Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-444/2022 30.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X15 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 2 yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 3,030 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı evin zirzəmisində masanın üzərindəki dəmir qutunun içərisində saxlamış, 20 iyun 2022-ci il tarixdə saat 08 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilən zaman yaşadığı evin zirzəmisində yerləşən masanın üzərindəki dəmir qutunun içərisindən 01(bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,030 qram çəkidə kustar üsulu ilə hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ildən narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmiş, həmçinin bəzi hallarda narkotik vasitənin tiryək növündən də istifadə etmişdir. O, bir neçə dəfə müalicə olmuş, bir müddət istifadə etməmiş, amma son vaxtlar yenə də istifadə etmişdir. Təxminən 6-7 ay bundan əvvəl yaşadığı küçədə iki bükülü tapmış, həmin bükülünü açanda içərisində heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitədən bir az istifadə etmiş, qalanını da öz istifadəsi üçün yaşadığı evin zirzəmisində gizlətmişdir. 20 iyun 2022-ci il tarixdə səhər saat 08 radələrində yaşadığı evdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər onun yaşadığı evə gəlmiş, yaşadığı evdə və üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, onun iştirakı ilə yaşadığı evə baxış keçirilərkən, evin zirzəmisində özünün istifadəsi üçün gizlətdiyi bir bükümdə olan heroini təqdim etmişdir. Həmin bükülü aptek tərəzisində onun iştirakı ilə çəkilmiş və çəkisi 3,18 qram olmuşdur. Onun iştirakı ilə həmin bükülü zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra onu Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Orada müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirmiş, heç bir narkotik vasitə və qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Yaşadığı evin zirzəmisində aşkar edilmiş bir bükümdə narkotik vasitə olan heroin ona məxsus olmuş, həmin narkotiki o, özünün istifadəsi üçün saxlamış, həmin narkotik vasitələrdən heç kəsə satmamış, heç kəsə pay verməmiş, heç kəslə də birlikdə istifadə etməmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmiş, gizlin qəbul etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq evində və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra o, X5, Şahid2, Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs ilk olaraq yaşadığı ünvan 3 ünvanına gəlmiş, sonuncuya yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmiş, bu barədə rəsmi ərizə vermişdir. Daha sonra onlar evin həyətinə daxil olmuş, X16 Kərimovdan yaşadığı evdə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya saxlayıb-saxlamadığını, əgər saxlayırsa da təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs da yaşadığı evin zirzəmisində narkotik vasitə saxladığını, özü üçün istifadə etdiyini və göstərə biləcəyini deyərək evin zirzəmisinə getmiş, zirzəminin sağ tərəfindən masanın yanına gedib masanın üzərindəki dəmir qutunun içərisində olan dəmir qənd qabının içərisində bükülü çıxarıb bükülünün içərisində «kakos» kimi tanıdığı narkotik vasitə olan heroinin olmasını bildirmiş və həmin bükülünü təqdim etmişdir. Onlar tərəfindən həmin bükülü açılaraq bükülüyə baxış keçirilmiş bükülünün içərisində qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotk vasitə olan heroinə oxşar kütlənin olması məlum olmuşdur. Həmin bükülü aptek tərəzisində çəkilmiş, çəkisinin 3,18 qram olması məlum olmuşdur. Həmin bükülü təhqiqatçı Fərid Hüseynov tərəfindən bir zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmış və möhürlənib götürülmüşdür. Bundan sonra tərəflərindən zirzəminin həmin otağına, digər otağa baxış keçirilmiş, hər hansı bir digər narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, işprotokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs t aşkar edilmiş kütlə ilə birlikdə Bərdə rayon PŞ-nə gətirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, özünün istəyi ilə müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili X11 ilə təmin edilmişdir. Onlar, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, şəxsi axtarış keçirilərkən üzərindən hər hansı digər narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, özünün istifadəsi üçün saxladığını, bir müddət əvvəl tapmasını, əvvəllər heç kəsə həmin narotik vasitədən satmamasını və ya pay verməməsini bildirmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs kimlərəsə narkotik vasitə satması, yaxud da pay verməsi, eləcə də həmin narkotik vasitəni dəqiq haradan əldə etməsi müəyyən olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4, Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, ifadəsində göstərmişdir ki, 1999-cu ildə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, rəsmi nigahlarından iki övladı olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etmişdir. Ədalət narkotik vasitədən istifadə etdiyi üçün bir neçə dəfə müalicə almış, son vaxtlar bir az normallaşmışdır. 20 iyun 2022-ci il tarixdə səhər saatlarında o, evdə olarkən Ədalətlə birlikdə bir neçə nəfər yarı mülki, yarı da polis geyimində şəxslərin həyətə daxil olduqlarını görüb, çölə çıxmamışdır. Həmin vaxt oğlu Şamxal arxa otaqda yatmışdır. O, çəkilişlə Ədalətin danışdırıldığını görsə də nə dediklərini eşitməmişdir. Bir neçə dəqiqədən sonra polislərin Ədalətlə birlikdə evin zirzəmisinə, Ədalətin qaldığı yerə getdiklərini, az sonra isə onların çölə çıxdıqlarını, həyətə baxdıqlarını görmüşdür. Polislər onlar qalan otaqlara baxmadan getmişlər. Sonradan o, polislərin Ədaləti narkotikə görə tutduqlarını bilmişdir. Sonra Ədalət türmədən onlarla danışanda bildirmişdir ki, özünün istifadəsi üçün əvvəl tapdığı və saxladığı kiçik bir bükülüdə narkotik vasitə aşkar edilmiş, zirzəmidə gizlətdiyi və özünün istifadəsi üçün saxladığı narkotiki Ədalət özü polislərə təqdim etmişdir. O və oğlu Şamxal aşkar edilmiş narkotiki görməmişlər, onların Ədalətin həmin narkotiki, harada, necə saxlamasından xəbərləri olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdəşübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs İqilab oğlunun, şəxsi axtarış keçirilərkən Bərdə rayon Vəkil bürosunun vəkili X7 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroini yerdən tapıb öz istifadəsi üçün saxlamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixdə «Evə baxış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş, evin zirzəmi hissəsində özünün istifadəsi üçün narkotik vasitə saxlamasını demiş, zirzəmidə sağ tərəfdə masanın üzərində olan dəmir qutunun içərisində bir ədəd nisbətən iri ölçülü sellofan bükümün olması məlum olmuş, həmin ölçülü kütlə sellofan bükümlə birlikdə aptek tərəzisində çəkilmiş, çəkisinin 3,18 qram olması məlum olmuşdur. Bundan sonra həmin kütlə sellofan bükümlə birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, üzərində iştirakçılar tərəfindən imza edilmiş və DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra zirzəminin digər hissələrinə baxış keçirilmiş, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi haqqında DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirir. Bundan sonra evin darvazasından evin həyətinə daxil olunur, evin iri kürsülü ev olması məlum olur. Evin həyətində Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla döıvriyyəsi qadağan olunmuş əşyanın olubolmadığı soruşulur, əgər varsa da təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs bildirir ki, evin zirzəmi hissəsində özünün istifadəsi üçün narkotik vasitə saxlamasını deyib evin zirzəmi hissəsinə gəlir, zirzəmidə sağ tərəfdə masanın üzərində olan dəmir qutunun içərisində dəmir qənd qabını çıxarıb həmin qənd qabının içərisində narkotik vasitə olan «kakos» kimi adlandrdığı narkotik vasitənin olmasını deyir. Həmin qənd qabının içərisindəki bükülüyə baxış keçiriələrkən bir ədəd nisbətən iri ölçülü sellofan bükümün olması məlum olmuşdur. Həmin bükülü açılır, içərisinə baxış keçirilərkən büülünün içərisində qəhvəyi rəngli kütlənin olması məlum olmuşdur, Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki kütlənin narkotik vasitə olan heroin olmasını, özünün istifadəsi üçün saxlamağını bildirir, nisbətən iri ölçülü kütlə sellofan bükümlə birlikdə aptek tərəzisində çəkilir, çəkisinin 3,18 qram olması məlum olmuşdur. Bundan sonra həmin kütlə sellofan bükümlə birlikdə bir ədəd zərfə qoyularaq qablaşdırılır, üzərində iştirakçılar tərəfindən imza edilir və DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülür. Bundan sonra zirzəminin digər hissələrinə, digər olacağa baxış keçirilir, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən görünür ki, bir ədəd diskdə bir ədəd 20220620-085559 rəqəmləri yazılmış fayl vardır, faylı açdıqda bir ədəd video görüntünün olması məlum olmuşdur, həmin videogörüntüdəki videoçəkiliş 20 iyun 2022-ci il tarixdə çəkilmişdir, videoçəkiliş 04 dəqiqə, 35 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Fərid Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən narkotik vasitə təqdim etməsi, bundan sonra Bərdə rayon PŞ-nə gətirilərək şübhəli şəxs qismində tutulması, hazırda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarış keçirilməsində Təqsirləndirilən şəxs hüquqlarını vəkili Xanım İsayevanın müdafiə etməsi, şəxsi axtarış keçirmədə iştirak edən şəxslər elan edilir. Bundan sonra təhqiqatçı Fərid Hüseynov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin elan olunmasını bildirib ona Bildiriş təqdim edir, üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulur, əgər varsa da təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs da üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olmadığını bildirir, iştirakçılardan Şahid4 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməsi təklif olunur, Şahid4 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparır, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlənin nə olması soruşulur, Təqsirləndirilən şəxs həmin kütlənin «kakos» olmasını, özünün istifadə üçün saxlamasını. xeyli müddət əvvəl tapmasını bildirir. Daha sonra Təqsirləndirilən şəxs və iştirakçılara şəxsi axtarış keçirmə ilə bağlı etirazlarının olub-olmadığı soruşulur, iştirakçılar hər hansı bir etirazlarının olmadığını bildirlər, bununla da şəxsi axtarış keçirmənin başa çatması elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 20 iyun 2022-ci il tarixli, 16/688 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs:Təqsirləndirilən şəxs..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi-3,030 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasııııının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısının İ bəndinə daxildir. Heroinin təmiz çəkisi -3,030 qram, tədqiqata sərf edilmişdir 0,2 qram, qalıq-2,830 qram olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X6 16 sentyabr 2022-ci il tarixli, 1382 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 20 iyun 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı evin zirzəmisində 3,030 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilmiş Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi istiqamətində müvafiq əməliyyat tədbirləri keçirilsə də narkotik vasitələrin əldə olunma mənbəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş müvafiq tədbirlər zamanı Təqsirləndirilən şəxs kimlərəsə də narkotik vasitə satması, yaxud da pay verməsi barədə hər hansı bir məlumat əldə edilməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün saxlaması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Bərdə rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hisəssindən vaxtından əvvəl azad olumuşdur, Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 08 (səkkiz) ay məddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hisəssindən vaxtından əvvəl azad olumuşdur, Bərdə rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş hisəssindən vaxtından əvvəl azad olumuşdur, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01(bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01(bir) il, 11 (on bir) ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası X20 xx.xx.2022-ci il tarixli, 1590 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 oğu tərəfindən qəbul edilmiş 20 iyun 2022-ci il tarixli Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,030 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 2,830 qram qalmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Beləliklə, təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni ümumilikdə təmiz çəkisi 3,030 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı evin zirzəmisində masanın üzərindəki dəmir qutunun içərisində saxlaması, 20 iyun 2022-ci il tarixdə saat 08 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin zirzəmisinə baxış keçirilən zaman yaşadığı evin zirzəmisində yerləşən masanın üzərindəki dəmir qutunun içərisindən 1(bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,030 qram çəkidə kustar üsulu ilə hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 02 qram göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlaraəsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmədə təqsirləndirilən şəxs X3 törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs əvvələr məhkum olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş sayılsa da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivini yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 20 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İşüzrə maddi sübut Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,030 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 2,830 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Barədə rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəüzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşüzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İşüzrə maddi sübut Barədə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş təmiz çəkisi 3,030 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 2,830 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Bərdə rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəüzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-444/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-444/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver