Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-442/2022 28.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Göygöl rayonu, Şəhriyar ərazi dairəsi, Şəhriyar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qısqanclıq üzündən qisas almaq məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qısqanclıq üzündən qisas almaq məqsədi ilə qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 06 iyun 2014-cu il tarixli, 327 saylı akta əsasən rəsmi nikah münasibətlərində olduğu arvadı X5 nikah dövründə birgə yaşadıqları müddətdə müxtəlif vaxtlarda onu tərk edib valideyni ilə birlikdə yaşamasını və bununla da ona xəyanət etməsi üçün sərbəst şərait yaratması kimi qiymətləndirərək, G.Həsənovanın bu cür hərəkətləri nəticəsində rüsvay olacağından və cəmiyyətdə qınaq obyektinə çevriləcəyindən qorxub, sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etməklə qisas almaq qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 04 iyun 2022-ci il tarixdə G.Həsənova ilə birgə yaşadıqları ünvan 1 ünvanındakı həyətyanı evin mətbəx otağından bir tərəfi küt, digər tərəfi isə kəsici ucu deşici xassəyə malik olan, tiyəsi boz rəngli metaldan hazırlanmış, tiyəsinin uzunluğu 105 mm, dəstəyinin uzunluğu 105 mm olan, kustar üsulla hazırlanmış, məişət təyinatlı, qatlanmayan tipli, soyuq silah hesab edilməyən bıçağı götürüb evin yaşayış sahəsinin alt mərtəbəsində yerləşən zirzəmisinin taxta materialdan olan qapı çərçivəsində gizlədib həmin gün saat 15:25 radələrində ailə üzvlərinin evdə olmadığından istifadə edib sonuncunu öldürərək qisas almaq istəyini həyata keçirmək üçün onu söhbət etmək üçün evin zirzəmisinə aparmış və orada ona ayrı-ayrı şəxslərlə xəyanət etməsini iddia etdikdə G.Həsənovanın həmin xəyanət iddialarına etiraz etmədiyini onun etirafı kimi qiymətləndirib hiddətlənərək reallaşdırmaq istədiyi cinayəti, yəni Gülüzar Həsənovanı öldürərək qisas almaq istəyini tam qətiləşdirib əvvəlcədən cinayətkar niyyətini həyata keçirmək üçün qapının çərçivəsində gizlətdiyi bıçaqla sonuncunun ölümünə səbəb döş qəfəsinin və qarının deşilmiş-kəsilmiş yaralarından əmələ gələn daxili və xarici qanitirmə olmaqla həyat fəaliyyəti üçün vacib nahiyələrinə - ağırlıq dərəcələrinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin ön səthində sağda 1 (bir) ədəd, yara döş qəfəsinin sağ yan səthində Vİİİ-İX qabırğalar səviyyəsində orta qoltuqaltı xətt üzrə 1 (bir) ədəd, ön-orta xətt üzrə köbəkdən bir qədər aşağıda yerləşən 1 (bir) ədəd olmaqla cəmi 3 (üç) ədəd daxilə nüfuz edən, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sağ İİİ qabırğanın sınığı olan 1 (bir) ədəd, ağırlıq dərəcələrinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən döş qəfəsinin ön səthində solda 1 (bir) ədəd, döş qəfəsinin arxa səthində sağda 1 (bir) ədəd, sağ baldır nahiyəsinin 1/3 hissəsinin bayır səthində 1 (bir) ədəd olmaqla cəmi 3 (üç) ədəd, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən döş qəfəsinin ön səthinin sıyrığı olan 1 (bir) ədəd yara xəsarətləri ilə müşayiət olunan ümumilikdə - 6 (altı) ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlər yetirməklə Gülüzar Həsənovanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X10 ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Onların 2015-ci ildə bir övladları anadan olmuşdur. Onun arvadı Gülüzarla tanışlıqları 2011-ci ildə təsadüfən yaranmış və aralarında yaranmış sevgi münasibəti əsasında evlənmişlər. Toy olduqdan bir ay sonrayadək münasibətləri yaxşı olmuş, lakin bir ay keçdikdən sonra arvadı ilə ailə daxili münasibətləri pisləşmişdir. Gülüzarla tez-tez ailə daxili münaqişələri yarandığından Gülüzar anası və qardaşı ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə gedərək orada yaşamışdır. Ailə daxili münaqişələrinin səbəbi isə onun qısqanclığı ilə əlaqədar olmuşdur. O, 04 iyun 2022-ci il tarixdə Gülüzarı işlədiyi Ruhi-Əsəb və Psixonevroloji dispanserindən götürmüş və birlikdə saat təxminən 15 radələrində evə gəlmişlər. Çünki Gülüzar həmin günə qədər 10-15 gün müddətində təkrarən onunla küsüb anasıgilin yanına getmiş, o da buna görə 04 iyun 2022-ci il tarixdə özü Gülüzarı iş yerindən götürüb öz evlərinə gətirmişdir. Həmin müddətdə Gülüzar anasıgildə olmasına baxmayaraq, oğlu Əli həmin 10-15 gün ərzində onunla qalmışdır. Gülüzarı iş yerindən götürdükdən sonra taksi xidmətinə zəng edərək dövlət qeydiyyat nömrəsini dəqiq xatırlamadığı taksi ilə saat 15 radələrində yaşadıqları ünvan 1 ünvanına getmişlər. Həmin gün isə atasının evdə olmadığını, anası Gülçöhrənin isə oğlu Əli ilə birlikdə Şəmkir rayonunda yaşayan bacısı Günelgilə gedəcəyini bildiyi üçün evdə heç kimin olmayacağından əmin olmuşdur. Onlar evə daxil olduqdan bir müddət sonra anası Gülçöhrə, oğlu Əli və bacısı oğlu Elnur birlikdə hazırlaşıb Şəmkir rayonuna getmək üçün evdən çıxmışlar. Çünki Şəmkir rayonunda yaşayan bacısı Günelin oğlu Elnur bir müddət onlarda qonaq qalmış, anası da Elnuru evlərinə aparmaq üçün Şəmkir rayonuna getməli olmuşdur. O, Gülüzarla evə daxil olduqdan təxminən yarım saat sonra anasıgil evdən çıxmış, evdə də Gülüzarla ondan başqa heç kim olmamışdır. Həmin vaxt onun əynində qısa şort olmuş, anasıgil getdikdən sonra şortu əynindən çıxardıb idman geyimi geyinmiş və Gülüzarla söhbət etməyə başlamışdır. Söhbət zamanı Gülüzardan ona kimlərlə xəyanət etdiyini soruşmuş, Gülüzar da onun sualından məəttəl qalmış, lakin həmin sualı ona təkrar-tərkar verdikdə Gülüzar da ona “səhv etmişəm, qələt etmişəm” deyə cavab verdiyi üçün artıq Gülüzarın cavabından onun xəyanət etdiyini aşkara çıxarması qənaətinə gəlmişdir. O, Gülüzarı qorxutmaq məqsədi ilə evin mətbəx otağından götürdüyü bıçağı evin zirzəməsinin içərisindəki dəhlizin sonundakı köhnə əşyalar yığılan otağın taxta materialdan olan giriş qapısının çərçivəsində gizlətmiş, Gülüzarla evdə mübahisə etdikdən sonra Gülüzarı evin zirzəmisinə çağırmışdır. Zirzəmidə Gülüzarla yenidən söhbət edib ona xəyanət etdiyini iddia etmiş və əvvəlcədən qapının çərçivəsində saxladığı bıçaqla Gülüzarın qarın, döş qəfəsi nahiyəsinə 4-5 zərbə vurmuşdur. O, Gülüzarı bıçaqladıqdan sonra zirzəmidən çölə çıxmış, lakin Gülüzarın telefonunu almaq üçün geri qayıtdıqda Gülüzarın telefonla qardaşı Həsənə zəng etdiyini görüb telefonu onun əlindən almış və bayıra çıxmışdır. O, Gülüzara köməklik göstərməmişdir. Gülüzar da onun arxasınca divardan tutaraq bayıra çıxmış və həyətdəki stulun yanına çatdıqda yerə yıxılmışdır. O, Gülüzarı öldürdüyü bıçağı evin giriş pilləkənlərinin üzərinə qoymuşdur. Daha sonra Gülüzarı öldürməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib törətdiyi əməlini etiraf etmişdir. Bundan sonra atası Əliyə zəng edib ona da arvadı Gülüzarı bıçaqladığını etiraf etmişdir. Atası ilə danışdıqdan qısa vaxt sonra atası evə gəlmişdir. Atasından qısa vaxt sonra isə Gülüzarın qardaşı Həsən və xalası oğlu Fəxri də onlara gəlmişdir. Daha sonra Həsənlə Fəxri atası Əli ilə birlikdə köməkli şəkildə Gülüzarı Fəxrinin idarə etdiyi “VAZ 21214” markalı avotomobillə xəstəxanaya aparmışlar. O isə polis əməkdaşlarının gəldiyini görüb onlarla birlikdə getmək üçün evdən bayıra çıxmış və onlarla birlikdə polis şöbəsinə aparılmışdır. Hal-hazırda uşağı Şahid1 Sabir oğlu nənəsi X14 ilə birgə yaşayaraq nənəsi İradə Həsənovanın himayəsindədir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, arvadı Gülüzarı öldürməsinin səbəbi arvadının ona xəyanət etməsi, Gülüzarın başqa şəxslərlə münasibətinin olması ilə əlaqədar olmuşdur, belə ki, Gülüzar onunla birlikdə yaşamaq istəməmiş və tez-tez anasıgilə gedib ondan uzun müddət ayrı qalmışdır. O, hətta bir dəfə arvadı Gülüzarın ondan xəbərsiz işlətdiyi mobil telefonunun oduğunu da bilmiş və bu barədə Gülüzarın anasına da demişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, əvvəllər Gülüzarı anasıgillə qonşuluqda yaşayan Tural adlı şəxslə “Facebook Messenger” vasitəsilə danışdıqlarını aşkar etmiş və bu barədə Gülüzarın anasına da məlumat vermişdir. O, neçə illər Gülüzarın xəyanətlərinə dözmüşdür ki, onların uşağı var və ayrılmasınlar. Lakin artıq o, sonradan Gülüzarın xəyanətlərinə dözə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, ibtidai istintaq zamanı arvadı Gülüzarın Rüfət adlı şəxslə də sevgi münasibətlərinin olmasını bildirsə də, o, ifadəsinin həmin hissəsini təsdiq etmir, lakin məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs ifadəsinə əlavələr etmək istədiyini, bildirəcəyi məlumatların özündə şəxsi və ailə sirrini ehtiva edən məlumatlar olduğunu, ona görə də ifadəsinə əlavələr etməsi üçün məhkəmə iclasının həmin hissəsinin qapalı keçirilməsi barədə vəsatət vermiş, onun həmin vəsatəti təmin olunduqdan sonra Təqsirləndirilən şəxs əlavə ifadəsində bildirmişdir ki, onun Gülüzarla evlənməmişdən əvvəl Gülüzarın Rüfət adlı şəxslə də sevgi münasibətləri olmuşdur. X22 birlikdə eyni məhlədə böyümüş, Rüfət də həbsdən azadlığa buraxıldıqdan sonra Gülüzarın ona qarşı göstərdiyi münasibətdən Gülüzarın Rüfətlə münasibətlərini davam etdirmələrindən şübhələnmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, onun arvadı Gülüzar Həsənovanı öldürmək məqsədi olmamışdır. Onun mətbəxdən götürdüyü bıçağı evin zirzəməsində otağın giriş qapısının çərçivəsində əvvəlcədən gizlətməkdə məqsədi də bıçağı gütürüb Gülüzarı qorxutmaq olmuşdur. Lakin Gülüzarı evin zirzəmisinə çağırıb mübahisə etdiyi vaxt Gülüzardan ona kimlərlə xəyanət etdiyini soruşarkən Gülüzar da ona “səhv etmişəm” dedikdə özünü saxlaya bilməmiş və Gülüzarı öldürmüşdür. Törətdiyi əməlindən peşmandır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətli hissələri ilə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, zirzəmidə əvvəlcədən planlaşdırdığı kimi bıçağı orada kənara qoymuşdur ki, Gülüzarı öldürsün. Sonra isə bıçağı qoyduğu yerdən götürüb Gülüzarın qarın və döş qəfəsi nahiyələrinə 4-5 zərbə vurmağa başlamışdır. Təqsirləndirilən şəxs həmin dindirmə zamanı suallara cavab verərkən göstərmişdir ki, o, Gülüzarı əvvəlcədən öldürməyi planlaşdırmışdır. Gülüzarı öldürdüyü bıçağı əvvəlcədən zirzəmiyə yerləşdirmişdir ki, sonuncunu vurub öldürsün. Onun Gülüzarı bıçaqla vurmaqda da məqsədi Gülüzarı öldürmək olmuşdur (iş vərəqə: cild 1, səh. 69-74). Daha sonra Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də eyni məzmunlu ifadə vermiş və Gülüzarı əvvəlcədən öldürməyi planlaşdırdığını, sonuncunu öldürdüyü bıçağı əvvəlcədən zirzəmiyə yerləşdirməkdə məqsədinin də Gülüzarı öldürmək olmasına dair ifadəsini bir daha təsdiq etmişdir (iş vərəqə: cild 1, səh. 117-122). Həmçinin məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmədə təqdimata baxılarkən də Təqsirləndirilən şəxs izahatında qısqanclıq zəminində zərərçəkmiş şəxsi öldürmək niyyətində olduğunu qeyd etmişdir (iş vərəqə: cild 1, səh. 195-196). Təqsirləndirilən şəxs yalnız xx.xx.2022-ci il tarixdə dindirilərkən göstərmişdir ki, onun məqsədinin Gülüzar Həsənovanı öldürmək olmamış, bıçağı isə Gülüzarı qorxutmaq üçün götürmüşdür (iş vərəqə: cild 2, səh. 123-125). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, X10 onun qızı olmuşdur. X25 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə evlənmiş, onların birgə nikahından 2015-ci il təvəllüdlü Şahid1 Sabir oğlu adlı bir uşaqları var. Gülüzar Təqsirləndirilən şəxsla evləndikdən qısa müddət sonra həmişə onların ailə daxili söz-söhbətləri olmuşdur. Mübahisələrinin səbəbi isə Təqsirləndirilən şəxs əsassız olaraq söz-söhbət yaratması olmuşdur. Lakin qızı X23 Şabanova xəyanət etməmiş, ailədən kənar kimləsə hər hansı münasibəti olmamışdır. Buna görə də, X25 bəzi vaxtlarda Təqsirləndirilən şəxsla küsülü olduqları üçün onlarla birlikdə yaşamışdır. Hətta Təqsirləndirilən şəxs bir dəfə qızının xəlvət işlətdiyi telefonunun olduğunu ona bildirsə də, o, bu cür halın şahidi olmamışdır. 04 iyun 2022-ci il tarixdə oğlu Şahid2 ona zəng edib X25nın əri Təqsirləndirilən şəxs tərəfindən yaşadıqları evdə bıçaqlandığını və qızının da 3 nömrəli təcili tibbi yardım xəstəxanasına aparıldığını demişdir. O da dərhal xəstəxanaya getmişdir. O, xəstəxanaya çatdıqda Gülüzar əməliyyat otağında olmuşdur. Bir qədər keçdikdən sonra həkimlər Gülüzarın vəfat etdiyini bildirmişlər. Gülüzarın ölüm səbəbinin isə bədəninə nüfuz etmiş çoxsaylı bıçaq yaraları səbəbindən baş verdiyini demişlər. Halhazırda nəvəsi Şahid1 Sabir oğlu onunla birgə yaşayaraq onun himayəsindədir. O, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Sabir 2014-cü il tarixdə Gülüzar Həsənova ilə evlənmişdir. Gülüzar Sabirlə evləndikdən təxminən 8-9 ay onların normal ailə münasibətləri olmuş, sonradan isə Gülüzar ərkəsöyün olduğundan və qısa geyimlər geydiyindən daima Sabirlə aralarında küsülülük, qısqanclıq səbəbindən sözsöhbətləri olmuşdur. Oğlu Sabir dəfələrlə Gülüzarla boşanmaq istəsə də, ailələri narazı olduğu üçün boşanmaqdan imtina etmişdir. Sabirlə Gülüzarın birgə nikahından 2015-ci il təvəllüdlü bir uşaqları anadan olmuşdur. Hadisədən təxminən 5 ay əvvəl Sabirlə Gülüzarın aralarında inciklik olduğu üçün Gülüzar anasıgilin yanına gedib onlarla yaşamışdır. Həmin müddətdə də Gülüzar Gəncə şəhər Ruhi-Əsəb və Psixonevroloji Dispanserdə yardımçı təsərrüfat vəzifəsində işə düzəlmişdir. Gülüzar açıq-saçıq geyimlər geydiyi üçün hadisə baş verdiyi gündən təxminən 10-15 gün əvvəlcədən təkrarən aralarında söz-söhbətləri yaranmış və Gülüzar anasıgilə getmişdir. 04 iyun 2022-ci il tarixdə saat 09 radələrində evdən çıxıb Abbas Səhhət xəstəxanası ilə üzbəüz yerləşməklə komendant işlədiyi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin balansında olan inzibati binaya getmiş, evdən çıxarkən arvadı Gülçöhrə də nəvələri Elnur və Əli ilə Şəmkir rayonunda yaşayan qızı Günelgilə getmək üçün hazırlaşmışlar. O, saat 11 radələrindən 15 radələrinədək dostları X19 və X20 ilə birlikdə Abbas Səhhət xəstəxanasının yanındakı çayxanada əyləşib nərd oynamış, saat 15 radələrində isə oradan dostu Taleh Hüseynovun istifadəsində olan sarımtıl rəngli “VAZ 2107” markalı avtomobillə “X15”-nın yanına gəlmiş, oradan da düşüb 2 nömrəli xətt marşurutuna minib ev istiqamətində hərəkət etmişdir. O, avtobusda olarkən oğlu Sabir istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib Gülüzarı bıçaqla vurduğunu demişdir. O, Sabirlə danışığı bitirdikdən dərhal sonra arvadı Gülçöhrənin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş və Sabirin Gülüzarı bıçaqladığını və dərhal evə getməsini bildirmişdir. O, Sabirlə danışdıqdan təxminən 6-7 dəqiqə sonra evə çatmış və Sabiri evin həyətindəki bağda dayandığını görüb Sabirdən Gülüzarın yerini soruşduqda Sabir ona evin giriş pilləkənlərinin yanını göstərib Gülüzarın orada olduğunu bildirmişdir. Həmin yerə getdikdə Gülüzarın küncdə yerdə oturmuş vəziyyətdə olduğunu, ayaqlarını da tam olaraq uzatdığını, rənginin ağardığını, qarın və sinə nahiyəsinin qanlı vəziyyətdə olduğunu, bədənindən qanın yerə axdığını görüb dərhal həyətdəki masanın üzərindəki qabdakı su ilə onun əl-üzünə su vurmuş, sonra da “103” xidmətinə zəng edib təcili tibbi yardım qruppasını çağırmışdır. Onun evə daxil olmasından qısa vaxt sonra Gülüzarın qardaşı Həsənlə qohumları Fəxri də onların evinə gəlmişlər. Gülüzarı köməkli şəkildə Fəxrinin idarə etdiyi “VAZ 21214” markalı avtomobilə mindirib 3 nömrəli təcili tibbi yardım xəstəxanasına aparmışlar. Sabir isə ünvanlarına gəlmiş polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. O, həyətdəki pilləkənlərin üzərində qanla bulaşmış vəziyyətdə olan bıçağı görüb Sabirin Gülüzarı həmin mətbəx bıçağı ilə bıçaqladığını bilmişdir. Gülüzar əməliyyat olunmasına baxmayaraq, aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X10 onun bacısı olmuşdur. X17 2014-cü ildə Təqsirləndirilən şəxs ilə evlənmişdir. Gülüzar Həsənova ilə Təqsirləndirilən şəxs birgə nikahlarından 2015-ci il təvəllüdlü bir uşaqları anadan olmuşdur. X23 Şabanovla evləndikdən qısa müddət sonra həmişə ailə daxili söz-söhbətləri olmuş, mübahisələrinin səbəbi Təqsirləndirilən şəxs əsassız olaraq söz-söhbət yaratması olmuşdur. Lakin heç vaxt X23 Şabanova xəyanət etməmiş, ailədən kənar kimləsə münasibəti olmamışdır. Buna görə də, Gülüzar Həsənova bəzi vaxtlarda Təqsirləndirilən şəxsla küsülü olduqları üçün onların yanında yaşamışdır. 04 iyun 2022-ci il tarixdə evdə olduğu vaxt X17 özünün istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə “Gel, X26” məzmununda mesaj göndərmiş, o da həmin mesajın tələsik yazıldığı üçün sözlərdə hərf səhvlərinin olduğunu, Gülüzarın ona mesajda “Saşanın”, yəni əri Təqsirləndirilən şəxs onu bıçaqladığını yazmaq istədiyini anlamışdır. Həmin vaxt Gülüzar ona zəng edib həyəcanlı səslə qışqıraraq Sabirin onu bıçaqladığını, dərhal onlara gəlməsini istəmiş və həmin an zəng kəsilmişdir. O, Gülüzara zəng etsə də, zənginə cavab verilməmişdir. O da xalası oğlu Fəxri Valehzadə ilə birlikdə Fəxrinin istifadəsində olan “VAZ 21214” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bacısı X13 Şabanovla birlikdə yaşadıqları ünvan 1 ünvanına getmişdir. Evin həyət darvazasından içəri daxil olduqda Sabirlə rastlaşmış və ondan nə baş verdiyini soruşduqda Sabir “keç içəri, özün görəcəksən” deyə cavab vermişdir. O, içəri keçib ev istiqamətində getdikdə evin qarşısındakı taxtın üzərində Gülüzarın qanlı vəziyyətdə uzandığını, paltarlarının da qanla bulaşdığını görmüşdür. O, Sabirin üzərinə qaçdıqda Sabir qaçaraq evdən çıxmış və polis əməkdaşlarının avtomobilində əyləşmişdir. Sonra xalası oğlu Fəxri ilə birlikdə Gülüzarı Fəxrinin avtomobilinə mindirib 3 nömrəli təcili tibbi yardım xəstəxanasına aparmışlar. Bacısı Gülüzarı xəstəxanaya apardıqdan sonra əməliyyat olunsa da, bədənində çoxsaylı bıçaq yaraları olduğundan, həmçinin qanitirmə olduğundan orada da vəfat etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər 1-ci X16 hissəsinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:29 dəqiqədə ***-***-**-** nömrəsindən Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edərək arvadı X7 bıçaqlaması barədə məlumat vermişdir (iş vərəqə: cild 1, səh. 191). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi ünvan 3 ünvanında yerləşən hadisə yerinə baxış keçirilmiş və baxış zamanı hopdurma üsulu ilə qanabənzər ləkələrdən nümunələr, üzərində qanabənzər ləkələr olan göy rəngli adyal, üzərində qanabənzər ləkələr olan qısaqol köynək, bir ədəd bıçaq, 1 ədəd büstqalter qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild 1, səh. 6-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə X5 meyitinə baxış keçirilərkən aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Döş qəfəsinin ön səthində sağda məməxətti üzrə V-Vİ qabırğalar səviyyəsində 2 x 0,5 sm ölçüdə, saat sferblatnın 5-11 rəqəmlərini birləşdirən xətt üzrə yerləşən düz xətt formalı, döş qəfəsinin sağ yan səthində orta qoltuqaltı xətt üzrə Vİİİ-İX qabırğalar səviyyəsində 1,8 x 0,5 sm ölçüdə, saat sferblatnın 1- 7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşən düz xətt formalı, döş qəfəsinin arxa səthində kürək xətti üzrə Vİ-Vİİ qabırğalar səviyyəsində 2,5 x 0,5 sm ölçüdə, saat sferblatnın 1-7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşən düz xətt formalı, döş qəfəsinin ön səthində solda məmə xətti üzrə V-Vİ qabırğalar səviyyəsində 2 x 0,5 sm ölçüdə, saat sferblatnın 1-7 rəqəmlərini birləşdirən xətt üzrə yerləşən düz xətt formalı, kənarları hamar yaralar vardır. Sağ baldır nahiyəsinin yuxarı 1/3 hissəsinin bayır səthində 0,9 x 0,3 sm ölçüdə, düz xətt formalı boylama istiqamətdə yerləşən, eyni xarakterli yara qeyd olunur. Döş qəfəsinin ön səthində solda yerləşən yaranın aşağı sərbəst ucundan qarın boşluğuna doğru uzanan düz xətt formalı 0,2 x 6 sm ölçüdə sıyrıq vardır. Döş qəfəsinin sağ yan səthində üzərində 8 ədəd cərrahi tikişlər olan 21 sm-lik uzunluğa malik torakotom, qarın nahiyəsinin ön səthində ön orta xətt üzrə boylama istiqamətdə yerləşən 19 sm-lik uzunluğa malik üzərində yeddi ədəd cərrahi tikişlər olan laparatom yara vardır (iş vərəqə: cild 1, səh. 31- 42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması və hadisə yerinə əlavə baxış keçirilməsi haqqıda protokollardan görünür ki, həmin istintaq hərəkətləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs G.V.Həsənovanı öldürmək məqsədi ilə əvvəlcədən evin mətbəx otağından götürdüyü bıçağı evin zirzəmisində yerləşən taxta qapının çərçivəsində gizlətmiş və G.V.Həsənovanı söhbət etmək üçün evin zirzəmisinə aparmış və orada ona öldürmək məqsədi ilə bıçaq zərbələri vurmuşdur. Həmçinin hadisə yerinə əlavə baxış zamanı hopdurma üsulu ilə qanabənzər ləkələrdən nümunələr götürülmüşdür (iş vərəqə: cild 1, səh. 123-136, 137-148). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X5 meyitinin müayinəsi zamanı üzərində olmuş geyim əşyalarına və hadisə yerindən götürülmüş əşyalara baxış keçirilərkən müəyyən olunmuşdur ki: 1.G.V.Həsənovaya məxsus 1 ədəd qısaqol köynək - ağ rənglidir, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir. Üzərində aşağıda qeyd edilən sayda və nahiyələrdə zədə izləri vardır: - Ön sol tərəfində aşağı son kənarından 262 mm, 230 mm yuxarıda uyğun olaraq 02 ədəd 16 mm, 17 mm uzunluqlu zədə izi vardır. - Ön sağ tərəfində aşağı son kənarından 253 mm yuxarıda 01 ədəd 19 mm uzunluqlu zədə izi vardır. - Ön sağ tərəfində aşağı son kənarından 90 mm yuxarıda 01 ədəd 24 mm uzunluqlu zədə izi vardır. - Arxa sağ tərəfində aşağı son kənarından 291 mm yuxarıda 01 ədəd 22 mm uzunluqlu zədə izi vardır.
2. G.V.Həsənovaya məxsus 1 ədəd büstqalter – tünd göy rənglidir, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir. Ön sağ tərəfində aşağı sol kənarından 26 mm yuxarıda 01 ədəd 16 mm uzunluqlu zədə vardır.
3. G.V.Həsənovaya məxsus 1 ədəd qolsuz köynək - qırmızı rənglidir, səthi çirklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir.
4. G.V.Həsənovaya məxsus 1 ədəd şalvar - qara rənglidir, səthi çiriklidir, iki yan cibə malik idman şalvarıdır, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir.
5. Hadisə yerində aşkar edilmiş 1 ədəd örtük (adyal) – boz rənglidir, səthi çiriklidir, üzəri qanabənzər ləkələrlə bulaşmış vəziyyətdədir (iş vərəqə: cild 1, səh.96-107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs geyim əşyalarına baxış keçirilərkən müəyyən edilmişdir ki, bir ədəd qısaqol üst köynəyi – qara rənglidir, səthi təmizdir, üzərində gözlə görünən hər hansı zədə izi və ya digər hallar aşkar edilmədi. Bir ədəd şalvar – qara rənglidir, iki yan cibə malik idman şalvarıdır, şalvarın ön sol cibinin aşağısında firma etiketini göstərən “Stefano Ricco” sözləri yazılan boz rəngli etiket vardır, cibləri təftiş edilərkən boş olması müəyyən edildi (iş vərəqə: cild 1, səh. 93-95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X5 istifadəsində olan mobil telefonuna baxış zamanı müəyyən edilmişdir ki, X10 “WhatsApp” vasitəsilə qardaşının istifadəsində olan və telefon rəhbərində adını “Hesen” kimi qeyd etdiyi ***-***-**-** mobil telefon nömrəsinə 04 iyun 2022-ci il tarixdə saat 15:27 dəqiqədə “Gel, X26”, yəni “Gəl, Saşa bıçaqlayıb məni” məzmununda sms mətni yazmış, “Hesen” isə cavabında 15:27 dəqiqədə “ne, nolub gel” yazsa da sonradan həmin sms mətninə cavab yazılmamış, “Hesen” adlı şəxsdən 15:30, 15:31 və 15:33 dəqiqədə olmaqla ümumilikdə 3 dəfə cavabsız zəng edilmişdir (iş vərəqə: cild 1, səh. 179-180). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonuna baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra 04 iyun 2022-ci il tarixdə telefon rəhbərində adını “Polis” olaraq qeyd etdiyi Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib saat 15:28-də 00:32 saniyə, saat 15:31 dəqiqədə 00:13 saniyə, saat 15:34 dəqiqədə isə 00:28 saniyə müddətində telefon danışığı aparmışdır (iş vərəqə: cild 1, səh. 185-186). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli, 48 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində kəsici, deşici-kəsici, alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş 6 ədəd kəsilmiş, deşilmişkəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan yaralardan biri döş qəfəsinin ön səthində sağda, məmə xətti üzrə V-Vİ qabırğalar səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yaradır, sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti öndən-arxaya, bir qədər yuxarıdan aşağıya doğrudur. İkinci yara döş qəfəsinin sağ yan səthində Vİİİ-İX qabırğalar səviyyəsində orta qoltuqaltı xətt üzrə yerləşmişdir, daxilə nüfuz edən yaradır, sağ ağciyərin aşağı payının və diafraqmanın zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti sağdan-sola, ön-orta xətt üzrə göbəkdən bir qədər aşağıda yerləşmişdir, eyni ilə daxilə nüfuz edən yaradır, böyük piyliyin, nazik bağırsağın və bağırsaq müsariqəsinin zədələnməsi ilə izlənilir, yara kanalının istiqaməti üfüqi xətt üzrə öndən arxaya doğrudur. Qeyd olunan hər üç yara dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Digər üç yara daxilə nüfuz etməyən yaradır, onlardan biri döş qəfəsinin ön səthində solda, digəri döş qəfəsinin arxa səthində sağda, sonuncu isə sağ baldır nahiyəsinin 1/3 hissəsinin bayır səthində yerləşmişdir. Hər üç yara yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. X1 bədəni üzərində deşilmiş-kəsilmiş yaralardan başqa- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş sağ İİİ qabırğanın sınığı və döş qəfəsinin ön səthi sıyrığı kimi xəsarətlər də aşkar edilmişdir. Bu xəsarətlərin sağ İİİ qabırğanın sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya: döş qəfəsinin ön səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər həyatidir, xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlmişdir. X1 ölümünə səbəb döş qəfəsinin və qarının deşilmiş-kəsilmiş yaralarından əmələ gələn daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq, belə hesab edilmişdir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 2-4 saatdır (meyit xx.xx.2022-ci il tarixdə saat 19:55-da müayinə edilmişdir). X3 xəsarət (xəsarətlər) yetirilərkən o və ona xəsarət yetirən şəxs müxtəlif vəziyyətlərdə (üzbə-üz, yanba-yan, oturaq və s.) ola bilərmiş. X1 bədəni üzərində aşkar edilmiş xəsarətlərin qarşılıqlı dava-dalaş zəminində əmələ gəlib-gəlməməsini müəyyən etmək – məhkəmə-tibb ekspertin səlahiyyətlərinə aid deyil. X1 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. X1 anal dəlik nahiyəsindən və uşaqlıq yolundan götürülmüş tamponlarda, məhkəmə-tibbi bioloji müayinə nəticəsində spermatozoidlər aşkar edilməmişdir. X2 hamiləlik müəyyən edilməmişdir (iş vərəqə: cild 2, səh. 26-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” X24 komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 404/2022 nömrəli rəyindən görünür ki, mərhum G.V.Həsənovanın meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş altı ədəd deşilmiş-kəsilmiş yaralardan ikisi sağ ağciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunaraq döş qəfəsinin ön və sağ yan səthlərində, üçüncü isə böyük piyliyin, nazik bağırsağın və bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət olunmaqla qarının ön divarında, digər daxilə nüfuz etməyən üç yaradan ikisi döş qəfəsinin ön səthində solda, arxa səthində sağda, üçüncü isə sağ baldırın yuxarı 1/3-nin bayır səthində yerləşmişdir. Mərhum G.V.Həsənovanın ölümünə səbəb daxili və xarici qanaxma ilə müşayiət olunan döş qəfəsinin, qarının deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən nəticə istər onun adına açılmış xəstəlik tarixi, istərsə də mərhumun meyitinin məhkəmə-tibbi ekspertizası ilə təsdiq olunur. G.V.Həsənovanın Gəncə şəhər TTYX-da ağır vəziyyətinə uyğun seçilmiş cərrahi əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmiş və aparılan müalicə tədbirləri onun vəziyyətinə uyğun olmuşdur. Xəstənin ölümünə səbəb aparılan müalicə tədbirləri deyil, yetirilən xəsarətlərin ağırlığı olmuşdur (iş vərəqə: cild 2, səh. 161-166). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/798 nömrəli rəyindən görünür ki, X8 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X8 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, X8 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə X8 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış ağ rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X8 məxsus 01 ədəd ağ rəngli köynəyin tərkib liflərinə uyğun gəlmişdir.Tədqiqata təqdim edilmiş, X8 məxsus digər geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur (iş vərəqə: cild 2, səh. 103-109). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-trasoloji və soyuq silah ekspertizasının 03 avqust 2022-ci il tarixli, 16/799/800 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan X3 məxsus qısaqol köynəyin üzərində olan 05 ədəd “a”, “b”, c”, “d” zədələri və busqalterin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş qısaqol köynəyin üzərindəki zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən X3 məxsus qolsuz köynəyin, idman şalvarının, örtüyün (adyalın) və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində mexaniki zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 48 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X3 məxsus qısaqol köynəyin üzərində olan 05 ədəd “a”, “b c”, “d” zədələr və busqalterin üzərində olan 01 ədəd zədə müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthində sağda”, “döş qəfəsinin sağ yan səthində”, “qarın nahiyyəsinin ön səthində”, “döş qəfəsinin ön səthində solda”, “döş qəfəsinin arxa səthində sağda” xəsarəti ilə qısaqol köynəyin üzərində olan 05 ədəd “a”, “b c”, “d” zədələr və busqalterin üzərində olan 01 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və yuxarıda qeyd edilən xəsarətlər üst-üstə düşür (iş vərəqə: cild 2, səh. 110-114). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 12 nömrəli rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi O(1) alfa, betadır. Təqdim olunmuş bir ədəd bıçaq (ob №15) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X3 məxsus ola bilər. Təqdim olunmuş 6 nömrəli bağlamada-hadisə yerindən götürülmüş 6 ədəd qanabənzər nümunə (ob №-1-6-dək), 05-bağlamada G.V.Həsənovanın qətlə yetirildiyi zirzəminin döşəməsindən götürülmüş üç ədəd qanabənzər nümunə (Ob №7-9-dək) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan X3 məxsus ola bilər. Təqdim olunmuş X8 məxsus paltarlar (bir ədəd qolsuz köynək, bir ədəd bustqalter, bir ədəd idman şalvarı, bir ədəd qısaqol köynək) (Ob №-10-13-dək) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər. Təqdim olunmuş bir ədəd adyal (ob №14) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa-beta olduğundan X3 məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd idman şalvarı və bir ədəd qısaqol köynək üzərində qan aşkar olunmadı (iş vərəqə: cild 2, səh. 15-21). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 364/125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq keçirməmişdir. O, hal-hazırda heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild 2, səh. 33-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2022-ci il tarixli, 1023 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh. 25). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 52-53). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 195-196). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 5808 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda və müalicədə olmamışdır (iş vərəqə: cild 1, səh. 210). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli, 157 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda və müalicədə olmamışdır (iş vərəqə: cild 1, səh. 211). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X27 daxil olmuş xx.xx.2022-ci il tarixli, xx/xx- 10471 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda və müalicədə olmamışdır (iş vərəqə: cild 2, səh. 96). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli, 4703 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır (iş vərəqə: cild 2, səh. 8). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş xx.xx.2022-ci il tarixli, 4321 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır (iş vərəqə: cild 2, səh. 11). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 04 iyun 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı “1”, “3”, “4”, “5” və “6” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən və gölməçədən hopdurma üsulu ilə götürülmüş qanabənzər nümunələr, “2” rəqəmi ilə işarələnmiş üzərində qanabənzər ləkələr olan göy rəngli adyal, üzərində qanabənzər ləkələr olmaqla “7” rəqəmi ilə işarələnmiş qısaqol köynək, “8” rəqəmi ilə işarələnmiş 1 ədəd bıçaq, 1 ədəd büstqalter, 06 iyun 2022-ci il tarixdə hadisə yerinə əlavə baxış zamanı “1”, “2” və “3” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən hopdurma üsulu ilə götürülmüş qanabənzər nümunələr, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi və hadisə baş verən zaman üzərində olmuş 1 ədəd qara rəngli idman şalvarı və 1 ədəd qısaqol köynək, X8 məxsus “İPHONE” markalı 1 ədəd mobil telefon və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “NOKİA” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (iş vərəqə: cild 2, səh. 215-218). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (iş vərəqə: cild 2, səh. 157). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (iş vərəqə: cild 2, səh. 159). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild 1, səh.215, cild 2, səh. 175-184). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsin barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Gülüzar Həsənovaya həmin bıçaq zərbələrini endirərkən sonuncunu öldürmək niyyətinin olmamasına dair ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun deyil və məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsini onun məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı arvadı Gülüzar Həsənovanı öldürmək məqsədinin olmaması, onun mətbəxdən götürdüyü bıçağı evin zirzəməsində otağın giriş qapısının çərçivəsində əvvəlcədən gizlətməkdə məqsədinin də bıçağı götürüb Gülüzarı qorxutmaq olmasına dair vermiş olduğu ifadəsində göstərdiklərini onun daha ağır cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintantaqın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən, sonradan isə təqsirləndirilən şəxs qismində ifadə verərkən o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, zirzəmidə əvvəlcədən planlaşdırdığı kimi bıçağı orada kənara qoymuşdur ki, Gülüzarı öldürsün, sonra isə bıçağı qoyduğu yerdən götürüb Gülüzarın qarın və döş qəfəsi nahiyələrinə bir neçə zərbə vurmuş və Gülüzarı əvvəlcədən öldürməyi planlaşdırmışdır. Daha sonra təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən də Təqsirləndirilən şəxs Gülüzar Həsənovanı öldürmək məqsədi ilə əvvəlcədən evin mətbəx otağından götürdüyü bıçağı evin zirzəmisində yerləşən taxta qapının çərçivəsində gizlətdiyini və evin zirzəmisində Gülüzar Həsənovaya öldürmək məqsədi ilə bıçaq zərbələri vurduğunu bir daha etiraf etmişdir. Bundan başqa, cinayətin törədilmə üsuluna, alətinə, yetirilən bədən xəsarətlərinin sayına, xarakterinə və lokalizasiyasına nəzər yetirilərkən də bıçaq vasitəsilə 6 ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlərin həyat fəaliyyəti üçün vacib nahiyələrə yetirilməsi, həmçinin təqsirkarın hadisədən dərhal sonra zərərçəkmişə heç bir yardım etməməsi, hadisədən sonra Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib cinayət barədə məlumat versə də, onun zərərçəkənə dərhal tibbi köməklik edilməsi üçün Təcili Tibbi yardım Xidmətinə zəng etməməsi də təqsirkar Təqsirləndirilən şəxs həmin cinayəti törədərkən niyyətinin zərərçəkmişi öldürmək istəməməsinə dair ifadəsində göstərdiklərini bir daha təkzib edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və həmin cəzanı xx.xx.2021-ci il tarixdə çəkib qurtarması ilə əlaqədar olaraq qeyd edir ki, onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı xx.xx.2021-ci il tarixdən bir ildən artıq müddət keçdiyindən onun həmin məhkumluğu ödənilmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 15:29-da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib arvadı X7 bıçaqlaması barədə məlumat verərək könüllü təqsirini boynuna almışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını və Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 19 iyul 2022-ci il tarixli, 1023 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Prokurorluğunun maddi sübutlar otağına saxlanca verilmiş maddi sübutlar- 04 iyun 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı “1”, “3”, “4”, “5” və “6” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən və gölməçədən hopdurma üsulu ilə götürülmüş qanabənzər nümunələr, “2” rəqəmi ilə işarələnmiş üzərində qanabənzər ləkələr olan göy rəngli adyal, üzərində qanabənzər ləkələr olmaqla “7” rəqəmi ilə işarələnmiş qısaqol köynək, “8” rəqəmi ilə işarələnmiş 1 ədəd bıçaq, 1 ədəd büstqalter, 06 iyun 2022-ci il tarixdə hadisə yerinə əlavə baxış zamanı “1”, “2” və “3” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən hopdurma üsulu ilə götürülmüş qanabənzər nümunələr məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd qısaqol köynək və 1 ədəd “NOKİA” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, həmçinin X8 məxsus “İPHONE” markalı 1 ədəd mobil telefon Gülüzar Həsənovanın hüquqi varisi X11 qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarının 28-ci bəndində qeyd edilir ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab etdiyindən, uşağı Şahid1 Sabir oğlunun nənəsi X9 himayəsində olması nəzərə alınmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Prokurorluğunun maddi sübutlar otağına saxlanca verilmiş maddi sübutlar- 04 iyun 2022-ci il tarixdə hadisə yerinə baxış zamanı “1”, “3”, “4”, “5” və “6” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən və gölməçədən hopdurma üsulu ilə götürülmüş qanabənzər nümunələr, “2” rəqəmi ilə işarələnmiş üzərində qanabənzər ləkələr olan göy rəngli adyal, üzərində qanabənzər ləkələr olmaqla “7” rəqəmi ilə işarələnmiş qısaqol köynək, “8” rəqəmi ilə işarələnmiş 1 ədəd bıçaq, 1 ədəd büstqalter, 06 iyun 2022-ci il tarixdə hadisə yerinə əlavə baxış zamanı “1”, “2” və “3” rəqəmi ilə işarələnərək qanabənzər ləkələrdən hopdurma üsulu ilə götürülmüş qanabənzər nümunələr məhv edilsin, bundan başqa Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd qısaqol köynək və 1 ədəd “NOKİA” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, həmçinin X8 məxsus “İPHONE” markalı 1 ədəd mobil telefon Gülüzar Həsənovanın hüquqi varisi X11 qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev