Məhkəmə qərarları › İş №1(100)-454/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-454/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-454/2024 03.10.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı ildə Daşkəsən rayonu, Zinzahal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, 14 saylı X3 Mərkəzinin Dəstəfur meşəbəyliyində fəhlə işləyən, Daşkəsən rayonu, Zinzahal kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 05 yanvar 2024-cü il tarixdə, saat 11:59-da istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsindən Daşkəsən rayonu, Zinzahal kəndində yaşayan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə göndərilmiş “kömək lazımdı (yeri tapmaq mümkün olmadı)” məzmunlu mesaj mətninin yanlışlıqla göndərildiyini müəyyən etdikdən sonra məsələni aydınlaşdırmaq və həqiqətən həmin mesajı səhvən göndərildiyini izah etməkdən ötrü Daşkəsən rayonu, Zinzahal kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində hərəkət etmiş, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəldikdən sonra sonuncuya yaxınlaşaraq səhvən göndərilmiş mesaj barəsində danışıqlar aparmış, şəxsi münasibətlər zəminində aralarında baş vermiş sözlə mübahisədən sonra Zərərçəkmiş şəxs onu təhqir etməsinə qəzəblənərək sağlamlığına qəsdən xəsarət yetirmək qərarına gəlib, bu niyyətlə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruq zərbələri endirərək Zərərçəkmiş şəxs sol maxsilyar sinus divarının, hər iki almacıq sümüyünün, hər iki orbitanın sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sol qaşın yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarın nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncunun yaşadığı evin həyətindən əldə etdiyi bir ədəd 152 santimetr uzunluğunda ağac parçası ilə Zərərçəkmiş şəxs təpə nahiyəsinə qəsdən bir dəfə zərbə endirməklə Zərərçəkmiş şəxs sağ gicgah, təpə sümüyündə, kəllə əsası sümüyünün sol yarısının sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ təpə nahiyəsinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən onun sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 yanvar 2024-cü il tarixdə onun mobil telefonu azyaşlı qızının əlində olarkən telefona “Azercell”dən gələn sms mesaj mətni səhvən Zərərçəkmiş şəxs telefon nömrəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs həm uzaq qohumu, həm də qonşusu olduğundan sonuncunun telefon nömrəsi onun telefonunun yaddaşında olmuşdur. Həmin gün axşam vaxtı ona Zərərçəkmiş şəxs zəng gəlmiş, ondan nəyə görə telefonuna mesaj göndərdiyini soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə söymüşdür. O, Zərərçəkmiş şəxs evinə tərəf getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu və arvadını söyməyə başlamışdır. O, Zərərçəkmiş şəxs demişdir ki, “telefon uşağın əlində olub və mesaj səhvən gəlib”, o, Zərərçəkmiş şəxs həmçinin demişdir ki, “qohumuq, belə hərəkət etmə”. Zərərçəkmiş şəxs demişdir ki, “uşaq niyə mənə mesaj göndərir ki?”, sonra isə onun uşağının ünvanına təhqiredici sözlər deməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs bacısı Şahid da ora gəlmişdir. Maqsudun bacısı Ulduzun əlində ağac var idi. Maqsud və bacısı Ulduz onu təkləyib yerə yıxmışlar. Onu arxadan vurarkən özünü müdafiə məqsədilə yerdən ağac parçası götürərək Maqsudun başından bir dəfə zərbə endirmişdir. Həmin ağac parçası qalın idi. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, o özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs ağac parçası ilə xəsarət yetirmişdir. O, Zərərçəkmiş şəxs müalicəsi ilə əlaqədar 1000 (min) manat pul vermişdir. Törətdiyi əməlinə görə peşmandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 05 yanvar 2024-cü il tarixdə mobil telefonuna Təqsirləndirilən şəxs telefon nömrəsindən mesaj gəlmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, “sən niyə mesaj yazmısan?”. Təqsirləndirilən şəxs demişdir ki, “uşaq səhvən göndərib”. O isə Təqsirləndirilən şəxs demişdir ki, “uşağı gətir aydınlaşdıraq görək kim yazıb”, Təqsirləndirilən şəxs da ona demişdir ki, “mənim uşağım sənin üçün oyun-oyuncaqdı?”. Sonra onların arasında mübahisə başlamışdır. Onlar əlləri ilə bir-birilərini vurmuşlar. Daha sonra Təqsirləndirilən şəxs yerdən ağac parçasını götürüb bir dəfə onun başına vurmuşdur. Bundan sonra təcili-tibbi xidmət avtomobili gəlmiş və o, xəstəxanada müalicə almışdır. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs mobil telefonundan onun nömrəsinə gələn mesaj mətnində “kömək edin, yer tapmaq mümkün olmadı” yazılmışdır. Onun səhhəti ilə bağlı dəymiş zərərlə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən hər hansı maddi və sair yardım göstərilməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bacısıdır. 05 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs telefon nömrəsindən mesaj gəldiyinə görə qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edib demişdir ki, “bu nə mesajdı yazmısan?”. Təqsirləndirilən şəxs da demişdir ki, “uşağın əli dəyib mesaj gedib”. Sonra həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs onların evinə tərəf gəlmişdir. Qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs demişdir ki, “bu mesajı niyə yazmısan?”. Sonra qardaşı Maqsudla Ehtimad mübahisə etməyə başlamışlar. Həmin vaxt Ehtimadın qardaşı Maqsudu döydüyünü görmüşdür. Mübahisə zamanı Təqsirləndirilən şəxs yerdən ağac parçasını götürüb qardaşı Zərərçəkmiş şəxs başına vurmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış haqqında protokol”dan görünür ki, cinayət hadisəsinin baş verdiyi Daşkəsən rayonu, Zinzahal kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına baxış keçirilmiş, baxış zamanı hadisə yerindən bir ədəd 152 santimetr uzunluğunda ağac parçası götürülərək saxlanca verilmişdir (iş vərəqə: cild İ, səh. 16- 26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 fevral 2024-cü il tarixli “tanınmaya təqdim etmə haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs hadisə yerindən götürülmüş 152 santimetr uzunluğunda olan ağac parçasını göstərərək Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilən zaman istifadə olunan ağac parşası olduğunu söyləmişdir (iş vərəqə: cild İ, səh. 51-53). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 mart 2024-cü il tarixli “götürmə aparılması haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan “KGTEL” markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş “kömək lazımdı (yer tapmaq mümkün olmadı)” məzmunlu mesaj mətni götürülərək fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 62-67). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları hadisə yerində əyani şəkildə göstərərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir (iş vərəqə: cild İ, səh. 167-170). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Daşkəsən rayon şöbəsinin 03 fevral 2024-cü il tarixli, 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ gicgah, təpə sümüyündə, kəllə əsası sümüyünün sol yarısının sınıqları dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilir, sol maxsilyar sinus divarının, hər iki almacıq sümüyünün, hər iki orbitanın sınıqları dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər, sağ təpə nahiyəsinin və sol qaşın yaraları dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər, qarın nahiyəsinin qançırı sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törəniblər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğundur. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ gicgah, təpə sümüyündə, kəllə əsası sümüyünün sol yarısının sınıqları, sağ təpə nahiyəsinin yarasıağac parçası ilə və ya digər küt əşya ilə yetirilməsi mümkündür. Sol maxsilyar sinus divarının, hər iki almacıq sümüyünün, hər iki orbitanın sınıqları- ağac parçası və ya yumruq zərbəsi ilə yetirilməsi istisna edilmir. Sol qaşın yaraları, qarın nahiyəsinin qançırı – yumruq zərbəsi ilə yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- ekspertizaya təqdim edilən 152 sm uzunluğunda ağac parçası ilə yetirilməsi mümkündür (iş vərəqə: cild İ, səh. 30-32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Gəncə şəhər şöbəsinin məhkəmə-tibbi-bioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli, 07 nömrəli rəyindən görünür ki: - Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır. - Hadisə yerindən götürülmüş bir ədəd “çoban çomağı” üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. - Zərərçəkmiş şəxs məxsus paltarlar bir ədəd yaşıl rəngli uzunqol yaxalıqsız gödəkcə və boz rəngli uzunqol düyməli köynək üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 71-74). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X1” X4 Gəncə regional ambulator şöbəsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 aprel 2024-cü il tarixli, 221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətdikdən sonra və hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müşahidə olunmur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməmişdən əvvəl emosional halından asılı olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur, həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisə etməsi ola bilər. Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 176-178). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 126- 127). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, hadisə yerindən götürülmüş 152 santimetr uzunluğunda ağac parçası, Zərərçəkmiş şəxs məxsus bir ədəd sinə hissəsi tünd-yaşıl rəngli, kürək hissəsi boz rəngli, kəsilmiş cırılmış, üzəri qana bulaşmış pullover və bir ədəd açıq qəhvəyi rəngli, ön döş hissəsi iki cibli, ön hissəsi düymələrlə bağlanan kəsilmiş-cırılmış, üzəri qana bulaşmış köynək maddi sübut kimi tanınmış və Daşkəsən Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan “KGTEL” markalı mobil telefona Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş “kömək lazımdı (yer tapmaq mümkün olmadı)” məzmunlu mesaj mətninin çəkilmiş fotoşəkilləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 184-194). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 may 2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 182). Cinayət işinin materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh. 131-132). Cinayət işinin materiallarına əlavə edilmiş Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zinzahal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir (iş vərəqə: cild İ, səh. 161). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir, ona səhhəti ilə əlaqədar dəymiş zərər ödənməmişdir və təqsirləndirilən şəxsin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə təqsirləndirilən şəxsin etirafedici ifadəsini, zərərçəkmiş şəxs və şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadə verərkən mübahisə zamanı özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurduğunu göstərsə də, cinayət işi üzrə yuxarıda göstərilmiş digər sübutlarla yanaşı, təqsirləndirilən şəxsin elə özünün etirafedici ifadəsi ilə yerdən götürdüyü ağac parçası ilə Zərərçəkmiş şəxs başına qəsdən zərbə yetirməsi və bununla zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına şüurlu surətdə yol verərək, qəsdən həmin əməli törətməsi təsdiq olunmuş, həm cinayət işinin materialları ilə, həm də məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur ki, onun qəsdən törədilmiş, qeyri-qanuni və ictimai təhlükəli əməli, yəni qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma cinayətini törətməsini zəruri edən heç bir obyektiv səbəblər olmamış və törədilmiş qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli tam olaraq Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində Zərərçəkmiş şəxs müalicəsi ilə əlaqədar 1000 (min) manat pul verdiyini bildirsə də, Zərərçəkmiş şəxs həmin halı təsdiq etməmiş, Təqsirləndirilən şəxs isə göstərdiyi halı təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. Ona görə də, təqsirləndirilən şəxsin ifadəsində zərəri ödəməsi ilə bağlı göstərdiyi həmin hal təsdiq olunmadığından onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar – hadisə yerindən götürülmüş 152 santimetr uzunluğunda ağac parçası məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd sinə hissəsi tünd-yaşıl rəngli, kürək hissəsi boz rəngli, kəsilmiş cırılmış, üzəri qana bulaşmış pullover və bir ədəd açıq qəhvəyi rəngli, ön döş hissəsi iki cibli, ön hissəsi düymələrlə bağlanan kəsilmiş-cırılmış, üzəri qana bulaşmış köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır, qəbul etmədikdə isə məhv edilməlidir, həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan “KGTEL” markalı mobil telefona Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və cinayət işinin materiallarına əlavə edilmiş “kömək lazımdı (yer tapmaq mümkün olmadı)” məzmunlu mesaj mətninin çəkilmiş fotoşəkilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki cinayət işi üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra Daşkəsən Rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar – hadisə yerindən götürülmüş 152 santimetr uzunluğunda ağac parçası məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd sinə hissəsi tünd-yaşıl rəngli, kürək hissəsi boz rəngli, kəsilmiş cırılmış, üzəri qana bulaşmış pullover və bir ədəd açıq qəhvəyi rəngli, ön döş hissəsi iki cibli, ön hissəsi düymələrlə bağlanan kəsilmiş-cırılmış, üzəri qana bulaşmış köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, həmçinin Zərərçəkmiş şəxs istifadəsində olan “KGTEL” markalı mobil telefona Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və cinayət işinin materiallarına əlavə edilmiş “kömək lazımdı (yer tapmaq mümkün olmadı)” məzmunlu mesaj mətninin çəkilmiş fotoşəkilləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar