Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-446/2025 26.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin hüquqi varisləri X4, X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci il tarixdə Tovuz rayonu, Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisi, Musa Musayev küçəsi, ev 76A-da qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs 15 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz-Cəlilli avtomobil yolu ilə üzü Tovuz rayonu Cəlilli kəndi istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni həmin tələblərə əsasən (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə) yaşayış məntəqəsində 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 80 km/saat sürətlə hərəkət edərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni həmin tələblərə əsasən, ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağının kifayət edən məsafədə boş olduğuna və iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalı olduğu halda, bu tələblərə əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirməklə, qarşı hərəkət zolağına çıxaraq ötmə əməliyyatını yerinə yetirən zaman qarşı hərəkət zolağında əks istiqamətdə hərəkət edən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş və nəticədə ehtiyyatsızlıqdan “Vaz-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol diz qapağının sınığı, sol tərəfli X qabırğanın sınığı, sol said nahiyəsinin sıyrığı, sol gözətrafı nahiyənin hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığına az ağır zərər vurulmasına, həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 İslam qızının alın nahiyəsinin əzilmiş cırılmış yaraları və sol əlin V barmağının orta falanqasının tam bitişməmiş sınığı ilə nəticələnmiş, sol əlin İİİ barmağının əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığına az ağır zərər vurulmasına, həmin avtomobildə sərnişin qismində əyləşmiş X3 hər iki ağciyərin aşağı paylarının travmatik kontusiyası və atelektazı, həmçinin sol tərəfli İİİ, V, Vİ, Vİİ, Vİİİ və İX qabırğaların, sağ tərəfli İİİ, İV,V və Vİ qabırğaların sınığı ilə müşayiət edilən döş qəfəsinin qapalı küt travması, sol sirkə kasasının yerini dəyişdirən sınığı, qasıq sümüyünün sağ yuxarı şaxəsinin yerini dəyişdirməyən sınığı, sol oturaq sümüyünün az yerdəyişmiş sınığı, hər iki bud sümüklərinin yerini dəyişmiş parçalı sınığı, sol qamış sümüyünün minimal yerini dəyişmiş spralvari oynaqdaxili sınığı, sağ incik sümüyünün yerini dəyişməyən köndələn sınığı, başın çoxsaylı əzilmiş-cırılmış yaraları fonunda qapalı kəllə beyin travması, sol qaş nahiyəsi-sol üst göz qapağının əzilmiş cırılmış yarası kimi ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən “Yeni Klinika” xəstəxanasında ölməsinə və həmin avtomobildə sərnişin qismində əyləşmiş X1 baş-beyinin diffuz travması və subdural hematoması ilə müşayiət edilən başın ənsə nahiyəsinin dəri altı hematoması, sol bud sümüyünün diafizinin açıq, qəlpəli, deffektli sınığı ilə müşayiət edilən sol bud nahiyəsinin əzilmiş-cırılmış yarası, ağciyərin kontuziyası, sol bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sol tərəfli İ, İİ, İİİ və İV qabırğaların, sağ tərəfli İ, V, Vİ və Vİİ qabırğaların qövslərinin minimal yerini dəyişmiş sınığı, sol körpücük və sol kürək sümüklərinin yerini dəyişmiş sınığı, sağ almacıq və sağ əngə sümüyünün sınığı ilə nəticələnmiş sağ yanaq və sağ almacıq nahiyələrinin qançır-şişkinliyi, sağ qulaq seyvanının əzilmiş yaraları və hematoması, alt çənə, sol bud və sol baldır nahiyələrinin, sol ayaq pəncəsinin üst səthinin əzilmiş yaralarından sonrakı çapıq toxumaları kimi ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq xx.xx.2025-ci il tarixdə yaşadığı Ağstafa rayonu Eynallı kəndində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 15 sentyabr 2024-cü il tarixdə, axşam saat təxminən 20-21 radələrində baş vermişdir. Hərəkətdə olan zaman qarşıdan gələn traktoru işığı olmadığı üçün görməmişdir. Hərəkətdə olan zaman traktora yaxınlaşdıqda, traktor qəflətən sağ istiqamətinə dönmüş və o da ötmə əməliyyatı etməli olmuşdur. O ötmə əməliyyatını həyata keçirən zaman qarşıdan avtomobil gəlmiş və toqquşma baş vermişdir. Qarşıdan gələn avtomobilin sağa istiqamətlənmək imkanı olmuşdur. Əlavə olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı “Toyota Corolla” markalı avtomobil idarə etmişdir. Axşam saat təxminən 20-21 radələrində Mülkülü kəndi istiqamətində hərəkətdə olmuş və hərəkət sürəti 60 km/saat olmuşdur. Qarşıdan gələn traktoru təxminən ara məsafəsi 10 metr qalmış görmüş, ötmə əməliyyatı həyata keçirərkən, qarşıdan gələn avtomobilin sola çəkiləcəyini ehtimal etmiş, lakin həmin avtomobil çəkilməmişdir. Toqquşma baş verdikdən sonra onun idarə etdiyi avtomobil yoluna sol hissəsinə, “VAZ 2107” markalı avtomobil isə yolun digər hissəsinə düşmüşdür. Qarşıdan gələn avtomobilin sürəti təxminən 85-90 km/saat olmuşdur. Onların hərəkət etdiyi yolda kameralar mövcud olmuş, istintaq zamanı kamera görüntülərini əldə etmək üçün vəsatət versədə, lakin kameraların işləmədiyi cavabını almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o hadisə baş verən zaman orada olmamış, hadisə barədə onun sonradan məlumatı olmuşdur. Əlavə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X12 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil “VAZ 2107” markalı avtomobilin qarşısına çıxmış və baş vermiş qəza nəticəsində onun arvadı həmin hadisədən təxminən 03 ay müddət sonra vəfat etmişdir. Həmçinin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və cəza təyin edilməsi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ona axşam saat 21:00 radələrində qardaşının avtoqəza törətdiyi barədə xəbər verilmiş, bundan sonra o hadisə yerinə yollanmış, qəza törədən avtomobilin “N” saylı hərbi hissənin qarşısında olduğunu görmüşdür. Həmçinin polislər də hadisə yerində olmuş, o polis əməkdaşlarından qardaşının telefonunu götürüb xəstəxanaya yollanmışdır. Müstəntiqdən hadisənin necə baş verdiyini soruşduqda, müstəntiq ona “Toyota Corolla” markalı avtomobilin ötmə əməliyyatı həyata keçirmək istəyərkən toqquşma baş verdiyini bildirmişdir. Əlavə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, o hadisə yerində olan zaman traktor orada olmamış, qarşı tərəfin isə avtomobilinin mühərrik örtüyü qalxılı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hərəkət sürəti 80 km/saat, onun qardaşının idarə etdiyi avtomobilin hərəkət sürəti isə 60 km/saat olmuşdur. Qardaşının idarə etdiyi avtomobil 50 km/saat hərəkət sürəti həddi olan yolda 60 km/s hərəkət sürəti ilə gəldiyi üçün cərimə gəlmiş və o bu barədə məlumatı müstəntiqdən almışdır. Anası Gəncə şəhərində 5 ay ərzində müalicə olunmuş, bacısı isə həm Bakıda, həm də Gəncə şəhərində müalicə olunmuşdur. Traktorun sürücüsünün kimliyi barədə isə məlumatı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Ağstafa rayonundan Tovuza rayonu istiqamətində gedən zaman “N” saylı hərbi hissənin qarşısında avtoqəza baş vermişdir. Toqquşma hadisəsi onun əyləşdiyi istiqamətdən olmuşdur. Əlavə olaraq, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, avtomobili özü idarə etmiş, rayon istiqamətindən gələn zaman qarşı yolda hərəkətdə olan traktorun arxasından başqa avtomobil çıxmış və o, idarə etdiyi avtomobili qəzadan yayınmaq üçün kənara çəkməyə çalışsa da, avtomobilin hərəkət istiqamətini az həddə dəyişdirə bilmişdir. Müstəntiq ona sürət həddini aşdığı üçün 10 manat cərimə oluna biləcəyini demiş, lakin hər-hansı cərimə gəlməmişdir. Təqsirləndirilən şəxs dönmə işiğını yandırmağını görməmiş, həmçinin sonuncu siqnal da verməmişdir. Həmçinin Təqsirləndirilən şəxsla barışmamış və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, sadəcə qarşıdan avtomobil gəldiyini hiss etmiş, başqa heç nə xatırlamamışdır. Onların olduqları avtomobilin sürəti yüksək həddə olmamışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, avtomobilin ön sərnişin oturacağında əyləşmiş, hadisə vaxtı hava ala qaranlıq olmuşdur. Traktor onları ötdükdən sonra toqquşma hadisəsi baş vermişdir. O, başından və barmaqlarından xəsarətlər almışdır. Müstəntiq ondan xəstəxanada olan zaman izahat almışdır. Həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o traktorla darvazadan içəri girən zaman avtoqəza baş vermişdir. Traktoru saxlayıb gözətçi ilə birgə hadisə yerinə getmişlər. Hadisə yerində hərbiçilərin xəsarət alanlara kömək etdiklərini görmüşlər. Əlavə olaraq, şahid qismində dindirilmiş Şahid məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı Qazax rayonu istiqamətində hərəkətdə olmuş, daha sonra sağa, yəni işlədiyi şirkət istiqamətində dönmüşdür. Onun arxasından gələn avtomobil ilə arasında təxminən 100-150 metr məsafə olmuşdur. O traktordan enməmiş artıq toqquşmanın səsini eşitmiş, kömək üçün getdikdə isə hərbiçilərin avtomobildən 3 qadın və 1 kişini düşürdüklərini görmüşdür. Daha sonra Hərbiçilər təcili tibbi yardım çağırmış, DYP-nin əməkdaşları isə hadisə yerinin mühafizəsini təmin etmək üçün Qazax rayonu istiqamətində olan yolu kəsmişlər. “VAZ 2107” markalı avtomobil hərbi hissənin qarşısında olmuş və sözügedən avtomobilin sol tərəfi əzilmişdir. “Toyota Coralla” markalı avtomobilin isə toqquşma nəticəsində qabaq ön hissəsi əzilmişdir. Toqquşma hərəkət yolunda olan xəttin üzərində baş vermiş və sözügedən xətt qırıq-qırıq nişanlanma xətti olmuşdur. Hadisə baş verən yoldan gündəlik istifadə etmiş və həmin yolda sürətə nəzarət edən kameralar quraşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 fevral 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə olan ********* №-li cinayət işi dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 mart 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 aprel 2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 aprel 2025-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 aprel 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” minik markalı **- VR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Cəlilli-Tovuz avtomobil yolunun, Tovuz rayonu, Düz-Cırdaxan kəndindən keçən hissəsində yolun üzü Tovuz şəhəri istiqamətinə dayandıqda yolun sağ tərəfindən yolun içərisinə doğru 2,40 metr məsafədə “VAZ 21074” markalı avtomobilin hərəkət zolağında yerləşir. Avtomobil yolunun ümumi eni 8,20 metr olmaqla asfalt döşəmədir, avtomobil yolu quru olmaqla düz profillidir. Avtomobil yolunun sağ kənarında 4 metr enində ehtiyyat hissə, sol kənarında isə 4 metr enində ehtiyyat hissə vardır. Toqquşma yerində tormozlama izi yoxdur. Bundan başqa hadisə yerinə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ərazidə 50 km/saat sürət məhdudlaşdırıcı yol nişanı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19in Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 795 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər - sol diz qapağının sınığı, sol tərəfli X qabırğanın sınığı, sol said nahiyəsinin sıyrığı, sol gözətrafı nahiyənin hematoması küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni onun sürücüsü olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19in Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 796 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2n qızının bədənində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin əzilmiş cırılmış yaraları və sol əlin V barmağının orta falanqasının tam bitişməmiş sınığı ilə nəticələnmiş sol əlin İİİ barmağının əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az-ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2n qızının bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19in Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 46 nömrəli rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir; -baş-beynin diffuz travması və subdural hematoması ilə müşayiət edilən başın ənsə nahiyəsinin dəri altı hematoması; -sol bud sümüyünün diafizinin açıq, qəlpəli, deffektli sınığı ilə müşayiət edilən sol bud nahiyəsinin əzilmiş-cırılmış yarası ; -ağciyərlərin kontuziyası; -sol bazu sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı; -sol tərəfli İ, İİ, İİİ və İV qabırğaların, sağ tərəfli İ, V, Vİ və Vİİ qabırğaların qövslərinin minimal yerini dəyişmiş sınığı; -sol körpücük və sol kürək sümüklərinin yerini dəyişmiş sınığı; -sağ almacıq və sağ əng sümüyünün sınığı ilə nəticələnmiş sağ yanaq və sağ almacıq nahiyələrinin qançır-şişkinliyi; -sağ qulaq seyvanının əzilmiş yaraları və hematoması; -alt çənə, sol bud və sol baldır nahiyələrinin, sol ayaq pəncəsinin üst səthinin əzilmiş yaralardan sonrakı çapıq toxumaları;
2. X3 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdir, həyatidir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Qeyd edilən xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir.
3. X3 ölümünün bilavasitə səbəbi nəqliyat travması nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar posttravmatik dövrdə inkişaf edən iki tərəfli ekssudativ plevrit, ocaqlı seroz pnevmoniya ilə bağlı baş vermiş kəskin tənəffüs çatışmazlığı, kəskin böyrək çatışmazlığı və septiki şok olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19in Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -hər iki ağciyərin aşağı paylarının travmatik kontuziyasi və atelektazı, həmçinin sol tərəfli İİİ, V, Vİ, Vİİ, Vİİİ və İX qabırğaların, sağ tərəfli İİİ, İV, V və Vİ qabırğaların sınığı ilə müşayiət edilən döş qəfəsinin qapalı küt travması; -sol sirkə kasasının yerini dəyişdirən sınığı; -qasıq sümüyünün sağ yuxarı şaxəsinin yerini dəyişdirməyən sınığı; -sol oturaq sümüyünün az yerdəyişmiş sınığı; -hər iki bud sümüklərinin yerini dəyişmiş parçalı sınığı; -sol qamış sümüyünün minimal yerini dəyişmiş spralvari oynaqdaxili sınığı; -sağ incik sümüyünün yerini dəyişməyən köndələn sınığı; -başın çoxsaylı əzilmiş-cırılmış yaraları fonunda qapalı kəllə beyin travması; -sol qaş nahiyəsi-sol üst göz qapağının əzilmiş cırılmış yarası;
2. X2 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişdir, həyatidir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Qeyd edilən xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir.
3. X2 ölümünün səbəbi nəqliyyat travması nəticəsində almış olduğu xəsarətlərlə əlaqədar posttravmatik dövrdə yataq yaraları nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur.
4. X2 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2025-ci il tarixli, 8/3111 nömrəli yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Toyota Corolla” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürət məhdudlaşdırılması”yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ 21074 markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürət məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırlmış yolda 60 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürət məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası “TƏBİB” X19 “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X17 daxil olmuş 05 aprel 2025-cü il tarixli, 1228 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon X11 X13 Şöbəsində ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “Toyota Corolla” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini, avtomobil yolunda qarşısında hərəkətdə olan traktora yaxınlaşdıqda, traktorun qəflətən sağ istiqamətə manevr etdiyi üçün, o da ötmə əməliyyatı etməli olduğunu və məhz bu səbəbdan əks istiqamətdən gələn avtomobillə toqquşmanın baş verməsinə, həmçinin onun idarə etdiyi avtomobilin sürət həddinin yüksək olmamasına və qarşıdan gələn “VAZ 21074” markalı avtomobilin sürətinin yüksək olmasını bildirməsinə dair göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi sözügedən xüsusatlar iş üzrə toplanmış çoxsaylı danılmaz sübutlarla (zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, sənədlər və maddi sübutlar) tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi sözügedən hallara tənqidi yanaşaraq, həmin ifadələrin məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir və vurğulayır ki, Etibar Məmmədovun ifadəsində göstərdiyi sözügedən xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2025-ci il tarixli, 8/3111 nömrəli yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Toyota Corolla” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “maksimum sürət məhdudlaşdırılması”yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ 21074 markalı” **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs1 avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürət məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırlmış yolda 60 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürət məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin, əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əmlini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 aprel 2025-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 aprel 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, eləcə də hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi ictimai təhlükəli əməl eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər, həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzaları çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən “Toyota Corolla” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanması üçün qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi “Toyota Corolla” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanması üçün qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.