Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-445/2023 07.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, X10 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2rəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan külli miqdar təşkil edən 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,947 qram, 3,022 qram, ümumi təmiz çəkisi 5,969 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 may 2023-cü il tarixdə, saat 12 radələrində polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, 28 May küçəsində yerləşən Lukoil adlanan yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi Toyota Prius (Hibrid) minik markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə saxlanılaraq Gəncə şəhəri Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, Polis İdarəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,947 qram, 3,022 qram, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 5,969 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 may 2023-cü il tarixdə, Lukoil yanacaq doldurma məntəqəsində olarkən Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ona yaxınlaşaraq polis idarəsinə getməli olduğunu demişlər. O, bunun səbəbini soruşduqda narkotikə görə olduğunu demişlər, o, narkotik vasitə istifadə etmədiyini, dindar olduğunu dedikdən sonra polis əməkdaşları yanacaq doldurma məntəqəsində səs-küy salıb onu təhqir edərək polis idarəsinə aparmışlar. Polis idarəsində ona “narkotiki boynuna götür get, yoxsa səni vətən xaini adı ilə göndərəcəyik, özünün də evindən narkotik vasitə çıxardacağıq” dediklərinə görə məcbur olub narkotiki boynuna almışdır. Bundan sonra polislər dəmir seyfdən narkotik vasitə çıxarıb ona vermişlər. Sonra əməliyyatçılar ona çəkiliş vaxtı guya həmin narkotik vasitəni zibil atanda “poçtavoydan” tapdığını, 10 il əvvəl də narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni də nə vaxtsa istifadə etmək üçün götürdüyünü deməsini bildirmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadələrindən görünür ki, o, üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan bükülüləri “Poçt qəsəbəsi” adlanan ərazidə zibil qutularının yanından yerdən tapdığını, həmin kütlələrdən heç kimə satmadığını, özünün istifadə etməsi üçün üzərində saxladığını, əvvəllər də narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, habelə sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddələr və psixotrop maddələr saxlaması, istifadəsi və satışında şübhəli olması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilmiş və Nail həmin tarixdə saat təxminən 12 radələrində Yeni Gəncə qəsəbəsində yanacaqdoldurma məntəqəsində avtomobili ilə hərəkətdə olan zaman saxlanılaraq Gəncə şəhər BPİ-ə aparılmışdır. Orada müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə baxış keçirilmiş və üzərindən iki büküm, təxminən 6 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Poçt qəsəbəsindən tapdığını bildirmişdir. Bundan başqa o, ifadəsində ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə heç bir təzyiq olunmadığını, ona narkotik vasitəni boynuna almasa dövlətə qarşı cinayətdə ittiham olunmaq ilə bağlı hədə olunmadığını bildirmişdir. Əlavə olaraq Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs barəsində narkotik vasitənin satışı ilə məlumat daxil olsa da, narkotik vasitənin satışı barədə məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin NMB-nin rəsidir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı ona məruzə olunuduqdan sonra əməliyyat tədbiri keçirilmiş və şəxs saxlanılaraq polis idarəsinə aparılmışdır. O, ifadəsində Nailin Heydərzadənin saxlanılasında iştirak etmədiyini, onu üzərinə şəxsi axtarış keçirildikdən sonra gördüyünü və Nailin ona təzyiq olunması ilə bağlı heç nə demədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/509 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 2 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,947 qram və 3.022 qram, ümumi çəkisi 5,969 qram olan maddələr küstar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli Şəxsi axtarış və götürmə barədə və xx.xx.2023-cü il tarixli video diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədə sellofan torbaya bükülmüş, içərisində narkotik vasitə olan heroinə bənzər kütləni çıxardaraq təqdim etmiş, sorğu zamanı həmin kütlənin kokos olmasını, həmin bükülüləri öncəki gün axşam saatlarında poç qəsəbəsi adlanan ərazidə yerdən tapdığını, əvəllər narkotik vasitə istifadə etdiyini, lakin həmin bükülüdən istifadə etmədiyini, heçkimə satmadığını və pay vermədiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilərək 3.10 qram və 3.16 qram olması müəyyyən edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, İİ mikrorayon, bina 19 K 1, 8 nömrəli mənzilinə baxış keçirilmiş və iş üçün əhəmiyyətli hər hanası predimet aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-250/2023 saylı qərarı ilə barəsində 03 (üç) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 5089 nömrəli, Gəncə şəhəri Psixonevroloji Dispanserinin eyni tarxili 4627 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Məhkəmədə tədqiq edilən nikah haqqında şəhadətnamənin və X19 Mərkəzinin ultrasəs müayinəsinə dair sənədin surətindən görünür ki, X1 Əbülfət Nail oğlunun arvadı olmaqla 27 həftəlik hamilədir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ-nin X2 xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələri satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 5,769 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin anbarına verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, iş üzrə şahidlərin məhkəmə baxışı iclasında verdikləri ifadələri, eləcə də məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, həmçinin işdə olan digər sübutlar ilə təsdiq olunur, təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri işin faktiki hallarına uyğun gəldiyindən sübüt kimi qəbul edilir, onun məhkəmə istintaqı zamanı , eləcə də ibtidai istintaqın gedişində cinayəti inkar etməsinə dair verdiyi ifadəsi özünü müdafiə kimi qiymətləndirilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, cinayə təqibi orqanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair nəticə əldə edə bilmədiklərini təsdiq etmişlər. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bağlı ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Gəncə şəhər BPİ-nin X2 xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələri satdığı şəxslərin, o cümlədən onun narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, arvanının hamilə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-250/2023 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 5,769 qram narkotik vasitə heroin məhv edilmlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut qismində tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 5,769 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-445/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-445/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver