Məhkəmə qərarları › İş №1(100)-444/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-444/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-444/2023 22.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2008-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təxminən 7-8 ay əvvəl, istintaqa məlum olmayan tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ilə onun ailəsi arasında yaranmış münaqişəyə görə 2023cü ilin 25-26 mart tarixlərində “Tik-tok” sosial şəbəkəsində olan şəxsi istifadəsindəki profilindən qarşılıqlı olaraq bir-birlərinə nalayiq ifadələr işlətmələri ilə əlaqədar Zərərçəkmiş şəxs dəvəti ilə görüşüb məsələyə aydınlıq gətirmələri məqsədilə 31 mart 2023-cü il tarixdə Bakı şəhərindən Şəmkir rayonuna gəlmiş, həmin gün saat 19 radələrində Şəmkir rayonu, Kür qəsəbəsinin girişində yerləşən “Üç yol” adlanan ərazidə Zərərçəkmiş şəxsla görüşüb bir neçə gün əvvəl ona nalayiq ifadələr işlətməsinə iradını bildirərkən, aralarında olan sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla bir neçə dəfə qəsdən vuraraq Təqsirləndirilən şəxs sol gözaltı nahiyəsinin və boyunun ön səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və həmin vaxt hadisə yerində olan Zərərçəkmiş şəxs tanışları Şahid5, Şahid7 və Şahid4 onları aralamış, bundan sonra Zərərçəkmiş şəxs münasibətlərini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs Şəmkir rayonu, Keçili kəndinin ərazisindən keçən Şəmkir çayın yaxınlığına dəvət etmiş və həmin tarixdə saat 20 radələrində o, yeznələri Şahid1 və Şahid2 ilə birlikdə qeyd olunan əraziyə getdikdə Zərərçəkmiş şəxs tanışları Şahid5 və Şahid4 ilə birlikdə onu gözlədiklərini görmüş, mübahisəni davam etdirən Zərərçəkmiş şəxs onun üzərinə gələrək “Üç yol” adlanan ərazidə barəsində işlətdiyi nalayiq ifadələri təkrar edə bilib-bilməyəcəyini soruşmuş, o da Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman Zərərçəkmiş şəxs onu itələyərək yerə yıxmış və üzərinə gəlib onu yumruqla vurmaq istəyərkən o, ayağa qalxaraq əynində olan şalvarının arxa sağ cibində gəzdirdiyi qara rəngli, düymə ilə açılıb-qatlanan, istintaqla müəyyən olunmayan bıçaqla qəsdən bir dəfə Zərərçəkmiş şəxs vuraraq döş qəfəsinin sol arxa-yan səthinin arxa qoltuqaltı xətt üzrə İX qabırğa səviyyəsindən döş boşluğuna keçən, hemopnevmatoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş ağır dərəcəli xəsarət yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, təxminən 7-8 ay əvvəl Zərərçəkmiş şəxsla onun anası Könül arasında sevgi münasibətlərinin olduğunu bilmiş, anasını iki dəfə ayrı-ayrı vaxtlarda Natiq ilə telefonla danışanda görmüş və sonuncular arasında olan sevgi mesajlarını telefonda aşkar etmişdir. Natiqin ailə üzvləri məsələni bildikdən sonra ailələr arasında münaqişə yaranmış, atası Qanuni nümayəndə Zərərçəkmiş şəxs və sonuncunun ailə üzvləri ilə söhbət edib həmin məsələni ailələr arasında bağlamışlar. Daha sonra o, atası Əli və anası Könüllə birlikdə Bakı şəhərinə köçmüşdür. O, müxtəlif vaxtlarda Şəmkir rayonu, Keçili kəndində yerləşən evlərinə gəlib getsə də Natiqi görməmişdir. Təxminən 25-26 mart 2023-cü il tarixdə “Tik- Tok” sosial şəbəkəsində özünə məxsus “şəmkir 5757” adlı səhifədə olan zaman Zərərçəkmiş şəxs özünə məxsus dəqiq xatırlamadığı “Bədəlov” adlı səhifə ilə canlı yayım açdığını və canlı yayıma daxil olduqda Natiqin dostları ilə özləri üçün söhbət etdiklərini görmüşdür. Natiq canlı yayımına qoşulduğunu görərək onun ünvanına “bu q**bə nə gəzir burda” demiş, o da Natiqə mesaj yazaraq niyə belə hərəkət etdiyini soruşmuşdur. Natiq isə ona canlıda “yaxşı edirəm” deyə bildirmiş, o isə Natiqə cavabında “soxum sənin yaşayışına” yazaraq sonuncunun canlı yayımından çıxmışdır. Natiq həmin gün istifadəsində olan ***-***-**-** mobil nömrə ilə ona məxsus ***-***-**-** mobil nömrəyə zəng edib telefonda “o nə sözdür deyirsən” demiş, o, Natiqə “sən nə hərəkətdir edirsən, mənə canlıda söyüş söyürsən” demiş, Natiq ona “siz kəndə gəlməyin, sizi bıçaqlayacam” demiş, o isə Natiqə “gələcəm görərik kim kimi bıçaqlayır, gələndə söhbət edərik” deyib telefonu söndürmüşdür. Daha sonra Natiq ona müxtəlif vaxtlarda “WhatsApp” mobil tətbiqində “gəl, sənin yolunu səbirsizliklə gözləyirəm, sənin başına ifrazat axıdacam” məzmunlu mesajlar yazmış, o da Natiqə səs ataraq gələndə onunla ürəyi nə cür istəsə söhbət edəcəyini bildirmişdir. 31 mart 2023-cü il tarixdə Natiq atasının telefon nömrəsinə zəng etmiş, o da atasının telefonda Natiqə “gələndə səninlə söhbət edəcəm” dediyini eşitmişdir. Bundan sonra o, xiyar almaq üçün Şəmkir rayonuna getmiş, yola çıxan zaman əvvəllər daimi əlaqəsi olduğu Natiqin dostu Tural ona zəng edib danışmış, Şəmkir rayonuna çatanda Kür qəsəbəsinə gedən yolda “Üç yol” adlanan ərazidə görüşüb birlikdə evə getmələrini təklif etdikdə o, Turalla razılaşıb zəng edəcəyini bildirmişdir. Tural Natiqlə onun arasında olan söhbəti bildiyi üçün onunla maraqlanmışdır. Daha sonra Natiq ona zəng edərək harada olduğunu soruşmuş, o da yolda olduğunu demişdir. Təxminən saat 19 radələrində Şəmkir rayonu, Kür qəsəbəsinə gedən yerə “Üç yol” adlanan əraziyə çatdıqda Natiq, İlqar və Ayxanın sonuncuya məxsus avtomobilin içərisində oturduqlarını, Turalın isə həmin yerdə yanacaqdoldurma məntəqəsində işlədiyi üçün orada olduğunu görmüşdür. O, avtobusdan düşəndə Natiq, İlqar və Ayxan ona doğru gəlmişlər. Yaxınlaşan kimi Natiq onu yumruqla sifət nahiyəsindən və burnundan vurmuş, o da yerə yıxılmışdır. Yerdə olan zaman Natiq yumruqla təkrar onun sifətinə bir dəfə, təpiklə bədən nahiyəsindən də bir dəfə vurmuş, Ayxan və İlqar da bunu görüb onları ayırmışlar. Natiq ondan ayrıldıqdan sonra Tural həmin yerə gəlmiş və onun yanında qalmış, İlqarla Ayxan isə Natiqi avtomobilə məcburi mindirən zaman sonuncu ona qışqıraraq “səni Şəmkirin içində, Keçili kəndində gözləyirəm” demiş, o isə Natiqə “sənin var yoxunu... deyib nalayiq ifadə işlədərək gələcəyini bildirmişdir. Daha sonra o, yeznələri Nicata zəng edərək “Üç yol” adlanan yerdə olduğunu və gəlib onu götürməsini bildirmişdir. Təxminən 20-25 dəqiqə sonra Nicat digər yeznələri Davudla birlikdə onun yanına gəlmişdir. Nicat onun üzünün qan içində olduğunu və burnundan qan gəldiyini görüb nə baş verdiyini soruşduqda o, sonuncuya olanları danışıb Natiqin onu vurduğunu bildirmişdir. Onlar Nicatın avtomobili ilə evə gedən zaman Natiq ona telefonla zəng edərək harada qaldığını soruşmuş, o isə Natiqə “gözlə gəlirəm” demiş, Nicat da ona “gedək onu başa salım, görüm, özündən balacanı niyə döyüb” bildirmişdir. Onlar birlikdə Şəmkir rayonu, Keçili kəndinə Şəmkir çayının yaxınlığına çatanda Natiq, İlqar və Ayxanın avtomobillə həmin yerdə gözlədiklərini görmüşlər. Həmin vaxt Nicat Natiqə “niyə özündən zəifə əl qaldırmısan, uşağı vurduğun kimi məni də vur görüm nətər vurursan” demiş, Natiq isə “yaxşı eləmişəm” deyərək Nicatla aqressiv danışmış, Nicat da həmin vaxt bir dəfə Natiqi yumruqla vurmuşdur. Natiq və Nicat bir-birin yaxasından tutub dartmağa başlamış, bunu görən İlqar, Ayxan və Davud onları ayırmağa çalışmışlar. Natiq həmin vaxt onun üzərinə gəlmiş, yaxa nahiyəsindən tutaraq “Üç yolda” dediklərini demiş, o da sonuncunun ünvanına təkrar var yox söyüşü söymüşdür. Bu zaman Natiq onu arxaya doğru itələmiş və o, yerə yıxılmışdır. Daha sonra Natiq üzərinə doğru gedib onu vurmaq istəmiş, o da yerdən ayağa qalxan zaman arxa sağ cibində olan qara rəngli “knopka” ilə açılan bıçağı çıxarıb açaraq Natiqə bir dəfə sol yan nahiyəsindən vurmuş və bir-birindən uzaqlaşmışlar. Zərbədən sonra Natiq qışqıraraq bıçaqla vurulduğunu deyib İlqardan onu xəstəxanaya aparmasını istəmişdir. Natiq, İlqar və Ayxan sonuncunun avtomobili ilə oradan uzaqlaşmışlar. O isə yeznələri il birlikdə digər avtomobil ilə Natiqə nə olduğunu öyrənmək üçün ardı ilə getmişdir. Şəmkir rayonu, Keçili kəndinə gedən yolda “Qozlar” adlanan ərazidə Natiqi avtomobildən düşürüb təcili tibbi yardım avtomobilinə mindirdiklərini gördükdən sonra sonuncuların ardı ilə getməmişlər. X7 yaşadığı evə düşürdükdən sonra yolda Mahir adlı həmkəndlisinin evinin qarşısında subartezian quyusunun yanında bulaqda əl üzünü yumuş, bıçağı da həmin yerə atıb ilk əvvəl Nicatın yaşadığı evə, oradan isə sonuncunun nənəsi Zərifəgilin evinə getmişlər. Orada olan zaman polislərin onları axtardığını öyrənib Şəmkir rayonu, Kür polis bölməsinin əməkdaşları ilə əlaqə saxlayaraq sonuncularla “Üç yol adlanan ərazidə görüşmüş və polis əməkdaşları onları Şəmkir rayon polis şöbəsinə aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs yalnız bir dəfə sol qarın nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirmiş, həmin bıçağı da Bakı şəhərində tanımadığı şəxsdən almış və hadisədən sonra bıçağı Keçili kəndində Mahir adlı şəxsin həyətyanı sahəsinə tullamışdır. Hadisə vaxtı Natiq ona yumruqla bir neçə dəfə sifət nahiyəsindən və təpiklə bədən nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətdiyi və onu döydüyü üçün o, bıçaqla sonuncuya xəsarət yetirmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirmiş və zərərçəkmiş şəxslə barışmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdaki mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər onunla Təqsirləndirilən şəxs arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin yay aylarında kənd arasında Teymurun anası Könül ilə guya onun münasibəti olması barədə söz-söhbət yayılmış, Teymurun atası Qanuni nümayəndə ona zəng edib söhbət etmək üçün evlərinə dəvət etmiş, o həmin evdə olan vaxt Əliyə söz-söhbətin yalan olduğunu və Könüllə aralarında sevgi münasibətinin olmadığını demişdir. Həmin vaxtdan o, Teymur və sonuncunun ailə üzviləri ilə küsülü olmuşdur. Təxminən 25-26 mart 2023-cü il tarixdə “Tik- Tok” sosial şəbəkəsində özünə məxsus “bədəlov” adlı profil ilə canlı yayım açıb dostu ilə söhbət edən zaman Teymur onun canlı yayımına daxil olub ünvanına “sənin yaşayışını.....” deyərək nalayiq ifadə işlədib onu təhqir etmişdir. O, həmin vaxt Teymura cavab verməmiş və sonuncuya məxsus profili blok etmişdir. Teymur isə həmin gün axşam ona məxsus telefona zəng edərək nəyə görə profilini blok etdiyini deyib “sən kimsən” və s. digər ifadələr işlədib onu bir daha təhqir etmişdir. O, həmin günün sabahı Teymurun atası Qanuni nümayəndə zəng edərək oğlunun onun ünvanına nalayiq ifadələr işlətməsini bildirmiş, sonuncu isə ona hər ikisinin uşaq olduğunu deyərək problem yaratmamağı demişdir. 31 mart 2023-cü il tarixdə saat 18 radələrində dostları Ayxan və İlqar ilə Şəmkir rayonu, Keçili kəndi ərazisində görüşüb birlikdə idmana getmişlər. Ayxanın idarə etdiyi avtomobillə yolda gedən zaman tanışı Tural Zamanov ona zəng edərək Teymurun Şəmkir rayonuna gəldiyini və Kür qəsəbəsinə gedən yolda olan “Üç yol” adlı əraziyə çatmaq üzrə olduğunu deyib birlikdə söhbət edərək problemi həll etməyi təklif etmişdir. O da sonuncu ilə razılaşıb Ayxangilə Teymurun Bakı şəhərindən gəldiyini və “Tik-Tok” sosial şəbəkəsində canlı yayımda onun ünvanına nalayiq ifadə işlətdiyi üçün sonuncu ilə üç-beş dəqiqə söhbət edib səhv etdiyini izah etmək istədiyini demişdir. Dostları onunla razılaşdıqdan sonra onlar birlikdə Ayxanın idarə etdiyi avtomobillə Şəmkir rayonu, Kür qəsəbəsinə gedən yolda yerləşən “Üç yol” adlanan ərazidə yerləşən “777” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığına getmişlər. Həmin yerdə bir qədər gözlədikdən sonra Teymur avtobusla gəlmişdir. Avtobusdan düşən kimi o, Teymura yaxınlaşıb “gəl keçək kənara bura kameranın altıdır” demiş və sonuncu ilə söhbət edərək Turalın işlədiyi yanacaqdoldurma məntəqəsinin arxasındaki boş əraziyə doğru getmişlər. O, Teymura “niyə mənə söyüş söyürsən axı mən sənə ilişmirəm” deyəndə sonuncu yaxşı etdiyini bildirmişdir. O da sillə ilə Teymuru bir dəfə sifət nahiyəsindən vurmuş, daha sonra onlar bir-birinin bədənin müxtəlif hissəsindən tutub dartmağa başlamışlar. Bunu görən Ayxan, İlqar və Tural onları ayırmışlar. Onları ayırdıqdan sonra Ayxan və İlqar onu avtomobilə mindirmiş, Teymur isə həmin vaxt onun arxası ilə nalayiq ifadələr işlədib söyərək təhqir edib bunun qarşılığını verəcəyini və başına oyun açacağını demişdir. O isə Teymura “kimə istəyirsən de, kimi istəyirsən gətir” deyib Keçili kəndində çayın kənarında sonuncunu gözləyəcəyini bildirmişdir. Daha sonra o, dostları ilə oradan uzaqlaşaraq Şəmkir rayonu, Keçili kəndi ərazisinə gedib kəndin yaxınlığında çayın kənarından keçən torpaq yolda Teymurgilin gəlməsini gözləmişlər. Bir qədər sonra Teymur həmin yerə yeznələri Davud və Nicatla birlikdə sonuncuya məxsus avtomobillə gəlmişdir. Nicat çatan kimi onu bir dəfə yumruqla alın nahiyəsindən vurmuş, o da qarşılığında Nicata yumruqla zərbə endirmiş, bunu görən İlqar, Ayxan və Davud onları ayırmışlar. Sonuncular Nicatı kənara çəkən zaman o, anidən arxa tərəfdən sol aşağı kürək nahiyəsində ağrı hiss etmiş, geri çöndükdə isə Teymurun onu vurduğunu görərək sonuncuya bir dəfə sillə ilə vurmuşdur. O, Ayxanın avtomobilinin yanına qaçaraq avtomobilə söykənmiş, təxminən iki-üç dəqiqə keçdikdən sonra yan nahiyəsində istilik hiss etmiş, əlini vurduqda qan axdığını görərək Teymurun onu bıçaqladığını başa düşmüşdür. O, İlqara qışqıraraq “Ay İlqar məni bıçaqlayıb gəl məni xəstəxanaya apar” demişdir. Daha sonra Ayxanla İlqar xəstəxanaya aparmaq üçün onu avtomobilə əyləşdirmiş, Şəmkir rayonu, Keçili kəndinə gedən yolda “Qozlar” adlanan ərazidə təcili tibbi yardım avtomobilinin gəldiyini görüb onu təcili tibbi yardım avtomobilinə mindirərək Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Teymur onu yalnız bir dəfə bıçaqla vurmuş, sonuncu ilə aralarında olan mübahisəyə səbəb isə sosial şəbəkədə bir-birinin ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Rasim oğlu, Şahid5 və Şahid7 Rəhim oğlu Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, sonuncu onunla qonşuluqda yaşamış və ailələri arasında təxminən iki il olar ki heç bir münasibət olmamışdır. Natiq onun arvadı Könülə mesaj yazaraq tanışlıq qurmağa çalışdığı üçün sonuncu ilə aralarında münaqişə yaranmış, öz aralarında söhbət edərək Natiqə səhvini başa salmış, sonuncu da ondan üzr istəmiş və söhbəti bağlamışlar. Təxminən 2022-ci ilin oktyabr ayından Bakı şəhərində yaşamışlar. Natiq 31 mart 2023-cü il tarixdə ona zəng edərək oğlu Teymurun “Tik-Tok” sosial şəbəkəsində mesajlar yazaraq onu söydüyünü bildirmişdir. O da Natiqə ayıb olduğunu deyərək söhbəti qurtarmağı demişdir. Həmin vaxt oğlu Teymur da onun yanında olmuş və sonuncu ondan məsələni maraqlandıqda o, oğluna aid bir şey olmadığını bildirmişdir. Həmin gün Teymur təxminən saat 14-15 radələrində ona zəng edib Şəmkir rayonu, Keçili kəndinə evlərinə getdiyini demiş, o da Teymurdan kəndə nəyə görə getdiyini soruşduqda oğlu işi olduğunu və sabahısı gün qayıdacağını bildirmişdir. Teymur yolda olan zaman o, kürəkəni Nicat ilə telefonla əlaqə saxlayıb Teymurun qarşısına çıxmasını istəmişdir. Təxminən saat 20 radələrində Nicat telefonla zəng edib ona “Teymur bizi yazıq elədi” demişdir. O, Nicatdan nə baş verdiyini soruşanda sonuncu Teymurla Natiqin dalaşdığını, Natiqin Teymuru döydüyünü, daha sonra isə Teymurun Natiqi bıçaqla vurduğunu bildirmişdir. O bu xəbəri eşidən kimi dərhal Şəmkir rayonuna getmişdir. Şəmkirdə olarkən qayınanası Mahizər ona Teymur ilə Natiqin arasında “Tik-Tok” sosial şəbəkəsində bir-birilərinə söydüklərinə görə münaqişə yarandığını, “Üç yol” adlanan ərazidə Natiqin Teymuru döydüyünü, Ayxan, İlqar və Turalın onları ayırdığını, Natiqin daha sonra Teymuru Şəmkir çayının yaxınlığına çağırdığını, Nicat, Davud və Teymurun birlikdə həmin yerə getdiyini, Natiqlə Nicatın mübahisə etdiyini, Nicatın Natiqi yumruqla vurduğunu, Natiqin də Nicatı vurduğunu, həmin vaxt Teymurun da Natiqi bıçaqla bir dəfə vurduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Qanuni nümayəndə ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynı, Zərərçəkmiş şəxs isə həmkəndlisi olmuşdur. Onun Natiqlə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. 31 mart 2023-cü il tarixdə təxminən saat 18-19 radələrində Teymur ona zəng edərək hazırda Gəncə şəhərində olduğunu və Şəmkir rayonuna gəldiyini deyib qarşısına çıxmasını istəmişdir. O da bacanağı Davud ilə birlikdə özünə məxsus avtomobil ilə Şəmkir rayonu, Kür qəsəbəsinə gedən yolda “Üç yol” adlanan yerə getmişdir. O, Teymur ilə görüşən zaman sonuncunun üst-baş nahiyəsinin qan içində, əynində olan gödəkçənin isə cırılmış halda olduğunu görüb nə baş verdiyini soruşduqda Teymur ona həmkəndliləri Natiqin, İlqar, Ayxan və Turalın onu qarşıladıqları və Natiqin onu döydüyünü demişdir. O, Teymura niyə Natiqin özündən balaca adamı vurduğunu deyəndə Teymur Natiqin onu söhbət etmək üçün Şəmkir rayonu, Keçili kəndinin içərisində çayın yaxınlığına çağırdığını bildirmişdir. O, Teymura Nicatı özündən balaca birini döyməməyi barədə başa salacağını deyib sonuncularla birlikdə özünə məxsus avtomobillə Keçili kəndinə Şəmkir çayının yaxınlığına getmişlər. Onlar çatan zaman Natiq, İlqar və Ayxanın avtomobillə həmin yerdə gözlədiklərini görmüşlər. O, Natiqə “niyə özündən zəifə əl qaldırmısan, uşağı vurduğun kimi məni də vur görüm nətər vurursan” deyəndə Natiq yaxşı etdiyini bildirib aqressiv danışaraq ona “nə edəcəksən” demişdir. O, həmin vaxt bir dəfə Natiqi yumruqla vurmuş, daha sonra Natiq və o bir-birinin yaxasından tutaraq dartışmağa başlamışlar. Bu vaxt orada olan İlqar, Ayxan və Davud onları ayırmış, İlqarla Ayxan da onu kənara çəkmişlər. O həmin vaxt Natiqin Teymurun üzərinə getdiyini və sonuncunun yaxasından tutaraq arxaya doğru itələdiyini, Teymurun isə büdrəyərək yıxıldığını görmüşdür. Teymur yerdən qalxıb Natiqə yaxınlaşanda sonuncular təkrar süpürləşməyə başlamışlar. Daha sonra o, Natiqin Teymurdan uzaqlaşdığını və Teymurun kənara çəkildiyini, Natiqin isə arxaya doğru gedərək qışqırıb “bıçaq vurdular, bıçaq vurdular” dediyini eşitmişdir. Natiq İlqara qışqıraraq “Ay İlqar gəl məni xəstəxanaya apar” demişdir. O, Teymura yaxınlaşıb nə etdiyini soruşduqda sonuncu Natiqi bıçaqla vurduğunu bildirmişdir. O, həmin vaxt Teymura bir dəfə sillə vurub niyə belə etdiyini soruşmuşdur. Elə həmin vaxtı Natiqgil avtomobilə minib getdikləri üçün onlar da özünə məxsus avtomobilə minərək nə baş verdiyini öyrənmək üçün Natiqin ardı ilə getmişlər. Keçili kəndinə gedən yolda “Qozlar” adlanan ərazidə Natiqi avtomobildən düşürüb təcili tibbi yardım avtomobilinə mindirdiklərini görüb onlar öz evlərinə getmişlər. Davudu öz yaşadığı evə düşürdükdən sonra o, qayınatası Əliyə zəng edib Teymurun Natiqi bıçaqla vurduğunu demişdir. Şəmkir rayonu, Könüllü kəndində nənəsi Zərifənin evində olan zaman polislərin onları axtardığını öyrənib Şəmkir rayonu Kür polis bölməsinin əməkdaşları ilə əlaqə saxlayıb görüşərək Şəmkir rayon polis şöbəsinə getmişlər. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Teymur Natiqi bir dəfə bıçaqla vurmuş, Natiq də bir neçə dəfə sonuncunu yumruqla bədən və baş nahiyəsindən vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Alıyev X2 Nicat Afiq oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 356 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol arxa-yan səthinin arxa qoltuqaltı xətt üzrə İX qabırğa səviyyəsindən döş boşluğuna keçən, hemopnevmatoraksa səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmiş, yetirilmə müddəti 31 mart 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 317 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyənin və boyunun ön səthinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 31 mart 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 X8 Regional Ambulator şöbəsinin xx.xx.2023-cü il tarixli, 438 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev” dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. “Ev dustaqlığı” qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə “həbs” qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, 04 avqust 2023-cü il tarixdən Təqsirləndirilən şəxs barəsində barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinin baxışının aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisənin baş verdiyi yer Şəmkir rayonu, Kür qəsəbəsinə gedən yolun üzərində yerləşən “Samir Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığı və Şəmkir rayonu, Keçili kəndinin ərazisindən keçən Şəmkir çayın yaxınlığıdır. Yanacaq doldurma məntəqəsinin yaxınlığına baxış zamanı 01 (bir) ədəd qara rəngli kişi gödəkçəsi götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyəsinin arxa qoltuq xəttinin kəsilmiş-deşilmiş yarası xəsarəti diaqnozu ilə Şəmkir RMX-ya daxil olmuş, Zərərçəkmiş şəxs onu həmkəndlisi Təqsirləndirilən şəxs bıçaqladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs döş qəfəsinin sol ağciyərin arxa səthinin kəsilmiş-deşilmiş yarası xəsarəti diaqnozu ilə Gəncə şəhər Beynəlxalq Xəstəxanaya daxil olmuş və deməsinə görə bıçaqlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs Şəmkir RPŞ-yə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə ilə polis şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə həmkəndliləri Nicat, Davud və Teymur adlı şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaqlandığını göstərmiş və həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli, 254 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RİH başçısının Keçili kənd İƏDÜN-in xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid6 və atası Qanuni nümayəndə ilə birlikdə Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada verilmiş xx.xx.2023-cü il tarixli və məhkəmə istintaqı zamanı verilmiş xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsinə gedən yolun üzərində yerləşən “Samir Petrol” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan yerə baxış keçirilən zaman götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qış gödəkçəsi iş üzrə sübut əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə ittiham olunduğu cinayət əməlini törədərkən onun 14 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. CM-in 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həyat və tərbiyə şəraitini, o cümlədən barəsində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev” dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində seçilmiş 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə “həbs” qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. 04 avqust 2023-cü il tarixdən etibarən isə Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə ev dustaqlığında saxlanılmış, yəni barəsində ümumilikdə 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə həbs və ev dustaqlığı qətmkan tədbirləri seçilmişdir. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qış gödəkçəsi sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş qara rəngli qış gödəkçəsi sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar