Məhkəmə qərarları › İş №1(100)-45/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-45/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-45/2022 25.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X8, X17 və Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Tərtər rayon Vəkil Bürosunun vəkilləri X21, X12 və Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X4 ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1991-ci ildə Tərtər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci ildə Tərtər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1989- cu ildə Tərtər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Seydimli kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Moskviç 2140” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu İrəvanlı kəndinə gedərək əvvəllər bir neçə dəfə elçilik etsədə, lakin onunla evlənməyə razı olmadığına görə evlənə bilmədiyi, xx.xx.2000-ci il təvəllüdlü Qızqayıt Xuduzadənin bədəninin müxtəlif nahiyələrindən əlləri ilə tutaraq ona sağ bazu, sol said, sol yanaq, sol ayaq pəncəsi nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək avtomaşına mindirib oğurlayaraq Bərdə rayonu Alpout kəndində yaşayan bacısı Şahid1 evinə aparıb orada saxlamış, 16 iyun 2020-ci ildə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qızqayıt Xuduzadənin saxlandığı yer müəyyən edilərək valideyinlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Moskviç 2140” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu İrəvanlı kəndinə gedərək Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə elçilik etdiyi, lakin onunla evlənməyə razı olmadığına görə evlənə bilmədiyi, xx.xx.2000-ci il təvəllüdlü Qızqayıt Xuduzadənin bədəninin müxtəlif nahiyələrindən əlləri ilə tutaraq ona sağ bazu, sol said, sol yanaq, sol ayaq pəncəsi nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək avtomaşına mindirib oğurlayaraq Bərdə rayonu Alpout kəndində yaşayan Asimin bacısı Şahid1 evinə aparıb orada saxlamış, 17 iyun 2020-ci ildə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qızqayıt Xuduzadənin saxlandığı yer müəyyən edilərək valideyinlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs3 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə idarə etdiyi “Moskviç 2140” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu İrəvanlı kəndinə gedərək Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə elçilik etdiyi, lakin onunla evlənməyə razı olmadığına görə evlənə bilmədiyi, xx.xx.2000-ci il təvəllüdlü Qızqayıt Xuduzadənin bədəninin müxtəlif nahiyələrindən əlləri ilə tutaraq ona sağ bazu, sol said, sol yanaq, sol ayaq pəncəsi nahiyyələrinin sıyrıqları ilə müşaiyət olunan həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək avtomaşına mindirib oğurlayaraq Bərdə rayonu Alpout kəndində yaşayan Asimin bacısı Şahid1 evinə aparıb orada saxlamış, 16 iyun 2020-ci ildə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qızqayıt Xuduzadənin saxlandığı yer müəyyən edilərək valideyinlərinə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Tərtər rayonu İrəvanlı kənd sakini Qızqayıt Xuduzadə ilə uzaq qohumdur. Əvvəllər Qızqayıtın ailəsi ilə qohum kimi mehriban münasibətləri olmuş, sonradan Qızqayıtı bir müddət görməmişdir. Sonuncu dəfə Qızqayıtı Tərtər şəhərində yerləşən "xxxx" ASC-nin Tərtər rayon filialının inzibati binasında görmüş, həmin vaxtdan Qızqayıtla ailə qurmaq istəmişdir. Bu barədə anası Şəhlaya məlumat vermiş və anası da bir valideyin kimi onun sözlərinə sevinərək, bir neçə dəfə müxtəlif vaxtlarda qohumları ilə Qızqayıta elçi getmişlər, lakin anası Şəhlanın və qohumlarının elçi getməsinə baxmayaraq, Qızqayıt, o cümlədən valideyinləri tərəfindən onların ailə qurmasına razılıq verilməmişdir. Buna görə o, ailə qurmaq üçün Qızqayıtı qaçırmaq fikrinə düşmüşdür. 15.06.2020-ci il tarixdə saat 17 radələrində telefonla əmisi oğlu Təqsirləndirilən şəxs2lə danışdıqdan sonra Tərtər-Goranboy yolunun kənarında əmisi oğlu Əmirqulu ilə görüşmüşdür. Əmirquluya Tərtər rayonu İrəvanlı kəndində qohumu Qızqayıtı evlənmək məqsədi ilə qaçıracaqlarını bildirmişdir. Əmirquluya bu sözləri dedikdən sonra kömək etməsini xahiş etmiş və Əmirqulu da kömək edəcəyi barədə ona söz vermişdir. Bundan sonra onlar 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində evlərinin qarşısında görüşəcəkləri barədə razılaşmışlar. Əmirquludan ayrıldıqdan sonra o, həmkəndlisi Təqsirləndirilən şəxs3 mobil nömrəsinə zəng edib işi olduğundan yolun kənarına çıxmasını bildirmişdir. O, Şahlarla həmin gün saat 17 radələrində Seydimli kəndində görüşmüş və Şahlarla söhbət zamanı sevdiyi qız olan Qızqayıt Xuduzadənin qaçırılmasında kömək etməsi barədə xahiş edəndə Şahlar ona bu işdə köməklik edəcəyini bildirmişdir. Buna görə də onlar 16.06.2020-ci il tarixdə saat 06 radələrində görüşəcəkləri barədə razılığa gəlimişdilər. 16.06.2020-ci il tarixdə saat 06 radələrində evlərinin qarşısında o, Şahlar, o cümlədən Əmirqulu ilə görüşmüşlər. Həmin gün vaxt itirmədən o, Şahların özünə məxsus “Moskvic”markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin pərdəli olmasını, buna görə görünməməsini nəzərə alıb arxa oturacağında, Əmirqulu isə qabaq oturacaqda oturmuş və onlar birlikdə Qızqayıtı qaçırmaq üçün Tərtər rayonunun İrəvanlı kəndinə getmişlər. Onun əvvəlcədən Qızqayıtın hər səhər saat 06 radələrində özlərinə məxsus xırdabuynuzlu heyvanları yolun kənarında otarması barədə məlumatı olduğundan o, Şahlar və Əmirqulu Qızqayıtgilin evlərinin yaxınlığında avtomobili saxlayıb gözləməyə başlamışlar. Onlar gözləyən zaman Qızqayıtın xırdabuyunuzlu heyvanları bacısı Aytacla həyətdən çölə çıxardığını görüb həmin yerdən kənarlaşmışlar. Qızqayıt bacısı Aytacla bir qədər evlərindən kənarlaşdıqdan sonra Şahlara avtomobili yaxınlarına sürməsini bildirmişdir. Şahlar avtomobili işə salıb Qızqaytın yanında saxlayaraq yerə düşmüş və Qızqayıtdan kənddə İlya adlı şəxsin olduğunu soruşmuş, Qızqayıt isə Şahlara bir nəfər İlya adlı şəxs olduğunu və həmin şəxsin də Poladlı kəndində yaşadığını bildirmişdir. Qızqayıt Şahlardan kənarlaşmaq istəyəndə Şahlar qaçıb onun qolundan tutmuş, həmin vaxt maşının içərisində olan əmisi oğlu Əmirqulu maşından yerə düşüb Qızqayıtın qolundan tutaraq zorla maşına gətirən zaman o, avtomobilin arxa qapısını açıb yerə düşərək onlara kömək edib, birlikdə qızı avtomobilə əyləşdirmişlər. Şahlar maşına əyləşib avtomobili Zolgörən kəndi istiqamətində sürmüş, Qızqayıtın sağ tərəfində arxa oturacaqda o, sol tərəfində isə əmisi oğlu Əmirqulu əyləşmişdir. Şahlar maşını idarə edib Zolgörən kəndindən Tərtər-Bərdə magistral yoluna çıxaraq Qızqayıtı Bərdə rayonu Alpout kəndində yaşayan bacısı Nuranəgilə aparmışlar. O, bacısıgilə çatmamışdan əvvəl ona yolda zəng edib Qızqayıtı evlənmək məqsədi ilə qaçırdığını bildirəndə bacısı narazılıq etməyərək gəlməyini bildirmişdir. Qızqayıtı bacısı Nuranəgilə aparıb yerləşdirmiş, sonra Qızqayıtla aralarında narazlıq yarandığı üçün evi tərk etsə də, sonradan Qızqayıtı digər yerə aparmışlar, bundan sonra atasına zəng edib qızı qaytarmasını bildirmiş, atası gəlib qızı götürərək Alpout kəndindəki evə aparmış, oradan da təhvil vermişdir. Həmçinin ifadəsində göstərmişdir ki, Qızqayıtı könüllü olaraq qaytardıqlarından əməlində cinayət olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu Seydimli kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. 15 iyun 2020- ci il tarixdə saat 22 radələrində o, əmisioğlu Asimgildə olan zaman Asim ona bildirmişdir ki, Tərtər rayonu İrəvanlı kəndində yaşayan Qızqayıt adlı qızı evlənmək məqsədi ilə qaçırmaq istəyir və qız onunla ailə qurmağa razıdır. Asim həmkəndlisi Şahlarla da bu barədə söhbət etmişdir ki, 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində Qızqayıtı qaçıracaq. Şahlar da onunla bu barədə razılaşmışdır. O və Asim saat 05 radələrində yuxudan oyanıb Şahlara məxsus “Moskviç-2140” markalı avtomobillə Tərtər rayonunun İrəvanlı kəndinə Qızqayıtı qaçırmaq məqsədilə getmişlər. Şahlar avtomobili idarə etmiş, o, qabaq oturacaqda, Asim isə arxa oturacaqda əyləşmişdir. Onlar Qızqayıtı evlərinin yaxınlığında gözləmiş, Qızqayıtın evdən bacısı ilə çıxdığını, Qızqayıt və bacısının qarşısında isə xırdabuynuzlu heyvanlar olduğunu görmüşlər. Şahlar avtomobili idarə edib Qızqayıtın yanında saxlamış və maşından düşərək Qızqayıtdan İlya adlı şəxsin bu kəndə yaşadığını soruşmuşdur. Qızqayıt isə İlya adlı şəxsin Poladlı kəndində yaşadığını bildirmişdir. Qızqayıt gedən zaman Şahlar ona tərəf gedərək onu qolundan tutmuş, o da həmin vaxt maşından düşüb Şahlara kömək üçün Qızqayıtın qolundan tutaraq zorla maşına tərəf gətirəndə Asim arxa qapını açıb maşından yerə düşərək onlara kömək etmişdir. Həmin vaxt Qızqayıt səs-küy salaraq getmək istəməmiş, əl-qol ataraq müqavimət göstərməsinə baxmayaraq Şahlar Qızqayıtı zorla maşının arxa oturacağına əyləşdirmişdir. O, Qızqayıtın sağ tərəfində, Asim isə sol tərəfində oturmuşlar ki, Qızqayıt maşından özünü tullamasın. Şahlar maşını idarə edib Zolgörən kəndindən Tərtər-Bərdə magistral yoluna çıxaraq X39 rayonu Alpoud kəndində yaşayan bacısı Nuranəgilə aparmışlar. Qızqayıtı Asimin bacısı Nuranəgildə Şahlara məxsus Moskviç-2140 markalı avtomobildən düşürüb evə aparmışlar. Qızqayıtı evə qoyandan sonra özü tək yol maşını ilə Tərtər rayonuna qayıtmış, Asim isə orada qalmış, sürücü Şahlar da çıxıb getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, qızı qoyub qayıdandan sonra Asimə zəng edərək qızın necə olmasını soruşmuş, Asim isə qızın narazı olduğunu və atasına zəng edib qızı gəlib qaytarmasını deyəcəyini bildirdikdə, əgər qız narazılıq edirsə atasına zəng edib qızı qaytarmasını demiş, ancaq bundan sonra Asim Qızqayıtı başqa tanışlarının evinə aparmışdır. Sonradan isə Asim atasına zəng edəndən sonra Asimin atası polis əməkdaşları ilə Alpoutdakı evə getmiş, polis əməkdaşları evdə gözləmiş, Asimin atası isə qızı gətirib polislərə təhvil vermişdir. Həmçinin ifadəsində göstərmişdir ki, Qızqayıtı könüllü olaraq qaytardıqlarından əməlində cinayət olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, valideyinləri ilə birlikdə Tərtər rayonunun Seydimli kəndində yaşayır. 15 iyun 2020-ci il tarixdə saat 08 radələrində Asim ona zəng edərək öz evlərinə dəvət etdiyindən özünə məxsus olan “Moskviç-2140” markalı 59BC538 dövlət qeydiyyat nişanlı avtomaşınla Asimgilə getmişdir. Asimgildə olan vaxtı Asim ona sevdiyi qızı qaçırmağı təklif etmişdir və o, Asimdən problem olub-olmadığını soruşanda Asim ona heç bir problem olmadığını və növbəti gün, yəni 16 iyun 2020-ci il tarixdə saat 05-də onlara gəlməyi təklif etmişdir. O, qohum kimi Asimlə razılaşmış və 16 iyun 2020-ci il tarixdə saat 05:20 dəqiqədə özünə məxsus olan “Moskviç- 2140” markalı avtomaşınla Asimgilə gedəndə əmisi oğlu Əmirqulunu da orada görmüşdür. Asim və Əmirqulu onun maşınına oturmuş və Asim ona Tərtər rayonunun İrəvanlı kəndinə gedəcəklərini bildirmişdir. Onlar birlikdə İrəvanlı kəndinə gedəndə 2 nəfər qız uşağının sahədə qoyun otardıqlarını görmüş, Asim həmin qızlardan birinin onun sevdiyi qız Qızqayıt olduğunu demişdir. Asim ona maşını saxlamağı və həmin qızı qaçıracaqlarını bildirmişdir. Buna görə o, idarə etdiyi maşını saxlamış və Asim özünü tanıtmamaq üçün özü maşında oturmuşdur. Əmirqulu ilə o, maşından düşərək Asimin sevdiyi qıza yaxınlaşıb, onu şübhələndirməmək üçün Poladlı kəndinə necə gedəcəklərini soruşmuş və həmin qız ona 3-4 kənddən sonra Poladlı kəndinin yerləşdiyini bildirmişdir. O, həmin yerdən bir az aralaşaraq Asimin sevdiyi qızı maşına yaxınlaşdırmaq üçün Asimə zəng edib, yenidən ona tərəf yaxınlaşmış, o, həmin qızdan Poladlı kəndinə necə gedəcəklərini bəhanə edib təkrarən soruşmuş, Qızqayıt isə ona yaxınlaşaraq yolu göstərmək istəyəndə qolundan tutub, maşına tərəf itələmiş və bundan sonra Əmirqulu həmin qızı maşına tərəf aparanda Asim maşının salonundan qolundan tutub maşının arxasında otuzdurmuş, özü də sükanın arxasında oturaraq Bərdə rayonun Zolgörən kəndi istiqamətində getmişlər. Mərkəzi yola çıxaraq Bərdə rayonunun Alpoud kəndinə getmiş və orada Qızqayıtı, o cümlədən Asimlə Əmirqulunun sahibini tanımadığı evə düşürüb, Seyidimli kəndinə yaşadıqları evə qayıtmışdır. Bundan sonra polis əməkdaşları ondan şübhələnib onu polis şöbəsinə gətirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan Asimlə telefonla danışarkən Asim ona atasına zəng edərək qızı qaytarıb verməsini dediyini, qızın qaytarılacağını bildirmiş, sonradan qızın qaytarıldığı məlum olmuşdur. Qızı könüllü olaraq qaytardıqlarından əməlində cinayət olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Tərtər rayonunun İrəvanlı kəndində yaşayır. O, heç bir işlə məşğul olmur, 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs1 onun doğma oğludur. Asimin onun qohumu Qızqayıt Xuduzadəni istədiyindən həyat yoldaşı Şəlalə və digər qohumları ilə birlikdə bir neçə dəfə Qızqayıt üçün elçi getsələr də Qızqayıtın ailəsi və Qızqayıtın özü narazı olduğundan bu iş baş tutmamışdır. 16 iyun 2020-ci il tarixdə saat 08 radələrində evlərində olan zaman istifadəsində olan mobil nömrəyə bibisi oğlu Qurban, yəni Qızqayıtın atası tərəfindən zəng gəldiyini görüb açmış və bibisi oğlu Qurban ona Asimin Qızqayıtı zorla qaçırması barədə məlumat vermişdir. Həmin vaxt Qurban ona əsəbi şəkildə Asimi taparaq Qızqayıtı geri qaytarmasını tələb etdiyindən o, Qızqayıtı qaytaracağına söz vermişdir. Evdə olan zaman Tərtər rayon polis şöbəsinin əməkdaşları Şahid10 və Qabil Şahbazov onlara gəlmiş və Asimin Tərtər rayonu İrəvanlı kənd sakini Qurbanın qızı Qızqayıtı zorla qaçırdığını bildirərərək, Qızqayıtın tapılmasında və geri qaytarılmasında kömək etməyi təklif etmişdir. Onlara əlindən gələni edəcəyini və qızın tapılmasında kömək edəcəyini bildirmişdir. Həmin vaxt o, fikiləşib X40 rayonunda yaşayan qızı Nuranəgilə aparacağını zənn etmişdir. O, İlqar və Qabil müəlimlə birlikdə Bərdə rayonu Alpout kəndində yaşayan qızı Nuranəgilə getmişdir. Həmin vaxt evdə Nuranə və həyat yoldaşının olmadığını görmüşdür. Evdə olan qudası Mikayıl onlara gəlini Nuranənin qardaşı Asimin qaçırdığı qızı apardıqlarını bildirmişdir. O, həmin vaxt kürəkəni Raminin mobil nömrəsinə zəng edib ondan uşaqların harada olduğunu soruşmuş, Ramin ona yolda olduğunu və evə gələcəyini bildirmişdir. Ramin təxminən 20 dəqiqə sonra evlərinə gəlmiş, polis əməkdaşları Şahid10 və Qabil Şahbazovun yanında Ramindən Asimin qızı onların evlərindən hara apardığını soruşanda Ramin ona qonşu kənddə dostunun evinə apardığını bildirmiş, birlikdə ora getmələrini desə də Raminə əsəbiləşərək onunla birlikdə getməmiş, özü taksilə, Raminə isə öz maşını ilə gəlməsini deyərək Qızqayıtın saxlanıldığı evə getmişlər. Qızqayıtdan könüllü gəlibgəlmədiyini soruşmuş, Qızqayıt istəmədiyini dediyi üçün onu da götürüb taksi ilə qayıtmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, oğlu X40 rayonunda yaşayan qızı Nuranəgilə aparacağını zənn etdiyi üçün ora getmiş, ora çatanda məlum olmuşdur ki, Qızqayıt artıq Nuranəgildə narazılıq bildirdiyindən və onun da ora gedəcəyini ehtimal etdiyindən Asim qızı başqa kəndə dostunun evinə aparmışdır. Həmçinin orada olarkən qudası ona bildirmişdir ki, Asimdən qız qaçırması barədə atasının məlumatının olub-olmamasını soruşduqda Asim atasının məlumatının olmadığını dedikdə, ona “atan gəlir, qızı aparacaq” demiş, bundan sonra qızı oradan götürüb çıxıb gedəndən sonra Asim qudasına zəng edərək gəlib qızı aparması üçün atasına deməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Tərtər rayon pols şöbəsinin əməliyyat İşləri üzrə rəis müavini vəzifəsində işlədiyi vaxt 16.06.2020-ci il tarixdə polis şöbəsinə Tərtər rayonu İrəvanlı kənd sakini X2 zorla, iradəsinə zidd olaraq məcburi qaydada Tərtər rayonu Seydimli kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən qaçırıldığı barədə məlumat daxil olmuş, hadisə baş verən yer Tərtər rayonu İrəvanlı kəndi olduğu üçün həmin ərazidə xidmət aparan əməliyyat müvəkkili polis polkovnik-leytenantı Qabil Şahbazovu yanına dəvət edib İrəvanlı kəndində yaşayan Qıazqayıt Xuduzadənin zorla Tərtər rayonu Seydimli kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən qaçırıldığını bildirmişdir. O, Qabil Şahbazovla birlikdə Təqsirləndirilən şəxs1 Tərtər rayonu İrəvanlı kəndində yaşayan atası Alı Bəndliyevin evinə getmiş, Şahid11lə görüşüb ona oğlu Asimin İrəvanlı kənd sakini Qızqayıt Xuduzadəni zorla qaçırması barədə məlumat verib ona X29 hara aparacağını ondan soruşmuş, Şahid11 onların yanından kənarlaşıb kiminləsə telefon əlaqəsi saxlamış, Alı onların yanına qayıdıb Təqsirləndirilən şəxs1 Qızqayıt Xuduzadəni Bərdə rayonu Alpout kəndində yaşayan qızı Nuranəgilə qaçıracağını bildirmiş, O, Şahid11 və Qabil Şahbazov ona məxsus xidməti “Niva” markalı avtomobillə Bərdə rayonu Alpout kəndinə getmiş, idarə etdiyi avtomobili Nuranəgilin həyətində saxlayıb birlikdə maşından düşüb evə getmiş, həmin vaxt Asimi və qaçırılan Qızqayıt Xuduzadəni orada görməmiş, Şahid11 onlardan kənarlaşıb telefonla kiminləsə danışdıqdan sonra Asimin Qızqayıtı onların gəlişindən xəbəri olduğu üçün Alpout kəndindən başqa kəndə apardığını bildirmiş, Alı onların Nurangildə gözləməyini və qızı gedib gətirəcəyini bildirmişdir. O, Alıya birlikdə getməyi təklif etdikdə Alı onların yaxında olduqlarını bildirmişdir. O Qabil Şahbazovla birlikdə orada gözləmiş, təxminən 1 saatdan sonra Şahid11 gəlmişdir. Alı içəri daxil olub, onlara qaçırılan qız Qızqayıt Xuduzadənin xidməti maşının yanında gözlədiyini demişdir. O, Qabil Şahbazovla birlikdə evdən çıxıb maşına tərəf gələndə Qızqayıtın maşının yanında dayandığını görmüş və birlikdə maşına əyləşib Tərtər rayon polis şöbəsinə gəlmişlər .Qızqayıt Xuduzadəni müstəntiqə təqdim edib hadisə ilə bağlı izahatını yazmış, həmin vaxt onlara Qızqayıt Xuduzadəni həmin gün saat 06 radələrində Tərtər rayonu Seydimli kənd sakinləri Təqsirləndirilən şəxs2, X36 və Təqsirləndirilən şəxs3 Zöhrab oğlu qabaqcadan əlbir olan qrup şəklində birləşərək Şahlara məxsus Moskviç markalı avtomobillə zorla, iradəsinə zidd, məcburi qaydada qaçırıb Bərdə rayonu Alpout kəndində yaşayan Asimin bacısı Şahid1gilə aparmışlar. Əlavə etmişdir ki, qızı axtardıqları müddət ərzində onun yeri müəyyən olunmasa da, bununla bağlı paralel olaraq tədbirlər həyata keçirilmiş, lakin proflaktik söhbət aparıldıqdan sonra Şahid11 gətirib qızı təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X26 Şahid10 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş X13 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu İrəvanlı kəndində yaşayır. O, Təqsirləndirilən şəxs1 tanıyır, Asim atası Qurbanın uzaqdan qohumudur. Onlarla son vaxtlar gediş-gəlişləri olmasa belə, o, Təqsirləndirilən şəxs1 bacısı Nuranənin qızları ilə mütamadi olaraq sosial şəbəkədə əlaqə saxlayıb, söhbət etmişdir. 02 may 2020-ci il tarixdə o, atası Qurbanla birlikdə plastik kart almaq üçün Tərtər şəhərində yerləşən Kapital Bank ASC-nin Tərtər rayon filialına getmiş, atası X45 filialının binasında olan zaman Təqsirləndirilən şəxs1də atası ilə orada görmüşdür. Asim həmin vaxt onu görüb bəyənmiş və bu barədə valideyinlərinə məlumat vermişdir. O, Asimi gördükdən 3-4 gün sonra anası Şəlaləni, bacısı Nuranəni və digər qohumlarını onun üçün elçi göndərmiş, o və valideyinləri razı olmadığı üçün Asimin valideyinlərinə razılıq verməmişdirlər. Təqsirləndirilən şəxs1 2020-ci ilin may ayında onunla ailə qurmaq üçün yenə vaideyinlərini elçi göndərmiş, yenə Asimin valideyinlərinə razılıq verilməmişdir. Asimin bacısı Nuranə onlara elçilik vaxtı gələndə onunla görüşmüş və ona qardaşı Asimin dəliyə döndüyünü, onu zorla da olsa qaçıracağını bildirmişdir. 16.06.2020-ci il tarixdə saat 06 radələrində o, bacısı Aytacla özlərinə məxsus xırdabuynuzlu heyvanları öz fərdi yaşayış evlərinin dəmir darvazasından çıxarıb yolun kənarı ilə sahəyə aparanda anası Sevinc də onların arxasınca gəlmişdir. Bacısı Aytac özlərinə məxsus heyvanları aparan zaman heyvanlar yolun kənarında yonca sahəsinə tərəf qaçmış, Aytac heyvanların yonca sahəsinə daxil olmasının qarşısını almaq üçün qaçıb oradan kənarlaşmışdır. O isə bacısının yanına gedən zaman yolun kənarında boz rəngli, dövlət qeydiyyat nişanını bilmədiyi Moskviç-2140 markalı avtomobil saxladığını görmüş, avomobilin sürücüsü avtomobildən düşüb ona “bacı bir dəqiqə olar sizdən söz soruşum” kimi söz demişdir. Üzü saqqallı, sonradan adınının Şahlar olduğunu bilən şəxs ona yaxınlaşaraq kəndlərində İlya adlı şəxsin olduğunu, həmin şəxsin harada yaşadığını soruşmuşdur. O isə Şahlara “bu kənddə İlya adı şəxs yaşamadığını bildirmiş və Şahlara əli ilə qarşı kənddə yaşadığını göstərmiş, bu sözü ona deyəndən sonra heyvanlara tərəf qaçmaq istəyəndə sürücünün telefonla danışdığını eşitmiş, həmin şəxs ondan bir dəqiqə sizi olar biz Poladlı kəndinə getmək istəyirik sualını vermişdir. O, həmin sürücüyə burdan Poladlı kəndinə iki kənd var demiş, Şahlara cavab verdikdən sonra bacısı Aytaca tərəf gedəndə Şahlar və maşından düşən qırmızı koftalı və qara şalvarda olan sonradan adınının Əmirqulu olduğunu bilən şəxs onun qollarından tutub avtomobilə tərəf aparan zaman bu vaxt Asim arxa qapını açıb yerə düşərək köməkli şəkildə tutaraq yerdə onu sürütləyib avtomobilə mindirmişlər. Həmin vaxt qışqıraraq kimsənin ona kömək etməsini xahiş etmişdir. Hər üç şəxs, yəni Əmirqulu və Təqsirləndirilən şəxs1lər və yanlarında olan sonradan adını bildiyi Şahlar qolunu burub maşına əyləşdirmiş, Asim onun sağında, Əmirqulu isə onun solumda əyləşərək Şahlar avtomobili Zolgörən kəndinin içərisindən keçən yoldan avtomobili idarə edib Tərtər -Bərdə marşrut yoluna çıxaraq Bərdə rayonuna aparmışdır. Bərdə rayonuna gedən zaman Asim bacısı Nuranənin mobil nömrəsinə zəng edərək onu qaçırdığını və qapını açmasını bildirmişdir. Asim Bərdə rayonunda yaşayan bacısıgilə çatmış və bacısı Nuranə darvazanı açıb avtomobillə içəri daxil olmuşdur. O, bir saat müddətində Asimin bacısı Nuranəgildə qalmış, Nuranəgildə olan zaman o, Asimlə dalaşmış və Asim evi tərk etmiş, Əmirqulu isə yanımda qalmışdır. O, həmin vaxt Nuranəyə onu aparıb valideyinlərinə təhvil verməsini istəmiş, Nuranə də ona Mətləb əmin gəlir, sənin valideyinlərinə aparıb təhvil verəcəyini demişdir. Adını bilmədiyi evin sahibi Nurangilə “qız öz istəyi ilə gəlməyib mənim başıma oyun açmayın, qızı başqa evə aparın”kimi sözlər demiş, Nuranə idarə etdiyi markasını bilmədiyi avtomobillə onu yolunu bilmədiyi və tanımadığı başqa kəndə aparmışlar. Onu Nuranə və Əmirqulu tanımadığı şəxsin evinə aparmış, onu Nuranə gətirdiyi evin otağına salmış və özü isə çölə çıxmışdır. Təxminən bir saata yaxın tanmadığı şəxsə məxsus evdə qalmış, o, evdə olan vaxtı Asim Nuranənin mobil nömrəsinə zəng edib onunla danışmağı bildirmiş, Nuranəyə danışmamağını bildirmişdir. Həmin vaxt telefon mikrofonda olduğu üçün Asim telefonda ona geri qaytarıb valideyinlərinə təhvil verəcəyini bildirmiş və ona kim səndən nə soruşsa həmin şəxslərə hə deməyini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Asimin atası Alı onun olduğu evə gəlmiş, Alı onunla həmin vaxt görüşüb sən Asimi istəyib-isəməsini soruşmuşdur. Alı Təqsirləndirilən şəxs1 onu saxlamaq imkanlarının tükəndiyini düşündüyü üçün onu həmin evdən çıxarıb Bərdə rayonunun Alpout kəndində, Nurangilin evində gözləyən polis əməkdaşlarına gətirib təhvil vermişdir. Polis əməkdaşları onu Tərtər rayon polis şöbəsinə gətirib hadisə ilə bağlı izahatı alındıqdan sonra valideyinlərinə təhvil vermişdir. Eyni zamanda, Asim Bəndəlıyev və yanında olan iki nəfər birinin adı Əmirqulu və üzü saqqallı Təqsirləndirilən şəxs3 onun qolundan tutub zorla Moskvic markalı avtomobilə mindirmişdir. Təqsirləndirilən şəxs1 onu qaçırdıqdan sonra onunla cinsi əlaqədə olmamış və ona zor tətbiq etməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayonu Alpout kəndində yaşayır. Təqsirləndirilən şəxs1 onun qardaşı, Təqsirləndirilən şəxs2 onun əmisi oğlu və Təqsirləndirilən şəxs3 isə onun həmkəndlisi və uzaq qohumudur.16.06.2020-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı Raminə məxsus DAEVO markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı kənddən evə su gətirib maşını həyətlərində saxlamış, bu vaxt evlərinin dəmir darvazası açıq olduğu üçün boz rəngli Moskvic markalı avtomobilin həyətlərinə daxil olduğunu görmüş, həmin “Moskvic” markalı avtomobildən qardaşı Asimin, əmisi oğlu Əmirqulunun, həmkəndlisi Şahların və bir neçə dəfə elçilik etsələr də onlara razılıq verməyən tanışı Qızqayıtın maşından düşdüyünü görmüş, həmin vaxt onların yanına yaxınalşıb Qızqayıtı özü ilə evə aparmış, ardınca isə qadaşı Asim və əmisi oğlu Əmirqulu içəri daxi olmuş, Şahlara isə işi olduğu üçün gedəcəyini bildirib maşına əyləşərkən onların evini tərk etmişdir. Onlar evdə olan vaxtı Qızqayıta nə lazımdır, köməklik edəcəyini bildirmiş və ucadan səs çıxarmamağı, kənd cammatının bilməməsi üçün sakit dayanmasını Qızqayıta bildirərək Qızqayıta valideyinlərinə qaytaracağını demişdir. O, Qızqayıtı başqa evə aparmaları üçün həyat yoldaşı Raminin mobil nömrəsinə zəng edib gəlməsini bidirəndə Ramin ona işi çox olduğu üçün gələ bilməycəyini demişdir. Bundan sonra o, qayınatasının mobil nömrəsinə zəng edib onlara gəlməsini istəmişdir. Lakin qayınatası da ona işinin olduğunu bildirib gələ bilməyəcəyini demişdir. O. Qızqayıta yaxınalşıb hazırlaşmasın, aparıb valideyinlərinə təhvil verəcəyinə söz vermiş. Qızqayıtda onun sözünə inanmışdır. O. həyat yoldaşı Raminə məxsus DAEVO markalı avtomaşını işə salaraq özü sükan arxasında oturmuş, Şahlar ön oturacaqda, Əmirquu və Qızqayıt isə arxa oturacaqda oturmuşdular. Birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan oğlunun kirvəsi Şahid6gilə gedərək idarə etdiyi avtomobili Mirağagilin evlərinin qarşısında saxlamışdır. O, Qızqayıta, qardaşı Asimə və əmisioğlu Əmirquluya maşından yerə düşməməsi üçün tapşırıq vermiş, özü isə maşından düşüb Mirağanı çağırmışdır. Mirağa evdən çölə çıxıb onunla salamlaşmış və ona evə gəlməsini təklif etmişdir. O, Mirağaya qardaşı Asimin qız qaçırdığını bildirmiş və onlarda saxlanmasına icazə verməyini xahiş etmişdir. Mirağa da anası Zəminəni evlərinə dəvət etmiş və Zəminə bir neçə dəqiqədən sonra onlara gəlmişdir. Onunla görüşüb nə baş verdiyini soruşanda o, Zəminəyə qardaşı Asimin qızı qaçırdığını və Mirağagildə saxlamalarını bildirmişdir. Zəminə və Mirağa onun dediklərinə etiraz etmiş, onların etirazlarını nəzərə alıb onlardan incik halda gəldiyi maşına əyləşərək Əmirquluya getməsini bildirmişdir. Əmirqulu isə onları orada qoyub çıxıb getmişdir. O, maşında olanda həyat yoldaşı Raminin mobil nömrəsinə zəng edib tək qaldığını və buna görə ona kömək etməsini istəmişdir. Ramin ona maşın olmadığını, piyada olduğunu bildirib Bərdə rayonu Qaradırnaq kəndə gəlməsini məsləhət bilmişdir. O, avtomobili idarə edib Bərdə rayonu Qaradırnaq kəndinə gedəndə Raminlə telefon əlaqəsi saxlamış, Ramin isə ona Bərdə rayonunda yaşayan dostu İlkingilə gedəcəyi yolu tanış etmiş və o, qardaşı Təqsirləndirilən şəxs1, o cümlədən Qızqayıtla birlikdə Bərdə rayonu Qaradrınaq kəndində yaşayan Raminin dostu İlkingilə getmişlər. O, Qızqayıtla bilrikdə evə keçib Asimə gözləməsini demişdir. Asim evin darvasının qarşısında gözləyəndə ev sahibləri də Qızqayıtın qaçırılması barədə məlumatları olmuşdur. Təxminən 30 dəqiqə sonra atası Alıda onların olduqları İlkingilin evlərinə gəlmiş, o Qızqayıtla görüşdükdən sonra Bərdə rayonunun Alpout kəndinə qaılmaqlarını bildirmişdir. Onlar Qızqyıtı da götürüb özlərinə məxsus DAEVO markalı avtomobillə Alpout kəndinə qayıtmışlar.Qızqayıt Xuduzadəni saxlamaq imkanları olmadığı üçün atası Alı gətirib polis əməkdaşarına təhvil verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X10 Bərdə zona mərkəzi tərəfindən təqdim edilmiş 17.06.2020-ci il tarixli 204 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər-sağ bazu, sol said, sol yanaq, sol ayaq pəncəsi nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə törənə bilər, o cümlədən qərarda göstərilən şəraitdə - yəni fiziki güc tətbiq etməklə törənə bilməsi istisna edilmir, müddəti qərarda göstərilən tarixə -yəni 16.06.2020-ci il tarixə uyğun gəlir və birlikdə və ayrı ayrılqda sağlamlığa zərə vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X11 Regional Bölməsi tərəfindən təqdim edilmiş 18 avqust 2020-ci il tarixli 16/537 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, X5, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məxsus geyim əşyalarının səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və əngi 1 №-li cədvləd göstərilmişdir. Tədqiqata təqdim edilmiş X5 məxsus geyim əşyalarının üzərində tapılmış kənar lif mikrohissəcikləri arasında, Təqsirləndirilən şəxs1, X3 və Təqsirləndirilən şəxs3 məxsus geyim əşyalarının təkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1, X3 və Təqsirləndirilən şəxs3 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X9 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 13 avqust 2020-ci il raixli 444/195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağılıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədən zaman öz əməlinin mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Əmiruqlu Bəndəliyevin fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meylilik, hadisə haqqında məntiqi fikir yürütmək, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması, keçirdiyi hiss və həyəcanları, ağrıları şişirtməyə meyillilik, başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 13 avqust 2020-ci il tarixli 445/196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 oğlu hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağılıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs3 oğlu hazırkı cinayət əməlini törədən zaman öz əməlinin mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 Alı oğlunun fərdi-psixi xüsussiyyətləri aşağıdakılardaır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meylilik, hadisə haqqında məntiqi fikir yürütmək, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konfilikt problemlərin olması, keçirdiyi hiss və həyəcanları, ağrıları şişirtməyə meyillilik, başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs3 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 18 avqust 2020-ci il raixli 461/202 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu hazırkı cinayət əməlini törədən zaman öz əməlinin mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsussiyyətləri aşağıdakılardaır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meylilik, hadisə haqqında məntiqi fikir yürütmək, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konfilikt problemlərin olması, keçirdiyi hiss və həyəcanları, ağrıları şişirtməyə meyillilik, başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. İş materiallarına əlavə edilmiş 17.06.2020-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə CM-in 144.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 17.06.2020-ci il tarilxi “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə CM-in 144.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 17.06.2020-ci il tarilxi “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə CM-in 144.2.3-cü maddəsilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 4(061)-39/2020 sayı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17.06.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 4(061)-40/2020 sayı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17.06.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 4(061)-41/2020 sayı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17.06.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 19 iyul 2020-ci il tarixli 4(061)-50/2020 sayı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 19 iyul 2020-ci il tarixli 4(061)-51/2020 sayı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Məhkəməsinin 19 iyul 2020-ci il tarixli 4(061)-52/2020 sayı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01.06.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 anası X14 ilə Tərtər rayonu Seydimli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri - atası X15, anası X22, bacıları X27 və X37 ilə birlikdə Tərtər rayonu Seydimli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri - atası X6, anası X16 və bacıları X7 ilə birlikdə Tərtər rayonu Seydimli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnaməsindən görünür ki Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Tərtər rayon Mərkəzi Xəstəxanasının 464 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “İpoxondrik nevroz” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Mərkəzi Xəstəxanasının 465 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər RMX-nin ruhi-əsəb kabinetinə müraciət etməmiş və dispanser qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Tərtər rayon Mərkəzi Xəstəxanasının 466 nömrəli məktubundan görünür ki, Rzayev X28 RMX-nin ruhi-əsəb kabinetinə müraciət etməmiş və dispanser qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş Tərtər rayon polis şöbəsinə təqdim edilmiş X18 22 iyun 2020-ci il tarixli ərizəsindən görünür ki, onların Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbləri yoxdur. İş materillarına əlavə edilmiş X13 tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 28.05.2021-ci il tarixli teleqramdan görünür ki, X13 xəstə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmir, onun Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib yekun qərar qəbul etməyi xahiş edir. İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş arayışdan görünür ki, X1 rayon Kəbirli kəndində yaşayır və hamilə olduğu üçün uzaq yerlərə və qıraq rayonlara gedə bilmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 verilmiş ittihamla özlərini təqsirli bilməyərək Qızqayıt Xuduzadəni iradəsinə zidd olaraq qaçırmaqla cinayət əməlini törətdiklərini göstərsələr də, sonradan zərərçəkmişi könüllü olaraq qaytardıqlarından törətdikləri əməlin cinayət olmadığını bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, Qızqayıtı qaçıraraq Asimin Bərdə rayonunun Alpoud kəndində yaşayan bacısı Nuranəgilə apardıqdan sonra özü tək yol maşını ilə Tərtər rayonuna qayıtmış, Asim isə orada qalmış, sürücü Şahlar da çıxıb getmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən müəyyən olunmuşdur ki, Qızqayıtı qaçıraraq Asimin Bərdə rayonunun Alpoud kəndində yaşayan bacısı Nuranəgilə apardıqdan sonra Nuranə və Asimlə bərabər Qızqayıtın digər evə asparılmasında da iştirak etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər tərəfindən verilmiş həmin ifadələrlə bağlı olaraq hesab edir ki, həm işin faktiki halları, həmçinin məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, o cümlədən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı özlərini təqsirli bilməklə verdikləri ifadələrilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlunun və Təqsirləndirilən şəxs3 onlara verilmiş ittihamlarla təqsirli olduqları öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilməklə göstərmişdir ki, “Tərtər rayonu İrəvanlı kənd sakini Qızqayıt Xuduzadəni tanıyır, belə ki, Qızqayıtla uzaq qohumdur. Əvvəllər Qızqayıtın ailəsi ilə qohum kimi mehriban münasibətləri olmuş, sonradan Qızqayıtı bir müddət görməmişdir. Sonuncu dəfə Qızqayıtı Tərtər şəhəri Elman Hüseynov küçəsində yerləşən "xxxx" ASC-nin Tərtər rayon filialının inzibati binasında dövlət tərəfindən verilən 190 manat həcmində məvacibi almaq məqsədi ilə gedən vaxtı görmüş, həmin vaxtdan Qızqayıtı ailə qurmaq üçün sevmişdir.Bu barədə o, anası Şəhlaya məlumat vermiş və anası da bir valideyin kimi onun sözlərinə sevinərək, bir neçə dəfə müxtəlif vaxtlarda qohumları ilə Qızqayıta elçi getmişlər, lakin anası Şəhlanın və qohumlarının elçi getməsinə baxmayaraq, Qızqayıt, o cümlədən valideyinləri tərəfindən onların ailə qurmasına razılıq verilməmişdir. Buna görə o, ailə qurmaq üçün Qızqayıtı qaçırmaqda görmüşdür. 15.06.2020-ci il tarixdə 17 radələrində telefonla əmisioğlu Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng edib, işi olduğu üçün evlərinin yaxınlığındakı yolun kənarına çıxmasını bildirmiş və buna görə onlar, Tərtər-Goranboy yolunun kənarında yerləşən “Seyidin ocağı” adlanan yerdə əmisi oğlu Əmirqulu ilə görüşmüşdür. Əmirquluya Tərtər rayonu İrəvanlı kəndində qohumu Qızqayıtı evlənmək məqsədi ilə qaçıracaqlarını bildirmişdir. Əmirquluya bu sözləri dedikdən sonra kömək etməsini xahiş etmiş və Əmirqulu da kömək edəcəyi barədə ona söz vermişdir. Bundan sonra onlar 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində evlərinin qarşısında görüşəcəkləri barədə razılaşmışlar. Əmirquludan ayrıldıqdan sonra o, həmkəndlisi Təqsirləndirilən şəxs3 mobil nömrəsinə zəng edib işi olduğundan yolun kənarına çıxmasını bildirmişdir. O, Şahlarla həmin gün saat 17 radələrində Seydimli kəndində yerləşən “Cücə” inqibatorunun yaxınlığında görüşmüş və Şahlarla söhbət zamanı sevdiyi qız olan Qızqayıt Xuduzadənin qaçırılmasında kömək etməsi barədə xahiş edəndə Şahlar ona bu işdə köməklik edəcəyini bildirmişdir. Buna görə də onlar 16.06.2020-ci il tarixdə saat 06 radələrində görüşəcəkləri barədə razılığa gəlimişdilər. 16.06.2020-ci il tarixdə saat 06 radələrində evlərinin qarşısında o, Şahlar, o cümlədən Əmirqulu ilə görüşmüşlər. Həmin gün vaxt itirmədən o, Şahların özünə məxsus “Moskvic”markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin pərdəli olmasını, buna görə görünməməsini nəzərə alıb arxa oturacağında, Əmirqulu isə qabaq oturacaqda oturmuş və onlar birlikdə Qızqayıtı qaçırmaq üçün Tərtər rayonu İrəvanlı kəndinə getmişlər. Onun əvvəlcədən Qızqayıtın hər səhər saat 06 radələrində özlərinə məxsus xırdabuynuzlu heyvanları yolun kənarında otarması barədə məlumatı olduğundan o, Şahlar və Əmirqulu Qızqayıtgilin evlərinin yaxınlığında avtomobili saxlayıb gözləməyə başlamışlar. Onlar gözləyən zaman Qızqayıtın xırdabuyunuzlu heyvanları bacısı Aytacla həyətdən çölə çıxardığını görüb həmin yerdən kənarlaşaraq gözləməmiş və Qızqayıt bacısı Aytacla bir qədər evlərindən kənarlaşdıqdan sonra Şahlara avtomobili yaxınlarına sürməsini xahiş etmişdir. Bun görə Şahlar avtomobili işə salıb Qızqaytın yanında saxlayaraq yerə düşmüş və Qızqayıtdan kənddə İlya adlı şəxsin olduğunu soruşmuşdur. Qızqayıt isə Şahlara bir nəfər İlya adlı şəxs olduğunu və həmin şəxsin də Poladlı kəndində yaşadığını bildirmişdir. Qızqayıt Şahlardan kənarlaşmaq istəyəndə Şahlar qaçıb onun qolundan tutmuş, həmin vaxt maşının içərisində olan əmisi oğlu Əmirqulu maşından yerə düşüb o, da Qızqayıtın qolundan tutaraq zorla maşına gətirən zaman o, avtomobilin arxa qapısını açıb yerə düşərək onlara kömək edib, birlikdə avtomobilə əyləşdirmişlər. Şahlar maşına əyləşib avtomobili Zolgörən kəndi istiqamətində sürmüş, Qızqayıtın sağ tərəfində arxa oturacaqda o, sol tərəfində isə əmisi oğlu Əmirqulu əyləşmişdir. Şahlar maşını idarə edib Zolgörən kəndindən Tərtər-Bərdə magistral yoluna çıxaraq Qızqayıtı Bərdə rayonu Alpout kəndində yaşayan bacısı Nuranəgilə aparmışlar. O, bacısıgilə çatmamışdan əvvəl ona yolda zəng edib Qızqayıtı evlənmək məqsədi ilə qaçırdığını bildirəndə bacısı narazılıq etməyərək gəlməyini bildirmişdir. Qızqayıtı bacısı Nuranəgilə aparıb yerləşdirmiş, sonra Qızqayıtla aralarında narazlıq yarandığı üçün evi tərk edib Bərdə şəhərinə getmişdir. Eyni zamanda, Qızqayıtı qaçıran zaman narazlıq etdiyi üçün Şahlar, Əmirqulu və o, qolundan tutub zorla avtomobilə əyləşdirmiş, Qızqayıta qarşı hədə qorxu gəlməmiş, 15 iyun 2020-ci il tarixdə saat 17 radələrində ayrı-ayrılıqda Şahlar və Əmirqulu ilə Tərtər rayonu Seydimli kəndində görüşüb onlara İrəvanlı kəndində yaşayan Qızqayıtı qaçırmaq barədə söhbət etmiş və onlar 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində Qızqayıtı qaçırmaqları barədə razılığa gəlmişdirlər. Qızqayıt Xuduzadə ilə təbii və qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. O, Təqsirləndirilən şəxs3 və əmisioğlu Təqsirləndirilən şəxs2lə birlikdə Şahlara məxsus “Moskviç” markalı, boz rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qızqayıtı qaçırmışlar.” Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilməklə göstərmişdir ki, “ ailə üzvləri ilə birlikdə Tərtər rayonu Seydimli kəndində yaşayır və Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, əmioğludurlar. 15 iyun 2020- ci il tarixdə saat 22 radələrində o, əmisioğlu Asimgildə olan zaman Asim ona bildirmişdir ki, Tərtər rayonu İrəvanlı kəndində yaşayan Qızqayıt adlı qızı evlənmək məqsədi ilə qaçırmaq istəyir və qız onunla ailə qurmağa razıdır və qızın 20-yaşı var. Asim həmkəndlisi Şahlarla da bu barədə söhbət etmişdir ki, 16 iyun 2020-ci il tarixdə saat 06 radələrində Qızqayıtı qaçıracaq. Şahlarda onunla bu barədə razılaşmışdır. O və Asim saat 05 radələrində yuxudan oyanıb Şahlara məxsus “Moskviç-2140” markalı avtomobillə Tərtər rayonu İrəvanlı kəndində Qızqayıtı qaçırmaq məqsədilə getmiş, Şahlar avtomobili idarə etdiyini, o, qabaq oturacaqda, Asim isə arxa oturacaqda əyləşmişdir. Onlar Qızqayıtı evlərinin yaxınlığında gözləmiş, məqsdləri isə Qızqayıtın çölə çıxanda qaçırmaları olmuşdur. Onlar Şahlara məxsus Moskviç-2140 markalı avtomobildə gözləyən zaman həmin vaxt Qızqayıtın evdən bacısı ilə çıxdığını, Qızqayıt və bacısının qarşısında isə xırdabuynuzlu heyvanlar olduğunu görmüşlər. Şahlar avtomobili idarə edib Qızqayıtın yanında saxlamış və maşından düşərək Qızqayıtdan İlya adlı şəxsin bu kəndə yaşadığını soruşmuşdur. Qızqayıt isə İlya adlı şəxsin Poladlı kəndində yaşadığını bildirmişdir. Qızqayıt gedən zaman Şahlar ona tərəf gedərək onu qolundan tutmuş, o da həmin vaxt maşından düşüb Şahlara kömək üçün Qızqayıtın qolundan tutaraq zorla maşına tərəf gətirəndə Asim arxa qapını açıb maşından yerə düşərək onlara kömək etmişdir. Həmin vaxt Qızqayıt narazı olduğu üçün əl-qol ataraq müqavimət göstərməsinə baxmayaraq Şahlar Qızqayıtı zorla maşının arxa oturacağına əyləşdirmişdir. O, Qızqayıtın sağ tərəfində, Asim isə sol tərəfində oturmuşlar ki, Qızqayıt maşından özünü tullamasın. Şahlar maşını idarə edib Zolgörən kəndindən Tərtər-Bərdə magistral yoluna çıxaraq X39 rayonu Alpoud kəndində yaşayan bacısı Nuranəgilə aparmışlar. Qızqayıtı Asimin bacısı Nuranəgildə Şahlara məxsus Moskviç-2140 markalı avtomobildən düşürüb evə aparmışlar. Qızqayıtı maşından düşürüb evə apardıqdan sonra Təqsirləndirilən şəxs3 işi olduğu üçün getməli olduğunu bildirib getmişdir. Nuranəgildə o, Asim və Qazqayıt qalmış, Nuranəgildə olan vaxtı Qızqayıtla Asim arasında mübahisə baş vermiş və bundan sonra Asim evi tərk edib getmişdir. Həmin vaxt Nuranə əsəbləşib qızın valideyinlərinin bura gələcəyini və kənd arasında biabır olacaqlarını bildirib deyinməyə başlamışdır. Nuranə həmin vaxt Qızqayıtın valideyinləri bura gəlməmiş burdan aparmaq lazım olduğunu demiş, Nuranə Bərdə rayonu ərazisində yaşayan uşaqlarının kirvəsigilin yaşadağını və qızı həmin evə aparmağı bildirmişdir. Nuranə həyətlərindəki özlərinə məxsus “Daevo” markalı avtomobili işə salaraq sükana əyləşmiş, o, Asim və Nuranə birlikdə Qızqayıtı Bərdə rayonunda yaşayan kirvəsi Mirağagilə aparmışlar. Hansı ki, həmin vaxt avtomobili Nuranə idarə edərək, Bərdə rayonunda yaşayan Nurangilin adını bilmədiyi kirvəsigilə gəlmişlər. Nuranə avtomobildən düşüb onlara maşında qalmalırını bildirmişdir. Təxminən 2 dəqiqə sonra Qızqayıtda avtomobildən düşüb Nuranənin yanına getmişdir. Qızqayıtın bir müddət orada qalmasına kirvəsigil razılıq verməmiş və Nuranə gəlib maşına əyləşərək getmələrini bildirmişdir. Həmin vaxt onlarla birlikdə getməyib işi olduğu üçün Tərtər rayonuna geri qayıtmışdır. Eyni zamanda Qızqayıt Xuduzadəni qaçıran zaman orada Qızqayıt və bacısı, bir qədər uzaqda isə anası olmuş, Şahlar maşını idarə etmiş, o, arxa, Asimin isə qarşı sağ oturacaqda əyləşdiyini, X25 ailə qurmaq üçün qaçırdıqlarını, Qızayıtı qaçırmazdan əvvəl isə Asim qızın öz razılığı olduğunu bildirmişdir. İlk öncə Şahlar maşından düşərək Qızqayıtı söhbətə tutmuş, qəflətən isə qolundan tutaraq maşına tərəf dartmışdır. Bundan sonra Şahlar qışqıraraq ona maşının qapısını açmasını bildirmiş və o da, maşının arxa sağ qapısını açmışdır. Şahlar Qızqayıtı maşının arxa salonuna itələmiş, o, qapını Qızqayıt örtə bilməməsi üçün tutumuşdur. Asim isə salondan Qızqayıtı dartıb içəri çəkmişdir. Həmin vaxt Qızqayıt var gücü ilə qışqıraraq əllərindən qaçmağa çalışaraq onlara müqavimət göstərməyə başlamışdır. Lakin Qızqayıt onlara xəsarət yetirə bilməmişdir. ” Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilməklə göstərmişdir ki, “valideyinləri ilə birlikdə Tərtər rayonu Seydimli kəndində yaşayır.O, usta fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 15 iyun 2020-ci il tarixdə saat 08 radələrində Asim ona zəng edərək öz evlərinə dəvət etmiş, buna görə o, özünə məxsus olan Moskviç-2140 markalı 59BC538 dövlət qeydiyyat nişanlı avtomaşınla Asimgilə getmişdir. Asimgildə olan vaxtı Asim ona sevdiyi qızı qaçırmağı təklif etmişdir və o, Asimdən problem olub-olmadığını soruşanda Asimə ona heç bir problem olmadığını və növbəti gün, yəni 16 iyun 2020-ci il tarixdə saat 05-də onlara gəlməyi təklif etmişdir. O, qohum kimi Asimlə razılaşmış və 16 iyun 2020-ci il tarixdə saat 05:20 dəqiqədə özünə məxsus olan Moskviç-2140 markalı avtomaşınla Asimgilə gedəndə əmisi oğlu Əmirqulunu da orada görmüşdür. Asim və Əmirqulu onun maşınına oturmuş və Asim ona Tərtər rayonun İrəvanlı kəndinə gedəcəklərini bildirmişdir. Onlar birlikdə İrəvanlı kəndinə gedəndə 2 nəfər qız uşağının sahədə qoyun otardıqlarını görmüş, Asim həmin qızlardan biri onun sevdiyi qız Qızqayıt olduğunu demişdir. Asim ona maşını saxlamağı və həmin qızı qaçıracaqlarını bildirmişdir. Buna görə o, idarə etdiyi maşını saxlamış və Asim özünü tanıtmamaq üçün özü maşında oturmuşdur. Əmirqulu ilə o, maşından düşərək Asimin sevdiyi qıza yaxınlaşıb, onu şübhələndirməmək üçün Poladlı kəndinə necə gedəcəklərini soruşmuş və həmin qız ona 3-4 kənddən sonra Poladlı kəndinin yerləşdiyini bildirmişdir. O, həmin yerdən bir az aralaşaraq Asimin sevdiyi qızı maşına yaxınlaşdırmaq üçün Asimə zəng edib, yenidən ona tərəf yaxınlaşmış, o, həmin qızdan Poladlı kəndinə necə gedəcəklərini bəhanə edib təkrarən soruşmuşdur. Sonradan adını bildiyi Qızqayıt ona yaxınlaşaraq yolu göstərmək istəyəndə qolundan tutub, maşına tərəf itələmiş və bundan sonra Əmirqulu həmin qızı maşına tərəf aparanda Asim maşının salonundan qolundan tutub maşının arxasında otuzdurmuş, özü də sükanın arxasında oturaraq Bərdə rayonun Zolgörən kəndi istiqamətində getmişdirlər. Mərkəzi yola çıxaraq Bərdə rayonunun Alpoud kəndinə getmiş və orada Qızqayıtı, o cümlədən Asimlə Əmirqulunun sahibini tanımadığı evə düşürüb, Seyidimli kəndinə yaşadıqları evə qayıtmışdır. O, həmin qızı zorla qaçırmağından peşaman olub, maşının tanınmaması üçün pərdəsini sökərək üstünə “baqajnik” bağlamışdır. Ancaq buna baxmayaraq polis əməkdaşları ondan şübhələnib onu PŞ-nə gətirmişdirlər. Eyni zamanda, Asimdən soruşan zaman ona həmin qızla bir-birini sevdiyini bildirmiş, Qızqayıt Xuduzadə qışqırıb köməklik istəmiş , ancaq buna baxmayaraq o, maşını sürüb oradan kənarlaşmış, qızın qaçırılmasında taksi kimi deyil, qohum kimi iştirak etdiyini bildirmişdir.” Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsindən müəyyən olunmuşdur ki, o, oğlu X40 rayonunda yaşayan qızı Nuranəgilə aparacağını zənn etdiyi üçün ora getmiş, ora çatanda məlum olmuşdur ki, Qızqayıt artıq Nuranəgildə narazılıq bildirdiyindən və onun da ora gedəcəyini ehtimal etdiyindən Asim qızı başqa kəndə dostunun evinə aparmışdır. Həmçinin orada olarkən qudası ona bildirmişdir ki, Asimdən qız qaçırması barədə atasının məlumatının olub-olmamasını soruşduqda Asim atasının məlumatının olmadığını dedikdə, ona “atan gəlir, qızı aparacaq” demiş, bundan sonra qızı oradan götürüb çıxıb gedəndən sonra Asim qudasına zəng edərək gəlib qızı aparması üçün atasına deməsini bildirmişdir. Qızıgildə olarkən yeznəsi X42 qonşu kənddə dostunun evlərinə apardığını, birlikdə ora getmələrini desə də Raminə əsəbiləşərək onunla birlikdə getməmiş, özü taksilə, Raminə isə öz maşını ilə gəlməsini deyərək Qızqayıtın saxlanıldığı evə getmişlər. Qızqayıtdan könüllü gəlib-gəlmədiyini soruşmuş, Qızqayıt istəmədiyini dediyi üçün onu da götürüb taksi ilə qayıtmışlar. Göründüyü kimi Asim Təqsirləndirilən şəxs2 Bəndəliyev və Təqsirləndirilən şəxs3lə birlikdə Qızqayıt Xuduzadəyə zor tətbiq edərək avtomaşına mindirib oğurlayaraq Bərdə rayonu Alpout kəndində yaşayan bacısı Şahid1 evinə aparıb orada saxladıqdan sonra, bacısı Şahid1 və Təqsirləndirilən şəxs2lə birlikdə digər ünvana apardıqdan sonra Qızqayıt Xuduzadənin saxlandığı yer polis əməkdaşları tərəfindən müəyyən edilərək valideynlərinə qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişi könüllü olaraq azad etmələri ilə bağlı ifadələrinə dair hesab edir ki, CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsində təsbit edilmişdir ki, “əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.” Qanunun mənasına görə oğurlanan şəxsin könüllü azad edilməsi həmin cinayəti törədən şəxsin (şəxslərin) iradəsinin ifadəsi olmalıdır. Yəni, adam oğurluğu cinayəti törətmiş şəxslər zərərçəkmiş şəxsi saxlamaqda davam etmələri imkanları olmasına baxmayaraq onu kənar təsirlərə məruz qalmaqdan azad edirlərsə, onların hərəkətləri həmin normanın təsiri altına düşür. Cinayət işinin materiallarından isə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi saxlamaqda davam etmələri imkanları məhdudlaşmış, polis əməkdaşlarının apardığı profilaktiki söhbətlər nəticəsində, yəni kənar təsir nəticəsində zərərçəkmiş şəxs azad edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bağlı müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, onların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışını cinayətin və onların özlərinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bağlı cəza təyini məsələsini müzakirə edib, cinayət işinin materialları və məhkəmə istintaqı zamanı müəyyən olunmuş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu və əməllərində cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hallar kimi qəbul olunaraq onların barələrində CM-in 62-ci maddəsinin tətbiq olunmaqla təqsirli bilindikləri həmin Məcəllənin müvafiq maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini məqsədəuyğun sayır. Belə ki, CM-in 62-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 17.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Tərtər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qərarları ilə barələrində həbsetmənin əvvəli 17.06.2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Tərtər rayon Məhkəməsinin 19 iyul 2020-ci il tarixli qərarları ilə barələrində seçilmiş 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməklə həbsdən azad edilmişlər, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01.06.2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə barələrində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 17.06.2020-ci il tarixdən hazırkı tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “həbs”də və “ev dustaqlığında”saxlanıldıqları müddət onlara təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən tərədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs3 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən müştərək qaydada tutulmaqla Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 17.06.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 17.06.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs3 oğlunun barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 17.06.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən müştərək qaydada tutulmaqla Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar