 12 radələrində onlara getmiş və onlar söhbət etmişlər. Hüseynin anası oğlu dərman qəbul etdiyindən sonuncunun ağlının özündə olmamasını bildirmişdir. Sonra o, Hüseynin anasına “Hüseyn Ceyran adlı qızla gəzir və caamatın ailəsini dağıdır”, bilsələr çox pis olacağını demişdir. Həmin vaxt anası bir şəxsə zəng etmiş və Dürdanə belə-belə şeylər deyir” bildirmişdir. Daha sonra Hüseynin anası ona zəng vurmuş və “Hüseyn deyib ki Dürdanəni öldürəcəm onun nə işinə qalıb mən kimlə gəzirəm” demişdir. Hüseynin anası Hüseynin ona hər hansı bir xəsarət yetirə biləcəyini deyib evdə qalmamasını bildirmişdir. Bu səbədən o, gedib qonşu gildə qalmasını düşünmüş, həmin vaxt Hüseynin gəldiyini görmüşdür. Həmin vaxt Hüseynin əlində şüşə parçası olmuş, onu təhqir edərək ona xəsarət yetirmiş, onun boğazından qan axmışdır. Onun boğazı kəsilən zamanı o Hüseyni itələmişdir.O, Hüseynin əlindən çıxaraq çölə qaşmışdır. Hüseynin əlində şüşə olmuşdur.Hadisə evin içərisində olmuş, həmin vaxt o Hüseyni itələyərək çölə çıxmış və Hüseyn yenidən ona hücum etmişdir.Həmin vaxt Hüseyn onu arxadan tutmuş o isə Hüseynin əlindən çıxmışdır.O tək yaşadığı üçün bıçaq onun üzərində olmuşdur. O, kiməsə xəsarət yetirmək istəməmiş, Hüseyn ondan əl çəkmədiyindən özünü müdafiə etmək üçün bıçaqla Hüseynə xəsarət yetirmişdir.Hüseynin anası hadisədən sonra gəlmişdir. Hadisə heç 20 dəqiqə çəkməmişdir.Hüseyn onu evin içərisində vurmuş, o, isə Hüseyni pilləkəndən düşəndə vurmuşdur.O ekspertizadan keçmiş,boğazındakı xəsarətin əlamətləri şüşə ilə kəsilmə olmuş,başqa cızıqları da olmuşdur. O, Hüseynin onu öldürəcəyini düşünüb çölə çıxmışdır, Hüseyn yenidən onu vurmaq istəmiş, o üzərində olan bıçağı açaraq iki dəfə Hüseynə xəsarət yetirmişdir.Bundan sonra Hüseynin anası gəlmiş oğlunu aparmışdır. O, isə 102-ə zəng etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, telefon ilə danışarkən Dürdanə ondan onun haqqında kənddə nə danışılmasını soruşmuşdur. Dürdanə onu telefonda təhqir etmişdir. O, da mağazaya gəlmiş, mağazadan isə Dürdanə gilə getmişdir. Dürdanə gilə getdikdən sonra Dürdanə onu bıçaqlamışdır. Söz-söhbət yaranmışdır, o, evdən çıxan zamanı nətərsə oldusa Dürdanə onu bıçaqlamışdır. O, Dürdanənin yanına anası ilə birgə getmişdir. Dürdanə onun anasına sözyüş söymüşdür.O, kənarda durub baxmış soyüş söyməmiş,əlində şüşə olsa da Dürdanəyə qarşı heç bir hərəkət etməmişdir.İbtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhəkəmədə zərəçəkmiş şəxsin ifadəsi tədqiq edilmiş, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, «o, Bərdə rayonu, Mollalı kəndində atası və anası ilə birlikdə yaşayır. X7 tanımış, belə ki, Dürdanə ilə həmkəndlidir. Hətta Dürdanənin anası Manyanın yanında, Gəncə şəhərində müalicə almışdır. Bundan başqa Dürdanənin anası Manya ondan xahiş etmişdir ki, arada bir Dürdanə ilə maraqlansın, Dürdanəyə nəsə lazım olsa aparıb versin. Dəqiq xatırlamadığı vaxtda onun həmkəndlisi olan Tural adlı şəxslə söhbət edən zaman Dürdanənin Dürdanənin “tiktok” sosial şəbəkəsində olan hesabını ona vermişdir. O, həmin hesabda olan bəzi şəkilləri bəyənmişdir. X15 “tiktok” sosial şəbəkəsində öz təşəkkürünü bildirmişdir. Bu formada həmin hesabla bir müddət yazışmaları olmuş, bundan sonra Dürdanə ona telefon nömrəsini vermiş və onunla danışmışdır. Lakin, aralarında heç bir sevgi və ya digər formada münasibəti olmamışdır. Bayramdan bir-iki gün əvvəl Dürdanə ona zəng edərək, şokolad istədiyini bildirmişdir. O, həmin şokoladı alaraq Dürdanənin evinə aparmışdır. Dürdanəyə çay içmək istədiyini bildirdikdən sonra, Dürdanə onu evinə dəvət etmiş və çay təklif etmişdir. Həmin vaxt onların arasında heç bir problem olmamışdır. Hətta Dürdanə zarafatla ona qız alacağını bildirmişdir. O, da ona qız istəmədiyini bildirmişdir. Həmin vaxt Dürdanə telefonda bacısı ilə danışmış və onun getnəyini istədiyindən, o getmişdir. xx.xx.2024-cü il tarixdə Dürdanə ilə telefonla danışan zaman Dürdanə ona demiş ki, kənddə onun haqqında pis söz desələr, onu müdafiə etsin. O, Dürdanə ilə Tural adlı şəxsin münasibəti olması barədə bildirmişdir. Bundan əsəbiləşən Dürdanə Xəlilova telefon xəttinə Turalı qoşmuş və Tural onu söyüb təhqir etmişdir. Bundan sonra Dürdanə Dürdanədə telefonda onun anasını və onu təhqir etmişdir. O da bu söhbətləri anasına demiş və anasıda bundan sonra Dürdanəni yığmış, Dürdanəni evə görüşə dəvət etmişdir. Anası ilə Dürdanə Xəlilova evdə görüşən zaman o, evdə olmamışdır. Görüş zamanı Dürdanə anasına onların kəndində yaşayan Ceyran adlı qadınla münasibətinin olduğunu bildirmişdir. Anasıda buna görə onu danlamışdır. O, anasına həmin münasibətin çoxdan olduğunu, hal-hazırda elə bir şeyin olmadığını bildirmişdir. Bundan sonra Dürdanənin anasına Ceyranı deməsindən əsəbiləşərək, Dürdanənin anasına zəng edərək, qızının Tural ilə əlaqəsi olduğunu bildirmişdir. Dürdanənin anası onun üzərinə şər atmış ki, guya o, Dürdanəyə əxlaqsız təklif etmişdir, lakin belə olmamışdır. O, bu şərdən əsəbiləşərək, anasınıda götürüb Dürdanənin evinə getmişdir. Anası evə girib oturmuş, o, isə qapının ağzında ayaq üstə durmuşdur. Söhbət zamanı o, Dürdanəni, Dürdanə isə onu təhqir etmişdir. Sonra Dürdanə onları evdən qovmuş və onlarda evdən çıxan zaman Dürdanə ilə mübahisə etmişdirlər. O, heç bir xəsarət yetirmək məqsədi olmadığından Dürdanə ilə ancaq sözlü mübahisə etmişdir. Dürdanə əsəbiləşərək özündən çıxmış və onu əli ilə vurmuşdur. Anası onların arasına durmuşdur. Sonra onlar oradan uzaqlaşan zaman anasının əlində qan olduğunu görmüşdür. Sonra o, sol döş qəfəsinin altından və kürək nahiyyəsindən xəsarət aldığını bilmişdir. Bundan sonra 102 xidmətinə zəng edərək bıçaqlanmasını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, anası ilə Dürdanə Xəlilovanın evinə söhbət etməyə getdiyini, söhbət edən zaman əlində heç nə olmadığını bildirmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə Bərdə rayonu, Mollalı kəndində Dürdanənin yaşadığı evin həyətində baş vermişdir. Hadisə təxminən 10 dəqiqə müddətinə çəkmiş və hadisə zamanı o, xəsarət almışdır. Başqa heç kim xəsarət almamışdır.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Dürdanə yeni il axşamı onlarda olmuşdur. Ertəsi gün oğlu saat 10 radədlərində mağazaya getmişdir. Hüseyn həmin vaxt ona onu təhqir və şantaj etdiyindən Dürdanə ilə dalaşdığını bildirmişdir. Dürdanə onlarda olmuş və onlar deyib gülmüşlər və Dürdanə çıxıb getmişdir. Dürdanə Hüseynə onun sübutları vardır” onun anası pis yolun yolçusudur” demişdir. Oğlu Hüseyn hər gün dərman qəbul etmişdir. O, Dürdanəni çağırmış və ana bala kimi söhbət etmişlər və o, Dürdanədən “ay Dürdanə axşam bizdə olumsan nə olubdur” deyə sonruşmuş, Dürdanə isə cavabında ona «Hüseyn onu təhqir edir onu başqaları ilə bilir» demişdir. Həmin vaxt o, Dürdanəyə “ay Dürdanə lap istəyirsən sənində Hüseynində ayaqına düşüm bu söhəbti bağlayaq, bu yaşda mənə belə şeylər demisən yığışdır qurtarsın” demişdir. Dürdanə onunla razılaşaraq çıxıb getmişdir. O Hüseynə dərmanlar vermiş və həmin vaxt Hüseyn ona Dürdanənin onu çağrmasını və onun pozğun olması ilə bağlı sübutları olmasını bildirdiyini demişdir. Həmin vaxt o, Hüseyni başa salmış, lakin Hüseyn çox əsəbi olmuşdur. Hüseyn ilə Dürdanə gilə-getmiş və orada Dürdanədən “niyə belə etmisən” sözləri deyəndə Dürdanə başqa sözlər deməyə başlamış və “Hüseyn sən məni qısqanırsan”demişdir. Həmin vaxt o, Dürdanəyə onun haqqında dedikləri sözlərin bağlandaığını, Hüseyni isə onun bağışlamasını bildirmişdir. Bundan sonra onlar çölə çıxmışlar, həmin vaxt Dürdanə çox əsəbi olmuşdur. Həmin vaxt Dürdanə əlində telefonu tuturaq bunu açıb töksəm siz biyabır olacaqsınız və Hüseynin üstə atılaraq sinəsindən vurmuş, o, isə Dürdanəni qırağa çəkmişdir. Daha sonra Dürdanənin Hüseyni bıçaqlandığını bilmiş və Hüseyni o oradan aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Hüseyn xəstəxanasında yatmış,onun nəvəsi Hüseynlə dost olmuşlar. O, Hüseynə qızı kənddə tək qaldığından nə lazım olarsa verməsini demişdir. Hüseyn ona əsəbi halda zəng etmiş və qızını öldürəcəyini demişdir. Həmin vaxt Hüseyn ona qızının onun anasına nəlayiq ifadələr işlətdiyini demişdir. O, isə Hüseynə“Dürdanə durduğu yerdə sənin anana nəlayiq ifadələr işlətməz”deyə bildirmiş və o, Hüseynin anasının yanına gələcəyini demişdir. Hüseyn həmin vaxt ona sən kimsən deyib hədə qorxu gəlmişdir. X16 anasının yanına getmiş və bundan sonra nə olmasından xəbəri olmamışdır. Hüseyn Dürdanənin yanına gəlmiş, çay içməyini bildirmişdir. Dürdanə isə Hüseynə “bala evdə kişi yox heç kəs yox” demiş və bundan sonra Dürdanə bacısına zəng etmişdir. Bunları ona o biri qızı demişdir. O Psixiatrik xəstəxanada işləyir və Hüseyn orada müalicə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hüseyn deyib ki, Dürdanənin tiktokunu o vermişdir mənə o isə bildirmişdir ki, elə bir şey olmamışdır. Kənddə ona Tural deyilir, rəsmi adı Əkbərdir. Hadisəni səhəri günü bilmişdir.Həmin vaxt o xəstə xəstə olmuş, kənddə söyüş üstə bıçaqlanma olduğunu demişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X10 02 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarından görünür ki, X5 barəsində «Həbs» qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 yanvar 2024-cü il tarxili qərardan görünür ki, təqsirləndirilən şəxs X10 barəsində “polisin nəzarəti altına vermnə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış protokolundan” görünür ki, baxış Bərdə rayonu, Mollalı kəndində yerləşən X5 yaşadığı fərdi yaşayış evində, təbii işıqlandırma şəraitində keçirilmişdir. Evin həyətinə qarğıdan hazırlanmış qapı vasitəsi ilə daxil olunmuşdur. Evin həyətinə daxil olduqda sağ tərəfdə bir mərtəbəli, kürsülü, kəsik daşlardan tikilmiş ev olduğu görünmüşdür. X10 həmin evin özünəməxsus olduğunu və həmin evdə tək yaşadığını bildirmişdir. Zərərçəkmiş şəxs onu evinin içərisinə daxil olmuş və ifadəsində verdiyi səbəblərə görə mübahisə etmişdirlər. Bundan sonra Zərərçəkmiş şəxs çölə itələyərək çıxarmış və evin həyətində Zərərçəkmiş şəxs bıçaqla 2 dəfə xəsarət vurmuşdur. Xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs anası gəlmiş və birlikdə getmişlər. Hadisə zamanı boyun nahiyyəsindən xəsarətlər almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 yanvar 2024-cü il tarixdə “götürmə aparılması haqqında” protokol tərtib edilmiş, həmin protokoldan görünür ki, X10 hadisə vaxtı istifadə etdiyi 1 ədəd bıçaq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 yanvar 2024-cü il tarixdə “əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Bərdə Mərkəzi Rayon X2 xadimə işləyən X11 bir ədəd qara rəngli maykanı, bir ədəd boz rəngli poluveri və bir ədəd tünd boz rəngli köynəyi təqdim edərək Zərərçəkmiş şəxs yaralı vəziyyətdə xəstəxanaya gətirilərkən həmin paltarın Zərərçəkmiş şəxs əynində olduğunu, Zərərçəkmiş şəxs cərrahiyyə əməliyyatı olunması üçün paltarlarını soyundurduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 05 fevral 2024-cü il tarixli, 75 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol tərəfli travmatik hemotoraksla müşayət olunan döş qəfəsinin sol arxa divarının daxilə keçən 1 (bir) ədəd və daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlmişdir. Dərəcələrinə görə; a) sol tərəfli travmatik hemotorakla müşayət olunan döş qəfəsinin sol arxa divarının daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid olmuşdur; b) döş qəfəsinin sol arxa divarının daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid1 barəsində məhkəmə-tibb ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 14 nömrəli rəydən görünür ki, vət. Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ əlin İ barmağının İ falanqasının səthi kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X5 barəsində məhkəmə-tibb ekspertizasının 06 yanvar 2024-cü il tarixli, 13 nömrəli rəydən görünür ki, vət. X5 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol said, boyun nahiyyələrinin səthi kəsilmiş yaraları kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqla törənə bilməsi istisna edilmir, özü-özünə yetirilməsi inkar olunmur; sol said, boyun nahiyələrinin çapıq toxumalarının əmələ gəlmə mexanizmini dəqiq demək mümkün deyildir, lakin kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindəntörənə bilməsi istisna edilmir, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.Törənmə müddətləri; a) sol said, boyun nahiyələrinin səthi kəsilmiş yaraları qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir; b) sol said, boyun nahiyələrinin çapıq toxumalarının müddəti isə 1,5 ildən yuxarıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-tibbi və məhkəmə kriminalistik ekspertizası təyin olunmuş, ekspertin 13 mart 2024-cü il tarixli, 100-2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd, puloverin arxa səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd və gecə köynəyinin arxa səthinin sol yarısının yuxarı hissəsində 04 (dörd) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ici və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Təqdim edilmiş geyim əşyalarının üzərində olan deşilmiş-kəsilmiş zədələrin yetirildiyi alətin (alətlərin) batma dırinliyində eni 4-18 mm ölçüdə olmaqla, qeyd edilən konstruktiv xüsusiyyələrə malik olmuşdur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşicikəsici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-tibbi və məhkəmə kriminalistik ekspertizası təyin olunmuş, ekspertin 14 mart 2024-cü il tarixli, 141/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/-dir. (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus mayka, pulover və alt köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrupu göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə 0/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X10 barəsində məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2024-cü il tarixli 156 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək iş üzrə təqsirləndirilən şəxs X10 cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkərlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. X5 əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 01 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu, Mollalı kəndində X8 məxsus fərdi yaşayış evinin həyətində baş vermiş hadisə zamanı ətrafa kənar şəxslər gəlməmişdir. X1 Hüseyn Natiq oğlunun onun evinin həyətinə gəlib barəsində həqiqətə uyğun olmayan sözləri anası Şahid1 onun tərəfindən deyilməsini bəhanə edərək onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşdiyindən hadisə baş vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X6 barəsində məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 rayonu, Mollalı kəndində yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 17 fevral 2024-cü il tarixli məktubundan görünür ki, X10 “Bərdə RMX” phş-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirləməsi haqqında qərardan” görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd boz rəngli pulover, bir ədəd tünd boz rəngli köynək və bir ədəd məişət təyinatlı, qatlanan tipli cib bıçağı maddi sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X5 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun evinə gələrək, əlində olan şüşə parcası ilə onun üzərinə hücüm çəkməsini və sonuncuya bu səbəbdən özünü müdafiə etmək məqsədi ilə bıçaq xəsarətini yetirməsi ilə bağlı dəlilinə qiymət verərək hesab edir ki,cinayət hadisəsəinin törədidlməsi zamanı heç bir özünümüdafiədən söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikasının CM-in 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Cinayət işinin materiallarından və məhəkəmədə araşdırılan sübütlardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs Natıq oğlunun əlində hər hansı bir kəsici xassəyə malik əşyanın olub-olmaması öz təsdiqini tapmamış,həttə olmuş olsa belə onun əməlində hər hansı qəsdlə əhatə olunmamış, zərəçəkmişin niyyəti Dürdanə Xəlilova ilə mübahisəni aydınlaşdırmaq olmuşdur. Əgər qəsdin qarşısı alınmışdırsa zəruri müdafiə vəziyyəti başa çatır. Belə ki, təqsirləndirilən şəxs X5 özünün ifadəsinə əsasən, o, hadisə vaxtı Zərərçəkmiş şəxs itələyərək çölə çıxarmış və beləliklə də Hüseynin onun üzərinə gəlməsi qəsdinin qarşısını almış, başqa sözlə Zərərçəkmiş şəxs artıq ona xəsarət yetirmə imkanı olmamışdır. Hücum üçün real təhlükənin yaranması heç də gələcəkdə edilməsi gözlənilən ictimai təhlükəli qəsdi nəzərdə tutmur. Hadisə vaxtı hadisə yerində onun qarşısına duraraq qoruyan, özünü canlı sipər edən Zərərçəkmiş şəxs anası Şahid1 da olması Dürdanə Xəlilovanın həyat və sağlamlığı üçün real təhlükə yaranmasına imkan verməmişdir. Belə vəziyyətdə hər hansı zəruri müdafiədən söhbət gedə bilmədiyi kimi zəruri müdafiə həddinin aşılmasından da söhbət gedə bilməz. Bundan başqa məhəkəmədə araşdırılan sübutlardan görünür ki, hadisə vaxtı X5 üzərində bıçaq olmuş və sonuncu Zərərçəkmiş şəxs itələyərək evin həyətinə qədər çıxarmışdır. Bütün bunlar təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs Yusif Hüseynovun “təhlükəli əməl”indən qorunmaq niyyətinin olmamasına dəlalət edir.Başqa sözlə hadisə vaxtı təqsirləndirilən şəxs Dürdanə Xəlilova həmin vaxt bıçaqla ona yönələn real qəsdindən zəruri müdafiə hüququ verməmişdir. Başqa sözlə Zərərçəkmiş şəxs artıq ona xəsarət yetirmə imkanı olmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən,məhəkəmə hesab edir ki,təqsirləndirilən şəxs X5 əməli CM-in 130.1-ci maddəsi ilə qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Zərərçəkmiş şəxs onun evinin həyətinə gəlib barəsində həqiqətə uyğun olmayan sözləri anası Şahid1 onun tərəfindən deyilməsini bəhanə edərək onun ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa nahiyyəsinə cəmi 2(iki) dəfə qəsdən zərbə endirərək Zərərçəkmiş şəxs sağlamlığına, döş qəfəsinin sol arxa divarının daxilə keçməyən 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər, sol tərəfli travmatik hemotoraksla müşayiət olunan döş qəfəsinin sol arxa divarının daxilə keçən 1 (bir) ədəd insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurması məhəkəmədə tam sübüta yetirilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, X5 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, X10 həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən X8 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması yüngülləşdirilən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. X5 ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan yüngülləşdirici halları ,eləcə də təqıirləndirilən şəxsin qadın olması nəzərə alınmaqla hesab edir ki, təqsirləndirilən şəxs X5 barəsində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, X5 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X8 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. X5 cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 02 oktyabr 2024cü il tarixdən hesablanmalıdır. X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə zalından həbs edilməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmadır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə Rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd boz rəngli poluver, bir ədəd tünd boz rəngli köynək qanuni sahibə qaytarılmalı, imtina etdikdə məhv edilmədir. Bir ədəd məişət təyinatlı, qatlanan tipli cib bıçağ məhv edilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 02 yanvar 2024-cü il tarixdən 04 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X5 cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 02 oktyabr 2024-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə Rayon Polis Şöbəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd boz rəngli pulover, bir ədəd tünd boz rəngli köynək qanuni sahibə qaytarısın imtina etdikdə məhv edilsin. Bir ədəd məişət təyinatlı, qatlanan tipli cib bıçağ məhv edilsin. Hökmdən, elan olunduğu (X10 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-434/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-434/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver