Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-450/2025 15.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, dalan 4, ev 3-də yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə, saat 18:00 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Dubay bazarı” adlanan bazarda Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə heç bir əsaslı səbəb olmadan üzərində olan kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs həmin bıçaqla qəsdən döş qəfəsinin daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, ürəyin deşilməsi, hemoperikard, ürək tamponadası yaraları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə zamanı o içkili və anlaqsız olmuş, bu səbəbdən də hər şeyi unutmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə bazarda birlikdə işləmiş, əvvəllər davaları olmamış, həmçinin zərərçəkmişi görməmişdən əvvəl içki içmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanıyır, oda bzarda göy-göyərti salır, aralarında münasibətləri yaxşı olub, heç bir ədavət və düşmənçiliyi yoxdur. O. xx.xx.2024-cü ıl tarixində Gəncə şəhəri, “Dubay Bazarı” adlanan yerdə gündəlik bazara işlədiyi yerdə idi. Həmin yeri o Seymur adlı şəriki ilə işlədirdi. xx.xx.2024-cü il tarixində saat təxminən 14:00 radələrində işlədiyi yerdə yemək yeyirmiş. O, yemək yeyən zaman spirtli içki, yəni təxminən yarım litr meyvə arağı da qəbul elmişdir. Həmin vaxt o tək yemək yesə də şəriki Seymur yanında idi, Seymur meyvə salan zaman o yeyib içmişdir. Daha sonra yemək yedikdən sonra onun qonşuluqda meyvə salan Rauf adlı şəxslə meyvələrin qiyməti barədə söhbət edən zaman qonşuluqda göy satan Zərərçəkmiş şəxs onların yanma gəlmişdir. Daha sonra ani bir anda Zərərçəkmiş şəxsla aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs ona əl ataraq, onu təhqir etmişdir. Arazın qardaşı Arzu və Rauf onları aralamışdırlar və onlar bir birlərindən uzaqlaşmışdırlar. Daha sonra o öz işlədiyi yerə getmiş, Araz isə öz dəzgahının arxasına getmişdir. Aradan təxminən 15 dəqiqə keçdikdən sonra o əsəbləşdiyi üçün. Arazın onu təhqir etməyini qəbul edə bilmədiyi üçün özünü saxlaya bilməmiş və işlədiyi yerdə olan meyvə bıçağını götürüb Zərərçəkmiş şəxs yanına doğru getmişdir. O. arazın yanma çatan zaman ani məqamda Zərərçəkmiş şəxs sol döş qəfəs nahiyyəsindən bir dəfə bıçaqla zərbə zərbə vurmuşdur. Araz bir qədər arxa-arxaya getmiş və əli ilə sinə nahiyəsini tutub qaçaraq uzaqlaşmışdır. O, əlində gətirdiyi mətbəx bıçağını piştaxtanın yanına tullayaraq oradan uzaqlaşmışdır Hadisə 26 avqust 2024-cü il tarixdə saat təxminən 16-17 radələrində baş vermişdir. Hadisənin baş verməsinə səbəb onun Arazı vurmamışdan təxminən 15-20 dəqiqə qabaq onun ilə mübahisə etməsi və onun ünvanına nalayiq ifadələr işlətməsi olmuş, o içkili halda olduğu üçün Arazın onu təhqir etməsini qəbul edə bilməmiş və Araza bıçaqla xəsarət yetirmişdir. Hadisə zamanı bıçaqla yalnız Zərərçəkmiş şəxs xəsarət yetirmiş, başqa heç kəsə xəsarət yetirməmişdir. Hadisə baş verən zaman içkili olduğu üçün ətrafda dəqiq kimlərin olduğunu xatırlamır, hadisə qısa müddət kəsiyində baş vermiş, kənardan insanların toplaşıb-toplaşmamasını xatırlamamışdır. O, bıçaqla Arazın sol döş nahiyyəsindən bir bıçaq zərbəsi vurmuşdur. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır, o Araz onu təhqir etdiyi üçün vurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlunun yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rauf adlı meyvə satan hadisə günü onu çay içmək üçün yanına çağırmış, bu zaman Vüsal da oraya gələrək Raufa söyməyə başlamışdır. Vüsal söyən zaman o müdaxilə etmiş, belə olan zaman Təqsirləndirilən şəxs onu da söymüşdür. Həmin zaman Vüsal əsəbi olmuş, lakin o Vüsalın özündə olmadığını görüb heç nə deməmişdir. Bir qədər sonra Vüsal yenə yanlarına gəlmiş, bu dəfə hər ikisinə söyməyə başlamış, daha sonra aralarında mübahisə yaranmış və Vüsal onu yumruqla vurmuşdur. 15-20 dəqiqə sonra arxa tərəfə salofan almağa gedən zaman Vüsal yenidən onun üzərinə gedərək ona yumruq vurmuşdur, bu vaxt o, Vüsalın içkili olduğunu hiss etmişdir. Daha sonra bir nəfər ona “ehtiyyatlı ol Vüsal əvvəl də cinayət törədib” demişdir. Bir neçə dəfə Vüsalın yenidən ona yaxınlaşmağa çalışdığını görmüş və Vüsala sonra danışaq deyən zaman “yox bu gün danışacıq” demiş, daha sonra qardaşı Vüsalın yanına gedərək onunla danışmış və ona Vüsalın üzr istədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra Vüsal qəflətən yaxınlaşaraq bıçaqla onun ürəyinə vurmuş, o Vüsalı əliylə itələyərək qaçmaq istəyərkən Vüsalın vurduğu ikinci bıçaq zərbəsi qolunu kəsmişdir. Eləcə də, Vüsalın cinayət törətməklə bağlı hazırlaşmasını, onları qıraqdan izləməsini və qardaşının onun yanından getdiyini və tək qaldığını görərək ona yaxınlaşmış, bıçaqla xəsarət yetirmişdir. Həmin zaman Vüsalın bıçaqla geri dönərkən qalın kurtka geyinməsini bildirmiş, bununla da təqsirləndirilən cinayət hadisəsinə qabaqcadan hazırlaşmasını göstərmiş, habelə kurtka geyinməsində əsas məqsədinin baş verə biləcək istənilə müqavimətdən qorunmasını, eləcə də sonuncunun anlaqlı olaraq hərəkət etməsini demişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışıq əldə etmədiyini, şikayətçi olmasını, həmçinin hadisədən sonra Vüsalın bacısı onlara gedərək hədə-qorxu gəlməsini bildirmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə bazarda işləmiş, yerləri bir-birinə yaxın olmuş və əvvəllər mübahisələri olmamışdır. Dava zamanı Vüsal ilk dəfə onlarla bazarda birlikdə işləyən Rauf adlı şəxsə qarşı nalayiq ifadə işlətmiş, daha sonra isə ona qarşıda xoşagəlməz ifadələr işlədərək davaya səbəb olmuşdur. Həmçinin ilk öncə Vüsal onu yumruqla vurmuş, o da qarşılıq vermişdir. Hadisə təxminən axşam saat 7 radələrində baş vermiş, o bıçaqlandıqdan sonra qardaşının yanına gedərək ondan onu xəstəxanaya aparmışdır. Baş vermiş hadisədən sonra özünün və qardaşının işləmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olmasını və ona ən ağır cəzanın verilməsini istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, saat 17:00 radələrində bazara getmiş, daha sonra 18:00-da Araz da oraya gəlmişdir. Onlar Rauf adlı işçinin yanına gedərək orada çay içmiş, bu vaxt Vüsal yanlarına yaxınlaşaraq Raufla aqressiv danışmağa başlamışdır. Həmin zaman o, Vüsaldan nə olduğunu soruşmuş, Vüsal isə ona sərt reaksiya göstərmişdir. 5 dəqiqə sonra Vüsal yenidən Raufun yanına getmiş, lakin o, öz piştaxtasının yanına qayıtdıqdan sonra Vüsal, qardaşı və Rauf arasında mübahisə olduğunu görmüşdür. Vüsal içkili olduğu üçün uca səslə nəlayiq ifadələr işlətmiş, o, onları ayırıb sakitləşdirdikdən sonra Vüsal yaxınlaşaraq qardaşını vurmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, davanın səbəbi Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsi olmuş, dava zaman ilk kimin vurduğunu görməsə də Vüsalın problemi Rauf adlı şəxslə olmuşdur. Həmçinin qardaşı Araz Vüsalın nalayiq sözlərindən narahat olduğu üçün ona müdaxilə etmişdir. Daha sonra qardaşı ona yaxınlaşmış və Vüsal tərəfindən ürəyindən bıçaqlandığını və təcili xəstəxanaya aparılmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlar oturub çay içən zaman Vüsal sərxoş vəziyyətdə yanlarına yaxınlaşaraq malların qiymətini ucuz qoyduğunu və onun satış edə bilmədiyini bildirmiş və bunun üçün onunla mübahisə etmişdir. 5 dəqiqə sonra Vüsal yenidən onun piştaxtasına gələrək ona qarşı nalayiq ifadələr işlətmiş və onu təhqir etmişdir. Bu zaman onun yanında olan Araz müdaxilə edərək ona nəlayiq ifadə işlətməməsini bildirmişdir. Daha sonra Arzu yanlarına gedərək onları sakitləşdirmişdir. Aradan bir müddət keçdikdən sonra Araz ürəyini tutaraq ona tərəf getmiş, Vüsalın onu vurduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Vüsal hadisə zamanı içkili olmuş, ilk dəfə onun yanına gedərkən Araz orada olmamış, həmçinin Vüsal nalayiq ifadələri ona qarşı işlətmiş, Araz isə bundan narahat olaraq müdaxilə etmişdir. Arzu Vüsala “bura bazardır kim hansı qiymətə istəsə sata bilər” deyərək irad bildirmiş, bu zaman Vüsal Arazın onu qoruduğunu düşünmüşdür. O, Vüsal Arazı vuran zaman görməmiş, sadəcə Arazın yaralı olduğunu görmüşdür. Həmçinin Vüsalın nəlayiq ifadələr işlədən zaman Araz əli ilə onun ağzını örtmüş və ona söyməməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə ani olaraq baş vermiş həmin zaman Vüsal və Araz arasında anlaşmazlıq olduğunu bildirmişdir. Eləcə də mübahisə vaxtı Təqsirləndirilən şəxs içkili olmuş, ilk mübahisəsi Arzu ilə olmuş, lakin Arzu Vüsala qarşı heç bir nalayiq ifadə işlətməmiş, eyni zamanda əvvəllər də tərəflərin aralarında mübahisələri olmamışdır. Vüsalın hadisə vaxtı əsəbi olmasının səbəbi alver zamanı mallara qoyulmuş qiymətlərə görə olmuş, Araz mübahisə zamanı orada olmamış sonradan müdaxilə etmişdir. Həmçinin dava zamanı Araz Vüsalı vurmuş və onun üzü qan olmuşdur. Təqsirləndirilən şəxs üzündəki qanı silmək məqsədilə onun yanından uzaqlaşmış, daha sonra isə bıçaqlanma hadisəsi baş vermişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, o Təqsirləndirilən şəxs ilə bir məktəbdə oxumuş, münasibətləri yaxşı olmuşdur. O, təxminən 6-7 ay olardı ki, Vüsalla birlikdə Gəncə şəhərində “Dubay bazarı” adlanan bazarda meyvə və tərəvəz məhsullarının satışı ilə məşğul olmuşdurlar. 26 avqust 2024-cü il tarixdə səhər saatlarından Vüsalla birlikdə bazara gəlmiş və piştaxtanı açaraq satışa başlamışdırlar. Günorta saatlarında o, piştaxtanın arxasında dayanmış. Vüsal isə yemək yeməyə getmişdir. Vüsal yeməkdən qayıtdıqdan sonra o Vüsalın spirtli içki qəbul etdiyini hiss etmişdir. O, piştaxtanın arxasında olan zaman Vüsalın bazarda göy-göyərti satan Arazla aralarında sözdə mübahisə düşdüyünü görmüşdür. O, ora gedərək Vüsalı mübahisə etməməsi üçün piştaxtanın yanına gətirmiş, Araz mübahisə zamanı Vüsalın ünvanına nalayiq ifadə işlətmişdir. Vüsal bir qədər oturduqdan sonra ayaqyoluna getdiyini bildirib piştaxtanın yanından uzaqlaşmışdır. Arazla onların piştaxtası arasında təxminən 50-60 metir məsafə vardır. Təxminən 10-15 dəqiqə sonra səs-küy düşdüyünü görmüş, ora doğru gedən zaman Arazın bıçaqlandığını bilmişdir. O, Vüsalın yanına doğru getmişdir və Vüsal ona Arazı bıçaqla vurduğunu söyləmişdir. Vüsal spirtli içki qəbul etdiyi üçün özündə olmadığını hiss etmiş, Arazı xəstəxanaya aparmışdırlar. O, həmin anı görməmiş, o Vüsalın yanına gəlib nə baş verdiyini soruşan zaman Vüsal ona Arazı bıçaqla vurduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bazarda işləyən zaman dava olduğunu, Araz və Vüsalın mübahisə etdiklərini görmüşdür. Tərəflər ayrıldıqdan sonra Vüsalın geri qayıtdığını və yenidən mübahisə etdiklərini görmüşdür. İfadəsinə əlavə olaraq bildirmişdir ki, sözügedən cinayət hadisəsi axşam saatlarında baş vermiş, Vüsal Arazı bıçaqla bazarın içində vurduqdan sonra çıxıb getmiş, Arazı isə qardaşı Arzu xəstəxanaya aparmışdır. Həmçinin onların əvvəllər mübahisəsi olmamış, həmin gün isə Vüsal içkili vəziyyətdə ilk öncə Arazla mübahisə etmiş, daha sonra geri qayıdaraq bıçaqla xəsarət yetirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət işinin başlanması haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurması barədə fakta görə cinayət işi başlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə 27 avqust 2024cü il tarixdə, saat 09:20-da şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2024cü il tarixdə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş 28 avqust 2024cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Məhkəməsinin 4 (dörd) ay müddətinə, yəni 27 dekabr 2024-cü il tarixədək müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixli Gəncə şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 dekabr 2024-cü il tarixdən 27 mart 2025-ci il tarixədək uzadılmışıdır. Eləcə də, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 may 2025-ci il tarixədək uzadılmışıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham tərəfimdən elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş məhkəmə-tibb ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 1359 saylı rəy alınmışdır. Ekspert rəyindən məlum olur ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, ürəyin deşilməsi, hemoperikard, ürək tamponadası - kəsici-deşici alətin (alətlərin) təsirici nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və həyal üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 38 saylı rəyə əsasən ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə (İİ) beta-dır. Təqsirləndirilən şəxs Qabli oğlunun təqdim etdiyi bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qan qrup göstəricisi A(ll) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X4 Regional Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 16/1079/1080 nömrəli kompleks məhkəmə-soyuq silah və məhkəmə-trasoloji ekspertizalarının rəyinə əsasən Tədqiqata təqdim edilən 01 ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Lzərində təyinatı dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan uzunqol köynəyin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predimentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən elmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Palaloji Anatomiya ETT birliyinin xx.xx.2024-cü il tarixli 1359 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin daxilə keçən bir ədəd deşilmiş-kəsilmiş yarası, ürək deşilməsi. hemoperikard, ürək tampoandası” xəsarəti ilə köynəyin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayma görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 4174 nömrəli Arayışdan məlum olur ki, təqsirləndirilən şəxs Əsgərov X3 qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 4218 nömrəli Arayışdan məlum olur ki, təqsirləndirilən şəxs Əsgərov X3 qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1176 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2024-cü il tarixli, 623 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansısa bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun halhazırda tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 461 nömrəli Arayışa və verilmiş Xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi, dalan 4, ev 3-də yaşayıb. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli Protokola əsasən Gəncə şəhəri, “Dubay bazarı" adlanan bazarda baş vermiş bıçaqlaşmanın baş vermə anının videogörüntüsü olan 1 ədəd DVD diskə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində bir ədəd “VİD-20241123-WA0009” adlı MP4 formatlı videogörüntü var. Həmin videogörüntü 40 saniyədən ibarətdir. Videogörüntüyə baxış zamanı görünürki X7 şəhəri Azərbaycan Bayrağı küçəsində yerləşən “Dübay bazarı” adlanan bazarda işlədiyi piştaxtanın yanına gəlir və əlində olan əşyanı piştaxtanın üzərinə sərir. Həmin zaman orla addımlarla Təqsirləndirilən şəxs ona doğru yaxınlaşır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına çatan zaman sağ əlində olan bıçaqla Zərərçəkmiş şəxs sol sinə nahiyyəsindən bir dəfə zərbə endirir. Zərərçəkmiş şəxs bıçaq zərbəsi aldıqdan sonra bir qədər arxa-arxaya doğru gedir və sol əli ilə sol sinə nahiyyəsindən tutaraq piştaxtanın arxasından çıxaraq oradan qaçmağa başlayır. Təqsirləndirilən şəxs isə orta addımlarla hadisə yerindən uzaqlaşır. Toplanmış sübutların qarşılıqlı və müqayisəli tədqiqi zamanı məlum olur ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə qeyri etik ifadələr işlətmiş Zərərçəkmiş şəxs isə ona haqlı irad tutaraq bazarda bu cür qeyri-etik ifadələrin işlədilməsinin düzgün olmadığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs nəlayiq ifadə işlədən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onunla mübahisə etməyə başlamış, daha sonra ünvanına nəlayiq ifadə işlətmiş, bu zaman Zərərçəkmiş şəxs mübahisəyə son qoymasını bildirərək, onun getməsini istəmiş, digər şəxslərin hadisəyə müdaxilə etmiş və Arazın qardaşı Arzu Vüsalı öz piştaxtasının yanına aparmış, daha sonra qardaşı Arazın yanına dönərək narahat olmamağı və məsələnin öz həllini tapmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs geri dönərək bıçaqla Arazın bir dəfə ürək nahiyəsinə xəsarət yetirmiş, ikinci xəsarəti yetirən zaman sonuncu hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hadisəni xatırlamadığını bildirmiş, istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxsin onu vurduğunu və təhqir etdiyi bu səbəbdən də hadisəni törətdiyini bildirmişdir. Lakin həmin hallar zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə təkzib edilmişdir. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb göstərmədən, sonuncunun ona nəlayiq ifadə işlətməməsinə dair haqlı iradından sonra sonuncunun ünvanına da nəlayiq ifadələr işlətməsi, onun üzərinə getməsi Arazın onu itələdikdən və ətrafda olanlar şəxslər onu sakitləşdirdikdən və öz piştaxasına aparmasına baxmayaraq, mətbəx bıçağı ilə geri dönmüş Araza qəfl zərbə yetirmişdir. Belə halda o, öz qərəzli, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, öz şəxsiyyətini üstün tutmaqla zərbələr yetirmişdir. Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətini törədərək ilk növbədə mübahisəyə başlamış, nəlayiq ifadələr işlətmiş, mübahisə yaratmış, daha sonra xuliqanlıq hərəkətlərini davam etdirməklə mübahisəni davam etdirmiş, ətrafda olan insanların onu sakitləşdirməklə öz piştaxtasına yola salmış, lakin təqsirləndirilən şəxs bıçaq götürməjkə, geri dönmüş və heç bir söz demədən qəfləti Zərərçəkmiş şəxs sol sinə nahiyyəsinə bir dəfə bıçaqla zərbə vurmaqla xəsarət yetirmişdir. Növbəti bıçaq zərbəsini vuran zaman zərərçəkmişin hadisə yerindən qaçaraq uzaqlaşmış, nəticədə təqsirləndirilən şəxs məhz ittiham olunuduğu cinayət əməlini xuliqanlıq niyyəti ilə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul oluna bilməz, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə də ola bilməz, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilə bilməz. Bundan başqa, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarəti Gəncə şəhəri, “Dubay bazarı" adlanan bazarda yetirmişdir. İş üzrə dindirilmiş həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələri ilə hadisə törədilən zaman bazarda adamların alış-veriş məqsədilə olması təsdiq olunmuşdur. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə olunmuş fotocədvəldən də görünür, daxil olmuş məlumat əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən Gəncə şəhəri, “Dubay bazarı" adlanan yerində hadisə yerinə baxış keçirən zaman axşam saatları olmasına baxmayaraq bazarda kifayət qədər insan olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub ictimai yer hesab olunan bazarda insanlara əhəmiyyət verməyərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla hərəkətlər etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirməmişdən əvvəl, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozduğunu dərk etmiş, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini qabaqcadan görmüş və bunu arzu etmişdir. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllərin silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Toplanmış sübutların qarşılıqlı və müqayisəli tədqiqi nəticəsində məlum olur ki, Təqsirləndirilən şəxs özünü cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarından fövqündə tutaraq, müstəsna şəxsiyyət kimi formalaşmasını rəhbər tutmuş və bazarda məhsulların qiymətinin tənzimlənməsini, yəni daha yuxarı qiymətə satılmasını tələb etmişdir. Onun bu fikri ilə razılaşmayan şəxsi uca səslə nəlayiq ifadələrlə təhqir edərək, mübahisəni başlatmış, zərərçəkmişin ona olan haqlı iradından nəticə çıxardaraq mübahisəni dayandırmaq əvəzinə, sakitlik yaranmasını istəyən və həmin an üçün ictimai borcunu yerinə yetirən zərərçəkmişi də təhqir edərək öz qanuna zidd əməllərinə davam etmişdir. Onu sakitləşdirmək istəyən Arzuyla mübahisə etmiş, bazarda olan şəxslərin onları sakitləşdirməsinə baxmayaraq, bıçaqla silahlanaraq yenidən zərərçəkmişin yanına qayıtmışdır. Bu zaman qalın gödəkçə geyinməsində məqsədinin isə Arzunun və ya kənar şəxslərin mümkün ola biləcəyi müdaxilələrindən qorunmaq, eləcə də Arzunu bıçaqla vurmaq niyyətini başa çatdırmaq olmuşdur. Heç bir söz demədən Arzuya yaxınlaşaraq əvvəlcədən piştaxtadan götürmüş olduğu bıçaqla ürək nahiyəsinə bir dəfə bıçaq xəsarəti yetirmiş, ikincini vurmaq istəyərkən sonuncu onun əlllərini itələyərək qaçmışdır. Mübahisəni başladanın, davam etdirənin və yekun nəticədə zərərçəkmişə bıçaq xəsarətini yetirən məhz Təqsirləndirilən şəxs olmuş, xuliqanlıq hərəkətlərini sistematik və ardıcıl davam etmişdir. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməlindən peşman olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 352 (üç yüz əlli iki) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək sahibinə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, cinayət aləti olan bir ədəd bıçaq məhv edilməli və 1 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-ci maddəsinin tələblərinə uyğun olaraq təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 352 (üç yüz əlli iki) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək sahibinə qaytarılsın qəbul etmədikdə məhv edilsin, cinayət aləti olan bir ədəd bıçaq məhv edilsin və 1 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-450/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-450/2025
15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver