Məhkəmə qərarları › İş №1(100)-45/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-45/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-45/2024 05.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X18 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X14 iştirakları ilə xx xxxxx 1970-ci il tarixdə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Rusiya Federasiyası, Tümen vilayəti, Nijnevartovsk şəhərində qeydiyyatda olmaqla həbs edilənədək Tərtər rayonu, Seydimli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 30 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində yaşadığı Tərtər rayonu, Seydimli kəndinin giriş hissəsində yerləşən “Kanalın üstü” deyilən ərazidəki beton pilləkənlərin üzərində əyləşib həmkəndlisi X22 ilə söhbət edərkən həmin yerdən təxminən qırx metr məsafədə yerləşən, həmkəndlisi Şahid5 məxsus evin həyətyanı sahəsində baş tutan toy şənliyi ilə bağlı quraşdırılmış mağardan çıxaraq onlara yaxınlaşan, əvvəllər aralarında baş vermiş mübahisəyə görə ünsiyyət saxlamadığı qohumu, X19 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ətrafda gəzişdikdən sonra qarşısında dayanıb onun özünün, azyaşlı qız övladlarının və yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlədərək Şahid1vun əlindən aldığı, ağac budağından kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən çomaqla baş nahiyəsinə bir dəfə zərbə endirməsinə, ardınca onun baş və göz nahiyələrindən yumruqla vurmaqla ona sağ arxatəpə nahiyəsinin səthi əzilmiş yarası, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol bazu oynağının üst səthinin qançırları, sol gözün ağlı qişası bütün səthi boyu qansızması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə, onun özünün, azyaşlı qız övladlarının və yaxın qohumlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsinə əsəbiləşdiyi üçün özündə yaranmış qəzəb hissini büruzə verərək Müşviq Orucovu qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi uzunluğu 21.6 sm olan, qatlanan tipli, soyuq silah hesab edilməyən, dəstəyi əsasən qara rəngli turist bıçağı ilə Müşviq Orucovun qəsdən bədəninin müxtəlif nahiyələrinə nizamsız bıçaq zərbələri endirərək üzün sol yarısının, sol burun qanadı nahiyəsinin, sağ əlin İİ barmağının İİ-İİİ falanqa səviyyəsinin sol yan səthinin səthi kəsilmiş yaraları, sağ əlin ovuc səthində V əl daraq səviyyəsinin, yan səthinin, sol əlin V əl daraq nahiyəsinin arxa səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən, qarının ön səthinin qarın boşluğuna nüfuz edən dalağın və bağırsaqların yaralanması ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan bədən xəsarətləri yetirməklə Müşviq Orucovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Seydimli kəndində yaşamışdır. Kiril qrafikalı azərbaycan əlifbası ilə oxuya və yaza bilir. Tərcüməçinin köməyinə ehtiyacı yoxdur. Babayeva Müşgünaz və Babayeva İnci adında iki azyaşlı övladı vardır. Arvadı ilə rəsmi nikahı olmadığından övladlarının soyadı Babayevadır.Rusiya Federasiyasının vətəndaşı olsa da, Azərbaycan Respublikasında doğulmuş, təhsil almış, sadəcə işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Həmin ölkədə işləməyi ilə bağlı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Ailəsi– həyat yoldaşı X16 və azyaşlı övladları İnci Babazadə və Müşgünaz Babazadədən ibarətdir. Rusiya Federasiyasının Tümen vilayətinin Nijni-Vartovsk şəhərində yaşamış, orada müxtəlif işlərdə çalışmış, əsasən ticarətlə məşğul olmuş və sonuncu dəfə təxminən 14-15 il əvvəl Azərbaycan Respublikasına qayıtmış, o vaxtdan Tərtər rayonunda yaşamağa başlamışdır. Valideyinləri və həyat yoldaşı Azərbaycan Respublikası vətəndaşıdır. Həmin vaxtdan qardaşı Gəraya məxsus, Tərtər rayonu, Seydimli kəndində yerləşən çayxananı işlətməklə ailəsini dolandırmışdır. X26 qohumudur. Belə ki, atası Feyzulla ilə Müşviqin atası Əsəd əmioğlu olmuşlar. Uzun illər əvvəl Gəray və Müşviq arasında xatırlamadığı səbəbdən baş vermiş xırda mübahisəyə görə nə o, nə də ailə üzvləri Müşviqlə danışmamış, aralarında heç bir münasibət olmamışdır. Müşviqi uşaqlıqdan həm qohum, həm də sinif yoldaşı kimi tanıdığı üçün Müşviqin çox çətin xasiyyətdə biri olduğunu bildirmişdir. 30 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində tək qonşuluqda yaşayan Şahid5 azyaşlı oğlunun kiçik toy şənliyində iştirak etmək üçün sonuncunun evinə getmişdir. Həyətdə quraşdırılan toy mağarına daxil olub masalardan birinin arxasında əyləşərkən Müşviqin həmkəndlisi Zakir, Nail, əmisioğlu Sabit və digərləri ilə birlikdə yanaşı masada oturub yemək yeyərək spirtli içki qəbul etdiyini görmüşdür. Təxminən 1 saat toy məclisində həmkəndliləri Fazil, Elnur, Elman, Nazim və Vüqar ilə eyni masa arxasında əyləşib yemək yedikdən sonra yaşadığı evə getmişdir. Ümumiyyətlə, spirtli içkilərdən istifadə etmədiyini, o cümlədən toy şənliyində olarkən də spirtli içki qəbul etmədiyini bildirmişdir. Təxminən 1 saat ərzində evdə yatmağa çalışsa da, yuxusu gəlmədiyindən evdən çıxıb yolun kənarı ilə “Kanalın üstü” adlandırılan yerdəki körpünün yaxınlığına getmiş və orada -demək olar ki, hər gün müxtəlif mövzular barəsində söhbət etdiyi, ordan-burdan danışdığı kəndin ağsaqqalı Şahid1v ilə görüşüb söhbət etməyə başlamışdır. Təxminən 1 saat sonra Müşviqin sərxoş vəziyyətdə həmin yerdən təxminən 30-40 metr aralıda yerləşən toy mağarından çıxıb ona məlum olmayan səbəbdən həmkəndlisi Ələsgərin ünvanına ağır söyüşlər və nalayiq ifadələr işlədə-işlədə onun İlyas ilə söhbət etdiyi yerə yaxınlaşdığını görmüş, Ələsgər Müşviqdən təxminən 5-10 metr aralı məsafədə dayanmış və ətrafda olan şəxslər Müşviqin oğlu Əsəd və həmkəndliləri Samir və Saməddin Ələsgəri oradan uzaqlaşdırmışdırlar. Bundan sonra Müşviq onun yanına gələrək İlyasın əlində olan çomağı götürüb yaxınlıqda gəzişməyə başlamış, bir qədər sonra isə həmin çomağı gətirib İlyasa qaytarmışdır. Həmin vaxt Müşviq sərxoş vəziyyətdə olduğu üçün dayanmadan söyüşlər söymüş, bu hərəkətlərini kənardan oğlu Əsəd, İlyas kişi və “Afı” deyə çağırılan həmkəndlisi Afəddin görmüşdür. Müşviq çomağı qaytardıqdan təxminən 5 dəqiqə sonra yenidən İlyasa yaxınlaşıb yüngülvari zarafat edərək çomağı sonuncunun əlindən almışdır. Xatırladığı qədəri ilə İlyas çomağı Müşviqə vermək istəməmişdir. Müşviq çomağı İlyasın əlindən aldıqdan sonra onun qarşısında dayanaraq onun və qardaşı Gərayın ailəsinin ünvanına ağır söyüşlər söymüş və qəflətən çomaqla başının ortasından bir dəfə var gücü ilə zərbə endirmişdir. Zərbənin təsirindən bir qədər özünü itirsə də, ləngərləyə-ləngərləyə ayağa qalxıb çomağı Müşviqin əlindən alaraq kənara tullamışdır. Bu zaman onun sifət nahiyəsindən ardıcıl yumruq zərbələri endirməyə başlayan Müşviqin zərbələri nəticəsində baş və sol göz nahiyəsindən xəsarət almış. Müşviqin bütün bu hərəkətlərindən əsəbləşib, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindəki, dəstəyi qara rəngdə olan, qatlanan tipli, düyməli, ümumi uzunluğu 15-20 sm olan, tiyəsi üzərində “ulduz” formalı simvol olan cib bıçağını çıxarıb Müşviqin bədəninin müxtəlif nahiyələrindən ardıcıl bıçaq zərbələri endirmişdir. Həmin vaxt Müşviqin ona endirdiyi zərbələrin təsirindən tam özünə gələ bilmədiyi üçün vurduğu bıçaq zərbələrinin dəqiq sayını və Müşviqin bədəninin konkret hansı nahiyələrindən dəydiyini xatırlamadığını bildirmişdir. Müşviqə bıçaq zərbələri vuran zaman onun yanında İlyas və Afəddin olmuş, baş vermiş hadisəni görsələr də, İlyas çox qoca olduğundan, Afəddin isə kənarda dayanması səbəbi ilə hadisəni törətməyinə mane ola bilməmişlər. Afiyəddin qaçaraq özünü çatdırdıqda, o, artıq Müşviqə bıçaq zərbələrini vurmuşdur. Əvvəlcə, Afəddin bıçağı əlindən alıb yerə atsa da, hamı Müşviqin arxasınca getdikdən sonra bıçağı yerdən götürüb cibinə qoymuşdur. Hadisədən sonra Müşviq oğlu Əsədin köməkliyi ilə oradan kənarlaşıb təxminən 20-30 metr sonra yerə yıxılmışdır. O, isə su kanalının yaxınlığında saxladığı qardaşı Nəsirəddinə məxsus olan boz rəngli, “VAZ-21015” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək könüllü şəkildə təslim olmaq məqsədilə avtomobili Tərtər rayon polis şöbəsinə getmişdir. Yol ilə gedərkən Tərtər-Bərdə avtomobil yolunun Tərtər şəhəri, H.Əliyev prospektindən keçən hissəsində yerləşən “Ana abidəsi”nin yaxınlığından keçərkən avtomobili saxlayıb yerə düşərək hadisənin törədilməsində istifadə etdiyi bıçağı yolun kənarındakı su arxına atmışdır. Sonra yenidən avtomobilə əyləşərək polis şöbəsinə getmişdir. Bundan sonra istifadəsində olan ***-***-**- ** mobil nömrəsindən qardaşı Nəsirəddinin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib Gərayın və onun ailəsinin ünvanına ağır söyüşlər söyməsi səbəbindən Müşviqi bıçaqladığını və təslim olmaq üçün polis şöbəsinə getməyi barədə məlumat vermişdir. Bir qədər sonra Tərtər rayon polis şöbəsinə çataraq növbətçi hissəyə baş vermiş hadisə barəsində məlumat vermiş. Bir qədər şifahi sorğu sualdan sonra isə polis əməkdaşları onu aidiyyəti üzrə Tərtər rayon prokurorluğuna gətirmişlər. Müşviqə bıçaqla xəsarət yetirməklə öldürməyinə onun azyaşlı qızlarının və yaxın qohumlarının ünvanına söydüyü söyüşlərə görə Müşviqdən qisas almaq istəməsi, həmçinin ona endirdiyi zərbələrdən əsəbiləşməsi səbəb olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə ərzində davam edib başa çatmışdır. Hadisə zamanı üzərində olmuş qara rəngli qısaqol köynək və göy rəngli idman şalvarını şübhəli şəxs qismində ifadə verdikdən sonra Tərtər rayon prokurorluğuna könüllü şəkildə təqdim etmişdir. Müşviqin uzun illər əvvəl Gərayla arasında pul məsələsinə görə mübahisəsi olduğu üçün həmin vaxtdan o və qardaşı Müşviqlə ünsiyyət saxlamamışlar. Müşviqin onun və qardaşının ailələrinin ünvanına söyüşlər söyməsinə səbəb sərxoş olduğu üçün bu mübahisəni xatırlaması olmuşdur. Müşviqi bıçaqladıqdan sonra oraya yaxınlaşan Afəddin bıçağı əlindən alıb yerə atmış, sonradan bıçağı götürüb avtomobilə əyləşmiş, yolda olarkən bıçağı avtomobildən düşüb Tərtər şəhəri, H.Əliyev prospektindən keçən hissəsində yerləşən “Ana abidəsi”nin yaxınlığındakı su arxına tullamışdır. Hadisə zamanı X2 onu, yaxın qohumlarını və azyaşlı qızlarını nalayiq ifadələrlə təhqir etdiyinə görə o, bu cinayəti törətmişdir. Bunna baxmayaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, X26 onun atasıdır. Təqsirləndirilən şəxs isə atasının əmisinin nəvəsidir. Əvvəllər nə özü, nə də ailə üzvləri ilə Ərəstun arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Lakin uzun müddətdir ki, ailələr aralarında baş vermiş pul məsələsi ilə bağlı problemə görə bir-birini danışdırmamışlar. Belə ki, təxminən 5-6 il əvvəl Ərəstunun qardaşı Gərayla atası Müşviq arasında pul məsələsinə görə mübahisə yaşanmış, onlar həmin vaxtdan münasibət saxlamamışlar. 30 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində həmkəndlisi İlhamın yaşadığı evin həyətində toy mərasimi təşkil edilmiş, axşam saatlarında həmin məclisə gedib iştirak etsə də, atası Müşviq günorta saatlarından həmin toy məclisində iştirak etmiş, sonuncu həmkəndliləri ilə bir masa arxasında əyləşib spirtli içki qəbul etmişdir. Müşviq tez-tez spirtli içki qəbul edən olmuşdur. Sözügedən toy məclisində qonaq kimi iştirak etsə də, həmkəndli kimi məclisin gedişatına nəzarət etmiş, tez-tez mağara daxil olub çölə çıxmış, qonaqlarla görüşüb söhbətləşmişdir. Həmin gün toy məclisində atasının kiminləsə mübahisəsi olduğunu görməmiş, hər hansı səs-küy eşitməmişdir. Saat 17:00 radələrində toy mağarının yaxınlığında olarkən kəndin giriş hissəsində, yolun kənarında “Kanalın üstü” adlanan yerdən səs-küy gəldiyini və kənd sakinlərinin həmin yerə doğru qaçdıqlarını görmüş, atası Müşviqin həmin yerdə olduğu üçün özünü dərhal “Kanalın üstü” adlandırılan yerə çatdırmışdır. Oraya çatanda Ərəstunun əlində bıçaq olduğunu, atasının ona doğru addımladığını görmüşdür. Atasına yaxınlaşıb qoluna girməyə çalışan zaman kənd sakini Afəddin cəld hərəkətlə Ərəstuna sarı gedib bıçağı əlindən alıb kənara tullamağa çalışmışdır. O, Müşviqin qoluna girmiş və sonuncu aralaşaraq təxminən 20-30 metr gedib dizləri üstünə yıxılmışdır. Ardınca atasını xəstəxanaya çatdırmaq üçün Afəddin mağarın yanından onlara doğru gələn, tanımadığı şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobili saxladıb sürücüdən onlara Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırmağa köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra o və Afəddin köməkləşib atasını avtomobilin arxa oturacağına əyləşdirmişdir. Ərəstundan əvvəl hadisə yerindən çıxıb getdikləri üçün Ərəstunun oradan necə getdiyini bilməmişdir. Avtomobilə əyləşdirilən zaman atasının rəngi ağarmış, halı özündə olmamışdır. Avtomobillə yarımstansiyanın yaxınlığından keçən zaman atasında hər hansı həyat əlaməti müşahidə etməsə də, öldüyünə inanmaq istəməmişdir. Bu səbəbdən xəstəxanaya çatdıqdan sonra tibbi personalın köməkliyi ilə atasına tibbi yardım göstərilsə də, Müşviqin həyatını xilas etmək mümkün olmamışdır.Təqsirləndirilən şəxs atasına hansı səbəbdən bıçaqla xəsarət yetirdiyini bilmədiyini, hadisə baş verən zaman orada olmadığını, ancaq özünü hadisə yerinə çatdırdıqda kəndin ağsaqqalı Şahid1vun orada olduğunu, bundan başqa həmkəndlisi Afəddinin onunla demək olar ki, eyni vaxtda özünü həmin yerə çatdırdığını görmüşdür. Həmin şəxslərdən başqa kənarda kimlərin olduğunu və baş verənləri kimlərin gördüyünü bilməmişdir.Hadisə yerinə çatdıqda Ərəstunun əlində bıçaq olduğunu görmüdür.Hadisə yerində olarkən atasının söyüş söymədiyni bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X10 həmkəndliləridir, həmçinin uzaq qohumlarıdır. Nə Ərəstun, nə də Müşviqlə əvvəllər arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Bildiyinə görə, təxminən 5-6 il əvvəl Ərəstunun qardaşı Gərayla Müşviq arasında pul məsələsinə görə mübahisə yaşanmışdır. Bu səbəbdən Müşviq və Ərəstun bir-birlərini danışdırmamış, münasibət saxlamamışlar. 30 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində həmkəndlisi və qohumu İlhamın yaşadığı evin həyətində baş tutan, çoxsaylı həmkəndlilərinin və qohumlarının iştirak etdiyi toy mərasimində iştirak etmişdir. Toyun gedişatı zamanı Müşviq mağarın çöl tərəfində ona yaxınlaşaraq gedib birlikdə siqaret almağı təklif etmiş, o və Müşviq spirtli içkinin təsiri altında olmuşlar. Müşviqlə birlikdə mağarın qarşısından piyada şəkildə “Kanalın üstü” adlandırılan yerə doğru irəliləyən zaman kəndin ağsaqqalı İlyas və Ərəstun həmişə olduğu kimi sözügedən yerdəki pilləkənin yanında oturmuşlar. Həmin yerə çatanda Müşviq yaxınlaşıb İlyas kişinin əlindən ağac materialdan hazırlanmış çomağı almış və yaxınlıqda gəzişməyə başlamışdır. Bundan sonra Müşviq Ərəstunun özünün və ailəsinin ünvanına söyüşlər və nalayiq ifadələr işlətməyə başlamışdır. Müşviqin özünü bu şəkildə aparması və söyüşlər söyməsi sərxoş vəziyyətdə olması ilə bağlı olduğunu güman etmişdir. İlyas çomağı Müşviqin əlindən aldıqdan sonra Müşviq bir qədər kənarda dayanıb ona gedib siqaret almağını bildirmişdir. Təxminən 25-30 metr aralaşdıqda geriyə doğru çevrilib Ərəstun və Müşviqin bir-biri ilə dalaşdıqlarını görmüşdür. Həmin vaxt onların yanında yalnız İlyası görmüş, o və Müşviqin oğlu Əsəd ilə birlikdə özlərini həmin yerə eyni vaxtda çatdırmışlar. Həmin yerə çatanda Ərəstunun əlindəki bıçaqla Müşviqin qarnının sol tərəfindən sonuncu zərbəni endirdiyini görmüş və qaçaraq yaxınlaşıb bıçağı Ərəstunun əlindən alıb yerə atmışdır. Ardınca Müşviqi xəstəxanaya çatdırmaq üçün mağarın yanından onlara doğru gələn, tanımadığı şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobili saxladıb sürücüdən onları Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırmağa köməklik göstərməsini xahiş etmişdir. Avtomobilin sürücüsü, əvvəlcə, qorxduğunu dilə gətirsə də, sonradan Müşviqin xəsarətlərini görüb onları xəstəxanaya aparmağa razılaşmışdır. Bundan sonra o, və Əsəd köməkləşib Müşviqi avtomobilin arxa oturacağına əyləşdirmiş, özü isə sağ qabaq oturacaqda əyləşib xəstəxanaya doğru hərəkət etmişlər. Ərəstundan əvvəl hadisə yerini tərk etdikləri üçün Ərəstunun oradan hansı vasitə ilə və haraya getdiyini bilməmişdir. Təxminən 5 dəqiqə sonra xəstəxanaya çatmışlar. Tibbi personalın köməkliyi ilə Müşviq avtomobildən düşürülüb təcili-tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmamışdır. Ərəstunun ailəsinin ünvanına söyüşlər və nalayiq ifadələr işlətdiyi üçün Müşviqə bıçaqla xəsarət yetirdiyini güman etdiyini bildirmiş, hadisə zamanı orada Ərəstun və Müşviqdən başqa özünün, İlyasın və Əsədin olduğunu, həmin şəxslərdən başqa kənarda kimlərin olduğunu və baş verənləri kimlərin gördüyünü bilmədiyini, hadisənin təxminən 1-2 dəqiqə davam edib bitdiyini bildirmişdir. Müşviqin İlyas kişinin əlindən aldığı çomaqla Ərəstunu vurduğunu və xəsarət yetirdiyini görmədiyini, geriyə çevirilib baxanda Müşviq və Ərəstunun bir-birlərinə yumruq zərbələri endirirdiklərini gördüyünü bildirmişdir. Hadisə zamanı dərhal yaxınlaşıb bıçağı Ərəstunun əlindən alaraq yerə atdığını, özünün də spirtli içkinin təsirində olduğu üçün bıçağın hər hansı bir əlamətinin yadında qalmadığını, hadisə nəticəsində hər hansı bir xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X10 həmkəndliləri, eyni zamanda anası əmilərinin nəvələridir. Nə Ərəstun, nə də Müşviqlə əvvəllər arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Ərəstun və Müşviq arasındakı münasibətlərin necə olmasından məlumatı olmamış, onların bir-birləri ilə ünsiyyət saxlamadıqlarını və bir-birlərini danışdırmadıqlarını bilməmişdir. Ərəstun uzun illər Rusiya Federasiyasında yaşamış, təxminən 15 il əvvəl kəndə qayıdaraq ailə qurmuş, azyaşlı övladlarını dolandırmaq üçün kənddə qardaşı Gəraya məxsus olan çayxananı işlətmişdir. Müşviq isə heç bir işlə məşğul olmamış, adi günlərdə kənd içərisində dolanmış, onunla münasibəti normal olmuşdur. 30 sentyabr 2022-ci il tarixdə saat 14:00 radələrində kəndin girişində yaşayan Şahid5 yaşadığı evdə toy şənliyi keçirilmişdir.Kənd sakinlərinin əksəriyyəti, eləcə də Ərəstun və Müşviq həmin gün toy məclisində iştirak etmiş, Müşviq spirtli içki qəbul etmişdir. Həmin gün saat 17:00 radələrində təkbaşına “Kanalın üstü” adlandırılan yerdəki körpünün yaxınlığında daşdan hörülmüş kiçik pilləkənin yanında oturduğu vaxt Ərəstun yanına gəlmiş və salamlaşıb ondan bir qədər kənarda əyləşmişdir. “Kanalın üstü” adlandırılan yer Ərəstunun işlətdiyi çayxanadan təxminən 15-20 metr aralı məsafədə yerləşdiyi üçün Ərəstun gün ərzində daim orada olmuşdur. Bir qədər sonra Müşviqin sərxoş vəziyyətdə həmin yerdən təxminən 30-40 metr aralıda yerləşən toy mağarından çıxıb ona məlum olmayan səbəbdən ağır söyüşlər və nalayiq ifadələr işlədə-işlədə onun oturduğu yerə yaxınlaşdığını görmüş. Bundan sonra Müşviq əlində olan çomağı götürüb yaxınlıqda gəzişməyə başladıqda o, çomağı dartıb geri almış və onun ağacı ilə nə işi olduğunu soruşmuşdur. Təxminən 5 dəqiqə sonra Müşviq yenidən ona yaxınlaşıb yüngülvari zarafat edərək çomağı əlindən almışdır. O, Müşviqə çomağı vermək istəməməyinə baxmayaraq buna nail ola bilməmişdir. Müşviq çomağı aldıqdan sonra Ərəstunun qarşısında dayanaraq ailəsinin ünvanına ağır söyüşlər söymüş və qəflətən çomaqla bir dəfə var gücü ilə zərbə endirmiş, Ərəstun zərbənin təsirindən bir qədər özünü itirsə də, ləngərləyə-ləngərləyə ayağa qalxıb çomağı Müşviqin əlindən almağa çalışmışdır. Həmin vaxt o, çomağı dartıb Müşviqin əlindən alıb özündə saxlamış, Müşviq yumruqla Ərəstunun sifət nahiyəsindən ardıcıl yumruq zərbələri endirməyə başlamışdır. Müşviqin yumruq zərbələri nəticəsində Ərəstun baş və sol göz nahiyələrindən xəsarətlər almış və ani vaxtda əynindəki tünd göy rəngli idman şalvarının cibindən bıçaq çıxarıb Müşviqin bədəninin müxtəlif nahiyələrindən xatırlamadığı sayda bıçaq zərbələri endirmişdir. Lakin vurulan bıçaq zərbələrinin Müşviqin bədəninin konkret hansı nahiyələrindən dəydiyini xatırlamamışdır. Ərəstun bıçaq zərbələri endirdikdən sonra özü Müşviqdən aralanıb bir qədər kənara çəkilmişdir. Müşviq isə həmin yerdən üzüaşağı gedən yolla irəliləyib təxminən 20-30 metr hərəkət etdikdən sonra yerə yıxılmış və özünü oraya çatdıran oğlu Əsədin köməkliyi ilə avtomobilə əyləşdirilib xəstəxanaya aparılmışdır. Bundan sonra Ərəstun hadisənin baş verdiyi yerin yaxınlığında dayanmış “VAZ-21015” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşərək oradan çıxıb getmişdir. Ərəstunun Müşviqə bıçaqla xəsarət yetirməsinin səbəbini bilmədiyini lakin, Ərəstun ailəsinin ünvanına ağır söyüşlər söyməsi və yumruqla xəsarətlər yetirməsi səbəbindən Müşviqi bıçaqladığını güman etmişdir. Müşviq toy mağarından çıxıb onun və Ərəstunun oturduğu yerə gələrkən ətrafda kimlərin olduğunu və baş verənləri kimlərin gördüyünü xatırlamadığını, Ərəstun qohumu Müşviqə bıçaqla xəsarət yetirən zaman kənarda ondan başqa kimin olduğunu xatırlamamışdır. Hadisə təxminən 1-2 dəqiqə davam edib bitmişdir. Ərəstun hadisə zamanı Müşviqə endirdiyi bıçaq zərbələrini davam etdirmək iqtidarında olsa da, özü sərbəst şəkildə Müşviqdən aralanmış və Müşviq oradan çıxıb gedərkən arxasınca getməmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X10 onun həmkəndliləri, eyni zamanda anasının əmilərinin nəvələridir. Nə Ərəstun, nə də Müşviqlə əvvəllər arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Bildiyinə görə, Ərəstun uzun müddət əvvəl qardaşı Gərayla Müşviq arasında pul məsələsinə görə yaranan mübahisə ilə əlaqədar Müşviqi danışdırmamışdır. Ancaq həmin məsələnin nədən ibarət olması barədə təfərrüatı ilə məlumatı yoxdur. 30 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində həmkəndlisi İlhamın azyaşlı oğlunun kiçik toy mərasimində iştirak etmək üçün yaşadığı Tərtər rayonu, Seydimli kəndinin giriş hissəsində yerləşən evin həyətində quraşdırılmış toy mağarında olmuşdur. Həmin gün bir çox həmkəndliləri, o cümlədən Müşviq də toy mərasimində iştirak etmiş və spirtli içki qəbul etdiyinə görə sərxoş vəziyyətə düşmüşdür. Bir qədər sonra Müşviq mağarın içərisində həmkəndlisi Ələsgər ilə ona aydın olmayan səbəbdən arasında mübahisə yaratmışdır. Bundan sonra orada olan şəxslər, həmçinin o və kürəkəni Saməddin Ələsgəri mağardan çölə çıxararaq oradan uzaqlaşdırmış və Ələsgər oradan yaşadığı evə getmişdir. Sonra o, Müşviq və sonuncunun oğlu Əsəd birlikdə “Kanalın üstü” adlandırılan yerdən təxminən 5- 10 metr aralıda oturmuşlar. Oturduqları yerdən bir qədər aralıda isə Ərəstun və İlyas kişi oturub söhbət etmişdir. Bir qədər oturduqdan sonra Müşviq İlyas kişiyə yaxınlaşaraq əlində olan çomağı götürüb yaxınlıqda gəzişməyə başlamışdır. Bunu görən Əsəd atası Müşviqə “Çomağı ver, çıxaq gedək” sözlərini dedikdən sonra Müşviq çomağı İlyas kişiyə qaytarmış və gedib yaxınlıqda oturmuşdur. Sonra o, kürəkəninə məxsus “VAZ-21074” markalı avtomobili işə salmaq üçün yolun digər tərəfinə keçmiş, buna baxmayaraq avtomobili işə sala bilməmiş və təxminən 3-4 dəqiqə sonra Müşviqgilin yanına qayıtmışdır. Bu zaman Müşviqin İlyas kişiyə məxsus, ağac materialdan hazırlanmış çomağı əlinə alıb ortalıqda gəzişdiyini görmüşdür. Müşviq sərxoş vəziyyətdə olduğu üçün söyüşlər və nalayiq ifadələr işlətsə də, həmin söyüşlər və nalayiq ifadələrin konkret kimə ünvanlandığını bilməmişdir. Oraya qayıtdıqdan sonra Müşviq əlindəki çomaqla Ərəstunun qarşısında dayanaraq çiyin və baş nahiyələrindən zərbə endirmişdir. Zərbənin təsirindən Ərəstun bir qədər ləngərləsə də, sonradan özünə gəlmiş, bundan sonra Ərəstun və Müşviq bir-birləri ilə dalaşmağa başlamışdır. Dalaşarkən Müşviq yumruqla Ərəstunun sol göz nahiyəsinə yumruq zərbələri endirmişdir. Müşviqin zərbələri nəticəsində Ərəstun sol göz nahiyəsindən xəsarət almışdır. Bundan sonra Ərəstun əynində olan idman şalvarının sağ yan cibindəki, dəstəyi qara rəngdə olan, qatlanan tipli, düyməli cib bıçağını çıxarıb Müşviqin bədəninin müxtəlif nahiyələrindən 2-3 dəfə bıçaq zərbəsi endirmişdir. Ərəstun Müşviqə bıçaq zərbələri endirən zaman orada özündən başqa İlyas kişi olmuş, bir neçə saniyə sonra “Afı” deyə çağırılan həmkəndlisi Afiyəddin özünü həmin yerə çatdıraraq bıçağı Ərəstunun əlindən alıb yerə atmışdır. Sonra Ərəstun sərbəst şəkildə Müşviqdən bir qədər kənarlaşmış, Müşviq isə oğlu Əsədin qoluna girib aralaşaraq təxminən 20-30 metr gedib dizləri üstünə yıxılmışdır. Ərəstun kanalın yaxınlığında, söyüd ağacının altında saxladığı kül rəngli, “VAZ- 21015” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək çıxıb getmiş, Ərəstundan sonra Müşviq, Əsəd və Afiyəddinin köməkliyi ilə kimə məxsus olmasını bilmədiyi göy rəngli, “Mercedes” markalı avtomobilə əyləşdirilərək xəstəxanaya aparılmışdır. Ərəstunun Müşviqə bıçaqla xəsarət yetirməsinin səbəbini bilməmişdir. Hadisə zamanı orada Ərəstun və Müşviqdən başqa özünün, İlyasın və Afəddinin olduğunu, həmin şəxslərdən başqa kənarda kimlərin olduğunu və baş verənləri kimlərin gördüyünü bilmədiyini bildirmişdir. Hadisə təxminən 1-2 dəqiqə davam edib bitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. X10 isə atasının əmisinin nəvəsidir. Əvvəllər Müşviq ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Ərəstun sakit, heç kimlə işi olmayan biri olmuş, uzun müddət Rusiya Federasiyasında yaşayıb işləmiş, işləmək üçün həmin ölkənin vətəndaşlığını qəbul etmiş, 2007-ci ildə Tərtər rayonu Seydimli kəndinə qayıdaraq ailə qurduqdan sonra bir daha həmin ölkəyə qayıtmamışdır. Əvvəllər hər hansı şəxslə Ərəstun arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Müşviq isə mütəmadi olaraq spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olduğu vaxtlarda kənd içərisində gəzib, müxtəlif şəxslərin, o cümlədən qohum-əqrəbanın ünvanına nalayiq ifadələr işlədib, ağır söyüşlər söymüşdür. 30 sentyabr 2022-ci il tarixdə nahar saatlarında qonşuluqda yaşayan Şahid5 azyaşlı oğlunun kiçik toy şənliyində iştirak etmək üçün evinin həyətinə yollanmış, həyətdə quraşdırılan toy mağarına daxil olub masalardan birinin arxasında əyləşərkən Müşviqin həmkəndlisi Zakir, Nail, əmisioğlu Sabit və digərləri ilə birlikdə yanaşı masada oturub yemək yeyərək spirtli içki qəbul etdiyini görmüşdür. Həmin vaxt Ərəstun başıaşağı vəziyyətdə sakit oturmuşdur. Toy məclisində iştirak edən şəxslərdən Ərəstunun nə üçün elə vəziyyətdə olduğunu soruşduqda, ona qardaşının başı ağrıdığı üçün bikef olduğunu söyləmişlər. İşə qayıtmalı olduğu üçün toy şənliyində iştirak etməyərək nəmər yazdırmaqla işə qayıtmışdır. Həmin gün saat 17:00 radələrində Ərəstun mobil telefon vasitəsilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək harada olduğunu soruşduqda, Ərəstuna işdə olduğunu dedikdə, Ərəstun Müşviqlə dalaşması, Müşviqə bıçaqla xəsarət yetirməsi, özünün də heç yaxşı vəziyyətdə olmaması barədə məlumat vermiş və olduğu yerə gəlib Tərtər rayon polis şöbəsinə aparmağını ondan istəmişdir. Ərəstundan harada olduğunu xəbər alanda Ərəstun Tərtər-Bərdə avtomobilinin yolunun kənarında “Abidənin kruqu” deyilən yerin yaxınlığındakı “Şamlıq” deyilən ərazidə olması barədə məlumat vermiş və o, dərhal özünə məxsus “VAZ-21011” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Ərəstunun dediyi yerə getmişdir. Həmin yerə yaxınlaşarkən Ərəstunun “Şamlıq” deyilən ərazidən çıxıb avtomobili şəhər sakini Tofiq kişinin obyektinin yaxınlığına doğru idarə etdiyini və orada hərəkətini dayandırıb avtomobildən düşdüyünü görmüşdür. Buna görə də o da avtomobilini saxlayaraq yerə düşərək Ərəstuna yaxınlaşmışdır. Bu zaman Ərəstunun sol gözünün şişdiyini, paltarının toza bulaşdığını görmüşdür. Ərəstundan nə baş verdiyini soruşduqda, Ərəstun Müşviqin “arvad-uşaq söyüşü” söyməsinə əsəbiləşdiyi, həmçinin həmkəndlisi İlyas kişinin əlindən aldığı çomaqla və yumruq zərbələri ilə ona xəsarət yetirdiyi üçün üzərində olan bıçaqla gözüyumulu vəziyyətdə Müşviqə xəsarətlər yetirdiyini, ancaq həmin xəsarətlərin Müşviqin hansı nahiyəsindən dəyməsini görmədiyini demişdir. Ərəstunun gözü şişdiyindən avtomobil idarə edə bilmədiyini, bu səbəbdən polis şöbəsinə gedib könüllü şəkildə təslim olmaq istədiyini bildirmiş, Ərəstunun idarə etdiyi, etibarnamə əsasında ona məxsus “VAZ- 21150” markalı avtomobili həmin yerdə saxlayaraq Ərəstunu öz avtomobilinə əyləşdirib Tərtər rayon polis şöbəsinə aparmışdır. Yolda olarkən Ərəstunun ona danışdıqlarına görə, Müşviq sərxoş vəziyyətdə gəlib ailəsinin ünvanına ağır söyüşlər söymüş, həmin vaxt İlyasın əlindəki çomaqla Ərəstuna xəsarət yetirmiş, Ərəstun isə bu söyüşlərə və xəsarətlərə əsəbiləşərək Müşviqə bıçaqlamışdır. Ərəstunu polis şöbəsinə təhvil verdikdən sonra geri qayıtmışdır. Əvvəllər heç vaxt Ərəstun və Müşviq arasında mübahisə və ya münaqişə baş verməsinin şahidi olmamış, onların bir-birlərini danışdırmamasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstədi ki, Təqsirləndirilən şəxs və X10 onun həmkəndliləridir. Həmin şəxslər ilə arasında qohumluq münasibəti olmasa da, hər biri ilə həmkəndli kimi yaxşı münasibəti olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Ərəstun və Müşviq uzun müddətdir ona məlum olmayan səbəbdən bir-birlərini danışdırmamışlar. 30 sentyabr 2022ci il tarixdə saat 13:00 radələrində o, azyaşlı oğlu Əliyə yaşadığı evin həyətində kiçik toy şənliyi keçirmək məqsədi ilə həyətdə mağar quraşdırılmışdır. Toy şənliyi zamanı qonaqlara spirtli içki də təqdim olunmuşdur. Ərəstun və Müşviq çoxsaylı kənd sakinləri ilə birlikdə həmin məclisdə qonaq qismində iştirak etmişlər. Onların hər ikisi təxminən saat 13:00- 14:00 radələrində toya gəlsələr də, Ərəstun saat 16:00 radələrində toydan çıxıb getmişdir. Həmin gün başı qonaqlara qarışdığı üçün mağarın içərisində Müşviqlə hər hansı şəxs arasında mübahisənin yaranmasından xəbəri olmamışdır. Həmin gün saat 17:00 radələrində kənd sakinlərindən kəndin girişindəki “Kanalın üstü” adlandırılan yerdə Ərəstun və Müşviq arasında mübahisə yarandığını, onların bir-biri ilə dalaşdıqlarını, mübahisə zamanı Ərəstunun bıçaqla Müşviqə xəsarətlər yetirdiyini, sonuncunun təcili avtomobilə əyləşdirilərək Tərtər rayon Mərkəzi Xəstəxanasına aparıldığını öyrənmişdir. Lakin mübahisənin hansı səbəbdən baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X10 onun köhnə həmkəndliləridir. Nə Ərəstun, nə də Müşviqlə əvvəllər arasında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Hadisədən sonra eşitdiyinə görə uzun müddət əvvəl Ərəstun qardaşı Gərayla Müşviq arasında pul məsələsinə görə yaranan mübahisə ilə əlaqədar Müşviqi danışdırmamışdır. Ancaq həmin məsələnin nədən ibarət olması barədə təfərrüatı ilə məlumatı yoxdur. 30 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində köhnədən həmkəndlisi İlhamın azyaşlı oğlunun kiçik toy mərasimində iştirak etmək üçün Tərtər rayonu, Seydimli kəndinin giriş hissəsində yerləşən evin həyətində quraşdırılmış toy mağarında olmuşdur. Həmin gün bir çox həmkəndliləri, o cümlədən Müşviq də toy mərasimində iştirak etmiş və spirtli içki qəbul etdiyinə görə sərxoş vəziyyətə düşmüşdür. Bir qədər sonra Müşviq mağarın içərisində həmkəndlisi Ələsgər ilə ona aydın olmayan səbəbdən arasında mübahisə yaratmış, bundan sonra o, qaynı Samir həmçinin orada olan şəxslər Ələsgəri mağardan çölə çıxararaq oradan uzaqlaşdırmışlar. Bundan sonra qayıdıb mağarda oturub toy məclisində iştirak etmişdir. Sonra qohumu Samir məclisə gələrək onu çağırmış və onlar birlikdə mağardan çölə çıxanda qarşıda camaatın toplaşdığını görmüşdür. Bu zaman nə baş verdiyini soruşduqda Samir ona Müşviqin Ərəstun tərəfindən bıçaqlandığını, Müşviqin xəstəxanaya aparıldığını, Ərəstunun isə rayon polis şöbəsinə təslim olmağa getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X10 onun həmkəndliləridir. Onların hər biri ilə həmkəndli kimi yaxşı münasibəti olmuş, əvvəllər həmin şəxslər ilə aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır, mübahisə və ya münaqişə yaşanmamışdır. 30 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində həmkəndlisi və qonşusu Şahid5 azyaşlı oğlunun kiçik toy şənliyində iştirak etmək üçün evinin həyətinə yollanmış və toy mağarına daxil olub masalardan birinin arxasında əyləşmişdir. Əyləşdiyi masada ondan başqa həmkəndliləri Sabit, Nail, həmçinin Müşviq və digərləri əyləşmişlər. O, masa arxasında əyləşdikdən sonra yemək yeyərək adlarını qeyd etdiyi şəxslərlə birgə spirtli içki qəbul etmişdir. Həmin vaxt Müşviq də spirtli içki qəbul etmişdir. Buna baxmayaraq toy şənliyində olarkən Müşviqlə hər hansı şəxs arasında mübahisənin yaşanmasının şahidi olmamışdır. Həmin gün saat 14:20 radələrinədək şənlikdə iştirak etdikdən sonra oradan çıxıb işə getmişdir. Saat 18:00 radələrində işdən çıxıb Tərtər rayonu Seydimli kəndində yerləşən evə çatanda saat 17:00 radələrində “Kanalın üstü” adlandırılan yerdə Ərəstun və Müşviqin bir-biri ilə dalaşdıqlarını, aralarında yaranmış mübahisə zamanı Ərəstunun bıçaqla Müşviqə xəsarətlər yetirib öldürdüyünü öyrənmişdir. Ancaq hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı təfərrüatı ilə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və X10 ilə qohumdur. Belə ki, Ərəstunun atası ilə onun atası birbirləri ilə əmioğludur. Mərhum Müşviq isə doğma əmisioğludur. Hadisə baş verən günədək onun həm Ərəstun, həm də Müşviqlə münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, mübahisə və ya münaqişə yaşanmamışdır. 30 sentyabr 2022-ci il tarixdə saat 13:00 radələrində həmkəndlisi Şahid5 azyaşlı oğlunun kiçik toy şənliyində iştirak etmək üçün evinin həyətinə yollanmış və toy mağarına daxil olub masalardan birinin arxasında əyləşmiş, masada ondan başqa həmkəndliləri Zakir, Nail, həmçinin Müşviq və digərləri əyləşmişlər. O, masa arxasında əyləşdikdən sonra yemək yeyərək adlarını qeyd etdiyi şəxslərlə birgə spirtli içki qəbul etmişdir. Həmin vaxt Müşviq də spirtli içki qəbul etmişdir. Buna baxmayaraq toy şənliyində olarkən Müşviqlə hər hansı şəxs arasında mübahisənin yaşanmasının şahidi olmamışdır. Həmin gün saat 14:15 radələrinədək şənlikdə iştirak etdikdən sonra oradan çıxıb yaşadığı evə getmişdir. Saat 17:30 radələrində adını xatırlamadığı qohumlarından biri mobil telefon vasitəsilə ona zəng edərək Müşviqin öldüyünü bildirmişdir. Sonradan, Müşviqin Ərəstunla aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən bıçaqlanaraq öldürüldüyünü eşitmişdir. Ancaq hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı təfərrüatı ilə məlumatı olmamış, Müşviq və Ərəstunun uzun illərdir bir-birini danışdırmadıqlarını bilsə də, hadisənin səbəbi barədə məlumatı yoxdur. Məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibb müayinəsinə, əlavə laborator müayinə cavablarına əsasən iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlinmişdir ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərindəki xəsarətlər-qarının ön səthinin qarın boşluğuna nüfuz edən dalağın və bağırsaqların yaralanması ilə müşaiyət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, üzün sol yarısının, sol burun qanadı nahiyəsinin, sağ əlin İİ barmağının İİ-İİİ falanqa səviyyəsinin sol yan səthinin səthi kəsilmiş yaraları, sağ əlin ovuc səthində V əl daraq səviyyəsinin, yan səthinin, sol əlin V əl daraq nahiyəsinin arxa səthinin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, qarının ön səthinin qarın boşluğuna nüfuz edən dalağın və bağırsaqların yaralanması ilə müşaiyət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, üzün sol yarısının, sol burun qanadı nahiyəsinin, sağ əlin İİ barmağının İİ-İİİ falanqa səviyyəsinin sol yan səthinin səthi kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən, sağ əlin ovuc səthində V əl daraq səviyyəsinin, yan səthinin, sol əlin V əl daraq nahiyəsinin arxa səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə; qarının ön səthinin qarın boşluğuna nüfuz edən dalağın və bağırsaqların yaralanması ilə müşaiyət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2 ölümünə səbəb dalağın və bağırsaqların yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəməkimyəvi təhqiqatı nəticəsində etil spirti aşkar edilmişdir ki, Etil spirtinin qatılığı 1,2%-dir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 01 10.2022-ci il tarixli 321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ arxa-təpə nahiyəsinin səthi əzilmiş yarası, sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla, sol bazu oynağının üst səthinin qançırları, sol gözün ağlı qişası bütün səthi boyu qansızması küt əşyanın (əşyaların) təsirindən törənmişdir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-bioloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli 641/2022-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən belə nəticəyə gəlinmişdir ki, X19 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/-. Ekspertizaya təqdim olunmuş 01 ədəd daş, bıçaq, ağac budağı, torpaq nümunəsi, X23 məxsus şalvar və köynək üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzər təyin olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o, cümlədən X23 məxsus ola bilər. Tədqiq olunan çomaq və Təqsirləndirilən şəxs məxsus idman şalvarı üzərindəki ləkələrdə qan, kofta üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəmə lifli materialların tədqiqi ekspertizasının 10 noyabr 2022-ci il tarixli 6/5833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X23 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd idman şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd qısaqol köynəyin səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X23 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-ballistik-trasoloji kspertizasının 10 noyabr 2022-ci il tarixli 3/1401, 3/1406 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet ağac budağından çomaq formasında kustar üsulla hazırlanmışdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş üzərində X23 məxsus paltarlar” yazı qeydləri olan bağlamadan aşkar edilmiş boz rəngli köynəyin və üzərinə “Təqsirləndirilən şəxs məxsus paltarlar ”yazı qeydləri olan bağlamadan aşkar edilmiş qara rəngli köynəyin səthində zədələr vardır. Təqdim edilmiş üzərində “ X23 məxsus paltarlar” yazı qeydləri olan bağlamadan aşkar edilmiş boz rəngli köynəyin səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirində- yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “X23 məxsus paltarlar” yazı qeydləri olan bağlamadan aşkar edilmiş boz rəngli köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. -Geyim əşyasının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onun səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. - Üzərində “Təqsirləndirilən şəxs məxsus paltarlar” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qara rəngli köynəyin səthindəki zədələr isə fiziki qüvvənin təsirindən yaranmağa xaraktetik dartılıb-sökülmə zədələridir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş üzərində “X23 məxsus paltarlar” yazı qeydləri olan bağlamadan aşkar edilmiş cins şalvarın və üzərində “Təqsirləndirilən şəxs məxsus paltarlar” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman şalvarının üzərində trasoloji zədə yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının 26 noyabr 2022-ci il tarixli 721/256 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırda da hər hansı bir xroniki ruhi-psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Tərtər rayonu, Seydimli kəndində, kəndin giriş hissəsində yerləşən “Kanalın üstü“ adlanan ərazidir. Həmin ərazi Tərtər-Suqovuşan avtomobil yolunun Suqovuşan istiqamətində yolun 2-ci kilometrliyində sağ tərəfindədir. Hadisə yeri torpaq örtüklüdür. Hadisə yeri ilə avtomobil yolunu bir-birindən süni yaradılmış, eni 1.6 metrə bərabər olan beton örtüklü su kanalı ayırmaqdadır. Həmin yerdə bir-birindən 1.2 metr məsafədə əkilmiş ardıcıllıqla ərik, gilas və söyüd ağacları vardır. Söyüd ağacından sağ tərəfdə dəmir materialla hazırlanmış maneə yerləşir. Baxış keçirilməsində iştirak edən Şahid1v həmin çayxananın həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən işlədildiyini bildirdi. Daha sonra torpaq örtüklü əraziyə baxış keçirilməsinə başlanıldı. Şahid1v 30 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində həmkəndliləri Təqsirləndirilən şəxsla Müşviq Orucovun həmin yerdə mübahisə etdiklərini, mübahisə zamanı Müşviq Orucovun ona məxsus ağac materialdan hazırlanmış çomağı götürüb Təqsirləndirilən şəxs başından xəsarət yetirdiyini, ardınca onların təxminən 2-3 metr aralıda bir-biriləri ilə əlbəyaxa olduqlarını qeyd etdi. Bundan sonra hadisə yerinə baxış davam etdirildi. Baxış zamanı hadisə yerindən 03 ədəd nöqtəvari sıçramış qanabənzər ləkələr aşkarlandı. Həmin ləkələr şərti olaraq “1“, “2“ və “3“ rəqəmləri ilə nömrələndikdən sonra aralarındakı məsafə ardıcıllıqla ölçüldü. Bu zaman “1“ və „2“ rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrin arasındakı məsafənin 40 sm-ə, “2“ və “3“ rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrin arasındakı məsafənin 22 sm-ə, „1“ və „3“ rəqəmləri ilə nömrələnmiş qanabənzər ləkələrin arasındakı məsafənin 31 sm-ə bərabər olduğu müəyyən edildi. Daha sonra hadisə yerindən aşkar edilmiş qanabənzər ləkələrdən hadisə yerində olan obyektlərə qədər məsafələr ölçüldü. Bu zaman „Kanalın üstü“ adlandırılan pilləkənin sol tinindən „3“ rəqəmi ilə işarələnmiş qanabənzər ləkəyədək olan məsafənin 3.10 metrə bərabər olduğu məlum oldu. Həmin qanabənzər ləkədən yaxınlıqdakı üzərində qırmızı rəngdə „PİVƏ“ sözü yazılmış taxta materialdan olan tikiliyədək məsafənin 1.10 metrə bərabər olduğu müəyyən edildi. Ardınca şərti olaraq „3“ rəqəmi ilə nömrələnmiş qanabənzər ləkədən sol tərəfdə olan, üzərində, „VELFEST“ sözü yazılmış göy-sarı rəngli reklam lövhəsinədək olan məsafə ölçülərək həmin məsafənin 12 metrə bərabər olduğu məlum oldu. Şahid1v hadisənin baş verməsindən sonra Müşviq Orucovun ətrafda olan şəxslərin köməkliyi ilə avtomobilə əyləşdirilməklə oradan „Tərtər rayon Mərkəzi Xəstəxanası“ X35 istiqamətində aparıldığını bildirdi. Hadisə yerindən ağacdan hazırlanmış 01 ədəd çomaq, üzərində qanabənzər ləkələr olan 01 ədəd ağac budağı, üzərində qanabənzər ləkələr olan torpaqdan 2 ədəd zərfdə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. X19 meyitinə baxış keçirilməsi haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təşrih masası üzərində paltarlı meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: boz rəngli qısaqol zəncirbəndli kofta. Tünd göy rəngli başlığında qara rəngli kəmər olan cins şalvar. Koftanın aşağı ətəkdən 8,7 sm yuxarı, sol yan tikişindən 29,9 sm sağda, sağ yan tikişindən 39,0 sm solda, sol çiyin tikişindən 56,2 sm aşağı 3,0 x 2.4 sm ölçüdə, aşağı ətəkdən 14,0 sm yuxarı, sol yan tikişdən 18,0 sm sağa, sağ yan tikişdən 41,0 sm sola, sol çiyin tikişindən 52,0 sm aşağı 2,5 x 1,4 sm ölçüdə zədələr vardır. Koftanın aşağı hissəsi qanabənzər maddə ilə bulaşıb. Paltarlar soyundurulduqdan sonra məlum oldu ki, meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 179 sm-dir. Meyitin dərisi və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyumuşdur. Meyitin bədəninin arxa səthində göyümtül-bənövşəyi rəngdə adacıqlar şəkilində meyit ləkələri vardır. Meyit ləkələrinə barmaqla təzyiq etdikdə itir və 20-25 saniyədən sonra öz əvvəlki rəngini alır. Meyit qacıması yoxlanılan bütün əzələ qruplarında zəif inkişaf etmişdir. Başın tükləri ağ-qara rəngdədir. Ön-təpə hissədə seyrəkdir, düzdürlər, uzunluqları 4,0-4,3 sm-dir, bığları vardır. Başın tüklü hissəsində xəsarət yoxdur. Əllədikdə kəllə qapağı sümükləri tamdırlar. Meyitin gözləri yarımaçıq vəziyyətdədir. Göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir, konyuktivaya qansızma qeyd olunmur. Göz simaları tamdır, buynuz qişa zəif bulanıq, quzehli qişa tünd qəhvəyi rəngdədir. Göz bəbəkləri dairəvi formada olub bərabər ölçülərdədir, hər biri 0,4 sm diametrindədir. Burun dəlikləri sərbəstdir, ifrazat yoxdur. Burunun sümük və qığırdaqlarını, eləcə də digər üz skeleti sümüklərini əllədikdə tamdır. Qulaq seyvanları normal quruluşludur, xarici qulaq keçəcəkləri sərbəstdir, ifrazat yoxdur. Ağzı yarımaçıq vəziyyətdədir. Dili ağzında-dişlərin arxasında sərbəst yerləşmişdir. Üst çənədə solda İİ-İİİ, sağda İİ, alt çənədə solda İİİ diş yuvaları boşdur, birləşdirici toxuma ilə dolmuşdur. Qalan görünən dişləri tam və təbiidir. Diş ətində, ağzın selikli qişasında xəsarət yoxdur. Boynu gövdəyə mütənasibdir, az hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Qarnı döş qəfəsi səviyyəsindən aşağı səviyyədədir. Onurğa sütununda patoloji əyilmələr yoxdur. Əllədikdə fəqərə sümükləri tamdır. Xarici cinsiyyət üzvləri normal quruluşda olub kişi tiplidir, ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmizdir, zədəsizdir. Hər iki yuxarı və aşağı ətraflar normal inkişaf etmişdir. Əllədikdə sümükləri tamdırlar. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Üzün sol yarısında boylama istiqamətdə 12,0 sm uzunluqda, sol burun qanadı nahiyəsində 3,4 x 1,8 sm, sağ əlin İİ barmağının İİ-İİİ falanqa səviyyəsinin sol yan səthində 1,0 x 0,2 sm ölçülərdə, xətvari formalı, kənarları hamar konturlu səthi yaralar vardır. Sağ əlin ovuc səthində V əl daraq səviyyəsində 1,0 x 0,7 sm, yan səthində 2,0 x 0,7 sm, sol əlin V əl daraq nahiyəsinin arxa səthində 1,2 x 1,0 sm ölçülərdə, qeyri-müəyyən formalı, üzəri ətraf dəri səviyyəsindən aşağı yerləşən sıyrıqlar vardır. Qarının ön səthinin sol yarısında göbəkdən 9,0 sm solda köndələn istiqamətdə 2,2 x 0,6 sm, göbəkdən 3,0 sm aşağı köndələn istiqamətli 2,0 x 0,5 sm ölçülərdə, qıyvari formalı, kənarları hamar konturlu, qurtaracaqlarından biri iti, digəri küt olan açılmış yaralar vardır. Yaralar qarın boşluğuna nüfuz edir. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa xəsarət aşkar edilmədi. Bununla da meyitin xarici müayinəsi başa çatdırıldı. Baxış zamanı meyitin əynindən çıxarılmış 01 ədəd boz rəngli qısaqol zəncirbəndli kofta, 01 ədəd tünd göy rəngli başlığında qara rəngli kəmər olan cins şalvar, qan nümunəsi hopdurulmuş 02 ədəd çubuqlu tampon müvafiq qaydada götürülərək qablaşdırılmışdır. «Baxış keçirilməsi haqqında» 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Baxışın keçirildiyi yer Tərtər-Bərdə magistral avtomobil yolunun Bərdə şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən „Asiman“ şadlıq sarayının arxa tərəfindəki, şam ağacları ilə əhatələnmiş torpaq ərazidir. Baxış keçirilməsində iştirak edən iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi və digər iştirakçılarla birlikdə şam ağaclarının əkildiyi torpaq sahəni keçdikdən sonra, şadlıq sarayının arxasındakı, süni su arxına yaxınlaşıb hadisəni törətdikdən, yəni qohumu X23 bıçaq xəsarətləri yetirdikdən sonra avtomobili ilə həmin əraziyə gəldiyini və avtomobildən düşərək irəliləyib qaranlıqda bıçağı arxın kənarında yabanı halda bitmiş qaratikan kollarının arasına doğru atdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs bıçağı atdığı yeri və istiqaməti göstərdi. Həmin istiqamətdə şübhəli şəxsin təsvir etdiyi qaydada baxış keçirilən zaman kolların dibindən bir ədəd qara rəngli, dəmir materialdan hazırlanmış dəstəyi olan bıçaq aşkar edildi. Təqsirləndirilən şəxs həmin bıçağı görüb tanıyaraq özünə məxsus olduğunu, qohumu Müşviq Orucova məhz həmin bıçaqla xəsarətlər yetirdiyini bildirdi. Aşkar edilmiş 01 ədəd bıçaq mühüm əhəmiyyət kəsb etdiyi üçün iştirakçıların iştirakı ilə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. «Götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında» 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd qara rəngli köynək və 01 ədəd tünd göy rəngli şalvarı təqdim etmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı köynəyin sağ qolaltı hissəsində bir ədəd 50 mm ölçüdə, sol qolaltı hissəsində bir ədəd 20 mm ölçüdə zədə vardır. Şalvar üzərində qanabənzər ləkə, zədə və ya zədə izi aşkar edilməmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. «Tanınmaya təqdim edilməsi haqqında» 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, bıçağı bıçağın dəstəyi qara rəngdə qatlanan tipli, düyməli, tiyəsi üzərində “ulduz” formalı simvollar olduğuna görə tanıdığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. «Könüllü gəlib təqsirini boynuna alma haqqında» 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə saat 18:00-də Tərtər rayon polis şöbəsinə gələrək qohumu X24 aralarında yaranmış mübahisə zamanı bıçaqla qarın nahiyəsindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. «Şübhəli şəxsin tutulması haqqında» 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Tərtər rayon məhkəməsinin qərarı ilə 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kəndi üzrə nümayəndəliyindən daxil olmuş 10 oktyabr 2022-ci il tarixli 569 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən, həmçinin X9, X11 doğum şəhadətnamələrinin surətindən görünür ki, Orucov X12 rayonu, Seydimli kəndində arvadı X16 və övladları X9 (xx.xx.2010-cu il təvəllüdlü), X20 (xx.xx.2014-cü il təvəllüdlü) ilə birlikdə yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Tərtər rayon İcra Hakimiyyəti başçısının Seydimli kəndi üzrə nümayəndəliyindən daxil olmuş 08 dekabr 2022-ci il tarixli 719 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, X6 rayonu, Seydimli kəndində arvadı X3 və övladı X27 ilə birlikdə yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə yaşadığı müddət ərzində kənd əhalisi arasında hörmət qazanmağa qismən nail olmuşdur. Barəsində kənd İƏD-i üzrə nümayəndəliyə şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən daxil olmuş 16 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür, hadisə yerindən götürülmüş 01 ədəd çomaq, 01 ədəd ağac budağı, 02 ədəd zərfdə daş və torpaq nümunələri, Baxış zamanı götürülmüş 01 ədəd açılıb-bağlanan bıçaq, Meyitə baxış zamanı götürülmüş X23 məxsus 01 ədəd boz rəngli qısaqol zərncirbəndli kofta, 01 ədəd tünd göy rəngli başlığında qara rəngli kəmər olan cins şalvar, qan nümunəsi hopdurulmuş 02 ədəd çubuqlu tampon, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd tünd göy rəngli şalvar, tədqiqat üçün götürülmüş nümunə olan Təqsirləndirilən şəxs məxsus qan nümunəsinin olduğu 01 ədəd şprits Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 120.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, himayəsində iki azyaşlı uşağının olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin törətməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.10-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayətə görə CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yəni, on dörd il azadlıqdan məhrum etmənin dörddə üçündən yəni, on il altı aydan artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 52-ci maddəsində əcnəbilərə əsas cəza növü çəkildikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma kimi əlavə cəzanın təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin maddənin 52.2-ci maddəsində isə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma cəza növü tətbiq edilməyən şəxslərin kateqoriyası müəyyən edilmiş və barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə, Azərbaycan Respublikasında doğulmuş şəxslərə, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə, valideyinlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə həmin cəzanın şamil edilməməsi göstərilmişdir. Orucov X13 Federasiyasının vətəndaşı olsa da, o beş ildən artıq müddətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxsdir, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahdadır, Azərbaycan Respublikasında doğulmuş şəxsdir və himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır və valideyinləri Azərbaycan Respublikasının vətəndaşıdır. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma cəza növü tətbiq edilə bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Tərtər rayon prokurorluğunda saxlanılan X10na məxsus 01 ədəd boz rəngli qısaqol zərncirbəndli kofta, 01 ədəd tünd göy rəngli başlığında qara rəngli kəmər olan cins şalvar zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd tünd göy rəngli şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin hadisə yerindən götürülmüş 01 ədəd çomaq, 01 ədəd ağac budağı, 02 ədəd zərfdə daş və torpaq nümunələri, meyitə baxış zamanı götürülmüş qan nümunəsi hopdurulmuş 02 ədəd çubuqlu tampon, tədqiqat üçün götürülmüş nümunə olan Təqsirləndirilən şəxs məxsus qan nümunəsinin olduğu 01 ədəd şprits və baxış zamanı götürülmüş 01 ədəd açılıb-bağlanan bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 354 (üç yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 30 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Tərtər rayon prokurorluğunda saxlanılan X10na məxsus 01 ədəd boz rəngli qısaqol zərncirbəndli kofta, 01 ədəd tünd göy rəngli başlığında qara rəngli kəmər olan cins şalvar - zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli köynək və 01 ədəd tünd göy rəngli şalvar təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin hadisə yerindən götürülmüş 01 ədəd çomaq, 01 ədəd ağac budağı, 02 ədəd zərfdə daş və torpaq nümunələri, meyitə baxış zamanı götürülmüş qan nümunəsi hopdurulmuş 02 ədəd çubuqlu tampon, tədqiqat üçün götürülmüş nümunə olan Təqsirləndirilən şəxs məxsus qan nümunəsinin olduğu 01 ədəd şprits və baxış zamanı götürülmüş 01 ədəd açılıb-bağlanan bıçaq istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 354 (üç yüz əlli dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Faiq Mahmudov

2. Dadaş İmanov

3. Elmin Rüstəmov

Düzdür: Məhkəmənin hakimi Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar