Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-437/2023 27.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X22 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X10 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X23 və X16 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1983-cü il tarixdə Daşkəsən rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonu, Mədənçilər qəsəbəsi K-30/1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11, 157.1, 177.2.3, 181.3.3 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını oğurlamaq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəldikdən sonra, bu niyyətlə 22 mart 2023-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 məxsus Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsi, N.ünvan 4 ünvansız mağazanın ikinci sol yan qapısı üzərində olan asma qıfılı sındırmaqla qanunsuz olaraq gizli yolla saxlanc yeri olan mağazaya daxil olub, həmin mağazanın içərisindəki piştaxtanın üzərində olan taxta qutudan Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2363 (iki min üç yüz altmış üç) manat pul vəsaitini, 10 paket hər birinin qiyməti 2,40 (iki manat qırx qəpik) olmaqla ümumilikdə dəyəri 24 (iyirmi dörd) manat olan “Classic İmperial” markalı siqaretləri gizli olaraq qəsdən talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2387 (iki min üç yüz səksən yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, yəni binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, əvvəllər tanıdığı və onunla eyni qəsəbədə yaşayan X40 və onun əri X7 təqaüdçü olmaları, tənha yaşamaları, övladlarının olmaması və bu səbəbdən yaşadıqları ünvanda pul vəsaiti olması qənaətinə gələrək, ünvan 5rdi yaşayış evində Pəri Məmmədova və Məhərrəm Məmmədovdan başqa digər şəxslərin yaşamadığını bilib, pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə sonuncuları quldurluqla əlaqədar qəsdən öldürmək qərarına gəlib, 31 mart 2023-cü il tarixdə saat 21 radələrində sonuncuların birgə yaşadıqları ünvan 5rdi yaşayış evinə gəlib evin giriş qapısını döymüş, bu zaman qapını açan xx.xx.1946-cı il təvəllüdlü X24 qəflətən üzərinə basqın edib fərdi yaşayış evinin həyətindən götürdüyü və silah qismində istifadə etdiyi əldədüzəltmə üsulla hazırlanmış soyuq silah hesab edilməyən taxta parçası ilə qoca olması səbəbindən fiziki vəziyyəti ilə əlaqədar özünü müdafiə etmək üçün aktiv müqavimət göstərmək imkanından mərhum olmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncunun baş nahiyəsinə ardıcıl zərbələr vuraraq Pəri Məmmədovaya sağ qaşın bayır küncünün, sol alın, sol alın-gicgah, sol təpə və sağ dirsək oynağının yaraları kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, başın açıq küt travması, başın alın, sol gicgah, sol təpə və sol sifət nahiyəsinin hematoması və yumşaq toxumalar altına yayılmış qansızma kimi dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, başın sol alın sümüyünün qəlpəli sınığı, beyin əzilməsi, baş-beyinə və beyin mədəcikləri daxilinə qansızma kimi dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirməklə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, daha sonra Pəri Məmmədovanın qışqırıq səslərinə dəhlizə çıxan sonuncunun əri xx.xx.1937-ci il təvəllüdlü X7 qəflətən üzərinə basqın edib fərdi yaşayış evinin həyətindən götürdüyü və silah qismində istifadə etdiyi həmin taxta parçası ilə qoca və xəstə olması səbəbindən fiziki vəziyyəti ilə əlaqədar özünü müdafiə etmək üçün aktiv müqavimət göstərmək imkanından mərhum olmaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncunun baş nahiyəsinə ardıcıl zərbələr vuraraq Məhərrəm Məmmədova sağ gözaltının və burun sağ yarısının səthi yaraları kimi dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən, başının açıq küt travması, başın kəllə nahiyəsinin hematoması və yumşaq toxumaları altına yayılmış qansızma kimi dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, başın ənsə sümüyünün basılmış qəlpəli sınığı, başın sağ gicgah sümüyünün yerdəyişməli sınığı, başın ənsə sümüyündən beyin əsası sümüyünədək davam edən yerdəyişməsiz xətti sınıq, beyin əzilməsi, baş-beyinə qansızma, beyin mədəcikləri daxilinə qansızma kimi dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirməklə qəsdən öldürmüş, yəni quldurluqla əlaqədar qəsdən iki şəxsi öldürdükdən sonra, qabaqcadan planlaşdırdığı özgənin əmlakını ələ keçirmək niyyətini başa çatdırmaq üçün saxlanc yeri hesab olunan yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evi axtarıb, evin yataq otağından X29 məxsus 01 ədəd Çin istehsalı, “Jinga” markalı, “M245” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması ilə bağlı 2023-cü ilin mart ayına orta bazar qiyməti təxminən 15,00 manat olan mobil telefon aparatını aşkar edib götürməklə təkrarən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxslərin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi, quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa o, 31 mart 2023-cü il tarixdə təxminən saat 21 radələrində, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X40 və onun əri X8 quldurluqla əlaqədar qəsdən öldürdükdən sonra istintaqdan qaçıb gizlənməsi məqsədi ilə həmin tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 məxsus Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsi, ev 30-da yerləşən 25 saylı mənzilinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzilin sahibəsi Zərərçəkmiş şəxs2 iradəsi ziddinə qəsdən pəncərədən daxil olaraq xx.xx.2023-cü il tarixədək orada qalmış, yəni Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın ziddinə mənzilə daxil olmuşdur. Bundan başqa, o, tanışı Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi 7 saylı yataqxanada yaşayan Şahid4 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərinə getmək üçün sonuncunun yaşadığı evdə 5 manat pul vəsaiti istəsə də, Şahid4 ona həmin pul vəsaiti verməməsindən əsəbiləşib qəzəblənərək, xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 120.2.7-ci maddəsi ilə şübhəli şəxs qismində dindirilən zaman, eləcə də xx.xx.2023-cü il tarixdə ifadəsinin hadisə yerində yoxlanması istintaq hərəkəti aparılarkən Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsində yaşayan X40 və X8 quldurluq niyyəti ilə qəsdən həyatdan məhrum edərkən tək olmadığını, Şahid4 ilə birlikdə olduğunu, sonuncunun həmin evin həyətində onu gözlədiyini, X40 və X8 evin həyətyanı sahəsindən götürdüyü əldədüzəlmə üsulla hazırlanmış soyuq silah hesab edilməyən taxta parçası ilə qəsdən öldürdükdən, yəni qəsdən həyatdan məhrum etdikdən sonra Samilin evə daxil olaraq “sən neynədin məni buna görə çağırmışdın” ifadəsini işlədərək evdən həyətyanı sahəyə çıxaraq təkrar onu gözlədiyini göstərsə də, Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrdə həmin xüsusatı tamamilə təkzib edərək qəsdən ağır cinayət barədə bilə-bilə yalan xəbərçilik edib Daşkəsən rayon prokurorluğunun normal iş fəaliyyətini pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11, 157.1, 177.2.3, 181.3.3 və 296.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdə Şahid6 ilə ailə həyatı qurmuş və onun 2014-cü il təvəllüdlü Nihad Ələsgərov və 2013-cü il təvəllüdlü Məhbubə Ələsgərova adlı övladları anadan olmuşdur. 2021-ci il tarixdə arvadı Şahid6 boşansa da, sonuncunun anası X11 məxsus Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yerləşən fin tipli evlər kimi tanınan fərdi yaşayış evlərində birlikdə yaşamışlar. xx.xx.2023cü il tarixədək olan müddət ərzində "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. "xxxx" MMC-də işlədiyi müddət ərzində aldığı məvacib onu qane etmədiyi üçün asan pul qazanmağın yollarını axtarmışdır. 22 mart 2023-cü il tarixdə Gəncə şəhərində “Bağmanlar qəsəbəsi” adlanan yerdə nahar edərkən spirtli içi qəbul etdiyi üçün sərxoş vəziyyətə düşmüşdür. Naharı bitirdikdən sonra o, yol avtomobili ilə yaşadığı Daşkəsən rayonu, Mədənçilər qəsəbəsinə getmiş, təxminən saat 19:30 radələri olsa da qəbul etdiyi spirtli içkinin təsirindən ayıla bilməmiş, sərxoş vəziyyətdə Mədənçilər qəsəbəsi ərazisində piyada hərəkət etməyə başlamış, hətta qəsəbə ərazisində yerləşən məktəbin qarşısındakı otluq ərazidə uzanaraq bir qədər də yatmışdır. Yuxudan ayıldıqda artıq saat 23 radələri olmuşdur. Daha sonra o, Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yerləşən Nəriman Nərimanov adına 3 saylı orta məktəbə bitişik qonşusu Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasına daxil olub oradan pul oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə o, mağazanın qarşısına gəlmiş, həmin vaxtı ətrafda heç kimin olmadığını görüb mağazaya qanunsuz yolla daxil olmaq üçün ətrafında gəzərək içəri girməkdən ötrü yer axtarmış və nəticədə mağazaya dam örtüyündən daxil olmağı qərarlaşdırmışdır. O, ətrafda hər hansı şəxsin olmadığına əmin olduqdan sonra mağazanın dam örtüyünə çıxaraq, örtüklərdən bir neçəsini sındırmış, lakin həmin yerdən mağazaya daxil olmaq mümkün olmamışdır. Daha sonra o, paslanmış vəziyyətdə olan dəmir parçası taparaq, mağazanın sol giriş qapısı üzərindəki asma qıfılı həmin dəmir parçası ilə sındırıb qanunsuz olaraq mağazaya daxil olmuşdur. İçəridə dərhal hərəkət edərək vitrinin arxasına keçib pul və qiymətli əşya axtarmağa başlamışdır. Vitrinin arxasındakı stol üzərində bir ədəd balaca qutu olmuş, həmin qutunun içərisinə baxdıqda orada 2350 manat pul əsginası və 13 manat miqdarında (müxtəlif dəyərli yəni, 50, 20, 10) qəpiklər oğurlayaraq ciblərinə yığmış, 10 qutu da “Classic imperial” markalı siqaret götürərək oradan uzaqlaşmışdır. Piyada asfalt yola qədər gedərək taksiyə minib Gəncə şəhərinə, oradan da taksi ilə Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü ilə tarixə qədər Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Hermes hotelində qalmış və oğurluqla ələ keçirdiyi pulun bir qismini orada xərcləmişdir. Həmin puldan 600 manat Samil adlı dostuna borca vermiş, əlavə olaraq da sonuncuya “Topal Akif” kimi tanıdığı şəxsə verməsi üçün 300 manat vermişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində “ASAN xidmət”in arxasında yerləşən üç mərtəbəli binanın üçüncü mərtəbəsində kirayə qaldığı evdə nahar vaxtından sonra 500 qram araq və 2 ədəd “GO” spirtli enerji içkisi qəbul etmişdir. Daha sonra o, mənzillərdən oğurluq etmək məqsədi ilə Gəncə şəhərindən Daşkəsən rayonuna getmək qərarına gəlmiş, lakin konkret olaraq hansı mənzildən oğurluq edəcəyini bilməmiş və planlaşdırmamışdır. Taksi ilə Daşkəsən rayonuna gedərkən yolda Pəri Məmmədovanın və Məhərrəm Məmmədovun yaşlı olduqlarına görə pensiya almalarını, iki nəfər olmalarını, övladlarının olmamağını düşünüb və həmin şəxslərin yaşadığı evdə pul ola biləcəyini fikirləşib oğurluq etmək qərarına gəlmişdir. Daşkəsən rayonuna çatdıqdan sonra “Şirin kişinin bulağı” deyilən yerdən 100- 150 metr aralıda taksidən düşərək birbaşa Pəri Məmmədova və rayon ərazisində “Manaf ”adı ilə tanınan Məhərrəm Məmmədovun evlərinə getmişdir. Niyyəti konkret olaraq oğurluq etmək olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Məhərrəm Məmmədov və onun arvadı Pəri Məmmədovanın yaşadıqları evə yaxınlaşmış, evin əsas girişi setka çəpərdən ibarət olmaqla qıfıllı olduğundan həmin setka çəpərə bitişik, giriş qapısından təxminən 8-10 metr aşağıda nisbətən alçaq olan digər çəpərdən tullanıb həyətə keçmişdir. O, evin altında odunların olduğu yerdən təqribən 50-60 sm uzunluğunda, diametri 7-8 santimetr olan ağac parçasını götürüb Məhərrəm və Pəri Məmmədovların yaşadıqları evin dəmir materialdan olan tünd rəngli giriş qapısını döymüşdür. Pəri Məmmədova kim olduğunu soruşan zaman o, “mənəm aç” demiş, yəqin ki səsini tanıdığı üçün sonuncu da qapını açmışdır. Pəri Məmmədova qapını açan kimi o, qapını arxaya itələyərək içəri girmiş və əlindəki taxta parçası ilə sonuncunun başından zərbələr endirmişdir. O, ilk əvvəl Pəri Məmmədovanın baş nahiyəsinin üst hissəsinə bir dəfə vurmuş, lakin sonuncu yerə yıxılmadığı üçün o, bir dəfə də baş nahiyəsindən vurmuş və Pəri Məmmədova yerə yıxılmışdır. Sonuncu yerə yıxıldıqdan sonra qışqırmışdır. O da səsi kəsilsin deyə Pəri Məmmədovanın baş nahiyəsinin arxa hissəsinə yenidən əlindəki ağac parçası ilə zərbələr endirməyə davam etmişdir. Sonuncuya zərbələr vurarkən X48 səsə gələrək “az nolub, bu kimdir” deyərkən o, əlindəki taxta parçası ilə sonuncunun da baş nahiyəsinə zərbələr vurmuş və Məhərrəm yerə yıxılmışdır. Ər-arvad hər ikisi yerə yıxıldıqdan və özlərindən getdikdən sonra o, otağa daxil olaraq pul axtarmağa başlamış və altında nə olduğunu görmək üçün çarpayıların üzərində olan döşəkləri yerə atmışdır. Çarpayının döşəklərinin altında bir ədəd pul qabı görmüş, açıb içinə baxdıqda isə boş olduğunu görüb götürməmişdir. Girişdən sağ tərəfdə divara söykənmiş dəmir çarpayının üzərində olan döşəkləri yerə atan zaman döşəyin altında qara rəngli düyməli mobil telefon görmüşdür. Daha sonra o, həmin otaqda yerləşən servant şkafın içərisinə baxmış, oradan da heç nə tapa bilmədiyi üçün giriş qapısının üzərində olmuş açarla digər otağın qapısını açıb ora daxil olmuşdur. Həmin otaqda çoxlu qab-qacaq və köhnə televizor olmuş, lakin o, həmin otağı da axtarıb orada heç nə tapa bilmədiyi üçün evdən çıxmışdır. Həmin evdə o, təxminən yarım saat müddətində qalmış və evin əşyalarını dağıdaraq dəyərli əşya və pul axtarmışdır. Lakin mobil telefondan başqa heç nə tapa bilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Məhərrəm Məmmədovu və Pəri Məmmədovanı öldürdükdən sonra sonunculara məxsus evi tərk edərək Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yerləşən əvvəllər Zabit adlı şəxsə məxsus və onun yaşadığı binaya yaxın yerdə olan binada yerləşən, hazırda isə Şövkətə məxsus mənzilə getmişdir. Gedərkən Mədənçilər qəsəbəsində yerləşən bağçanın ön hissəsində müşahidə kamerası olduğunu bildiyi üçün yolunu dəyişib, yolun aşağı hissəsində olan sahibsiz sahənin çəpərini aşaraq təxminən 100-150 metr getmişdir. Şövkətin mənzilinə çataraq pəncərəsini açıb içəri daxil olmuşdur. Həmin mənzil boş olmuş və onun mənzilə daxil olmaqla məqsədi həmin evdə bir müddət gizlənmək olmuşdur. Şövkətin mənzilinin qarşısında olarkən Pəri Məmmədovanın mənzilindən götürdüyü mobil telefonla arvadı Şahid6 zəng vurmuşdur. Lalə telefonda narahat olduğunu və polislərin onu axtardığını bildirmiş, o isə arvadına narahat olmamağını deyərək telefonu qızına verməsini bildirmişdir. Qızı Məhbubə ilə danışarkən sonuncu telefonda ağladığı üçün o, Daxili İşlər Nazirliyi 102 xidməti zəng mərkəzinə zəng vuraraq törətdiyini cinayətləri etiraf etməyi qərara almış, lakin həmin vaxtı zəng etməmişdir. Həmin gün o, Şövkətin mənzilində gecələmişdir. xx.xx.2023-cü il tarixdə saat 11-12 radələrində yuxudan oyanmış və Şövkətin mənzilini tərk etməmişdir. Artıq peşman olduğu üçün həmin gün təxminən saat 17:30 radələrində DİN-nin 102 xidmətinə zəng vuraraq özünü təqdim etmiş və etdiyi cinayət əməllərini, yəni həm Zərərçəkmiş şəxs1 məxsus ərzaq mağazasından etdiyi oğurluğu, həm də X17 və X30 öldürdüyünü etiraf etməsi üçün onu Daşkəsən RPŞ-nin baş əməliyyat müvəkkili Ceyhun adlı şəxsə yönləndirmələrini xahiş etmişdir. Bir dəqiqə gözlədikdən sonra qorxaraq telefonu söndürmədən sındırıb həmin mənzildə masanın üzərinə qoymuşdur. Daha sonra o, həmin gün və növbəti gün Şövkətin mənzilində qalaraq çölə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində isə bezdiyi üçün həmin evdən çıxıb dağ yolu ilə piyada Daşkəsən şəhərinə, Samilin yaşadığı yataqxanaya getmişdir. Samilin evində çay içərkən sonuncuya pulu olmadığını və ona pul verməsini bildirmişdir. Samil isə ona pulunun olmadığını demişdir. Bundan sonra o, Samildən borca verdiyi 900 manat pulu tələb etmiş, Samil isə ona pulu olmadığını bildirdikdə o, sonuncuya “heç olmasa mənə 5 manat ver” demişdir. Həmin pulu istəməkdə məqsədi Gəncə şəhərinə qaçmaq olmuşdur. Samilin evində olan zaman sonuncu tanışı Topal Akif adlı şəxsə zəng vuraraq görüşmək istədiyini demişdir. Samil ilə birlikdə evdən çıxandan sonra Daşkəsən şəhəri “Abovyan” adlanan yerdə sonuncu tanışı Topal Akif adlı şəxslə görüşmüşdür. Həmin vaxt tanıdığı polis əməkdaşı Şöhrət adlı şəxs ona yaxınlaşaraq polisin onu axtardığını və Daşkəsən rayon polis şöbəsinə getməli olduğunu bildirmışdır. O da qorxduğu üçün qaçmağa çalışmış, lakin Şöhrət onu tutmuşdur. Daha sonra Şöhrət onu polis şöbəsinə aparmış və o, törətdiyi oğurluq cinayətini etiraf etmiş, lakin qorxduğu üçün Pəri Məmmədova və Məhərrəm Məmmədovanı öldürdüyünü bildirməmişdir. Məhkəmə istintaq zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 məxsus mağazaya daxil olaraq, vitrinin arxasındaki stolun üzərində olan bir ədəd balaca qutudaki 2350 manat pulu, 13 manat məbləğində qəpikləri və 10 qutu “Classic imperial” markalı siqareti oğurlamışdır. Pəri Məmmədovanı öldürən zaman sonuncunun başında tünd rəngli şal, əynində qolu kəsik gödəkçə və bir neçə üst geyimi olmuş, Məhərrəm Məmmədovun əynində isə tünd rəngli şalvar və üst geyimi olmuşdur. Ər-arvadı öldürən zaman onun əynində 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd qəhvəyi rəngli kurtka, 1 ədəd tünd göy rəngli jilet, 1 ədəd üzərində ağ rəngli cızığı olan qara polver köynək və 1 cüt qara rəngli idman ayaqqabısı olmuşdur. Pəri Məmmədovanın və Məhərrəm Məmmədovun baş nahiyəsinə zərbə vurmaqda məqsədi evinə basqın edərkən sonuncuları zərərsizləşdirmək, yəni onları öldürmək olmuşdur. O, Pəri Məmmədovanı və Məhərrəm Məmmədovu öldürdükdən sonra pul və qiymətli əşya tapmaq niyyəti ilə sonuncuların mənzilini axtarmış, lakin 1 ədəd mobil telefondan başqa heç nə götürməmiş, pul və ya digər dəyərli əşya, o cümlədən bank kartı tapmamışdır. Ona görə də, həmin evdən bir ədəd telefon və iki ədəd dolu kibrit qutusu götürmüşdür. Evi axtaran zaman da dağınıq vəziyyətə salmışdır. O, Pəri Məmmədovanın və Məhərrəm Məmmədovun üzərini axtarmamış, sonuncuların üzərindən heç nə götürməmiş, ümumiyyətlə ər-arvada əl vurmamış və onlarla hər hansı üsulla təmasda olmamışdır. O, Pəri Məmmədovanın və Məhərrəm Məmmədovun yaşadığı evə basqın edərkən xx.xx.2023-cü il tarixdə saat 21 radələri olmuş və sonuncuların evində təxminən yarım saat qalmışdır. O, Şövkətgilin evinə xx.xx.2023-cü il tarixdə təxminən saat 21:30 radələrində daxil olmuşdur. Pəri Məmmədovanı və Məhərrəm Məmmədovu öldürdükdən sonra 3 gün Şövkətin evində gizlənmişdir. Daha sonra isə Samilə verdiyi 900 manat pulu geri alıb Gəncə şəhərinə getmək fikrində düşərək Şövkətin evindən çıxıb Samilgilə getmişdir. Evində olan zaman Samilin nəyinki ona olan borcunu qaytarmaması, hətta ona 5 manat yol pulu belə verməməsi onu qəzəbləndirmiş və o, bu səbəbdən Samilin guya ki onunla birlikdə Pəri Məmmədovanın və Məhərrəm Məmmədovun evinə oğurluq məqsədi ilə getdiyini və onunla birlikdə iştirakını yalandan olaraq ilkin ifadəsində göstərmişdir. Halbuki o, həmin cinayəti tək törətmiş və Samil onunla birlikdə Pəri Məmmədovanın və Məhərrəm Məmmədovun evində olmamışdır. Ümumiyyətlə Samilin hadisə vaxtı harada olmasından onun məlumatı olmamışdır. Hadisə baş verən gün üzərində telefon olmamış, özünə məxsus “Honor” markalı mobil telefon aparatını xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində yerləşən univermaqda tanımadığı şəxsə 170 manat məbləğində satmışdır. Lakin özünə məxsus 4 ədəd ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələr üzərində olmuşdur. Ölüm hadisəsini törətdikdən sonra o, Pəri Məmmədovanın evindən götürdüyü telefondan arvadı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında arvadı Şahid6 yenidən zəng etmiş, lakin arvadı telefonu açmamış, o da 102 xidmətinə zəng edərək Pəri Məmmədovanı və Məhərrəm Məmmədovu öldürdüyünü və Daşkəsən rayonu, Mədənçilər qəsəbəsindən oğurluq etdiyini demək qərarına gəlmişdir. Polis əməkdaşı Ceyhunu əməliyyatçı, rayon sakini, həmçinin hamı ilə mehriban və ağsaqqal kimi tanımışdır. Ona görə də etirafını Ceyhun müəllimə etmək istəmişdir. Törətdiyi bütün əməllərə görə peşmançılıq hissi keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, anası Dilarə ilə birlikdə ünvan 6 ünvanda mağaza işlədərək ərzaq mallarını satmışdır. O, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımışdır. O, 23 mart 2023-cü il tarixdə səhər saatlarında işlətdiyi mağazaya getmiş və mağazanın sol giriş qapısı üzərində olan asma qıfılın sındırıldığını, giriş qapının isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, həmin qapıdan mağazaya daxil olduqda içəridə olan əşyaların dağıdıldığını görmüşdür. Həmin vaxtı o, mağazaya naməlum şəxsin qanunsuz olaraq gizli yola daxil olub oradan oğurluq etdiyini düşünüb dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları ilə ilk öncə mağazaya baxış keçirən zaman naməlum şəxsin mağazadan yalnız 24 ədəd “Go” enerji içkisi və 6 ədəd 2 litrlik “Xırdalan” pivəsi oğurladığını düşünüb bu barədə ərizə vermişdir. Həmin vaxtı mağazanın içərisi dağınıq vəziyyətdə olduğu üçün dəqiq nə oğurlandığını bilməmişdir. Həmçinin mağazada olan kiçik qutu içərisində saxladığı 2350 manat pulun orada olmadığını görsə də, həmin pulu anasının götürdüyünü düşünmüşdür. Çünki həmin pulları anası Dilarə Bayramovadan qutunun altından götürərək evə aparmasını istəmiş, anası da aparacağını demişdir. Ərzaq malları üçün şirkət işçisi gələn zaman o, anasından 2350 manat pulu geri gətirərək ona verməsini istəmiş, lakin anası qeyd edilən məbləği mağazadan qutunun altından götürməyi unutduğunu dedikdə o, mağazada qutunun altına baxaraq 2350 manat pulun olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, mağazaya dəqiq baxış keçirən zaman mağazadan 2350 manat pul, 13 manat miqdarında qəpik və bir blok, ümumilikdə 10 qutu kompakt “Classik” siqaret oğurlandığını, 24 ədəd “Go” enerji içkisinin və 6 ədəd 2 litrlik “Xırdalan” pivəsinin isə oğurlanmadığını müəyyən etmişdir. Daha sonra o, təkrar Daşkəsən rayon polis şöbəsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Onun mağazasından cəmi 2350 manat pul, 13 manat miqdarında qəpik və bir blok, ümumilikdə 10 qutu kompakt “Classik” siqareti oğurlayanın Şahin olduğunu düşünmüşdür. Çünki Şahinin keçmiş arvadı Laləni görən zaman sonuncu ona “mən qorxuram Şahin bizi öldürəcəkdir” demişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir məbləğdə ziyan ödənilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağı cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yaşasa da, onun Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsində yerləşən hazırda ünvanını tam xatırlamadığı mənzili olmuşdur. Həmin mənzil binanın sonuncu blokunun 1-ci mərtəbəsində, bloka daxil olanda sağda yerləşmiş və bir otaqdan ibarət olmuşdur. O, həmin evdə heç vaxt yaşamamışdır. Həmin evi mərhum atası Hünbət yaşaması üçün hazırda vəfat etmiş bibisi Şövkət Alıyeva və sonuncunun əri Zabit Alıyevə yaşamaları üçün vermişdir. Təxminən 8-10 il ərzində həmin evdə bibisi Şövkət və əri Zabit yaşamış, lakin sonuncular vəfat etdikdən sonra ev ona miras qalmışdır və 2015-ci ildə orada heç kim yaşamamışdır. Hadisədən təxminən 3-4 gün əvvəl yaşadığı Gəncə şəhəri, Sevinc qəsəbəsində qonşusu Zərqələmin yas mərasimində iştirak edən zaman təsadüfən tanımadığı qadınların Daşkəsən şəhərində hansısa oğrunun Şövkət adlı şəxsin evində gizlənməsini danışıqlarından eşitmişdir. O, soruşanda başa düşmüş ki, həmin oğru onun evində gizlənmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Gəncə şəhərindən Daşkəsən rayon polis şöbəsinə gedərək bu barədə dərhal məlumat vermiş və hazırda adlarını xatırlamadığı polis əməkdaşları ilə birlikdə ona məxsus evə getmişdir. Onun yazılı ərizəsi əsasında polis əməkdaşları ilə birlikdə özünə məxsus Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsində yerləşən sonradan adını bildiyi Təqsirləndirilən şəxs gizləndiyi evə daxil olmuşlar. Baxış zamanı evin dağınıq halda olduğunu, həmçinin evdə çoxlu siqaret çəkildiyini görmüşdür. Bundan başqa, çarpayının yanında olan stulun üstündə arxası açıq qara rəngdə telefon aparatı və 1 ədəd simkart olmuşdur. Polis əməkdaşları mənzilə və həmin telefon aparatına baxış keçirib götürmüşlər. O, ilk öncə evin dağınıq vəziyyətdə olduğunu görüb mənzilində olan 1 ədəd 10 litr həcmində alüminium su qabının, 1 elektrikli ədəd ət çəkən maşın və 2 dəst pastel üzlüyünün oğurlandığını düşünüb bu barədə ərizə ilə şikayət etmiş və baxış protokoluna qeyd etdirmişdir. Müvafiq sənədləşmə aparandan sonra o, polis əməkdaşları ilə bilikdə Daşkəsən şəhərinə getmişdir. Sonradan ona məlum olmuş ki, evində gizlənən şəxs Təqsirləndirilən şəxs olmuş və sonuncu qəsəbədə mağazadan oğurluq etmiş, daha sonra isə həmin qəsəbədə tanımadığı iki nəfər şəxsi öldürmüşdür. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, o, polis əməkdaşları ilə özünə məxsus Daşkəsən rayonunda yerləşən evinə gedəndə mənzilin qapısı bağlı olmuş və o, özündə olan açarla qapını açaraq içəri daxil olmuşlar. Evə baxış zamanı Təqsirləndirilən şəxs içəriyə mənzilin otağının pəncərəsindən daxil olduğunu aşkar etmişdir. Mənzilindən heç bir oğurluq hadisəsi baş verməmiş, oğurlandığını düşündüyü 1 ədəd 10 litr həcmində alüminium su qabı, 1 elektrikli ədəd ət çəkən maşın və 2 dəst pastel üzlüyü çarpayının altında olmuşdur. Baxış zamanı o, həmin əşyaları hara qoyduğunu unutduğu üçün ilk öncə oğurlandığını düşünüb bilmədən oğurluq olması barədə məlumat vermişdir. Qanunsuz olaraq onun mənzilinə daxil olmuş Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, X6 onun bacısı olmuşdur. Sonuncunun qətlə yetirilməsi barədə ona məlumatı qızının yoldaşı Vaqif zəng edərək bildirmişdir. O, bacısını sonuncu dəfə qətlə yetirilməsindən təxminən iki ay əvvəl görmüşdür. Əvvəllər tez-tez əlaqələri olsa da, onun nəvəsi şəhid olandan sonra bacısı ilə münasibətləri səngimişdir. Lakin qızı Sədaqət tez-tez Pərigilə gedərək sonunculara baş çəkmişdir. Çünki bacısı və əri yaşlı insanlar olduğundan qızı Səadət onlara qulluq etmişdir. Pəri və əri Məhərrəm çox yaşlı olmuş və qayğıya ehtiyacları olmuşdur. Rayon ərazisində “Manaf” kimi tanınan bacısının X48un uzun illər psixoloji problemləri olmuş və bacısının qayğısına möhtac olmuş, Pəri Məmmədova hara getsə əri də ardına düşüb getmişdir. Bacısının övladları olmadığı üçün uzun illər əri ilə tək yaşamışdır. X38 və Pəri Məmmədovanın yaşadıqları evdə pul vəsaiti, qiymətli əşya və qızıl-zinət əşyalarının olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. Lakin bacısı və əri pensiya almışlar. İfadəsinin davamı olaraq Gülsənəm Musayeva bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağı cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhərində yaşamışdır. X2 ögey qardaşı olmuşdur. Məhərrəm Məmmədovun qətlə yetirilməsi barədə ona Pəri Məmmədovanın bacısı qızları zəng edərək məlumat vermişlər. O, qardaşını sonuncu dəfə 14 mart 2023-cü il tarixdə görmüşdür. Qardaşı rayon ərazisində “Manaf” kimi tanınmış və sonuncunun uzun illər psixoloji problemləri olmuşdur. Məhərrəm və arvadı Pəri uzun illər tək yaşamış, sonuncuların övladları da olmamışdır. Qardaşı xaraktercə sakit təbiətli və qeyd etdiyi kimi xəstə olmuş, hətta bildiyi qədəri ilə psixi problemi ilə əlaqədar müalicə də almışdır. Həmçinin onlar yaşlı insanlar olduğundan heç kimlə hər hansı düşmənçilikləri olmamışdır. Qonşuları onlara qarşı həmişə mehriban olmuş və sonuncuların hamı ilə mehriban münasibət saxlamışlar. X38 və Pəri Məmmədovanın yaşadıqları evdə pul vəsaiti, qiymətili əşya və qızıl-zinyət əşyalarının olub-olmaması barədə dəqiq məlumatı olmamışdır. İfadəsinin davamı olaraq Qəşəm Məmmədov bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağı cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X2 və onun arvadı X24 naməlum şəxs və ya şəxslər tərəfindən öldürülməsi barədə DİN-in 102 xidmətinə o, zəng edərək məlumat vermişdir. Məhərrəm Məmmədovla arvadı Pəri Məmmədovanın yaşadığı ev onun yaşadığı evdən təxminən 150 metr uzaqlıqda yerləşmişdir. Sonuncular uzun müddət evli olmuşlar, Mədənçilər qəsəbəsi, ev 57 ünvanında tənha yaşamışlar və uşaqları olmamışdır. Pəri Məmmədova onun əri Şahid2 doğma bacısı olmuşdur. Məhərrəm Məmmədovun isə ata eyni, ana ayrı Səfər, Qafar və Qəşəm adlı qardaşları, Mərmər, Peykar və Nakizə adlı bacıları olmuşdur. Pəri və Məhərrəm təqaüd almış və həmin təqaüdlə özlərini dolandırırmışlar. Pəri Məmmədova 1 ədəd çoxfunksiyalı olmayan mobil telefon işlətmiş və ***-***-**-** mobil nömrədən istifadə etmişdir. O, Pəri ilə əri Məhərrəmi sonuncu dəfə 28 mart 2023-cü il tarixdə görmüşdür. Həmin gün Pəri tək onların yaşadığı ünvana gəlib bir qədər onunla söhbət etdikdən sonra yaşadığı ünvana getmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:20 radələrində yaşadığı evdə olan zaman qonşuları Elnurənin və Nailənin X38un evinin qarşısından keçən yolun qarşısında dayandıqlarını görüb onlara yaxınlaşaraq, nə baş verdiyini soruşanda sonuncular Pəri Məmmədovanın yaşadığı evin işığının yanlı vəziyyətdə olduğunu, Pərini və əri Məhərrəmi səsləsələr də sonuncuların cavab vermədiklərini demişlər. Həmin vaxt orada olan X13 və Məhərrəm onlara cavab vermədiyi üçün sonunculara nəzarət etmək üçün evin pəncərəsini qırıb evə daxil olmağı təklif etdikdə o, Elnura pəncərəni qırmamağı və bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat verməyin daha doğru olacağını demişdir. Həmin vaxt Elnur və o, Məhərrəmin yaşadığı evin arxasına keçib evin həyətyanı sahəsinə daxil olmuş, Elnur evin giriş qapısının açıq və yaxud da bağlı vəziyyətdə olduğunu yoxlamaq üçün stulun üzərində olan çadranı əlinin içərisinə alıb giriş qapısının dəstəyini sağa tərəf burduqda qapı açılmışdır. Daha sonra qapıdan içəri baxdıqda Pəri ilə ər Məhərrəmin paralel evin dəhlizində arxası üstə uzadılmış vəziyyətdə olduqlarını, Pərinin əynində olan paltarın qana bulaşdığını və uzanıqlı vəziyyətdə olduğu yerdə qana bənzər mayenin olduğunu, sonuncunun yanında bir ədəd də ağac parçasının olduğunu görmüşdür. Hər ikisinin rənglərinin sapsarı və hərəkətsiz vəziyyətdə olduğunu görüb onların naməlum şəxs və ya şəxslər tərəfindən öldürüldüyünə əmin olaraq o, dərhal DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq emtişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə X31 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə X2 və onun arvadı X24 naməlum şəxs və ya şəxslər tərəfindən öldürülməsi barədə DİN-in 102 xidmətinə qonşusu X31 zəng edərək məlumat verərkən o da orda olmuşdur. Həmin gün qonşusu Nailə ilə söhbət edərkən sonuncu ona “Pəri xala həmişə təmiz su gəlib aparırdı və mənə də demiş ki, təmiz su gəlib götürəcəm, amma gəlməyib” demişdir. O, Nailəyə gedib Pəri Məmmədovaya baş çəkməyi təklif etmiş və sonuncu razılaşdıqdan sonra onlar birlikdə Pəri Məmmədovanın yaşadığı evinə getmişlər. Sonuncunun evinin həyətyanı sahəsinin girişi qıfılla bağlı olmuş, lakin evin içində işıqlar yanmışdır. Onlar səs edib Pəri Məmmədovanı çağırsalar da heç bir cavab almamışlar. Onlar Pəri ilə ərinin dəm qazından boğulduğunu fikirləşib sonunculara yaxın qonşu olan Şöhrəti çağırmışlar. Şöhrət də gəlib Pərini qapıdan çağırmış, lakin cavab gəlməmişdir. Şöhrətdən sonra onlar Xanoğlanı və sonuncunun arvadı Gözəli çağırmışlar. Gözəlgil gələndən sonra onlar həyətyanı sahəyə girmişlər. Gözəl onun qardaşı ilə həyətə girərək evin qapısının bağlı olub olmadığını yoxlamışdır. Qapının açıq olduğunu görüb içəri girərkən Gözəl qışqırmış ki, Pəri Məmmədova və Məhərrəm Məmmədovu öldürmüşlər və dərhal “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İfadəsinin davamı olaraq Şahid15 bildirmişdir ki, X2 və sonuncunun arvadı X24 yaşadığı ev onun yaşadığı evdən aşağıda yerləşmiş, rayon ərazisində “Manaf” kimi tanınan Məhərrəm ilə arvadı Pərinin uşaqları olmamış və sonuncular tənha yaşamışlar. Pəri Məmmədova 1 ədəd çoxfunksiyalı olmayan mobil telefon işlətmiş və ***-***-**-** mobil nömrədən istifadə etmişdir. O, sonuncu dəfə Pəri ilə əri Məhərrəmi 30 mart 2023-cü il tarixdə görmüşdür. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə hər hansı qışqırıq səsi eşitməmişdir. Həmin tarixdə hava dumanlı olduğu və qar yağdığı üçün o, evdə olmuşdur. Pəri və Məhərrəmin hər hansı bir şəxslə ədavəti və yaxud düşmənçilik münasibəti olmamış, sonuncular yaşlı və çox sakit təbiətli insanlar olmuşlar. Pərigilin yaşadıqları evdə qızıl-zinət əşyası saxlamaları barədə onun heç bir məlumatı olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 Nizami qızı və Şahid16 Əlamdar qızı ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid15 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Bəhman qızı ifadəsində göstərmişdir ki, mərhum X40 onun doğma xalası olmuşdur. O, xalasıgilə qulluq etmiş, çimizdirmiş, evlərini təmizləmiş, hər həftə sonunculara baş çəkmiş və bir gün orada qalmışdır. O, axrıncı səfər xalasını 16 mart 2023-cü il tarixdə görmüş, lakin həmin tarixindən sonra bayram tətili olduğu üçün görə bilməmişdir. Əvvəllər Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yaşayanda tez-tez xalasıgilə getmiş, lakin sonra Göygölə köçdüyündən həftədə bir dəfə gedib-gəlmişdir. Həmin tarixdən sonra telefon əlaqələri saxlamağa çalışmış, lakin əlaqə saxlaya bilməmişdir. Çünki xalasıgilin evində şəbəkə zəif olmuş və xalası həmişə telefonu pul çantasında və ya yatağının döşəkçələrinin altında saxlamışdır. Xalası telefonunu heç vaxt ortalığa qoymamışdır. Çünki xalasının əri yaşlılığı səbəbindən əqli qüsurlu olduğundan və telefonu götürüb daxilində nömrələri və ya digər funksiyaları dəyişməsin deyə xalası telefonu gizli saxlamışdır. Lakin o, yenə də işdə olanda xalasıgillə qonşu olan şəxslərdən sonuncuları soraqlanmışdır. Xalasının qətlə yetirilməsini ona sonuncunun qonşusu Şöhrət bildirmişdir. Xalasının xasiyyəti sərt olmuş və heç vaxtı heç kimə qapı açmazdı. Xalası ilk olaraq deyərdi ki, “gəl pəncərənin yanına baxım kimsən”, sonra əgər tanıdığı şəxs olardısa, qapını açardı, əks halda heç kimə qapı açmazdı. Bundan başqa xalasıgil axşam qaş qaralandan sonra evin giriş qapısını bağlamış və çölə çıxmamışlar. Baxmayaraq ki, ayaqyolu çöldə yerləşmiş, onlar evin içində qapının yanında vedrə qoymuş və gecə ehtiyaclarını o cür ödəmişlər. Xalasının əri gecə ayaqyoluna getmək üçün yandıran işıqlarından istifadə etmiş, xalasının isə fənəri olmuşdur. Xalası və əri evdə qalın paltarlar geyinmişlər. Xalası üst-üstə paltarlar geyinmiş, əri də həmçinin qalın paltarlar geyinmişdir. Məhərrəm evdə həmişə tüklü papaqla oturardı, yalnız yatmağa gedəndə rezin papaq taxardı. Onlar yaşlı olduqlarından yatmağa tez gedirdilər. Xalası gec yuxuya gedirdi amma yoldaşı tez yatırdı. İfadəsinin davamı olaraq Şahid9 bildirmişdir ki, Pəri Məmmədovaya məxsus mobil nömrəni tam xatırlamamış, lakin nömrənin sonu 26-75-lə bitmişdir. O, xalasının telefonun markasını da tam xatırlamamış, lakin qara rəngli çox düyməli telefon olmuşdur. Xalasının qızıl zinət əşyası olmamış, o da heç uşaq vaxtından xalasının qızıl zinət istifadə etdiyini görməmişdir. O, xalasının evdə pul saxladığını bilmiş, çünki sonuncu “mən öləndə dəfn xərclərimin pulu var narahat olmayın” demişdir. Pəri Məmmədova ilə X48 pensiya da almışlar. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abdullayeva X19 Səadət Bəhman qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə həyatı qurmuş, onların 2013-cü il təvəllüdlü qızı və 2014-cü il təvəllüdlü oğulu anada olmuşdur. Ailə qurduqdan sonra o, Şahinlə birlikdə sonuncuya məxsus mənzildə, daha sonra isə anası Şahid5 məxsus Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yerləşən fin tipli evlər kimi tanınan fərdi yaşayış evlərində birlikdə yaşamışlar. Şahin son zamanlarda tüfeyli həyat sürməyə başlamış və heç bir yerdə işləməmişdir. Evdən pul götürüb aylarla evə gəlməmiş, gələndə də hədələyərək yenidən onun yığdığı pulları götürüb getmişdir. Uşaqlarının xətrinə o, Şahinin barəsində polisə məlumat verməmiş, lakin 2021-ci ildə məhkəmə qaydasında sonuncudan boşanmışdır. Boşandıqdan sonra Şahin ara-sıra telefonla və ünvana gələrək onu narahat etsə də, o, Şahini evə buraxmamışdır. Təxminən keçən il Şahin “Azərgold”da işə girəndən sonra o, sonuncu ilə barışmış və anasının evində yaşamışlar. 13 mart 2023cü il axşam 18 radələrində Şahin işə getmiş və geri qayıtmamışdır. Həmin müddətdə Şahin yaşadığı ünvana gəlməmiş və ona zəng belə etməmişdir. 2023-cü ilin mart ayının 31-i axşam saat 22 radələrində tanımadığı ***-***-**-** nömrədən onun istifadəsində olan ***-***-**-** nömrəyə zəng gəlmiş və o, zəngi açmışdır. O elə bilmiş ki, polisdən zəng gəlibdir. Çünki 30 mart tarixində onların evinə oğurluğa girməyə cəhd edilmiş və o, bu barədə polisə məlumat vermişdir. Zəngi açanda it səsi gəlmiş, sonra məşğul edilmişdir. Yenidən zəng gəlmiş və o “kimsən, denən, qorxuram” deyəndə təngi nəfəs şəkildə qarşı tərəf “mənəm qorxma” demiş, o isə Şahin olduğunu anlayıb sonuncuya “ay Şahin hardasan? niyə yoxsan qəsəbədə? oğrular peyda olub, bizdə evdə qorxuruq, uşaqların yazıqdır, hardasan getmisən, iş yerini niyə atıb getdin” demişdir. Şahin ona “mən 2011-ci ildən “kruqdayam, oradan ayrıla bilmərəm” demişdir. O da qarğış edərək “Allah sənin bəlanı versin, 2011-ci ildən kruqdasansa niyə mənimlə evlənib bədbəxt etdin məni” deyərək ağlamış, daha sonra isə telefonu qızına vermişdir. Qızı atasına “ay dədə qorxuram qəsəbədə oğrular peyda olub, gəl evimizə” demiş, Şahin isə “qorxma ay itin balası mən səni 24 saat qoruyuram” demişdir. Daha sonra Şahin ona “məni unudun, mən qrupdayam, məni unudun” demiş və nömrəsini polisə verməməyi tapşırmışdır. O, yaxşı deyib, məşğul etmiş və nömrəni polisə vermişdir. Onun həmin vaxt Şahinin qətl törətməsindən xəbəri olmamışdır. O elə bilmiş ki, Şahini oğurluğa görə axtarırlar. Ona qonşusu Şəhla demiş ki, “sən qıraq-bucaqda heç nə danışma Şahin xəbər yayıbdır ki, mən Laləni öldürəndən sonra təslim olacam”. O da qorxub polis şöbəsinə müraciət etmiş ki, onları qorusunlar. O, Şahinin ona zəng etdiyi nömrəni polis əməkdaşlarına verərkən polislər onunla danışmışlar. Ona zəng etdiyi günün səhəri həmin nömrədən qısa zəng gəlmiş, o, yenidən zəng etmiş, lakin həmin nömrəyə zəng çatmamışdır. İfadəsinin davamı olaraq Şahid6 bildirmişdir ki, o, Şahinin dostlarının kim olmasını və ya “kruqdayam” deyərkən kimləri nəzərdə tutduğunu bilməmişdir. Şahindən ona zəng gələn nömrənin sonuncunun olduğunu zənn etmişdir. O, polis əməkdaşlarına həmin nömrəni təqdim etdikdə sonuncular ona nömrənin “Get kontakt” proqramı ilə yoxlayan zaman nömrə sahibinin adının “Pərvanə” qeyd olunduğunu demişlər və ondan Pərvanə adında tanışlarının olub-olmamasını soruşmuşlar. O isə Pərvanə adında hər hansı tanışının olmadığını bildirmişdir. Ona Şahinin mağazadan oğurluq edəndən sonra Şəhla xəbərdarlıq etmiş ki, “heç kimə heç nə danışma Şahin səni də, uşaqlarını da öldürəcək demiş, əlavə də bu barədə kimə desə boynuma almayacam” demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid6 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Daşkəsən şəhərində yaşamışdır. Təqsirləndirilən şəxs təxminən 15 il olar tanımış, dostluq münasibətləri olmuş və əvvəl bir yerdə işləmişlər. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Daşkəsən şəhərində özünün yaşadığı yataqxanada görmüşdür. Təqsirləndirilən şəxs həmin tarixdə onun yaşadığı yataqxananın qarşısına gələrək ondan 5 manat pul istəmiş, o, isə Şahinə üzərində pul olmadığını, lakin oğlunun gələcəyini, çölə çıxaraq oğlunu orada gözləməyi, oğlu gələndən sonra sonuncudan pul alıb verəcəyini, həmçinin qonşudan siqaret almağını demişdir. Daha sonra Şahin ona evlərində çay olub-olmamsını soruşmuş, o isə sonuncuya evlərində çay olmasını bildirib evə daxil olaraq çay içməyi təklif etmişdir. Şahin də onun təklifini qəbul etmişdir. Həmin vaxt evdə ondan başqa qızı olmuş, arvadı isə binanın qarşısında paltar yumuşdur. Çay içdikdən sonra o, Şahinə çölə çıxmağı, oğlunu orada gözləməyi, sonuncu gələndən sonra pul alıb ona verəcəyini və həmin ərəfədə də qonşudan siqaret almağı demişdir. Lakin, Şahin onunla razılaşmayaraq çölə çıxacağı halda polislərin onu görəcəyin idemişdir. O, Şahindən polislərin onu nə üçün axtardığını soruşanda sonuncu mağazadan oğurluq etdiyini və bu səbəbdən də axtarışda olduğunu, çölə çıxacağı halda tutula bilməsindən qorxduğunu bildirmişdir. O, çölə çıxmalarında heç bir problem olmamasına dair Şahinə təkid etdikdən sonra sonuncu onunla razılaşmış və onlar birlikdə çölə çıxaraq binanın yanında qonşusu Topal Akifi görmüşlər. Hər üçü birlikdə qısa müddət binanın qarşısında olan zaman kənardan qonşuluqda yaşayan polis orqanında əməliyyatçı vəzifəsində işləyən Şöhrət adlı şəxs onlara yaxınlaşaraq Şahinə “sən hardasan 1 həftədir səni axtarırıq” deyib sonuncu ilə binanın arxa tərəfinə keçmişlər. O və qonşu Akif bu barədə maraqlanmamışdır. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs mağazadan hansı məbləğdə pul və ya hər hansı əşya oğurlamasını bilməmiş, o, sonuncudan bu barədə heç nə soruşmamış, nə də Şahin özü mağazadan konkret nə oğurlaması barədə ona məlumat verməmişdir. Şahin oğurluq etdiyini ona etiraf edən zaman o, sadəcə sonuncuya niyə belə doğru olmayan hərəkət etməsini və işlədiyi üçün yüksək məbləğdə əmək haqqı almasına görə sonuncunun oğurluq etməyə nə ehtiyacı olmasını irad tutmuşdur. Şahin, Topal Akif və o, binanın qarşısında olan zaman Şahin Akifdən hər hansı bir məbləğdə pul istəməmiş, yalnız bir ədəd siqaret götürmüşdür. O, heç vaxt Şahindən pul almamışdır. Uzun müddət əvvəl ehtiyacı olması səbəbindən Şahindən 50 manat məbləğində borc istəmiş, lakin sonuncu ona borc verməmiş, ümumilikdə Şahinin heç özünə yetəcək pulu olmadığından ona pul verməməsini başa düşmüşdür. Şahinin etdiyi heç bir cinayət əməlindən öncədən məlumatı olmamış, yalnız Şahinin özünün bildirməsinə görə oğurluq cinayəti etməsindən xəbərdar olmuşdur. Şahinlə aralarında heç vaxt ədavət, düşmənçilik yaradacaq qərəzli münasibət olmamış, Şahinin nəyə görə adam öldürmə cinayətində birlikdə iştirak etmələrini bildirməsini başa düşməmiş, bu barədə hüquqmühafizə orqanlarına çağırılıb məlumat verildikdə isə çox təəccüblənmiş, o, Şahinin həmin cinayəti törətdiyi gün öz evində ailəsinin içində olmuşdur. Şahinin onu xüsusilə ağır cinayət törətməkdə ittiham etməsinə səbəb kimi ehtimal etmiş ki, Şahin onlarda evdə olan zaman o, sonuncuya təkidlə çölə binanın qarşısına çıxmalarını təklif etməsi və həmin vaxt polis əməkdaşının Şahini görərək çağırıb özü ilə aparması olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahinin ona 2000 manat məbləğində pul oğurlamasını dediyini dəqiq xatırlamamış, ola bilsin ki, həmin vaxt belə bir ifadə işlətmiş, hadisədən uzun müddət keçdiyindən unutmuşdur. Lakin hər bir halda ibtidai istintaq zamanı verdiyi həmin məzmunda ifadəsini məhkəmədə də təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10, Şahid12, Şahid11 və Şahid19 ibtidai istintaq zaman verdiklərini ifadələrini təsdiq edərək Şahid4 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 qızı ifadəsində göstərmişdir ki, Daşkəsən şəhəri, 7 saylı yataqxanada iki övladı ilə birlikdə yaşamışdır. Şahid4 qonşu kimi tanımışdır. Yaşadıqları yataqxananın iki giriş bloku olmuş, o, Şahid4lə eyni blokda yaşamış, giriş-çıxış qapıları fərqli olmuş, lakin yataqxanada ailələr bir-birlərini tanımış və həyətdə olarkən hamı bir-birini görə bilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, kim olduğunu bilməmiş və ilk dəfə sonuncunun simasını məhkəmə iclasında görmüşdür. Ümumi olaraq Şahid4 günün müəyyən vaxtlarda yataqxananın binasının qarşısında qonşuluqda yaşadığı üçün görmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yataqxananın binasının qarşısında Şahid4 gördüyünü dəqiq xatırlamamış və sonuncunu həmin tarixdə göstərilən saatda dəqiqliklə görməsi barədə də ibtidai istintaq zamanı ifadə verməmişdir. Qeyd etdiyi xüsusatdan başqa qalan hissədə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid13 qızı bacısıdır və sonuncu yataq xəstəsi olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 Xəyalə Teymurxan qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daşkəsən RPŞ-nin MSY-də polis nəfəri işləyən Şahid18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Daşkəsən rayon sakini kimi tanımışdır. 2023-cü ilin mart ayında Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində marketdə oğurluq hadisəsi olması ilə bağlı məlumat daxil olmuş və həmin iş üzrə oğurluğun edilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs axtarışa verilmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs iş yerindən çıxaraq rayon ərazisində gizlənmiş, lakin Mədənçilər qəsəbəsinin sakinləri sonuncunu qəsəbə ərazisində görmüşlər. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs arvadı Lalə polisə məlumat verərək Şahinin onunla əlaqə saxladığını bildirmişdir. Növbəti gün o, Şahinin zəng etdiyi nömrə ilə əlaqə saxlamağa çalışmış və onunla əlaqə saxlaması üçün mesaj yazmış, lakin sonuncu əlaqə saxlamamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində idmandan çıxıb evə gedərkən binalarının yanında, yəni Daşkəsən rayonu, Nəsimi adına tam orta məktəbin arxasında Təqsirləndirilən şəxs, Şahid4 və Şahid19 siqaret çəkdiklərini görmüşdür. Təqsirləndirilən şəxs kepka papaqda üzünü örtmüş şəkildə ayaq üstə dayanmışdır. O, Şahini əvvəllər tanıdığından baxan kimi sonuncu olduğunu bilmişdir. O, dərhal sonunculara yaxınlaşaraq “Şahin bura gəl səninlə işim var ”demişdir. Şahin isə ona “Qurban olum burax gedim, mənimlə işin olmasın ”demişdir. O, Şahinə polis şöbəsinə getməyi təklif etmişdir. Həmin vaxt Şahinin əlləri əsmiş və həyəcanlı vəziyyətdə olmuşdur. O, Şahinlə uzaqlaşarkən nə Şahid4, nə də Şahid19 ona müdaxilə etməmişlər. O, Təqsirləndirilən şəxsla gedərkən yol boyu sonuncu ona “Bilmədiyin şeylər var, burax gedim, xahiş edirəm burax məni” demişdir. O, Şahinin niyə belə həyəcanlı olduğunu bilməmişdir. O, Təqsirləndirilən şəxs oğurluqda şübhəli olduğu üçün axtarıldığı deyən zaman sonuncu ona “Bilmirsən, bilmədiyin şeylər var” demişdir. Həmin vaxt binalarının yaxınlığında olan qazanxananın yanına çatarkən o, CAB-ın rəisi Şəhriyar müəllimə zəng edərək polis maşını yollamasını bildirmişdir. Təqsirləndirilən şəxs bunu eşidərək qəfildən qaçmağa başlamışdır. O da arxası ilə çağıraraq qaçmağa başlamış və Təqsirləndirilən şəxs tutmuşdur. Həmin vaxtı sonuncu yenə də ona “Burax gedim, sən bilmədiyin şeylər var ” demişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra ona “üç gündür acam mənə yemək alın” demiş, o, Şahinə şirniyyat və sərin içki almışdır. Təxminən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə polis şöbəsinə iki nəfərin öldürüldüyü barədə məlumatı daxil olmuşdur. Həmin məlumat daxil olarkən onlar Şahinin həmin qətli törətməsi barədə məlumatlı olmamışlar. Daha sonra onlara məlum olmuş ki, “102 Xidməti” Zəng Mərkəzindən məlumat daxil olub ki, “adım Təqsirləndirilən şəxsdur, etdiyim əməllərdən peşmanam, Ceyhun müəllimə deyin mənimlə əlaqə saxlasın” məzmunda Daşkəsən rayonundan zəng daxil olmuşdur. Təqsirləndirilən şəxs dindirilərkən “102 xidməti” Zəng Mərkəzinə zəng etdiyini təsdiq etmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən “Azercell” nömrəsi olmamış, sonuncu isə telefonunu qıraraq tulladığını demişdir. Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində öldürülmüş Pəri Məmmədovanın əlaqə nömrəsi müəyyən edildikdən sonra məlum olmuş ki, Təqsirləndirilən şəxs “102 xidməti” Zəng Mərkəzinə və arvadı Laləyə zəng etdiyi nömrə ilə Pəri Məmmədovanın mobil nömrəsi olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qətl törətdiyini etiraf etmişdir. İfadəsinin davamı olaraq Şahid18 bildirmişdir ki, Təqsirləndirilən şəxs Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində marketdən edilmiş oğurluqla bağlı axtarılmış, tutulan zaman sonuncu ona Məhərrəm Məmmədov və Pəri Məmmədovanı öldürməsi və evlərindən oğurluq etməsi barədə ona konkret olaraq nəsə deməmiş, lakin Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman bir neçə dəfə təkrarən ona “sən bilmirsən mən neyləmişəm, sənin xəbərin yoxdur, hər şeyi bilmirsən” demiş və çox həyəcanlı olmuşdur. Həmçinin Şahin yolda ondan “adam öldürmə üçün neçə il iş kəsirlər” deyə soruşmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. O, “Jiquli” 2107 markalı, ağ rəngli, **- LN-*** dövlət qeydiyyat nişanlı sedan avtomobili ilə fərdi taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin mart ayının sonları, təxminən 30 və ya 31 mart tarixlərində Yeni Gəncədə yerləşən “Əminə” marketin qarşısında dayanan zaman bir nəfər tanımadığı hərbiçi ona yaxınlaşaraq Xoşbulaq kəndindən yuxarıda yerləşən hərbi hissəyə təcili çatmalı olduğunu demiş və 15 manat pul vermişdir. Həmin yerdə tanımadığı daha bir nəfər müştəri götürərək yola düşmüşdür. Gedərkən yolu Gəncə şəhəri Bağmanlar qəsəbəsindən keçmişdir. Bağmanların başındakı işıqforun yanında iki nəfər dayanmışdır. Həmin tanımadığı iki nəfər əl edərək maşını saxlatmış, o da maşından düşüb hansı tərəfə getdiklərini soruşanda onlardan biri Daşkəsənə getdiyini demişdir. O “gəl gedək, ora gedirəm” deyəndə həmin şəxs onun qulağına “məndə pul yoxdur nisyə apar, sabah səhər pulunu qaytararam” demişdir. Həmin şəxsi üzdən tanıdığından razılaşmış, lakin adını soruşanda həmin şəxs ona adının Röyal olduğunu və Zakirin oğlu olduğunu bildirmişdir. Telefon nömrəsini istəyəndə həmin şəxs ona telefonunun olmadığını və pulu “Şamo”nun çayçısına qoyacağını bildirmişdir. Onlar Daşkəsənə çatanda həmin şəxs hansı tərəfə gedirsiniz deyərkən o, Xoşbulaq tərəfə qalxacağını demiş, həmin şəxs isə “onda mən Mədənçilərdə düşərəm” demişdir. Lakin həmin şəxs Gəncədə ona Daşkəsən şəhərinə qalxacağını demişdir. Mədənçilər qəsəbəsində düşəndən sonra o həmin şəxsi görməmişdir. İfadəsinin davamı olaraq Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yalnız üzdən tanış gəlmiş və o, sonuncunu daşkəsənli kimi tanımışdır. O, Təqsirləndirilən şəxs maşına minərkən sonuncudan hər hansısa qoxu gəlməsini hiss etməmiş və Şahin də yol boyu sakit oturmuşdur. Xatırladığı qədəri ilə həmin vaxtı Şahinin əynində gödəkçə olmuşdur. Təqsirləndirilən şəxs avtomobili asfalt yolda Mədənçilərdən Xoşbulaq yolunda asfalt yolla aşağı düşərkən ehsan bulağından 50-100 metr keçəndən sonra saxlatmış və düşmüşdür. O, səhəri gün Şamonun çayçısına getmiş, lakin orda ona hər hansısa bir şəxsin pul qoymadığını demişlər və o da geri qayıtmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daşkəsən RPŞ-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci tarixdən Daşkəsən RPŞ-də Növbətçi Hissəsinin məsul növbətçisi vəzifəsində xidmət edir. 01 aprel 2023-cü il tarixdə RPŞ-də növbədə olan zaman saat 17:37 dəqiqədə DİN-in “102 xidməti zəng mərkəzi sistemi”dən RPŞ-yə ********* saylı məlumat daxil olmuş, həmin məlumat rayon polis şöbəsinin törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 230 sayda qeydə alınmışdır. Məlumatda ***-***-**-** saylı mobil nömrə ilə DİN-in “102 xidməti zəng mərkəzi sisteminə” zəng edən şəxs özünü Daşkəsən rayonunda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim edərək “elədiyim cinayəti etiraf etmək istəyirəm, xahiş edirəm Ceyhun müəllim mənimlə əlaqə saxlasın” ifadəsini işlədib telefon zəngini sonlandırmışdır. O, həmin məlumat əsasında dərhal ***-***-**-** saylı telefon nömrəsi ilə göstərilən nömrəyə dəfələrlə zəng etsə də, ***-***-**-** saylı mobil nömrəyə zəng çatmamışdır. Daha sonra o, DİN-in “102 xidməti zəng mərkəzi sistemi”nə zəng edərək Təqsirləndirilən şəxs zəng etdiyi ***-***-**-** saylı mobil nömrə ilə hansı ərazidən “102 xidməti zəng mərkəzinə” zəng etdiyini soruşduqda “102 xidməti ZMS” aidiyyəti əməkdaşı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə Daşkəsən şəhərinin girəcəyində yerləşən “Ceyhun” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən inzibati binanın ətrafından zəng etdiyini bildirmişdir. O, dərhal gündəlik əməliyyat-istintaq qrupunun üzvlərini və rayon polis şöbəsinin CAB-ın əməkdaşlarını sözügedən ünvana göndərmişdir. Əməliyyat-istintaq qrupunun üzvləri və RPŞ-nin CAB-ın əməkdaşları həmin əraziyə getmiş, lakin DİN-nin “102 xidməti zəng mərkəzinə” zəng edən Təqsirləndirilən şəxs həmin ərazidə tapa bilməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daşkəsən RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid21 ifadəsində göstərmişdir ki, Ələsgərov X26 qəsəbəsində olan oğurluq hadisəsi ilə əlaqədar axtarışa verilmişdir. Çünki Mədənçilər qəsəbəsində oğurluq hadisəsi olmuş, Təqsirləndirilən şəxs da əvvəllər oğurluqdan məhkumluğu olmuş və rayon ərazisində sonuncunu oğurluq etməsi ilə tanınmışdır. xx.xx.2023-cü il tarixdə ona Şahinin 102 xidmətinə zəng etməsi və törətdiyi əməlləri etiraf etməsi barədə məlumat daxil olmuşdur. O, həmin gün təxminən saat 18 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə 102 zəng mərkəzinə zəng edilmiş ***-***-**-** mobil nömrəyə zəng etmişdir. Zəngə cavab verildikdə o, “Şahindir danışan?” soruşmuş, həmin vaxtı qarşı tərəf cavab olaraq “hə mənəm” demişdir. O, həmin vaxt Şahinin harada olduğunu müəyyən etməyə çalışmış, lakin sonuncu onun polis olduğunu bilib zəngi bitirmişdir. Həmin hadisədən sonra o, Şahin ilə əlaqə saxlaya bilməmiş və ***-***-**-** mobil nömrənin mərhum Pəri Məmmədovaya məxsus olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Daşkəsən RPŞ-nin PPX-nin polis nəfəri Şahid20 ifadəsində göstərmişdir ki, Şahid6 tanımış və Təqsirləndirilən şəxs tapılması ilə əlaqədar Şahid6 yaşadığı evin yaxınlığında patrul xidməti həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs zəng etdiyi halda ona məlumat verməsi üçün o, öz nömrəsini Şahid6 vermişdir. xx.xx.2023-cü il tarixdə saat 21:59 dəqiqədə Şahid6 ona zəng edərək Təqsirləndirilən şəxs ona tanımadığı ***-***-**-** saylı mobil nömrədən zəng etdiyini bildirmişdir. O, dərhal rəhbərliyə məruzə etmiş, lakin həmin telefon nömrəsi ilə əlaqə saxlaya bilməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X27” PHŞ-in Daşkəsən rayon şöbəsinin 2 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X7 meyitinin məhkəmə tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edildi: başın açıq küt travması, başın kəllə nahiyəsinin hematoması və yumşaq toxumalar altına yayılmış qansızma, beyin əzilməsi, baş-beyin qansızma, beyin mədəcikləri daxilinə qansızma, başın ənsə sümüyünün basılmış qəlpəli sınığı, başın sağ gücgah sümüyünün yerdəyişməli sınığı, başın ənsə sümüyündən beyin əsası sümüyünədək davam edən yerdəyişməsiz xətti sınıq, sağ gözaltının və burunun sağ yarısının səthi yaraları. Məhərrəm Məmmədovun meyitinin bədəni üzərində müəyyən edilmiş yuxarıda göstərilmiş xəsarətlər - başın açıq küt travması, başın kəllə nahiyəsinin hematoması və yumşaq toxumalar altına yayılmış qansızma, beyin əzilməsi, baş-beyin qansızma, beyin mədəcikləri daxilinə qansızma, başın ənsə sümüyünün basılmış qəlpəli sınığı, başın sağ gücgah sümüyünün yerdəyişməli sınığı, başın ənsə sümüyündən beyin əsası sümüyünədək davam edən yerdəyişməsiz xətti sınıq dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir; sağ gözaltı və burunun sağ yarısının səthi yarları sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərin hər biri həyatidir, ölümündən az əvvəl əmələ gəliblər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Məhərrəm Məmmdəovun meyitinin baş nahiyəsində müəyyən olunmuş, yuxarıda göstərilən xəsarətlər - küt əşya ilə çoxsaylı zərbələr nəticəsində əmələ gəlmələri mümkündür. Məhərrəm Məmmdəovun ölümünə səbəb başın ənsə sümüyünün basılmış qəlpəli sınığı, başın kəllə tağı və əsası sümüklərinin sınığı, beyin əzilməsi, baş-beyinnə qansızma olmuşdur. Meyitdə gedən meyit əlamətlərini, ətraf mühiti, hava şəraitini nəzərə alaraq belə hesab etmək olar ki, onun ölümü müayinədən 48-66 saat əvvəl baş vermişdir. Meyitin müayinəsi xx.xx.2023-cü il tarixdə saat 21:00-da aparılmışdır. Məhərrəm Məmmdəovun meyitinin boyun nahiyyəsində əllə boğulmaya xarakterik hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Məhərrəm Məmmdəovun meyitindən götürülmüş qanda kimya təhqiqqatı nəticəsində etil spirti, narkotik və zəhərli maddələr aşkar edilməyib. Məhərrəm Məmmdəvovunun başında aşkar edilmiş xəsarətlər - ekspertizaya təqdim olunmuş odun parçası ilə yetirilməsi istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X27” PHŞ-in Daşkəsən rayon şöbəsinin 3 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X24 meyitinin məhkəmə tibbi ekspertizası zamanı aşağıdakılar aşkar edildi: başın açıq küt travması, başın alın, sol gicgah, sol təpə və sol sifət nahiyyəsinin hematoması və yumşaq toxumalar altına yayılmış qansızma, başın sol alın sümüyünün qəlpəli sınığı, baş beyinə və beyin mədəcikləri daxilinə qansızma, beyin əzilməsi, başında sağ qaşın bayır küncünün, sol alın, sol alın-gicgah, sol təpə və sağ dirsək oynağının yaraları. Pəri Məmmədovanın meyitinin bədəni üzərində müəyyən edilmiş yuxarıda göstərilmiş xəsarətlər - başın açıq küt travması, başın alın, sol gicgah, sol təpə və sol sifət nahiyəsinin hematoması və yumşaq toxumalar altına yayılmış qansızma, beyin əzilməsi, baş beyinə və beyin mədəcikləri daxilinə qansızma, başın sol alın sümüyünün qəlpəli sınığı dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir, sağ qaşın bayıt küncünün, sol alın, sol alın-gicgah, sol təpə və sağ dirsək oynağının yaraları dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Qeyd edilən xəsarətlərin hər biri həyatidir, ölümündən az əvvəl əmələ gəliblər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Pəri Məmmədovanın meyitinin baş nahiyəsində müəyyən olunmuş yuxarıda göstərilən xəsarətlər - küt əşya ilə çoxsaylı zərbələr nəticəsində əmələ gəlmələri mümkündür. Pəri Məmmədovanın ölümünə səbəb başın sol alın sümüyünün qəlpəli sınığı, beyin əzilməsi, baş-beyinə vəbeyin mədəciklərinə qansızma olmuşdur. Meyitdə gedən meyit əlamətlərini, ətraf mühiti, hava şəraitini nəzərə alaraq belə hesab etmək olar ki, onun ölümü müayinədən 48-68 saat əvvəl baş vermişdir. Meyitin müayinəsi xx.xx.2023-cü il tarixdə saat 23:00-da aparılmışdır. Pəri Məmmədovanın meyitinin boyun nahiyyəsində əllə boğulmaya xarakterik hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədi. Pəri Məmmədovanın meyitindən götürülmüş qanda kimya təhqiqqatı nəticəsində etil spirti, narkotik və zəhərli maddələr aşkar edilməyib. Pəri Məmmədovanın təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri aşkar edilməyib. Pəri Məmmədovanın başında aşkar edilmiş xəsarətlər - ekspertizaya təqdim olunmuş odun parçası ilə yetirilməsi istisna edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X27” PHŞ-in Daşkəsən rayon şöbəsinin 48 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X27” PHŞ-in 238/2023- MTBŞ nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, X24 ABO sistemi üzrə qan qrupu-Oalfabeta/İ/. X7 ABO sistemi üzrə qan qrupu- Abeta(H)/İİ/. Ekspertizaya təqdim olunana 4 və 8 saylı çubuqlu pambıq tampon, P.Ə.Məmmədovaya məxsus gecə köynəyi, damlı şal, baş yaylığı, kofta, 02 ədəd jilet, jaket, retuz və xalat üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda (H) antigeni, bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X29 məxsus ola bilər. P.Ə.Məmmədovata məxsus digər şal, kalqotka və 01 cüt corab üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd odun parçası, 6 saylı çubuqlu pambıq tampon, M.B.Məmmədova məxsus jilet, pencək, köynək, şalvar, papaq, 02 ədəd corab tayları, alt köynək və göy şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda (A) və (H) antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən zərər çəkmiş şəxs X9 məxsus ola bilər. Qanın qarışıq olduğu halda ləkələrdə X24 də qarışmış qanının olması inkar olunmur. Digər tay corablar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, gödəkcə, sviter, jilet və şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X27” PHŞ-in 1317/K nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spritləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X34 370 nömrəli, xx.xx.2023-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlər (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikasının CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədikdən sonra və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq hal-hazırda müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir), yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/668 və 3/673 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet əldədüzəltmə üsulla hazırlanmış taxta parçasıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində “X6…” yazı qeydləri olan bağlamadan aşkar edilmiş sviterin və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin səthində olan zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sökülmə zədəsidir. Bu zədələrin yaranma xarakterini və yerləşmə sahəsini nəzərə almaqla, onların yaranma mexanizmini kriminalistik tədqiqat aparmaqla müəyyən etmək mümkün deyil. Təqdim edilmiş “X6…” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd jiletin, bir ədəd jaketin, bir ədəd isti alt şalvarının, iki ədəd şalın, bir ədəd baş yaylığının, bir ədəd xalatın, bir cüt corabın, bir ədəd kalqotkanın, bir ədəd gecə donunun, üzərində “X2...” yazı qeydləri olan bağlamada aşkar edilmiş bir ədəd pencəyin, bir ədəd jiletin, bir ədəd uzunqol köynəyin, bir ədəd papağın, iki cüt corabın, bir ədəd isti alt köynəyinin, iki ədəd şalvarın, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd jiletin, bir ədəd sviterin, bir ədəd qəhvəyi rəngli şalvarın, bir cüt ayaqqabının səthində zədə yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2294 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X9, X29 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X9 və X29 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X9 və X29 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürüldüyü qeyd edilən odun parçasının səthi üzərində kənar lif mikrohissəcikləri, həmçinin X9, X29 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4577 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı, “Jinga” markalı, “M245” model mobil telefonun satış üçün komplekstləşdirilməsinə daxil edilən aksessuarların olmaması və zədələnməmişdən əvvəl, normal vəziyyətdə 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 15,00 manat, hal-hazırda istifadəyə yararsız vəziyyətdə ehtiyat hissəsi kimi 2,00 manat müəyyən olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3113 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 10 paket “Classıc İmperial” markalı siqaretin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 24,0 (10 ədəd x 2,40 manat) manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da Azərbaycan Respublikası CM-in 120.2.7-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.7-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəl görünür ki, hadisə yeri ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evi dəmir torla əhatələnmiş, həyətinə giriş dəmir materiallı tordan hazırlanmış qapıdandır və həyətə evin arxa üst hissəsindən də girişi vardır. Həyətin giriş qapısı açıq vəziyyətdədir. Evin giriş qapısı dəmir materialdandır və dəhlizə açılır. Həmin dəhliz mətbəx kimi istifadə edilir. Dəhlizin giriş qapısından içəri daxil olduqda sol tərəfdə mərkəzdə yerdən 54 sm hündürlükdə 1x1 ölçüdə pəncərə yerləşir. Evin giriş qapısı ilə üzbəüz istiqamətdə, dəhlizin sonunda stol vardır. Mətbəx kimi istifadə olunan dəhlizdə qaz avadanlığı ilə əlüzyuyan arasında kişi və qadın meyitləri vardır. Meyitlər bir birinə yanındadır, başları arasında məsafə 47 sm-dir. Meyitlərin baş nahiyələri girişdən sağ tərəfdə, ayaqları isə girişdən sol tərəfdə yerləşir. Kişi meyiti çəpəki şəkildə uzanmış formadadır, qolları yerə düşmüş və düz dayanmış, ayağı da düz dayanmışdır. Meyitin ayağı giriş qapısından sol divarın küncündən 291 sm məsafədədir, baş nahiyəsi isə giriş qapısından 3-cü divara 34 sm məsafədə yerləşir. Qadın meyiti düz şəkildə uzanmış formadadır, belinin sol hissəsi və sol qolunun dirsək hissəsi qaz avadanlığına söykənmiş, əli isə meyitin sinə nahiyəsinin üzərindədir. Sağ qolunun dirsək hissəsi kişi meyitinin sol qol hissəsinə düşmüş, əli isə üz hissəsinin üzərindədir. Meyitin sol ayağı düz dayanmış, sağ ayağı isə qatılaq vəziyyətdə olub, kişi meyitinin ayaqları üzərinə düşmüş vəziyyətdədir. Meyitin baş nahiyəsi sağ çiyin istiqamətində əyilmiş vəziyyətdədir. Meyitin sol ayağı giriş qapısının sol divar küncündən 153 sm məsafədə yerləşir. Baş nahiyəsi giriş qapısından 3-cü divara 42 sm məsafədə yerləşir. Hadisənin baş verdiyi dəhlizdə döşəmənin səthi üzərində bir neçə qanabənzər ləkələr, budaq, hasa və digər əşyalar aşkar edildi. Baxış zamanı şərti nömrə ilə nömrələnmiş 1 saylı 105 sm uzunluğunda qalın budaq, şərti nömrə ilə nömrələnmiş 2 saylı 119 sm uzunluğunda hasa kimi istifadə edilən budaq, şərti nömrə ilə nömrələnmiş 3 saylı 19 sm uzunluğunda yanlı qalmış fənər, şərti nömrə ilə nömrələnmiş 4 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, 4 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, şərti nömrə ilə nömrələnmiş 5 saylı üzərində qanabənzər ləkələr olan qara rəngdə papaq, şərti nömrə ilə nömrələnmiş 6 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla, şərti nömrə ilə nömrələnmiş 7 saylı qanabənzər ləkələr olan 20 nominal dəyərli qəpik pul vahidi, şərti nömrə ilə nömrələnmiş 8 saylı qanabənzər ləkələr kosmetik çubuq üzərindəki pambıqla müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X24 meyitinə baxış zamanı meyitin başın alın, sol gicgah, sol təpə nahiyələrində və sifətin sol yarısında yayılmış hematoma vardır. Başında sağ qaşın bayır küncündə, sol alın nahiyəsinin tüklü hissəsində, sol alın-gicgah nahiyəsində, sol təpə nahiyəsində ölçülərdə kənarları əzilmiş-cırılmış yaralar aşkar edilmişdir. Sağ dirsək oynağında qeyri-müəyyən formalı səthi yaralar vardır. Baxış zamanı X24 əynində olmuş bir ədəd qara rəngdə qolsuz gödəkcə, bir ədəd tünd qırmızı rəngdə məxməri parçadan olan xalat, bir ədəd ağ-qara sızıqlı açıq qəhvəyi rəngdə olan şal, bir ədəd üzərində mavi sızıqlı naxışlar olan qara rəngli şal, bir ədəd üzərində çəhrayı naxışlar olan tünd göy rəngli yaylıq, bir ədəd üzərində qara naxışlar olan düyməli boz rəngli kofta, bir ədəd üzərində müxtəlif naxışlar olan qolsuz jaket, bir ədəd üzərində naxışlar olan açıq qəhvəyi rəngdə jaket, bir ədəd üzərində mavi naxışlar olan gecə paltarı, iki ədəd biri qara biri açıq qəhvəyi rəngdə olan kalqotqa, bir cüt tünd qırmızı rəngdə üzərində “Mariana” yazılan və müxtəlif etiketlər olan qalın qış corabları, eləcə də X24 qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X7 meyitinə baxış zamanı meyitin başın alın, təpə və ənsə nahiyələrində hematoma vardır. Başın orta təpə-ənsə nahiyəsində kənarları əzilmişcırılmış yara vardır. Sağ gözaltında və burunun sağ yarısında iki ədəd uzunsov formalı səthi yaralar vardır. Baxış zamanı X7 əynində olmuş bir ədəd tünd qırmızı rəngdə çox saylı cırıqlar olan qolsuz gödəkcə, bir ədəd boz rəngdə pencək, bir ədəd boz rəngdə uzunqol kofta, bir cüt boz, bir cüt qara corab, bir ədəd boz rəngli klassik kişi şalvarı, bir ədəd üzərində mavi və ağ sızıqlı naxışları olan göy rəngli köynək, bir ədəd tünd göy rəngdə qalın şalvar, həmçinin X7 qan nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “könüllü təqdim edilən paltarlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş tünd boz rəngli, cızıqlı naxışlar olan, iki yan cibləri və iki arxa cibləri olan parça materiallı klassik kişi şalvarı, bir ədəd qara rəngli, sinə nahiyəsində ağ rəngli butavari naxışlar olan payız köynəyi, bir ədəd tünd göy rəngli, düymə ilə bağlanan, M ölçülü, “Herman vool” markalı qolsuz, qısa üst paltarı, bir ədəd tünd qəhvəyi rəngli, sağ və sol yan cibi, sinə nahiyədə sağ və sol cibləri, iç hissədən sol yan cibi olan düymə ilə bağlanan, M ölçülü, “Ferrakollizione” markalı qış gödəkçəsi və 1 cüt qara rəngli, üzərində “Novel” sözü yazılmış, 43 ölçülü kişi idman ayaqqabısı baxış keçirilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “tədqiqat üçün nümunələrin götürülməsi haqqında” protokoldan görünür ki, iş üzrə şübhəli şəxs X12 tədqiqat üçün qan nümunəsi götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş bir ədəd informasiya daşıyıcısı olan diskdəki videogörüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini, o cümlədən xx.xx.2023-cü il tarixdə saat 21 radələrində X30 və mərhum X8 taxta parçası ilə öldürdüyü şəraiti, eləcə də sonuncuların sağlamlıqlarına qəsdən çoxsaylı xəsərətlər yetirərək hər iki şəxsi öldürmək üçün istifadə etdiyi taxta parçasını göstərməklə törətdiyi cinayəti əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs X29 və X9 çoxsaylı xəsarətlər yetirərək hər iki şəxsi öldürmək üçün silah qismində istifadə etdiyi taxta parçası üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin növbətçi otağında saxlanılan törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabına “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, kitabın 71 səhifəsində 230 nömrəli sıra qarşısında Daşkəsən rayonunda yaşayan Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrədən zəng edərək “Elədiyim cinayəti etiraf etmək istəyirəm, xahiş edirəm Ceyhun müəllim mənimlə əlaqə saxlasın” ifadəsini işlədib dəstəyi asması barədə xx.xx.2023 saat 17:37-də “102” Xidməti Zəng Mərkəzindən məlumat daxil olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid6 məxsus içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefona baxış zamanı Şahid6 xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən saat 21:57 dəqiqədə zəng gəldiyi və 35 saniyə danışıq olduğu, həmin gün saat 21:59 dəqiqədə həmin nömrədən cavabsız zəng gəldiyi, saat 22:00 dəqiqədə yenidən zəng gəldiyi və 5 saniyə danışıq olduğu, saat 22:01 dəqiqədə Şahid6 tərəfindən həmin nömrəyə zəng olunduğu və 2 dəqiqə 49 saniyə danışıq olduğu, saat 22:10 dəqiqədə Şahid6 həmin nömrədən zəng gəldiyi və 6 dəqiqə 47 saniyə danışıq olduğu, o cümlədən saat 22:36 dəqiqədə 3 dəqiqə 53 saniyə, saat 23:03 dəqiqədə 1 dəqiqə 55 saniyə sonuncular arasında danışıq olduğu müəyyən olunmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixdə Şahid6 tərəfindən saat 07:36 dəqiqədə həmin nömrəyə zəng edilmiş, həmin gün saat 17:32 dəqiqədə ***-***-**-** saylı nömrədən cavabsız zəng gəlmişdir. xx.xx.2023-cü il tarixdə də saat 07:41 dəqiqədə Şahid6 tərəfindən həmin nömrəyə zəng olunmuşdur. Baxış zamanı Şahid6 ***-***-**-** mobil nömrədən zəng edən şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın tanınması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, tanıyan şəxs Şahid9 Bəhman qızı məhrum xalası X24 istifadə etdiyi “Jinga” markalı, qara rəngli, çox funksiyalı telefonu tanımışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş informasiya daşıyıcı olan diskə “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş diskin zərfinin üzərinə “102 xidməti”nə daxil olmuş zəngin edildiyi ********* saylı nömrə və 3-13-72-2-3355-23 saylı qeydiyyat nömrəsi yazılmışdır. Diskdə olan bir ədəd səsyazısı 50 saniyə davam edir. Səsyazısı “102 xidməti”nin əməkdaşının, “102 xidməti polis serjantı İsmayılova, buyurun” ifadəsi ilə başlayır. Daha sonra zəng edən şəxs “Salam xanım, mən Təqsirləndirilən şəxs” deyir. Polis əməkdaşı həmin şəxsdən ona nə olması barəsində soruşur lakin zəng edən şəxs ona heç nə olmadığını bildirir və “mən əməllərimi etiraf etmək istəyirəm, xahiş edirəm Daşkəsən rayon polis şöbəsindən Ceyhun müəllim mənə zəng etsin, mənimlə əlaqə saxlasın” deyir. Polis əməkdaşı yenidən zəng edən şəxsə ona nə olması barədə soruşur və adının nə olmasını soruşur. Zəng edən şəxs “mən, Təqsirləndirilən şəxs, mənə heç nə olmayıb, xahiş edirəm etdiyim cinayətləri etiraf etməyim üçün Ceyhun müəllim bu nömrə ilə əlaqə saxlasın” deyir, polis əməkdaşı həmin şəxsin Daşkəsənin harasında yaşaması barədə soruşduqda zəng edən şəxs “Daşkəsən rayonu ...” deyir və ifadənin sonunu anlaşılmayan şəkildə deyir. Polis əməkdaşı “nəyində” deyə soruşur və həmin hissədə səs yazısı tamamlanır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin diskdə əks olunmuş səs yazısının ona məxsus olduğunu, “102 xidməti” Zəng Mərkəzinə onun zəng etdiyini, törətdiyi cinayət əməllərini, yəni Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsi ərazisində Pəri Məmmədovanı və Məhərrəm Məmmədovu öldürməsi və həmin qəsəbədə marketdən oğurluq etməsini etiraf etmək istədiyini, zəng etdiyi mobil telefonun və nömrənin də Pəri Məmmədovaya məxsus olduğunu bildirmişdir. Beləliklə də, diskə baxış zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il saat 17:35 dəqiqədə mərhum Pəri Məmmədovaya məxsus ***-***-**-** mobil nömrəsindən DİN “102 xidməti” zəng mərkəzinə Təqsirləndirilən şəxs zəng etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş informasiya daşıyıcı olan diskə “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan bir ədəd videogörüntü 05 dəqiqə 01 saniyə davam edir. Görüntü Gəncə şəhərində yerləşən “Bağbanlarda birinci işıqfor” deyilən yerdə öz əksini tapır. Videogörüntü 31 mart 2023-cü il tarixdə saat 19:04:29 saniyədə başlayır. Videogörüntüdə dayanacaq kimi istifadə edilən yerdə iki nəfərin gözlədiyi müşahidə olunur. Həmin şəxslərdən biri əyninə qəhvəyi gödəkcə, qara şalvar geyinmiş və başına ağ rəngli günlüyü olan kepka papaq taxmış, digər şəxsin əlində ağ rəngdə çanta vardır və əyninə qəhvəyi gödəkcə, göy rəngli şalvar geyinmiş və başına qara rəngli kepka papaq taxmışdır. 31 mart 2023-cü il tarixdə saat 19:05:47 saniyədə müşahidə kamerasının görüntüsündə ağ rəngli, “Vaz 2107” markalı avtomobil müşahidə edilir. Dayanacaqda gözləyən əynində qəhvəyi gödəkcə, qara şalvar geyinmiş və başında ağ rəngli günlüyü olan kepka papaq taxmış şəxs həmin “Vaz 2107” markalı avtomobilə saxlaması üçün işarə edir. “Vaz 2107” markalı avtomobilin sürücüsü avtomobili saxlayaraq düşür və əynində qəhvəyi gödəkcə, qara şalvar geyinmiş və başında ağ rəngli günlüyü olan kepka papaq taxmış şəxs ona yaxınlaşaraq saat 19:06:02 saniyədən saat 19:06:24 saniyəyədək söhbət edirlər. 31 mart 2023-cü il tarixdə saat 19:06:33 saniyədə əynində qəhvəyi gödəkcə, qara şalvar geyinmiş və başında ağ rəngli günlüyü olan kepka papaq taxmış şəxs həmin maşına sol arxa tərəfdə əyləşir və saat 19:06:34 saniyədə “Vaz 2107” markalı avtomobil Gəncə-Daşkəsən- Xoşbulaq avtomobil yolu istiqamətində hərəkət etməyə başlayır. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə əynində qəhvəyi gödəkcə, qara şalvar geyinmiş və başında ağ rəngli günlüyü olan kepka papaq taxmış şəxsin özü olduğunu, dayanacaqda dayanmış digər şəxsi tanımadığını, “Vaz 2107” markalı avtomobilin sürücüsünü tanımadığını, sonuncunun taksi olduğunu gördüyü, işarə etdiyini, taksi sürücüsünə pulunun olmadığını və Daşkəsənə çatandan sonra pulu növbəti gün verəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumatlarda ***-***-**-** mobil nömrənin xx.xx.1946-cı il təvəllüdlü, AZE seriyalı 02766152 nömrəli şəxsiyyət vəsiqəsi olan X29 məxsus olması göstərilmişdir. “503649716_SMS.txt” adlı qovluğa baxış zamanı: xx.xx.2023-cü il tarixdə saat 17:04:07də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrədən Şahid6 məxsus ***-***-**-** mobil nömrəyə “Salam nalə məni bağışla və məni unudun” məzmunlu mesaj göndərilməsi, xx.xx.2023-cü il tarixdə saat 18:29:43-də polis nəfəri Şahid18 istifadəsində olan ***-***-**- ** mobil nömrədən mərhum Pəri Məmmədovaya məxsus ***-***-**-** mobil nömrəyə “Salam Şahin necəsən mənəm Mosu mənə zəng et bu işini yoluna qoyaq” məzmunlu mesaj daxil olması müəyyən edilmişdir. Mobil nömrələrin antena məlumatları əks olunmuş fayllara baxış zamanı: xx.xx.2023-cü il tarixdə saat 21:57:53-də 36 saniyədən ibarət, saat 22:00:14-də 6 saniyədən ibarət, saat 22:01:44-də 169 saniyədən ibarət, saat 22:10:17-də 408 saniyədən ibarət, saat 22:36:48-də 234 saniyədən ibarət, saat 23:03:20-də 116 saniyədən ibarət mərhum Pəri Məmmədovaya məxsus ***-***-**-** mobil nömrəsi ilə Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında Daşkəsən rayonu, Daşkəsən şəhəri, Şəhərin giriş hissəsi antena dairəsindən danışıqlar olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21:59:36-də 103 saniyədən ibarət, saat 22:05:16-da 20 saniyədən ibarət, saat 22:06:30-da 156 saniyədən ibarət polis nəfəri Şahid20 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında Daşkəsən rayonu antena dairəsində danışıq olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:35:19-da 50 saniyədən ibarət mərhum Pəri Məmmədovaya məxsus ***-***- **-** mobil nömrə ilə 102 nömrəsi arasında Daşkəsən rayonu, Daşkəsən şəhəri, Şəhərin giriş hissəsi antena dairəsindən danışıq olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 17:39:07də 24 saniyədən ibarət Pəri Məmmədovaya məxsus ***-***-**-** mobil nömrəyə Daşkəsən RPŞ-ya məxsus ***-**-** nömrədən Daşkəsən rayonu, Daşkəsən şəhəri, Şəhərin giriş hissəsi antena dairəsindən zəng olması müəyyən edilmişdir. Həmçinin ***-***-**-** mobil nömrə ilə mərhum Pəri Məmmədovaya məxsus ***-***-**-** mobil nömrə arasında 12 saniyədən ibarət Daşkəsən rayonu, Daşkəsən şəhəri stadionun yanı antena dairəsində danışıq olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, içərisində ***-***-**-** mobil nömrə olan telefonu Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsi ərazisində Pəri Məmmədova və Məhərrəm Məmmədovu öldürdükdən sonra həmin evdən götürmüş, ***- ***-**-** mobil nömrədən də Şahid6 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və “102 xidməti” Zəng Mərkəzinə zəng etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Daşkəsən rayonu, Mədənçilər qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus adsız ərzaq mağazasıdır. Mağazanın ön və sol tərəfində iki giriş qapısı vardır. Mağazanın sol tərəfində olan giriş qapısının qıfılı qırılmışdır. Qıfılın üzərində zor tətbiq etmə və sındırılmaya xarakterik izlər aşkar edildi. Mağazanın həmin qapısının yanında bir ədəd dəmir metala bənzər 65 sm uzunluğunda predmet də aşkar edildi. Mağazanın içərisi ümumi dağınıq vəziyyətdədir. Baxış zamanı hadisə yerindən sındırılmış vəziyyətdə olan 1 ədəd asma qıfıl və bir ədəd dəmir parçası müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus adsız ərzaq mağazasına baxış zamanı müvafiq qaydada qablaşdırılmaqla götürülmüş bir ədəd 65 sm uzunluğunda dəmir parçası maddi sübut kimi tanınaraq Daşkəsən RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd informasiya daşıyıcı olan diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99470-90911-50 mobil nömrənin antena dairəsinin xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək ayrı-ayrı vaxtlarda Daşkəsən rayonu, Samux rayonu, Gəncə, Bak və Xırdalan şəhərləri ərazisində, xüsusilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək mütəmadi olaraq Bakı, Sumqayıt və Xırdalan şəhərləri ərazisində olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus Daşkəsən rayon, Mədənçilər qəsəbəsi bina 30, mənzil 25-dir. Həmin mənzilin içərisi ümumi dağınıq vəziyyətdədir və baxış zamanı həmin mənzilin yataq otağından Jinga markalı M240 modelli mobil cihaz və daxilində olan Azercell nömrə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yerləşən ona məxsus mağazadan oğurluq olması barədə Daşkəsən RPŞ-ya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu Daşkəsən rayonu, Mədənçilər qəsəbəsində yerləşən ona məxsus mənzildən müəyyən əşyaların oğurlanması barədə Daşkəsən RPŞ-ya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X28 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsi, ev 30, mənzil 25 Zərərçəkmiş şəxs2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Ələsgərov X32 Pəri Əhəd qızı və X8 qəsdən öldürməsində hansısa şəxsin iştirakçılığı, təhrikçiliyi və ya sifarişi olmamış, Ələsgərov X32 Pəri Əhəd qızı və X8 qəsdən öldürməsində niyyəti X24 və X7 pul və qiymətli əşyalarını oğurlamaq olmuş, hadisədən sonra Təqsirləndirilən şəxs, xx.xx.1968-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olan, Gəncə şəhəri, Nizami küçəsi 5-ci döngə ev 27 qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan Daşkəsən rayonu, Mədənçilər qəsəbəs,i bina 30, mənzil 25 saylı evin pəncərəsindən daxil olaraq orada gizləmiş, bundan başqa Təqsirləndirilən şəxs, xx.xx.1974-cü il təvəllüdlü Daşkəsən şəhəri, Səməd Vurğun küçəsi, 7 saylı yataqxanada yaşayan Şahid4 ilə də əlaqədə olmuşdur. Şahid4 Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsində iştirakçılığı və hər hansı bir təhrikçiliyi müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində, Gəncə şəhərindən taksi kimi fəaliyyət göstərən xx.xx.1970-ci ildə Daşkəsən rayonu, Qaraqollar kəndində anadan olmuş, Daşkəsən şəhəri, M.Əsədov küçəsi ev 7 mənzil 33-də qeydiyyatda olmaqla yaşayan Şahid7 ilə sonuncuya məxsus VAZ-2107 markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Daşkəsən rayonuna getmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin CAB-ın dən xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Daşkəsən rayonu, Mədənçilər qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus adsız ərzaq mağazadan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin məsul növbətçisi Şahid3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzindən daxil olmuş məlumatda xx.xx.2023-cü il tarixdə saat 17:33-də +99***-***-**-** saylı mobil nömrədən özünü təqdim etməyən vətəndaşın zəng edərək iki yaşlı şəxsin, yəni ər-arvadın evlərində başı kəsilib öldürülmələri barədə, daha sonra həmin gün saat 17:45-də Şahid1 zəng edərək baldızı X24 və sonuncunun əri X7 öldürülmələri barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin məsul növbətçisi Şahid3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzindən daxil olmuş məlumatda xx.xx.2023-cü il tarixdə saat 17:37-də Daşkəsən rayonunda yaşayan Təqsirləndirilən şəxs X29 məxsus ***-***-**-** saylı mobil nömrədən zəng edərək “Elədiyim cinayəti etiraf etmək istəyirəm, xahiş edirəm Ceyhun müəllim mənimlə əlaqə saxlasın” ifadəsini işlədib dəstəyi asması göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RPŞ-nin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, X40 və X17 barəsində hər hansı cinayət işi, o cümlədən təqsirləndirici material olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək avtomobil təmiri üzrə çilingər peşəsində işləmiş, xx.xx.2023-cü il tarixdə öz hesabına məişət və sosial məsələlərlə əlaqədar 3 təqvim günü məzuniyyət üçün müraciət etmiş, iş qrafiki əsasında xx.xx.2023-cü il tarixdə işə çıxmalı olduğu halda işə çıxmamış, işçi ilə dəfələrlə əlaqə saxlanılmağa cəhd edilmiş, işçi barəsində xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X53 X50 Regional Filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, pensiya alt sistemində olan məlumata əsasən X24 pensiyasının məbləği 375,19 manat və X7 pensiyasının məbləği 327,21 manat olmaqla, hər ikisinə yaşa görə müddətsiz pensiya təyin edilmiş və sonuncu ödəniş qanuna müvafiq olaraq 2023-cü ilin aprel ayı daxil olmaqla aparılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, X40 və X17 poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, X40 və Təqsirləndirilən şəxs müalicədə olmasalar da, X17 dəfələrlə, axırıncı dəfə xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “İnvolvision depressiya” diaqnozu ilə müalicə almışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs, X40 və X17 həmin dispanserdə qeydiyyatda durmurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RİH başçısının Daşkəsən şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, X40 və sonuncunun əri X3 şəhəri, Mədənçilər qəsəbəsi, ev 57-də yaşamışlar və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid6 arasında qeydə alınmış nikah aktı pozulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşkəsən RİH başçısının Daşkəsən şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid6, xx.xx.2013-cü il təvəllüdlü qızı Məhbubə Ələsgərova və xx.xx.2014-cü il təvəllüdlü oğlu Nihat Ələsgərovla birlikdə Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsi K 30, mənzil 1-də yaşayırlar və yaşadığı yer üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 11941905 və 11941909 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Məhbubə Ələsgərova və xx.xx.2014-cü il təvəllüdlü Nihat Ələsgərov adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X24 əynində olmuş bir ədəd qara rəngdə qolsuz gödəkcə, bir ədəd tünd qırmızı rəngdə məxməri parçadan olan xalat, bir ədəd ağ-qara sızıqlı açıq qəhvəyi rəngdə olan şal, bir ədəd üzərində mavi sızıqlı naxışlar olan qara rəngli şal, bir ədəd üzərində çəhrayı naxışlar olan tünd göy rəngli yaylıq, bir ədəd üzərində qara naxışlar olan düyməli boz rəngli kofta, bir ədəd üzərində müxtəlif naxışlar olan qolsuz jaket, bir ədəd üzərində naxışlar olan açıq qəhvəyi rəngdə jaket, bir ədəd üzərində mavi naxışlar olan gecə paltarı, iki ədəd biri qara biri açıq qəhvəyi rəngdə olan kalqotqa, bir cüt tünd qırmızı rəngdə üzərində “Mariana” yazılan və müxtəlif etiketlər olan qalın qış corablar, X29 məxsus olmuş 01 ədəd Çin istehsalı, “Jinga” markalı, “M245”model mobil telefon, həmin mobil telefon daxilində olan Azercell nömrə və 20 nominal dəyərli qəpik pul vahidi, X7 meyitinə baxış zamanı götürülmüş meyitin əynində olmuş bir ədəd tünd qırmızı rəngdə çox saylı cırıqlar olan qolsuz gödəkcə, bir ədəd boz rəngdə pencək, bir ədəd boz rəngdə uzunqol kofta, bir cüt boz, bir cüt qara corab, bir ədəd boz rəngli klassik kişi şalvarı, bir ədəd üzərində mavi və ağ sızıqlı naxışları olan göy rəngli köynək, bir ədəd tünd göy rəngdə qalın şalvar, Təqsirləndirilən şəxs əynində olmuş tünd boz rəngli, cızıqlı naxışlar olan, iki yan cibləri və iki arxa cibləri olan parça materiallı klassik kişi şalvarı, bir ədəd qara rəngli, sinə nahiyəsində ağ rəngli butavari naxışlar olan payız köynəyi, bir ədəd tünd göy rəngli, düymə ilə bağlanan, M ölçülü, “Herman vool” markalı qolsuz, qısa üst paltarı, bir ədəd tünd qəhvəyi rəngli, sağ və sol yan cibi, sinə nahiyədə sağ və sol cibləri, iç hissədən sol yan cibi olan düymə ilə bağlanan, M ölçülü, “Ferrakollizione” markalı qış gödəkçəsi və 1 cüt qara rəngli, üzərində “Novel” sözü yazılmış, 43 ölçülü kişi idman ayaqqabısı, qalın budaq, hasa kimi istifadə edilən budaq, fənər, qara rəngli papaq, 1 (bir) ədəd əldədüzəltmə üsulla hazırlanmış soyuq silah hesab edilməyən taxta parçası, 1 ədəd sındırılmış vəziyyətdə olan qıfıl və 1 ədəd dəmir parçası iş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunun maddi sübut otağına saxlanca verilmiş, Daşkəsən RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş 2 ədəd DVD disk, xx.xx.2023-cü il tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokoluna əlavə edilmiş 1 ədəd DVD disk, Azercell Telekom MMC-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisləri X18 məhkəmə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağır cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəmə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağır cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəmə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talaması, habelə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxslərin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməsi, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi, quldurluqla əlaqədar qəsdən öldürməsi, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməsi, həmçinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın ziddinə mənzilə daxil olması, o cümlədən cinayət edilməsi haqqında qəsdən bilə-bilə yalan xəbərçilik etmə cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cu bəndində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus ünvansız mağazanın qapısı üzərində olan asma qıfılı sındırmaqla qanunsuz olaraq gizli yolla saxlanc yeri olan həmin mağazaya daxil olub, zərərçəkmiş şəxsin əmlakını qəsdən talamış və sonuncuya maddi ziyan vurmaqla oğurluq etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, CM-in 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-in 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-in 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Bu növ cinayətlər bir qayda olaraq tamah məqsədilə törədilsələr də təqsirkarın əməlinin əlavə olaraq CM-in 120.2.5-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 24-cü bəndində göstərilmişdir ki, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-in 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Quldurluq basqını törətmiş şəxsin əməlində digər ağırlaşdırıcı hallar (məsələn, qabaqcadan əlbir olan bir qrup şəxs, yaşayış sahəsinə və s. yerlərə qanunsuz girmək, silah tətbiq etmək və s.) olarsa, quldurluğun bu obyektiv əlamətləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs tamah məqsədilə zərərçəkmiş şəxslər X40 və onun əri X8 əvvəlcədən yaranmış vahid niyyətlə və hər iki şəxsi eyni vaxtda birbaşa qəsdlə qəsdən həyatdan məhrum etmişdir. Həmçinin, məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, zərərçəkmiş şəxslər Pəri Məmmədova və Məhərrəm Məmmədov qoca olmaları səbəbindən fiziki vəziyyəti ilə əlaqədar özlərini müdafiə etmək üçün aktiv müqavimət göstərmək imkanından mərhum olmuş və öz iradələri əleyhinə düşdükləri vəziyyətdə müqavimət imkanlarını tamamilə itirmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs isə hər iki şəxsi qəsdən öldürərkən onların qoca olmaları səbəbindən fiziki vəziyyəti ilə əlaqədar özünü müdafiə etmək üçün aktiv müqavimət göstərmək imkanından mərhum olduqlarını, o cümlədən köməksiz vəziyyətdə olduqlarını dərk edərək və həmin köməksiz vəziyyətlərindən istifadə edərək sonuncuları qəsdən öldürmüşdür. Eyni zamanda, məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs quldurluq cinayəti törədərkən zərərçəkmiş şəxslər Pəri Məmmədova ilə Məhərrəm Məmmədovun təqaüdçü olmaları, tənha yaşamaları, övladlarının olmaması və bu səbəbdən yaşadıqları ünvanda pul vəsaiti olması qənaətinə gələrək və zərərçəkmiş şəxslərə məxsus fərdi yaşayış evində Pəri Məmmədova ilə Məhərrəm Məmmədovdan başqa digər şəxslərin yaşamadığını bilərək, tamah məqsədi ilə pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək üçün sonuncuları quldurluqla əlaqədar qəsdən öldürmək qərarına gəlmiş və nəticədə onların həyatına da qəsd edərək həyatdan məhrum etmişdir. Bundan başqa, məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Pəri Məmmədova ilə Məhərrəm Məmmədovu quldurluqla əlaqədar qəsdən öldürdükdən sonra istintaqdan qaçıb gizlənməsi məqsədi ilə hazırki cinayət işi üzrə digər Zərərçəkmiş şəxs2 məxsus mənzilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzilin sahibəsinin iradəsi ziddinə qəsdən pəncərədən daxil olaraq orada qalmışdır. O cümlədən, məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Daşkəsən rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 120.2.7-ci maddəsi ilə şübhəli şəxs qismində dindirilən zaman, eləcə də xx.xx.2023-cü il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti aparılarkən Pəri Məmmədova ilə Məhərrəm Məmmədovu quldurluqla əlaqədar qəsdən həyatdan məhrum edərkən tək olmadığını, Şahid4 ilə birlikdə olduğunu, sonuncunun həmin evin həyətində onu gözlədiyini və həmin cinayəti birlikdə törətmələrini göstərmiş, sonradan təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrdə həmin xüsusatı tamamilə təkzib edərək qəsdən ağır cinayət barədə bilə-bilə yalan xəbərçilik edib Daşkəsən rayon prokurorluğunun normal iş fəaliyyətini pozmuşdur. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11, 157.1, 177.2.3, 181.3.3 və 296.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11, 157.1, 177.2.3, 181.3.3 və 296.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11, 157.1, 177.2.3, 181.3.3 və 296.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 49-cu bəndində göstərilmişdir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdır ki, qanunda göstərilən hallarda belə cəza yalnız o vaxt tətbiq oluna bilər ki, həmin cəzanın təyini cəzanı ağırlaşdıran xüsusi hallarla və cinayəti törətmiş şəxsin cəmiyyət üçün son dərəcə təhlükəli olması ilə şərtləşmiş olsun. Bütün hallarda ömürlük azadlıqdan məhrum etmə cəzasının təyini üçün əsas verən hallar hökmdə göstərilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Ömürlük azadlıqdan məhrumetmə cəzası qanuna görə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti, ictimai-təhlükəsizlik və ictimai qayda əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə təyin edilə bilər. Bu zaman təqsirkara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə hazırkı işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə tərkibi işinin faktiki hallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən birbaşa qəsdlə ağırlaşdırıcı hallarda tövsifedici əlamətlərlə adam öldürmə cinayətinin törədilməsi, həmin cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması, qəsdən adam öldürmə cinayətinin tamah məqsədi ilə məhz quldurluqla əlaqədar törədilməsi, eləcə də qoca olmaları səbəbindən fiziki vəziyyəti ilə əlaqədar özünü müdafiə etmək üçün aktiv müqavimət göstərmək imkanından mərhum olan, övlad sahibi olmadan həyatlarını mənəvi sarsıntılarla və çətinliklərlə yaşayan, onunla heç bir düşmənçilik və ədavəti olmayan şəxslərə qarşı törədilməsi həmin cinayət əməllərinin ictimai təhlükəliliyinin dərəcəsini artırmaqla yanaşı Təqsirləndirilən şəxs da həmin cinayət əməllərini məhz insani dəyərlərə məhəl qoymadan, digər şəxslərin həyatına biganə yanaşmaqla və mərhəmətsizliklə törədilməsini özündə şərtləndirir. Bundan başqa, məhkəmə tərkibi Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyinə münasibətdə onu da vurğulamağı zəruri hesab edir ki, o, maddi tələbatını ödəməyin və rahat qazanc əldə etməyin üsulu kimi ancaq cinayət törətmə yolunu üstün tutmuş, bu niyyətlə ilkin olaraq oğurluq əməlini törətdikdən sonra peşmançılıq hissi keçirib islah olunmaya yönələn hər hansı hərəkətlər etməyərək, tamamilə əksinə, yəni qısa müddətdən sonra yenə də tamah məqsədi ilə quldurluqla əlaqədar iki nəfər şəxsi həyatdan qəsdən məhrum etmiş, daha sonra isə bununla kifayətlənməyərək cinayət əməllərini davam etdirib şəxsiyyətinin yüksək ictimai təhlükəliliyini bir daha nümayiş etdirərək ittiham olunduğu digər cinayət əməllərini də törətmişdir. Eyni zamanda, iş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs evli olduğu dövrdə işləməyib spirtli içkilərdən sui-istifadə etməklə və tüfeyli həyat tərzi yaşamaqla öz ailəsini ağır maddi vəziyyətə salmış və nəticə etibarı ilə sonuncu ilə arvadı Şahid6 arasında olan nikah məhkəmə qaydasında pozulmuş, yalnız məlum baş vermiş hadisələrdən əvvəl qısa müddət ərzində işləsə də, ailəsinin maddi rifahına və həyat şəraitinə yenə də laqeyd münasibət göstərmişdir. Yuxarıda qeyd olunan halların mövcudluğu Təqsirləndirilən şəxs islah olunması və cəzanın məqsədinə nail olmaq üçün ona müəyyən müddətdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinin yetərli olmamasına dəlalət etməklə yanaşı, ona yalnız daha ciddi cəza təyin edilməsini şərtləndirir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Həmin Qərarda cəza ilə bağlı qeyd edilmişdir ki, 21 saylı siyahıda (“Məcburi ömürlük həbs cəzası ilə əlaqədar minimum müddətin müəyyən edilməsi”) “başlanğıc üçün” üç fərqli müddət nəzərdə tutulur, sonradan onlar cinayət əməlində ağırlaşdırıcı və ya yüngülləşdirici halların olmasından asılı olaraq azaldıla və ya artırıla bilər: həmişəlik həbs qərarı, həbs cəzasının ən azı otuz ilinin çəkilməsi və həbs cəzasının ən azı o beş ilinin çəkilməsi. Siyahının 4.1-ci bəndinə əsasən, cinayət əməli “xüsusilə ağırdırsa”, müvafiq başlanğıc müddəti kimi həmişəlik həbs qərarı nəzərdə tutulur. Bir qayda olaraq bu kateqoriyaya aşağıdakı hallar aiddir: a) iki və ya daha artıq şəxsin öldürülməsi; bu zaman hər bir qətl aşağıdakıları özündə ehtiva etməlidir: i) öncədən düşünülmənin və ya planlaşdırmanın əhəmiyyətli dərəcədə mövcud olması; ii) qurbanın oğurlanması; yaxud iii) seksual və ya sadist davranış; b) uşağın öldürülməsi (əgər bu qətl uşağın oğurlanmasını, yaxud seksual və ya sadist davranışları özündə ehtiva edirsə); c) qətlin siyasi, dini və ya ideoloji motivlərdən qaynaqlanan məqsəd naminə həyata keçirilməsi; yaxud d) qətlin əvvəllər adamöldürməyə görə məhkum olunmuş şəxs tərəfindən həyata keçirilməsi”. Cinayət əməli ağırlıq dərəcəsinə görə 4.1-ci bəndin tətbiq dairəsinə düşmürsə, amma onun ağırlıq dərəcəsi “xüsusilə yüksəkdirsə”, başlanğıc üçün cəzanın çəkilməli olan müvafiq minimum müddəti kimi otuz illik həbs cəzası götürülür. 5.2-ci bənddə nəzərdə tutulur ki, bir qayda olaraq bu kateqoriyaya aşağıdakı hallar aiddir: a) vəzifə başında olan polis əməkdaşının və ya həbsxana əməkdaşının öldürülməsi; b) odlu silahdan və ya partlayıcıdan istifadəni özündə ehtiva edən adamöldürmə; c) gəlir əldə etmək məqsədi ilə adamöldürmə (məsələn, soyğunçuluq edərkən və ya soyğunçuluğa yardım edərkən adamöldürmə; ölümün nəticəsində ödəniş almaq üçün; və ya gəlir əldə etmək gözləntisi ilə adam öldürmə); d) ədalət mühakiməsinin gedişatına maneə yaratmaq və ya müdaxilə etmək niyyəti ilə adamöldürmə; e) seksual və ya sadist davranışları özündə ehtiva edən adamöldürmə; f) iki və ya daha artıq şəxsin öldürülməsi; g) irqi və ya dini zəmində, yaxud seksual oriyentasiya zəminində ağırlaşdırıcı hallar olmaqla adamöldürmə; yaxud h) cinayəti törədən zaman 21 yaşı olmayan cinayətkar tərəfindən törədilmiş, 4-cü maddənin 2-ci bəndinin tətbiq dairəsinə düşən adamöldürmə. Siyahının 8-ci və 9-cu bəndlərdə nəzərdə tutulur ki, başlanğıc üçün müddəti seçdikdən sonra, yaxud həmişəlik həbs qərarı çıxararkən birinci instansiya məhkəməsinin hakimi (başlanğıc üçün hansı müddətin seçilməsindən asılı olmayaraq) həbs cəzasının çəkilməli olan minimum müddətinə təsir göstərə bilən hər hansı ağırlaşdırıcı və ya yüngülləşdirici amilləri nəzərə almalıdır. 10cu bənddə deyilir ki, ağırlaşdırıcı amillərə aşağıdakılar daxildir: "a) planlaşdırmanın və ya öncədən düşünülmənin əhəmiyyətli dərəcədə mövcud olması; b) yaşı və ya fəaliyyətinin olmaması ilə əlaqədar olaraq qurbanın xüsusilə əlverişsiz vəziyyətdə olması; c) ölümündən əvvəl qurbana ruhi və ya fiziki əzab verilməsi; d) etibardan suiistifadə edilməsi; e) cinayətin törədilməsini asanlaşdırmaq üçün digər şəxsə qarşı məcburetmə və ya təhdidlərdən istifadə edilməsi; f) qurbanın ictimai xidmətləri və ya ictimai vəzifələri yerinə yetirməsi; və g) cəsədin gizlədilməsi, məhv edilməsi və ya hissələrə parçalanması". 11-ci bənddə deyilir ki, yüngülləşdirici amillərə aşağıdakılar daxildir: "a) öldürmə niyyətinin deyil, ağır bədən xəsarəti yetirmə niyyətinin olması; b) əməlin öncədən düşünülmüş olmaması; c) Adamöldürmə haqqında 1957-ci il tarixli Qanunun (c. 11) 2-ci maddəsinin 1-ci bəndinin tətbiq dairəsinə düşməsə də, hər halda cinayətkarda onun təqsirini yüngülləşdirən dərəcədə psixi cəhətdən hər hansı çatışmazlığın və ya əlilliyin olması; d) cinayətkarın təxribata məruz qalması, məsələn, uzunmüddətli stressdə olması (təxribata qarşı müdafiə təşkil edən hallar buraya daxil deyil); e) cinayətkarın bu və ya digər dərəcədə özünümüdafiə məqsədi ilə hərəkət etməsi; f) qətlin mərhəmət aktı olduğuna cinayətkarın inanması; və g) cinayətkarın yaşı". Təqsirləndirilən şəxs tərəfindən törədilmiş hazırki cinayət əməlləri üzrə isə bu qərar üzrə qeyd edilən bir yüngülləşdirmə amili belə mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyası həddində cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş az ciddi cəzaları daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən, CM-in 177.2.1 və 177.2.3-cü maddələri az ağır cinayətlərin təsnifatına aid edilirdi. CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə cəzadan azad edildiyi gündən, yəni xx.xx.2011-ci il tarixdən iki il müddət keçmiş və onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyi üçün məhkum olunmamış hesab olunur və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün - cəzalarının həbsxanalarda çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan ömürlük azadlıqdan məhrum etmə növündə cəzanı həbsxanada çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.6-cı maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə, ona əfv haqqında vəsatət qaldırmaq hüququ izah edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 04 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 52 (əlli iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 312 (üç yüz on iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunun maddi sübut otağında saxlanılan X24 əynində olmuş bir ədəd qara rəngdə qolsuz gödəkcə, bir ədəd tünd qırmızı rəngdə məxməri parçadan olan xalat, bir ədəd ağ-qara sızıqlı açıq qəhvəyi rəngdə olan şal, bir ədəd üzərində mavi sızıqlı naxışlar olan qara rəngli şal, bir ədəd üzərində çəhrayı naxışlar olan tünd göy rəngli yaylıq, bir ədəd üzərində qara naxışlar olan düyməli boz rəngli kofta, bir ədəd üzərində müxtəlif naxışlar olan qolsuz jaket, bir ədəd üzərində naxışlar olan açıq qəhvəyi rəngdə jaket, bir ədəd üzərində mavi naxışlar olan gecə paltarı, iki ədəd biri qara biri açıq qəhvəyi rəngdə olan kalqotqa, bir cüt tünd qırmızı rəngdə üzərində “Mariana” yazılan və müxtəlif etiketlər olan qalın qış corablar zərərçəkmiş şəxsin hüquqi varisi X20 qaytarılsın, götürülmədikdə məhv edilməlidir. X29 məxsus olmuş 01 ədəd Çin istehsalı, “Jinga” markalı, “M245”model mobil telefon, həmin mobil telefon daxilində olan Azercell nömrə və 20 nominal dəyərli qəpik pul vahidi zərərçəkmiş şəxsin hüquqi varisi X20 qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. X7 meyitinə baxış zamanı götürülmüş meyitin əynində olmuş bir ədəd tünd qırmızı rəngdə çox saylı cırıqlar olan qolsuz gödəkcə, bir ədəd boz rəngdə pencək, bir ədəd boz rəngdə uzunqol kofta, bir cüt boz, bir cüt qara corab, bir ədəd boz rəngli klassik kişi şalvarı, bir ədəd üzərində mavi və ağ sızıqlı naxışları olan göy rəngli köynək, bir ədəd tünd göy rəngdə qalın şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X21 qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs əynində olmuş tünd boz rəngli, cızıqlı naxışlar olan, iki yan cibləri və iki arxa cibləri olan parça materiallı klassik kişi şalvarı, bir ədəd qara rəngli, sinə nahiyəsində ağ rəngli butavari naxışlar olan payız köynəyi, bir ədəd tünd göy rəngli, düymə ilə bağlanan, M ölçülü, “Herman vool” markalı qolsuz, qısa üst paltarı, bir ədəd tünd qəhvəyi rəngli, sağ və sol yan cibi, sinə nahiyədə sağ və sol cibləri, iç hissədən sol yan cibi olan düymə ilə bağlanan, M ölçülü, “Ferrakollizione” markalı qış gödəkçəsi və 1 cüt qara rəngli, üzərində “Novel” sözü yazılmış, 43 ölçülü kişi idman ayaqqabısı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Qalın budaq, hasa kimi istifadə edilən budaq, fənər, qara rəngli papaq, 1 (bir) ədəd əldədüzəltmə üsulla hazırlanmış soyuq silah hesab edilməyən taxta parçası, 1 ədəd sındırılmış vəziyyətdə olan qıfıl və 1 ədəd dəmir parçası məhv edilməlidir. Daşkəsən RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş 2 ədəd DVD disk, xx.xx.2023-cü il tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokoluna əlavə edilmiş 1 ədəd DVD disk, Azercell Telekom MMC-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7, 120.2.9, 120.2.11, 157.1, 177.2.3, 181.3.3 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 120.2.7, 120.2.9 və 120.2.11-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə iyirmi faizədək məbləğdə pul tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş az ciddi cəzaları daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını həbsxanada çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 aprel 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 312 (üç yüz on iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertizalar ilə əlaqədar Təqsirləndirilən şəxs 434 (dörd yüz otuz dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Daşkəsən rayon prokurorluğunun maddi sübut otağında saxlanılan X24 əynində olmuş bir ədəd qara rəngdə qolsuz gödəkcə, bir ədəd tünd qırmızı rəngdə məxməri parçadan olan xalat, bir ədəd ağ-qara sızıqlı açıq qəhvəyi rəngdə olan şal, bir ədəd üzərində mavi sızıqlı naxışlar olan qara rəngli şal, bir ədəd üzərində çəhrayı naxışlar olan tünd göy rəngli yaylıq, bir ədəd üzərində qara naxışlar olan düyməli boz rəngli kofta, bir ədəd üzərində müxtəlif naxışlar olan qolsuz jaket, bir ədəd üzərində naxışlar olan açıq qəhvəyi rəngdə jaket, bir ədəd üzərində mavi naxışlar olan gecə paltarı, iki ədəd biri qara biri açıq qəhvəyi rəngdə olan kalqotqa, bir cüt tünd qırmızı rəngdə üzərində “Mariana” yazılan və müxtəlif etiketlər olan qalın qış corablar zərərçəkmiş şəxsin hüquqi varisi X20 qaytarılsın, götürülmədikdə məhv edilsin. X29 məxsus olmuş 01 ədəd Çin istehsalı, “Jinga” markalı, “M245”model mobil telefon, həmin mobil telefon daxilində olan Azercell nömrə və 20 nominal dəyərli qəpik pul vahidi zərərçəkmiş şəxsin hüquqi varisi X20 qaytarılsın, götürülmədikdə məhv edilsin. X7 meyitinə baxış zamanı götürülmüş meyitin əynində olmuş bir ədəd tünd qırmızı rəngdə çox saylı cırıqlar olan qolsuz gödəkcə, bir ədəd boz rəngdə pencək, bir ədəd boz rəngdə uzunqol kofta, bir cüt boz, bir cüt qara corab, bir ədəd boz rəngli klassik kişi şalvarı, bir ədəd üzərində mavi və ağ sızıqlı naxışları olan göy rəngli köynək, bir ədəd tünd göy rəngdə qalın şalvar zərərçəkmiş şəxsin hüquqi varisi X21 qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs əynində olmuş tünd boz rəngli, cızıqlı naxışlar olan, iki yan cibləri və iki arxa cibləri olan parça materiallı klassik kişi şalvarı, bir ədəd qara rəngli, sinə nahiyəsində ağ rəngli butavari naxışlar olan payız köynəyi, bir ədəd tünd göy rəngli, düymə ilə bağlanan, M ölçülü, “Herman vool” markalı qolsuz, qısa üst paltarı, bir ədəd tünd qəhvəyi rəngli, sağ və sol yan cibi, sinə nahiyədə sağ və sol cibləri, iç hissədən sol yan cibi olan düymə ilə bağlanan, M ölçülü, “Ferrakollizione” markalı qış gödəkçəsi və 1 cüt qara rəngli, üzərində “Novel” sözü yazılmış, 43 ölçülü kişi idman ayaqqabısı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Qalın budaq, hasa kimi istifadə edilən budaq, fənər, qara rəngli papaq, 1 (bir) ədəd əldədüzəltmə üsulla hazırlanmış soyuq silah hesab edilməyən taxta parçası, 1 ədəd sındırılmış vəziyyətdə olan qıfıl və 1 ədəd dəmir parçası məhv edilsin. Daşkəsən RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavab məktubuna əlavə edilmiş 2 ədəd DVD disk, xx.xx.2023-cü il tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokoluna əlavə edilmiş 1 ədəd DVD disk, Azercell Telekom MMC-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-437/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-437/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver