Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-442/2025 24.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri X9 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1990-cı ildə Ağdam rayonu Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu Bağbanlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan vaxtda, mənbədən və tarixdə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ Siyahısı ilə müəyyən edilmiş külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 2.956 qram olan metamfetamindən 0,028 qramını 01 ədəd “Milano” markalı siqaret qutusunun içərisində 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə əynində olan qara rəngli gödəkçənin sol yan cibində 19 yanvar 2025-ci il tarixə saat 01:59dək, 2,872 qramını 01(bir) ədəd sellofan bükümdə etibarnamə ilə idarə etdiyi “VAZ-21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının altında 19 yanvar 2025-ci il tarixə saat 01:59-dək, 0,025 qram və 0,031 qram olmaqla 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə cəmi 0.056 qramı 01(bir) ədəd “Classic” markalı siqaret qutusunun içərisində ünvan 1 ünvanında yerləşən mənzilində yerləşən yataq otağında olan dolabın üzərində 19 yanvar 2025-ci il tarixə saat 02:37-dək, yəni rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təbirləri zamanı aşkar edilib götürülənədək satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq vahid qəsdlə əhatə olunan niyyətlə qəsdən əldə edib, daşıyıb saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. 2025-ci ilin yanvar ayının 16-ı günü Ağdam rayonundan Bərdə rayonuna gedərkən yolun kənarından narkotik vasitə tapıb götürmüş, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sonra polis əməkdaşları tərəfindən saxlanılmış, Ağdam RPŞ-yə aparılmışdır. Saxlanılarkən üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar edilmiş, maşında və evində narkotik vasitə tapılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Bakı İslam Univerisitetində təhsil almış, narkotik vasitəni son 7-8 ayda istifadə etmişdir. Narkotik vasitəni əvvəllər Sumqayıtda yaşayan iranlı vətəndaşdan almış, saxlanılarkən üzərində olan narkotik vasitəni isə Ağdamdan rayonundan yol kənarından tapmışdır. Narkoloji ekspertizadan keçirilmiş, həmin vaxt da istifadəçi olduğunu demiş, 2 dəfə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitənin qalan hissəsini maşında və evdə saxlamış, siqaret qutusunun içinə qoymuşdur. Əvvəllər məhkum olunmamış, himayəsində 1 azyaşlı övladı var, atası İ Qarabağ müharibəsində şəhid olmuşdur. Anası əlildir törətdiyi əməlindən peşmandır. Narkotik vasitəni ilk dəfə müharibə vaxtı istifadə etmiş və Sumqayıtdan almışdır. Sumqayıtda “Socar”ın müəssisələrinin birində işləmiş, daha sonra şəhid ailəsi olduğü üçün Ağdamdan ev veriləndə köçüb Ağdama gəlmişdir. Narkotik vasitəni gecə yolun kənarından, “Olimpiya kompleksi”nin qarşısından tapmış, ərazi işıqlı olduğuna görə bükümü görmüşdür.Keçirilmiş çəkilişdə və ilkin izahat ifadəsində narkotik vasitəni olaraq sərnişin kimi avtomobilinə əyləşdiyi şəxsdən aldığını demiş, sonra isə səmimi olaraq özünün tapdığını demişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz fiziki təzyiq və təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə edib saxlanması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat rəhbərliyə məruzə edilmiş, qrup yaradılmış, əməliyyatçılarla birlikdə şəxsin olduğu əraziyə yollanmışlar. 19 yanvar 2025-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs Ağdam rayonunun Quzanlı qəsəbəsində “Şüşəli bazar” adlanan ərazidə saxlamış, əvvəl ona yaxınlaşıb özlərini təqdim etmiş, sonra isə üzərinə və avtomobilinə baxış keçirrmişlər. Şəxsin üzərindən 1 ədəd narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Narkotik vasitə qablaşdırılaraq götürülmüş, avtomobilə baxış keçirilmiş, arxa sərnişin oturacağının altından sellofanda daha bir büküm aşkar olunmuşdur. Daha sonra baxış şəxsin yaşadığı evdə davam etdirmiş, axtarış zamanı yataq otağında masanın üzərində 3 büküm aşkar olunmuşdur. Onlar qablaşdırılaraq götürülmüş və əməkdaşlar tərəfindən imzalanmışdır. Şəxs aşkar olunan narkotik vasitəni ilkin olaraq sərnişin olaraq avtomobilə əyləşən sərnişindən aldığını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı ona daxil olmuş, şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasına dair heçnə müəyyənləşdirə bilməmişlər. Əvvəllər şəxslə bağlı məlumat olmamış, Həsəni Ağdam rayonu Quzanlı qəsəbəsi, “Şüşəli bazar” adlanan ərazidə saxlamışlar. Şəxsi saxlayanda təxminən gecə saat 02 radələrində idarə etdiyi “Vaz 011” markalı avtomobilin yanında saxlamışlar. Məhkəmədə şahid qismində dindiirlmiş Şahid4 göstərdi ki. 2025-ci ilin əvvəli, yanvar ayında dəqiq xatırlamadığı tarixdə Ağdam RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat axtarış qrupu yaradılmış, keçirilmiş əməliyyat axtarış tədbirində şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs Ağdam rayonu “Şüşəli Bazar” adlanan ərazidə görüb yaxınlaşaraq özlərini təqdim etmiş, üzərinə, avtomobilinə və evinə şəxsi axtarış keçirtmişlər. Üzərindən və avtomobilindən narkotik vasitə aşkar olunmuş, daha sonra evinə baxış keçirilmiş, evdən də yataq otağından narkotik vasitə aşkar olunmuşdur. Şəxs əvvəlcə aşkar olunan narkotik vasitəni şəxsi istifadə üçün saxladığını və Bərdə rayon sakinindən aldığını demiş, lakin elə bir şəxsi müəyyən edə bilməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Nəzir oğlu göstərdi ki, Ağdam RPŞ-yə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirində iştirak etmiş, şəxsi Ağdam rayonu “Şüşəli” Bazar adlanan ərazidə saxlamışlar. Şəxsi axtarış keçirilməsi nəticəsində üzərindən və avtomobilindən narkotik vasitə aşkar olunmuşdur. Daha sonra evinə baxış keçirilmiş, evinə keçirilən baxış nəticəsində yataq otağından narkotik vasitə aşkar olunmuş, narkotik vasitələr qablaşdırılıb protokollaşdırılaraq götürülmüşdür. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilən X2 da iş üzrə şahidlərlə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2025-ci il tarixli raport və qərardan görünür ki, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə Ağdam RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:59-da Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsi ərazisində “Şüşəli bazar” adlanan iaşə obyektinin yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilmiş, əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan bir ədəd “Milano” markalı siqaret qutusundan içərisində ağ rəngli kütlə olan bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuş, bükülü elektron tərəzi vasitəsilə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ-21011” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin salonunda arxa oturacağın sol tərəfdən alt hissəsində içərisində ağ rəngli kütlə olan bir ədəd sellofan bükülü aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, bükülü də müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, xx.xx.2025-ci ildə saat 02:37-də Təqsirləndirilən şəxs Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən şəhid ailələri və əlillər üçün inşa olunmuş binada şəxsin yaşadığı blok 2, mənzil 25 ünvana keçirilən baxış zamanı Təqsirləndirilən şəxs mənzilin yataq otağında yerləşən dolabın üzərindəki “Classik” markalı siqaret qutusunu təqdim edərək narkotik maddənin həmin siqaret qutusunda olduğunu bildirmiş, siqaret qutusunun içərisindən aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız bükümün içərisində olan üç ədəd gümüşü rəngli kağız bükümləri açdıqda içərilərində ağ rəngli kütlə olduğu müəyyən edilmiş, rəngli bükümlər içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, həmin tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində “Şüşəli bazar”ın qarşısında Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi “VAZ-21011” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilə və Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən şəhid ailələri və əlillər üçün inşa olunmuş binada yaşadığı blok 2, mənzil 25 ünvana keçirilmiş baxış zamanı qeydə alınmış görüntülər olan 02 ədəd DVD disk və və içərisində narkotik vasitəyə bənzər kütlələr olan bükümlərə baxış keçirilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs narkotik vasitələrin əldəetmə mənbəyi tarixi və şəxsi istifadə məqsədi ilə bağlı ətraflı məlumat vermiş və narkotiki avtomobilinə sərnişin qismində əyləşmiş şəxsdən 30 (otuz) manata aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, xx.xx.2025-ci ildə keçirilmiş əməliyyat axtarış tədbirlərinə dair görüntülərə baxış keçirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığı yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam Rayon Məhkəməsinin 4(013)-1/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “maddi sübut qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,018 qr, 2,772 qr, 0,015 qr, 0,021 qr olan metamfetaminlər Ağdam RPŞ-nin maddi sübutların saxlanılması otağına verilmiş, əməliyyat axtarış hərəkətlərini əks etdirən 02 ədəd DVD disk isə iş materiallarında əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.2025-ci ildə saat 04:53-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə kimyəvi ekspertizasının 19 yanvar 2025-ci il tarixli, 16/48 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,08 qr narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0.028 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi VAZ 21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının altından aşkar edilmiş 3,05q narkotik maddəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdəki təmiz çəkisi 2,872 qram olan madə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabın üzərindəki CLASSİK markalı siqaret qutusunun içərisindən aşkar edilmiş 3 bükümdə ümumi çəkisi 0.22q olan narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2(iki) ədəd gümüşü kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,025 qram, 0,031 qram ümumi təmiz çəkisi 0,056 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminlər tərkiblərinə görə eynidirlər. Qeyd: Metamfetaminin təmiz çəkiləri 0,028 qram, 2,872 qram, 0.025 qram, 0,031 qram, tədqiqata sərf edildi- 0,01 qr, 0,1 qr, 0,01qr, qalıq çəki:0,018 qr, 2,772 qr, 0,015 qr, 0,021 qr. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2025-ci il tarixli 614 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-psixiatrik ekspertizasının 28 fevral 2025-ci il tarixli 138 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək itidarında olmuşdur. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicə tədbirlərə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmişdir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Ağdam RİHB-nin Quzanlı Köçkün qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2025-ci il tarixli 476 nömrəli arayış və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Quzanlı Köçkün qəsəbəsində 2/25 nömrəli mənzildə arvadı və bir azyaşlı övladı ilə birlikdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilən xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Ağdam RPŞ CAB-ın rəisi tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən avtomobili və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri haradan, necə əldə etməsini müəyyən etmək, avtomobilinə sərnişin qismində əyləşmiş şəxsdən almasına dair ifadəsində göstərdiyi həmin xüsusatın doğruluğunu təsdiq edəcək hansısa fakt müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli protokollar və əlavəsi olan CD disklərdən görünür ki, şəxsin istifadəsində olan mobil nömrə ilə aparılmış danışıq və sms mətnlərdə iş üzrə əhəmiyyət kəsb edəcək hal aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “ölüm haqqında” xx.xx.1997-ci il tarixli, İV-ЖГ497048 saylı şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X6 xx.xx.1994-cü ildə Ağdam rayonu Babanlar kəndində həlak olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan AZE 17802712 saylı şəxsiyyət vəsiqəsinin və 006731 saylı şəhid ailə üzvünün vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxsin anası Əliyev Hicran yaşar qızı şəhid ailəsinin üzvüdür. İş materiallarında olan və məhkəmədə araşdırılan ƏƏSMN Mİngəçevir şəhər şöbəsi tərəfindən verilən xx.xx.2017-ci il tarixli 004282 saylı vəsiqədən görünür ki, Əliyeva Hicran Yaşar qızı İİİ qrup əlildir. İş materiallarında olan və məhkəmədə araşdırılan 055310 saylı vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxsin qardaşı X7 İİİ qrup əlildir. İş materiallarında olan və məhkəmədə araşdırılan AA0724306 saylı şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemindən əldə edilən arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2019-cu il təvəllüdlü Əli Əliyev adlı azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, X3 aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu və hökmün təsviri hissəsində göstərilən sübutlarla tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs X7 ibtidai araşdırma və məhkəmə baxışı zamanı öz müdafiəsi üçün hər hansı dəlil gətirmədiyi və törətdiyi əməli səmimi etiraf etdiyi, eləcə də iş üzrə tədqiq edilmiş sübutlarla onun təqsiri, cinayətə aidiyyəti öz təsdiqini tapdığı üçün məhkəmə bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir və şəxsə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyini ilə bağlı müdafiə tərəfinin göstərdiyi məsələlərə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi sosial statusunu (şəhid ailəsi və məcburi köçkün olması) və ailə vəziyyətini (himayəsində 1 azyaşlı övladı) olması nəzərə alınmaqla X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək şəxsə azadlıqdan məhrumetməyə nisbətən yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin sosial statusu – şəhid ailəsi və məcburi köçkün olması ilə bağlı hazırki dövrə qədər istər iqtisadi istərsə də hüquqi cəhətdən kifayət qədər nəzərə alınmışdır və şəxsə təyin ediləcək cəzanın həddində də mütləq şəkildə qiymətləndiriləcəkdir. Lakin həmin statuslar şəxsə təqsiri sübuta yetirilmiş cinayət əməli üzrə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda ..... bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət işi materiallarından görünür ki, cinayət qanununda bilvasitə göstərilən və yuxarıda qeyd edilən halların heç biri hazırkı iş üzrə mövcud olmadığından şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi mümkün deyildir. Belə ki istər cinayətin məqsədi və motivi (hansısa məcburiyyət - baş vermiş gözlənilməz hadisə, psixi, yaxud emosional halın təsiri altında narkotik vasitə istifadə etməməsi), cinayət hadisəsi zamanı davranışı (istifadəni asanlaşdırma üçün öz deməsinə görə bütöv formada əldə etdiyi psixotrop maddəni üç yerə bölüb üzəri, avtomobili və yaşadığı evdə saxlaması) və bundan sonrakı davranışı (aşkar edilmiş psixotrop maddəni əvvəlcə tanımadığı şəxsdən pul müqabilində almasını, sonra isə tapmasını) bildirməsi təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan hal olmamasını göstərir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar olmamsını, təyin olunacaq cəzanın şəxsin islah olunması və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin məcburi köçkün, eləcə də atasının İ Qarabağ müharibəsi şəhidi olmasını, ailə vəziyyətini nəzərə alaraq hesab edir ki ona təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulan məqsədlərinə (xüsusi xəbərdaredici funskiyasına və şəxsin islah olunmasına) nail olunması mümkündür. Məhkəmənin hazırki iş üzrə şəxsə ən aşağı hədd cəza təyin edilməməsinin əsası isə cəzanın fərdiləşdirilməsi prinsipini əsas götürməsidir. Belə ki, aşkar edilən psixotrop maddənin növü və miqdarı, bükümlərin sayı və yeri (şəxsin üzərindən, avtonəqliyyat vasitəsindən və yaşadığı ünvandan götürülməsi) əməlin ictimai təhlükəliliyini artıran və buna görə ən aşağı hədd cəza təyinini istisna edən hallardır. Məhkəmə dövlətin adından qərar qəbul etdiyi üçün təqsirləndirilən şəxsin atasının dövlət qarşısında xidmətləri (Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmanlıqla şəhid olmasını), eləcə də ailə vəziyyəti - himayəsində 1 azyaşlı övladı olması anası və qardaşının əlilliyinin olmasını nəzərə alsa da törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi ona qeyd edilən maddənin sanksiyasından da aşağı həddə cəza təyin edilməsini və ya digər yüngül cəza növü təyin edilməsini, yaxud təyin edilmiş cəzanın şərti tətbiq edilməsini istisna edir. Nəzərdən qaçırılmamalıdır ki, əks hal eynixarakterli cinayət törətmiş şəxslər və digərləri tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törədilmiş ağır cinayətlərə görə yüngül cəzaya məruz qalacağı barədə əsassız və yanlış mülahizələrin yaranması ilə nəticələnə bilər. Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, məcburi köçkün, atasının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmasını, törətdiyi əməldən səmimi peşmanlıq çəkməsini, ailə üzvlərinin sağlamlıq imkanı məhdud şəxslər -əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdar əldə etmə, saxlama....daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Göstərilənlər məhkəmədə törətdiyi əmələ görə nəzərdə tutulan cəzanın aşağı həddinə yaxın cəza təyin edilməklə təqsirləndirilən şəxsin islah olacağı qənaətinə gəlməsinə əsas olmuş, şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinə baxmayaraq davranışı ilə islah olacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş....ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdəsaxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı ev dustaqlığında olduğu müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və O ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,018 qr, 2,772 qr, 0,015 qr, 0,021 qr psixotrop maddə olan metamfetaminlər məhv edilməli, əməliyyataxtarış tədbirlərinin qeydə alındığı 2 ədəd, baxış və götürmə eləcə də dindirmə istintaq hərəkətinin videogörüntüləri olan 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk olmaqla ümumilikdə 6 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 60,80 (altmış manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) üç il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Ağdam rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,018 qr, 2,772 qr, 0,015 qr, 0,021 qr psixotrop maddə olan metamfetaminlər məhv edilsin, əməliyyat-axtarış tədbirlərinin qeydə alındığı 2 ədəd, baxış və götürmə eləcə də dindirmə istintaq hərəkətinin videogörüntüləri olan 2 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk olmaqla ümumilikdə 6 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-442/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-442/2025
24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver