Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-439/2023 16.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər X3 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi brahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi İnqilab oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (eyni zamanda Rusiya Federasiyası vətəndaşlığı olan), orta təhsilli, evli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni 24,972 qram çəkidə, bir bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək, boynundan asdığı 1 ədəd qara rəngli dəri çantanın içərisində olan bir ədəd torbacıqda daşıyaraq saxlamış, 02 iyun 2023-cü il tarixdə saat 18-00 dəqiqədə Goranboy rayonu ərazisindən keçən Bakı-Qazax şosse yolunun 344-cü kilometrliyində, taksi sürücüsü Şahid4 idarə etdiyi, Mersedes-Benz markalı, ** KH *** dövlət nömrə nişanlı avtomobilin yanında dayanan zaman DİN-in BNMİ-nin və BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən, boynundan asdığı qara rəngli dəri çantanın içərisində olan bir büküm, təmiz çəkisi 24,972 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə Bakı Beynəlxalq Aeroportundan Türkiyə Respublikasının İstanbul şəhərinə səfər etmək istədiyi zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən uçuşa buraxılmamış, ona Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına İAMAS alt sisteminə vasitəsilə məhdudiyyət qoyulduğu bildirilmişdir. Bu səbəbdən həmin gün Bakı şəhərində mehmanxanada qalıb 02 iyun 2023-cü il tarixdə tanımadığı taksi sürücüsünün idarə etdiyi “mercedes” markalı avtomobillə Gəncə şəhərinə yola düşmüşdür. Gəncə şəhərinə girişdə “Zazalı postu” kimi tanınan stasionar DYP postunda polis əməkdaşları onun da içərisində olduğu “mercedes” marlakı avtomaşına saxla işarəsi vermiş, sürücü də dərhal avtomobili yolun sağına çəkib saxlamışdır. Onlar dayanar dayanmaz mülki geyimli, sonradan polis olduğunu bildiyi şəxslər ona yaxınlaşmış və polis idarəsinə getməli olduğunu bildirmişlər. Sonradan adını öyrəndiyi Şirəli adlı şəxs onu digər avtomobilə əyləşdirib avtomobili DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə aparmışdır. Şirəli yolda olarkən onun tutulması ilə bağlı göstəriş olduğunu, bu səbəbdən problem yaratmamasını, üzərinə narkotik vasitə qoyulub, bir müddət həbsə gedəcəyini bildirmiş, o etiraz etdikdə ona özünü “ağıllı” aparmasının məslətli olmasını diqqətinə çatdırmışdır. Vurğulayır ki, tutulrakən onun üzərindən heç bir naroktik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Aşkar olunan 24 qram metamfetamini polis əməkdaşları özü onun dəri çantasına yerləşdirmişlər. Bu barədə prokuror onu qəbul edərkən də bildirmiş və ərizə ilə prokurorluğa müraciət etmişdir. 36 yaşı vardır. Bu yaşa qədər hər hansı pis, zərərli vərdişi olmamış, cəmiyyətdə yüksək nüfuza malik olmuşdur. Bu səbəbdən polis əməkdaşları ilə razılaşmamış onlara barəsində nəsə yanlış məlumat verildiyi, tutulmasına dair rəhbərliyin sifarişi üçün hər hansı səbəb olmadığını bildirmişdir. Polis əməkdaşları isə cavabında ona: “Emin dediyimizi elə, ağıllı başlı oğlansan sənlə başqa cür davranmaq istəmirik” deyə bildirmişlər. Həmçinin bildirir ki, Polis əməkdaşları onu saxlayarkən boynundan asdığı dəri çanta taksi kimi fəaliyyət göstərən avtomaşında qalmış, sonradan idarədə polis əməkdaşları həmin çantaya psixotrop maddə qoyaraq ona vermişlər.Hakim heyətinin diqqətinə çatdırır ki, 3 körpə uşağı var. Ailəsinin yegəna qazanc gətirən şəxsidir. Həyat yoldaşı nadir xəstəlik hesab edilən ürək xərçəngindən əziyyət çəkir. Buna görə dörd dəfə açıq ürək əməliyyatı keçirmişdir. Əmək qabiliyyəti tamamilə yoxdur. Yaşaması isə möcüzə nəticəsində baş tutur. Hər an ölüm təhlükəsi ilə üz-üzədir. Ailə başçısı kimi övladlarının, həyat yoldaşının yanında olmaq onun mənəvi borcu olmaqla yanaşı, mühüm bir zərurətdir. Göstərilənləri nəzərə alıb acizanə şəkildə ona mərhəmət göstərilməsini məhkəmə heyətindən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, hazırda DİN-in Baş Narkotiklə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Göstərir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatından məlum olmuşdur ki, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, eyni zamanda Rusiya Federasiyası vətəndaşı olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edib gəzdirir. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdiyi cinayətdən sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin vaxtında aşkar olunması və götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulan qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri görülməsi üçün tərəfindən 02 iyun 2023-cü il tarixdə raportla DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə olunmuşdur. 02 iyun 2023-cü il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Qərar əsasında Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə Baş Narkotiklə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 və Baş Narkotiklə Mübarizə İdarəsinin QBRŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid3 daxil edilmiş, qrupa rəhbərlik ona tapşırılmışdır. Qrupun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 18-00 dəqiqədə Goranboy rayonu ərazisindən keçən Bakı-Qazax şosse yolunun 344-cü kilometrliyində yolun kənarında ** KH *** dövlət qeydiyyat nömrə nişanlı Mercedes markalı avtomaşının yanında, sonradan adı ona məlum olan Şahid4 ilə birlikdə dayanan zaman saxlanılaraq hava və əməliyyat şəraiti nəzərə alınaraq, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs və Şahid4 BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilmişdir. Şahid4 məxsus avtomobilin şöbənin həyətində dayanacaqda saxlanılması üçün şərat yaradılmışdır. Tərəfindən Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında, bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmetlərin, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə rəhbərliyə raportla məruzə olunmuşdur. BNMİ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi, rus-azərbaycan dillərini mükəmməl bilən tərcüməçi dəvət olunmuş və 02 iyun 2023-cü il tarixdə saat 19-30 dəqiqədə təhqiqatçı polis kapiatnı Vüsal Həsənquliyev tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X4 və tərcüməçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı bu barədə qərarla tanış edərək paltarında, bədənində, əşyalarında olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri,qanunla dövriyyəsi qadan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs boynundan asdığı bir ədəd qara rəngli dəri çantasınının içərisindən bir ədəd İphone markalı, bir ədəd Samsung markalı mobil telefonları, 700 ABŞ dollarını, 3400 rus rublunu, içərisində 7 ədəd siqaret və bir ədəd alışqan olan bir ədəd qara rəngli siqaret qutusunu, bir ədəd Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportunu,3 ədəd Rusiya Federasiyası pasportunu və bir ədəd sellofan bükümdə olan ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edib, stolun üzərinə qoymuşdur.Daha sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 26 qram (iyirmi altı) olmuşdur. Sonra təmin kütlə qablaşdırılmış və şübhəli şəxsin özünün və iştirakçıların tərəfindən imzalanmışdır. Sənədlər və mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul və digər əşyalar təqsiriləndirilən şəxsin özünə qaytarılmışdır. X7 verilən suallara cavab olaraq bildirmişdir ki, boynundan asmış olduğu qara rəngli, dəri çantada saxladığı kütlə psixotrop maddə metamfetamindir, öz istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən 500 manata almışdır. Bu əməlindən heç kimin məlumatı yoxdur, saxlanılan zaman yanında olan Şahid4 avtomobilində heç bir qanunsuz əşya saxlamamışdır, həmin avtomaşına baxış keçirilməsinə etiraz etmir, şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları tərfindən onun üzərinə baxılmamış, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakı hərəkətlər olmamış, +********** və ********** nömrəli mobil nömrələri işlədir. Verilən sualları tam başa düşür,doğru və səmimi cavab verir.Şəxsi axtarış onun tərəfindən İphone markalı mobil telefonla vidoçəkilişlə aparılmışdır.Bu barədə protokol tərtib olunmuş və iştirakçılar imzaları ilə təsdiq etmişlər.Bundan sonra həmin gün yəni 02 iyun 2023-cü il tarixdə saat 20-15 dəqiqədə şöbənin həyətində dayanmış X12 məxsus ** KH *** nömrə nişanlı Mersedes markalı avtomaşına Təqsirləndirilən şəxs və əvvəlki iştirakçıların iştirakı ilə baxış keçirilmiş,baxış zamanı avtomaşının içərisinə, oturcaqlarına, saxlanc yerlərinə baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar ounmamış və götürülməmişdir. Baxış onun tərəfindən telefonla videolentə alınmışdır. Protokol tərtib olunmuş,imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni şəxsən özünün əldə etməsi barədə onlara tam dəqiq, qərəzsiz, etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı müqavimət və ya zor tətbiq edilməmiş, eyni zamanda o və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi təzyiqlər olunmamış, Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsi ilə tanış olmuş, Təqsirləndirilən şəxs qarşı heç bir polis əməkdaşı tərəfindən heç bir təzyiq, hədə olmamışdır. Onun üzərinə şəxsi axtarış vəkilin,tərcüməçinin iştirakı ilə aparılmış, özü boynundan asdığı çantasından psixotrop maddəni çıxarıb təqdim etmişdir. Aşkar olunan psixotrop maddənin guya polis əməkdaşları tərəfindən onun çantasına qoyulması ilə bağlı Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar tam yalandır, məsuliyyətdən yaxa qurtarmaq məqsədilə söylənən cümlələrdir.Bununla belə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatı olmasına baxmayaraq, sonradan onun narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psitxotrop maddələr istifadə etmir, özü Bakı-Gəncə marşurutu üzrə fərdi taksi fəaliyyəti ilə məşğul olur. Özünə məxsus Mersesdes-Benz markalı, **-HK-*** nömrə nişanlı avtomaşını vardır. 02 iyun 2023-cü il tarixdə Bakı şəhərindən Gəncə istiqamətinə sərnişin qismində əyləşən sonradan adını bildiyi Təqsirləndirilən şəxs tək maşına mindirib saat təxminən 14 radələrində Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. Goranboy rayonu ərazisindən keçən Bakı–Qazax şosse yolunun Goranboy rayonu ərazisində “Zazalı postu” deyilən stasionar DYP postunda ona saxla işarəsi verilmiş, o da avtomobili yolun sağına çəkib saxlamışdır. Elə bu anda 3 nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs külil miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğun bildirib onları birlikdə Gəncə şəhərində yerləşən Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Şöbəsinə gətirmişlər. Onun avtomaşınını polis əməkdaşları əlindən alıb özləri idarə etmişdir. Emini polis əməkdaşları özlərinə məxsus avtomaşınla aparmışlar. Daha sonra onun avtomoşınına baxış keçirilmişdir. Baxış zamanı avtomaşından qadağan olunmuş əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar olnmamışdır, avtomaşından Eminə məxsus geyim əşyalarının yığıldığı çanta olmuş, həmin çantadadn də qadağan olunmuş əşya aşkar edilməmişdir. Ona sonradan polis əməkdaçları bildirmişdir ki, Təqsirləndirilən şəxs boynundan asdığı çantasından külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bununla bağlı vurğulayır ki, sözügedən çanta polis əməkdaşları Emini şöbəyə aparan sonuncunun boynunda olmamışdır. Onun əvvəlcədən yəni, Emin onun avtomaşınına əyləşəndə və yol gələndə Emində psixotop maddə olması barədə məlumatı olmamışdır. Həmçinin onları polis əməkdaşlarının əvəllcədən izlədiyini, polis əməkdaşları onun avtomoşınına baxış keçirilən zaman Təqsirləndirilən şəxs sumkasından heç əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar olnmamışdır. Bundan başqa polis əməkdaşları onun və Təqsirləndirilən şəxs mobil telefonunu almış, onun azadlıq hüququnu 6-7 saat ərzində heç bir səbəb olmadan məhdudlaşdırmışlar. Onun ailəsi ilə əlaqə saxlanılçasına da qadağa qoyulmuş, onların polis əməkdaşları tərəfindən saxlanılmaları barədə evlərinə məlumat verilməsinə icazə verməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 Ədalət oğlu oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 Ədalət oğlu ifadəsində göstərmişdir ki, Mən 2013-cü il Dio-da, 2021-ci ildən tutduğum vzifədə xidmət edirım. Göstəririəm ki, DİN-nin BNMİ-nə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatından məlum olmuşdur ki, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, eyni zamanda Rusiya Federasiyası vətəndaşı olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə edərək həmin maddələrin Goranboy rayonu ərazisində dövriyyəsi ilə məşğul olur. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması,onun cinayət törədərkən,yaxud törətdiyi cinayətdən sonra yaxalanması, narkotik vasitələrin, psixotrop maddələrin vaxtında aşkar olunması və götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulan qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri görülməsi üçün BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən 02 iyun 2023-cü il tarixdə raportla DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə olunmuşdur. 02 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Qərar əsasında Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibinə Baş Narkotiklə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 və o daxil edilmiş, qrupa rəhbərlik Şahid2 tapşırılmışdır. Qrupun üzvləri ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 18-00 dəqiqədə Goranboy rayonu ərazisindən keçən Bakı-Qazax şosse yolunun 344-cü kilometrliyində yolun kənarında ** KH *** dövlət qeydiyyat nömrə nişanlı Mersedes markalı avtomaşının yanında, sonradan adı ona məlum olan Şahid4 ilə birlikdə dayanan zaman saxlanılaraq hava və əməliyyat şəraiti nəzərə alınaraq, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs və Şahid4 BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilmişdir. Şahid4 məxsus avtomobilin şöbənin həyətində dayanacaqda saxlanılması üçün şərat yaradılmışdır. Tərəfindən Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında,bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmetlərin, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədilə rəhbərliyə raportla məruzə olunmuşdur. BNMİ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi və rus azərbaycan dillərini mükəmməl bilən tərcüməçi dəvət olunmuş və 02 iyun 2023-cü il tarixdə saat 19-30 dəqiqədə təhqiqatçı polis kapiatnı Vüsal Həsənquliyev tərəfindən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi X4 və tərcüməçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı bu barədə qərarla tanış edərək paltarında, bədənində, əşyalarında olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri,qanunla dövriyyəsi qadan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs boynundan asdığı bir ədəd qara rəngli dəri çantasınının içərisindən bir ədəd İphone markalı,bir ədəd Samsung markalı mobil telefonları, 700 ABŞ dollarını,3400 rus rublu,içərisində 7 ədəd siqaret və bir ədəd alışqan olan bir ədəd qara rəngli siqaret qutusunu, bir ədəd Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportunu,3 ədəd Rusiya Federasiyası pasportunu və bir ədəd sellofan bükümdə olan ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edib, stolun üzərinə qoymuşdur. Daha sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi, bükümlə birlikdə 26 qram (iyirmi altı) oldu. Sonra təmin kütlə qablaşdırıldı və şübhəli şəxsin özünün və iştirakçıların tərəfindən imzalandı.Sənədlər və mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü, pul və digər əşyalar özünə qaytarıldı. X7 verilən suallara cavab olaraq bildirmişdir ki, boynundan asmış olduğu qara rəngli,dəri çantada saxladığı kütlə psixotrop maddə metamfetamindir, öz istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 500 manata almış,öz istifadəsi üçün əldə etmişdir,başqa heç bir yerdə narkotik vasitə saxlamır,bu əməlindən də heç kimin məlumatı yoxdur,saxlanılan zaman yanında olan Şahid4 avtomobilində heç bir qanunsuz əşlya saxlamamışdır,həmin avtomaşına baxış keçirilməsinə etiraz etmir, şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları tərfindən onun üzərinə baxılmamış,polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakı hərəkətlər olmamış, +********** və ********** nömrəli mobil nömrələri işlədir,verilən sualları tam başa düşür,doğru və səmimi cavab verir.Şəxsi axtarış onun tərəfindən İphone markalı mobil telefonla vidoçəkilişlə aparılmışdır.Bu barədə protokol tərtib olunmuş və iştirakçılar imzaları ilə təsdiq etmişlər.Bundan sonra həmin gün yəni 02 iyun 2023-cü il tarixdə 20-15 dəqiqədə şöbənin həyətində dayanmış X12 məxsus ** KH *** nömrə nişanlı Mersedes markalı avtomaşına Təqsirləndirilən şəxs və əvvəlki iştirakçıların iştirakı ilə baxış keçirilmiş,baxış zamanı avtomaşının içərisinə, oturcaqlarına, saxlanc yerlərinə baxış keçirilsədə iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar ounmamış və götürülməmişdir.Baxış onun tərəfindən telefonla videolentə alınmışdır. Protokol tərtib olunmuş,imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəni satış məqsədilə əldə etməsi və əvvəllər də narkotik vasitələrin və psixortop maddələrin satışı ilə məşğul olması barədə onlara tam dəqiq, qərəzsiz,etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona və digər polis əməkdaşlarına qarşı hər hansı müqavimət və ya zor tətbiq etməmiş,eyni zamanda o və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki,psixi təzyiqlər olunmamış, Təqsirləndirilən şəxs qarşı zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əlavıə ifadəsi ilə tanış olmuş, Təqsirləndirilən şəxs qarşı heç bir polis əməkdaşı tərəfindən heç bir təzyiq, hədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 04 iyun 2023-cü il tarixli, 4(125)-291/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Gəncə şəhər Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 4(125)-381/2023-cü il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə yəni, 02 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs boynundan asdığı qara rəngli dəri çantanın içərisindən bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamini təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə olan 24,872 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama anbarına saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2023-cü il tarixlli, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs boynundan asdığı bir ədəd qara rəngli dəri çantasınının içərisindən bir ədəd İphone markalı,bir ədəd Samsung markalı mobil telefonları, 700 ABŞ dollarını, 3400 rus rublu, içərisində 7 ədəd siqaret və bir ədəd alışqan olan bir ədəd qara rəngli siqaret qutusunu, bir ədəd Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportunu, 3 ədəd Rusiya Federasiyası pasportunu və içərində ağ rəngli kütlə olan bir ədəd sellofan bükümü stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm təhqiqatçı tərəfindən açılır və içərisində ağ rəngli,kristal formada psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilir, sellofanla birlikdə elektron tərəzidə çəkilir, bükümlə birlikdə çəkisi 26 qram (iyirmi altı) olmuşdur. Sonra təmin kütlə qablaşdırıldı və şübhəli şəxsin özünün və iştirakçıların tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, boynundan asmış olduğu qara rəngli,dəri çantada saxladığı kütlə psixotrop maddə metamfetamindir,öz istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən 500 manata almış,öz istifadəsi üçün əldə etmişdir,başqa heç bir yerdə narkotik vasitə saxlamır,bu əməlindən də heç kimin məlumatı yoxdur,saxlanılan zaman yanında olan Şahid4 avtomobilində heç bir qanunsuz əşlya saxlamamışdır,həmin avtomaşına baxış keçirilməsinə etiraz etmir, şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə baxılmamış, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakı hərəkətlər olmamış, telefonlarında +********** və ********** nömrəli mobil nömrələri işlədir. Şəxsi axtarış polis kapitanı Şahid2 tərəfindən telefonla çəkilir. Şəxsi axtarış başa çatır. Bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2023-cü il tarixlli, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 məxsus Mersedes-Bens markalı, ** KH *** nömrə nişanlı avtomobilə baxış keçirmiş və Mersedes-Bens markalı, ** KH *** nömrə nişanlı avtomobilin arxa yük yerində Təqsirləndirilən şəxs ona məxsus bir ədəd çemodanı açır, içərisində ona məxsus paltarlar, şəxsi əşyalar aşkar olunur, avtomobilin salonuna, saxlanc yerlərinə baxış keçirilir,baxış zamanı qanunla qadağan olunmuş əşya,predmet aşkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2023-cü il tarixli,16/585 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə» yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə keçirilmiş şəffaf sellofan torbacıqda təmiz çəkisi 24,972 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin 28 iyun 2005-ci il tarixli, Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların» siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin « Azərabycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli, 3809 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs dinspanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 3829 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 508 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd iç-içə keçirilmiş şəffaf sellofan torbacıqda təmiz çəkisi 24,972 qram olan psixotrop maddənin sellofon büküml birlikdə ümumi çəkisi 26 qram olmuşdur. Ekspertiza rəyinə əsasən psixotrop maddə metamfetaminin umumi təmiz çəkisi 24,972 qram olmuşdur. Şəxsi axtarış zamanı çəkilən vaxt metamfetaminin sellofan bükümlə birlikdə çəkildiyi üçün çəkisi 26 qram olmuşdur. Ekspertiza zamanı çəkilən vaxt isə ancaq metamfetamin çəkildiyi üçün xalis çəkisi 24,972 qram olmuşdur. Odur ki, psixotrop maddə metamfetaminin məhkəmə kimyəvi ekspertizasının rəyində göstərilən çəkisi, yəni 24,972 qram olması əsas götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, 3-137-2/2-1401/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, şöbənin əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələri digər şəxslərə satması barədə əməliyyat məlumatı daxil olsa da sonra onları istintaqa cəlb etmək mümkün olmamış, iş üçün əhəmiyyətli hesab edilən zəruri heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli mobil telefonlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd İphone markalı və 01 ədəd Samsung markalı mobil telefonlarına baxış keçirilmişdir. Baxış zamanı həmin telefonlarda iş üçün əhəmiyyət kəsb edəcək telefon danışıqları, votsap yazışmaları və sms mətnləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu evlər üçlüyünün 147 saylı xx.xx.2023-cü il tarixli xəsiyyətnamdən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X9, oğlu X2, qızı X5 və arvadı X1 ibarət ailə tərkibi ilə birlikdə ünvan 4 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dövlət sərhədindən hərəkəti zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İAMAS-ın məhdudiyyət sistemində “Çıxışı qadağan” statusu məhdudiyyət tətbiq edildiyindən Təqsirləndirilən şəxs dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qayıtmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istintaqda aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BİKİ-nin “İAMAS” sistemi üzrə “saxla” statusuna daxil olması barədə bildiriş göndərilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 24,872 qram olan psixotrop maddə metamfetamin, 02 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk, həmçinin Şahid4 məxsus Mersedes-Bens markalı, ** KH *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilərkən istifadə olunmuş video çəkilişin köçürüldüyü 1 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs aşkar olunan 1 ədəd İphone markalı, 1 ədəd Samsung markalı telefonlar, 1 ədəd Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportu, 3 ədəd Rusiya Federasiyasının pasportları təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra təmiz çəkisi 24,872 qram olan psixotrop maddə metamfetamin Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 2 ədəd “DVD” disk və 4 ədəd pasportlar cinayət işinə əlavə edilmiş, 2 ədəd mobil telefonlar Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşların psixoloji təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda verdiyi ifadələri, iş üzrə şahid qismində dindirlmiş polis əməkdşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, o, Azərbaycan Respublikası vətəndaşı olmaqla yanaşı Rusiya Federasiyası vətəndaşıdır. Rus və azərbaycan dillərini mükəmməl bilir. O,Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır, evlidir, 3 azyaşlı uşaqları vardır. Heç bir yerdə rəsmi olaraq işləmir. O,narkotik vasitədən və psixotrop maddələrdən arabir istifadə edir. Əvvəllər məhkum oulnmamışdır. 02 iyun 2023-cü il tarixdə saat 18 radələrində o Goranboy ərazisindən keçən Bakı-Qazax yolunun 344-cü kilometrliyində Bakı şəhərində taksi kimi bilib əyləşdiyi Mersedes Bens markalı, **-KH-*** nömrəli sonradan adının Şahid4 oldugunu bildiyi şəxs ilə dayanan zaman 3 nəfər mülk geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdilər və onun külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər.Onu onlar Gəncə şəhərində yerləşən Baş Narkotiklə Mübarişə İdarəsinin Gəncə şəhərində yerləşən QBRŞ-nin binasına dəvət etmişlər. Həmin vaxt onun yanında dayanan taksi sürücüsü Şahid4 da polisə dəvət edilmiş və o, da həmin polis orqanına öz avtomobili ilə gəlməyi qəbul etmişdir.O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə BNMİ-nin QBRŞ-yə gəlmişdir.Orada inzibati otaqların birində tərcüməçi X11 və onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına sonradan adı ona məlum olan Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 müdafiəçi qismində dəfət etmişlər və o müdafiəçi ilə təmin olunmuşdur.Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkilişlə edilmişdir.O da etiraz etməmişdir.Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet, əşya və ya narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin.O da boynundan asdığı 1 ədəd qara rəngli əl çantasının içərisində olan 1 ədəd sellofana bükülmüş içərilərində psixotrop maddə metamfetamin olan bükümü, 700 ABŞ dolları, 3400 Rus rublu pul vəsaitini, 1 ədəd Rusiyada olarkən istifadə etdiyi, Samsung markalı və 1 ədəd içərisində 099 *** ** ** saylı nömrə olan mobil telefonunu və ona məxsus 1 ədəd Azərbaycan Respublikası və 3 ədəd Rusiya Federasiyası pasportlarını çıxararaq təqdim etmişdir. Həmin bükümdə olan kütlənin nə olması soruşulmuşdur.O da demişdir ki, bükülmüş halda olan bükümdəki psixotrop maddə metamfetamindir, büküm özünə məxsusdur, həmin kütləni bir gün öncə Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 500 manata almış, heç kimə satmamış, başqa yerdə saxlamamışdır.Bundan sonra üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olan metamfetamin olan 1ədəd sellofana bükülmüş kütlə iştirakçıların yanında açılmış,həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş 1ədəd sellofana bükülmüş kütlə elektron tərəzi çəkilmiş və kütlə qablaşdırılma ilə birlikdə 26 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir.Protokol tərtib olunmuş və o da imza etmişdir.Ona avtomobilə də baxış keçirilmə zərurətinin olması bildirilmişdir.O, buna heç bir etiraz etməmişdir.Sonra onun və avtomobil sürücüsünün razılığı əsasında avtomobilə də baxış keçirilsə də qanunla qadağan olunmuş heç bir əşya tapılmamışdır.Sonra izahatı alınmışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş 1ədəd bükümün içərisində olan kütlə psixotrop maddə olan metamfetamindir. Həmin psixotrop maddəni o tutulmamışdan 1 gün qabaq Bakı şəhərində tanımadığı şəxsdən 500 manata öz istifadəsi üçün almış və istifadə etmək üçün saxlayırdı. O, həmin maddənin satışı ilə məşğul olmur.Həmin kütlə ona məxsusdur.Bu günə qədər o narkotik vasitə istifadə etməsə də, aşkar edilmiş həmin maddəni gələcəkdə istifadə edib dadına baxmaq üçün almışdır.O, başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlətməmiş, üzərində olan psixotrop maddəni saxlamağını ondan başqa heç kim bilməmiş, bu barədə heç kimin məlumatı olmamışdır. O, üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamindən istifadə etməmiş, heç kimə satmamış, nə də saxladığı psixotrop maddəni heç kimə verməmiş, yalnız özüm istifadə etmək üçün üzərində saxlamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki, nədə ki, digər təzyiqlər olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və digər polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Bundan başqa 02 iyun 2023-cü il tarixli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs boynundan asdığı qara rəngli dəri çantanın içərisindən bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetamini təqdim etmişdir.Sözügedən İstintaq hərəkətində müdafiəçi də iştirak etmişdir. Məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspert rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı 24,872 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan metamfetamini satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatı olmasına baxmayaraq, sonradan onun narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə məlumat öz təsdiqini tapmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, 3-137-2/2-1401/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, şöbənin əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələri digər şəxslərə satması barədə əməliyyat məlumatı daxil olsa da sonra onları istintaqa cəlb etmək mümkün olmamış, iş üçün əhəmiyyətli hesab edilən zəruri heç bir nəticə əldə etmək mümkün olmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonlara baxış keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hanası yazışmaların olması müyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş psxotrop madddənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPMin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cumaddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olması, arvadının ağır xəstəlikdən əziyyət çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yer üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmənarkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 iyun 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 04 iyun 2023-cü il tarixli, 4(125)-291/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 24,872 qram olan psixotrop maddə metamfetamin, 02 iyun 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD”disk, həmçinin Şahid4 məxsus Mersedes-Bens markalı, ** KH *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilərkən istifadə olunmuş video çəkilişin köçürüldüyü 1 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs aşkar olunan 1 ədəd İphone markalı, 1 ədəd Samsung markalı telefonlar, 1 ədəd Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportu, 3 ədəd Rusiya Federasiyasının pasportları təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra təmiz çəkisi 24,872 qram olan psixotrop maddə metamfetamin Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 2 ədəd “DVD” disk və 4 ədəd pasportlar cinayət işinə əlavə edilmiş, 2 ədəd mobil telefonlar Təqsirləndirilən şəxs ailə üzvlərinə təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 24,872 qram olan psixotrop maddə metamfetamin -məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 24,872 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 32 manat 40 qəpik manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-439/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-439/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver