Məhkəmə qərarları › İş №1(100)-454/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-454/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-454/2022 21.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, Təqsirləndirilən şəxs Oqtay oğlunun 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93- 5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Oqtay oğlunun 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu xx.xx.2000-ci il tarixdə axşam saatlarında tanışları X12 və X10 ilə birlikdə Gəncə şəhər İcra hakimiyyətinin qarşısında yerləşən çay evində Xəyal Səfərovun qonşusu, 1939-cu il təvəllüdlü X3 30000 ABŞ dolları pulunun ələ keçirilməsi məqsədilə Solmaz Yolçuyevaya məxsus yaşayış evinə basqın etmələri ilə bağlı razılıq əldə etdikdən sonra, bir qrup şəxs halında sonuncunun yaşadığı Gəncə şəhəri, Fizuli küçəsi 28 saylı evə gedərək, qonşuluqdakı Xəyal Səfərovun yaşadığı evin həyətyanı sahəsindən Solmaz Yolçuyevanın yaşadığı evin həyətyanı sahəsinə keçərək, yaşayış evinin qapısını təpiklə vurmaqla sındırıb, digər şəxslərlə birlikdə, yatmış vəziyyətdə olan Solmaz Yolçuyevanı zərərsizləşdirib müqavimətini qıraraq, döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı kimi sonuncuya sağlamlığa ağır dərəcəli bədən xəsarətləri, sağ əlin qançırı, üst dodağın yara və qansızma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirib, Solmaz Yolçuyevanı qəsdən öldürmək məqsədilə əlləri ilə sonuncunun boyun nahiyəsindən tutub sıxaraq boğma zamanı ölümünə səbəb olan hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asfiksiya nəticəsində Solmaz Yolçuyevanı tamah məqsədi ilə qəsdən öldürmüş, daha sonra cinayətkar niyyətinin davamı olaraq evin digər otağına pəncərəni sındırmaqla daxil olaraq, Solmaz Yolçuyevaya məxsus sandığı götürüb evin giriş qapısından çıxararaq təxminən 200 metr məsafəyə aparıb sandığın qıfılını sındıraraq, içərisindəki paltarların arasından 220 ABŞ dolları və bir ədəd qızıl üzüyü götürdükdən sonra sandığı paltarlarla birlikdə həmin yerə atıb bir qrup şəxslə özgəsinin əmlakını qanunsuz götürmək məqsədi ilə yaşayış sahəsinə sındırmaqla girib S.Yolçuyevaya mühüm ziyan vurmaqla Solmaz Yolçuyevanın sağlamlığına ağır bədən xəsarəti yetirərək basqın edib quldurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq, narkotik vasitə olan metadonun təsir maddəsinin miqdarı 0.04 qram təşkil edən üzərində “methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həbi əldə edərək üzərində daşıyarkən, 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 94-cü maddənin birinci hissəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra 16 avqust 2022-ci il tarixdə saat 18:10-da Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilərkən onun üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə olan metadonun təsir maddəsinin miqdarı 0.04 qram təşkil edən üzərində “methadone-40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində bir ədəd qəhvəyi rəngli, dairəvi formalı həb aşkar edilərək götürülmüşdür. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Oqtay oğluna verilmiş ittihamdan müəyyən olunmuşdur ki, o, X12 və X10 ilə birlikdə, bir qrup şəxs halında Solmaz Yolçuyevanın yaşadığı evə daxil olduqdan sonra yatmış vəziyyətdə olan Solmaz Yolçuyevanı zərərsizləşdirib, müqavimətini qıraraq, döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı kimi sonuncuya sağlamlığa ağır dərəcəli bədən xəsarətləri, sağ əlin qançırı, üst dodağın yara və qansızma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirib, Solmaz Yolçuyevanı qəsdən öldürmək məqsədilə əlləri ilə sonuncunun boyun nahiyəsindən tutub sıxaraq boğma zamanı ölümünə səbəb olan hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asfiksiya nəticəsində Solmaz Yolçuyevanı tamah məqsədi ilə qəsdən öldürmüş, bundan sonra isə evin digər otağına pəncərəni sındırmaqla daxil olaraq, Solmaz Yolçuyevaya məxsus sandığı götürüb evin giriş qapısından çıxararaq aparmışlar. İş materiallarından görünür ki, 08 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş X12 və X5 barələrində 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri və 94-cü maddənin birinci hissəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam edilmişdir. X6 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi ilə verilmiş ittihamdan görünür ki, o, o, bir qrup şəxslə özgəsinin əmlakını qanunsuz götürmək məqsədi ilə yaşayış sahəsinə sındırmaqla girib hücuma məruz qalanın sağlamlığına ağır bədən xəsarəti yetirməklə və zərər çəkənə mühüm ziyan vurmaqla basqın edib quldurluq etmiş, digər şəxsi tamah məqsədi ilə qəsdən öldürmüşdür. Belə ki, o, xx.xx.2000-ci il tarixdə axşam saatlarında tanışları X12 və Təqsirləndirilən şəxs Oqtay oğlu ilə birlikdə Gəncə şəhər İcra hakimiyyətinin qarşısında yerləşən evində qonşusu, 1939-cu il təvəllüdlü X3 30000 ABŞ dolları pulunun ələ keçirilməsi məqsədilə Solmaz Yolçuyevaya məxsus yaşayış evinə basqın etmələri ilə bağlı razılıq əldə etdikdən sonra, bir qrup şəxs halında sonuncunun yaşadığı Gəncə şəhəri, Fizuli küçəsi 28 saylı evə gedərək, qonşuluqdakı yaşadığı evin həyətyanı sahəsindən Solmaz Yolçuyevanın yaşadığı evin həyətyanı sahəsinə keçərək, yaşayış evinin qapısını təpiklə vurmaqla dırıb, digər şəxslərlə birlikdə, yatmış vəziyyətdə olan Solmaz Yolçuyevanı zərərsizləşdirib müqavimətini qıraraq, döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı kimi sonuncuya sağlamlığa ağır dərəcəli bədən xəsarətləri, sağ əlin qançırı, üst dodağın yara və qansızma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirib, Solmaz Yolçuyevanı qəsdən öldürmək məqsədilə əlləri ilə sonuncunun boyun nahiyəsindən tutub sıxaraq boğma zamanı ölümünə səbəb olan hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asifiksiya nəticəsində Solmaz Yolçuyevanı tamah məqsədi ilə qəsdən öldürmüş, daha sonra cinayətkar niyyətinin davamı olaraq evin digər otağına pəncərəni sındırmaqla daxil olaraq, Solmaz Yolçuyevaya məxsus sandığı götürüb evin giriş qapısından çıxararaq təxminən 200 metr əsafəyə aparıb sandığın qıfılını sındıraraq, içərisindəki paltarların arasından 220 ABŞ dolları və bir ədəd qızıl üzüyü götürdükdən sonra sandığı paltarlarla birlikdə həmin yerə atıb bir qrup şəxslə özgəsinin əmlakını qanunsuz götürmək məqsədi ilə yaşayış sahəsinə sındırmaqla girib Solmaz Yolçuyevaya mühüm ziyan vurmaqla Solmaz Yolçuyevanın sağlamlığına ağır bədən xəsarəti yetirərək basqın edib quldurluq etmişdir. X7 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi ilə verilmiş ittihamdan görünür ki, o, xx.xx.2000-ci il tarixdə axşam saatlarında tanışları X10 və Təqsirləndirilən şəxs Oqtay oğlu ilə birlikdə Gəncə şəhər İcra hakimiyyətinin qarşısında yerləşən çay evində Xəyal Səfərovun qonşusu, 1939-cu il təvəllüdlü X3 30000 ABŞ dolları pulunun ələ keçirilməsi məqsədilə Solmaz Yolçuyevaya məxsus yaşayış evinə basqın etmələri ilə bağlı razılıq əldə etdikdən sonra, bir qrup şəxs halında sonuncunun yaşadığı Gəncə şəhəri, Fizuli küçəsi 28 saylı evə gedərək, qonşuluqdakı Xəyal Səfərovun yaşadığı evin həyətyanı sahəsindən Solmaz Yolçuyevanın yaşadığı evin həyətyanı sahəsinə keçərək, yaşayış evinin qapısını təpiklə vurmaqla sındırıb, digər şəxslərlə birlikdə, yatmış vəziyyətdə olan Solmaz Yolçuyevanı zərərsizləşdirib müqavimətini qıraraq, döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı kimi sonuncuya sağlamlığa ağır dərəcəli bədən xəsarətləri, sağ əlin qançırı, üst dodağın yara və qansızma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirib, Solmaz Yolçuyevanı qəsdən öldürmək məqsədilə əlləri ilə sonuncunun boyun nahiyəsindən tutub sıxaraq boğma zamanı ölümünə səbəb olan hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qışası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı ması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asfiksiya nəticəsində Solmaz Yolçuyevanı tamah məqsədi ilə qəsdən öldürmüş, daha sonra cinayətkar niyyətinin davamı olaraq evin digər otağına pəncərəni sındırmaqla daxil olaraq, Solmaz Yolçuyevaya məxsus sandığı götürüb evin giriş qapısından çıxararaq təxminən 200 metr məsafəyə aparıb sandığın qıfılını sındıraraq, içərisindəki paltarların arasından 220 ABŞ dolları və bir ədəd qızıl üzüyü götürdükdən sonra sandığı paltarlarla birlikdə həmin yerə atıb bir qrup şəxslə özgəsinin əmlakını qanunsuz götürmək məqsədi ilə yaşayış sahəsinə sındırmaqla girib S.Yolçuyevaya mühüm ziyan vurmaqla Solmaz Yolçuyevanın sağlamlığına ağır bədən xəsarəti yetirərək basqın edib quldurluq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, pulu ələ keçirmək üçün Azər və Xəyalla razılığa gəlib, evə daxil olmuşlar, zərərçəkmiş yuxudan oyandığından dərhal sağ əli ilə qadının ağzını tutaraq, çığırmamasını, səssiz qalmasını, 5 dəqiqəyə işlərini görüb çıxacaqlarını deyərək, uşaqlara gəlib qadını tutmalarını, evi axtarmağa getdiyini demişdir. Bundan sonra Arzu qadının ağzını əli ilə tutmuş və o, otaqdan çıxaraq, həyətyanı sahədəki birmərtəbəli evə daxil olmuş Xəyal da arxası ilə gəlmişdir. Arzu isə qadının yanında qalmışdır. Otaqların birində sandıq tapmışlar. Qıfılı əllərilə açmağa cəhd etsələr də aça bilmədiklərindən, sandığı özlərilə aparmağı planlaşdırmışlar. Bu zaman Arzu otağa daxil olaraq qadının öldüyünü dedikdə, bunun səbəbini Arzudan soruşduqda, Arzu onlara sakit durmadığından qadını öldürdüyünü bildirmişdir. Onlar da, həyəcanlanaraq, sandığı da götürüb evin giriş darvazasından çıxaraq, Kəpəz stadionuna tərəf sandığı aparmışlar. İstintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində “Solmaz adlı qadının ağzını tutanda çırpınırdı və qışqırmağa can atırdı. Mən də arvada deyirdim ki, səs-küy salma, bizi səni öldürməyə vadar eləmə, biz evdə pul və qızıl-zinət əşyaları götürmək istəyirik”, “həmin vaxt biz razılığa gəlmişdik ki, əgər Solmaz adlı qadın bizə müqavimət göstərsə, lazım olarsa onun əl-qolunu tutardıq və nə olursa olsun evindən pul və qızıl-zinət əşyaları götürməliydik” xüsusatları əsas götürmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs Oqtay oğluna verilmiş ittihamda onun qrupun digər üzvləri olan Arzu Hacıyev və Xəyal Səfərovla zərərçəkmiş şəxs Solmaz Yolçuyevaya məxsus yaşayış evinə basqın etmələri ilə bağlı əldə etdiyi razılığa əsasən basqın zamanı onun və qrupun digər üzvlərinin rolunun nədən ibarət olması, həmçinin evə daxil olduqdan sonra qrup üzvlərinin, o cümlədən Təqsirləndirilən şəxs törədilmiş cinayət əməllərində iştirakının nədən ibarət olması öz əksini tapmamış, Təqsirləndirilən şəxs Oqtay oğluna, X6 və X7 verilmiş ittihamlarda birlikdə, yatmış vəziyyətdə olan Solmaz Yolçuyevanı zərərsizləşdirib müqavimətini qıraraq, döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı kimi sonuncuya sağlamlığa ağır dərəcəli bədən xəsarətləri, sağ əlin qançırı, üst dodağın yara və qansızma kimi yüngül dərəcəli bədən xəsarətləri yetirib, Solmaz Yolçuyevanı qəsdən öldürmək məqsədilə əlləri ilə sonuncunun boyun nahiyəsindən tutub sıxaraq boğma zamanı ölümünə səbəb olan hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətləri ilə müşayiət olunan xəsarətlər yetirib mexaniki asfiksiya nəticəsində Solmaz Yolçuyevanı tamah məqsədi ilə qəsdən öldürdükləri göstərilməklə hadisənin törədilməsi mexanizmilə bağlı hər bir təqsirləndirilən şəxsə eyni məzmunlu ittihamlar verilmiş, bununla da qrupun üzvlərinin, o cümlədən Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində rolunun nədən ibarət olduğu müəyyən edilməməklə onlara qeyri müəyyən ittihamlar verilmişdir. Cinayət-Prosessual Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ vardır. CPM-in 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Bundan başqa cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2000-ci il tarixli, 15 nömrəli “meyitin ekspertizasına dair” rəyindən görünür ki, mərhum S.R.Yolçuyevanın meyitinin müayinəsi zamanı aşkar edilmiş hər iki gözlərin konyuktivalarına, ağciyərlərin plevrası altına, ürəyin xarici qişası altına qansızmaların olması, sifətin sionetik və ödemli olması, dilaltı sümüyün sağ buynuzunun sınması, qanın boşluqlarda maye halda olması, daxili orqanların doluqanlı olması, çənəaltı nahiyyədə sıyrığın olması əlamətlərinə əsasən belə nəticəyə gəlinmişdir ki, S.Yolçuyevanın ölümünə səbəb boyun nahiyəsinin əllə sıxılması nəticəsində əmələ gələn mexaniki asfiksiya olmuşdur. Mərhum S.R.Yolçuyevanın meyitinin bədənində qeyd edilən asfiksiyanı təsdiq edən əlamətlərdən başqa aşağıdakı xəsarətlər də müəyyən edilmişdir: döş qəfəsinin sol tərəfində doqquz qabırğanın beş anatomik xəttlər üzrə, sağ tərəfdə isə doqquz qabırğanın dörd anatomik xəttlər üzrə sınığı, döş sümüyünün köndələn sınığı, döş qəfəsinin və sağ əlin qançırları, üst dodağın daxili səthində qansızma və yara. Bu xəsarətlərin hamısı həyatidir, S.Yolçuyevanın ölümündən az qabaq bər küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcələrinə görə döş sümüyünün və döş qəfəsinin hər iki tərəfində qabırğalarən çoxsaylı sınmasına səbəb olan döş qəfəsinin qapalı küt travması ağır dərəcəli bədən xəsarətləri qrupuna; sağ əlin qançırı, üst dodağın yarası və qansızması isə yüngül dərəcəli bədən xəsarətləri qrupuna aiddirlər. mərhum S.R.Yolçuyevanın xarici cinsiyyət üzvlərində və anus dəliyində təbii və qeydi-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən edilmədi, uşaqlıq yolundan götürülmüş tampon və yaxmada isə məhkəmə-bioloji tədqiqat zamanı spermatozoidlər aşkar edilməmişdir. S.R.Yolçuyevanın ölümdən qabaq spirtli içki qəbul edib-etməməsi sualına cavab, meyitdən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsinin nəticəsi alındıqdan sonra əlavə veriləcəkdir. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edilmişdir ki, ölüm müddəti 8-10 saatdır(meyit təşrihə başlanan vaxta nəzərən).xx.xx.2000-ci il tarixli 376/K nömrəli akt: X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Göründüyü kimi ekspert rəyinə əsasən S.Yolçuyevanın ölümünə səbəb onun boyun nahiyəsinin əllə sıxılması nəticəsində əmələ gələn mexaniki asfiksiya olduğu göstərilsə də, yetirilmiş xəsarətin ağırlıq dərəcəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları”nın 7 bəndinin ç yarıbəndinə əsasən həyat üçün təhlükəli əlamətlər kompleksi (beyin qan dövranının pozulması, huşun itməsi, amneziya və s.) ilə aydın nəzərə çarpan və obyektiv əlamətlərlə təsdiq olunan boyun üzvlərinin sıxılması və mexaniki asfiksiyanın digər növləri həyat üçün təhlükəli olan xəsarətlərə aiddir. Həmçinin iş materiallarında olan “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 11 oktyabr 2022-ci il tarixli protokolda müdafiəçinin səlahiyyətini təsdiq edən sənəd barədə məlumat öz əksini tapmamışdır. Halbuki, CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Oqtay oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2022ci il tarixədək uzadılmış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Oqtay oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Oqtay oğlunun həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Oqtay oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 93-5-ci maddəsinin ikinci və üçüncü hissələri, 94-cü maddənin birinci hissəsi və qüvvədə olan Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Oqtay oğlunun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar