Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-453/2025 25.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X13 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi - X3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2004-cü il tarixdə Goranboy rayonu, Xan Qərvənd kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Xan Qərvənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə saat 18:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2107 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy-Ağdam avtomobil yolunun Goranboy rayonu, Xan Qərvənd kəndinin ərazisindən keçən hissəsində Tərtər rayonu, Sarov kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib həmin istiqamətdə yolu sağdan sola keçən piyada X5 vuraraq, sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid budun və sağ bazunun əzilmiş-cırılmış yaraları, bud sümüyünün açıq sınığı, bud arteriyasının zədələnməsi, bədən səthinin çoxsaylı sıyrıqları və yaraları, burun sümüyünün sınığı xəsarətlərini yetirməklə Mahir Bayramovun bud arteriyasının cırılması nəticəsində baş vermiş kəskin qan itirmədən ölümünə səbəb olub, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən bir neçə gün əvvəl atası Şahid1 VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmizlənməsi üçün Goranboy rayonu, Xan Qərvənd kəndinin çıxacağında olan avtoyuma məntəqəsinə qoymuşdur. Çünki bir neçə gün sonra onlar avtomobili satmağı planlamışlar. O, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində atası Ramilin xəbəri olmadan taksi ilə gedib avtoyuma məntəqəsindən VAZ-2107 markalı avtomobili götürmüş və Goranboy-Tərtər yolu ilə Tərtər rayonu Sarov kəndi istiqamətində hərəkət etmişdir. Goranboy rayonu, Xan Qərvənd kəndi ərazisində öz yolu ilə hərəkətdə olan zaman mərhum Mahir Bayramov qəfildən onun yoluna çıxmışdır. O, Mahir Bayramovu vurmamaq üçün məcbur olub avtomobili əks yola istiqamətləndirmiş, lakin avtomobil su olduğu üçün sürüşmüş və o, idarəetməni itirmişdir. Nəticədə hadisədən yayına bilməyib piyada mərhum Mahir Bayramovu vurmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər atası Şahid1 məxsus VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncu ilə birlikdə bir neçə dəfə kəndin içərisində idarə etmişdir. Hadisə günü avtoyuma məntəqəsindən avtomobili atasından xəbərsiz götürmüş və məqsədi avtomobili evə aparmaq olmuşdur. Avtomobili avtoyumadan götürməyini atası ona deməmişdir. Hadisə saat 18:30 radələrində Goranboy rayonu, Xan Qərvənd kəndi ərazisində baş vermiş və həmin vaxtı o, avtomobili 60-70 km/saat sürətlə idarə etmişdir. Hadisə baş verənə yaxın yanacaq doldurma məntəqəsinə dönmək üçün sürətini azaltmışdır. Hadisə hava qaralana yaxın baş vermiş, həmin vaxt avtomobilinin işıqları yanmışdır. Hadisə zamanı ondan irəlidə hərəkətdə olan avtomobil olmamış, piyada bir anda qarşısına çıxdığından hadisənin qarşısını ala bilməmişdir. Hadisə zamanı yağış yağmamışdır. Piyada qarşısına çıxan zaman o, əl əyləcini çəkmiş, avtomobili əks yola istiqamətlənmiş, əks istiqamətdən gələn avtomobil yolun ehtiyat hissəsinə çıxmışdır. Avtomobilinin özü su olduğu üçün yolda oynamış və hadisə baş vermişdir. O, hadisənin qarşısını almaq üçün həm ayaq, həm də əl əyləcindən istifadə etmişdir. Hadisədən sonra avtomobildən düşüb piyadaya yaxınlaşmış və avtomobilə qayıdıb “102” qaynar xəttinə zəng etmiş, hadisə törətdiyini və təcili yardıma ehtiyac olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və mərhumun dəfn xərclərinin ödənilməsinə köməklik göstərmişlər. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq-təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında onun avtomobili avtoyuma məntəqəsindən atası Şahid1 tapşırığı və məlumatı əsasında götürüb-götürməməsi xüsusatı ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə tam təqsirli bilməklə verdiyi etirafedici ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki,................. 04 fevral 2025-ci il tarixdə təxminən saat 15 radələrində atası Şahid1 özünə məxsus VAZ-2107 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy rayonu, Xan Qərvənd kəndinin çıxacağında yerləşən avtomoyuma məntəqəsində aparmışdır. Atası avtomobili avtoyuma məntəqəsinə yerləşdirən zaman ona avtomobili götürməyini tapşırmışdır. O da günorta saatlarında yaşadığı kənddə çayxanada olduğu üçün avtomobili axşam saatlarında götürməyi qərarlaşdırmışdır.............. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ifadəsini təsdiq etmiş, atası ona avtomobili avtoyumadan götürməsini demiş, lakin avtomobili götürən anda bu barədə atasının xəbəri olmamış, törətdiyi əməldən çox peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, mərhum Mahir Bayramov əri olmuşdur. Mahir işi ilə əlaqədar Cəbrayıl rayonunda qalırmış. Sonuncu elə hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə evə gəlmişdir. xx.xx.2025-ci il tarixdə evdə olan zaman gəlini zəng edərək əri Mahiri avtomobil vurduğunu və nəticədə sonuncunun vəfat etdiyini demişdir. Sonradan bildiyinə görə Mahir Bayramov yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə ərini vurmuşdur. İfadəsinin davamı olaraq Bahar Bayramova bildirmişdir ki, Amil Əliyev dəfnlə bağlı xərclərin bir hissəsini ödəmiş, sonuncu mərhum ərinin dəfni və qəbir daşı ilə bağlı maddi köməklik göstərmişdir. Təqsirləndirilən şəxs maddi köməklik kimi ümumilikdə 7000 manat pul vermişdir. O, Amil Əliyevlə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində xidmətdə olan zaman Goranboy RPŞ-nin məsul növbətçisindən Goranboy rayonu, Xan Qərvənd kəndi ərazisində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədildiyi barədə məlumat almışdır. Bundan sonra onlar Goranboy rayonu, Xan Qərvənd kəndinə getmişlər. Hadisə yerinə çatdıqda oraya adamlar toplaşmışdır. Təqsirləndirilən şəxs hadisə zamanı avtomobilin sürücüsü olduğunu bildirimişdir. Hadisə yerinə gəldikdən sonra Tərtər rayonu, Sarov kəndi istiqamətində yolun sol kənarındakı qaz paylayıcısının yanında mərhum Mahir Bayramovun huşsuz vəziyyətdə uzandığını, VAZ-2107 markalı avtomobilin isə əzilmiş vəziyyətdə yolun əks istiqamətində dayandığını müəyyən etmişlər. Onlar hadisə yerini mühafizə etmiş, bir qədər sonra isə müstəntiq gəlib hadisə yerinə baxış keçirmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, hadisə baş verən ərazidə hərəkət 50 km/saat sürətlə məhdudlaşdırılmışdır. Bildiyinə görə piyada avtomobil yolunu Tərtər rayonu, Sarov kəndi istiqamətində sağdan sola keçərkən həmin istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı avtomobillə sonuncunu vurmuşdur. Onlar hadisə yerinə gələn zaman VAZ-2107 markalı avtomobil yolun əks hərəkət hissəsində bir qədər çəpinə dayanmış vəziyyətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin inspektoru Rəhimov X2 Elşən Fədayıl oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq qərarına gəlmiş və həmin avtomobili bazara çıxarmazdan qabaq təmizlənməsi üçün Goranboy rayonu, Xan Qərvənd kəndinin çıxışında yerləşən avtoyuma məntəqəsinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə axşam tərəfi Xan Qərvənd kəndinin mərkəzindəki marketin qarşısında dayanan vaxt oğlu Amin zəng edib yanacaq doldurma məntəqəsinə çatana yaxın VAZ-2107 markalı avtomobili ilə piyada vurduğunu demişdir. O, dərhal hadisə yerinə getmiş və orada oğlunun həqiqətən də piyada vurması ona məlum olmuşdur. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobil idarə edə bilmiş, sonuncu arabir onunla birlikdə VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Təqsirləndirilən şəxs avtomobili avtoyuma məntəqəsinə qoyduğunu bilmiş və götürmək üçün özü getmişdir. Avtomobilin açarı avtoyuma məntəqəsində olmuş, Təqsirləndirilən şəxs avtomobili ona demədən və tapşırığı olmadan avtoyuma məntəqəsindən götürmüşdür. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq-təsir göstərilməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında avtomobili avtoyuma məntəqəsindən götürməyini oğlu Təqsirləndirilən şəxs tapşırıb-tapşırmaması xüsusatı ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki,................. 04 fevral 2025-ci il tarixdə saat 15 radələrində o, VAZ-2107 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy rayonu, Xan Qərvənd kəndinin çıxışında yerləşən avtoyuma məntəqəsinə qoymuşdur. Bundan sonra o, özünə məxsus “Mercedes 190” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəxsi işlərinin arxasınca getmişdir. VAZ-2107 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili isə avtoyuma məntəqəsindən götürməyi oğlu Aminə tapşırmışdır.......... İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilin avtoyuma məntəqəsində olduğunu bilmiş və o, oğluna avtomobili avtoyuma məntəqəsindən götürməyini demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X8 onun qonşusu olmuşdur. 04 fevral 2025-ci il tarixdə saat 19 radələrində o, Goranboy rayonu, Xan Qərvənd kəndində olan yas mərasimində olmuşdur. Bu zaman xatırlamadığı şəxs ona Mahir Bayramovu avtomobilin vurmasını bildirmişdir. Bundan sonra o, Goranboy rayonu, Xan Qərvənd kəndindən keçən Goranboy-Tərtər avtomobil yoluna gəlmişdir. Avtomobil yolunda qazpaylayıcının yanında Mahir Bayramovun huşsuz bədənini görmüşdür. Yolda isə əzik vəziyyətdə VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. O, ətrafda olan şəxslərdən nə baş verməsini soruşduqda ona Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən Mahir Bayramovu vurmasını demişlər. Təqsirləndirilən şəxs hadisə yerində atasının yanında olmuşdur. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra hadisə yerini müayinə etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Goranboy rayon şöbəsinin xx.xx.2025ci il tarixli, 03 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki: 1) X1 meyitinin məhkəmə-tibb ekspertizası zamanı bədənində aşağıdakılar aşkar edildi - budun və sağ bazunun əzilmiş-cırılmış yaraları, bud sümüyünün açıq sınığı, bud arteriyasının zədələnməsi, bədən səthinin çoxsaylı sıyrıqları və yaraları, burun sümüyünün sınığı; 2) X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər bərk küt alətin(lərin) təsiri nəticəsində, eləcə də qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə yolu keçərkən hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; 3) X1 ölümünə səbəb bud arteriyasının cırılması nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur; 4) X1 meyitindən götürülmüş qanda etil spirti aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2025-ci il tarixli, 594/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/509 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki: 1) VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2) Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və plan sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Goranboy-Tərtər avtomobil yolunun Goranboy rayonu, Xan Qərvənd kəndi ərazisindən keçən hissəsində gecə vaxtı baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfalt-beton olmaqla düz və quru vəziyyətdədir, yolun ümumi eni 8 metrdir. Yolun mərkəzində heç bir nişanlama xətti yoxdur. Avtomobil yolu ikitərəfli hərəkət üçün nəzərdə tutulmuş, hər bir hərəkət hissənin eni 4 metrdir. Yolun hərəkət hissəsinin hər iki tərəfində yol çiyini vardır. Piyadanın vurulma yeri yolun sol tərəfində yerləşən yol çiynindən 5, sağ tərəfində yerləşən yol çiynindən isə 3 metr məsafədə yerləşir. Hadisə yerində 2 və 4 metr uzunluğunda tormoz izləri aşkar edilmiş, həmçinin tormoz izləri arasındakı qırılma məsafəsi 1 metr təşkil etmişdir. Hadisədən sonra VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanın vurulma nöqtəsindən 20 metr məsafədə dayanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X4 meyitinə baxış zamanı bədəni üzərində müxtəlif dərəcəli xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin məsul növbətçisinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:48-də DİN-in 102 xidmətindən daxil olmuş məlumatda Goranboy rayonu, Xan Qərvənd kənd sakini Şahid1 zəng edərək yol-nəqliyyat hadisəsinin baş verdiyini və nəticədə bir nəfərin xəsarət aldığını bildirməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin məsul növbətçisinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin tarixdə saat 19:00-də Goranboy rayon TTY şöbəsinin həkimi telefonla Goranboy rayonu, Xan Qərvənd kənd sakini 1965-ci il təvəllüdlü X4 yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş, həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 31 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, həmin tarixdə sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BD226981 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Əliyev X12 RMX-nin poliklinikasının narkoloji, ruhi-əsəb və nevroloji kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Xan Qərvənd kənd İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası - xx.xx.1981-ci il təvəllüdlü Şahid1, anası - xx.xx.1984-cü il təvəllüdlü X9 və bacısı - xx.xx.2003-cü il təvəllüdlü X10 ilə birlikdə Goranboy rayonu, Xan Qərvənd kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən, eləcə də məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçisi Şahid1 qaytarılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməsinə baxmayaraq, ifadəsində hadisə vaxtı ölmüş zərərçəkmiş şəxs Mahir Bayramovun onun hərəkətdə olduğu istiqamət üzrə bir anda yolu sağdan sola keçdiyini, bu zaman hadisənin qarşısını almaq üçün avtomobilin hər iki əyləcindən istifadə edərək əks hərəkət hissəsinə istiqamətləndirdiyini, avtomobilin özünün su olduğu üçün idarəetməni itirdiyini, buna görə hadisənin baş verdiyini və hadisə vaxtı avtomobili 60-70 km/saatda idarə etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, onun məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyi ilə VAZ-2107 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanın olması öz təsdiqini tapmışdır. Həmçinin həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, piyada vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadanı vurduğu yerdən olduğu məsafəsi onun mövcud şəraitə uyğun tam dayanma yolundan böyükdür, başqa sözlə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan X4 ölümünə səbəb olub yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin İ-ci hissəsində göstərilmişdir ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun 33-cü maddəsinin İV-cü hissəsində göstərilmişdir ki, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Göründüyü kimi Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Hazırkı işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İci hissəsində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, hadisədən dərhal sonra təcili tibbi yardım stansiyasına və hüquq mühafizə orqanlarına zəng etməsi, hadisə yerində qalaraq hüquq mühafizə orqanlarının əməkdaşlarının gəlməsini gözləməsi, eləcə də onun tərəfindən maddi zərərin qismən ödənilməsi və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı hallardır. Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 25 iyun 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili X11 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından müdafiəçi X11 üçün 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ-2107 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq dövründə mülkiyyətçisi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza ona əsas cəza kimi təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2107 minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-453/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-453/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver