Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-449/2024 18.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 Üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində X3 Üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1989-cu ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, sürücü işləmiş, ünvan 1 ünvanda daimi qeydiyyada olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin Qanunun tələblərini pozaraq həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq narkotik vasitənin təsiri altında idarə etdiyi «Mercedes-Benz» markalı markalı, «Atego 818» xüsusi təyinat modelli, evakuator tipli **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, X18 prospekti ilə Gəncə şəhər prokurorluğu istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq idarə etməməli olduğu halda, həmin tələblərə əməl etməyərək avtomobili 70-80 km/saat sürətlə hərəkət etdirərək hadisənin qarşısını almağa texniki imkanı olsa da hadisənin baş verməsinə etinasız yanaşaraq, Gəncə şəhəri, X18 prospekti ilə Gəncə şəhəri Vəli Xuluflu küçəsinin kəsişməsində yolun sağ tərəfindən sola tərəfinə keçmək istəyən piyada X6 idarə etdiyi avtomobilin ön sol tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə X7 beyinin alın-təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, burun sümüklərinin sınığı, baş beynin yumşaq toxumalarına, beyin mədəciklərinə, beyin toxumasına, beyinciyə qansızma ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası, qarının qapalı küt travması, qarın boşluğunda 800 ml maye qanın olması, qaraciyərin, dalağın cırılması, daxili orqanların azqanlı olması, hər iki gözətrafı nahiyyələrinin qançırları, alt dodağın selikli qişasının yarası, sağ ayaq, sağ əl barmaqlarının və sol diz nahiyəsinin sıyrıqları xəsarətləri yetirməklə, alın-təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, burun sümüklərinin sınığı, baş beynin yumşaq toxumalarına, beyin mədəciklərinə, beyin toxumasına, beyinciyə qansızma, alın nahiyəsinin əzilmiş yarası ilə müşaiət olunan açıq küt kəllə-beyin travması nəticəsində ehtiyatsızlıqdan Rauf Sarıyevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abbas Səhhət işiqforundan üzü “pribor” adlanan istiqamətdə hərəkətdə olarkən işıqforun yaşıl işığında Rauf onun hərəkətdə olduğu yoldan keçmişdir. Hadisə dekabr ayının 26-sı axşam saatlarında təxminən 11-12 radələrində baş vermişdir. O, “Mercedes Ateko” markalı evakuator avtomobilini idarə edərək işıqfor istiqamətində hərəkətdə olan zaman işıqforun yaşıl işığında Rauf yolu keçərək yolun ortasında dayanmışdır. Həmin vaxt o, yolun sol tərəfi ilə ikinci sıra ilə hərəkətdə olmuş, o Raufu görməmiş və avtomobilin güzgüsü ilə Raufu vurmuşdur. Daha sonra təcili tibbi yardım çağırmış, təcili tibbi yardım Raufu xəstəxanaya aparmış və Rauf xəstəxanada vəfat etmişdir. O sürət həddini aşmış və onun surət həddi təxminən saatda 70-80 km olmuş və mərhumu görməmişdir. Sarıyev Rauf yolun ortasında olmuş idarə etdiyi avtomobilin sol güzgüsü sonuncuya dəymişdir. Hadisə gecə vaxtı olmuş və əks istiqamətdə hərəkətdə olan avtomobillərin işığına görə mərhumu görməmişdir. O hadisə günü narkotik vasitənin təsiri altında olmamış, narkotik vasitəni hadisədən 01 (bir) həftə öncə istifadə etmişdir. Onun qanından narkotik vasitə aşkar olunmamış, lakin sidik analizindən aşkar olunmuşdur. O ilk dəfədir ki, narkotik vasitədən istifadə etmişdir. Onun idarə etdiyi avtomobil böyük olduğundan bu hadisəni törətmişdir. Mərhumla heç bir düşmənçiliyi olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə günü axşam saat 09 da əri X8 ilə birlikdə işə çıxaraq icra hakimiyyətinin qarşısını süpürməli olmuşlar. Əri yolu keçib su almaq istəmiş və yolu keçərək qoşa xəttin üstündə dayanmışdır. O səsdən diksinərək yoldaşı olan istiqamətə baxmış və orada polislərin toplaşdığını görmüşdür. O qaçaraq hadisə yerinə getmiş və yoldaşının yerdə olduğunu görmüşdür. Polis əməkdaşları dərhal təcili tibbi yardım çağırmış, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən düşərək hadisə yerinə gəlmiş, polis əməkdaşları Sahibə “birdən qaçarsan” deyəndə Sahib “yox” cavabını vermişdir. Polis əməkdaşları onun ərini təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Xəstəxanaya çatdıqdan sonra o qardaşına zəng etmiş və yanına çağırmışdır. Onun qardaşı xəstəxanaya çatanda həkimlər əri Rauf Sarıyevin vəfat etdiyini bildirmişlər.Hadisə günü hadisə yeri işıqlı olmuşdur. Ərinin ölümündən 2 sonra əvvəl təqsirləndirilən şəxsin qohumlarından 10 nəfər kişi gəlmiş, daha sonra isə 4 nəfər qadın 3 nəfər kişi gəlmişlər. Onlar barışıq üçün heç bir addım atmamışlar. Hadisədən təxminən 4-5 ay sonra təqsirləndirilən şəxsin qohumları ona zəng edərək danışmaq istədiklərini ona bildirmişlər, o isə razı olmamışdır. O hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı xidmətdə olmuşdur. Hadisə zamanı V.Xuluflu küçəsi istiqamətindən üzü X11 istiqamətində hərəkətdə olarkən işıqforda dayanmışlır. Təqsirləndirilən şəxs isə “Dəyirman” dairəsi adlanan tərəfdən üzü “Pasyolka” adlanan istiqamətdə hərəkətdə olmuşdur. O yolu qarşıya keçmək istəyən mərhumun avtomobil ilə vurulduğunu görmüş və dərhal hadisə yerinə yaxınlaşmış, radiostansiya vasitəsilə növbətçi hissəyə və təcili tibbi yardıma məlumat vermişdir. Qəzanı törədən təqsirləndirilən şəxs hadisə yerində dayanmış və hadisə yerinə X19 Şöbəsinin əməkdaşları yaxınlaşmış, təcili tibbi yardım gəlmiş və polis əməkdaşlarının köməkliyi ilə mərhum X6 təcili tibbi yardım avtomobilinə yerləşdirilərək xəstəxanaya yola salınmışdır. O hadisənin canlı şahidi olmuş və təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin sol güzgüsünün mərhuma dəydiyini görmüşdür. Mərhum təxminən qoşa xəttdən bir addım öndə olmuşdur. Həmin vaxt sürücü işıqforun yaşıl işığında hərəkətdə olmuşdur. Qəza baş verdikdən sonra təqsirləndirilən şəxs avtomobili dayandırmışdır. O təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin sürətini dəqiq bilməmişdir. Hadisə vaxtı təqsirləndirilən şəxsin sərxoş olmasını bilməmişdir. Təqsirləndirilən şəxsin müayinədən keçirilməsində iştirak etməmişdir. Mərhum qəza zamanı piyda keçidinin üzərində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə zamanı digər polis əməkdaşı Şahid1la birlikdə xidmətdə olmuşlar. Təqsirləndirilən şəxs evakuatorla hərəkətdə olmuş, piyada mərhum X8 isə yolu qarşı tərəfə keçməyə cəhd etmişdir. Təqsirləndirilən şəxsin idarə etdiyi avtomibil ilə mərhum vurulmuşdur. Qəza zamanı o dərhal hadisə yerinə yaxınlaşmış və təcili tibbi yardım çağırmışlar. Diqqəti başqa yerdə olduğundan qəzanı tam olaraq görməmişdir. Təcili tibbi yardım avtomobili gəldikdən sonra köməklik göstərib mərhumu təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. X13 adında xəstəxanaya aparmışlar. Mərhum xəstəxanada vəfat etmişdir. Onlar işıqforun qırmızı işığında dayanmışlar. Təqsirləndirilən şəxs işıqforun yaşıl işığında hərəkətdə olmuşdur. Mərhum Rauf yolun ortasında olmuş, qoşa xəttin dəqiq harasında olduğunu xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin növbətçi hissəsinin göstərişi ilə Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsinin olması ilə əlaqədar onlara məlumat verilmişdir. Hadisə yerinə yaxınlaşdıqda onlar evakuator yük avtomobilinin piyadanı vurduğunu görmüşlər. Xəsarət alan şəxsi təcili tibbi yardım avtomobili ilə Abbas Səhhət adına xəstəxanaya göndərmişlər. O hadisə zamanı hadisə yerində olmamış, hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o hadisə yerinə getdikdə mərhum orada olmamışdır. Mərhum təcili tibbi yardım avtomobili ilə aparılmışdır. Təqsirləndirilən şəxs isə onların yanında olmuşdur. Daha sonra hadisə yerinə təhqiqatçı gəlmiş, onlar təqsirləndirilən şəxsi təhqiqatçıya təhvil verdikdən sonra təqsirləndirilən şəxsin idarə etdiyi avtomobili duracağa aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin sidiyindən analiz götürmüşdür. Analiz nəticəsində təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs yoxlanılan zaman o növbətçi həkim olmuş və təqsirləndirilən şəxsi özü yoxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, bacısı ona zəng etmiş və əri Raufu avtomobil vurduğunu bildirmişdir. Hadisədən xəbər tutduqdan sonra Abbas Səhhət adına xəstəxanaya gəlmişdir. Daha sonra yeznəsi X4 Təqsirləndirilən şəxs tərəfindən idarə olunan avtomobil ilə vurulduğunu bilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 dekabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 aprel 2024-cü il tarixədək “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 27 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqıda” protokoldan və foto cədvəldən görünür ki, hadisə yeri Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsinə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin foto şəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 dekabr 2023-cü il tarixli “maddi sübut kimi tanıması haqqında” qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməsi, «Mercedes-benz markalı, Atego 818» xüsusi təyinat modelli, **-XY-*** dövlət qeydiyyat nişanlı Evakuator tipli avtomobiliiş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 4315/2023 nömrəli sərxoşluq aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuş, lakin sidikdə THC (marixuana) aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Gəncə RQİTBŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 13-16-3/2-102/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AC 669 509 SAYLİ- BC- kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək verilmişdir. Həmçinin bildirilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır.“Mercedes-benz Atego” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən X2 adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs sözügedən nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə xx.xx.2023-cü il tarixdən xx.xx.2030-cu il tarixədək verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 dekabr 2023-ci il tarixdə Təhlükəsizlik kamerasından götürülmüş DVD diskə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, Gəncə şəhər Təhlükəsiz şəhər xidmətinin kameralarından 01 ədəd DVD disk daxil olmuşdur. Həmin diskə baxış keçirilən zamanı məlum oldu ki, diskdə qeyd olunan tarix və vaxt üzrə, yəni 26 dekabr 2023-cü il tarixdə, saat 22:02-00-da başlanan videogörüntüdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə üzü Gəncə şəhər Prokurorluğu istiqamətində «Mercedes-Benz» markalı, «Atego 818» xüsusi təyinat modelli, evakuator tipli **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət etdiyi görünür. Baxış zamanı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində piyada üçün nəzərdə tutulmuş zolaqla bir nəfər orta yaşlı, orta boylu şəxsin yolun sağ tərəfindən sol tərəfi istiqamətdə addımladığı görünür. Həmin vaxt orta boylu şəxs qoşa xəttə çatmamış piyadalar üçün nəzərdə tutulmuş xəttin üzərində dayanması və nəqliyyat vasitələri üçün nəzərdə tutulan yolda «Mercedes-Benz» markalı, «Atego 818» xüsusi təyinat modelli, evakuator tipli **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət etməsi və nəqliyyat vasitəsinin ön sol tərəfi ilə piyadanın vurulması müşahidə olunur, piyada zərbənin təsiri nəticəsində yerə yıxılır. Daha sonra həmin avtomobilin sürücüsü də avtomobildən düşüb xəsarət alan şəxsə yaxınlaşır və ətrafdan kənar şəxslər hadisə yerinə toplaşır. Görüntüdən məlum olur ki, qəza törədən ağ rəngli «Mercedes-Benz» markalı, «Atego 818» xüsusi təyinat modelli, evakuator tipli **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələri üçün nəzərdə tutulan yolla üzü Gəncə şəhər prokurorluğu istiqamətində hərəkət edir və həmin avtomobilin önündə görüntünü məhdudlaşdıran hər hansı bir maneə yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X4 barəsində Məhkəmə-tibbi ekspertizasının 27 dekabr 2023-cü il tarixli 116 nömrəli rəyindən görünür ki, X1 bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: - Alın-təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, burun sümüklərinin sınığı, baş beynin yumşaq toxumalarına, beyin mədəciklərinə, beyin toxumasına, beyinciyə qansızma ilə müşayiət olunan alın nahiyəsinin əzilmiş yarası, qarının qapalı küt travması, qarın boşluğunda 800 ml maye qanın olması, qaraciyərin, dalağın cırılması, Daxili orqanların azqanlı olması. Hər iki gözətrafı nahiyələrinin qançırları, alt dodağın selikli qişasının yarası, sağ ayaq, sağ əl, barmaqlarının və sol diz nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın/əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətiləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. -X1 ölümünə səbəb alın-təpə sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, burun sümüklərinin sınığı, baş beynin yumşaq toxumalarına, beyin mədəciklərinə, beyin toxumasına, beyinciyə qansızma, alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan açıq küt kəllə-beyin travması. - X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyavi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi . - X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş, yol nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli 4720/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi, məhkəməkimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat ekspertizasının xx.xx.2024-cü il tarixli 8/72 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “X17 818» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “X17 818» markalı avtomobili narkotik vasitədən istifadə etməklə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “X17 818» markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilərək 22 fevral 2024-cü il tarixli, 310 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə görə sahibinə qaytarılmış bir ədəd « Mercedesbenz markalı, Atego 818» xüsusi təyinat modelli, **-XY-*** dövlət qeydiyyat nişanlı evakuator tipli avtomobiliiş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut, eləcə də cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-nin TŞX-dən götürülmüş xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsü olan 1 (bir) DVD disk, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspert rəyi, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 263-1.3-cü maddəsi ilə tövsif edilməlidir və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikasının CM-in 45.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza da təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza kimi nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə də cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu andan yəni, 27 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlandığı müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi təqsirləndirilən şəxs Müdafiəçi2 5 (beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 5 (beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd “Mercedes-Benz” markalı, “Atego 818” xüsusi təyinat modelli, evakuator tipli “**-XY-***” dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibə qaytarılması nəzərə alınmaldır. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisənin götüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməldir. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut bir ədəd “Mercedes-Benz” markalı, “Atego 818” xüsusi təyinat modelli, evakuator tipli “**-XY-***” dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibə qaytarılması nəzrər alınsın. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisənin götüntülərini əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 85 manat manat məbləğində ekspertiza Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirdiyindən 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirlən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-449/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-449/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver