Məhkəmə qərarları › İş №1(100)-44/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-44/2021

15.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-44/2021 15.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X23 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Ağdam rayonunun Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun Sarıçoban kəndində yaşayış yeri üzrə qeydiyyatda olub, həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.3-cü maddələri ilə, xx xxxxxx 1974-cü ildə Ağdam rayonunun Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Ağdam rayonunun Sarıçoban kəndində yaşayış yeri üzrə qeydiyyatda olub, həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncunun əvvəllər əkərək qurudub saxladığı sellafon torbada ümumi təmiz çəkisi 170 qram narkotik vasitə olan qurudulmuş marixuananı (kannabis) Təqsirləndirilən şəxs2 yaşadığı Ağdam rayonunun sarıçoban kəndində yerləşən evinin həyətində quş damının yanında Qazax rayonu Hüseynbəyli kənd sakini Şahid1 1800(min səkkiz yüz) manata satmışdır. Bundan başqa o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin iyun ayında qeyri-rəsmi yaşadığı Şahid5 Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitmişümumi təmiz çəkisi 95 qram olan ümumi sayı 17 (on yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkar edilib götürülünədək həmin kolları yetişdirib külli miqdarda kultivasiya etmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq 05 ədəd 9 mm kalibirli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə yararlı “Makarov” (“PM”) tipli tapança güllələrini tarixi dəqiq məlum olmayan 1999-cu ildə qanunsuz əldə etməklə, daşıyaraq Ağdam rayon Sarıçoban kəndində yerləşən yaşadığı evinə gətirmiş və orada xx.xx.2020-ci il tarixədək saxlamışdır. Bundan başqa o, satış məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəllər əkərək qurudub saxladığı sellafon torbada ümumi təmiz çəkisi 170 qram narkotik vasitə olan qurudulmuş marixuananı (kannabis) Ağdam rayonu Sarıçoban kəndində yerləşən evinin həyətində quş damının yanında Qazax rayonu Hüseynbəyli kənd sakini Şahid1 1800(min səkkiz yüz) manata satmışdır. Bundan başqa o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) məqsədilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2020-ci ilin aprel ayında Ağdam rayon Sarıçoban kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində və 09 ədəd kauçuk dibçəkdə əkmiş, həmin toxumlardan evin həyətyanı sahəsində bitən ümumi təmiz çəkisi 1280 qram olan 68(altmış səkkiz) ədəd, 09 ədəd kauçuk qablarda bitən ümumi təmiz çəkisi 112 qram olan 104 (yüz dörd) ədəd tərkibində narkotik maddə olan ümumi sayı 172 (yüz yetmiş iki) ədəd külli miqdarda çətənə kollarına aqrotexniki qaydada qulluq edərək xx xxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkar edilib götürülünədək həmin kolları yetişdirib kultivasiya etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Ağdam rayonunun Sarıçoban kəndində anadan olmuş, həbs edilənədək həmin kənddə yaşamışdır. Evlidir, 03 övladı var. Bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. 2018-ci ilin dekabr ayında Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yolun kənarından selaffon torbaya bükülmüş tapdığı narkotik tərkibli bitki toxumlarını götürüb özündə saxlamışdır ki, gələcəkdə əkib həmin narkotik vasitədən çəkmək üçün istifadə etsin. Həmin toxumları 2020-ci ilin iyun ayının əvvələrində qeyri-rəsmi yaşadığı Şahid5 Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan bitən 17 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarına xx.xx.2020-ci il tarixədək aqrotexniki qaydada qulluq etmiş, hər gün əkdiyi ümumilikdə 17 ədəd narkotik tərkibli çətənə bitkisinin kollarına xüsusi qulluq edərək dibini belləyib alaq otlarından təmizləmiş və suvarmışdır. 2020-ci ilin iyul ayının 15–də isə saat təxminən 17 radələrində Ağdam rayon polis şöbəsinin əməkdaşları onun qeyrirəsmi yaşadığı Şahid5 Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək ona narkotik vasitələrin qanunsuz olaraq kultivasiyə edilməsində, saxlanılmasında və dövriyyəsində şübhəli olduğunu bildirib evə baxış keçirilməsi və axtarış aparılması barədə qərar təqdim etmişlər və yaşadığı həmin evin həyətyanı sahəsinə baxan zaman həyətyanı sahədə əkdiyi 17 ədəd narkotik tərkibli çətənə bitkilərinin kollarını aşkar edərək götürmüşlər. Həmin 17 ədəd kola qeyri-rəsmi yaşadığı Şahid5 Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qulluq edərək becərirmiş, polis əməkdaşları həmin narkotik tərkibli bitkiləri hal şahidlərinin iştirakı ilə götürdükdən sonra tərəzi vasitəsi ilə çəkmişlər və ekpertizaya təqdim edilməsi üçün qablaşdıraraq götürmüşlər. O, ümumilikdə 17 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkərək onlara qulluq etmiş, həmin vaxt protokol tərtib edilmiş və təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra iştirakçıların və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra isə o, izahatının alınması üçün rayon polis şöbəsinə dəvət edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa 2020-ci ilin may ayının əvvələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ona narkotik vasitə satmaq istədiyini və alan olsa ona xəbər verməsini xahiş etmişdir. O, əvvllər təsadüfən tanış olduğu Şahid1 ilə xx.xx.2020-ci il tarixdə danışmış və Şahid1 ona narkotik vasitə yəni qurudulmuş marixuanaya ehtiyac olduğunu bildirmişdir. O isə Ramilə gəlib marixuana almaq istəyən olduğunu bildirmiş, Ramil də ona etibarlı adamdırsa satmaq istədiyini bildirmişdir. O da Ramilə etibarlı adam olduğunu bildirmiş, bundan sonra Şahid1 xx.xx.2020-ci il tarixdə saat 19 radələrində ona zəng edərək Ağdam rayonunda olduğunu bildirmiş, o isə Ramizə gözləməsini və gedib onu götürəcəyini bildirmişdir. O, idarə etdiyi VAZ-2107 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahid1 Ağdam rayon Quzanlı qəsəbəsində dördyol deyilən yerdən işıqforun yanında götürmüş, Ramizə həmin vaxt marixuananın Təqsirləndirilən şəxs2 evində olduğunu bildirmiş və Təqsirləndirilən şəxs2 yaşadığı evə getməyi təklif etmişdir. Onlar birlikdə Ağdam rayon Sarıçoban kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmiş, Ramil onları qarşılamış və onlar Ramilin evində masada əyləşmiş, Ramilin oğlu Əbdül onlara çay gətirmiş, həmin vaxt orada o, Əbdül, Ramil, Ramiz, Maqsud və Kamil olmuş, Kamil 5 dəqiqə oturub sonra çıxıb getmiş, sonra Ramil evin digər otağından sellafon torbada dəqiq çəkisini bilmədiyi qurudulmuş marixuananı stolun üstünə qoymuş, Şahid1 marixuanaya baxmış və marixuananın yaş olduğunu, Yevlax şəhərinə gedəcəyəni, “malı” sabah gəlib götürəcəyəni bildirmişdir. Sonra o, Ramizi Maqsud Ətapur adlı şəxsin avtomobili ilə yola salmış, sabahısı gün yəni xx.xx.2020ci il tarixdə Ramiz ona zəng edərək, Ağdamda Quzanlı qəsəbəsində olduğunu bildirmişdir. O da Ramilə bu barədə məlumat vermiş, Ramil isə Maqsuda zəng edərək dünən gecə evindən aparıb düşürdüyü adamı (Ramizi) onlara gətirməsini təklif etmişdir. Maqsud isə maşınında müştəri olduğunu bildirmiş, sonra Ramil ona bildirmiş ki, gedib həmin adamı onlara gətirsin. Maqsud da idarə etdiyi Vaz 2107 markalı avtomobili ilə Ramizi Ağdam rayonunun Quzanlı qəsəbəsindən götürüb Ramilin yaşadığı evə gətirmişdir. Ramil onları qarşılamış və evinin həyətində quş damının yanında stolda əyləşmişlər. Ramillə Ramiz aralarında marixuananın 100 qramı 1000 (min) manata razılaşmış, bu vaxt evin həyət darvazasından Şahid11 içəri daxil olmuş, sonra Ramil evin içərisinə keçərək sellofon torbada qurudulmuş marixuananı gətirib çəkmiş və “malın” 180 qram çəkidə olması müəyytənləşmişdir. Ramil həmin 180 qram marixuananı Şahid1 1800 manata satmış, sonra o, Maqsuda 10 manat pul vermişdir ki, Ramizi Quzanlı qəsəbəsinə aparsın. X24 qəsəbəsinə aparandan sonra o, anasının işlədiyi xəstəxanaya getmiş, sonra eşitmişdir ki, polis əməkdaşları məsələdən xəbər tutmuş və Ramilin evində axtarış aparmışlar. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, o, ümumilikdə 17 ədəd narkotik tərkibli çətənə bitkisinin kollarını əkərək xüsusi olaraq qulluq etmiş, hər gün onları suvarırmış, diblərini boşaltmış və alaq otlarından təmizləmidir. Bitkiləri əkməkdə məqsədi gələcəkdə şəxsi istifadəsi üçün istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs2 170 qram narkotik vasitənin satışından əldə etdiyi 1800 manat puldan ona heçnə verməmişdir. xx.xx.2020-ci il tarixdə o, Ramizlə Ramilin evində olarkən orada o, Ramiz, Ramil, Əbdül, Kamil və Maqsud olmuş, xx.xx.2020-ci il tarixdə Ramil Ramizə təmiz çəkisi 170 qram narkotik vasitə olan qurudulmuş marixuananı 1800 manata satarkən evdə Ramil, o, Ramiz və Maqsud olmuşlar. Onun Təqsirləndirilən şəxs2 evinin həyətində narkotik tərkibli bitkilərin əkibbecərməsindən xəbəri olmamış, onlar Ramizlə əvvəllər Bakı şəhərində bir yerdə fəhlə işləmiş, ona görə də münasibətləri yaxşı olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, tutduğu əməldən peşmandır. Ona ittiham olunduğu maddələrlə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Əvvəllər əkdiyi narkotik tərkibli bitkilərin (kannabis) toxumlarını yığıb saxlamış, həmin toxumları 2020-ci ilin aprel ayında evinin həyətində torpağa və 09 ədəd kauçuk dibçəklərdə əkmişdir. Əkdiyi həmin toxumlardan torpaqda əkdiyi yerdən 68 ədəd çətənə kolu həyətdə, 104 ədəd narkotik tərkibli çətənə (kannabis) kolu isə dibçəkdə bitməklə ümümilikdə 172 ədəd çətənə kolu bitmişdir. xx.xx.2020-ci il tarixədək həmin 172 ədəd narkotik tərkibli bitkilərə aqro-texniki qaydada qulluq etmiş, həmçinin xx.xx.2020-ci il tarixdə təxminən saat 20 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ona bildirmiş ki, dostuna 150 qram “ot” (yəni qurudulmuş marixuana) lazımdır. O, qeyd olunan şəxsin etibarlı adam olub-olmamasını soruşmuş, Elmir də cavabında müştərininn etibarlı adam olduğunu, narahat olmamasını bildirmişdir. Bu söhbətdən təxminən yarım saat sonra Elmir sonradan adını öyrəndiyi Ramizi özüylə bərabər yaşadığı evə gətirmiş və onlar onun yaşadığı evin içərisində əyləşmiş və çay içmişlər.Həmin vaxt orada o, Əbdül, Elmir, Maqsud, Kamil və Ramiz olmuş, çay içdikdən sonra o, evin digər otağında saxladığı təxminən 180 qram çəkisi olan qurudulmuş marixuananı sellafon torbada gətirib stolun üstünə qoymuşdur. Ramiz stolun üstündəki həmin qurudulmuş marixuanadan biraz götürüb baxmış, Yevlax rayonuna getməli olduğunu, “malı” sabah gəlib götürəcəyini bildirmişdir. Qapıdan çıxanda ona yol gedəcəyini marixuanadan bir az verməsini və çəkəcəyini xahiş etmişdir. O da “maldan” biraz gətirib vermiş, sonra isə yatmışdır. Həmin günün sabahısı yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs1 onun yanında olan zaman sonuncu ona Ramizin “malın” arxasınca gəldiyini, onu Quzanlı qəsəbəsindən gedib gətirmək lazım olduğunu bildirmişdir. O da uzaq qohumu Şahid11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək bildirmişdir ki, dünən Quzanlı qəsəbəsindən onun evindən aparıb düşürdüyü Ramizi onlara gətirsin. Maqsud isə ona, maşında müştəri olduğunu gətirə bilməyəcəyini bildirmişdir. Bundan sonra Elmir gedib Ramizi Quzanlı qəsəbəsindən təxminən 30 dəqiqəyə onun yaşadığı evə gətirmiş, o, evdə saxladığı narkotik tərkibli qurudulmuş marixuananı evdən gətirib tərəzi ilə çəkmiş və “malın” çəkisi 180 qram olmuşdur. Onlar Ramizlə 180 qram qurudulmuş marixuananı 1800 manata razılaşmış, bu vaxt qohumu Şahid11 onun yaşadığı evə gəlmiş və kənarda dayanmışdır. Sonra o, həmin 180 qram qurudulmuş marixuananı 1800 (min səkkiz yüz) manata yəni 17 ədəd yüz manatlıq və 2 ədəd 50 manatlıq pula Ramizə satmışdır.Daha sonra X27 Quzanlı qəsəbəsinə aparmağı təklif etmiş, yol haqqı kimi ona 10 manat da pul vermişdir. Sonra Şahid11 Ramizi Quzanlı qəsəbəsinə aparmış, Elmir də çıxıb öz evinə getmişdir. O, Ramizdən aldığı 1800 manat pulu evinin içərisində olan paltar şkafındakı gödəkçəsinin cibinə qoymuş, təxminən 20 dəqiqə sonra evin həyətindəki arxa qapıdan yaşadığı evə tərəf bir neçə avtomobilin sürətlə gəldiyini görmüş və o, həmin avtomobildəkilərin polis əməkdaşları olacağını güman edib həmin qapıdan sahəlik tərəfə qaçıb getmişdir. Evindən bir qədər uzaqlaşdıqdan sonra kənardan baxmışdır ki, evinin həyətində polis əməkdaşları var. Sonra gözləmiş qaranlıq düşmüş və o, tanımadığı taksiylə Bərdə rayonuna getmişdir. Həmin gecə Bərdə rayonunda qaynı Niyaməddinin evində qalmış, Niyaməddinə isə bu barədə heç nə deməmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 10 radələrində avtoqəza törətməyə görə cəza çəkdiyi Goranboy rayonunda yerləşən 10 saylı X20 müəssəsinə getmişdir. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, o, müəyyən vaxtlarda narkotik vasitə istifadə etmiş, evinin həyətində və dibçəkdə narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkmiş, ona həmin narkotik vasitələri əkərkən və əkdikdən sonra heç kimin köməyi dəyməmiş və heç kimin bu işdən xəbəri olmamışdır.Hadisədən təxminən 1 həftə əvvəl Təqsirləndirilən şəxs1 onda narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 ondan narkotik vasitə almamış, o həmin qurudulmuş marixuananı heç kimdən almamış, əvvəllər əkdiyi çətənə(kannabis) bitkilərini qurudub saxlamış, xx.xx.2020-ci il tarixdə evinin həyətində narkotik tərkibli qrudulmuş marixuananı Şahid1 satarkən həmin vaxt orada Şahid11 və Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 həmin qurudulmuş marixuananı Şahid1 satmasında vasitəçilik etmiş, çünki o, Şahid1 tanımamışdır. Sonuncunu onun evinə Elmir gətirmiş, Elmir həmin narkotik vasitənin alqı-satqısında həmin yerdə olmuş, Maqsud isə Şahid1 onun evindən xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixlərdə aparmış və xx.xx.2020-ci il tarixdə isə Maqsud alqı-satqı zamanı evinin həyətində kənardan dayanıb baxmışdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, evindən aşkar edilərək götürülmüş patronları Ağdam rayonunun ərazisində evinə 500 metir məsafədə yerləşən əkin sahəsindən tapmış, həmin patronları evinə piayada özü gətirmiş və onun həmin patronları saxlamaqda heç bir məqsədi olmamış, həmin patronları maraqlı bir əşya kimi evində saxlamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonunun Sarıçoban kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. Ağdam rayon Mexaniki Suvarma İdarəsində elektrik-mantyor vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan qaynatası Tacir Quliyevin evinə getmiş, günorta yeməyini orda yemiş, sonra evə gəlmək üçün Quzanlı qəsəbəsində dördyol deyilən yerdə dayanıb taksi gözləmiş, bu vaxt taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Şahid11 həmin ərazidən keçmişdir., Maqsud avtomobili saxlayıb onu da avtomobilinə əyləşdirmiş, biraz yol gəldikdən sonra Eyvazlı kəndi ərazisində polis əməkdaşları o mindiyi avtomobili saxladıb Maqsud və onu Ağdam rayon polis şöbəsinə gətirmişlər. O, narkotik vasitədən istifadə etməmiş, onun Təqsirləndirilən şəxs2 evinin həyətində əkdiyi narkotik tərkibli bitkiləri əkib-becərməsindən və sonuncunun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasından əvvəlcədən xəbəri olmamış, Şahid11 avtomobilində olan zaman avtomobilin içərisində narkotik vasitə və digər şübhəli hallarla rastlaşmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid14 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Ağdam RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində xidmət edir. 1991-ci il tarixdən DİO-da, 2016-ci il tarixdən isə tutduğu vəzifədə işləyir. Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə Qazax rayon Hüseynbəyli kənd sakini Şahid1 Ağdam RPŞ-yə ərizə ilə müraciət edərək Ağdam rayon Sarıçoban kəndində yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində narkotik vasitə hesab edilən qurudulmuş marixuananın alqı-satqısı və narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olmasını bildirmişdir. Həmçin həmin vaxt Təqsirləndirilən şəxs2 aldığı qurudulmuş marixunanı polis əməkdaşalarına könüllü təhvil verəcəyini bildirmişdir. Hal şahidləri və digər polis əməkdaşları kimi ona da, Təqsirləndirilən şəxs2 alınmış həmin qurudulmuş marixuananın təhvil verilməsində iştirak etməyini təklif etmişlər, o da razılaşmış, sonra hal şahidləri və digər polis əməkdaşaları ilə birlikdə Qazax rayon Hüseynbəyli kənd sakini Şahid1 həmin gün Təqsirləndirilən şəxs2 aldığı qurudulmuş marixunanı təhvil verməsində iştirak etmiş, Şahid1 ağ rəngli Sellafon torbada qurudulmuş marixunanı təqdim etmiş, həmin qurudulmuş marixuana çəkilərəkən 179 qram çəkidə olmuş, sonra Ramiz Rəhim həmin qurudulmuş marixunanı xx.xx.2020-ci il tarixdə Ağdam rayon Sarıçoban kəndində yaşayan Təqsirləndirilən şəxs2 aldığını bildirmiş, sonra protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmiş və protokol iştirakçılardan əlavə qeydlərinin olub-olmaması soruşularaq iştirakçılar tərəfindən imza edilmişdir. Bundan başqa bildirmək istəyirəm ki, Şahid1 179 qram qurudulmuş marixunanı təqdim etdikdən sonra sonuncunun ərizəsində göstərdiyi xüsusatlara görə xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Ağdam rayon Sarıçoban kəndində yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, həmin baxışda o da iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 evinin həyətinin qarşı tərəfində və evin arxa həyətyanı sahəsindən torpağa əkilmiş ümumi sayı 68 ədəd çətənə kolu, qablarda isə ümumi sayı 104 ədəd olan şitilləri, göyərçin hinin yanındakı dəmir qabdan həmin bitkilərin toxumlarını, həmçinin evə baxış keçirən zaman 01 ədəd kağız bükümdə olan narkotik vasitəyə bənzər qurudulmuş bitki qurusu, bir neçə balaca bükümlərdə həmin bitkiyə aid olan toxumlar, bir ədəd “Tir” tüfəngi, 05 ədəd makarov tipli tapançanın gülləsinə bənzər güllə, 17 ədəd 100 manatlıq, 2 ədəd əlli manatlıq ümumilikdə1800 (min səkkiz yüz) manat alqı-satqı üçün verilmiş pullar aşkar edilərək götürülmüşdür. Daha sonra protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, protokol iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid13 Elbrus oğlu və Əliyev X7 Hilal Akif oğlu ilə eyni məzmunlu ifadə verərək, Şahid14 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayon Çullu kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. 2006-cı ildən DİO-da xidmət edir. Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə Ağdam rayon X28 rayon Sarıçoban kəndində qeydiyyatda olmaqla, hazırda həmin rayonun Quzanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 Şahid5 Quzanlı qəsəbəsində yerləşən evinin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs1 yaşadığı Ağdam rayon Quzanlı qəsəbəsinə getmişlər, onlar orada evə və həyətyanı sahəyə baxış keçirmək üçün iki nəfər hal-şahidi və mütəxəssis dəvət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək Təqsirləndirilən şəxs1 evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, o isə öz növbəsində etiraz etmədiyini bildirmiş, bundan sonra onlar həyətə daxil olmuş və həyətə baxış keçirərkən həyətdə evin sol tərəfində yerləşən narlıqda bir-birindən 30-40 sm aralıqda əkilmiş 17 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmiş, baxışda iştirak edən mütəxəssis Nəriman Ələmov həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydad qulluq edilməsini bildirmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin 17 ədəd narkotik tərkibli bitkini istifadə etmək üçün, yəni çəkmək üçün əkdiyini bildirmiş, bundan sonra həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən çıxarılmış, fotoşəkillər çəkilmiş və protokol tərtib edilərək qablaşıdırılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs1 hər hansı təziq olunmasının şahidi olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid4, X11, X8 ibtidai istintaq orqanına verdikləri ifadələri elan edilmiş, Şahid4, Vüqar Camalov və Samir Hüseynov ibtidai istintaq orqanına verdikləri ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadə verərək, Şahid3 göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam şəhəri Zavağzal küçəsi 2-də anadan olmuş, Bərdə rayon SUM 32-də daimi qeydiyyatda olmaqla hazırda Bərdə rayonunda yaşayır. Təqsirləndirilən şəxs2 onun kürəkənidir. Onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı evə qayıdanda Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəldiyini görmüş, o, Ramili görmüş hal-xoş etmiş, sonra söhbət əsnasında Ramil ona Ağdam rayonundan gəldiyini sabah Goranboy rayonuna gedəcəyini bildirmiş, gecə yatıb onlarda qalmış sabah saat 09 radələrində isə çıxıb getmiş, sonra Ramilin yoldaşı bacısı Vüsalədən Ağdam rayon şöbəsinin polis əməkdaşları Ramilin yaşadığı evin həyətində narkotik vasitələr aşkar etdiyini, həmçinin narkotik vasitələrin alqı-satqısını etdiyini eşitmişdir. O, narkotik vasitə istifadə etməmiş, onun Təqsirləndirilən şəxs2 narkotik vasitələri alıb-satması və əkib-becərməsi ilə məşğul olmasından əvvəlcədən xəbəri olmamış, Ramil xx.xx.2020-ci il tarixdə onlara gəlib qayıdandan sonra bacısı ilə telefonda danışanda, bacısı Vüsalə bu barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gələndə ona narkotik vasitələri alıb-satdığı və əkib-becərdiyi üçün polis əməkdaşları tərəfindən axtarıldığını deməmiş, sadəcə Goranboy rayonuna gedəcəyi üçün gecəni onlarda qalacağını demiş, Təqsirləndirilən şəxs2 onun yaşadığı evə təxminən saat 17 radələrində gəmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam şəhər T. İsmayılov küçəsi ev 1, mənzil 78 anadan olmuş, hazırda Quzanlı qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 2009-cu ildən tanımış, 2009-cu ildən 2015ci ilədək onunla qeyri-rəsmi bir yerdə yaşamış, 2015-ci ildən isə rəsmi nigaha daxil olmuşlar. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində o, anası Sevda İsanyılova və Təqsirləndirilən şəxs1 yaşadığı Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən evlərində olarkən tanımadığı bir qrup polis əməkdaşı, onların yanında olan mülki geyimli bir neçə vətəndaş yaşadığı evə gələrək evə və həyətyani sahəyə baxış keçiriləcəyini onlara bildirmişlər. Onlarda də polis əməkdaşlarına etiraz etməmiş, bundan sonra polis əməkdaşları həyətə baxış keçirərkən evlərinin sol tərəfində olan nar ağaclarının arasından narkotik tərkibli bitkiyə bənzər kollar aşkar edilmiş və polis əməkdaşları həmin kolların kim tərəfindən əkildiyini soruşanda Elmir həmin narkotik tərkibli bitkiləri özü tərəfindən əkildiyini bildirmişdir. Həmin narkotik tərkibli bitkilərin sayı 17 ədəd olmuş, həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən çıxarılmış, fotoşəkilləri çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, Elmir onlara həmin narlıqda ilan olmasını demiş, ona görə də anası və o, Elmirin 17 ədəd narkotik tərkibli bitki əkdiyi yerə qorxularından keçməmiş, nə anasın, nə də onun, Elmirin narkotik tərkibli bitkiləri əkməsindən xəbəri olmamış, o, Elmirin həyətə getdiyini görürmüş, lakin ağlına gəlməzmiş ki, orada narkotik əkərmiş, o, narkotik tərkibli kollar aşkar olunandan sonra Elmirdən onlara necə qulluq etdiyini soruşanda Elmir ona gecə onlar yatdığı vaxt qulluq etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs1 2009-cu ildən tanımış, Elmir qızı Leyla ilə 2009-cu ildən 2015-ci ilədək qeyri-rəsmi bir yerdə yaşamış, 2015-ci ildən isə rəsmi nigaha daxil olmuşlar. Elmirlə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17 radələrində o, qızı Leyla və Təqsirləndirilən şəxs1 yaşadığı Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən evlərində olarkən həyətin giriş qapısı döyülmüş, Elmir və qızı həyətə çıxmış, bir qədər sonra həyətdən səs-küy gəlməyə başlamış, o, pəncərdən həyətə baxanda tanımadığı bir qrup polis əməkdaşı, onların yanında olan mülki geyimli bir neçə vətəndaşın həyətlərində olduğunu görmüş, lakin xəstə olduğu üçün bayıra çıxa bilməmiş, bir müddət sonra qızı Leyla içəri gələrək Elmirin həyətlərində 17 ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini və həmin bitkilərin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldüyünü bildirmişdir. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, o, xəstə olduğu üçün günün çox vaxtını yataqda keçirirmiş, Elmir onlara həmin narkotik tərkibli bitki əkdiyi narlıqda ilan olduğunu və ora getməməsini bildirmiş, ona görə də qızı Leyla və o, Elmirin 17 ədəd narkotik tərkibli bitki əkdiyi yerə qorxularından keçmirmiş, nə qızı, nə də o, Elmirin narkotik əkməsindən xəbəri olmamışdır. O, xəstə olduğu üçün günün çox vaxtını evdə olduğuna görə onun həmin əraziyə getməsini görmürmüş, narkotik tərkibli kollar polis əməkdaşları tərəfindən aşkar olunduqdan sonra Elmir onun qızına həmin narkotik tərkibli bitkilərə gecə onlar yatandan sonra qulluq etdiyini demişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid18 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid18 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayon İmamqulubəyli kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı Ağdam rayon İmamqulubəyli kəndindən həmin rayonun Quzanlı qəsəbəsinə şəxsi işləri ilə bağlı getmiş, o, Quzanlı qəsəbəsində olan zaman Ağdam rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq Ağdam rayon Sarıçoban kəndində qeydiyyatda olmaqla, hazırda həmin rayonun Quzanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 Şahid5 Quzanlı qəsəbəsində yerləşən evinin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə RPŞ-nə məlumat daxil olmasını bildirmişlər və ondan həmin evə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmişlər, o da onlarla razılaşmış və Təqsirləndirilən şəxs1 yaşadığı Şahid5 məxsus evin qarşısına getmiş və polis əməkdaşları qapını döyərək Təqsirləndirilən şəxs1 evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermiş, o isə öz növbəsində etiraz etmədiyini bildirmiş, bundan sonra onlar həyətə daxil olmuş və polis əməkdaşları tərəfindən həyətə baxış keçirilərkən həyətdə evin sol tərəfində yerləşən narlıqda bir-birindən 30- 40 sm aralıqda əkilmiş 17 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis Nəriman Ələmov həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydada qulluq edilməsini bildirmiş, polis əməkdaşlarının şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs1 həmin 17 ədəd narkotik tərkibli bitkini istifadə etmək üçün, yəni çəkmək üçün əkdiyini bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən çıxarılmış, fotoşəkillər çəkilmiş və protokol tərtib edilərək qablaşıdırılıb götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs1 hər hansı təziq olunmasının şahidi olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid17 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid17 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid18 ilə eyni məzmunlu ifadə verərək, Şahid18 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayon Sarıçoban kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Taksi fəaliyyəti ilə məşğuldur. İstifadəsində olan “Vaz-2106” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin daşımaqla məşğuldur. Evlidir və 3 övladı var. xx.xx.2020-ci il tarixdə axşam təxminən saat 20 radələrində hal-xoş etmək üçün qohumu Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, o. həmin vaxt Ramilin evinin içərisində əyləşmiş. həmin vaxt evdə Təqsirləndirilən şəxs2 və Şahid8 olmuş, Əbdül onlara çay gətirmiş, onlar birlikdə masada əyləşib çay içmişlər. Təxminən 20 dəqiqə sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 yanında əvvəlcədən tanımadığı bir nəfərlə Təqsirləndirilən şəxs2 evinə gəlmiş, Elmir və yanında gələn adını bilmədiyi həmin şəxs onlarla birlikdə masada əyləşmiş, həmin vaxt Elmirlə gələn tanımadığı həmin şəxs Ramillə narkotik vasitənin alınıb satılması ilə bağlı söhbət edirlərmiş, bu vaxt Şahid12 gəlib içəri girərək onlarla birlikdə masada əyləşmiş, təxminən 5 dəqiqə sonra isə Şahid12 çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evin digər otağına gedərək əlində dəqiq çəkisini bilmədiyi miqdarda narkotik vasitəni gətirib stolun üstünə qoymuş, bu vaxt Şahid1 stolun üzərində sellafon torbada olan narkotik vasitəyə baxmış və yaş olduğunu ona görədə almadığını bildirmişdir. Bundan sonra Elmir ona həmin adamı aparıb Quzanlı qəsəbəsində dördyol deyilən yerdə düşürməsini bildirmiş, sonra o, həmin adamı Quzanlı qəsəbəsinə aparıb deyilən yerdə düşürmüş, həmin günün sabahısı yəni xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində qohumu Təqsirləndirilən şəxs2 onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə zəng edərək ona dünən gecə evindən apardığı həmin adamı (Ramizi) Quzanlı qəsəbəsindən götürüb onlara gətirməsini təklif etmiş, o, isə avtomobilində müştəri olduğunu, ona görədə gələ bilməyəcəyini Ramilə bildirmişdir. Bundan sonra avtomobilində olan müştəriləri düşürüb Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, o, evin həyətinə daxil olmuş və yenə onların əyləşdiyi masada əyləşmiş, bu vaxt orada Təqsirləndirilən şəxs1, Şahid1, bibisi oğlu Təqsirləndirilən şəxs2 olmuşdur. Bu vaxt Ramil və narkotik vasitəni almağa gələn həmin şəxs pulun az və ya çox olması barədə söhbət etmişlər. Sonra Təqsirləndirilən şəxs1, tanımadığı həmən şəxs(Şahid1) və Təqsirləndirilən şəxs2 evin yanına quş damı olan yerə çəkilmişlər, aralarında söhbət etmişlər, Təqsirləndirilən şəxs2 evə daxil olub evdən dəqiq çəkisini bilmədiyi miqdarda narkotik vasitəni gətirərək həmin şəxsə vermiş, narkotik vasitəni almağa gələn adını sonradan öyrəndiyi Ramiz adlı şəxs narkotiki gödəkçəsini soyunaraq ona büküb götürmüş, sonra Təqsirləndirilən şəxs1 ona 10 manat pul verərək bildirmiş ki, həmin şəxsi Quzanlı qəsəbəsinə aparıb düşürsün. O, isə həmin şəxsi avtomobilinə əyləşdirib Quzanlı qəsəbəsinə düşürüb evə qayıdarkən yolda həmkəndlisi Anar adlı şəxsi avtomobilinə əyləşdirib yoluna davam etmişdir. Ağdam rayon Eyvazlı kəndi ərazisində polis əməkdaşları onun avtomobilini saxlatdıraraq onu və yanındakı şəxsi polis şöbəsinə gətirmişlər. Şahid11 həmçinin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə etmir, Təqsirləndirilən şəxs2 evinin həyətində narkotik vasitələrin bitkilərinin əkilib-becərilməsindən əvvəlcədən xəbəri olmamış, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 məxsus evdə olarkən, ondan başqa Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid8 və Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs2 satdığı narkotik vasitənin pulundan ona heç bir şey verməmiş, o həmçinin ondan əvvəl Təqsirləndirilən şəxs2 2020-ci ilin may ayının əvvəllərində yaşadığı evin həyət qapısının yanında görmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayon Sarıçoban kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs2 onun atasıdır, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əmisi Şahid12 ilə babasına məxsus VAZ-21011 markalı avtomobili evlərinin həyətində yerləşən çardağın altında düzəldirmiş, həmin vaxt evdə atası Təqsirləndirilən şəxs2, o və əmisi Şahid12 olmuş, təxminən yarım saat sonra həmkəndlisi Təqsirləndirilən şəxs1 onların yaşadığı evə gəlmiş, sonra əmisi Şahid12 avtomobili düzəldib çıxıb getmiş, avtomobili aparmamış, Elmir bu vaxt tanımadığı bir nəfərə telefonla zəng edərək danışmış, sonra isə atası Ramillə kiminsə onlara gəlməsi barəsində danışmışlar. Daha sonra Şahid11 onlara gəlmiş, Elmir isə öz avtomobili ilə çıxıb getdikdən təxminən 30 dəqiqə sonra özüylə tanımadığı bir nəfəri sonradan adını öyrəndiyi Şahid1 onların evinə gətirmişdir. Onlar evin içərisində oturub çay içirmiş, sonra əmisi Şahid12 onlara gəlmiş, onlarla birlikdə oturmuş, təxminən 5 dəqiqə sonra isə çıxıb getmiş, təxminən 30 dəqiqə sonra Şahid1 və Təqsirləndirilən şəxs1 söhbət etmişlər, söhbət əsnasında o, it hürdüyü üçün çölə çıxmış, içəri qayıdanda Şahid1 durub çölə çıxdığını görmüş, sonra atası Ramil ilə Elmir həmin adamla evlərinin həyət qapısına kimi getmiş, daha sonrasından isə xəbəri olmamışdır. Sonra isə həmin günün sabahısı yəni xx.xx.2020-ci il tarixdə təxminən 08 radələrində sahəlikdə ot bağlatdırmaq üçün sahəyə getmiş, təxminən saat 10 radələrində evdən pul götürmək məqsədilə evə qayıtmış, evə qayıdanda evdə atası Təqsirləndirilən şəxs2 olmuş, pulu evdən götürüb getmiş, ot bağları almış, sonra 11 radələrində aldığı otu evdə boşaltdırmaq üçün evə gətirmiş, daha sonra Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci ildə onlara gətirdiyi həmin adamla təxminən saat 12 radələrində yaşadığı evə gəlmiş, o, onları ot boşaldılan yerdən götürmüş, Elmir və Şahid1 atası qarşılamış, sonra isə onun başı ot yığanlara qarışmışdır. Sonra Maqsuda zəng edərək fəhlələrə siqaret alıb gətirməsini bildirmiş, Maqsud yarım saat sonra siqareti alıb fəhlələrə gətirmiş, sonra Maqsud onların evinin həyət qapısının yanında avtomobilini saxlayıb onların evinin həyətinə girmiş, o, yaşadığı evə tərəf gedərkən, Elmirlə gələn Şahid1 Maqsudun avtomobili ilə çıxıb getdyini görmüş, sonra o, evlərinin həyətinə daxil olmuş, həmin vaxt evlərində təkcə atası olmuş, təxminən 20 dəqiqə sonra anası fəhlələrə yemək bişirmək üçün evə gəlmiş, sonra o, itləri yemləmək üçün evin həyətinə getmiş, bundan təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları onlara gəlmiş. evdə və evin həyətyanı sahəsində axtarış aparacaqlarını bildirmiş, o, və anası buna etiraz etməmiş və polis əməkdaşları onların evində və evlərinin həyətində axtarış aparmağa başlamış, sonra onlar onların evinin həyətinin qarşı tərəfində və evin arxa həyətyanı sahəsində narkotik tərkibli ümumi sayı 68 ədəd kol, qablarda isə ümumi sayı 104 ədəd əkilmiş şitilləri, göyərçin hininin yanındakı dəmir qabdan həmin bitkilərin toxumlarını, yaşadıqları evdən isə 01 ədəd kağız bükümdə olan narkotik vasitəyə bənzər qurudulmuş bitki qurusunu, bir neçə balaca bükümlərdə isə həmin bitkiyə aid olan toxumlar, bir ədəd “Tir” tüfəngi, 05 (beş) ədəd “Makarov” tipli tapnçanın gülləsinə bənzər güllələr və 17 ədəd yüz manatlıq, 2 ədəd əlli manatlıq əskinas olmaqla ümumilikdə 1800(min səkkiz yüz) manat öncədən alqı-satqı üçün verilmiş pullar aşkar edilərək götürülmüşdür. Şahid8 həmçinin ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etməmiş, onun narkotik vasitələrin alqı-satqısında iştirakı olmamış, o, xx.xx.2020-ci il tarixdə orda olmuş, ancaq Şahid1 atası ilə söhbət edən zaman it hürmüş və o, çölə çıxmış, o, içəri qayıdanda isə Şahid1 evdən çölə çıxırmış, sonra isə atası Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 Ramizi yola salmışlar və Şahid1 çıxıb getmişdir. Həmin vaxt atası orda olmuş, o, şübhəli şəxs qismində dindirlən zaman həmin qurudulmuş marixuanadan xəbəri olmamış və alqı-satqıdada iştirak etməmiş, sadəcə həmin vaxt atasın müdafiə etmək məqsədilə alqı-satqını özü etdiyini bildirmiş, həmin vaxt 280 qramı isə təxmini bir rəqəm demişdir. Evlərinin həyətindən aşkar edilərək götürülmüş 172 ədəd narkotik tərkibli çətənə kollarını kimin əkməsi barədə xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Sarıçoban kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Onunla heç bir düşmənçilik və ədavəti olmamış, xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində qardaşı Təqsirləndirilən şəxs2 evinin həyətində yerləşən çardağın altında atasına məxsus VAZ-2106 markalı avtomobili qardaşı oğlu Əbdüllə düzəldirmiş, həmin vaxt qardaşı Ramilin evində Ramil və oğlu Əbdül olmuş, o, avtomobili düzəldib gedib avtomobilə yanacaqdoldurma mərkəzindən yanacaq töküb evlərinə qayıdanda Təqsirləndirilən şəxs1 öz avtomobili ilə Ramilin evinin yanında dayandığını avtomobilində isə tanımadığı başqa şəxs olduğunu görmüş, həmin gün o, nəvəsini çöpçüyə aparmış, sonra isə yaşadığı evinə qayıtmış, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində sahəlikdəki otları bağlatdırmaq üçün sahəyə getmiş, həmin gün saat 15 radələrində evə qayıdanda görmüş ki, qardaşı Ramilin evinin həyətində polis əməkdaşları dayanıb, yaxınlaşıb nə olduğun soruşmuş, həmin vaxt öyrənmiş ki, qardaşı Ramilin evinin həyətində polis əməkdaşaları narkotik vasitə hesab edilən çətən bitkilərin aşkar etmişlər, sonra polis əməkdaşlarının təklifi ilə Ağdam rayon polis şöbəsinə gəlmişdir. Şahid12 həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs2 xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixlərdə narkotik vasitələri satmasından və xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 172 ədəd çətənə bitkilərinin əkilibbecərilməsindən xəbəri olmamışdır. O, Ramili sonuncu dəfə xx.xx.2020-ci il tarixdə təxminən saat 21 radələrində sonuncunun yaşadığı evin həyətində görmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid22 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid22 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayon Sarıçoban kəndində anadan olmuş, hazırda həmin rayonun Xındırıstan kəndində yaşayır. xx.xx.2020-ci il tarixdə təxminən saat 13:30 radələrində yaşadığı kənddə küçə ilə gedərkən polis əməkdaşları ona yaxınlaşmış, Ağdam rayon polis şöbəsinə getməyini, orada narkotik vasitə təqdim edən şəxsin təqdim etdiyi kütləyə baxış keçirməyi bildirmişlər. O, bununla razılaşdıqdan sonra Ağdam rayon polis şöbəsinə getmiş, orada daha əvvəllər tanımadığı, ancaq həmin vaxt adını öyrəndiyi Qazax rayonundan olan Şahid1 əlində olan ağ rəngli torbanın içərisində olan şəffaf rəngli, göy xətli torbanın içərisində olan qurudulmuş, narkotik vasitəyə bənzər, kəskin qoxulu kütləni polis əməkdaşlarına təqdim etmişlər, həmin narkotik vasitəyə bənzər qurudulmuş kütləni təqdim edən şəxs kütlənin narkotik maddə olduğunu, həmin narkotik maddəni Ağdam rayon Sarıçoban kənd sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Bundan sonra həmin qurudulmuş kütlə polis əməkdaşları tərəfindən çəkilmiş, həmin qurudulmuş narkotik vasitə 179 qram olmuş, sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla imza edilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid21 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid21 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid22 İslam oğlu ilə eyni məzmunlu ifadə verərək, Şahid22 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid20 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid20 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Xındırıstan kəndində anadan olmuş, hazırda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs2 tanımır onunla aralarında heç bir düşmənçilik, qohumluq və ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı kənddə qonşuları ilə söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşmış, Ağdam rayon Sarıçoban kənd sakini Təqsirləndirilən şəxs2 evinin həyətində narkotik tərkibli bitki əkib-becərməsini bildirmiş, həyətə onlarla birlikdə baxış keçirməyi bildirmişlər. O, bununla razılaşdıqdan sonra ev sahibinin oğlu Şahid8, icra nümayəndəsinin müavini Şahid16, aqranom, polislər və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, onlar evin həyətyanı sahəsinə baxış keçirən zaman həyətin sağ və sol tərəfində, ağacların arasında sıra ilə əkilmiş ümumi sayı 68 ədəd kəskin iyili, yaşıl rəngli bitki kolu, həmçinin xüsusi qablarda əkilmiş ümumi sayı 104 ədəd olan həmin kolların şitilləri aşkarlanmış, polis əməkdaşları və aqranom həmin kolların narkotik vasitəyə bənzər çətənə bitkisi olduğunu, aqronom kollara qulluq olunduğunu, dibinin belləndiyini, suvarıldığını, gübrə verildiyini bildirmişdir. Bundan əlavə evin həyətindəki quş hinin yaxınlığındakı dəmir qabdan həmin bitkiyə aid olan toxum, yaşadığı evdən həmin bitkiyə aid olan toxum, qurudulmuş kütlə, beş ədəd tapança gülləsi, 01ədəd tir tüfəngi və seriya nömrələri polis əməkdaşları tərəfindən öncədən bilinən 1800 manat pul əskinasları müəyyən edilmiş, bundan sonra götürülmüş predmetlər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, qablaşdırıldıqdan sonra iştirakçılar tərəfindən imzalar edilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid19 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid19 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid20 ilə eyni məzmunlu ifadə verərək, Şahid20 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımış, Elmirlə isə hadisədən bir neçə gün qabaq təsadüfən tanış olmuş, onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. O, xx.xx.2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 dəqiq yadında qalmayan mobil nömrəsinə zəng edərək ona narkotik vasitə lazım olduğunu bildirmiş, Elmir isə ona Ağdam rayonuna gəl, narkotik vasitənin alınmasında ona kömək edəcəyini bildirmişdir. O, xx.xx.2020-ci il tarixdə Ağdam rayonuna gəlmiş və Təqsirləndirilən şəxs1 həmin gün saat 19 radələrində zəng edərək Ağdam rayonunda olduğunu bildirmiş, saat 20 radələrində o, Quzanlı qəsəbəsində işiqforun yanında Təqsirləndirilən şəxs1la görüşmüş, görüş zamanı Elmir ona Təqsirləndirilən şəxs2 evinə getməyi təklif etmiş və orda narkotik vasitəyə baxmasını bildirmişdir. O, isə Elmirin idarə etdiyi VAZ2107 markalı avtomobilə əyləşib Təqsirləndirilən şəxs1la birlikdə Ağdam rayon Sarıçoban kəndinə Təqsirləndirilən şəxs2 yaşadığı evə gəlmiş, Təqsirləndirilən şəxs2 onları qarşılamış və onlar Ramilin evinin içərisində əyləşmiş, əvvəllər tanımadığı təxminən 20 yaşlarında olan gənc oğlan(Ramilin oğlu Əbdül) onlara çay gətirmiş, həmin vaxt orada sonradan adlarını öyrəndiyi Ramilin qardaşı Kamil, oğlu Əbdül və taksi şoferi Şahid11 olmuşdur. O, Ramilə ona qurudulmuş marixuana lazım olduğunu bildirmiş, Ramil isə evin digər otağına keçib, sellafon torbada dəqiq çəkisini bilmədiyi qədər qurudulmuş marixuananı gətirib stolun üzərinə qoymuş, o, Ramilə marixuananın yaş olduğunu, ona təmiz mal verməsini bildirmiş, Ramil isə ona getməsini sabah gələrkən istədiyi marixuananı ona verəcəyini bildirmişdir. O, isə evdən çıxanda Yevlax şəhərinə gedəcəyini sabah gəlib marixuananı alıb aparacağını Ramilə bildirmişdir. Ramillə Elmir onu taksi şoferi Şahid11la yola salmış, Maqsud idarə etdiyi Vaz 2106 markalı avtomobili ilə onu Ağdam rayon Quzanlı qəsəbəsində düşürmüş, o, isə ordan Yevlax şəhərinə getmiş, xx.xx.2020ci il tarixdə təxminən saat 13 radələrində Ağdam rayon Quzanlı qəsəbəsinə gəlmiş, Quzanlı qəsəbəsində işıqforun yanında Təqsirləndirilən şəxs1 zəng edərək Ağdam rayonunda olduğunu bildirmiş, təxminən 25 dəqiqə sonra Elmir onun yanına gələrək onu Təqsirləndirilən şəxs2 evinə gətirmişdir. Təqsirləndirilən şəxs2 onu qarşılamış, onlar Ramilin evinin həyətində quş damının yanında stolda əyləşmiş, Ramillə narkotik vasitənin qiyməti barədə söhbət etmişlər, aralarında 100 qram qurdulmuş marixunanı 1000(min) manata alması barədə razılaşmışlar. Sonra Ramil evin içərisinə keçmiş, evindən sellafon torbada qurudulmuş marixuananı gətirib yanında çəkmiş, marixuana 180 qram olduğu üçün o, 1800(min səkkiz yüz) manatı Ramilə vermiş, həmin vaxt yanlarında Təqsirləndirilən şəxs1 və Şahid11 olmuş, sonra evin həyətində dayanan xx.xx.2020ci il tarixdə onu Quzanlı qəsəbəsinə aparan Şahid11 avtomobili ilə Ağdam rayon Quzanlı qəsəbəsinə getmiş, sonra Təqsirləndirilən şəxs2 aldığı 180 qram qurudulmuş marixuananı Ağdam rayon polis şöbəsində polis əməkdaşlarına təhvil vermiş, həmin vaxt ərizə yazaraq Təqsirləndirilən şəxs2 narkotik vasitələri alıb-satmasını və əkib becərməsini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, o,narkotik vasitə istifadə etmir. O, əvvəllər Təqsirləndirilən şəxs2 tanımamış, ona görədə onun narkotik vasitələrin alıb-satması və əkibbecərməsi ilə məşğul olmasından xəbəri olmamış, xx.xx.2020-ci il tarixdə narkotik vasitəni Təqsirləndirilən şəxs2 alan zaman Maqsud və Elmirdən başqa yanlarında başqa kimsə olmamış, o, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitəni alan zaman evinin həyətində çətənə bitkisinin kollarını görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Qazax rayonunun Hüseynbəyli kənd sakini Şahid1 B13320257, C95669579, A93434996, A20915616, A90084012, C65105232, B09555018, A26192399, A82963162, A06809564, A95106425, C54564592, A17009742, A50926004, A67932780, A34895558, A16173686, A76714192, A67489349 nömrəli pul əskinasları Ramil adlı şəxsdən narkotik maddələr alınaraq əldə edilməsi üçün verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokaloa əlavə edilmiş fotoşəkillərdən görünür ki, Qazax rayonunun Hüseynbəyli kənd sakini Şahid1 Ağdam rayonunun Sarıçoban kənd sakini Təqsirləndirilən şəxs2 aldığı qurudulmuş marixuananı könüllü olaraq təqdim etmiş, həmin qurudulmuş marixuana çəkilmiş və ümumi çəkisi 179 qram olmuşdur. Həmin qurudulmuş marixuna ekspertiza təyin edilməsi məsədilə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokaloa əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonunun Sarıçoban kəndində yerləşən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən torpağa əkilmiş 68 ədəd, 09 plastik dibçəyə əkilmiş 104 ədəd narkotik vasitə olan çətənə bitkiləri, göyərçin hinin yanındakı dəmir qabdan həmin bitkilərin toxumlarını, həmçinin evindən isə 01 ədəd kağız bükümdə olan narkotik vasitəyə bənzər qurudulmuş bitki qurusu, bir neçə balaca bükümlərdə həmin bitkiyə aid olan toxumlar, bir ədəd “Tir” tüfəngi, 05 ədəd makarov tipli tapançanın gülləsinə bənzər güllə, B13320257, C95669579, A93434996, A20915616, A90084012, C65105232, B09555018, A26192399, A82963162, A06809564, A95106425, C54564592, A17009742, A50926004, A67932780, A34895558, A16173686, A76714192, A67489349 nömrəli 17 ədəd 100 manatlıq, 2 ədəd əlli manatlıq ümumilikdə1800 (min səkkiz yüz) manat alqı-satqı üçün verilmiş pullar aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməbioloji ekspertizanın xx xxx 2020-ci il tarixli, 16/360 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Şahid1 təqdim etdiyi sözləri yazılmış təmiz çəkisi 170 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, üzərində Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində olan göyərçin damından aşkar olunaraq götürülmüş sözləri olan kağız paketdə bir ədəd politelin torbadakı, bir ədəd kağız bükümdə təmiz çəkisi 0, 371 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmin polietilen torbadakı, digər bir ədəd polietilen torbada, bir ədəd polietilen torbada, bir ədəd sellofan torbacıqda, iki ədəd iç-içə kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 280 qram, 4,054 qram, 3,012 qram, 2,906 qram olan bitki toxumları, narkotik çətənə(kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponenetlər yoxdur, üzərində Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş sözləri yazılmış 1 ədəd sintetik kisədə, ümumi sayı 68(altmış səkkiz) ədəd, ümumi təmiz çəkisi 1280 qram bitki nümunələri, əklib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir və tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd müxtəlif ölçülü kauçuk qablarda, ümumi sayı 104 ədəd, ümumi təmiz çəkisi 112 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2010cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək Biləsuvar rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli hökmü ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Ağdam rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 01 il 01 ay 20 gün azadlıqdan məhrum edilməklə 300 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 05 il azadlıqdan məhrum edilməklə 04 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Cm-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Ağdam rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il 06 ay azadlıqdan məhrum edilməklə 4 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Ağdam rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli 3\576; 3/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 5 (beş) ədəd predmet 9 mm kalibrli, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı avtomatik tapançalarda və.s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı esab edilən, 9x18 mm kalibrli patronlardırlar, təyinatı üzrə istifadəyə yararlıdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam rayon Mərkəzi Xəstəxanası”-nın xx xxxxxx 2020-ci il tarixli 54 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Sarıçoban kənd sakini xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Ağdam şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatda durur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam rayon X30”-nın xx xxxxxx 2020-ci il tarixli 365 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Sarıçoban kənd sakini xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən “X1” diaqnozu ilə Ağdam Ruhi əsəb Xəstəlikləri Dispanserində dispanser müşahidəsindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi yaşadığı Şahid5 yaşadığı Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 Şahid5 yaşadığı evin həyətyanı sahəsinə əkdiyi 17 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 18:50-də tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 16/486 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs1 yaşadığı Ağdam rayon qəsəbəsində əkdiyi 17 ədəd narkotik vasitəyə oxşar bitki adlar və imzalar olan kağız paketdəki, sayı 17(on yeddi) ədəd ümumi təmiz çəkisi -95 qram bitki nümunələri əklib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(013)-15/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam rayon Mərkəzi Xəstəxanası”-nın xx xxxxxx 2020-ci il tarixli 55 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Sarıçoban kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağdam şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam rayon X30”-nın xx xxxxxx 2020-ci il tarixli 364 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Sarıçoban kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağdam Ruhi əsəb Xəstəlikləri Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixatirik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyətindədir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməpsixatirik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 420 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyətindədir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdam RİHB-nın Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 767 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıcoban kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdam RİHB-nın Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam ayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıcoban kəndində yaşadığı müddət ərzində onun haqqında Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət olmamışdır. Hal hazırda məhkumluq həyatı yaşayır. Xındırıstan kənd İƏD üzrə nümayəndəliyində yaşadığı müddət ərzində heç bir ictimai işlərdə iştirak etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam RİHB-nın Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 768 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıcoban kəndində qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 687 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilkatiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 686 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdam RİHB-nın Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam ayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sarıcoban kəndində yaşadığı müddət ərzində onun haqqında Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinə heç bir ərizə şikayət olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 evinin həyətində narkotik vasitələrin alqı-satqısında iştirak edib-etməməsini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 evinin həyətində aşkar edilərək götürülmüş narkotik tərkibli bitkilərin əkilib-becərilməsində iştirak edib-etməməsini müəyyən etmək, həmçinin Təqsirləndirilən şəxs1 ifadəsinin alınması məqsədilə rayon polis şöbəsinin itintaq qrupuna təmin edilməsi ilə bağlı əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş xx.xx.2020-ci il tarixli cavab raportunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 evinin həyətində narkotik vasitələrin alqı-satqısında iştirak etməsi barədə məlumat əldə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid8 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 oğlu Şahid8 üzünə xx.xx.2020-ci il tarixdə ümumi təmiz şəkisi 170 qram qrudulmuş marixuananı Şahid1 özü satdığını və yaşadıqları evdən evlərinin həyətindən aşkar edilərək götürülümüş 172 ədəd çətənə bitkisinin kollarını özü əkdiyini bildirmişdir. Şahid8 isə Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək, şübhəli kimi verdiyi ifadəsin inkar etmiş, atasını müdafiə etmək məqsədilə istintaqa yalan ifadə verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2016-cı il tarixli AZ-İİİ 707650 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2016-cı il təvəllüdlü X2 Elmir Əli oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxx 2011-ci il tarixli AZ-İİİ 770054 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2011-cı il təvəllüdlü X4 Elmir Əli oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxx 2013-cü il tarixli AZ-İİİ 067250 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 2015-ci il təvəllüdlü X5 Elmir Əli oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam Mərkəzi Rayon Xəstəxanasının”-nın xx xxxxxxx 2020-ci il tarixli 248/20 nömrəli tibbi arayışından görünür ki, Ağdam rayonu Xındırıstan kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağdam RMX Xındırıstan kənd sahə xəstəxanasında “Diffus toksiki urş Xroniki ürək catmamazlığı” diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı X20 Müəssisəsindən xx.xx.2021-ci il tarixli 17/50-302 nömrəli məktubla daxil olmuş şəxsi işdən arayşdan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 xx.xx.1974-cü ildə Ağdam rayonunun Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, həbs edilənədək Ağdam rayonunun Sarıçoban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016 -cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını X20 müəssisəsində çəkmək şərti ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixli Ağdam rayon məhkəməsinin hökmü ilə Az.Res CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət məcələsinin 67.1 maddəsinə əsasən xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 263-1.3 maddəsi ilə ona təyin olunmuş 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 il 1 ay 23 gün azadlıqdan məhrum etmə cəzası birləşdirərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması göstərilmişdir. xx.xx.2019-cu il tarixli Gəncə Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2019-cu il tarixli Ağdam rayon məhkəməsinin hökmü dəyişdirilərək ARCM-nın 234.1 maddəsi ilə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nın 68.1.1-1 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla üzərində 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 67.1 maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzaya Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CMnin 263-1.3 maddəsi ilə ona təyin edilmiş 4 il NVİEHME cəzası və 5 il AME cəzasının çəkilməmiş qalan 2 il 1 ay 23 gün müddəti qismən birləşdirərək üzərində qəti olaraq 4 il NVİEHME cəzası və cəzasını X20 müəssisəsində çəkmək şərti ilə 2 il 6 ay AME cəzası saxlanılmışdır. xx.xx.2019 il tarixdə əsas cəzasını çəkmək ücün 10 saylı MTCM-yə göndərilmişdir. xx.xx.2020 il tarixdə Az.Res CM-nın 237.2.3 ve 234.2 maddələri ilə tutularaq xx.xx.2020-ci il tarixli Goranboy rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə istintaq hərəkətləri ilə əlaqədar 2 saylı İstintaq təcridxanasına köçürülmüşdür. Müstəntiqin vəsatətinə əsasən Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il larixli qərarı ilə barəsində 2 ay, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020 il tarixədək barəsində həbs qətimkantədbiri seçilərək 2 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Barəsində seçilmiş həbs qəti imkan tədbiri Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə uzadılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2020-cı il tarixdə Ağdam rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə köçürülməklə xx.xx.2020-ci il tarixdə 2 saylı istintaq təcridxanasına göndərilmişdir. Barəsində həbs müddəti uzadılmadığı ücün xx.xx.2020-ci il tarixdə aidiyyəti üzrə qalan cəzasını çəkmək ücün 10 saylı MTCM -yə göndərilmişdir. AR CMnin 29, 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli bilinərək Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(088)-129/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib və ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli X20 müəssisəndə qeydiyyata alındığı tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(013)-06/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(088)- 129/2016 saylı hökmü ilə CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 01 ay 23 gün azadlıqdan məhrum etmə hissəsi qismən birləşdirilməklə üzərində qəti olaraq 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-175/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdam rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(013)-06/2019 saylı hökmü təyin olunmuş cəza və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ona qəti olaraq olaraq 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Təqsirləndirilən şəxs2 cəzasını X20 müəssisəsində çəkməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(009)-46/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş heroin, narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram hesab olunur. Odur ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, xəstə olmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 687 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannabinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilkatiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs2 isə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-175/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdam rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(013)-06/2019 saylı hökmü təyin olunmuş cəza və cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi hissəsində dəyişdirilmiş və ona qəti olaraq olaraq 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Təqsirləndirilən şəxs2 cəzasını X20 müəssisəsində çəkməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı X20 Müəssisəsindən xx.xx.2021-ci il tarixli 17/50-302 nömrəli məktubla daxil olmuş şəxsi işdən arayşdan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 xx.xx.1974-cü ildə Ağdam rayonunun Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, həbs edilənədək Ağdam rayonunun Sarıçoban kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını X20 müəssisəsində çəkmək şərti ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixli Ağdam rayon məhkəməsinin hökmü ilə Az.Res CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət məcələsinin 67.1 maddəsinə əsasən xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 263-1.3 maddəsi ilə ona təyin olunmuş 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 il 1 ay 23 gün azadlıqdan məhrum etmə cəzası birləşdirərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması göstərilmişdir. xx.xx.2019-cu il tarixli Gəncə Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2019-cu il tarixli Ağdam rayon məhkəməsinin hökmü dəyişdirilərək ARCM-nin 234.1 maddəsi ilə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nın 68.1.1-1 maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla üzərində 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 67.1 maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəzaya Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CMnin 263-1.3 maddəsi ilə ona təyin edilmiş 4 il NVİEHME cəzası və 5 il AME cəzasının çəkilməmiş qalan 2 il 1 ay 23 gün müddəti qismən birləşdirərək üzərində qəti olaraq 4 il NVİEHME cəzası və cəzasını X20 müəssisəsində çəkmək şərti ilə 2 il 6 ay AME cəzası saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə əsas cəzasını çəkmək ücün 10 saylı MTCM-yə göndərilmişdir. xx.xx.2020 il tarixdə Az.Res CM-nın 237.2.3 ve 234.2 maddələri ilə tutularaq xx.xx.2020-ci il tarixli Goranboy rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə istintaq hərəkətləri ilə əlaqədar 2 saylı İstintaq təcridxanasına köçürülmüşdür. Müstəntiqin vəsatətinə əsasən Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il larixli qərarı ilə barəsində 2 ay, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2020 il tarixədək barəsində həbs qətimkantədbiri seçilərək 2 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Barəsində seçilmiş həbs qəti imkan tədbiri Goranboy rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə uzadılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2020-cı il tarixdə Ağdam rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə köçürülməklə xx.xx.2020-ci il tarixdə 2 saylı istintaq təcridxanasına göndərilmişdir. Barəsində həbs müddəti uzadılmadığı ücün xx.xx.2020-ci il tarixdə aidiyyəti üzrə qalan cəzasını çəkmək ücün 10 saylı MTCM -yə göndərilmişdir. AR CMnin 29, 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə şübhəli bilinərək Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini cəza çəkdiyi dövrdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-175/2019 saylı qərarı əsasında ona təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 3 ay 19 gündən ibarət hissəsi və 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində Şahid1 satdığı ümumi təmiz çəkisi 170 qram qrudulmuş marixuana, evində saxladığı 0,371 qram qurudulmuş marixuana, evində saxladığı polietilen torbacıqda iki ədəd iç-içə bükülmüş ayrı ayrılıqda çəkiləri 280 qram, 4,054 qram, 3,012 qram və 2,906 qram narkotik tərkibli çətənə bitkisinin toxumları, həmçinin yaşadığı evin həyətində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1280 qram, ümumi sayı 68(altmış səkkiz) ədəd çətənə(kannabis) bitkiləri və 9(doqquz) ədəd kalçuk qablarda əkdiyi ümumi təmiz çəkisi 112 qram, ümumi sayı 104 ədəd çətənə(kannabis) bitkiləri, 05 ədəd 9 mm kalibirli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə yararlı “Makarov” (“PM”) tipli tapança güllələri və Təqsirləndirilən şəxs1 qeyrirəsmi yaşadığı Şahid5 yaşadığı fərdi yaşayış evinin həyətində əkdiyi 17 ədəd ümumi təmiz çəkisi 95 qram bitki nümunələri iş üzrə maddi sübut qismində tanınaraq Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılır. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş B13320257, C95669579, A93434996, A20915616, A90084012, C65105232, B09555018, A26192399, A82963162, A06809564, A95106425, C54564592, A17009742, A50926004, A67932780, A34895558, A16173686, A76714192, A67489349 nömrəli 17 ədəd 100 manatlıq, 2 ədəd əlli manatlıq ümumilikdə 1800 (min səkkiz yüz) manat alqı-satqı üçün verilmiş pullar maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdam rayon polis şöbəsinin maliyyə hissəsinə təhvil verilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində Şahid1 satdığı ümumi təmiz çəkisi 170 qram qrudulmuş marixuana, evində saxladığı 0,371 qram qurudulmuş marixuana, evində saxladığı polietilen torbacıqda iki ədəd iç-içə bükülmüş ayrı ayrılıqda çəkiləri 280 qram, 4,054 qram, 3,012 qram və 2,906 qram narkotik tərkibli çətənə bitkisinin toxumları, həmçinin yaşadığı evin həyətində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1280 qram, ümumi sayı 68(altmış səkkiz) ədəd çətənə(kannabis) bitkiləri və 9(doqquz) ədəd kalçuk qablarda əkdiyi ümumi təmiz çəkisi 112 qram, ümumi sayı 104 ədəd çətənə(kannabis) bitkiləri, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi yaşadığı Şahid5 yaşadığı fərdi yaşayış evinin həyətində əkdiyi 17 ədəd ümumi təmiz çəkisi 95 qram bitki nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ağdam rayon polis şöbəsinin maliyyə hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş B13320257, C95669579, A93434996, A20915616, A90084012, C65105232, B09555018, A26192399, A82963162, A06809564, A95106425, C54564592, A17009742, A50926004, A67932780, A34895558, A16173686, A76714192, A67489349 nömrəli 17 ədəd 100 manatlıq, 2 ədəd əlli manatlıq ümumilikdə 1800 (min səkkiz yüz) manat Ağdam rayon polis şöbəsinin maliyyə hissəsinə təhvil verilməsi nəzərə alınmalıdr. 05 ədəd 9 mm kalibirli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə yararlı “Makarov” (“PM”) tipli tapança güllələri xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 192 (yüz doxsan iki) manat 50 (əlli) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumların üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini fərdi qaydada fəaliyyət göstərən vəkil X9, cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 45 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X3 hesabına 270 manat məbləğində, Təqsirləndirilən şəxs1 göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-175/2019 saylı qərarı əsasında ona təyin edilmiş cəzanın azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 3 ay 19 gündən ibarət hissəsi və 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs2 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətində Şahid1 satdığı ümumi təmiz çəkisi 170 qram qrudulmuş marixuana, evində saxladığı 0,371 qram qurudulmuş marixuana, evində saxladığı polietilen torbacıqda iki ədəd iç-içə bükülmüş ayrı ayrılıqda çəkiləri 280 qram, 4,054 qram, 3,012 qram və 2,906 qram narkotik tərkibli çətənə bitkisinin toxumları, həmçinin yaşadığı evin həyətində aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1280 qram, ümumi sayı 68(altmış səkkiz) ədəd çətənə(kannabis) bitkiləri və 9(doqquz) ədəd kalçuk qablarda əkdiyi ümumi təmiz çəkisi 112 qram, ümumi sayı 104 ədəd çətənə(kannabis) bitkiləri, Təqsirləndirilən şəxs1 qeyri-rəsmi yaşadığı Şahid5 yaşadığı fərdi yaşayış evinin həyətində əkdiyi 17 ədəd ümumi təmiz çəkisi 95 qram bitki nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ağdam rayon polis şöbəsinin maliyyə hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş B13320257, C95669579, A93434996, A20915616, A90084012, C65105232, B09555018, A26192399, A82963162, A06809564, A95106425, C54564592, A17009742, A50926004, A67932780, A34895558, A16173686, A76714192, A67489349 nömrəli 17 ədəd 100 manatlıq, 2 ədəd əlli manatlıq ümumilikdə 1800 (min səkkiz yüz) manat Ağdam rayon polis şöbəsinin maliyyə hissəsinə təhvil verilməsi nəzərə alınsın. 05 ədəd 9 mm kalibirli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə yararlı “Makarov” (“PM”) tipli tapança güllələri xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat 50 (əlli) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 45 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X3 hesabına 270 manat məbləğində, Təqsirləndirilən şəxs1 göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Xəqani Səmədov

3. Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar