Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-436/2023 12.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X4 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X3 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayət haqqında icraat ayrılmış digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan külli miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İİ siyahıya daxil olan tərkibində narkotik maddə olan metadon həblərini sonuncunun sifarişi əsasında və bildirməsinə əsasən istintaqa məlum olmayan şəxs tərəfindən ünvan 2 ünvanında yeni inşa edilmiş yarımtikilinin içərisinə qoyulduqdan sonra 12 yanvar 2023-cü il tarixdə saat 13 radələrində qeyd edilən narkotik vasitələri həmin yarımtikilidən götürüb əldə edərək Gəncə şəhərinə getmək məqsədi ilə həmin gün saat 13:05-də Qazax şəhəri Azadlıq küçəsi ilə Qazax şəhər avtovağzalı istiqamətində daşıyan zaman Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən RPŞ-nin inzibati binasına gətirilmiş, qeyd olunan ünvanda 12 yanvar 2023-cü il tarixdə saat 14:00-dan saat 16:20-dək olan müddətdə üzərində şəxsi axtarış aparılan zaman əlində tutduğu 01 ədəd qara rəngli idman çantasının içərisində olan iç-içə keçirilmiş göy rəngli sellofan torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış ağ rəngli polietilen torbanın içərisində üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 02 ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 976,6 qram və 1032,1 qram olmaqla, ümumi çəkisi 2008,7 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 1182,7 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroin və şəffaf rəngli yapışqanlı lentlə içərisində narkotik vasitə heroin olan bağlamanın kənarına bərkidilmiş ağ rəngli sellofan bükümündə ümumi tərkiblərində narkotik vasitə hesab edilən metadon təsiredici maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edən, üzərində “F/M40” yazısı həkk olunmuş 3 ədəd açıq-qəhvəyi rəngli, dairəvi formalı dərman həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il bundan əvvəl Rusiya Federasiyasının Moskva şəhərində olan zaman narkotik vasitə “kokos” adlanan heroindən istifadə etmiş, sonradan müalicə olunsa da 5-6 ay bundan əvvəl yenidən istifadə etməyə başlamışdır. 10 yanvar 2023-cü il tarixdə yaşadığı Gəncə şəhərində olan zaman “İnstagram” sosial şəbəkəsinin mesajlaşma bölməsində əvvəlcədən tanımadığı, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən, adının baş hərfi “S” hərfi ilə başlayan, amma adını tam dəqiq xatırlamadığı, “qara_bazarr” ləqəbi ilə qeydiyyatdan keçmiş bir nəfər şəxs mesaj yazaraq narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş və narkotik vasitə almaq istəyib-istəmədiyini soruşmuş, o da istədiyini bildirərək razılaşmışdır. Həmin şəxs ondan “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi mobil nömrəsini istəmiş, o da həm nömrə kimi istifadəsində olan, həm də “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçdiyi ***-***-**- ** saylı mobil nömrəsini həmin şəxsə vermişdir. Qeyd edilən şəxs İran İslam Respublikasına məxsus +**********34 saylı mobil nömrədən ona mesajlar yazmağa və səsli zənglər etməyə başlamışdır. 11 yanvar 2023-cü il tarixdə danışıq zamanı həmin şəxs ona narkotik vasitənin Qazax şəhərində olacağını və həmin narkotik vasitəni Qazax şəhərindən götürüb Gəncə şəhərinə aparmalı olduğunu, qarşılığında isə “narahat olma yaxşı olacaq” demişdir. O da həmin şəxslə razılaşmış, həmin şəxs isə ona narkotik vasitənin olacağı yeri deyəcəyini bildirmişdir. O, 11 yanvar 2023-cü il tarixdə saat 23 radələrində tanımadığı bir taksi avtomobili ilə Qazax şəhərinə getmiş, növbəti gün saat 02 radələrində Qazaxa çatmış və taksinin 35 manat yol xərcini verib yola salmış, özü isə səhər açılana qədər birtəhər küçələrdə gecələmişdir. 12 yanvar 2023-cü il tarixdə saat 12 radələrində İran İslam Respublikası vətəndaşı onunla əlaqə saxlayaraq narkotik vasitəni Qazax şəhəri Azadlıq küçəsinə qoyduğunu deyərək gedib həmin yerdən götürməsini istəmişdir. O, qeyd edilən yeri tanımadığını dedikdə, iranlı “WhatsApp” sosial proqramı vasitəsi ilə ona narkotik vasitənin olduğu yerin dəqiq məkanını, həmin yerin və qara rəngli bir idman çantasının şəklini göndərmiş və narkotik vasitənin çantanın içərisində olduğunu bildirmişdir. O belə başa düşmüş ki, həmin məkanı və şəkilləri kimsə paylaşıb, iranlı da ona yönləndirib. Bundan sonra o piyada məkanda göstərilən yerə getmiş, həmin yerə çatdıqda orada yarımtikili olduğunu görmüş və yarımtikiliyə daxil olduqda şəkildə olan çantanın orada olduğunu görüb çantanı götürərək açıb içərisinə baxmışdır. Çantanın içərisində üzəri yapışqan lentlə bağlanmış bir bağlama olmuşdur. Üzərində bıçaq olmadığı üçün həmin bağlamanın içərisini aça bilməmiş və çantanın ağzını yenidən bağlayıb yarımtikilidən çıxmışdır. Yarımtikilidən çıxıb çanta ilə birlikdə Qazax şəhərində yerləşən avtovağzal istiqamətində gedən zaman bir neçə mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin saxlanmasında, daşınmasında, istifadəsində və satışında şübhəli olduğunu bildirərək birlikdə Qazax RPŞ-nə getməli olduğunu demişlər. O da polis əməkdaşlarının tələbinə heç bir etiraz etməyərək birlikdə onlarla Qazax RPŞ-yə getmişdir. Qazax RPŞ-də üzərində şəxsi axtarış keçirilən zaman o, qara rəngli idman çantasını təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin çanta açılmış, içərisinə göy rəngli sellofan torbanın içərisində olan üzəri yapışqan lentlə bağlanmış ağ rəngli polietilen torba aşkar edilmiş, həmin torba açıldıqda isə içərisindən 3 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən biri açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana, ikinci büküm açıldıqda həmin bükümdə də qurudulmuş marixuana, üçüncü büküm açıldıqda isə həmin bükümün içərisindən 3 ədəd “Metadon M40” həbi, daha sonra isə həmin bükümdən narkotik vasitə olan heroin aşkar edilmişdir. Qeyd edilən narkotik vasitələr elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisi təxminən 1100-1200 qram, marixuanaların çəkisi isə təxminən 2100 qram olmuşdur. Sözügedən narkotik vasitələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan “Samsung S5” markalı mobil telefondan başqa üzərində qanunla qadağan edilmiş digər əşya aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı o, sosial şəbəkədə tanış olduğu şəxslə razılaşmasına əsasən həmin narkotik vasitələri və həbləri Qazax şəhərindən götürərək Gəncə şəhərinə aparmalı olduğunu, Gəncə şəhərində həmin şəxsin sonradan deyəcəyi hər hansı bir şəxsə təhvil verməli olduğunu və bu xidmət qarşılığında iranlının ona nəsə vəd verdiyini demişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o əvvəllər narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, qabaqcadan Qazax şəhərindən götürəcəyi çantanın içərisində narkotik vasitə olduğunu bilsə də hansı narkotik vasitələrin olduğunu bilməmiş, İran İslam Respublikası vətəndaşı kimi əlaqə saxladığı şəxs narkotik vasitələri və həbləri Gəncə şəhərinə aparması qarşılığında ona sadəcə olaraq “narahat olma yaxşı olacaq” demiş, o da sonuncunun narkotik vasitə verəcəyini düşünmüş, amma iranlı konkret heç bir söz deməmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 20:32-də Leyla İsrafili adlı şəxsin adına qeydiyyatda keçmiş ***-***-**-** saylı mobil nömrə arasında “Binanin boyrunde tut agaci var haca fason onun arasina Bx 2 3 denedi haca fason.gotur smsi sil” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 15:26-dən 20:29-dək Fərid İsmayılov adlı şəxsin adına qeydiyyatda keçmiş ***-***-**-** saylı mobil nömrə arasında “Kapital 4169 7387 4941 0613 adida cixacaq bele i.....f......q biraz tezdewdir bayaqdan gozdedirem”, “Ay cibo mezelenisenmi.ayqa.menen be meni camaatnan daniwdirtdirisan deysen indi atirlar mende ona 1 saatdan coxdu indi.indi.deye deye qalmjwam be qaqa os”, “duraqci kimi tanidiram axi uje ozumu bele qardawim qadanalm denen 5 saat duzunu de ama bawina donum yalanan demeki indi hel olur men xowdamram yalan aqa”, “Ay cibo bu nagarmaqiydiki camaata soz deyrem yalvar yapuw eduremki 8dene ele pulda atamiram qesden eliysiz bele bu nagarmaqdiki”, “Geldi indi daniwib pulu atacam” məzmunlu mesajlaşmalar barədə onu qeyd edir ki, onunla Leyla İsrafili adlı şəxsin adına olan 055 759 15 87 saylı mobil nömrə ilə və Fərid İsmayılovun adına olan 055 711 28 98 saylı mobil nömrə ilə mesajlaşmaları xeyli müddət əvvəl olduğu üçün həmin mesajları yaxşı xatırlamır, amma həmin vaxt həmin şəxslərdən öz şəxsi istifadəsi üçün bir neçə dəfə narkotik vasitələr almış, həmin şəxsləri şəxsən tanımır, internet vasitəsi ilə tanış olmuş, danışıqları “WhatsApp” mobil proqramı vasitəsi ilə aparmış, bundan başqa ləqəbi “Cibo” olduğu üçün çox adam ona “Cibo” deyə müraciət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin CABn baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, istehlakı və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, RPŞ-nin TB-nin baş təhqiqatçısı X9, RPŞ-nin KTQ-nin ekspert kriminalisti X10, RPŞ-nin PPXB-nin tağım komandiri X5, RPŞ-nin PPXB-nin polis nəfəri X8 və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu ilə birlikdə RPŞ-dən çıxaraq Qazax şəhərində yerləşən avtovağzal istiqamətində getmiş və avtovağzalın ətrafında, avtovağzala bitişik küçələrdə tədbir keçirməyə başlamışlar. Həmin gün saat 13:05 radələrində Təqsirləndirilən şəxs Azadlıq küçəsi ilə üzü Qazax şəhəri avtovağzalı istiqamətində piyada və tək halda, əlində də qara rəngli idman çantası ilə hərəkətdə olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin saxlanmasında, daşınmasında, istifadəsində və satışında şübhəli olduğunu bildirərək birlikdə Qazax RPŞ-nə getməli olduğunu demişlər. Əkbər də heç bir etiraz etməyərək onlarla birlikdə Qazax RPŞ-nə gəlmişdir. Qazax RPŞ-də müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı sonuncu əlində olan qara rəngli idman çantasını təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin çanta açılmış, içərisinə göy rəngli sellofan torbanın içərisində olan üzəri yapışqan lentlə bağlanmış ağ rəngli polietilen torba aşkar edilmiş, həmin torba açıldıqda isə içərisindən 3 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən biri açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana, ikinci büküm açıldıqda həmin bükümdə də qurudulmuş marixuana, üçüncü büküm açıldıqda isə həmin bükümün içərisindən 3 ədəd “Metadon M40” həbi, daha sonra isə həmin bükümdən narkotik vasitə olan heroin aşkar edilmişdir. Qeyd edilən narkotik vasitələr elektron tərəzidə çəkilmiş, heroinin ümumi çəkisi təxminən 1100-1200 qram, marixuanaların çəkisi isə təxminən 2100 qram olmuşdur. Narkotik vasitələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan “Samsung S5” markalı mobil telefondan başqa üzərində digər qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Aşkar olunmuş telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən tədqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu iranlı ilə razılaşmasına əsasən həmin narkotik vasitələri və həbləri Qazax şəhərindən götürdüyünü, razılaşdığı şəxsin istəyinə uyğun olaraq Gəncə şəhərinə apardığını, Gəncə şəhərində həmin şəxsin sonradan deyəcəyi hər hansı bir şəxsə təhvil verəcəyini və sonuncunun hələlik bunun qarşılığında nə verəcəyini bilmədiyini, amma iranlının nə isə verəcəyinə söz verdiyini bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxsa hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/37 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 976,6 qram və 1032,1 qram olmaqla, ümumi çəkisi 2008,7 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi – 2008,7 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 2008,6 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/202 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki 3 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan torbadakı bir ədəd bükümdə təmiz çəkisi 1182,7 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon həblərinin sayı – 03 həb, tədqiqata sərf edildi – 01 həb, qalıq – 02 həbdir. Heroin təmiz çəkisi - 1182,7 qr., tədqiqata sərf edildi – 0,100 qr., qalıq – 1182,6 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 163 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əldə etdiyi qara rəngli idman çantasından iç-içə keçirilmiş göy rəngli sellofan torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış ağ rəngli polietilen torbanın içərisində üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 02 ədəd qara rəngli sellofan bağlamalarda ümumi çəkisi 2,110 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədəd üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 1,195 qram təşkil edən narkotik vasitə olan heroinə bənzər kütlə və şəffaf rəngli yapışqanlı lentlə içərisində narkotik vasitə heroin olan bağlamanın kənarına bərkidilmiş ağ rəngli sellofan bükümündə üzərində “F/M40” yazısı həkk olunmuş 3 ədəd açıq-qəhvəyi rəngli, dairəvi formalı dərman həbləri aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs sosial şəbəkədə tanış olduğu özünü iranlı kimi təqdim edən şəxslə razılaşmasına əsasən həmin narkotik vasitələri və həbləri Qazax şəhərindən götürərək Gəncə şəhərinə aparmalı olduğunu, Gəncə şəhərində həmin şəxsin sonradan deyəcəyi hər hansı bir şəxsə təhvil verməli olduğunu və bu xidmət qarşılığında iranlının ona nəsə verməli olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung S5” markalı mobil telefona baxış keçirilərkən mobil telefonda olan “WhatsApp” mobil tətbiqinə daxil olduqda orada İran İslam Respublikasına məxsus +**********34 mobil nömrə ilə qeydiyyatdan keçmiş nömrənin olması, həmin mobil nömrə ilə səsli zəngdən istifadə edilməsi və xx.xx.2023-cü il tarixdə saat 23:06, 23:12 və 23:20 radələrində zəngli danışıqların olması, həmin nömrə ilə danışıq zamanı səs yazmadan, şəkillərdən və adi yazışmadan istifadə edilməsi və edildikdən sonra silinməsi müəyyən edilmişdir. Həmçinin mobil telefonun “İnstagram” mobil tətbiqinə daxil olduqda mesajlar bölməsində Təqsirləndirilən şəxs tərəfindən istifadə olunan “ekber_veliyev4” profili ilə “qara_bazarr” profili ilə qeydiyyatdan keçmiş istifadəçi arasında xx.xx.2023-cü il tarixdə “salam aleykum qaqa”, “salam qaqa mal lazım idi”, “He qaqa”, “vatsap nomrani at”, “055 555 07 76”, “+994?”, “+994 55 555 07 76” məzmunlu yazışma olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində içərisində narkotik vasitələr olan qara rəngli çantanı götürdüyü Qazax şəhəri Azadlıq küçəsində yerləşən yeni inşa edilmiş yarımtikilinin içərisindəki yeri və narkotiki götürdükdən sonra hərəkət etdiyi istiqaməti əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcı olan diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş 1 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış keçirilən zaman +99***-***-**-** mobil nömrənin antena dairəsinin xx.xx.2023-cü il tarixdə saat 23:32:16-da “Ganca shahari, Kapaz rayonu, 4-cu mikrorayon, 4 sayli yemekxana”, saat 23:36:19-da “Ganca shahari, Shamkir shossesi 01, Ganca 2 sayli X19 Markazi yaxinlighi”, saat 23:40:04-də “Goygol rayonu, Qushqara kandi, Ganca- Shamkir yolu”, saat 23:45:40-da “Ganca shahari, Kapaz rayonu, Mashati qasabasi, E. Mammadov kuch 6”, saat 23:45:50-də “Ganca-Qazax yolunun 21-ci km, AgroPark logistika xidmati”, xx.xx.2023-cü il tarixdə saat 00:17:18-də “Tovuz rayonu, Ceyranchol qish otlaqlari”, saat 00:17:43-də “Shamkir rayonu, Duyarli kandi”, saat 00:26:21-də “Tovuz rayonu, Ashaghi Ayibli kandi”, saat 00:38:25-dən 00:39:07-dək “Tovuz rayonu, Kirzan kandi”, saat 00:39:15-də “Tovuz rayonu, Qovlar qasabasi, Azadliq kuch 6”, saat 00:39:17də “Tovuz shahari, Bozalqanli qasabasi”, saat 01:12:47-dən 01:13:22-dək “Aghstafa rayonu, Daghkasaman kandi”, saat 01:19:07-də “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, saat 01:37:43-dən 01:50:38-dək “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani”, saat 01:53:39-dan 02:18:33-dək “Qazax shahari, Nizami kuchasi, 3 X21 Maktab”, saat 02:28:11-də “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani”, saat 03:17:00-dan 03:34:16-dək “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, saat 05:38:40-dan “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani”, saat 06:38:24-dən saat 06:39:20-dək “Qazax rayonu, H.Aliyev prospekti, Aptek yani”, saat 08:39:21-də “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, saat 10:07:14-dən saat 12:54:38-dək “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani” antena dairəsində olması müəyyən edilmişdir. Daxil olan və çıxan zənglərin siyahısına baxdıqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikası operatoruna məxsus +**********34 saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 22:57:58-də və 22:58:12-də, xx.xx.2023-cü il tarixdə isə saat 19:56:08-də telefon zənginin olması, xx.xx.2023-cü il tarixdə saat 22:38:45-dən 22:38:56dək İran İslam Respublikasına məxsus +**********48 saylı mobil nömrə ilə aralarında 11 saniyə danışıq olması, xx.xx.2023-cü il tarixdə saat 22:39:48-də, saat 22:54:17-də və 22:55:34-də İran İslam Respublikası operatoruna məxsus +**********00 saylı nömrə arasında telefon zənginin olması, xx.xx.2023-cü il tarixdə saat 22:57:45-dən 22:58:09-dək İran islam Respublikası operatoruna məxsus +**********00 saylı nömrə ilə aralarında 24 saniyə telefon danışığının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 20:32:12-də Leyla İsrafili adlı şəxsin adına qeydiyyatda keçmiş ***-***-**-** saylı mobil nömrə arasında “Binanin boyrunde tut agaci var haca fason onun arasina Bx 2 3 denedi haca fason.gotur smsi sil” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 15:26:13-dən 20:29:57-dək Fərid İsmayılov adlı şəxsin adına qeydiyyatda keçmiş ***-***-**-** saylı mobil nömrə arasında “Kapital 4169 7387 4941 0613 adida cixacaq bele i.....f......q biraz tezdewdir bayaqdan gozdedirem0”, “Ay cibo mezelenisenmi.ayqa.menen be meni camaatnan daniwdirtdirisan deysen indi atirlar mende ona 1 saatdan coxdu indi.indi.deye deye qalmjwam be qaqa os”, “duraqci kimi tanidiram axi uje ozumu bele qardawim qadanalm denen 5 saat duzunu de ama bawina donum yalanan demeki indi hel olur men xowdamram yalan aqa”, “Ay cibo bu nagarmaqiydiki camaata soz deyrem yalvar yapuw eduremki 8dene ele pulda atamiram qesden eliysiz bele bu nagarmaqdiki”, “Geldi indi daniwib pulu atacam” məzmunlu mesajların olması da aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin materiallarında başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, həmin tarixdə İran islam Respublikasının Ərdəbil şəhərində yaşayan X6 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması və istehlakı barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:05-də Qazax şəhəri Azadlıq küçəsində saxlanılaraq həmin gün saat 13:15-də Qazax RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı, narkotik maddə olan heroini və tərkibində narkotik vasitə olan metadon həbini sonuncu İran İslam Respublikasına məxsus +**********34 saylı mobil nömrədən istifadə edən İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayan X12 adlı şəxsin vasitəsi ilə ünvan 4 ünvanında yerləşən Qazax şəhər sakini X2 məxsus yarımtikilinin içərisindən əldə etmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə bağlı məhkumluq həyatı yaşamasa da narkotik vasitələrin və psixotrop maddələrin yaşadığı Gəncə şəhərində, Gəncə şəhərinə yaxın yerləşən ətraf rayonlarda müxtəlif şəxslərə satışlarını həyata keçirməsi barədə məlumatlar daxil olmuş, İran İslam Respublikası vətəndaşı X12 ilə, həmçinin Təqsirləndirilən şəxslə əlbir olmuş şəxsləri, narkotik vasitələri ünvan 4 ünvanında yerləşən yarımtikilinin içərisinə qoymuş şəxs və ya şəxsləri müəyyən etmək və narkotik vasitələri satmış olduğu şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayonu 139 nömrəli Evlər Üçlüyündən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatında sonra qalıq qalmış 2008,6 qram marixuana, 1182,6 qram heroin və 02 ədəd “F/M 40” göstəricili dərman həbləri maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs cinayət haqqında icraat ayrılmış digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan külli miqdarda, yəni 1182,7 qram təşkil edən narkotik vasitə olan heroini və 2008,7 qram təşkil edən qurudulmuş marixuananı, o cümlədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,120 qram “F/M 40” göstəricili metadon dərman həblərini əldə edib üzərində saxlamaqla Qazax rayonu ərazisinə daşıması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin, marixuana və metadon narkotik vasitə hesab olunur; heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır; qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır; metadonun şəxsi istehlak miqdarından artıq miqdarı 0,02 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 1,6 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 7/37 nömrəli məhkəmə-bioloji ekspertizasının və xx.xx.2023-cü il tarixli, 6/202 nömrəli məhkəməkimyəvi ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın ümumi çəkisi 2008,7 qramdır, heroinin isə ümumi çəkisi 1182,7 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və marixuananın ayrı-ayrılıqda ümumi təmiz çəkiləri külli miqdar təşkil edir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus çantadan ayrı-ayrılıqda üç növ narkotik vasitələrin, yəni 1 bağlamada heroin, 2 bağlamada marixuana və 3 ədəd metadon həblərinin aşkar edilməsi, həmçinin heroinlə marixuananın çəkisinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi, o cümlədən narkotik vasitələrin çəkilərək ayrı-ayrı bağlamalara bükülməsi faktı Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-in 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-in 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, həmçinin ümumi cinayətkar niyyətin həyata keçirilməsi üçün əldə olunmuş razılaşmaya əsasən qanunsuz olaraq əldə edib üzərində saxladığını narkotik vasitələri Qazax rayonu ərazisində daşımışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edri ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 12 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 19 (on doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 114 (bir yüz on dörd) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 153 (bir yüz əlli üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarına məsul saxlanca verilmiş ekspertiza tədqiqatında sonra qalıq qalmış 2008,6 qram marixuana, 1182,6 qram heroin və 02 ədəd “F/M 40” göstəricili dərman həbləri məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 163 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 yanvar 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 114 (bir yüz on dörd) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 153 (bir yüz əlli üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanca verilmiş ekspertiza tədqiqatında sonra qalıq qalmış 2008,6 qram marixuana, 1182,6 qram heroin və 02 ədəd “F/M 40” göstəricili dərman həbləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və o, narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-436/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-436/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver