Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-45/2023 20.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X25 və onun nümayəndəsi müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosu vəkili X4 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1992-ci il tarixdə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, X49 X20-təsərrüfat sektorunun baş məsləhətçimühasibi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy şəhəri, 58-ci kvartalda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasınd saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Goranboy Dövlət X30 (DAİM) Maliyyə-təsərrüfat sektorunun baş məsləhətçi-mühasib vəzifəsinə təyin edildikdən sonra ilk iş yeri olması ilə bağlı təcrübəsiz olması səbəbindən xidməti fəaliyyətinə aid olan bəzi sənədlərin tərtibatında yol verdiyi nöqsanlarla bağlı həmin Mərkəzin direktoru X44 tərəfindən bildirilən iradlara görə, həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı aralarında mütəmadi mübahisələrin baş verməsi səbəbindən rəhbər-işçi kimi bir-birinə qarşı ikrah hissi yarandığından sonuncu ilə şəxsi münasibətləri pisləşərək gərgin iş şəraitində işləməklə 08 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində “Müştəribank” tətbiqinin şifrəsini Ziyat Əhmədova verməsi ilə bağlı aralarında yaranmış sözlü mübahisə zamanı sonuncu onu yalançılıqda ittiham etdiyindən əsəbiləşərək iş yerini tərk edib yaşadığı evə getmiş, həmin gün saat 13 radələrində atası Şahid4 ona zəng edərək iş yerini tərk etdiyi üçün danlamaqla Ziyat Əhmədovun onu iş yerində gözlədiyini bildirdikdən sonra Goranboy DAİM-də işə qəbul edildiyi vaxtdan Ziyat Əhmədovun ona mütəmadi olaraq əsaslı və əsassız irad bildirməsi, aralarında olan mübahisə barədə atasına məlumat verməsi ilə əlaqədar sonuncuya qarşı yaranmış nifrət hissindən irəli gələn qisas almaq məqsədilə Ziyat Əhmədovu qəsdən öldürmək qərarına gələrək öz məqsədini həyata keçirmək üçün yaşadığı evdən çıxıb Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Gülüstan market”ə daxil olaraq bir ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən qatlanmayan mətbəx bıçağı alıb əynindəki gödəkçənin sol iç cibinə qoymaqla gizlədərək həmin gün saat 13:02-də ünvan 3 ünvanında yerləşən inzibati binasına gedərək binanın ikinci mərtəbəsində yerləşən Ziyat Əhmədovun xidməti otağına daxil olduqdan sonra aralarında olan mübahisə barədə atası Şahid4 məlumat verməsinə görə sonuncuya narazılığını bildirmiş, Ziyat Əhmədov ona atasının mərd, qeyrətli kişi olmasını, onun atasına bənzəmədiyini bildirərək təhqir etdiyi üçün Z.Əhmədovu qəsdən öldürmək məqsədilə cibində olan mətbəx bıçağını çıxarıb ardıcıl zərbələr endirərək sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin ön səthinin, sağ körpücük altı nahiyənin deşilmiş-kəsilmiş yaralanması zamanı xarici qanitirməyə səbəb olan sağ körpücük altı venanın zədələnməsi, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan sol əlin ovuc səthinin və sol bazunun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yaraları xarakterli xəsarətlər yetirərək DAİM-nin inzibati binasını tərk etmiş, bu zaman hadisə yerində olan digər şəxslər X26 xəstəxanaya apararkən sonuncu aldığı sağ körpücük altı venanın deşilmiş-kəsilmiş yaralanması xəsarətindən baş vermiş xairici qanaxma nəticəsində yolda həyatını itirmiş, bununla da o, X26 qəsdən öldürüb həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisadi Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə ali təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliynin Dövlət X30 Goranboy rayon şöbəsində mühasib vəzifəsinin vakant olduğunu öyrənmişdir. O, həmin vaxt şöbənin direktoru X21 qəbuluna getmiş və vakant olan mühasib vəzifəsində çalışmaq istəyini bildirmişdir. Qəbul zamanı Ziyat Əhmədov ondan sənədlərini təqdim etməsini, vəzifəyə uyğun sayılacağı təqdirdə onunla əlaqə saxlayacağını bildirmişdir. Ona görə də, o, tələb olunan sənədləri toplayıb Ziyat Əhmədova təqdim etmişdir. Lakin, bir neçə gün keçməsinə baxmayaraq Ziyat Əhmədovdan mənfi və ya müsbət heç bir xəbər ala bilməmişdir. Ona görə də o, elektron qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. Bir neçə gün sonra Nazirlikdən ona zəng edib müsahibəyə dəvət etmişlər. Dəqiq xatırlamadığı tarixdə o, Kənd Təsərrüfatı Nazirliyinə gedərək müsahibədə iştirak etmiş və DAİM-nin Goranboy rayon şöbəsinin mühasibi vəzifəsinə təyin olunmuşdur. 2021-ci ilin yanvar ayının 10-u Mərkəzin Goranboy rayon şöbəsində işə başlamışdır. Lakin, bilmədiyi səbəbdən işə başladığı vaxtdan direktor Ziyat Əhmədovla münasibətləri pisləşmişdir. Belə ki, Ziyat Əhmədov hər gün ona irad bildirmişdir. Bu iradlar bəzən haqlı, bəzən isə haqsız olmuşdur və bu səbəbdən o, cox əsəbiləşmişdır. Hər iş günü stresli keçmişdir. Xidməti iş otağından dəhlizə çıxdığı zaman belə Ziyat Əhmədov ona irad bildirmiş, haqsız irad bildirdikdə o, Ziyat Əhmədova cavab qaytarmış və aralarında mübahisə olmuşdur. O, xasiyyətcə özünə qapalı olduğu üçün Ziyat Əhmədovun ona qarşı olan münasibəti barədə heç kimə danışa bilməmişdir, lakin içində Ziyat Əhmədova qarşı nifrət yaranmışdır. Bir neçə dəfə o, saat 18-də, yəni iş vaxtı bitdiyi zaman işdən çıxıb evə getmişdir. Ziyat Əhmədov ona zəng edib geri işə çağırmışdır. Dəfələrlə sənədlərdə olan texniki səhvlərə görə aralarında mübahisə olmuşdur. Hadisə günü, yəni 08 oktyabr 2021-ci il tarixdə o, səhər saat 09 radələrində işə gəlmiş və xidməti otağında öz işini görmüşdür. Saat təxminən 10:30 radələrində Ziyat Əhmədova daxili telefonla zəng edib onu otağına çağırmışdır. Şöbənin işçilərinin əmək haqqları, ezamiyyət pulları, mükafatlandırılma vəsaitləri “Kapital Banka”a məxsus “Müştəri Bank” internet saytı vasitəsi ilə həyata keçirmişdir. Həmin internet saytında həm onun, həmdə Ziyat Əhmədovun adına profil olmuşdur. Hər iki profili mühasib olaraq o, idarə etmişdir. O, Ziyat Əhmədovun xidməti otağına getmiş, sonuncu xidməti kompyuterində "xxxx" ASC-nin internet saytını açıb onun bilmədiyi bölməyə daxil olmağa çalışırmış və ondan “Muştəri Bank”a məxsus istifadəçi adı və şifrəni tələb etmişdir. O, izah etmişdir ki, “Müştəri Bank”a məxsus istifadəçi adı və şifrə ilə başqa bölməyə daxil olmaq mümkün deyil, lakin Ziyat deyinərək demişdir ki: “Sən dediyimi elə, şifrəni ver”. O, Ziyat Əhmədovun “Müştəri Bank”da olan hesabının istifadəçi adı və şifrəsini vermişdir. Ziyat həmin məlumatları internet saytında müvafiq bölməyə daxil etmiş, lakin həmin bolməyə daxil ola bilməmişdir. Buna görə də Ziyat yenə deyinməyə başlamış və onun yalan danışmağına dair fikirlər səsləndirmişdir. O da bu əsassız ittihamlara əsəbləşib onun otağından çıxıb getmişdir. O, ona görə əsəbləşmişdir ki, əvvəlcədən Ziyat Əhmədova “Müştəri Bank”ın istifadəçi adı və şifrəsi ilə "xxxx"ın internet saytında başqa bölməyə daxil ola bilməyəcəyini izah etmiş, lakin, Ziyat ona əsassız yerə etibarsızlıq göstərmişdir. O, öz otağına qayıtmışdır. Bir neçə dəqiqə sonra Ziyat daxili telefonla zəng edib yenidən onu öz yanına çağırmış və mobil telefonunuda gətirməsini tələb etmişdir. O, mobil telefonunuda götürüb onun otağına getmişdir. Ziyat ona yalan danışdığını bildirərək “Müştəri Bank”da öz adına olan hesabın istifadəçi adı və şifrəsini mobil telefonunda açıb göstərməsini tələb etmişdir. O, telefonunda olan tətbiqə girib Ziyat Əhmədovun adına olan hesabın istifadəçi adı və şifrəsini göstərmişdir. Ziyat həmin istifadəçi adı və şifrə ilə yenidən hansısa bilmədiyi yerə daxil olmağa çalışmış, lakin cəhdi yenə uğursuz olmuşdur. Ziyat bir daha onun yalan danışmasına dair sözlər demişdir. O da əsəbiləşib onunla mübahisə etmişdir, sonra isə otağından əsəbi halda çıxıb öz otağına getmişdir. O, təxminən 30 dəqiqə xidməti otağında oturub sakitləşməyə çalışmışdır. Lakin, işdə oturduqca daha çox əsəbiləşdiyi üçün yaşadığı evə getmişdir. Yaşadığı evdə olarkən ona atası Şahid4 zəng edərək demişdir ki: “Sən orda nə işnən məşğulsan, müdirin zəng edib səndən şikayət edir, niyə sözə baxmırsan”. O, atasına evdə olduğunu demişdir, atası da ona dərhal işə getməsini, Ziyatdın onu gözlədiyini bildirmişdir. Ziyat Əhmədovun aralarında olan söz-söhbəti onun atasına deməsi onu daha çox əsəbiləşdirmişdir. O, yaşadığı evdən çıxıb işə doğru getməyə başlamışdır. Goranboy şəhərində yerləşən “Gülüstan market”in yanından keçərkən qəfil ağlına bıçaq almaq düşmüşdür. O, mağazaya girib bir ədəd mətbəx bıçağı almışdır. Bundan sonra o, işə getmiş və birbaşa Ziyat Əhmədovun otağına qalxmışdır. O, Ziyat Əhmədova demişdir ki: “Atama niyə zəng eləmisən, nə sözün var mənə denən”. Ziyat Əhmədov əsəbi olduğunu gördüyü halda daha da gərginlik yaratmışdır. O, Ziyat Əhmədovun xidməti otağına daxil olduqda sonuncu yenə də ona əsassız iradlar bildirməyə başlamışdır. Söhbət əsnasında Ziyat Əhmədov onu təhqir edərək atasının qeyrətli kişi olduğunu, onun isə qeyrətsiz olduğunu bildirmişdir. Ziyat Əhmədov gərginlik yaratmışdır və onu qorxutmaq üçün cibinə qoyduğu bıçağı çıxardıb Ziyat Əhmədovun üzərinə getmişdir. Onun niyyəti Ziyat Əhmədovu qorxutmaq olmuşdur. O, Ziyat Əhmədovu bıçaqla vurmaq istəməmişdir. X58 bıçağı tutub onun əlindən almaq istəmiş, Ziyatla əlbə yaxa olmuşdur və sonuncunun əlindən çıxıb qaçmaq istəmişdir. O, bir təhər Ziyat Əhmədovun əlindən çıxıb sonuncunun otağını tərk etmiş və inzibati binadan çıxaraq Goranboy rayon polis şöbəsinə getmişdir. O, polis şöbəsində Ziyat Əhmədovun ölməsini öyrənmişdir və bu zaman sarsıntı keçirtdiyi üçün polis şöbəsinin əməkdaşları təcili tibbi yardım çağırmışlar. Onun niyyəti Ziyat Əhmədovu öldürmək olmamışdır, o, sadəcə olaraq bıçaqla onu qorxutmaq istəmişdir, lakin sonuncu bıçağı tutub onun əlindən almağa çalışdığı üçün ehtiyyatsızlıqdan bıçaqla Ziyat Əhmədova xəsarət yetirmişdir. Hadisə zamanı həyəcanlı olduğu üçün rayon prokurorluğuna verdiyi ilkin ifadəsində Ziyat Əhmədovun qarın nahiyəsinə zərbə endirdiyini bildirmişdir. O, Ziyat Əhmədova qəsdən heç bir zərbə endirməmişdir, o, sadəcə olaraq bıçağı cibindən çıxardıb onu qorxutmaq istəmişdir, lakin sonuncu bıçağı tutub onunla dartışdığı üçün əlində olan bıçaq ehtiyyatsızlıqdan Ziyat Əhmədova xəsarət yetirmişdir. X46 xidməti iş otağında baş vermişdir. Həmin vaxt yanlarında başqa heç kim olmamışdır. O, Ziyat Əhmədovun otağından əlində bıçaqla çıxanda qəbul otağında oturan katibə Ülviyyə onu görmüşdür. Hadisə zamanı istifadə etdiyi bıçağı Goranboy şəhərində yerləşən “Gülüstan market”dən 1.5 manata almışdır. Hadisədən sonra həmin bıçağı Goranboy rayon polis şöbəsinə təhvil vermişdir. Bıçaq mətbəx bıçağı olmaqla dəstəyinin çox hissəsi qara rəngdədir. Hadisə zamanı o, çox həyacanlı və gərgin olduğundan Ziyat Əhmədovun xəsarət aldığını gördüyü zaman özünü itirmiş və nə edəcəyini bilməyərək hadisə yerindən qaçaraq uzaqlaşmışdır və rayon polis şöbəsinə getmişdir. O, bilmişdir ki, iş yerində adam çoxdur və Ziyat Əhmədova yardım edəcəklər. O, ağlına belə gətirməmişdir ki, Ziyat Əhmədov ölər. Əgər o, Ziyat Əhmədovu öldürmək istəsəydi, sonuncunu ayaq üstə qoyub getməzdi, həmin vaxt ona heç kim mane olmamışdır, ardıcıl zərbələr endirərək Ziyat Əhmədovu elə yerindəcə öldürərdi. Onun xatırladığı qədər Ziyat Əhmədov sadəcə bir xəsarət döş qəfəsindən almışdır. Lakin, məhkəmə-tibbi ekspertiza rəyi ilə tanış olarkən ona məlum olmuşdur ki, Ziyat Əhmədovun bədəni üzərində sol qol nahiyəsində və əlinin ovuc səthində də xəsarətlər olmuşdur. Bütün xəsarətləri Ziyat Əhmədov onun əlindən bıçağı almağa çalışarkən almışdır. Bir daha bildirmişdir ki qəsdən Ziyat Əhmədova heç bir xəsarət yetirməmişdir. O, işə başladığı gündən Ziyat Əhmədovla problemləri olmuşdur. İşi tam öyrənənə qədər işlə bağlı yol verdiyi nöqsanlara görə Ziyat Əhmədov ona irad tuturmuş. Lakin, o, bu iradları haqlı saymış və Ziyat Əhmədova cavab qaytarmamışdır. Lakin, haqlı iradlarla yanaşı Ziyat Əhmədov həmişə ona haqsız iradlarda bildirmişdir. Belə ki, Ziyat Əhmədov ona otağından dəhlizə çıxanda hər dəfə demişdir ki: “Boş boş gəzmə”. Halbu ki, o, hansısa işlə bağlı çıxmışdır. Bundan başqa o, iş vaxtı bitdikdən sonra evə getdiyi zaman ona zəng edib geri çağırmış və demişdir ki: “Mən çıxmamış getmə, çağasanmı sən”. Bundan başqa, Ziyat Əhmədov onu tələbləri ilə də bezdirmişdir. Məsələn, hərdən zəng etmişdir ki, “get maşınına təkər tap, torpaq ölçməyə get” və sairə. O, mühasib işləmişdir və torpaq ölçmək onun işi olmamışdır. X45 göndərmiş və bir səhvlik olanda onu danlamışdır. O, Ziyat Əhmədova izah etmişdir ki, onun bu sahədə xüsusi biliyi yoxdur. Lakin, Ziyat Əhmədov onun bu sözlərinə məhəl qoymamışdır. Ziyat Əhmədov elə bilki ona digər işçilərdən fərqli yanaşmışdır. Həmişə çalışmışdır ki, kollektiv içində onu alçaltsın, işini bacarmayan, qabiliyyətsiz bir işçi olduğu obrazını yaratsın. Ziyat Əhmədovun onunla danışanda səs tonu belə fərqli olmuşdur. Bütün bunlar 10 ay ərzində yığılmışdır. X27 yalançılıqla ittiham etməsi və aralarında olan mübahisəni atasına deməsi onu özündən çıxartmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, X7 onun atasıdır. Atası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Goranboy Dövlət X30 direktoru işləmişdir. Goranboy Dövlət X31 mühasib vəzifəsində işləmiş Təqsirləndirilən şəxs isə o, hadisə gününə qədər tanımamışdır və Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 08 oktyabr 2021-ci il tarixdə günorta saatlarında atası Ziyat Əhmədovun rəhbərlik etdiyi idarənin mühasibi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılması barədə məlumat almışdır. O, Goranboy rayon Mərkəzi Xəstəxanasına getmiş və orada atasının aldığı xəsarətlər nəticəsində ölməsini öyrənmişdir. Təqsirləndirilən şəxs atasını dəqiq olaraq hansı səbəbdən və niyə öldürməsini bilmir. Hadisədən sonra o, eşitmişdir ki, Təqsirləndirilən şəxs atası Şahid4 Goranboy şəhəri, 58-ci kvartalda yerləşən fərdi yaşayış evinin yanında atasına məxsus 4 sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsində Şahid4 oğlu Mirhadı üçün fərdi yaşayış evi tikmiş və bu məsələ ilə bağlı atası ilə aralarında mübahisələr olmuşdur. O bu məsələ barədə tam dəqiq xəbəri olmamışdır. Mərhum atası X51 Bağırovla arasında hər hansı ədavət və ya düşmənçiliyin olması barədə heç vaxt ona bir söz deməmişdir. Atasının kimin və ya kimlərin sifarişi və ya təhriki ilə Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi barədə dəqiq heç bir məlumatı yoxdur, o, sadəcə olaraq bunu ehtimal edir, çünki hadisə günündən bir gün əvvəl Mirhadı işdən saat 21 radələrində çıxmışdır. Sonra ona məlum olmuşdur ki, Mirhadı işlədiyi idarədə özünə əlavə əmək haqqı yazaraq dövlət əmlakını mənimsəmişdir Atası Mirhadının qanunsuz əməllərinin ifşa edərək qarşısını almaq istəmiş, ona görə də Təqsirləndirilən şəxs atasını xidməti vəzifəsinin icrası ilə əlaqədar, etdiyi cinayəti gizlətmək məşsədi ilə qəsdən öldürmüşdür. İbtidai istintaq zamanı bu barədə vəsatətlər versə də istintaq orqanı Təqsirləndirilən şəxs müdafiə edərək ona qeyd etdiyi ittihamları verməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Goranboy Dövlət X31 mütəxəssis-operator işləyir. Mərkəzin direktoru isə X7 olmuşdur. Ziyat Əhmədovla rəhbər-işçi kimi münasibətləri yaxşı olmuş, heç bir ədavət və ya düşməçiliyi olmamışdır. İşə başladığı vaxtdan o, direktor Ziyat Əhmədovun qəbul otağında oturmuşdur. Təqsirləndirilən şəxsda onun iş yoldaşı olmuşdur, Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Mirhadı təxminən 2021-ci ilin yanvar ayında vakant olan mühasib vəzifəsində işləmək üçün Ziyat Əhmədovun qəbuluna gəlmişdir. Həmin vaxt Ziyat Əhmədov ona demişdir ki: “Bu uşaq heç işləyən adama oxşamır, götürmək istəmirəm işə”. Lakin, təxminən bir həftə sonra Mirhadi Bağırov bir daha Ziyat Əhmədovun qəbuluna gəlmişdir. Ziyat Əhmədovla söhbət zamanı ona demişdir ki: “Mirhadını Nazirlikdən deyiblər, işə qəbul etməliyik”. Bundan sonra X51 Bağırovun mühasib kimi işə qəbul olunmasına dair əmr qəbul etmiş və Mirhadı Goranboy DAİM-də mühasib kimi işləməyə başlamışdır. İşə qəbul olduğu vaxtdan X37 Bağırovun münasibətləri yaxşı olmamışdır. Ziyat Əhmədov xidməti fəaliyyətində, icra intizamında və etik davranışında yol verdiyi nöqsanlara görə Təqsirləndirilən şəxs iradlar bildirmişdir. Bir neçə dəfə aralarında mübahisə olmuşdur. Ziyat Əhmədov əsasən Təqsirləndirilən şəxs işə gecikməsi, işdən icazəsiz çıxması, işçilərin əmək haqqı ödənişlərinə dair sənədləri vaxtında göndərməməsi və sairə bu kimi məsələlərlə əlaqədar irad bildirmişdir. Cari ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxsla söhbət edərkən sonuncu ona demişdir: “Ziyat müəllim məni çox sıxır işlə bağlı”. Oktyabr ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə Ziyat Əhmədov onu və digər 5-6 nəfər iş yoldaşlarını öz otağına çağırıb "xxxx"dan 6 aylıq əmək haqqı hesablarının çıxarışını alıb təqdim etmələrini bildirmişdir. Həmin vaxt Mirhadı da Ziyat Əhmədovun otağında olmuşdur. Ziyat Əhmədov həmçinin bütün işçilərə bu barədə məlumat verməsini bildirmişdir. O, təklikdə Ziyat Əhmədovdan əmək haqqı çıxarışlarının nə üçün lazım olduğunu soruşduqda Ziyat Əhmədov ona demişdir ki: “Mirhadıdan şübhələnirəm”. 05 oktyabr 2021-ci il tarixdə o, Ballı, Xumar və Muxtar birlikdə "xxxx"a gələrək əmək haqqı hesablarının çıxarışlarını almışlar. Həmin vaxt Mirhadı da onların yanına banka gəlmiş və onlardan soruşmuşdur ki: “Bura nəyə gəlmisiz?”. Onlar isə əmək haqqı hesablarından çıxarış almağa gəldiklərini demişlər. Onlar Mirhadıya demişlər ki: “Səndə çıxarış al”. Lakin Mirhadı daha sonra alacağını bildirmiş və bankdan getmişdir. O, digər iş yoldaşlarının çıxarışlarınıda götürüb Ziyat Əhmədova təqdim etmişdir. Mirhadı isə 07 oktyabr 2021-ci il tarixdə Ziyat Əhmədova əmək haqqı hesabından çıxarışını vermişdir. Hadisə günü, yəni 08 oktyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində X38 otağına gəlmişdir. Bir neçə dəqiqə sonra X38 otağından əsəbi halda çıxmışdır. Ziyat Əhmədov isə onu çağırmış və Təqsirləndirilən şəxs etik davranış qaydalarını pozduğu üçün töhmət verilməsinə dair əmr hazırlamasını bildirmişdir. O, qəbul otağına keçmiş və kompyuterdə Təqsirləndirilən şəxs töhmət verilməsi haqqında əmr hazırlamağa başlamışdır. Bir neçə dəqiqə sonra Ziyat Əhmədov onu yenidən otağına çağırmış və Təqsirləndirilən şəxs əmək haqqı hesabına edilən köçürmələr haqqında məlumat verilməsinə dair "xxxx"a məktub yazmasını tələb etmişdir. O, həmin məktubu yazmış və Ziyat Əhmədova təqdim etmişdir. Sonuncu məktubu götürüb getmiş və təxminən 30 dəqiqə sonra qayıdaraq ona demişdir ki: “Birazdan gedərsən "xxxx"a, məktubun cavabını alıb gələrsən”. Bundan sonra o, işdən çıxıb "xxxx"a getmişdir. Orada ona sorğunun cavabını vermişlər, o da gətirib həmin cavab məktubunu Ziyat Əhmədova təqdim etmişdir. Həmin vaxt Ziyat Əhmədov ona Mirhadının atasına zəng vurub sonuncunun etik davranış qaydalarına riayət etməməsi barədə məlumat verdiyini, atasının isə Mirhadının səhv etməsini dediyini bildirmişdir. Bundan sonra o, qəbul otağına keçmiş və nahar fasiləsinə az qaldığından işdən çıxmağa hazırlaşmışdır. Bu zaman iş yoldaşları Çinarə, Xəyala və Gülər də qəbul otağına gəlmişlər. Onlar söhbət edirmişlər, bu zaman Mirhadı gəlmiş və ondan Ziyat Əhmədovun otağında olub-olmamasını soruşmuşdur. O, X22 öz otağında olduğunu bildirmişdir. Mirhadı direktorun otağına keçmişdir. Təxminən 1-2 dəqiqə sonra Mirhadı direktorun otağından çıxmış və iti addımlarla qəbul otağını tərk etmişdir. Mirhadının ardınca dərhal Ziyat Əhmədovda çıxmışdır. Ziyat Əhmədovun sinəsindən qan axdığını görmüşdür. O və qəbul otağında olan iş yoldaşları qışqırmağa başlamılar. Ziyat Əhmədov əli ilə sinəsini tutmuş və oturacaqda əyləşmişdir. Onlar digər iş yoldaşlarını köməyə çağırmışlar. Ziyat Əhmədov iki dəfə təkrarlamışdır ki: “Məni Miri vurdu, axıra kimi vurdu”. Bütün kollektiv qəbul otağına yığışmışdır. Sonra o, binanın birinci mərtəbəsinə düşmüşdür ki, Baytarlıq şöbəsinin müdirinə məlumat versin. Həmin vaxt o, həyəcanlandığı üçün halı pisləşmiş və donub qalmışdır. Bir müddət sonra Ziyat Əhmədovun xəstəxanaya aparılarkən öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Ziyat Əhmədovun otağında olarkən o, iş yoldaşları Çinarə, Xəyalə və Gülər ilə söhbət etmiş, içəridəki səs-küyü eşitməmişdir. Mirhadı qəfildən Ziyat Əhmədovun otağından çıxıb iti addımlarla qəbul otağını tərk etmişdir. Mirhadının ardınca isə Ziyat Əhmədov çıxmışdır. X38 otağından çıxarkən əlində bıçaq görməmişdir. Mirhadının hansı səbəbdən Ziyat Əhmədovu öldürməsi barədə heç bir məlumatı yoxdur. X37 Bağırovun rəhbər-işçi kimi münasibətləri yaxşı olmamışdır. Ziyat Əhmədov həmişə Təqsirləndirilən şəxs işində yol verdiyi nöqsanlara görə irad bildirmişdir. Ziyat Əhmədov digər işçilərə münasibətdə də mədəni və mehriban olmuşdur. Hamının şəxsi problemləri ilə də maraqlanmışdır. Bir rəhbər kimi işçilər arasında hörmət qazanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. X5 da tanımışdır, münasibətləri yaxşı olmuş, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin yanvar ayında oğlu X39 X31 mühasib vəzifəsinə işə qəbul olmuşdur. Hadisə günü, yəni 08 oktyabr 2021-ci il tarixdə təxminən saat 12 radələrində Mərkəzin direktoru Ziyat Əhmədov ona zəng edərək oğlu Mirhadıdan şikayətlənərək irad bildirmiş, oğlunun ona cavab qaytarmasını və mübahisə etməsini, bir qədər əvvəl oğlu ilə mübahisə etmələrini, Mirhadının onun qapısını bərk çırparaq iş yerindən çıxıb getməsini bildirmişdir. O, Ziyat Əhmədova səhərisi gün, yəni 09 oktyabr 2021-ci il tarixdə yanına gələcəyini və oğlu barəsində söhbət edəcəyini, həmçinin Mirhadını danlayacağını və sonuncunun birdə cavab qaytarmayacağını bildirmişdir. Bundan sonra o, oğlu Mirhadıya zəng vurmuş və harada olduğunu soruşmuşdur. Mirhadı evdə olduğunu demişdir. O, Mirhadını iş yerini tərk edib evə gəldiyi üçün danlamış və dərhal işə qayıtmasını bildirmişdir. Bundan bir qədər sonra ona zəng edib oğlu X23 bıçaqlaması və sonuncunun aldığı xəsarətlərdən ölməsi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən Ziyat Əhmədovu öldürməsini dəqiq bilmir. Hadisədən əvvəl Ziyat Əhmədov heç vaxt ona oğlundan şikayətlənməmişdir. Yalnız hadisə günü X19 ilə əlaqədar ona zəng vurmuşdur. Təqsirləndirilən şəxs onun məsləhəti ilə Goranboy DAİM-nə işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs birbaşa olaraq Ziyat Əhmədovdan şikayətlənməsə də, mühasib olaraq işləmək istəmədiyini, sənədlərlə işləməyə səbrinin çatmadığını, çıxıb fərdi sahibkarlıqla məşğul olmaq istədiyini bildirmişdir.. Hadisə günü isə X51 Bağırovla şifrə üstündə mübahisə etdiklərini bildirmişdir, lakin nə şifrəsi olması barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Goranboy Dövlət X30 bitkiçilik sektorunda aparıcı məsləhətçi işləyir. X47 rəhbər-işçi kimi münasibətləri yaxşı olmuş, heç bir ədavət və ya düşməçiliyi olmamışdır. Xidməti vəzifələrinə kənd təsərrüfatı sahəsində fermerlərin maarifləndirilməsi, fermerlər tərəfindən əkilmiş məhsullara düzgün qulluq göstərilməsi işinin təşkili və rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək aiddir. Təqsirləndirilən şəxsda onun iş yoldaşı olmuşdur, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında vakant olan mühasib vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs iş yoldaşlarına qarşı münasibətdə səmimi və mehriban olmuşdur. X40 Əhmədov arasında hər hansı ədavət və ya düşmənçiliyin olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs işə təyin olunduğu vaxtdan bir sıra problemlərlə üzləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs işə təyin olunmamışdan 1-2 ay əvvəl maliyyə sənədlərinin nümunələri dəyişmişdir. Bununla bağlı, bir neçə dəfə Təqsirləndirilən şəxs sənədləri 8 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzi tərəfindən geri qaytarılmış, nəticədə işçilərin əmək haqqları və digər ödənişlər bir neçə gün gec köçürülmüşdür. İş fəaliyyətində o da bacardığı qədər Təqsirləndirilən şəxs kömək etmişdir. Ümumi olaraq X51 Bağırovun işindən narazı olmuşdur, Təqsirləndirilən şəxs onun yanında irad bildirməsinin şahidi olmasa da, Ziyat Əhmədov bir neçə dəfə onun yanında Təqsirləndirilən şəxs iştirakı olmadan sonuncunun işindən narazı olması barədə fikirlər səsləndirmişdir. Təqsirləndirilən şəxs isə əmək haqqının gec köçürülməsini 8 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin formal səbəblərdən sənədləri geri qaytarması ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs maliyə işlərində kömək edən olmamışdır. DAİM Təqsirləndirilən şəxs birinci iş yeri olmuşdur və əvvəllər mühasib işləmədiyi üçün bir qədər çətinlik çəkmişdir. Hadisədən bir neçə gün əvvəldən başlayaraq X51 Bağırova çox tapşırıqlar vermişdir. Hadisədən təxminən 2-3 gün əvvəl o, Ülviyyə, Sulhəddin, Xumar və X38 otağında olarkən sonuncu 6 aylıq əmək haqqı hesablarından çıxarış alıb gətirmələrini istəmişdir, həmçinin Təqsirləndirilən şəxs da bir sıra sənəd hazırlamasını bildirmişdir. Ziyat Əhmədovun sözlərindən belə anlaşılmışdır ki, bu sənədləri 8 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinə təqdim etmək və Mərkəzin köçürmələrinin gecikməsi səbəbini aydınlaşdırmaq üçün istəmişdir. Hadisədən bir gün əvvəldə Təqsirləndirilən şəxs iş vaxtı bitdikdən sonra oturub sənəd hazırlamışdır. Hadisə günü, yəni 08 oktyabr 2021-ci il tarixdə günorta saatlarında o, öz xidməti otağında oturub işlərini görmüşdür. Saat təxminən 13 radələrində qəfildən səs-küy eşitmiş və dəhlizə çıxdıqda direktor Ziyat Əhmədovun qəbul otağında iş yoldaşlarının qışqırdığını eşitmişdir. O, dərhal həmin otağa getmiş və Ziyat Əhmədovun qan içində olduğunu görmüşdür. Ziyat Əhmədov öz xidməti otağının giriş qapısının qarşısında, qəbul otağında ayağı üstə dayanmışdır, sinə nahiyəsindən qan axmış, Ziyat əli ilə sinəsini tutmuşdur. O nə baş verdiyini soruşduqda, Ziyat demişdir ki: “Məni Miri vurdu”. O, əynində olan uzunqol qəhvəyi rəngli jaketini soyunub Ziyat Əhmədovun yarasının üstünə sıxmışdır ki, qanaxma dayansın. X24 xidməti avtomobilinin açarını gətirmişdir, o və X32 təxliyyə pilləkanları ilə aşağı düşürtmüşlər və orada xidməti avtomobilin arxa oturacaqlarına uzatmışlar. O, avtomobili idarə etmiş, Sulhəddin isə ön oturacaqda oturub Ziyat Əhmədovu tutmuşdur. O, Goranboy rayon Mərkəzi Xəstəxanasına getmişdir, yol boyu Ziyat Əhmədovun nəfəsi gəlmiş, lakin xəstəxanaya çatdıqda artıq Ziyat Əhmədov ölmüşdür. X37 Bağırov arasında hər hansı mübahisənin, X41 Bağırova irad bildirməsinin və ya təhqir etməsinin heç vaxt şahidi olmamış və bu barədə də heç nə eşitməmişdir. X37 Bağırov arasında ümumi gərginliyin olduğu hiss olunmuş, lakin əyani şəkildə X37 Bağırovun mübahisə etməsini görməmişdir. Yalnız hadisə günü səhər saatlarında X37 Bağırov arasında mübahisə olmasını iş yoldaşlarından eşitmişmişdir. Təqsirləndirilən şəxs işçi kimi məsuliyyətli olmuşdur. Nizam intizama əməl etmiş, işə vaxtlı-vaxtında gəlib getmişdir. Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları, hətta xidməti vəzifələrindən kənar olan tapşırıqları da icra etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərdi ki, o, 2021-ci ilin fevral ayından Goranboy Dövlət X31 “DOST” İş Mərkəzindən təhkim olunmuş sosial işçi kimi işləməyə başlamışdır. Mərhum X3 direktoru olmuşdur. Ziyat Əhmədovla rəhbər-işçi kimi münasibətləri yaxşı olmuş, heç bir ədavət və ya düşməçiliyi olmamışdır. Təqsirləndirilən şəxsda onun iş yoldaşı olmuşdur, sonuncu ilə də heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayında DAİM-nə mühasib vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs iş yoldaşlarına qarşı münasibətdə səmimi və mehriban olmuşdur. Təqsirləndirilən şəxsla Ziyat Əhmədov arasında hər hansı ədavət və ya düşmənçiliyin olması barədə heç bir məlumatı olmamışdır. Hadisə günü, yəni 08 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o, işə gecikmişdir. O, təxminən 09:25 radələrində işə gəlmiş və 2-ci mətəbəyə qalxıb tabelə qol çəkmək istəmişdir. Bu zaman görmüşdür ki, Ziyat Əhmədov və Təqsirləndirilən şəxs pilləkanın başında dayanıb mübahisə edirlər. Nə haqqında mübahisə etdiklərini tam eşidə bilməmişdir. O, Təqsirləndirilən şəxsla Ziyat Əhmədova çatdıqda salam vermiş və dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs çevrilib öz otağına tərəf getməyə başlamışdır. Ziyat Əhmədov isə Təqsirləndirilən şəxs demişdir ki: “Hara gedirsən, geri qayıt, ay mərfətsiz”. Lakin Təqsirləndirilən şəxs Ziyat Əhmədovun çağırışına məhəl qoymamış və öz otağına girib qapını çırpmışdır. Bundan sonra Ziyat Əhmədovda əsəbi şəkildə öz otağına getmişdir. Həmin gün günorta saatlarında o, Mərkəzin birinci mərtəbəsində vətəndaş qəbulu otağında oturmuşdur. Saat 13 radələrində qəfildən 2-ci mərtəbədən bərk qışqırıq səsləri gəlmişdir. O, otaqdan dəhlizə çıxmış və görmüşdür ki, Təqsirləndirilən şəxs əlində bıçaqla pilləkanlardan düşür. Təqsirləndirilən şəxs dəhlizə düşdükdə adını bilmədiyi mühafizəçi Mirhadını tutub saxlamışdır. Təqsirləndirilən şəxs isə mühafizəçinin əlindən çıxıb qaçmaq istəmişdir. Təqsirləndirilən şəxs mühafizəçiyə 2 dəfə demişdir ki: “Burax, özüm gedirəm şöbəyə”. Mirhadı və mühafizəçi dartışaraq əsas girişdən həyətə çıxmışlar. Bundan sonra o, 2-ci mərtəbəyə qalxmış və qəbul otağına getmişdir. Qəbul otağında Ziyat Əhmədov təxliyyə çıxışının önündə oturacaqda əyləşmiş, əli ilə sinəsini tutmuşdur. Otağın döşəməsi qanla örtülmüşdür. İş yoldaşları Muxtar və X32 təxliyyə çıxışından aşağı düşürtmüşlər və xəstəxanaya aparmışlar. Bir qədər sonra isə Ziyat Əhmədovun xəstəxanaya aparılarkən yolda vəfat etdiyini öyrənmişdir. Hadisə gününə qədər o, X37 Bağırov arasında hər hansı mübahisənin, X41 Bağırova irad bildirməsinin və ya təhqir etməsinin heç vaxt şahidi olmamışdır və bu barədə də heçnə eşitməmişdir. Hadisə günü səhər saat 09:25 radələrində o, işə gəldiyi zaman 2-ci mərtəbədə pilləkanın başında X37 Bağırovun mübahisə etməsini görmüş, lakin nə barədə mübahisə etdiklərini bilməmişdir. Təqsirləndirilən şəxs çevrilib getmişdir, X42 Bağırovun ardınca “hara gedirsən, geri qayıt, ay mərfətsiz” sözlərini demişdir. Təqsirləndirilən şəxs çox sakit, təmkinli, gülərüz bir insan olmuşdur. Xidməti fəaliyyətində də Təqsirləndirilən şəxs hər hansı nöqsanlara yol verməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs həmişə işə vaxtlı-vaxtında gedib-gəlmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Goranboy Dövlət X31 bağban işləyir. Hadisə günü o, mərkəzin həyətində olarkən binadan səs-küy gəldiyini eşitmiş və nə baş verdiyini anlamamışdır. Mühafizəçinin Təqsirləndirilən şəxs tutub saxlamağa, sonuncunun isə mühafizəçinin əlindən çıxıb qaçmağa çalışdığını görmüşdür. O, Təqsirləndirilən şəxs yaxınlaşıb nə baş verdiyini şoruşmuş və bu zaman Mirhadının əlində qana bulaşmış bıçaq olduğunu görmüşdür. Təqsirləndirilən şəxs mühafizəçiyə “Burax məni, özüm gedirəm polisə” demişdir.Mühafizəçi Təqsirləndirilən şəxs hər iki əli ilə tutub saxlamışdı. O, 2-ci mərətbəyə qalxmış və Ziyat Əhmədovun qəbul otağında xeyli adamın toplaşdığını görmüşdür. O, qəbul otağına getdikdə hər tərəfdə qan olduğunu görmüşdür. Otaqda olan əməkdaşlardan nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs Ziyat Əhmədovu bıçaqla xəsarət yetirdiyini bildirmişlər. Ziyat Əhmədov həmin vaxt otaqda olmamış, işçilər tərəfindən aşağı düşürülmüşdü. O, da aşağı düşmüş və Ziyat Əhmədovu işçilər xidməti avtomobilinə uzatmağa çalışmışlar. O da kömək etmiş və birlikdə Ziyat Əhmədovu xidməti avtomobilinin arxa oturacağına uzatmışlar. X34 xəstəxanaya aparılarkən yolda öldüyünü eşitmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Goranboy Dövlət X30 inzibati binasının 2-ci mərtəbəsində yerləşən direktor X21 xidməti iş otağıdır. Goranboy Dövlət X30 inzibati binası ünvan 4 ünvanında yerləşir. İnzibati binanın həyəti küçədən hasarla ayrılmışdır. DAİM inzibati binasının 1 ədəd 1 taqlı ağ rəngli metal giriş qapısı, həmin qapının yanında 1 ədəd 2 taqlı ağ rəngli metal darvazası, bundan başqa avtomobillərin daxil olması üçün 1 ədəd 2 taqlı ağ rəngli metal darvazası vardır. İnzibati bina üzü avtomobil yoluna tərəf inşa edilmişdir. Bina 3 mərtəbəlidir, fasadı aqlayla örtülmüşdür, əsas giriş qapısı səviyyəsində binanın üstündə böyük hərflərlə “DAİM” sözü yazılmışdır. Əsas giriş 2 taqlı olmaqla qəhvəyi rəngdədir, sağ tərəfində şüşə materialdan hazırlanmış lövhənin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi əks olunmuş və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi”, “X49 İnkişaf Mərkəzi” sözləri yazılmışdır. Əsas girişdən dəhlizə daxil olunur. Dəhlizdə üzərində yaşıl böyük hərflərlə “MƏLUMAT” sözü yazılmış masa vardır. Masadan sağ və sol tərəfdə isə xidməti otaqlar yerləşir. Masanın arxasından binanın 2-ci mərtəbəsinə qalxan pilləkan vardır. Həmin pilləkanlarla qalxdıqda 2-ci mərtəbədə sol tərəfdə DAİM əməkdaşlarının xidməti iş otaqları, qarşıda divan və kreslo yerləşdirilmiş geniş dəhliz, sağ tərəfdə isə akt zalı, qəbul otağı, mətbəx və direktorun xidməti iş otağı yerləşir. Akt zalının həm dəhlizdən, həm də qəbul otağından giriş qapısı vardır. Mətbəx və direktorun otağına isə qəbul otağından daxil olunur. Qəbul otağının giriş qapısı ağ rəngli olmaqla 1 taqlıdır, hündürlüyü 2.2 m, eni isə 1.27 metrdir. Qəbul otağının giriş qapısının sol tərəfində kiçik ağ lövhədə “Böyük müstəxəssis-Böyük inspektor” sözləri yazılmışdır. Qəbul otağına daxil olduqda direktorun xidməti otağı sol tərəfdə, mətbəx və akt zalı isə sağ tərəfdədir. Qəbul otağının uzunluğu 6.2, eni isə 4.8 metrdir. Qəbul otağının giriş qapısı ilə üzbəüz divarda 2 taqlı təxliyyə çıxışının qapısı vardır. Təxliyyə qapısının hündürlüyü 2.1 metr, eni isə 1.3 metrdir. Təxliyyə qapısının sağ tərəfində qəbul otağında oturan böyük mütəxəssinin masası quraşdırılmışdır. Direktorun xidməti otağının giriş qapısı ağ rəngli olmaqla 1 taqlıdır, hündürlüyü 2.16 metr, eni isə 0.87 metrdir. Direktor otağının qapısı açıq vəziyyətdədir, qarşınında döşəmədə, həmçinin böyük mütəxəssisin masasının küncündə qanabənzər ləkələr vardır, qara rəngli oturacaq yıxılmış vəziyyətdədir. Təxəliyyə çıxışı səviyyəsində qəbul otağının tavanında müşahidə kamerası quraşdırılmışdır. Böyük mütəxəssisinin xidməti iş masasının üzərində "xxxx" ASC-nin Goranboy rayon filialından X49 İnkişaf Mərkəzinə ünvanlanmış məktub vardır. Məktun məzmununda Təqsirləndirilən şəxs kart hesabına sentyabr ayı üçün xx.xx.2021-ci il tarixində 405.28(dörd yüz beş manat 28 qəpik) və xx.xx.2021-ci il tarixdə 1400.01(min dörd yüz manat bir qəpik) AZN vəsait köçməsi qeyd edilmişdir. Məktuba 1 vərəqdə çıxarış əlavə edilmişdir. Direktor otağına daxil olduqda sağda bir ədəd televizor, solda bir ədəd paltar dolabı, qapı ilə üzbəüz xidməti masa və masadan solda bir ədəd kitab dolabı olduğu müşahidə edilir. Otağın eni 4.2, uzunluğu isə 5.9 metr təşkil edir. Otaqda jalüzlə bağlanmış 3 ədəd pəncərə vardır, 1-i giriş qapısından sağ divarda, digər 2-si isə qapı ilə üzbəüz olan divarda, yəni masanın arxasında yerləşir. Giriş qapısından sol divarda istirahət otağının giriş qapısı vardır. Otağın döşəməsində bir neçə yerdə qanabənzər ləkələr vardır. Bundan başqa, giriş qapısının aşağısında və qapıdan sağda divarda qanabənzər ləkələr vardır. Kitab dolabının qarşısında, döşəmədə üzərində qanabənzər ləkələr olan eynək vardır. Eynəkdən sonra döşəmədə qanabənzər ləkələr vardır, kreslo yıxılmış vəziyyətdədir. Xidməti masa üzərində bir ədəd müşahidə kameralarının quraşdırıldığı monitor və bir ədəd “Dell” markalı noutbuk vardır. Noutbuk yatmış rejimdədir, işə salma düyməsini basdıqda monitorda “Google” axtarış sisteminin açıq olduğu müşahidə edilir. Həmin axtarış sistemində 4 ədəd pəncərə açıqdır. Pəncərələrdən 3-ü xəbər saytlarına aiddir, 1-də isə “cb.kapitalbank.az/login” saytına daxil olunmuşdur. Bundan başqa, masa üzərində iş üçün əhəmiyyət kəsb etməyən, Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı sənədlər vardır. Baxış zamanı həmin sənədlər arasında iş üçün əhəmiyyət kəsb edən Mərkəzin əməkdaşlarının əmək haqqı bank hesablarından çıxarışlar müəyyən edilmişdir. Bundan başqa, masanın üzərində X28 aid olması ehtimal olunan 1 ədəd “Samsung” markalı mobil telefon vardır. Təxliyyə çıxışı inzibati binanın sol yan tərəfində quraşdırılmış metal pilləkanlara açılır. Həmin metal pilləkanların üzərində yerə düşənə qədər davam edən çoxsaylı qanabənzər ləkələr vardır. Həmçinin pilləkanların üzərində bir ədəd üzərində qanabənzər ləkələr olan qəhvəyi rəngli uzunqol jaket vardır. İş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerində olan bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd üzərində qanabənzər ləkələr olan eynək, Goranboy Dövlət X30 əməkdaşlarının əmək haqqı bank hesablarından çıxarışlar, "xxxx" ASC-dən X49 İnkişaf Mərkəzinə ünvanlamış məktub, bir ədəd qəhvəyi rəngli uzunqol jaket müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, direktor X21 xidməti otağından və qəbul otağından döşəmənin üzərində olan qanabənzər ləkələrdən 6 ədəd pambıq tamponla nümunələr götürələrək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla hadisə yerinə baxış keçirilməsi başa çatdırılmış və Goranboy Dövlət X30 müşahidə kameralarına baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 13:02:18-də Goranboy Dövlət X30 əsas girişindən inzibati binaya daxil olaraq 2-ci mərtəbəyə qalxır və saat 13:02:43-də qəbul otağının giriş qapısından içəri girərək saat 13:02:50-də direktor X21 xidməti otağına daxil olur. Saat 13:03:10-da Təqsirləndirilən şəxs Ziyat Əhmədovun xidməti otağından çıxıb qaçaraq binanın əsas girişinə doğru gedir. Ziyat Əhmədov da Təqsirləndirilən şəxs ardınca otağından qəbul otağına çıxır və bir qədər arxaya, yəni təxliyyə qapısına tərəf getdiyi üçün müşahidə kamerasının diapazonundan itir. Bu anda qapı açıq qaldığından direktor Ziyat Əhmədovun xidməti iş otağının döşəməsində qanabənzər ləkələrin olduğu müşahidə edilir. Onun ətrafına Goranboy DAİM əməkdaşları toplaşır. Təqsirləndirilən şəxs inzibati binanın 1-ci mərtəbəsinə düşdükdə mühafizəçi onu tutaraq saxlamağa çalışır, bu zaman Təqsirləndirilən şəxs əlində bıçaq olduğu müşahidə edilir, hər ikisi dartışaraq əsas girişdən həyətə çıxırlar, bir qədər sonra mühafizəçi tək geri qayıdır. İş üçün əhəmiyyət kəsb etdiyindən Goranboy Dövlət X30 8, 11 və 13 nömrəli müşahidə kameralarının görüntüləri diskə köçürülərək protokola əlavə edilmişdir. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi PHŞ-in Goranboy rayon şöbəsinin meyitxanasında arxası üstə uzadılmışdır. Meyitin əynində 1 ədəd tünd göy rəngli zolaqlı şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli uzunqol köynək(köynəyin tamlığı təcili tibbi yardım göstərilən zaman pozulmuşdur), 1 ədəd ağ rəngli tuman, 1 ədəd tünd göy rəngli zolaqlı pencək vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 177 sm-dir. Bədənin ümumi dəri örtüyü ağımtıl ölü rəngdədir. Əl ilə yoxlandıqda bədən səthi soyuqdur. Meyid ləkələri bədənin arxa səthində inkişaf etmişdir, göyümtül-bənövşəyi rəngdədir. Barmaqlarla təziq etdikdə itib 1-2 dəqiqədən sonra bərpa olunur. Meyit qacıması xüsusi əzələqruplarında zəif inkişaf etmişdir. Çürümə əlamətləri yoxdur. Başının tükləri qara rəngdə olub, 0.5-1 sm-dir. Kəllə qapağı sümüklərin tamdır. Göz yarığı qapaqlar vasitəsilə qapanmamışdır, qəhvəyi rəngdədir. Göz bəbəkləri dairəvi formada olub bərabər dərəcədə genəlmişdir, əl ilə yoxladıqda burun sümüyü və qığırdaxları tamdırlar. Xarici burun keçəcəkləri sərbəst keçiricidirlər. Ağzı qapalıdır. Dili orta xətt üzrə yerləşmişdir. Dişləri özününküdür. Qulaq seyvanı adi forma və ölçüdədir. Xarici qulaq keçəcəkləri sərbəst keçiricidirlər. Boynu adi forma və ölçüdə olub çətin hərəkətlidir. Köks qəfəsi boçkavarı formada olub, quruluşu simmetrikdir. Onurğa sütunu adi formada olub dəyişiksizdirlər. Fəqərə sümükləri əl ilə yoxladıqda tamdırlar. Döş qəfəsi normastenikdir, simmetrikdir. Qarın boşluğunun ön divarı oval formada olub qabırğalar bucağı ilə eyni səviyyədə yerləşmişdir. Sklet sümükləri tamdırlar. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəliyi örtülüdür. Ətrafı nəcislə bulanmamışdır. Baxış zamanı X2 bədəni üzərində sol əlin ovuc səthindən saidin aşağı 1/3-nə qədər dərin kəsilmiş yara, boyun nahiyəsinin aşağı 1/3-nin sağ yan səthində və sol bazunun yuxarı 1/3-nin arxa səthində deşilmiş-kəsilmiş yara xarakterli xəsarətlər aşkar edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcəyindən meyitin əynində olan 1 ədəd tünd göy rəngli zolaqlı şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli uzunqol köynək və 1 ədəd tünd göy rəngli zolaqlı pencək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin əynində olan şalvarın sol yan cibindən 59 manat pul, pencəyin döş cibindən bir ədəd Ziyat Əhmədovun adına olan plastik ban kartı, pencəyin sağ iç cibindən yüz manatlıq əskinaslarla 1700 manat pul aşkar edilərək baxış iştirakçısı X12 təhvil verilmişdir. Bundan başqa baxış zamanı X16 bir flakon qan nümunəsi götürülmüşdür. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli uzunqol jaket və 1 ədəd qəhvəyi rəngli gödəkçə götürülərək müvafiq qaydada qablaşdırıldı və möhürlənərək götürümüşdür. «Baxış keçirilməsi və götürülməsi və haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Goranboy rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi X6 hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq götürülərək baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin bıçaq mətbəx bıçağı olmaqla ümumi uzunluğu 24 sm-dir. Dəstəyinin uzunluğu 11.5 sm-dir, tiyəsinin isə 12.5 sm-dir. Dəstəyin tiyəyə tərəf olan hissəsi gümüşü rəngli metaldan, qalan hissəsi isə qara rəngli olmaqla taxta materialdan hazırlanmışdır. Dəstəyin sol tərəfində çat vardır. Bıçağın tiyəsində hər iki üzdə qanabənzər ləkələr vardır. Tiyənin üzərində “666 SAN LİY” yazıları həkk olunmuşdur. Tiyənin ucundan 4 sm məsafədə yuxarı hissədə bir ədəd dəlik vardır. Bundan sonra həmin bıçaq götürülərək müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Diskə baxış keçirilməsi haqqında 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, kompyuterin işçi masasında olan kağız konvert vardır. Həmin konvertin içərisində CD disk vardır. Disk “HP” markalı komputerin diskovoduna daxil edildikdən sonra komputerdə 02 Excel, 4 txt fayl açılır. Təqsiurləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X21 telefon danışıqları “antenna” adlı Excel faylda yerləşdirilmişdir. Telefon danışıqları 08.09-xx.xx.2021-ci il tarixlərini əhatə edir. Baxış iştirakçısı X25 mərhum atası X21 hadisə gününə, yəni 08 oktyabr 2021-ci il tarixə aid danışıqlarına, Təqsirləndirilən şəxs isə 07 oktyabr 2021-ci il saat 18:00-dan sonra və 08 oktyabr tarixinə aid danışıqlarına baxış keçirilməsini xahiş etdi. Baxış zamanı müəyyən edildi ki, X2 istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. Həmin telefon nömrəsi ilə Ziyat Əhmədov 08 oktyabr 2021-ci il tarixdə iş üçün əhəmiyyət kəsb edən şəxslərdən 10:15-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsinə və 12:17-də Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş. Saat 12:19-da isə Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsindən Ziyat Əhmədovun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuşdur. Bundan başqa, iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı telefon zəngi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdə saat 18:00-dan sonra ailə üzvləri və dostluq münasibətlərində olduğu şəxslərlə telefon danışığı həyata keçirmişdir. 08 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saat 10:13-də dostluq münasibətində olduğu Goranboy şəhər sakini X17, saat 10:15-də X44, saat 11:49-da anası Rəfiqə Bağırova ilə və saat 12:18-də(daxil olan zəng) atası Şahid4 ilə telefonla danışmışdır. X21 və Təqsirləndirilən şəxs istifadələrində olan mobil nömrələrə daxil olan və çıxan SMS mətnlərinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı yazışma müəyyən edilməmişdir. Materialların məhkəmə ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 6/4651 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X28 məxsus olduğu qeyd edilən 01 ədəd pencəyin səthi üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X28 məxsus olduğu qeyd edilən 01 ədəd pencəyin və 01 ədəd şalvarının(dəst) tərkib liflərinə uyğun gəlirlər. Materialların trasoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 3/1760,3/1761 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq kustar üsulu ilə istehsal edilmiş mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş X28 məxsus köynək və pencəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. X28 məxsus köynək və pencəyin üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş X28 məxsus şlavar, ayaqqabının, Təqsirləndirilən şəxs məxsus şalvar, jaket və gödəkçənin üzərində trasoloji zədə aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 29 saylı rəyindən görünür ki, X21 meyitinin məhkəmə-tibbi ekspertizasına və kriminalistik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir: döş qəfəsinin ön səthinin, sağ körpücük altı nahiyənin deşilmiş-kəsilmiş yaralanması zamanı sağ körpücük altı venanın zədələnməsi, xarici qanitirmə, sol əlin ovuc səthinin və sol bazunun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yaraları. Qeyd olunan bu xəsarətlər deşici-kəsici alətin(lərin) o cümlədən ekspertizaya təqdim olunmuş bir ədəd mətbəx bıçağının təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Yuxarıda qeyd olunan bu xəsarətlərdən a) sağ körpücük altı nahiyənin deşilmiş-kəsilmiş yaralanması zamanı körpücük altı venanın zədələnməsi, xarici qanaxma hansı ki, onun ölümünə səbəb olan həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya; b) sol əlin ovuc səthinin və sol bazunun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 614 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Maddi sübutların ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 40 saylı rəyindən görünür ki,X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa-betadır. Təqdim olunmuş hadisə yerindən götürülmüş 6 ədəd pambıq tampon və hadisə yerindən götürülmüş uzunqol jaket üzərində insana məxsus qan aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan X7na məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus mqan aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfabeta olduğundan X7na məxsus ola bilər. Təqdim olunmuş X7na məxsus paltarlar(bir ədəd şalvar, bir ədəd pencək, bir cüt ayaqqabı, bir cüt corab, bir ədəd uzunqol köynək) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar(bir ədəd cins şalvar, bir ədəd uzunqol jaket, bir ədəd gödəkçə) üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 18 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən, yəni xx.xx.2021-ci il tarixdə hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı emisional davmsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Goranboy RMX-dan verilmiş xx.xx.2021-ci il tarixli 2589 saylı arayış, Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş xx.xx.2021-ci il tarixli 5164 saylı arayış, AR ƏN 2 saylı İstintaq Təcridxanasından verilmiş 17/39-196 saylı arayış), anamnestik məlumatlar və hazırkı eksperiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, özünü bir qədər narahat və gərgin aparması, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, komissiya üzvləri ilə yersiz mübahisəyə girişməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs emisional davmsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən, yəni xx.xx.2021-ci il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Goranboy rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki,Goranboy rayon prokurorluğunda Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Goranboy Dövlət X30 mühasibi işləmiş Təqsirləndirilən şəxs həmin Mərkəzin direktoru X26 aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qəsdən həyatdan məhrum etmişdir. Cinayət işi üzrə zəruri olan Təqsirləndirilən şəxs barədə məlumatların əldə edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Goranboy şəhəri, 58-ci kvartalda daimi yaşamaqla, spitli içkilər və narkotik vasitələr qəbul etməyə, ətrafdakılarla münaqişə törətməyə meyilli olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ərazidə və işlədiyi kollektivdə müsbət xarakterizə olunmaqla səmimi və mehriban bir insan kimi özünü göstərmişdir. Təqsirləndirilən şəxs X5 hər hansı şəxs və ya şəxslərin sifarişi və ya təhriki ilə öldürməsi hallarının olması müəyyən edilməmişdir. X2 Goranboy şəhəri, 58-ci kvartalda hər hansı torpaq sahəsinin olması müəyyən edilməmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən noyabr-dekabr aylarında mühasib vəzifəsinə işə qəbul olmaq üçün Goranboy rayon Dövlət X30 direktoru X28 müraciət etmişdir. Ziyat Əhmədov onun sənədlərini qəbul etmiş, lakin ona heç bir cavab verməmişdir. Bundan sonra o bir dəfə də işə qəbulla bağlı müraciət etmiş, lakin yenədə heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də, kompyuter vasitəsi ilə Kənd Təsərrüfatı Nazirliyinə CV göndərmişdir. Bir müddət sonra Nazirlikdən dəvət olunmuş və müsahibədən keçərək işə qəbul olmuşdur. Bundan sonra o, Goranboy DAİM-nə gəlmişdir. Ziyat Əhmədov ona başqa adamı gözlədiyini bildirmiş və onun mühasib vəzifəsinə qəbul olunmasına narazılığını bildirmişdir. Bundan sonra işlədiyi müddətdə Ziyat Əhmədovla münasibətləri getdikcə pisləşmiş, daima mübahisə içində olmuşlar. Ziyat Əhmədov ona bir sənəddə dəfələrnən düzəliş elətdirmiş, incitmək məqsədilə onun xidməti vəzifələrinə aid olmayan işlər tapşırmışdır. Hadisə günü, yəni 08 oktyabr 2021-ci il tarixdə Ziyat Əhmədov onu çağırmışdır. İşçilərin əmək haqqı ödənişlərini “Müştəri Bank” internet saytı vasitəsi ilə həyata keçirirmiş. Həmin internet saytında həm onun , həmdə Ziyat Əhmədovun adına profil vardır. Hər iki profili mühasib olaraq o, idarə etmişdir. Ziyat Əhmədov kompyuterində "xxxx" ASC-nin internet saytını açıb bilmədiyi bölməyə daxil olmağa çalışırmış və ondan “Müştəri Bank”a məxsus istifadəçi adı və şifrəni tələb etmişdir. O, Ziyat Əhmədova izah etmişdir ki, “Müştəri Bank”a məxsus istifadəçi adı və şifrə ilə başqa bölməyə daxil olmaq mümkün deyil. Bundan sonra o, öz otağına qayıtmışdır. Bir neçə dəqiqə sonra Ziyat Əhmədov daxili telefonla zəng edib yenidən onu öz yanına çağırmış və mobil telefonunuda gətirməsini tələb etmişdir. O, mobil telefonunuda götürüb Ziyat Əhmədovun otağına getmişdir. O, telefonunda olan tətbiqə girib Ziyat Əhmədovun adına olan hesabın istifadəçi adı və şifrəsini göstərmişdir. Ziyat Əhmədov həmin istifadəçi adı və şifrə ilə yenidən hansısa bilmədiyi yerə daxil olmağa çalışmışdır, lakin daxil ola bilməmişdir. Ziyat Əhmədov bir daha onu aldatmağına dair sözlər demişdir. O da əsəbiləşib Ziyat Əhmədovla mübahisə etmiş, sonra isə Ziyat Əhmədovun otağından əsəbi halda çıxıb öz otağına getmişdir. Ziyat Əhmədov ona bir daha zəng etmişdir, lakin o, telefona cavab verməmişdir. O, təxminən 30 dəqiqə xidməti otağında oturub sakitləşməyə çalışmışdır. Nafar vaxtı o işdən çıxıb evə getmişdir. Ziyat Əhmədov onun atasına zəng vuraraq həqiqətə uyğun olmayan sözlərlə ondan şikayətlənmişdir. Atası da ona zəng edərək qışqırmış və demişdir ki: “Sən müdirivə qarşı niyə belə edirsən, qayıt işə, müdirin səni gözləyir”. O, yaşadığı evdən çıxıb işə doğru getməyə başlamışdır. Goranboy şəhərində yerləşən “Qala Market”ə girib bir ədəd mətbəx bıçağı almışdır. Bundan sonra o, işə getmiş və birbaşa Ziyat Əhmədovun otağına qalxmışdır. O, Ziyat Əhmədova demişdir ki: “Atama niyə zəng eləmisən, iş əsnasında olub mübahisəmiz”. Ziyat Əhmədov səsini yüksəldib ona iradlar bildirmişdir. Ziyat Əhmədov “Sənin atan mərd, qeyrətli insandı, sən elə deyilsən” məzmununda nəsə demişdir. O, Ziyat Əhmədovun bu sözlaərindən əsəbiləşib cibində olan bıçağı çıxardıb Ziyat Əhmədovu vurmuşdur. O, xatırladığı qədər 1 bıçaq vurmuşdur, lakin faktiki olaraq 2 bıçaq zərbəsi endirmişdir, dəqiq olaraq xatırlamır, hadisə zamanı özündə olmamışdır. X59 öldürmək niyyəti olmamışdır, o, Ziyat Əhmədova xəsarət yetirmək istəmişdir. Hadisə Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən Goranboy Dövlət X30 inzibati binasıdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərini, yəni X21 xidməti iş otağını, onun otağa daxil olub dayandığı yeri və həmin vaxt Ziyat Əhmədovun əyləşdiyi yeri hadisə yerində göstərək ətraflı təsvir etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi mətbəx bıçağını aldığı “Gülüstan market”in qarşısına gəlindi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin marketdə hadisə zamanı istifadə etdiyi bıçağı götürdüyü rəfləri və həmin bıçaqdan eynisini göstərmişdir. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs (********************) saylı kart hesabına sentyabr ayı üçün xx.xx.2021ci il tarixində 405.28 manat və xx.xx.2021-ci il tarixində 1400 manat vəsait köçmüşdür. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Goranboy Dövlət X30 direktoru vəzifəsində işləmiş Ziyat Əhmədovun xx.xx.2021-ci il tarixli 01 nömrəli əmri ilə X49 X20 təsərrüfat sektorunda baş məsləhətçi mühasib vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki,Nazirlik tərəfindən Goranboy Dövlət X30 2021-ci il 1 yanvar tarixinə təsdiq edilmiş ştat cədvəli üzrə Təqsirləndirilən şəxs vəzifə maaşı 510 AZN olmuşdur. M.M. Bağırova 2021-ci ilin iyun ayında 1135,44 AZN(bir min yüz otuz beş manat 44 qəpik) artıq vəsaitin ödənildiyi müəyyən edilmişdir. Goranboy DAİM-in əməkdaşları müvafiq izahatlar verərək onlara ödənilmiş əmək haqqı, mükafat, ezamiyyət pulu və müavinətlərdən Təqsirləndirilən şəxs hər hansı pul vəsaiti və ya haqq vermədiklərini bildirmişlər. X36 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz əməlləri ilə bağlı Nazirliyə hər hansı müraciətin göndərilmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə intizam məsuliyyətinə cəlb edilməmişdir. Bununla belə, Goranboy DAİM-in sabir direktoru Z.Ə.Əhmədovun imzası ilə "xxxx" ASC-nin Goranboy filialına 2021-ci il 08 oktyabr tarixli 104 nömrəli məktubla müraciət edilmiş və Təqsirləndirilən şəxs əmək haqqı hesabına 2021-ci ilin sentyabr ayı üçün köçürülmüş məbləğ barədə DAİM-ə rəsmi məlumat verilməsi xahiş edilmişdir. 2021-ci il 08 oktyabr tarixli 83 nömrəli cavab məktubu ilə Təqsirləndirilən şəxs kart hesabına 2021-ci ilin sentyabr ayı ərzində köçürülmüş pul vəsaiti barədə məlumat verilmişdir. “Goranboy rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 24 yanvar 2022-ci il tarixli, 18 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş “təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının çağırışların qeydiyyatı kitabı”nın müvafiq vərəqlərinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 14:20-də RMX-nın TTTY şöbəsinə Goranboy rayon polis şöbəsi tərəfindən Təqsirləndirilən şəxs çağırış olunmuşdur. Çağırış briqadası tərəfindən vətəndaş Goranboy rayon polis şöbəsində tibbi müayinələrdən keçirilmişdir (diaqnoz – panikatak). “Elektron yerində müşahidə hesabatlarının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs fermerlər tərəfindən subsidiyaya bəyan edilmiş torpaq sahələrinin ölçülməsində müfəttiş kimi iştirak etmişdir. «Könüllü gəlib təqsirini boynunan alma haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bağırov X11 Zyat Ələs oğlununun xidməti iş otağında aralarında yaranmış mübahisə zamanı əlində olan mətbəx bıçağı ilə Ziyat Əhmədovu vurduğunu səmimi etiraf edərək bıçağı təqdim etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 oktyabr 2021-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserində qeydiyyatda dayanmır. Goranboy Rayon Mərkəzi Xəstəxansının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Bağırov X8 Rayon Mərkəzi Xəstəxansının ruhi-əsəb, narkoloji və onkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Bağırov X8 şəhər Nizami küçəsi 68 saylı ünvanda atası Şahid4, anası X13 və qardaşı X10 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd eynək, bir ədəd qəhvəyi rəngli uzunqol jaket, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli uzunqol jaket və 1 ədəd qəhvəyi rəngli gödəkçə, həmçinin dəstəyinin tiyəyə birləşən hissəsi gümüşü rəngli metaldan, dəstəyinin qalan hissəsi qara rəngli taxta materialdan olan bıçaq, hadisə vaxtı X21 əynində olmuş 1 ədəd tünd göy rəngli zolaqlı şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli uzunqol köynək və 1 ədəd tünd göy rəngli zolaqlı pencək- Goranboy rayon prokurorluğunun arxivində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X26 öldürmək niyyətinin olmadığını, Ziyat Əhmədova qəsdən bıçaq zərbəsi yetirmədiyini, əlində olan bıçağı tutub almağa cəhd etdiyi zaman ehtiyyatsızlıqdan xəsarət aldığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin hüquq varisinin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, ifadəsinin yerində yoxlanması zamanı müdəfiəçinin iştirakı ilə verdiyi ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 120.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayətə görə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yəni, on dörd il azadlıqdan məhrum etmənin dörddə üçündən yəni, on il altı aydan artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Goranboy rayon prokurorluğunda saxlanılan X2 əynində olmuş 1 ədəd tünd göy rəngli zolaqlı şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli uzunqol köynək və 1 ədəd tünd göy rəngli zolaqlı pencək- zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli uzunqol jaket və 1 ədəd qəhvəyi rəngli gödəkçə, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, həmçinin hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd eynək, bir ədəd qəhvəyi rəngli uzunqol jaket, həmçinin dəstəyinin tiyəyə birləşən hissəsi gümüşü rəngli metaldan, dəstəyinin qalan hissəsi qara rəngli taxta materialdan olan bıçaq, istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 284 (iki yüz səksən dörd) manat, 16 (on altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 08 oktyabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Goranboy rayon prokurorluğunda saxlanılan X2 əynində olmuş 1 ədəd tünd göy rəngli zolaqlı şalvar, 1 cüt qara rəngli ayaqqabı, 1 cüt qara rəngli corab, 1 ədəd boz rəngli uzunqol köynək və 1 ədəd tünd göy rəngli zolaqlı pencək- zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd boz rəngli cins şalvar, 1 ədəd tünd göy rəngli uzunqol jaket və 1 ədəd qəhvəyi rəngli gödəkçə, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin hadisə yerinə baxış keçirilən zaman götürülmüş bir ədəd eynək, bir ədəd qəhvəyi rəngli uzunqol jaket, həmçinin dəstəyinin tiyəyə birləşən hissəsi gümüşü rəngli metaldan, dəstəyinin qalan hissəsi qara rəngli taxta materialdan olan bıçaq, istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 284 (iki yüz səksən dörd) manat, 16 (on altı) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-45/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-45/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver