Məhkəmə qərarları › İş №1(100)-44/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-44/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-44/2022 21.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Nural Turab Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X25, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 308.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməklə 2 il sınaq müddəti müəyyən edilmiş, hazırki iş üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 32.3,206.3.3 və 32.3,308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayının əvvələrində Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşları qardaşı X6, onun vasitəsi ilə "xxxx" MMC-nin direktoru X26, tanışı X27, Gürcüstanın Marneuli şəhərində şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə cinayətlərini qəsdən törətmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin cinayətin törədilməsini təşkil etmiş və bu məqsədlə, ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirəcəkləri dərman vasitələrinin yüklənməsi üçün cinayətkar qrupun üzvü Vüqar Qədirov özünə məxsus cinayətin aləti kimi istifadə etdiyi “DAF” markalı, 99RL810 dövlət nömrə nişanlı yük avtomobilini və həmin avtomobilin 60ZA811 nömrəli yarımqoşqusunu (99RL810/60ZA811) 29 yanvar 2019-cu il tarixdə cinayətdən xəbərsiz sürücü Gürcüstan vətəndaşı Qeys Musayev tərəfindən idarə olunaraq Gürcüstanın Tbilisi şəhərinə aparılmasını təmin etmiş, daha sonra Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirəcəkləri dərman vasitələri ilə dəyişdirməyi planlaşdırdıqları tibbi məhlulun yüklənməsi məqsədilə 2019-cu ilin yanvar ayının sonlarında istintaqa məlum olmayan vaxtda V.Qədirova məxsus yuxarıda göstərilən nəqliyyat vasitəsi ilə zahiri görünüş baxımından eynilik təşkil edən və yalnız dövlət qeydiyyat nömrəsindəki bir seriya ilə fərqlənən cinayətin aləti kimi istifadə etdiyi “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilini istintaqa məlum olmayan yarımqoşqu ilə birlikdə cinayətkar qrupun üzvü Cavid Hacızadənin direktoru olduğu, onun və İlqar İskəndərlinin faktiki rəhbəri olduğu "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbara apararaq orada saxlamış, ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına əvvəllər idxal edilmiş brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqram olmaqla 26219,34 avro dəyərində olan tibbi məhlulun “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilinə yüklənməsi təmin edildikdən sonra həmin nəqliyyat vasitəsi cinayətkar qrupun üzvü Vüqar Qədirov tərəfindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən Qazax rayonunun 2-ci Şıxlı kəndinin ərazisindəki “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə aparılmış, V.Qədirov 29 yanvar 2019-cu il tarixdə piyada yolla Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş, V.Qədirov əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 5000 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirib Bakı şəhərində ona təhvil verilməsi müqabilində "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol- Biləcəri yolunda yerləşən anbara yerləşdirilməsi şərti ilə Tbilisi şəhərinin “Lilo 1” gömrük terminalında ümumilikdə 1214730,59 manat dəyərində dərman preparatlarını cinayətkar qrupun Gürcüstandakı üzvü ilə birlikdə “DAF” markalı, 99RL810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobilinə yüklənməsini təmin etmiş, X24 Azərbaycan Respublikası ilə sərhədində yerləşən yük avtomobillərinin dayanacağında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş Gürcüstandakı üzvü ilə görüşüb həmin şəxsdən nəqliyyat vasitəsində Serbiya Respublikası, Vrsac şəhəri, Beogradski küçəsi, 26300 ünvanında qeydiyyatda olan “Hemofarm” şirkəti tərəfindən "xxxx" MMC-yə brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqram olan 26219,34 avro dəyərində tibbi məhlulun göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları, yəni 26219,34 avro dəyərində tibbi məhlul yükü göndərilməsinə dair "xxxx" MMC-nin rəsmi direktoru Cavid Hacızadə tərəfindən bəyan ediləcək məlumatlarla eynilik təşkil edən yük müşayiət sənədlərini təhvil almış, ümumi cinayətkar niyyətə uyğun olaraq Gürcüstan Respublikası ərazisində külli miqdarda dərman vasitələri yüklənmiş “DAF” markalı, 99LM810 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin cinayətdən xəbərsiz Qeys Musayev tərəfindən idarə edilərək 30 yanvar 2019-cu ildə saat 01.48 radələrində Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmasını təmin etmiş, Vüqar Qədirov postda gömrük məqsədləri üçün doğru olmayan məlumatların əks edidiyi yuxarıda göstərilən sənədləri gömrük orqanına təqdim etməklə onları aldadıb nəqliyyat vasitəsindəki külli miqdarda, ümumilikdə 1214730,59 manat dəyərində dərman preparatlarını 26219,34 avro dəyərində tibbi məhlul kimi təqdim edərək külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və təyinatı üzrə stasionar rentgen qurğusuna yola salındığı zaman rentgen qurğusundan keçməyərək gömrük postunun yaxınlığında 30 yanvar 2019-cu il tarixdə saat 3 radələrində sürücü Qeys Musayevin xəbəri olmadan içərisində 1214730,59 manat dəyərində dərman preparatları olan “DAF” markalı, 99RL810/60ZA811dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanlarını açaraq həmin əraziyə əvvəlcədən gətirdiyi, yük yerində brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqram olan 26219,34 avro dəyərində tibbi məhlul olan, zahiri görünüşcə eynilik təşkil edən Vüqar Qədirova məxsus digər “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilinin qeydiyyat nişanlarını ilə dəyişdirmiş, həmçinin nəqliyyat vasitəsinin üzərinə gömrük təminatı üçün qoyulmuş GPS (naviqasiya) qurğusunu yük yerinin trosunu kəsməklə çıxararaq digər nəqliyyat vasitəsinə quraşdırmış, bundan sonra Vüqar Qədirov qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilmiş içərisində 1214730,59 manat dəyərində dərman preparatları olan “DAF” markalı nəqliyyat vasitəsini idarə edərək hərəkətini Bakı şəhəri istiqamətində davam etdirmiş, yük yerində 26219,34 avro dəyərində tibbi məhlul olan “DAF” markalı digər nəqliyyat vasitəsi isə rentgen qurğusundan keçirilməsi üçün cinayətdən xəbərsiz Qeys Musayev tərəfindən idarə edilərək stasionar rentgen qurğusunun olduğu əraziyə gətirilmiş, cinayətkar qrupun digər üzvü "xxxx" MMCnin, direktoru Cavid Hacızadə isə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və nformasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməklə, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, vəzifə saxtakarlığı etmək məqsədilə onun və cinayətin digər təşkilatçısı İlqar İskəndərlinin tapşırığına əsasən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC adından gömrük orqanına təhrif olunmuş məlumatların əks edildiyi xx.xx.2019-cu il tarixli, **********4799 nömrəli gömrük bəyannaməsini elektron formada təqdim edərək V.Qədirova məxsus 99RL810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobili ilə guya brutto çəkisi 15021 kiloqram, netto çəkisi 14396 kiloqram olan Serbiya Respublikası, Vrsac şəhəri, Beogradski küçəsi, 26300 ünvanında qeydiyyatda olan “Hemofarm” şirkəti tərəfindən təqdim edilmiş 26219,34 avro dəyərində tibbi məhlul yükünün idxal edildiyini bəyan etmiş, Vüqar Qədirov isə qaçaqmalçılıq yolu ilə keçirdiyi ümumilikdə 1214730,59 manat dəyərində külli miqdarda dərman preparatları yüklü olan nəqliyyat vasitəsini idarə edərək Bakı şəhərinə gətirmiş və həmin dərman pereparatlarının onun və İlqar İskəndərlinin faktiki rəhbər olduğu "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbarına təhvil vermişdir. Bundan başqa, o, təkrarən Azərbaycan Respublikası vətəndaşları "xxxx" MMC-nin direktoru X26, qardaşı X7 ilə külli miqdarda dərman vasitələrini və tibbi ləvazimatları Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama, idxal etmə və satma cinayətlərini qəsdən törətmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən qaçaqmalçılıq cinayətinin törədilməsini təşkil etmiş, 21 adda 226827 manat dəyərində olan dərman vasitələri və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, keyfiyyətsiz 3 adda şprislər və 14 adda olmaqla tibbi ləvazimatlar olmaqla, ümmulikdə 38 adda külli miqdarda, yəni 483881 manat dəyərində malları istintaqla müəyyən edilməmiş vaxtda, lakin 01 yanvar 2017-ci il tarixdən 17 sentyabr 2019-cu il tarixədək olan müddətdə Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirərək faktiki rəhbər olduğu "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbarda satış məqsədi ilə saxlanmasını təmin etmiş və 17 sentyabr 2019-cu il tarixdə həmin anbarda aparılmış axtarış və götürmə zamanı həmin mallar aşkar edilib götürülmüşdür. Bundan əlavə, o, təkrarən 2019-cu ilin sentyabr ayında Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşları qardaşı X7, onun vasitəsi ilə "xxxx" MMC-nin direktoru X26, tanışı X27, X23, Gürcüstanın Marneuli şəhərində şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmə və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini külli miqdarda satış məqsədi ilə saxlama, idxal etmə, satma cinayətlərini qəsdən törətmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək təkrarən qaçaqmalçılıq cinayətinin törədilməsini təşkil etmiş, bu məqsədlə, cinayətkar qrupun üzvü Vüqar Qədirov Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirəcəkləri dərman vasitələrini dəyişdirməyi planlaşdırdıqları tibbi məhlulun yüklənməsi məqsədilə 08 sentyabr 2019-cu il tarixdə cinayətin aləti kimi istifadə etdikləri “DAF” markalı, 99RL810 dövlət nömrə nişanlı yük avtomobilini və həmin avtomobilin 99ZA811 nömrəli yarımqoşqusunu (99RL810/99ZA811) onun rəhbəri olduğu cinayətkar qrupun üzvü Cavid Hacızadənin direktoru olduğu "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbara apararaq orada saxlamış və bundan sonra planlaşdırdıqları cinayət əməllərini həyata keçirmək üçün Vüqar Qədirov 11 sentyabr 2019-cu il tarixdə yuxarıda göstərilən nəqliyyat vasitəsilə zahiri görünüş baxımından eynilik təşkil edən və yalnız dövlət qeydiyyat nömrəsindəki bir seriya ilə fərqlənən cinayətin aləti kimi istifadə etdikləri “DAF” markalı, 99RM810 dövlət nömrə nişanlı yük avtomobilini və həmin avtomobilin 60ZA811 nömrəli yarımqoşqusunu (99RM810/60ZA811) idarə edərək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Gürcüstana getmiş və əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 5000 ABŞ dolları müqabilində Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirib Bakı şəhərində ona təhvil verilməsi və "xxxx" MMC-nin istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbara yerləşdirilməsi şərti ilə Tbilisi şəhərinin “Lilo 1” gömrük terminalında qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda, 1572066,29 manat dəyərində 674 adda və Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş, istifadəyə yararlı 327105,94 manat dəyərində 71 adda olmaqla, ümumilikdə 1899172,23 manat dəyərində 745 adda dərman preparatlarını cinayətkar qrupun Gürcüstandakı üzvü ilə birlikdə idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobilinə yüklədib satış məqsədilə saxlamış, cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Vüqar Qədirovun tapşırığı ilə cinayətkar qrupun digər üzvü X23 13 sentyabr 2019-cu il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolunda yerləşən anbarına gedərək, anbarın həyətində saxlanılan “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına əvvəllər idxal edilmiş, onun və cinayətkar qrupun digər üzvü Cavid Hacızadə tərəfindən müvəqqəti saxlanca götürülərək həmin anbarda salxanılan 3120 qutuda brutto çəkisi 18318 kiloqram, netto çəkisi 17576 kiloqram olan tibbi məhlulun yüklənməsini təmin edib 14 sentyabr 2019-cu il tarixdə saat 00:13-də nəqliyyat vasitəsini idarə edərək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən Qazax rayonunun 2-ci Şıxlı kəndinin ərazisindəki “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə gətirmiş, cinayətkar qrupun digər üzvü "xxxx" MMC-nin direktoru Cavid Hacızadə isə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil etməklə, habelə göstərilən sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə, vəzifə saxtakarlığı etmək məqsədilə cinayətin təşkilatçıları Təqsirləndirilən şəxs və İlqar İskəndərlinin tapşırığına əsasən 14 sentyabr 2019-cu il tarixdə direktoru olduğu "xxxx" MMC adından gömrük orqanına təhrif olunmuş məlumatların əks edildiyi xx.xx.2019-cu il tarixli, **********588 nömrəli qısa idxal bəyannaməsini elektron formada təqdim edərək V.Qədirova məxsus 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük avtomobili ilə 3120 qutuda brutto çəkisi 18318 kiloqram, netto çəkisi 17576 kiloqram olan tibbi məhlulun idxal ediləcəyini əvvəlcədən bəyan etmiş, Vüqar Qədirov isə 14 sentyabr 2019-cu il tarixdə saat 20 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunu piyada keçməklə, Gürcüstandan Azərbaycan Respublikasına qayıdaraq qardaşı X35 rayonunun 2-ci Şıxlı kəndinin ərazisində yerləşən “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə qaçaqmalçılıq yolu ilə keçiriləcək mallarla dəyişdirilməsi məqsədi ilə gətirdiyi, tibbi məhlulla yüklənmiş “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinin təhlükəsiz şəraitdə yerləşdirməsini təmin edərək yenidən Gürcüstan Respublikası ərazisinə qayıtmış və həmin gün Gürcüstanın Azərbaycan Respublikası ilə sərhədində yerləşən yük avtomobillərinin dayanacağında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş Gürcüstandakı üzvü ilə görüşüb həmin şəxsdən nəqliyyat vasitəsində Serbiya Respublikası, Vrsac şəhəri, Beogradski küçəsi, 26300 ünvanında qeydiyyatda olan “Hemofarm” şirkəti tərəfindən "xxxx" MMC-yə 3120 qutuda brutto çəkisi 18318 kiloqram, netto çəkisi 17576 kiloqram olan 16422 avro dəyərində tibbi məhlulun göndərilməsinə dair gömrük məqsədləri üçün doğru olmayan məlumatları, yəni 16422 avro dəyərində tibbi məhlul yükü göndərilməsinə dair "xxxx" MMC-nin rəsmi direktoru Cavid Hacızadə tərəfindən bəyan edilmiş məlumatlarlarla eynilik təşkil edən 02 sentyabr 2019-cu il tarixli, 90470049 nömrəli invoysu və 13 sentyabr 2019cu il tarixli nömrəsiz əmtəə-nəqliyyat qaiməsini (CMR) əks etdirən yük müşayiət sənədlərini təhvil almış, bundan sonra Vüqar Qədirov ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda dərman vasitələri yüklənmiş “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini idarə edərək 16 sentyabr 2019-cu il tarixdə saat 01.30 radələrində Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmuş, postda gömrük məqsədləri üçün doğru olmayan məlumatlarıın əks edidiyi yuxarıda göstərilən sənədləri gömrük orqanına təqdim etməklə onları aldadıb nəqliyyat vasitəsindəki külli miqdarda, ümumilikdə 1899172,23 manat dəyərində 745 adda dərman preparatlarını 16422 avro dəyərində tibbi məhlul kimi təqdim edərək külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və təyinatı üzrə stasionar rentgen qurğusuna yola salındığı zaman rentgen qurğusundan keçməyərək birbaşa gömrük postunun yaxınlığında olan Qazax rayonunun 2-ci Şıxlı kəndinin ərazisində yerləşən “Əhməd petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş, orada cinayətkar qrupun üzvü X.X32 birlikdə içərisində 1899172,23 manat dəyərində dərman preparatları olan “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanlarını açaraq həmin əraziyə X.Qədirov tərəfindən əvvəlcədən gətirilmiş, yük yerində 3120 qutuda 16422 avro dəyərində tibbi məhlul olan, zahiri görünüşcə eynilik təşkil edən Vüqar Qədirova məxsus digər “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı yük avtomobilinin qeydiyyat nişanlarını ilə dəyişdirmiş, həmçinin nəqliyyat vasitəsinin üzərinə gömrük təminatı üçün qoyulmuş GPS (naviqasiya) qurğusunu yük yerinin trosunu kəsməklə çıxararaq digər nəqliyyat vasitəsinə quraşdırmış, bundan sonra Vüqar Qədirov qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilmiş içərisində 1899172,23 manat dəyərində dərman preparatları olan “DAF” markalı nəqliyyat vasitəsini idarə edərək hərəkətini Bakı şəhəri istiqamətində davam etdirmiş, yük yerində 16422 avro dəyərində tibbi məhlul olan “DAF” markalı digər nəqliyyat vasitəsi isə rentgen qurğusundan keçirilməsi üçün əvvəlcədən razılaşdıqları kimi X.Qədirov tərəfindən idarə edilərək stasionar rentgen qurğusunun olduğu əraziyə gətirilmiş, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə Vüqar Qədirovun idarə etdiyi və içərisində qaçaqmalçılıq yolu ilə keçirilmiş dərman preparatları olan “DAF” markalı nəqliyyat vasitəsi Qazax rayonunun girişində saxlanılaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna qaytarılmış və baxış zamanı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş 1572066,29 manat dəyərində 674 adda və Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş, istifadəyə yararlı 327105,94 manat dəyərində 71 adda olmaqla, ümumilikdə 1899172,23 manat dəyərində 745 adda dərman preparatlarını həmin nəqliyyat vasitəsindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1997-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Əczaçılıq ixtisasını bitirmiş, öz ixtisasına uyğun olaraq 2003-cü ildən etibarən dərman preparatlarının topdan satış mərkəzində, müxtəlif firma və əczaxanalarda işləmiş, 2014-cü ildə "xxxx" MMC-yə anbardar vəzifəsinə işə düzəlmiş, 2019-cu ilin may ayına qədər həmin cəmiyyətdə anbardar vəzifəsində işləmişdir. O, cəmiyyətin əsas fəaliyyətinin dərman preparatlarının topdan satışından ibarət olduğunu, cəmiyyətin direktorunun adını xatırlamadığını bildirmiş, onun anbardar kimi əsas vəzifəsinin anbara daxil olan malları qəbul etmək, onları yerləşdirmək və əczaxanalardan daxil olan sifarişlər üzrə dərman preparatları ilə təmin olunmasından ibarət olduğunu, cəmiyyətin ünvan 1 ünvanında yerləşdiyini, cəmiyyətin həmin ünvandan başqa ünvanda yerləşən anbarının olub-olmamasını bilmədiyini, 2019-cu ilin may ayından həmin cəmiyyətdə işləmədiyini, işsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq X19 2017-ci ilin noyabr ayından etibarən tanıdığını, "xxxx" MMC-nin verdiyi sifariş əsasında Vüqar sürücü kimi müxtəlif vaxtlarda dərman preparatlarını "xxxx" MMC-nin adına gətirdiyini, o, həmin malı anbardar kimi qəbul etdiyini, X27 ilə hər hansı bir düşmənçiliyinin, ədavətinin olmadığını, ibtidiai istintaq zamanı tələb etməsinə baxmayaraq onu Vüqarla üzləşdirmədiklərini, Alim və Sahib adlı şəxsləri tanımadığını, Sahib və Alimlə bağlı heç bir əlaqəsinin olmadığını, Vüqara 5000 ABŞ dolları vermədiyini bildirmişdir. Bundan başqa o, X33 Lətifova arasında olan “Whatsapp” proqramı üzrə danışıqların əks edildiyi mesajların mahiyyətindən məlumatsız olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 2008-ci ildən əmək fəaliyyəti ilə məşğul olur. Hazırki dövrədək "xxxx" MMC-də satış təmsilçisi, "xxxx" MMC-də sürücü, ekspediterlərə nəzarətçi, hüquq firması olan “Azerleks” şirkətində direktor işləmişdir. Hazırda "xxxx" MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir. O, 2009-cu ilin yanvar ayında "xxxx" MMC-dən işdən çıxmış, 2019-cu ilin təxminən yanvar ayında iş axtaran zaman tanış adamlardan biri "xxxx" deposunda işçi lazım olduğunu bildirmişdir, o da həmin vaxtı Loğmanfarmın 3-cü mikrarayonda yerləşən ofisinə getmiş, sürücü kimi işə başlamışdır. O, həmin vaxtı "xxxx" deposunun müduri kimi Təqsirləndirilən şəxs tanımışdır. O, təxminən 10 ay müddətinə həmin depoda sürücü işləmişdir. Sürücü kimi əsas fəaliyyəti 3-cü mikrorayonda olan ofisə gətirilmiş dərmanları sifariş üzrə Bakı şəhəri, 28 May metrosu ətrafında olan apteklərə təhvil vermək, həmin vaxtı qaimə fakturanı aptekə təqdim etmək, yol qaimə sənədini isə özü ilə gətirib ofisdə təhvil vermək olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən dəvət edilib əlavə şahid qismində dindirilmiş X37 ifadəsində göstərdi ki, 2017-ci ilin sentyabr ayından başlayaraq İlqar İskəndərlinin rəhbərlik etdiyi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol-biləcəri yolu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən anbarlarda gözətçi işləməyə və bununla yanaşı həmin anbarların həyətində yerləşən fərdi həyət evində yaşamaqla həmin anbara eyni zamanda gözətçilik etməyə başlamışdır. Həmin anbarların ümumi sayı 4 olmuş və bir-birinə yaxın yerləşmişlər. O, gözətçi olmaqla yanaşı lazım olanda fəhlə kimi də orada işləmiş və vaxtaşırı ora maşınlarla dərmanlar gətirilmiş və aparılmışdır. Gözətçi olmağına görə 250 manat maaş almış, mal olanda da boşaldıb-yığmağa görə 10 manat civarında pul almış, ona pulu İlqar vermiş, həmçinin orada ailəsi ilə kirayədə qalmışdır. Anbarda Vüqara hesabat verməmiş, fəhlə lazım olanda ona demişdir. Şahid X37 məhkəmə iclasında verilən suallara acavab olaraq, o, anbarda gözətçi işlədiyi və orda qaldığı üçün anbarın açarlarının onda olduğunu, Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı göstəriş verilmədiyini, tapşırıqları İlqar İsgəndərov tərəfindən aldığını, Təqsirləndirilən şəxs “Elnur m” yazmasının səbəbəbi isə Elnur müəllim kimi yazmaq istəməsini və anbara malı Cavid adlı şəxsin gətirdiyini bildirmiş, telefonundan çıxarılmış “Whatsapp” proqramında olan yazışmalardan məlumatı yoxdur, onları gömrük əməkdaşlarının özləri yazmışdır. Məlum hadisə ilə əlaqədar onu 17 sentyabr 2019-cu ildə aparmışlar. O, gecəni orada qalmış və onun ibtidai istintaq zamanı ifadəsi gecə saat 3-də təyziq göstərilməklə alınmışdır. O, həmin vaxt ifaədinə nə yazıldığını bilməmiş və oxumamış, ifadəsində kitabçaları onun tərtib etdiyini, anbara daxil və xaric olan dərmanların adlarını və saylarını yazmağını deməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrdə kitabçalarda apardığı qeydlərin mahiyyəti yazılan kimi olmamış, o, sadəcə kiminsə sifarişi olanda onları qeyd etmişdir. O, anbardar olmamış, həmişə anbarda olurdu deyə dərman lazım olanda ona demişlər. Məhkəmə iclasında X28 elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri - Baksol yolunun Binəqədi şossesində yerləşən anbarı üzrə anbardar işlədiyini, 2019-cu ilin yanvar və sentyabr ayında dövlət nömrə nişanı “810” rəqəmi ilə qurtaran tır nəqliyyat vasitəsi ilə anbardar işlədiyi anbardan dərman vasitələri götürüldüyünü təsdiq etmişdir. Bundan əlavə o ifadəsində bildirmişdir ki, 2017-ci ilin təxminən sentyabr ayında “Azərmed” dərman firmasının anbarında işlədiyi müddətdə İlqar müəllimlə görüşmüş və onu işlə təmin etməsini xahiş etmişdir. İlqar adlı şəxs də rəhbərlik etdiyi "xxxx" MMC və qardaşı Elnur adlı şəxsə məxsus “Loğman” apteklər şəbəkəsinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol-Biləcəri yolu, M.Ə.Rəsulzadə qəsəbəsində, “Nicat-M” hamamla üzbəüz yerləşən bir-birinə yaxın 4 ədəd anbarda anbardar işləməyi və qeyd edilən anbarların həyətində yerləşən fərdi həyət evində yaşamaqla gözətçilik etməyi təklif etmişdir. Daha sonra İlqar müəllim anbardar və gözətçi işləməyə görə zəhmət haqqı olaraq ona aylıq 250 manat məbləğində pul verəcəyini, anbara daxil olan dərman vasitələrinin nəqliyyat vasitələrindən boşaldılmasına və nəqliyyat vasitəsinə yığılmasına fəhlələrə köməklik edəcəyi təqdirdə ona əlavə olaraq 5-10 manat məbləğində pul verəcəyini demişdir. O da İlqarın bu təklifi ilə razılaşmışdır. Bundan sonra 2017-ci ilin sentyabr ayından başlayaraq İlqar müəllimin rəhbərlik etdiyi "xxxx" MMC-yə və Elnurun rəhbərlik etdiyi “Loğman” apteklər şəbəkəsinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol-biləcəri yolu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən anbarlarda anbardar işləməyə və bununla yanaşı həmin anbarların həyətində yerləşən fərdi həyət evində yaşamaqla həmin anbara eyni zamanda gözətçilik etməyə başlamış, həmin anbarların ümumi sayının 4 ədəd olduğunu və həmin anbarların bir-birinə yaxın yerləşdiyini bildirmişdir. Anbardar kimi xidməti vəzifəsinə ona verilən siyahı üzrə dərman vasitələrini anbara qəbul etmək və siyahı əsasında anbara qəbul edilmiş dərman vasitələrini təhvil vermək daxil olmuşdur. Həyat yoldaşı Lətifova (Abdullayeva) Gülyanaq Adil qızı əvvəllər işsiz olmuş və 2019-cu ilin təxminən iyul ayının əvvəllərindən İlqarın qardaşı olan Elnur adlı şəxsə məxsus olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prosepkti, 132 ünvanında (“Olimpikstar” idman-əyləncə mərkəzinin yaxınlığında) yerləşən aptekdə satıcı köməkçisi işləmiş, həyat yoldaşının orta təhsilli olduğunu, tibb təhsilli olmadığını, aylıq əmək haqqı olaraq 250 manat məbləğində pul aldığını bildirmişdir. Anbardar işlədiyi anbara dərman vasitələrinin adətən tırlarla gətirildiyini, anbara gətirilən malların hesab-fakturası ona təqdim olunsa da həmin dərman vasitələrinin ümumi dəyərinə heç vaxt fikir vermədiyini, sadəcə həmin dərman vasitələrinin adlarına, sayına, seriyasına və istifadə müddətinə diqqət yetirdiyini, buna görə də anbardar olduğu anbara hər dəfə tırlarla gətirilən malların ayrı-ayrılıqda, eləcə də ümumilikdə dəyərinin nə qədər olduğunu bilmədiyini, bəzi hallarda isə anbardar işlədiyi anbara dərman vasitələrinin nisbətən kiçik ölçülü yük nəqliyyat vasitələri ilə gətirildiyini, "xxxx" MMC-in faktiki rəhbəri İlqar İsgəndərli və İlqarın qardaşı Elnurla münasibətlərinin normal olduğunu bildirmişdir. Bundan əlavə, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri - Baksol yolunun Binəqədi şossesində yerləşən anbarı üzrə anbardar Asif Lətifov əlavə olaraq şahid qismində dindirilmiş ona həmin anbardan götürülmüş kitabçalar təqdim edilmiş, A.Lətifov kitabçalarla tanış olduqdan sonra üzərinə “Rasxod və Prixod” yazılmış göy rəngli kitabçaların onun tərəfindən tərtib edildiyini bildirmiş, anbara daxil olan və anbardan çıxan dərman preparatlarının adı və miqdarını kitabçaya yazdığını, kitabçalarda olan “Ozon”, Nijfarm”, “Latfarm” və digər müəssisələrin adlarının qeyd edildiyini bildirmişdir”. Məhkəmə iclasında müdafiə tərəfin vəsatətinə əsasən dəvət edilib əlavə şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, o, həbs olunana kimi tır sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, tanıyır, Təqsirləndirilən şəxs Loğman firmasının anbardarıdır. O, təxminən 9 və ya 10 ilə yaxın müddətdir ki, Loğman firmasına Rusiyadan dərman gətirmiş, onda görüş və söhbət əsnasında Elnur Qərbi Azərbaycandan olduğunu demiş, o da Tovuzdan olduğunu bildirmiş, elə o vaxtdan münasibətləri yaranmışdır. Bundan sonra Elnur onu dostu ilə tanış etmiş və o, Elnurun dostunun xurmasını, pomidorunu aparmışdır. Hazırki işlə əlaqədar o, 15 sentyabr 2019-cu il tarixdə gecə Gürcüstandan Respublikasından Azərbaycan Respublikasının sərhəddini keçərkən saxlanılmış və orda izahat vermişdir. Ondan izahat həmin gecə saat 5-də alınmış, gecə orada qalmış, səhər tezdən yenə malı boşaltmaq istəmiş, lakin boşaltmamış, gündüz ləngimiş və gecə oradan çıxmışdır. O, gündüz gecə maşın sürəcəyi üçün yatmağa icazə istəmiş, lakin ona yatmağa icazə verməmişlər. Bundan sonra o, gecə maşın sürmüş, səhər saat 5-6 radələrində Bakıya gəlmişdir. Bundan sonra gömrükdən gəlmişlər və yenə həmin gecəni yatmağa qoymamışlar ki, mal boşalmamış olmaz. Artıq iki gecə o, yuxusuz olmuş və həmin günün axşam tərəfi saat 6 və ya 7 radələrində müstəntiq Elmir Şirinov onu Gömrük İdarəsinə aparmışdır. Orda oturaraq ona anbardakı uşaqların gəlməsini gözləməyi deyilmişdir. O, həmin gün saat 11 radələrinədək anbardakı uşaqların gəlməsi üçün gözlədilmiş və müstəntiq ona bildirmiş di ki, izahat yazılacaq. O, isə Qırmızı Körpüdə izahat verdiyini bildirmişdir. Lakin ona burda izahat yazılacağı, imza çəkib çıxıb getməsi və narahat olmaması, onluq heç nə olmadığı bildirilmişdir. Bundan sonra gecə saat 3 radələrində kağızı yazaraq gətirmişlər və o, onu buraxmaları üçün oxumadan həmin gətirilən kağıza qol çəkmişdir. O, Qırmızı Körpü gömrük məntəqəsində izahat verən vaxt nə olmuşdursa elə də yazmış və Bakıda yenidən izahat yazmışdır. Ona sual verilmişdir ki, “sənə pulu kim verib”, o isə cavabında “Sahibin qohumudu, dostudu bilmirəm, Elnur adlı şəxs gətirib pulu verdi” deyə bildirmişdir. Ona qol çəkdirdikdən sonra o, eşitmişdir ki, bunlar başlamışlar Elnur müəllimin adını çəkməyə, o isə həmin yükün Elnur müəllimin yükü olmadığını bildirmişdir. Lakin orada ona “yox onundu sən bilmirsən” deyə bildirilmişdir. O isə Elnuru neçə illərdir tanıdığını, əgər belə bir şey olsa Elnurun ona deyəcəyini bildirmişdir. Bundan sonra onu səhəri gün saat 11 radələrində buraxmışlar. Ordan çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs zəng etmiş və olanları ona danışmış, Elnur müəllimdən “Sahib müəllimi tanıyırsız” deyə soruşmuşdur. Elnur isə tanımadığını bildirmişdir. O isə Təqsirləndirilən şəxs orada onun adını hallandırdıqlarını bildirmişdir. Şahid X27 məhkəmə iclasında verilən suallara cavab olaraq, Elnur adlı şəxsin ona yükü gətirdiyi üçün 5 min manat pul verdiyini, lakin o, həmin Elnuru əvvəllər tanımadığını və Sahibin adamı kimi ilk dəfə gördüyünü bildirmişdir. X12 17 sentyabr 2019-cu il tarixdə ibtidai istintaq zamanı şahid qismində verdiyi, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, “uzun müddət sürücü fəaliyyəti ilə məşğul olmuş, ona məxsus olan “DAF FTXF 105” markalı, 99RL810/99ZA811 və “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük nəqliyyat vasitələri ilə beynəlxalq yük daşıma fəliyyətini həyata keçirmiş, mövsümi meyvələrin daşınmasını təşkil etmişdir. Bununla yanaşı o, öz ifadəsində bildirmişdir ki, ilkin izahatında bəzi məqamları məsuliyyətdən yayınmaq məqsədi ilə səhv demişdir. Belə ki, Vüqar Qədirov ifadəsində bildirmişdir ki, 2018-ci ilin təxminən oktyabr ayında Alim ilə Gürcüstan Respublikasının Marneuli şəhərində yas mərasimində tanış olmuş, həmin şəxslə münasibətləri yaranmış, Gürcüstan vətəndaşı olan milliyyətcə azərbaycanlı olan Alim adlı şəxs ona məxsus olan 2 ədəd yük maşının olmasından xəbərdar olmuş, Alim adlı şəxs ona Gürcüstandan dərman preparatlarını götürüb Azərbaycana qaçaq olaraq aparmağı təklif etmişdir. Alim ona Gürcüstanda 2 formada “invoice” hazırlanacağını, ilkin “invoice”da həqiqi malın adının göstəriləcəyini, 2-ci “invoice”da isə real malları əks etdirməyən malların adının qeyd ediləcəyini, bir maşınına Gürcüstandan real mallar yüklənəcəyini, daha sonra Gürcüstan gömrük orqanına həmin malları əks etdirən “invoice” sənədləri təqdim ediləcəyini, Azərbaycan gömrük sərhədinə çatanda isə, 2-ci “invoice”, yəni real malların əks olunmadığı “invoice” göstəriləcəyini, həmin nəqliyyat vasitəsini rentgenə keçmək üçün növbə gözləyəcəyini, həmin vaxtadək ona məxsus olan digər yük maşınına Bakı şəhərindən dəyəri ucuz olan dərman pereparatlarını yükləyib Azərbaycan “Qırmızı Körpü” gömrük postunun yanına gətirməsini, real mallarla yüklü olan nəqliyyat vasitəsi Azərbaycan gömrük sərhədindən növbə gözləyərkən həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanını və GPS aparatını dəyişməsini bildirmişdir. Həmin dərman preparatlarının qaçaqmalçılıq yolu ilə keçirilməsinə görə Alim sonuncuya 5000 ABŞ dolları təklif etmiş, sonuncu isə onunla razılaşmışdır. Həmin söhbət 2018-ci ilin oktyabr ayının sonunda baş tutmuşdur. 2019-cu ilin təxminən yanvar ayında Alim ona telefonla zəng edərək nə vaxt gələ biləcəyini soruşmuşdur. O, 2019-cu ilin yanvar ayının sonunda sürücüsü Qeys vasitəsi ilə 99RL810 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Gürcüstana dərmanların yüklənməsi üçün göndərmişdir. Daha sonra Alim ona zəng edib Elnur adlı dostunun deposunun olduğunu, həmin deponun Binəqədi rayonu, Baksol yolunda, “Nicat- M” hamamla üzbəüz yerləşdiyini, həmin depoya getməyini, həmin depoda dəyişdiriləcək dərman preparatlarının sonuncunun maşınına yükləyəcəklərini bildirmişdir. O, mülkiyyətində olan ** RM *** dövlət nömrə nişanlı yük avtomobili ilə həmin depoya getmiş, fəhlələr maşına malları yükləmiş, həmin malları “Qırmızı Körpü” gömrük postunda yerləşən yanacaq doldurma məntəqəsinin yanında saxlamış, özü piyada Gürcüstana keçmiş, həmin vaxt sürücüsü Qeys digər yük maşını ilə Gürcüstan sərhədini keçib Tiflis şəhərində gömrük terminalında onu gözləmişdir. Bundan sonra taksi ilə əvvəlcə Marneuli şəhərinə getmiş, Marneulidən isə Tiflis şəhərinə gedib Alimlə birlikdə Gömrük terminalında malları nəqliyyat vasitəsinə yükləmiş, həmin gün Tiflisdə qalmışdır. Səhəri gün Alim real malları əks etdirən “İnvoice” sənədlərini sürücü Qeysə vermişdir. Qeysi yola saldıqdan sonra Alim ona digər “İnvoice” sənədlərini vermiş və Azərbaycan sərhədində olanda maşın rentgen qurğusundan keçməmiş həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanını və “GPS” qurğusunu dəyişməyini tapşırmış, o isə sonuncunun təklifinə əsasən 2-ci “invoice” sənədini götürmüşdür. Nəqliyyat vasitəsi Azərbaycan sərhədində olarkən rentgene daxil olmamış, malların əks olunduğu 1-ci “invoice”-u Alimdən götürmüş, 2-ci “invoice”-u Alimə vermiş, daha sonra sürücü yemək yeməyə gedəndə, təxminən gecə saat 3 radələrində dövlət nömrə nişanları və “GPS” qurğusunu dəyişmişdir. Daha sonra sürücü maşına minib gedəndə ona zəng edib bunun həmin maşın olmadığını, digər maşın olduğunu demiş, o isə sürücüyə rentgen qurğusundan keçib “İpək yolu” gömrük postuna getməyini tapşırmış, sürücü də onun işçisi olduğuna görə onun sözündən çıxmamışdır. 2019-cu ilin yanvar ayında miqdarını bilmədiyi qaçaqmalçılıq yolu ilə gətirdikləri malları Binəqədi rayonu, Baksol yolunda yerləşən anbara aparmış, daha sonra Alim ona həmin deponun “Loğman” deposu olduğunu demiş, həmin malları ondan Elnur təhvil almışdır. Elnuru “Loğman” deposunun müdiri kimi tanımışdır. Elnur dərman preparatlarını ondan təhvil aldıqdan sonra, o, Alimə pulla bağlı zəng etmiş və Alim ona olduğu yerdə gözləməyini, pulu gətirib verəcəklərini bildirmişdir. O, Şamaxı yolunda “Pepsi kola” zavodunun yanında dayanmış, Elnur ona yaxınlaşaraq 5000 dolları təqdim etmişdir. Elnurun hündür boylu, təxminən 48- 50 yaşlarında, seyrək saçlı, qarayanız bir nəfər olduğunu bildirmişdir. Alim ona bir daha zəng edib yenə dərman preparatlarının qaçaqmalçılıq yolu ilə keçirilməsini təklif etmiş, o isə əməlinin qanunsuz olduğunu bildiyi üçün çox qorxmuş, 2019-cu ilin iyun ayına qədər davamlı olaraq Alim ona zəng edərək qaçaqmalçılıq yolu ilə dərman gətirməyi təklif etmiş, lakin tutulmaqdan qorxduğuna görə onun təkliflərini rədd etmiş, 2019-cu ilin təxminən may ayının 26-28-də Gürcüstanda Marneuli şəhərində Alim onu Sahib adlı Azərbaycan Respublikasının vətəndaşı ilə tanış etmişdir. Alim ona Sahibi “Loğman” deposunun müdiri Elnurun işçisi kimi təqdim etmişdir. Vüqar Qədirov kafedə əyləşib həmin məsələnin detallarını müzakirə etdiklərini, Alimin təklifinə əsasən ona və Sahibə məxsus dərman preparatları Gürcüstan Respublikasında Vüqar Qədirova məxsus olan yük nəqliyyat vasitəsinin birinə yüklənməli olduğunu və Azərbaycan Respublikasına keçdikdən sonra əvvəlcədən hazırlanmış ona məxsus olan digər nəqliyyat vasitəsinin qeydiyyat nömrələri ilə dəyişilməklə Bakı Baş Gömrük İdarəsinə aparılacağını bildirmişdir. Vüqar Qədirov ifadəsində bildirmişdir ki, əvvəlcədən hazırlanmış plana əsasən əvvəllər ölkə ərazisinə gətirilmiş daha ucuz dərman vasitələri ona məxsus eyni markalı digər yük nəqliyyat vasitəsinə yüklənərək Qazax rayonunun 2-ci Şıxlı kəndinə gətirilmişdir. 2019-cu ilin may ayından başlayaraq bir neçə ay ərzində hazırlanan bu işin planını qurmuşlar. Sahiblə söhbət zamanı Sahibin ona Alimin fikrinin yük nəqliyyat vasitəsində psixotrop tərkibli dərmanları göndərmək olduğunu və ona Alimdən uzaq durmağı məsləhət görmüşdür. Alim ona “vatsap” proqram təminatı üzərindən zəng etdiyi zaman ona bu işi görə bilməyəcəyini bildirmişdir. Beləliklə, Alimlə malların daşınması ilə bağlı iş görməmək qərarına gəlmişdir. Bundan sonra o, Sahiblə razılığa gəlmiş və yalnız Sahibin dərmanlarını aparacağına söz vermişdir. Bu işin müqabilində Sahib ona 5000 (beş min) ABŞ dolları məbləğində pul verəcəyini vəd etmişdir. Beləliklə 11 sentyabr 2019-cu il tarixində ona məxsus olan “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan Respublikasının Tiflis şəhərinə getmişdir. Tiflis şəhərində Sahiblə görüşmüş və onunla “Lilo1” gömrük terminalına getmiş, orada nəqliyyat vasitəsini terminala sürmüşdür. Növbəti gün Sahib ona nəqliyyat vasitəsini yüklənmə yerinə sürməyini və orada nəqliyyat vasitəsinə dərman preparatları yükləməsinin zəruri olduğunu bildirmişdir. Həmin gün yenə terminalda qalmış və növbəti gün yenə yük gətirib nəqliyyat vasitəsini tam yükləmiş və nəqliyyat vasitəsinə gömrük təminatı vurulmuşdur. Bundan sonra gömrük sənədləri hazırlanmış və 13 sentyabr 2019-cu il tarixdə sənədləşmə başa çatmadığına görə yenə məcbur olub həmin gün orada qalmışdır. Növbəti gün o hazır olan gömrük sənədlərini götürüb sərhədə gəlmiş, sərhədə çatanda Sahib ona “TİR” parkına daxil olub gözləməyi təklif etmişdir. O, Sahibin dediyi kimi etmiş, nəqliyyat vasitəsini “TİR” parkında saxlamış və bundan sonra o, piyada yolla yaşadığı rayona getmişdir. Sahibin tapşırığına əsasən Gürcüstana getməmişdən əvvəl təxminən 08 sentyabr 2019-cu il tarixdə digər “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı digər nəqliyyat vasitəsini Bakı şəhərinə apararaq Binəqədi rayonu, Baksol yolunda olan “Loğman” aptekə məxsus deponun qarşısında saxlamış, açarı oradakı mühafizəçiyə təhvil verib Gürcüstana getmiş, 14 sentyabr 2019-cu il tarixdə taksi ilə Bakıya gəlmiş, qeyd etdiyi depoda əvvəlcədən dəyişdiriləcək dərman preparatları ilə yüklənmiş ** RL *** markalı nəqliyyat vasitəsini götürüb Qazax rayonunun 2-ci Şıxlı ərazisinə gedərək postun yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsində nəqliyyat vasitəsini saxlamış, həmin nəqliyyat vasitəsinin dövlət nömrə nişanını Gürcüstandan gətirdiyi yük nəqliyyat vasitəsinin nişanları ilə dəyişib Bakı şəhərinə aparmağı nəzərdə tutmuş, bundan sonra 15 sentyabr 2019-cu il tarixdə Gürcüstan sərhədinin yaxınlığında yerləşən “TİR” parkına gəlmiş, təxminən həmin gün saat 16 radələrində Sahib ona sənədləri gətirib vermiş, Sahibin ona verdiyi sənədlərdə nəqliyyat vasitəsində olmayan dərman preparatlarının adı yazılmış, o həmin sənədləri götürmüş, Gürcüstan gömrük postunda doğru olan sənədləri təqdim etmiş, Azərbaycan Respublikasının gömrük sərhədinə daxil olanda isə Sahibin ona verdiyi 2-ci “invoice” sənədlərini təqdim etmiş, sənədləri gömrük əməkdaşı qeydiyyatdan keçirib ona nəqliyyat vasitəsini rentgen aparatının yerləşdiyi əraziyə sürməyini bildirmiş, o, Gürcüstan Respublikasının gömrük sərhədini keçməmiş qardaşı Qədirov Xəqaniyə mobil telefon vasitəsi ilə zəng edərək “Qırmızı Körpü” gömrük postuna gəlməsini xahiş etmiş, o, postdan çıxıb nəqliyyat vasitəsini 2-ci Şıxlı kəndinin ərazisində yanacaq doldurma məntəqəsinə sürmüş, orada əvvəlcədən saxladığı, içərisində Bakı şəhərindən gətirilən dərman preparatları olan “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanını açaraq Gürcüstan Respublikasından gətirdiyi içərisində dərman preparatları olan “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin üzərinə bağlamış, həmçinin “GPS” aparatını ümumi plana uyğun olaraq kəsib Bakı şəhərindən gətirdiyi digər nəqliyyat vasitəsinin üzərinə yerləşdirmişdir. Sahib ona Azərbaycan tərəfdə malları dəyişdirdikdən sonra rentgen qurğusuna gedən nəqliyyat vasitəsini plomblamaq üçün Gürcüstana məxsus, üzərində gürcü yazıları olan sarı rəngli plomb vermiş, o da rentgenə gedən nəqliyyat vasitəsini plomblamışdır. Nəqliyyat vasitəsinin nömrə və “GPS”-i dəyişdirildikdən sonra o qardaşı Xəqaniyə Bakı şəhərindən gətirilən içərisində dərman preparatları olan nəqliyyat vasitəsini rentgen aparatından keçirməsi üçün həmin əraziyə sürməsini bildirmiş, Xəqani həmin nəqliyyat vasitəsinə əyləşib posta tərəf sürmüş, o isə içərisində Gürcüstandan gətirilən dərmanlar olan yük avtomobilinə əyləşmiş və Qazax rayonu istiqamətində hərəkət etmiş, bir qədər getdikdən sonra onu “Rang Rover” markalı, qeydiyyat nişanını xatırlamadığı nəqliyyat vasitəsinin izlədiyini görmüş, daha sonra tanımadığı bir avtomaşın ona yaxınlaşaraq saxlamaq üçün işarə vermiş, nəqliyyat vasitəsini kənara çəkib saxlamış, bu zaman ona bir nəfər yaxınlaşaraq gömrük əməkdaşı olduğunu bildirmiş və nəqliyyat vasitəsini gömrük postuna sürməyi tələb etmiş, o avtomobili onun dediyi kimi gömrük postuna sürmüş, oraya çatdıqda qardaşı Xəqaninin idarə etdiyi digər nəqliyyat vasitəsini də saxladıqlarını görmüş, orada nəqliyyat vasitəsinə baxış keçirilmiş və qanunsuz gətirilən dərman preparatları aşkar edilmişdir. Vüqar Qədirov ilkin ifadəsində bildirmişdir ki, “Loğman” aptekə məxsus deponun müdiri kimi tanıdığı Elnur adlı şəxs onun deposuna Gürcüstandan gətirilən malların qaçaqmal olduğunu bilmiş, sonuncu malları gətirdiyi təqdirdə 5000 ABŞ dollarını ona verəcəkmiş, həmin dərman preparatlarının satış məqsədi ilə həmin depoya yüklənib Respublika ərazisində satışının həyata keçirilməsi nəzərdə tutulmuşdur”. Məhkəmə iclasında müdafiə tərəfin vəsatətinə əsasən dəvət edilib əlavə şahid qismində dindirilmiş X29 ifadəsində göstərdi ki, o, uzun illərdir ki, sahibkarlıqla məşğul olur. Təqsirləndirilən şəxsla Loğman farm sonradan rəhbəri olan Xalid və Hamletin vasitəsi ilə tanış olduğunu, Elnurla onu tanış edən zaman Elnurdan nisyə mal götürə biləcəyini bildirmişlər. Bundan sonra o, iki dəfə Elnurdan nisyə mal istəyən zaman Elnur ona “Hamlet müəllim desin verək” deyə bildirmişdir. Bundan sonra Elnur müəllimə deyildikdən sonra ona nisyə mal verilmişdir. xx.xx.2019-cu ildə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən tutulan 2 ədəd TİR nəqliyyat vasitəsində tutulan qaçaqmalçılıqla bağlı olan fakta görə Cinayət Məcəlləsinin 206.3-cü maddəsi üzrə başlamış cinayət işindən sonra o, "xxxx" MMC-yə icraçı direktor təyin olunmuş və rəhbərliyi yerinə yetirmişdir. Həmin cinayət işindən sonra "xxxx" MMC-nin Biləcəri qəsəbəsində yerləşən dərman və qeyri dərman vasitələrinin saxlandığı anbarından xx.xx.2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə məxsus gömrükdə bəyan olunmuş, vergidə qeydiyyatdan keçmiş ******* manat dəyərində dərman və qeyri dərman vasitələrinin qanunsuz yolla TİRlara yükləməklə aparmışlar. Belə ki, Səhiyyə Nazirliyinin müvafiq mütəxəssislərinin iştirakı təmin edilməmişdir. Həmin "xxxx" MMC-yə məxsus dərman və qeyri dərman vasitələrinin qanuni yolla ölkəyə gətirilərək qanunla müəyyən olunmuş dövlət rüsumlarının ödənilməsinə dair bütün sənədləri Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə təqdim etmələrinə baxmayaraq bu günə qədər həmin dərman vasitələrinin 40000 manat dəyərində istismar müddəti keçməmiş və yararsız hala düşmüş ləvazimatlar qaytarılmış və qalanlarını geri ala bilməmişlər. Şahid X29 məhkəmə iclasında verilən suallara cavab olaraq məlum hadisələrdən sonra İlqar İsgəndərli və digərləri cəlb olunandan sonra müvəqqəti şirkətə onun rəhbərlik etdiyini, rəhbərliyi dövründə o, sənədlərlə tanış olan zaman "xxxx" şirkətinin adından kiminsə sui-istifadə etdiyini, belə ki, mal alıb və mal verdiyini bilmişdir. Bundan sonra vəkillər tərəfindən müvafiq məlumatlar əldə edildikdən sonra o, həmin şirkətlərlə əlaqə saxlamış, həmin şirkətlərin rəhbərləri özləri ona Azərbaycan Respublikası Baş Prokurorunun möhürü ilə onlara sorğular gəldiyini, həmin sorğuların onlar tərəfindən cavablandırıldığını, hətta brokerlərinində Azərbaycan Respublikası prokurorluğuna dəvət olunduqlarını bildirmişlər. Bundan sonra onlar rəsmi qaydada müraciət etdikdən sonra sorğularına cavab olaraq həmin malların Sahib Allahverdiyev adlı şəxsə təhvil verildiyi bildirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2019-cu il tarixli, 24019/25606 №-li ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 745 adda dərman preparatları istifadəyə yararlıdır, psixotrop maddə və narkotik vasitə deyildir, həmin preparatların 16 sentyabr 2019-cu il tarixə olan orta bazar qiyməti 1899172,23 manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X18” MMC-nin 14 oktyabr 2019-cu il tarixli, 04/12520 nömrəli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 1899172,23 manat dəyərində 745 adda dərman preparatlarının 674 adda olan 1572066,29 manat dəyərində olan hissəsi Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2007-ci il 13 iyul tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na uyğun olaraq dövlət qeydiyyatına alınmamış və “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən göndərilmiş 12 dekabr 2019-cu il tarixli, 24018 №-li ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 33 adda dərman preparatlarının ümumi dəyəri 309315,74 manat, 75 adda tibbi ləvazimatların dəyəri isə 787523 manat təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 5(007)-178 nömrəli qərarından görünür ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-**, X2 istifadəsində olmuş ***-***-**-**, X28 istifadəsində olmuş 055 *** **** telefon nömrələri üzrə danışıqlara dair məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, X12 istifadəsində olmuş ***-***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrə arasında xx.xx.2019 (22:03), xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 (2 dəfə), xx.xx.2019, xx.xx.2019 (2 dəfə), xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 (2 dəfə), xx.xx.2019, xx.xx.2019 (2 dəfə) olmaqla 32 dəfə uzunmüddətli danışıq həyata keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən X12 istifadəsində olmuş ***-***-**-** nömrəyə 17 iyul 2019-cu il tarixdə saat 23:32-də 4 dəfə “Sabah vaxtı de. Görüşmək lazımdır” məzmunlu mesajlar göndərmişdir. Bundan əlavə, baxış zamanı müəyyən edildi ki, X12 adına olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında hadisə baş verən vaxtı, yəni 16 sentyabr 2019-cu il tarixdə saat 10:22:12-də danışıq aparılmışdır. Bundan əlavə, baxış zamanı X2 istifadəsində olmuş ***-***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında 01 noyabr 2018-ci il tarixdən 24 sentyabr 2019-cu il tarixədək uzunmüddətli danışıqların aparıldığı öz əksini tapmışdır. Cinayət işi materiallarında olan telefon daşınıqlarına dair məlumatlardan görünür ki, hadisə baş verməmişdən əvvəl və hadisə baş verən zaman Cavid Hacızadə ilə Təqsirləndirilən şəxs arasında telefon danışıqları həyata keçirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 sentyabr 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin anbardarı Asif Lətifova məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Asif Lətifovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə Gülyanaq Lətifovaya məxsus ***-***-**-** nömrədən “Vatsap” proqramı vasitəsi ilə Asif Lətifov, ibtidai araşdırmaya ilkin ifadə verməyə gələn zaman “Tək oxuyursan?” “Loğmanın adını çəkmə, Elnur müəllimi tanımırsan”, “Aternanın adınadır” “heçnə demə, gəlib tapşırdılar” “Gəlirəm məni sorğu sual eləmə burdan planla gəlirəm” məzmunlu mesajlar göndərilmişdir. Asif Lətifov istintaqa verdiyi ifadəsində yuxarıda göstərilən məzmunda onun mobil telefonuna yazılmış mesajlarla bağlı bildirmişdir ki, Elnur adlı şəxsin göstərişinə əsasən arvadı - Gülyanaq Lətifova onun telefonuna “Elnur adlı şəxsin və "xxxx"MMC-nin adının verilməməsi” ilə bağlı mesajlar yazmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “baxış keçirilməsi və götürülməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Xəqani Qədirovun idarə etdiyi 99RL810/99ZA811 dövlət nömrə nişanlı, hal-hazırda üzərində 99RM810/60ZA811 nömrə nişanı olan “DAF” markalı nəqliyyat vasitəsinə baxış zamanı yük yerinə vurulmuş Gürcüstan Respublikasına məxsus G3243869 saylı gömrük təminatı açılaraq baxış keçirilmiş və yük yerində olan qutulardan üzərində “Hartman Solution” yazılmış 10200 ədəd və üzərində “Ringer solution” yazılmış 21000 ədəd məhlullar aşkar olunmuşdur. Həmin dərman preparatları Vüqar Qədirovun xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” gömrük postunda gömrük əməkdaşına idarə etdiyi “DAF” markalı 99RM810/60ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində ölkə ərazisinə gətirdiyi dərman preparatlarının sənədləri kimi təqdim etdiyi sənədlərdə göstərilən məlumlarla uyğunluq təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “baxış keçirilməsi və götürülməsi haqqında” 17 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Vüqar Qədirova məxsus 99RM810/60ZA811 nömrə nişanı ilə daxil olmuş “DAF” markalı nəqliyyat vasitəsinə baxış zamanı nəqliyyat vasitəsinin yük yerində mal müşayiət sənədlərində qeyd olunmayan, 745 adda dərman preparatları aşkar olunmuşdur. Bundan əlavə nəqliyyat vasitəsinin yük yerindən üzərində rus dilində və Latın əlifbasında “Logman” sözü yazılmış kağızlar olduğu müəyyən olunmuşdur. Məhkəmədə tədqiq edilən mobil telefonun təhvil alınması barədə 17 sentyabr 2019cu il tarixli protokoldan görünür ki, X4 təqdim etdiyi bir ədəd qara rəngli “Samsung J2 Prime” markalı mobil telefon iki ədəd sim kart və bir ədəd yaddaş kartı ilə birlikdə götürülmüşdür. Məhkəmədə tədqiq edilən axtarış və götürmənin aparılması haqqında 18 sentyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 3 ədəd kitabça iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 5(004)-499 nömrəli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Baksol yolunun Binəqədi şossesinin Kirov körpüsü hissəsi ilə kəsişməsində yerləşən işıqforun sağında “Nicat-M” hamamıyla üzbəüz yerləşən anbarın yerləşdiyi ərazidə dərman preparatlarının olub-olmaması, həmin dərmanların normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi və yararlı olub-olmaması, X10 idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 və “DAF FTXF 105” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkar edilmiş dərman preparatları ilə eynilik təşkil edibetməməsinin müəyyən edilməsi üçün həmin anbarın maddi məsul şəxslərinin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Axtarış və götürmə istintaq hərəkəti zamanı həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda X12 idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 və “DAF FTXF 105” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkar edilmiş dərman preparatları ilə eynilik təşkil edən dərman preparatları da daxil olmaqla, ümumlikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilmiş, həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olubolmamasının müəyyən edilməsi üçün götürülmüşdür. Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd qara-mühasibatlığın əks edildiyi kitabça götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gürcüstan Gəlirlər Xidmətinə tərəfindən göndərilmiş 08 noyabr 2019-cu il tarixli beynəlxalq tapşırığa cavab məktubundan görünür ki, 30 yanvar 2019-cu il tarixdə Vüqar Qədirova məxsus olan ** RL *** nömrəli Daf markalı nəqliyyat vasitəsi 1.214.730,59 AZN (204.082,07 Avro, 407152,91 ABŞ dolları, 4.749.546,57 rus rublu) dəyərində olan dərman vasitələri ilə “qırmızı körpü” gömrük postunu keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 31 yanvar 2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, Vüqar Qədirova məxsus olan ** RL *** nömrəli Daf markalı nəqliyyat vasitəsi 26219 avro dəyərində olan dərman vasitəsini Gürcüstandan Azərbaycan Respublikasına "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarına gətirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gürcüstan Gəlirlər Xidmətindən daxil olmuş yük müşaiyət sənədlərinə və "xxxx" MMC tərəfindən təqdim edilmiş 31 yanvar 2019-cu il tarixli, **********4799 nömrəli gömrük bəyannaməsinə və “Vais” altsistemindəki “Məzənnə” moduluna müqayisəli baxış keçirilmiş və müəyyən edilmişdir ki, 30 yanvar 2019-cu il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına 1.214.730,59 AZN dəyərində dərman vasitələri gətirilmiş, lakin həmin mallar "xxxx" MMC tərəfindən təqdim edilmiş, 31 yanvar 2019-cu il tarixli, **********4799 nömrəli gömrük bəyannaməsində 26219,34 AZN kimi göstərilmişdir. Belə ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, Vüqar Qədirova məxsus olan ** RL *** nömrəli Daf markalı nəqliyyat vasitəsi ilə "xxxx" MMC-yə məxsus anbara 30 yanvar 2019-cu il tarixli məzənnə nəzərə alınmaqla 1.214.730,59 AZN (204.082,07 Avro, 407152,91 ABŞ dolları, 4.749.546,57 rus rublu) dəyərində olan dərman vasitələri gətirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin dərman vasitələrinin istehsalçısı olan şirkəti kimi “X46» LTD (Avstrya), "xxxx" Şirkəti (Rusiya F), “Best Farm” şirkəti (Rusiya F.), "xxxx" Şirkəti (Rusiya F.), X47 (Türkiyə Respublikası), D&FİSHER CO (Kıbrıs), Lat Farma şikəti (Latviya), Sia Egure Şirkəti (Litva), Ozon Şirkəti (Rusiya F.), Zenit Farma Şirkəti (Gürcüstan), Les Laboratorires şirkəti (Gürcüstan), Full Farm Şirkəti (Gürcüstan), X43 (Türkiyə Respublikası) olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, həmin dərman vasitələri Gürcüstan gömrük orqanında həmin ölkələrə məxsus 23 yanvar 2019-cu il tarixli yük müşayət sənədlərinə əsasən rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 5(004)-499 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Baksol yolunun Binəqədi şossesinin Kirov körpüsü hissəsi ilə kəsişməsində yerləşən işıqforun sağında “Nicat-M” hamamıyla üzbəüz yerləşən anbarda axtarış aparılaraq, aşkar edilərək götürülmüş, üzərində “Manuscript Book”, həmçinin üzərinə qara rəngli qələmlə əl yazma ilə “Prixod” (daxil olma) yazılmış kitabçaya, üzərində “Manuscript Book”, həmçinin üzərinə qara rəngli qələmlə əl yazma ilə “Rasxod” (çıxış) və üzərində “Manuscript Book”, həmçinin üzərinə qara rəngli qələmlə əl yazma ilə “Bineqedi Sklad” yazılmış kitabçalara və içərisindəki məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, kitabçada "xxxx" MMC-yə məxsus anbara 24 noyabr 2019-cı il tarixdən 07 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində daxil olmuş dərman preparatlarının aylar və illər üzrə adı və sayı, eləcə də göndərilən şirkətlərin adları əks edilmişdir. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Baksol yolunun Binəqədi şosesinin Kirov körpüsü hissəsi ilə kəsişməsində yerləşən işıqforun sağında “Nicat-M” hamamıyla üzbəüz yerləşən anbara 01 fevral 2019-cu ildə xarici ölkəyə məxsus “Ozon” şirkətindən 26 çeşiddə, müxtəlif adlarda dərman preparatları, xarici ölkəyə məxsus “Nijfarm” şirkətindən 11 çeşiddə, müxtəlif adlarda, xarici ölkəyə məxsus “Spektrum” şirkətindən 7 çeşiddə və adda dərman preparatları, xarici ölkəyə məxsus “Servier” şirkətindən 17 çeşiddə, müxtəlif adlarda dərman preparatları daxil olmuş və “Servier” firmasından daxil olmuş dərman preparatlarının yanında “hamısı depoya getdi” sözləri yazılmışdır. Həmin anbara 02 fevral 2019-cu ildə xarici ölkəyə məxsus “Latfarm” şirkətindən 27 çeşiddə və adda dərman preparatlarının daxil olduğu müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, göy rəngli üzərinə “Manuscript Book” həmçinin üzərinə qara rəngli qələmlə əl yazma ilə “Rasxod” (çıxış) yazılmış kitabça 193 vərəqdən ibarətdir. Baxış zamanı müəyyən edildi ki, kitabçada "xxxx" MMC-dən 24 yanvar 2019-cı il tarixdən 16 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində çıxmış dərman preparatlarının aylar və illər üzrə adı və sayı, eləcə də göndərilən şirkətlərin adları əks edilmişdir. Bununla yanaşı baxış zamanı xarici ölkəyə məxsus “Latfarm” şirkətindən daxil olmuş dərman preparatlarının 23 adda olan hissəsi anbardan çıxarılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, göy rəngli üzərinə “Manuscript Book” həmçinin üzərinə qara rəngli qələmlə əl yazma ilə “Bineqedi Sklad” yazılmış kitabça 91 vərəqdən ibarətdir. Baxış zamanı müəyyən edildi ki, kitabçada "xxxx" MMC-yə 19 fevral 2016-ci il tarixdən 29 iyul 2016-cı il tarixədək olan müddət ərzində daxil olmuş və çıxmış dərman preparatlarının aylar və illər üzrə adı və sayı, eləcə də göndərilən şirkətlərin adları əks edilmişdir. Bununla yanaşı baxış zamanı müəyyən edilmişdir ki, “Latfarm” şirkətindən daxil olmuş dərman preparatlarının 23 adda olan hissəsi anbardan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 5(004)-499 nömrəli qərarından görünür ki, "xxxx" MMC-yə məxsus anbardan götürülmüş, üzərinə “Prixod” sözləri yazılmış kitabçaya keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin kitabçada xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə məxsus anbara daxil olmuş, adları və məxsus olduğu şirkətlər qeyd edilən dərman vasitələri ilə 30 yanvar 2019-cu il tarixdə Vüqar Qədirova məxsus ** RL *** nömrəli Daf markalı nəqliyyat vasitəsi ilə Gürcüstanda gömrük xidmətinə bəyan edilmiş Azərbaycan Respublikasına bəyan edilmədən gizli qaçaqmalçılıq yolu ilə keçirilmiş 1.214.730,59 AZN dəyərində dərman vasitələrinin, eləcə də həmin dərman vasitələrinin məxsus olduğu şirkətlərin adları eynilik təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sənədlərdən görünür ki, 30 yanvar 2019-cu il tarixdə Vüqar Qədirova məxsus ** RL *** nömrəli Daf markalı nəqliyyat vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi nəzərdə tutulmuş 1.214.730,59 AZN dəyərində dərman vasitələrinə dair yük müşayət sənədləri Gürcüstan gömrük xidmətinə bəyan edilsə də həmin dərman vasitələri Azərbaycan Respublikası “Qırmızı körpü” gömrük postunda 26219,34 avro dəyərində tibbi məhlul yükü kimi bəyan edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş və "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri-Baksol yolunun Binəqədi şossesinin Kirov körpüsü hissəsi ilə kəsişməsində yerləşən anbara yerləşdirilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sənədlərdən görünür ki, 13 fevral 2020-ci il tarixdə istintaqa təqdim edilmiş gömrük bəyannamələri və yük müşayiət sənədləri ilə aşkar edilmiş dərman vasitələri və tibbi ləvazimatların eyniləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və qərar icra edilməsi üçün müvafiq olaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar olaraq Bakı Baş Gömrük İdarəsinin ipəkyolu gömrük postunun inspektoru X13, həmin idarəyə təhkim olunmuş böyük mühafizəçi Ağayev Hicran Aydın oğlu, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı Karqo Terminalı Hava Limanı” gömrük postunun baş inspektoru X20, “Azərterminalkompleks” X9 Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə təhkim olunmuş inspektoru X8 iştirakı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 5(004)-499 nömrəli qərarı ilə "xxxx" MMC-yə məxsus anbardan götürülmüş 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının nümunələri ilə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru adından istintaqa təqdim edilmiş 358 vərəqədən ibarət 80 gömrük bəyannaməsi və onlara əlavə edilmiş yük müşayiət sənədlərinin çeşidinə, miqdarına, əmtəə göstəricilərinə, istehsalçı ölkə və şirkətə, markasına və digər göstəricilərinə uyğun olub-olmaması müəyyən edilməsi üçün həmin gömrük bəyannaməsi və onlara əlavə edilmiş yük müşayiət sənədlərinə, tibbi ləvazimat və dərman nümunələrinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixli, **********9688 nömrəli, xx.xx.2018-ci il tarixli, **********8721 nömrəli, xx.xx.2017-ci il tarixli, **********3670 nömrəli, xx.xx.2017-ci il tarixli, **********8821 nömrəli, xx.xx.2018-ci il tarixli, **********4217 nömrəli, xx.xx.2019-cu il tarixli, **********8156 nömrəli, xx.xx.2018-ci il tarixli, **********0027 nömrəli, xx.xx.2018-ci il tarixli, **********0541 nömrəli, xx.xx.2017-ci il tarixli, **********3415 nömrəli, xx.xx.2019-cu il tarixli, **********5170 nömrəli gömrük bəyannamələri və yük müşayiət sənədləri "xxxx" MMC tərəfindən təqdim edilmiş bəyannamələr olsa da təqdim edilmiş mallarla (dərman preparatları və tibbi ləvazimatlarla) heç bir eynilik təşkil etmir, həmin bəyannamələr başqa mallara məxsus sənədlərdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2019-cu il tarixli, 24018 nömrəli rəyinə əsasən ümumi dəyəri 57240 manat olan 6 adda olan “Ceftriakson 0,5 qr”, “Natalsid 250 ml”, “Lavomaks 125 ml”, “Bronxolotin 125 ml”, “Furasilin”, “Rama steril bint 50q” malların adı "xxxx" MMC tərəfindən təqdim edilmiş yük müşayiət sənədlərində aşkar edilməmişdir. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, anbardan aşkar edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2019-cu il tarixli, 24018 nömrəli rəyinə əsasən ümumi dəyəri 21409 manat olan 5 adda olan “Lamisil 15q krem”, “Ortivin 0,05 %”, “Qlükoza 200 ml”, “Senadexin”, “Papaverin N 10” adlı mallar çeşidinə, miqdarına, əmtəə göstəricilərinə, istehsalçı ölkə və şirkətə, markasına görə təqdim edilmiş yük müşayiət sənədləri ilə eynilik təşkil etmir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus anbardan götürülmüş 21 adda olan dərman preparatlarına dair cəmiyyət tərəfindən hər hansı bir sənəd təqdim edilməmişdir. “Rastvor Ringera 500 ml” və “Rastvor Xartmana 500 ml” adlı məhlulların müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirilməsi həyata keçirilsə də faktiki olaraq gömrük ödənişləri ödənilməmişdir. Bundan əlavə baxış zamanı müəyyən edilmişdir ki, anbardan aşkar edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə əmtəəşünaslıq ekspertizasının 12 dekabr 2019-cu il tarixli, 24018 nömrəli rəyinə əsasən ümumi dəyəri 257054 manat təşkil edən 17 adda olan tibbi ləvazimatın “sistem seltan şlanq”, “Spazzalini da denti (prezident) diş şotkası 503”, “Diş fırçası 9731”, “Diş fırçası 2445”, “Silver Care diş pastası”, “Dent contour diş fırçası”, “Piave mint diş fırçası 3533”, “LD 100 təzyiqölçən cihazı”, “LD Special stetoscope”, “UN 232 ingalyator”, “Kəpənək 23”, “Santaplast”, “Santaplast 2”, “hamilələik testi”, “Regula Luer slip 2 ml”, “Regula Luer slip 5 ml”, “Regule Şprist 10 ml” adlı mallar çeşidinə, miqdarına, əmtəə göstəricilərinə, istehsalçı ölkə və şirkətə, markasına görə təqdim edilmiş yük müşayiət sənədləri ilə eynilik təşkil etmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 mart 2021ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 3.3.2021-ci il tarixdə saat 15:30-da AR Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şabran rayonun Dağbilici kəndində saxlanılaraq istintaq orqanına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 3.3.2021-ci il tarixdə ittihamın elan edilməsi üçün tutulmuş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 26 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 16 sentyabr 2019, 17 sentyabr 2019-cu tarixli protokollar, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən göndərilmiş 11 oktyabr 2019-cu il tarixli, 24019/25606, 12 dekabr 2019-cu il tarixli, 24018 və digər ekspert rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X18” MMC-nin xx.xx.2019-cu il tarixli, 04/12520 nömrəli rəyi, “Azərbaycan Standarlaşdırma İnstitutu” X44 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 491 nömrəli sınaq protokolunun, şahid ifadələrinin sübut kimi tanınması, eləcə də iş üzrə faktı təsdiq edən CD-lər, "xxxx" MMC-nin anbarından götürülmüş malların mədaxil və məxaricini əks edildiyi 3 ədəd göy rəngli kitabçalar, X14 məxsus “Samsung” markalı mobil telefon, X21 məxsus “Samsung” və “ZTA” markalı, X31 məxsus “Samsung” markalı mobil telefonların Gəncə Ağır Cinayətlər Məhkməsinin xx.xx.2021-ci il tarixli 1(100) 61-2021 nömrəli hökmü ilə əhatə olunması nəzərə alınmışdır. Cinayətin aləti olan “DAF” markalı, 99RM810/60ZA811 dövlət nömrə nişanlı və “DAF” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən aşkar edilmiş 1899172,23 manat dəyərində 745 adda dərman preparatları və 3120 qutu tibbi məhlul yükü, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayon, Baksol yolunda yerləşən anbardan götürülmüş 21 adda 226827 manat dəyərində olan dərman vasitələri, 17 adda 257054 manat dəyərində tibbi ləvazimatları, o, cümlədən qaçaqmalçılıq yolu ilə keçiriləcək mallarla dəyişdirilməsi üçün nəzərdə tutulmuş 8224 manat dəyərində olan “Rastvor Ringera 500” və “Rastvor Xartmana 500 ml” adlı tibbi məhlul yükləri, 09/2019-cu il tarixdə yararlılıq müddəti bitmiş “Raunatin – Zdaraovya” adlı dərman preparatı, 37 adda 468 007 manat dəyərində olan hissəsinin, "xxxx" MMC-nin anbarından götürülmüş malların mədaxil və məxaricinin əks edildiyi 3 ədəd göy rəngli kitabçanın Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100) 61-2021 nömrəli hökmü ilə əhatə olunması, Gəncə Ağır Cinayətlər Məhkməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə dərman preparatlarının, məhlul yükü və tibbi ləvazimatların Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 308.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməklə 2 il sınaq müddəti müəyyən edilmişdir. Apellyasiya şikayəti və apellyasiya protestinin verilməsi ilə bağlı olaraq həmin məhkəmə hökmü 06 sentyabr 2019-cu il tarixdə qüvvəyə minmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Ağır Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100) 61-2021 nömrəli hökmündən görünür ki, X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X12 üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən X21 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 (üç) il sınaq müddəti təyin edilmişdir. X23 Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən X14 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 (üç) il sınaq müddəti təyin edilsin. X26 Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X15 üzərində qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən X22 təyin olunmuş 6 (altı) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilməklə ona 3 (üç) il 6 (altı) ay sınaq müddəti təyin edilmişdir. X6 Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 32.3, 206.3.3 və 32.3, 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X2 üzərində qəti olaraq 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən X3 təyin olunmuş 6 (altı) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilməklə ona 3 (üç) il 6 (altı) ay sınaq müddəti təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xx.xx.2022-ci il tarixli 1(102)-742/2022 saylı qərarından görünür ki, Kassasiya protesti, habelə məhkumlar V.D.Qədirovun və X.D.Qədirovun müdafiəçisi Məmmədli Fərid Sehran oğlunun kassasiya şikayətləri təmin edilməmiş, məhkum İ.Q.İskəndərlinin müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti, habelə məhkum C.E.Hacızadənin müafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı məhkumlar İ.Q.İskəndərliyə və C.E.Hacızadəyə aid hissədə dəyişdirilmişdir. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 313-cü maddəsinə tövsif edilmiş, ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özününidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, C.E.Hacızadənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 206.3.3-cü maddələri ilə təqsirli bilindiyi əməllər üzrə Cinayət Məcəlləsinin 206.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəlar məhkəmə qərarlarından xaric edilmiş, C.E.Hacızadəyə Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, C.E.Hacızadəyə hazırki qərarla Cinayət Məcəlləsinin 313 və 206.3.1, 206.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə təyin olunmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış əsas və əlavə cəzalarla qismən toplanılmış, C.E.Hacızadəyə cinayətlərin məcmusu üzrə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən C.E.Hacızadənin həbsdə saxlanıldığı 11 (on bir) ay 2 (iki) gün ona təyin olunmuş əsas cəzadan çıxılmaqla, C.E.Hacızadənin üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,308.2-ci maddələri ilə tövsif olunmuş əməli həmin maddələrdən Cinayət Məcəlləsinin 32.3,313-cü maddələrinə tövsif edilmiş, ona Cinayət Məcəlləsinin 32.3,313-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özününidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İ.Q.İskəndərlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 32.3,206.3.3-cü maddələri ilə təqsirli bilindiyi əməllər üzrə Cinayət Məcəlləsinin 32.3, 206.3.3-cü maddələri ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəlar məhkəmə qərarlarından xaric edilmiş və əməllər Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddələrindən 32.3,206.3.1 və 32.3,206.3.2-ci maddələrinə tövsif edilmiş, İ.Q.İsgəndərliyə Cinayət Məcəlləsinin 32.3,206.3.1 və 32.3,206.3.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İ.Q.İskəndərliyə hazırki qərarla Cinayət Məcəlləsinin 32.3,313 və 32.3,206.3.1, 32.3,206.3.2-ci maddələri ilə təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə təyin olunmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış əsas və əlavə cəzalarla qismən toplanılmış, İ.Q.İskəndərliyə cinayətlərin məcmusu üzrə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İ.Q.İskəndərlinin həbsdə saxlanıldığı 11 (on bir) ay 8 (səkkiz) gün ona təyin olunmuş əsas cəzadan çıxılmış, İ.Q.İskəndərlinin üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2021-ci il tarixli qərarı İ.Q.İskəndərliyə və C.E.Hacızadəyə aid qalan hissədə, habelə məhkumlar X21 və X14 aid hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmışAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 30 avqust 2022-ci il tarixli 21-1/3145678 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü əsasən təyin olunmuş 2 il sınaq müddəti başa çatdığı üçün 19 avqust 2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmədə Elnur X1 ilə heç bir əlaqəsinin olmamasına, Vüqar Qədirova 5000 ABŞ dolları verməməsinə, bundan başqa X33 Lətifova arasında olan “WhatsApp” proqramı üzrə danışıqların əks edildiyi mesajların mahiyyətindən məlumatsız olduğuna dair ifadələri, həmçinin şahid qismində dindirilmiş Vüqar Qədirovun dərman preparatlarının gətirilməsinə görə ona 5000 ABŞ dolları məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən deyil başqa, əvəllər tanımadığı Elnur adlı şəxs tərəfindən verilməsinə dair ifadələri, şahid qismində dindirilmiş X28 Təqsirləndirilən şəxs tərəfindən ona hər hansı göstəriş verilməməsinə, arvadı Gülyanaq Lətifova ilə aralarında olan və mobil telefonundakı “Whatsapp” proqramından çıxarılmış yazışmalardan məlumatının olmamasına, onların gömrük əməkdaşlarının özləri tərəfindən yazmasına dair ifadələri şahidlər Vüqar Qədirov və Asif Lətifovun ibtidai istintaq zamanı verdiyi ifadələri, digər şahidlərin ifadəsi, mobil telefonlara baxış keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən (şahidlər Vüqar Qədirov və Asif Lətifovun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi Təqsirləndirilən şəxs münasibətdə) özünü müdafiə etmək, cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Belə ki, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-**, X2 istifadəsində olmuş ***-***-**-**, X28 istifadəsində olmuş 055 *** **** telefon nömrələri üzrə danışıqlara dair məlumatlara baxış keçirilmiş və müəyyən edilmişdir ki, X12 istifadəsində olmuş ***-***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** nömrə arasında xx.xx.2019 (22:03), xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 (2 dəfə), xx.xx.2019, xx.xx.2019 (2 dəfə), xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 (2 dəfə), xx.xx.2019, xx.xx.2019 (2 dəfə) olmaqla 32 dəfə uzunmüddətli danışıq həyata keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən X12 istifadəsində olmuş ***-***-**-** nömrəyə 17 iyul 2019-cu il tarixdə saat 23:32-də 4 dəfə “Sabah vaxtı de. Görüşmək lazımdır” məzmunlu mesajlar göndərmişdir. Bundan əlavə, baxış zamanı müəyyən edildi ki, X12 adına olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında hadisə baş verən vaxtı, yəni 16 sentyabr 2019-cu il tarixdə saat 10:22:12-də danışıq aparılmışdır. Bundan əlavə, baxış zamanı X2 istifadəsində olmuş ***-***-**-** nömrəli ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında 01 noyabr 2018-ci il tarixdən 24 sentyabr 2019-cu il tarixədək uzunmüddətli danışıqların aparıldığı öz əksini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 sentyabr 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin anbardarı Asif Lətifova məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Asif Lətifovun istifadəsində olan ***-***-**-** mobil nömrəyə Gülyanaq Lətifovaya məxsus ***-***-**-** nömrədən “Vatsap” proqramı vasitəsi ilə Asif Lətifov, ibtidai araşdırmaya ilkin ifadə verməyə gələn zaman “Tək oxuyursan?” “Loğmanın adını çəkmə, Elnur müəllimi tanımırsan”, “Aternanın adınadır” “heçnə demə, gəlib tapşırdılar” “Gəlirəm məni sorğu sual eləmə burdan planla gəlirəm” məzmunlu mesajlar göndərilmişdir. Asif Lətifov istintaqa verdiyi ifadəsində yuxarıda göstərilən məzmunda onun mobil telefonuna yazılmış mesajlarla bağlı bildirmişdir ki, Elnur adlı şəxsin göstərişinə əsasən arvadı - Gülyanaq Lətifova onun telefonuna “Elnur adlı şəxsin və "xxxx"MMC-nin adının verilməməsi” ilə bağlı mesajlar yazmışdır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməllərinin tövsifinə dair gəldiyi qənaətlə tam olaraq razılaşmır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə itiham elan edilərək Təqsirləndirilən şəxs təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etməsi istinad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qəarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; - Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə görə cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Göründüyü kimi qanunun yuxarıda sadalanan normalarına və plenum qərarlarında qeyd edilən hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə tövsif edilməsi üçün onun həmin cinayətin törədilməsində bilavasitə yəni cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə istirak etməsini nəzərdə tutur. Lakin hazirki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin Vüqar Qədirovun 17 sentyabr 2019-cu il tarixli ifadəsinə, Asif Lətifovun məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə, “WhatsApp” proqramı ilə aparılmış danışıqların məzmununun əks edildiyi Asif Lətifova məxsus telefona baxış protokoluna, Təqsirləndirilən şəxs telefon danışığına dair məlumatların əks edildiyi baxış protokoluna və digər sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, o, həmin cinayətləri təşkil etmişdir. Odur ki, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri üzrə əməlləri Cinayət Məcəlləsinin 32.3, 206.3.1 və 32.3, 206.3.2-ci maddələrinə tövsif edilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.3.3 və 32.3,308.2-ci maddələr üzrə verilən ittihamdan görünür ki, o, həmin maddələr üzrə cinayət əməllərinin törədilməsində təşkilatçı qismində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Məhkəmə qeyd eir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə görə təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və ya hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti icraçının hərəkətləri formalaşdırır və törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təqsirləndirilən şəxs verilən ittihamdan görünür ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.3.3 və 32.3,308.2-ci maddələri ilə təqsirləndirildiyi əməllərin hüquqi tövsifi həmin maddələr üzrə cinayət əməllərinin törədilməsində icraçı qismində iştirak etmiş X15 törətdiyi cinayət ilə şərtləndirildiyindən, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 141.1.3-cü maddəsinə məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Həmin Məcəllənin 142.1-ci maddəsinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinin tələblərinə əsasən X15 Azərbaycan Respublikası CM-nin 206.3.3 və 308.2-ci maddələrinə münasibətdə törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 aprel 2022-ci il tarixli, 1(102)-742/2022 saylı qərarına əsasən CM-nin 308.2-ci maddəsi ilə tövsif edilmiş əməlin həmin Məcəllənin 313cü maddəsinə tövsif edilməsi, CM-nin 206.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəların məhkəmə qərarlarından xaric edilməsi cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qüvvəsinə görə preyudisiyal qüvvəyə malik olması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərə, Təqsirləndirilən şəxs malların gömrük sərhədindən buraxılması sahəsində heç bir səlahiyyətə malik olmamasına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,206.3.3 və 32.3,308.2-ci maddələri ilə təqsirləndirilməsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, onun əməlləri CM-nin 32.308.2-ci maddəsindən CM-nın 32,313cü maddəsinə tövsif olunmalı, onun ittiham olunduğu CM-nın 32.3,206.3.3-cü maddəsi isə verilmiş itihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs qaçaqmalçılıq və vəzifə saxtakarlığı cinayətlərinin digər iştirakçılarından fərqli olaraq həmin cinayətin törədilməsində bilavasitə (icraçı qismində) iştirak etməməsini, onun bu cinayətləri təşkil etməsini nəzərə alaraq, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3,206.3.1, 32.3,206.3.2 və 32.3,313-cü maddələri ilə tövsif edilməlidir və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə təqsirkar şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı məhkəmə, hesab edir ki, qeyd edilən cinayət böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aid edildiyindən və cinayət əməlinə görə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi müddəti keçdiyindən o, həmin maddə ilə təqsirli bilinməli, lakin Cinayət Məcəlləsinin 32.3,313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətindən azad olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 200- 1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3,206.3.1, 32.3,206.3.2-ci maddələri üzrə cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməsə də, Cinayət Məcəlləsinin 32.3,313-cü maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3cü maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3,206.3.1, 32.3,206.3.2 maddələrinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan müstəqil cinayəti törətmələri həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eləcə də, həmin Məcəllənin 66.4-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-192/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 308.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 6 sentyabr 2019cu il tarixli, 1(103)-996/2019 saylı qərarına əsasən hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-192/2019 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilənlərə və cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs təqsirli bilindi cinayət əməlləri üzrə birinci epizod 6 sentyabr 2019-cu il tarixdən əvvəl yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-192/2019 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl, digər iki epizod isə həmin hökm qanuni qüvvəyə mindikdən sonra yəni ona təyin edilmiş sınaq müddəti ərzində törədildiyindən məhkəmə hesab edir ki, CM-nin 71.5-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi ləğv edilməli və ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə gəldiyi həmin nəticəni “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilən hüquqi mövqeyə əsasən də əsaslı hesab edir. Həmin qərara əsasən davam edən cinayətin qanunla nəzərdə tutulmuş birinci əməli birinci hökmdən əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdığı halda davam edən cinayət tam olaraq hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və müvafiq əsaslar olduqda şəxsə cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında deyil, həmin Məcəllənin 67-ci maddəsinə uyğun olaraq hökmlərin məcmusu qaydasında təyin olunmalıdır. Şərti məhkumetmə təyin olunarkən məhkəmə tərəfindən müəyyən olunmuş sınaq müddəti ərzində şəxs tərəfindən yeni cinayətin törədilməsi ilə bağlı məsələyə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib hesab edir ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır (Cinayət Məcəlləsinin 70.3, 71.4 və 71.5-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 2021-ci il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin cəzanın çəkilməsinin təxirə salındığı və ya sınaq müddəti dövründə şüurlu şəkildə cinayətə yol verməsi onun şəxsiyyətinin ictimai təhlükəliliyinə və çətin islah olunmasına dəlalət edir. Odur ki, bu şəxslərin məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi müddətdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində, iş üzrə maddi sübut olan dərman vasitələrinin, preparatlarının və tibbi ləvazimatların ehtiyac olduğundan işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi məqsədilə – Vətən Müharibəsinin gedişində dövlətə dəstək vermək niyyətilə könüllü olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə verməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin təhlükəli residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cinayət hadisəsi törədilən vaxtadək tutduğu vəzifəni və fəaliyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.1, 32.3,206.3.2 və 32.3,313-cü maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarına əsasən CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxsə cəzanın çəkilməsi o zaman ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilir ki, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş olsun. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-192/2019 saylı hökmündən görünür, o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «İttiham elan edilməsi üçün şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni 3 mart 2021-ci tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut kimi tanınan dərman vasitələri, preparatları, məhlul yükü və tibbi ləvazimatların, o cümlədən məhkəmə məsrəfləri hesab edilən ekspertiza xərclərinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100) 61-2021 saylı hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yodur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.3,206.3.1, 32.3,206.3.2 və 32.3,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 2 (iki) müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3,206.3.1 və 32.3,206.3.2-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3,313cü maddəsi ilə cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)- 192/2019 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-192/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 3 mart 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan dərman vasitələri, preparatları, məhlul yükü və tibbi ləvazimatların, o cümlədən məhkəmə məsrəfləri hesab edilən ekspertiza xərclərinin Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100) 61-2021 saylı hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar