Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-435/2023 22.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X6 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünür ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında 2022-ci ilin yanvar ayının axırlarında saat 19 radələrində vahid niyyətlə, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 Rafayıl oğluna məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə darvazanın altından keçmə yolu ilə daxil olmaqla, evin otaqlarına daxil olmaqla 400 manat dəyərində 150 metr uzunluğunda 4mm-lik (2x4mm) mis naqili, 2022-ci ilin fevral ayının axırlarında saat 19 radələrində isə 120 manat dəyərində 15 ədəd Akkord markalı sement və 138 manat dəyərində 12 ədəd hər biri 2.5x15x600 sm ölçülərində şam taxtanı gizli olaraq talayıb, zərərçəkmiş Ramayıl Əsgərova 658 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qaynı Şahid8 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən bərbər köşkünün qarşısında əvvəldən tanıdıqları X2 yanına gələrək, guya 4-5 ay bundan əvvəl Röyalı polislərə onun satdığını bildirib heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər, həmin vaxt Təqsirləndirilən şəxs1 əlində olan və silah qismində istifadə etdiyi armaturla X2 baş nahiyəsinə vuraraq ona sağ təpə nahiyəsinin əzilmiş yarası xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişlər. Bundan başqa o, 14 iyun 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri Səməd Vurğun küçəsi 86 nömrəli fərdi yaşayış evində yaşayan qayınatası Şahid7 məxsus evin qarşısından qonşusu Zərərçəkmiş şəxs3 qızına məxsus, həmin küçədə yerləşən 81 nömrəli fərdi yaşayış evinin qarşısına gəlmiş, həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs3 qızı ona qızı Şahid1 qızına əxlaqsız deməsi ilə bağlı irad bildirərək təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs1 əlində gəzdirdiyi istintaqa məlum olmayan balta ilə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs3 baş beynin alın-təpə gicgah paylarına subdural, subaraxnoidal qansızma, alın-təpə sümüyünün kələəsasına keçən xətti sınığı, açıq-kəlləbeyin travması ilə müşayiət olunan alın-təpə nahiyəsinin çapılmış yarası xəsarəti ilə nəticələnən insan həyatı üçün təhlükəli olduğundan sağlamlığıa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdəm sağlamlığına ağır zərər vurmuşdur. Həmçinin ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında 2022-ci il fevral ayının sonlarında saat 20 radələrində Zərərçəkmiş şəxs2 Rafayıl oğluna məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə darvazanı açma yolu ilə daxil olmuş, evin həyətindən hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə ümumi dəyəri 120 manat olan 08 ədəd Akkord markalı sementi, ümumi dəyəri 400 manat olan 250 metr uzunluğunda iki damarlı, 4mm-lik ( 2x4mm) mis elektrik naqilini, ümumi dəyəri 138 manat olan 12 ədəd hər biri 2.5x15x600 sm ölçülərində şam taxtanı qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 Rafayıl oğluna ümumilikdə 658 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla oğurluq etmişlər. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 177.2.1 və 177.2.3cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuş, CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmiş və CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 da vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Müdafiəçi və təqsirləndirilən şəxs vəsatətlərini onunla əsaslandırmışlar ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə işin faktiki hallarına uyğun olmayan qeyri-müəyyən ittihamlar verilmişdir. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması, həmçinin CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, o cümlədən CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs1 verilmiş ittihamda göstərilmişdir ki, o, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında 2022-ci ilin yanvar ayının axırlarında saat 19 radələrində vahid niyyətlə, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 Rafayıl oğluna məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə darvazanın altından keçmə yolu ilə daxil olmaqla, evin otaqlarına daxil olmaqla 400 manat dəyərində 150 metr uzunluğunda 4mmlik (2x4mm) mis naqili, 2022-ci ilin fevral ayının axırlarında saat 19 radələrində isə 120 manat dəyərində 15 ədəd Akkord markalı sement və 138 manat dəyərində 12 ədəd hər biri 2.5x15x600 sm ölçülərində şam taxtanı gizli olaraq talayıb, zərərçəkmiş Ramayıl Əsgərova 658 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 birinci dəfə 2022-ci ilin yanvar ayının axırlarında, ikinci dəfə isə 2022-ci ilin fevral ayının axırlarında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında Zərərçəkmiş şəxs2 Rafayıl oğluna məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə daxil olaraq 658 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla belə, ittiham aktının nəticəvi hissəsində digər Təqsirləndirilən şəxs2 verilmiş ittihamda onun tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında 2022-ci il fevral ayının sonlarında Zərərçəkmiş şəxs2 Rafayıl oğluna məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə daxil olaraq 658 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etdiyi göstərilmişdir. Göründüyü kimi oğurluq epizodu üzrə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girən qrupun iştirakçısı Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda hadisənin törədilmə vaxtı 2022-ci ilin yanvar ayının axırları, ikinci dəfə isə 2022-ci ilin fevral ayının axırları göstərilsə də, qrupun digər iştirakçısı Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda hadisənin törədilmə vaxtı 2022-ci il fevral ayının sonları göstərilmişdir. Qeyd edilən epizod üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Rafayıl oğlu ifadəsində göstərmişdir ki, o, oğurluq hadisəsi baş verən evdə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmuş, bu səbəbdən də hesab etmiş ki, ona məxsus evdən oğurluq hadisəsi 24 fevral - 01 mart 2022-ci il tarixlər aralığında baş vermişdir. Həmçinin qeyd edilən epizod üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da ifadəsində Zərərçəkmiş şəxs2 Rafayıl oğluna məxsus evdən oğurluğu 2022-ci ilin fevral ayının axırlarında törətdiklərini etiraf etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 da ifadəsində Zərərçəkmiş şəxs2 Rafayıl oğluna məxsus evdən oğurluğu 2022-ci ilin fevral ayının axırlarında törətdiklərini bildirmişdir. O cümlədən ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 da ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayının axırlarında gündüz vaxtı onun işlədiyi metal qəbulu məntəqəsinə gələrək ona mis məftil satmışdır. Göründüyü kimi həm təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxsin, həm də ki şahidin ifadələri ilə oğurluq hadisəsinin 2022-ci ilin fevral ayının axırlarında baş verməsi müəyyən edildiyi halda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda hadisənin törədilmə vaxtı səhv göstərilərək, hadisənin guya 2022-ci ilin yanvar ayının axırlarında baş verməsi yazılmışdır. Bundan başqa, qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 iştirakçılıqla bağlı ümumi ittiham irəli sürülsə də, onlara qarşı verilmiş ittihamda hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması konkret əks etdirilməmiş, o cümlədən onların rolları tam təsvir edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 31-ci bəndində göstərilmişdir ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Bundan başqa, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 qızı ilə bağlı irəli sürülmüş ittihamda hadisənin törədilmə vaxtı kimi 14 iyun 2022-ci il tarix göstərilmişdir. Halbuki iş materiallarında olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən, hadisə yerinə baxış protokolundan, tibbi sənədlərdən və digər istintaq materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 ağır bədən xəsarətlərini 14 iyul 2022-ci il tarixdə almış, yəni ittiham aktının nəticəvi hissəsində göstərilmiş tarixdən bir ay sonra almışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 ilə bağlı verilmiş ittihamda da hadisənin törədilmə vaxtı səhv göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 ilə bağlı Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülərək cinayətin motivi kimi xuliqanlıq niyyəti götürülsə də, faktiki olaraq Təqsirləndirilən şəxs1 verilmiş ittihamda cinayətin motivi kimi şəxsi münasibətlər göstərilmişdir. Yuxarıda qeyd edilən ittihamın təsvirindəki hadisənin törədilmə vaxtı və motivi ilə bağlı, o cümlədən iştirakçılıqla bağlı epizodlar üzrə hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunmasının konkret əks etdirilməməsi və onların rollarının tam təsvir edilməməsi kimi kobud pozuntular ittiham aktının həm nəticəvi hissəsində, həm də təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir. Həmçinin qeyd edilən pozuntular 24 və 29 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarlarda, 06 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda, iş materiallarında olan həm həbs müddətinin, həm ibtidai istintaq müddətinin uzadılmasına dair vəsatət və təqdimatlarda, o cümlədən elektron imza ilə imzalanmış bütün prosessual qərarlarda və digər qərarlarda da öz əksini tapmışdır. Göründüyü kimi təqsirləndirilən şəxslərə verilmiş ittihamlar qeyri-müəyyən olmaqla, Zərərçəkmiş şəxs3 ağır bədən xəsarəti alması, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq hadisəsi üzrə hadisənin törədilmə vaxtları dəqiq göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-in 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası CPM-in 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin müdafiə tərəfinin hüquqları ilə bağlı tələblərinə Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən ədalətli məhkəmə araşdırması hüququnun xüsusi aspekti kimi baxılmalıdır (Saxnovski Russiyaya qarşı [BP], § 94; Qefgen Almaniyaya qarşı, § 169). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində müəyyən edilən xüsusi təminatlar cinayət işlərində ortaya çıxan səciyyəvi prosedur vəziyyətlərin nümunəsində ədalətli məhkəmə araşdırması anlayışını izah edir, lakin onların əsl məqsədi hər zaman bütövlükdə cinayət mühakimə icraatının ədalətliliyini təmin edir və ya onun təmin edilməsinə töhfə verir. Buna görə də 6-cı maddənin 3-cü bəndi ilə qorunan təminatlar özözlərində məqsəd səciyyəsi daşımırlar və müvafiq olaraq məhkəmə icraatının ümumi kontekstində malik olduqları funksiya nəzərə alınmaqla təfsir olunmalıdırlar (Mayzit Rusiyaya qarşı, § 77; Kan Avstriyaya qarşı, § 48). Konvensiyanın 6-cı maddəsinin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Bundan başqa, cinayət işinin 3-cü cildində vərəq 351-də olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, tanış etmə istintaq hərəkəti 09 iyul 2023-cü il tarixli saat 10:00-da başlanmış və həmin gün saat 10:00-da başa çatmışdır. Göründüyü kimi tanış etmə istintaq hərəkətinin başlanma saatı ilə qurtarma saatı eynidir. Bu isə həmin istintaq hərəkətinin formal olaraq keçirildiyinə dəlalət edir. Bundan başqa, cinayət işinin 3-cü cildində vərəq 352-dən sonra 353-cü vərəq qoyulmalı olduğu halda, 353-357-ci vərəqlər ümumiyyətlə cinayət işinin materiallarında yoxdur və vərəq 352-dən sonra birbaşa 358-ci vərəq gəlir. 358-ci vərəqdə isə olan “zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” 09 iyul 2023-cü il tarixli protokolda zərərçəkmiş şəxsə guya ki cinayət işinin materiallarının 3-cü cildinin 357 vərəqdə təqdim olunduğu yazılmışdır. Halbuki cinayət işinin həmin cildində 353-357-ci vərəqlər ümumiyyətlə olmadığı üçün qeyd edilən cild faktiki olaraq 352 vərəqdə təqdim olunmuşdur. Bundan başqa, cinayət işinin 3-cü cildində vərəq 391-də olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, tanış etmə istintaq hərəkəti 23 iyul 2023-cü il tarixli saat 12:25-də başlanmış və həmin gün saat 12:25-də başa çatmışdır. Həmçinin qeyd edilən protokolda cinayət işinin materiallarının 3-cü cildinin 390 vərəqdə təqdim olunduğu yazılmışdır. Halbuki cinayət işinin həmin cildində 353-357-ci vərəqlər ümumiyyətlə olmadığı üçün qeyd edilən cild faktiki olaraq 385 vərəqdə təqdim olunmuşdur. Bundan başqa, cinayət işinin 3-cü cildində vərəq 392-də olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, tanış etmə istintaq hərəkəti 23 iyul 2023-cü il tarixli saat 17:00-da başlanmış və həmin gün saat 17:00-da başa çatmışdır. Həmçinin qeyd edilən protokolda cinayət işinin materiallarının 3-cü cildinin 391 vərəqdə təqdim olunduğu yazılmışdır. Halbuki cinayət işinin həmin cildində 353-357-ci vərəqlər ümumiyyətlə olmadığı üçün qeyd edilən cild faktiki olaraq 386 vərəqdə təqdim olunmuşdur. Cinayət işinin 3-cü cildinin vərəqləri ilə bağlı pozuntular eyni zamanda “zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” 23 və 24 iyul 2023-cü il tarixli protokollarda da öz əksini tapmışdır. Göründüyü kimi tanış etmə istintaq hərəkətlərinin başlanma saatı ilə qurtarma saatının eyni olması, həmçinin tanış etmə istintaq hərəkəti zamanı təqdim edilərkən cinayət işinin materiallarının 3-cü cildində vərəqlərinin sayı ilə bağlı pozuntular həmin istintaq hərəkətlərinin formal olaraq keçirildiyini, o cümlədən təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxslərin cinayət işinin materialları ilə tanış olmaq hüquqlarının pozulduğunu sübut edir. Eyni zamanda cinayət işinin cildlərində vərəqlərin ardıcıl nömrələnməməsi ilə bağlı kobud pozuntular da nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Beləliklə cinayət işi üzrə ibtidai istintaqı aparan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı X7 məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-ci maddələrinin tələblərini pozmaqla həm cinayət işinin müvafiq cildlərində olan vərəqlərin saylarını səhv göstərməklə təqsirləndirilən şəxslərə və onların müdafiəçilərinə, o cümlədən zərərçəkmiş şəxslərə tanış olmaları üçün cinayət işinin bütün materiallarını təqdim etməmiş, ittiham aktının tərtibi zamanı da cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Azərbaycan Respublikası CPM-in 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 91.5.22-ci maddəsinə əsasən ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Azərbaycan Respublikası CPM-in 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent mövqeyə görə, cinayət törətməkdə ittiham olunan hər kəsin yararlanmalı olduğu "imkana" onun müdafiəsini hazırlamaq məqsədilə aparılmış istintaqın nəticələri ilə tanış olmaq daxil olmalıdır (Hüseyn və başqaları Azərbaycana qarşı, § 175; OAO X1rşı, § 538). Təqsirləndirilən şəxsə öz müdafiəsini həyata keçirməyə icazə verilirsə, onun iş materiallarına çıxışının rədd edilməsi müdafiə hüquqlarının pozulmasına bərabərdir (Fuçer Fransaya qarşı, §§ 3336). Müdafiə işinin asanlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin iş materiallarından müvafiq sənədlərin surətlərini əldə etməsinə və aparılmış qeydlərdən istifadə etməsinə mane olunmamalıdır (Rasmussen Polşaya qarşı, §§ 48-49; Moiseev Rusiyaya qarşı, §§ 213-218; Matişek Polşaya qarşı, § 59; Seleznev Rusiyaya qarşı, §§ 64-69). İş materiallarına çatımlılıq hüququ mütləq səciyyəli deyil. Bəzi hallarda başqa şəxsin fundamental hüquqlarının qorunması və ya milli təhlükəsizlik, yaxud şahidlərin qorunması və ya polisin cinayət istintaqı metodlarına təminat kimi vacib ictimai marağın mühafizəsi məqsədilə müəyyən sübutun müdafiə tərəfinə verilməməsi zəruri ola bilər. Lakin 6-cı Maddənin 1-ci bəndinə əsasən yalnız son dərəcə zəruri hallarda müdafiə tərəfinin hüquqlarını məhdudlaşdıran belə tədbirlərə icazə verilir. Məhkəmə çəkişməli məhkəmə icraatı və tərəflərin bərabərliyi tələblərinin mümkün dərəcədə ödəndiyini və təqsirləndirilən şəxsin maraqlarının qorunması üçün adekvat təminatların verildiyini yəqin etmək məqsədilə belə qərarın qəbulu prosedurunu diqqət yoxlayır (Natunen Finlandiyaya qarşı, §§ 40-41; X4rşı, §§ 42-43; Miraşvili Rusiyaya qarşı, §§ 203-209). Bundan başqa, cinayət işinin 3-cü cildində olan “sübutların qiymətləndirilməsi haqqında” 06 iyul 2023-cü il tarixli qərarda (cild 3, vərəq 334) göstərilmişdir ki, “təqsirləndirilən Quliyev X5 Səlminaz Yunis qızının sağlamlığına ağır zərəri sonuncunun yaxın qohumu olan doğma qızının gözü qarşısında yetirmiş və belə olan halda Təqsirləndirilən şəxs1 əməli xüsusi amansızlıqla zərərçəkmiş şəxsə qəsdən ağır zərər vurma kimi qiymətləndirilməlidir”. Bununla belə, Təqsirləndirilən şəxs1 verilmiş yekun ittihamda ona əməlin xüsusi amansızlıqla törədilməsi ilə bağlı ittiham irəli sürülməmişdir. Halbuki ibtidai istintaqı aparan müstəntiq “sübutların qiymətləndirilməsi haqqında” qərarda qeyd edilən maddə ilə ittihamın irəli sürülməsini konkret olaraq göstərmişdir. Bundan başqa, yenə də cinayət işinin 3-cü cildində olan “sübutların qiymətləndirilməsi haqqında” 06 iyul 2023-cü il tarixli qərarda (cild 3, vərəq 334) göstərilmişdir ki, “cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 qızı arasında baş vermiş mübahisə zamanı ictimai qayda pozulmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən hərəkətlərə yol verilmiş, ətrafdakı şəxslərin narahatçılığına səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 və Şahid8 ilə X3 arasında baş vermiş mübahisə zamanı ictimai qayda pozulmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən hərəkətlərə yol verilmiş, ətrafdakı şəxslərin narahatçılığına səbəb olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1 ilə Şahid8 əməli xuliqanlıq kimi qiymətləndirilməlidir”. Bununla belə, ibtidai istintaqı aparan müstəntiq tərəfindən Zərərçəkmiş şəxs3 ağır bədən xəsarəti alması faktı ilə bağlı Təqsirləndirilən şəxs1 qarşı verilmiş yekun ittihamda təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilmiş və ittihamın məzmununda məhz qeyd edilən maddənin dispozisiyasındaki obyektiv əlamətlər əks olunmuşdur. Göründüyü kimi ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs3 ağır bədən xəsarəti alması faktı ilə bağlı Təqsirləndirilən şəxs1 əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq kimi qiymətləndirsə də, verilmiş yekun ittihamda xuliqanlıq cinayətinin təkrar törədilməsi nəzərə alınmaqla xuliqanlıq cinayəti ilə bağlı ittiham irəli sürməmişdir. Beləliklə də hazırki iş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin müdafiə hüquqları kobud şəkildə pozulmuş, ittiham aktı müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı həmçinin vəsatət verərək, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 21 avqust 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənə qədər dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalı, digər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə dəyişdirilmədən saxlanımalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 299- 301, 303 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3, 177.2.1 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinə uzadılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqsirləndirilən şəxslərə, müdafiəçilərə, zərərçəkmiş şəxslərə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-435/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-435/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver