Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-454/2025 29.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X10 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1957-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə saat 17 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndində yaşadığı fərdi yaşayış evinin həyətində təmizlik işləri ilə məşğul olan gəlini xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında uzun müddətdir davam edən ailə-məişət münaqişəsi zəminində yenidən sözlü mübahisə edərək sonuncunu qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə edib evinin həyətində olan ot preslərinin arasında gizlədərək saxladığı 1 ədəd “F-1” tipli əl qumbarasının qoruyucusunu çəkib ümumi təhlükəli üsulla, yəni həmin vaxt həyətdə olan arvadı Şahid1 və Zərərçəkmiş şəxs 2014-cü il təvəllüdlü övladı X1 həyatları üçün təhlükə yaratmaqla, habelə Şahid1 və Sevinc Namazovaya aşkar surətdə xüsusi əzab verərək iztirab çəkdirdiyini dərk edib, bunu arzulayaraq onların gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq göstərərək və xüsusi amansızlıq nümayiş etdirməklə, şiddətli ağrılar vermək məqsədilə əl qumbarasını qəsdən Zərərçəkmiş şəxs tərəf atmış, qumbaranın partlaması nəticəsində sonuncu sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid hər iki aşağı ətrafın və boyun nahiyəsinin açıq yaraları, sol budun distal ucunun sınığı xəsarətlərini almış, Zərərçəkmiş şəxs yaxınları tərəfindən çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılmaqla vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə bilməyərək Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 29,120.2.4 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu Rəşadın həyat yoldaşı, yəni onun gəlini olmuşdur. Vəfa ilə Rəşadın iki oğul və bir qız övladları vardır. Vəfanın hamam otağında soyunub çəkdiyi əxlaqsız videosunu qızı Şahid3 yoldaşı Natiqə göndərmişlər. Ramilə həmin videonu görəndə Vəfanı tanıyıb bu barədə onun arvadı Yamənə demiş, sonuncu da qızına ona deməməsini tapşırmışdır. Vəfanın əxlaqsız videosu yayılmasından 2-3 ay onun xəbəri olmamışdır. O, bir gün yoldaşına Vəfanı əxlaqsız hərəkətlərinə görə oğlundan ayırıb evdən qovacağını demiş, bundan sonra da Vəfa ona əxlaqsız dediyi üçün qızı ilə dalaşmış, qızı da Vəfaya “atam hələ sənin şəkillərini, videonu görməyib, görsə dəli olar” demişdir. Vəfa da “atan kimdir ki? yaxşı eləyirəm” deyə cavab vermişdir. Bundan sonra qızı gəlini Vəfanın əxlaqsız şəkillərini ona göstərmişdir. Vəfa onun şəkilləri gördüyünü bilmiş və qorxusundan öz oğlu ilə birlikdə həyətdə baxdığı xırda buynuzlu heyvanları otarmaq bəhanəsi ilə evdən çıxıb Bakı şəhərinə qaçmışdır. Vəfa 1 il ərzində 5 müxtəlif kafedə qalmışdır. Sonuncunun işlədiyi kafelərin birindən bir nəfər ona zəng edib Vəfanın kirayə qaldığı evin sahibinin qızını da yoldan çıxardığını, ev sahibinin isə bunu bilib Vəfanı qovduğunu, sonuncunun hazırda “20 Yanvar”da başqa bir kafedə olduğunu demişdir. Vəfa uşaqlarının saxlanılması üçün ödəməli olduğu alimenti ödəmədiyi üçün axtarışda olmuşdur. Sonuncunun “20 Yanvar”da yerləşən kafedə olduğunu biləndən sonra həmin yerə getmiş və DİN-in 102 zəng mərkəzinə zəng edib yerini bildirmişdir. 19-cu polis bölməsindən 4 nəfər polis əməkdaşı kafeyə gələrək Vəfanı götürüb şöbəyə aparmışlar. Polis şöbəsindən çıxandan sonra Vəfa rəfiqəsi ilə birlikdə avtomobilə minib getmiş, o da taksi ilə Vəfagilin arxasınca getmişdir. Sonuncular yolda avtomobildən düşüb başqa avtomobilə minmişlər. Həmin hadisədən sonra bir müddət Vəfadan xəbər ala bilməmişdir. Xatırlamadığı vaxt gecə saat 01-02 radələrində bir nəfər ona videogörüntü ilə zəng etmişdir. Telefonu açanda zəng edənin Vəfa olduğunu və sonuncunun al-qanın içində olduğunu görmüşdür. Vəfa ona “gəl mənim meyitimi apar” demişdir. Hazırda da Vəfanın alnında çapıq izi qalmaqdadır. Vəfanın qan içində olduğunu görüb DİN-in 102 zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona zəng edib Vəfanı taparaq polis şöbəsinə apardıqlarını, gedib sonuncunu aparmasını demişlər. Həmin vaxt Vəfa onunla gəlmək istəmədiyini, uşaqlarından da imtina etdiyini bildirmişdir. Bundan sonra xatırlamadığı tarixdə telefonuna Vəfanın əxlaqsız şəkilləri göndərilmişdir. Vəfanı uşaqlara aliment vermədiyinə görə məhkəməyə vermiş, sonuncunun əxlaqsız şəkillərini də məhkəməyə təqdim etmişdir. Vəfa 1 ildir ki, aliment verməmişdir. Məhkəmə prosesi bitdikdən sonra Vəfanı yenidən evə aparmışdır. Vəfa yoldaşı Yamənlə birlikdə onu evdən qovmaq istədiyinə görə o, gəlinini prokurorluğa şikayət etmişdir. Hadisədən iki ay əvvəl onu evdən qovmuşlar. Həmin vaxtdan qızı Ramilənin evində qalmışdır. Qızının evi ilə öz evi arasında bir barı vardır. Hadisə günü partlayış səsi eşidib barıdan evinin həyətinə baxanda Vəfanın ağzı üstə yerə yıxıldığını görüb haqqına çatdığını demiş, lakin Vəfa ona cavab verməmişdir. Bu zaman yoldaşı evdən çıxıb Vəfanı onun vurduğunu, guya Vəfaya qumbara atdığını deyərək səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Onda qumbara olsa idi Vəfanın əxlaqsızlıq etdiyi 3 il ərzində öldürmüş olardı. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs yoldaşı olan oğlu Rəşad İİ qrup əlildir. Vəfa uşaqlarını ataraq evdən qaçıb gedəndə oğlu onunla boşanmaq üçün məhkəməyə müraciət etmiş və məhkəmə Vəfaya uşaqlarının saxlanılması üçün aliment kəsmişdir. Onunla Vəfa arasında heç nə olmamışdır. Bir dəfə Goranboy rayonu, Səfikürd kəndində kafedən çıxıb gedəndə qardaşının yoldaşı Əsli Vəfanı görüb ona zəng etmiş və Vəfanın kafedən çıxıb getdiyini, sonuncunu evə gətirməyini demişdir. O da Vəfanı evə gətirməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları zəng edib Vəfanı evə aparmağını, uşaqlarına görə onu bağışlamağını xahiş etmiş, o da Vəfanı evə gətirmişdir. Uşaqları Vəfanı qəbul etmədikləri üçün sonuncuya həyətdəki vaqonda qalmasını təklif etmişdir. Vəfa vaqona daxil olandan sonra qorxduğunu deyib onu çağırmışdır. Həmin vaxt Vəfa sərxoş olmuş, lakin o, sonuncunu evə gətirəndə sərxoş olduğunu hiss etməmişdir, Vəfanın onu vaqona çağırmaqda məqsədinin şər atmaq olduğunu da sonradan bilmişdir. Həmin vaqonun nə qapısı, nə də pəncərəsi bağlanmır. Vaqona daxil olanda yorğun olduğunu, bir azdan səhər açılacağını, bir qədər yatmaq istədiyini deyib orada olan taxta yatağa uzanmışdır. Vəfa yanında oturanda sonuncuya kiminsə gəlib görsə pis başa düşəcəyin bildirib stulda oturmasını demişdir. Bu zaman Vəfa onunla süpürləşməyə başlamış, o da Vəfanı itələyib yıxmışdır. Əvvəllər Vəfa zorladığını iddia edib ona şər ataraq prokurorluğa şikayətlər etmişdir. Həmin vaxtı da onu şərləmək üçün münasibətdə olmaq istəmiş, lakin səs-küyə qardaşı gəlmişdir. X14 birləşib onu evdən çıxarmamışdan əvvəl dava zamanı Vəfanı vurmaması üçün yoldaşı qolunu tutmuş, Vəfa da daşla onun başına vurmuşdur. Arvadı ilə gəlininin onu evdən qovmalarının səbəbi rahat əxlaqsızlıqla məşğul olmaq istəmələri olmuşdur. Arvadı da onun qardaşı oğlu Seymurla sevgi münasibətində olmuşdur. Vəfaya qumbaranı o atmamış, gəlini özü ona atmaq istəyəndə əlində partlamışdır. Hadisə zamanı o, qızıgilin evində qalmış, partlayış səsi gəldiyini eşidib barıdan həyətə baxanda Vəfanın yerdə uzandığını görmüşdür. Qumbaranın partladığı yerlə durduğu yer arasında 30 metr məsafə olmuşdur. Qumbaranın qorucuyusu Vəfanın ayağının yanında olmuş və qoruyucunu 30 metr uzaqlığa atmaq mümkün deyildir. Vəfanın onu öldürmək fikri olmuş, sonuncu bir neçə dəfə qızına onu öldürəcəyini demişdir. Vəfa qumbaranı ona atmaq istəyəndə ola bilsin ki, əlində saxlaya bilməmişdir. Vəfa qumbaranı Seymurdan almış, çünki onda qumbara olmamışdır. Seymur silah alveri ilə məşğul olmuşdur. İbtidai istintaq zamanı polis əməkdaşları ona fiziki təsir göstərmiş, cəzaçəkmə müəssisəsinə daxil olan kimi ona öldürüləcəyini demişlər. Polis rəisinin birinci müavini Feruz dəyənək ilə ona fiziki təzyiq göstərmiş, qorxduğu üçün də məruz qaldığı təzyiqlərlə bağlı heç yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki,.……. Goranboy rayonu, Qarasüleymanlı kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. 2007-ci ildə İİ qrup əlil oğlu X8 ilə Zərərçəkmiş şəxs ailə həyatı qurmuşlar. Rəşadla Vəfanın bu evlilikdən ikisi oğul, biri qız olmaqla 3 övladı dünyaya gəlmişdir. X6 münasibəti çox yaxşı olmuş, o cümlədən, onların da münasibətləri yaxşı olmuşdur. Gəlini Vəfa ilə ata-bala münasibəti olmuşdur. 2023-cü ildə gəlini Vəfanın hamam otağındakı intim videosunu kürəkəni Şahid4 göndərmişlər. Bundan 2 ay sonra Vəfa evdən qaçmışdır. Elə həmin gün kürəkəni Natiq və qızı Şahid3 ona Vəfanın intim videosunu göstərmişlər. Vəfa həmin videonun yayılması səbəbi ilə evdən qaçmışdır. Təxminən 2 ay Vəfa Bakı şəhərində yerləşən kafelərdə əxlaqsızlıq etmişdir. Bundan sonra Vəfa Ağcakənd qəsəbəsində yaşayan mərhum qardaşının arvadı Əslinin evinə gəlmişdir. O, Əsliyə zəng edib Vəfanın intim videolarının olduğunu bildirmişdir. Əsli Vəfanı götürüb ATV kanalındakı verilişə çıxarmışdır. Vəfanın intim videoları olduğu üçün sonuncunu kanaldan uzaqlaşdırmışlar. Əsli və Vəfa birlikdə Goranboy rayonu, Səfikürd kəndində yerləşən kafedə yeyib-içmişlər. Əsli ona zəng edib dalaşdıqlarını, Vəfanı gəlib götürməyini bildirmişdir. O, Vəfanı götürüb evə gətirmişdir. Evində heç kim Vəfaya sahib çıxmamışdır. O, Vəfanı evin həyətində olan dəmir vaqona aparmış və sonuncuya onunla birlikdə vaqonda qalmasını demişdir. Gecə yarı o, Vəfanın ağladığını eşidib nəyə görə ağladığını soruşduqda sonuncu ondan aliment alınmamasını və birlikdə yaşamağı bildirmişdir. O, yatmaq istəyərkən Vəfa onun üzərinə çıxmış və onun cinsi orqanını çıxarmışdır. O, Vəfadan nə etdiyini soruşanda sonuncu ona ya onunla cinsi əlaqədə olmağını, ya da sonuncunun onu zorladığı barədə şikayət edəcəyini bildirmişdir. O da məcbur qalıb Vəfa ilə cinsi əlaqədə olmuşdur. Vəfa 1 ay evdə qaldıqdan sonra yenidən evdən qaçmışdır. Gəlini yenidən Bakı şəhərində yerləşən kafelərə işləməyə getmişdir. Vəfaya uşaqlara görə aliment kəsildiyinə görə gəlini alimenti ödəmədiyi üçün axtarışla polislər tərəfindən gətirilmişdir. Səhəri gün Vəfa məhkəməyə çıxarılmışdır. Məhkəmədə proses yekunlaşdıqdan sonra gəlinini evə gətirmişdir. 2025-ci ilin yanvar ayında Vəfa evin pəncərəsindən yenidən qaçıb getmişdir. Nəvəsi Zakir və arvadı Yamən gedib Vəfanı evə gətirmişlər. Vəfa onun tərəfindən zorlanması barədə Goranboy rayon prokurorluğuna müraciət etmiş, həmin müraciətlə bağlı cinayət işinin başlanması rədd edilmişdir. 16 fevral 2025-ci il tarixdə arvadı Yamənlə gəlini Vəfa evin həyətini təmizləmişlər. O da həyətdə gəzmişdir. Vəfa onu söyüb təhqir etməyə başlamışdır. O da evin həyətində olan ot tayasının arasında əvvəlcədən gizlətdiyi qumbaranı götürüb Vəfaya tərəf atmış və qumbara partlamışdır. Qızı Ramilə gəlini Vəfanın yanına qaçmış, həmin vaxtı gəlini yerdə uzanmış, lakin hərəkət etməmişdir. Vəfanın boyun və ayaq hissəsindən qan axmışdır. O, Goranboy RPŞ-yə zəng edib bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs qumbara atmaqda məqsədi sonuncunu öldürmək olmuş, çünki gəlini əxlaqsızlıq etdiyi və onu təhqir etdiyi üçün sonuncunu öldürmək istəmiş, qumbaranı 2025-ci ilin fevral ayının əvvəllərində Goranboy rayonunda yerləşən Olimpiya Kompleksinin arxasında qoyun otaran zaman tapıb evinin həyətində olan ot tayasının arasında gizlətmiş, elə qumbaranı tapan zaman öz-özünə nə vaxtsa gəlini Vəfanı həmin qumbara ilə öldürəcəyini fikirləşmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunmuş ifadələrdəki əlyazısı və imza ona məxsus olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamış, həmin ifadəni bir neçə dəfə dəyişib yenidən ona imzalatmışlar, elan olunan məzmunda ifadə verməmiş, ifadə verərkən ona fiziki təzyiq göstərilməmiş, sadəcə qol çəkməyi üçün üzərinə qışqırıb təpinmişlər, polis əməkdaşları prokurorluqda sonuncuların dediyi kimi ifadə verməsə qayıdan kimi onu öldürəcəklərini demişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 ildir Təqsirləndirilən şəxs İİ qrup əlil olan oğlu Rəşad Namazov ilə evli olmuşdur. Rəşad Namazovun tez-tez tutmaları və özündən getmələri olmuşdur. Evləndikdən sonra qayınanası Yamən hər gün xəstəxanaya işə getmiş, sonuncu evdə olmadığı vaxt qayınatası Təqsirləndirilən şəxs ona oğlunun xəstə olduğunu demiş və hədə-qorxu gələrək onu özünün saxlayacağını bildirmişdir. O isə qayınatası Zakirə “nə saxlamaq, nə danışırsan” demişdir. Həmin vaxtı o, iki aylıq hamilə olmuşdur. Təqsirləndirilən şəxs bu sözlərindən sonra o, bacısıgilə getmiş və qayınatasının ona dedikləri barədə bacısı ilə danışmışdır. Bundan sonra o, evdən canını qurtarmaq üçün hara getsə Təqsirləndirilən şəxs onu evə qaytarıb gətirmişdir. Bir dəfə evdə heç kim olmayanda Zakir onun əl-ayağını bağlamış və şalvarını aşağı salaraq əxlaqsız hərəkətlər etmişdir. Bununla bağlı o, prokurorluğa və polisə şikayətlər etmişdir. Bir müddət sonra o, sosial şəbəkədə bir şəxslə tanış olmuşdur. Həmin adamla görüntülü danışan zaman hamam otağında çılpaq olmuşdur. Danışdığı şəxs onun şəkillərini qeydə almış və yanına gəlməyini istəmişdir. Lakin o, gələcəyi təqdirdə uşaqları ilə birlikdə gələ biləcəyini demişdir. Danışdığı adam isə bununla razı olmamış və şəkillərini paylaşmışdır. Təqsirləndirilən şəxs həmin şəkillərdən xəbər tutmuş və qoyun qayçısını götürüb onu öldürməklə hədələmişdir. O, məcbur olub evdən Zakirin qardaşı arvadı olan Əsligilə getmiş, sonra yenə evə qayıtmışdır. Zakir isə bıçaq götürüb onu evdən qovmuşdur. O da evdən qaçaraq Bakı şəhərinə getmişdir. Bakı şəhərində iki gün ac qalaraq bir taksi sürücüsü ilə tanış olmuş və həmin şəxslə münasibət qurmuşdur. Sonuncu qaldığı evin pulunu ödəmiş, lakin o işləməmişdir. O, həmin adamın yanında təxminən bir il qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs axtarışla onu Bakı şəhərindən polis vasitəsilə Goranboy rayonuna qaytarmışdır. Hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə DSMF-nin əməkdaşları ünvanlı dövlət sosial yardım təyin edilməsi məqsədilə yaşadıqları evə gələcəyi üçün qayınanası Yamənlə birlikdə vaqonu və həyəti təmizləmişlər. Təqsirləndirilən şəxs həmin vaxt qızı Ramiləgilin evində olmuş və sonuncu ilə aralarında barı olmuşdur. Zakir ona qarşı nalayiq ifadələr işlətmiş və “sizin ölüm vaxtınıza az qalıb” demişdir. Bu ifadəni deyən kimi qayınatası ona qumbara atmışdır. Bundan sonra ayağını hiss etməmiş və güclü qanaxması başlamışdır. Ardınca qayınanası və baldızı təcili-tibbi yardım çağırmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəfələrlə bıçaqla və balta ilə hədə-qorxu gələrək cinsi əlaqədə olmuş, əri Rəşad baş verənləri dərk etmədiyi üçün Zakirin hərəkətləri barədə qayınanası Yamənə dəfələrlə bildirmişdir. Lakin qayınanası Yamən Zakiri yola verməyini, evin sirri barədə heç kimə danışmamağını demişdir. Təqsirləndirilən şəxs onunla kəbin kəsdirmək, həmçinin birlikdə yaşamaqlarını istədiyini demiş və ola bilsin ki, Zakirin bu fikri ilə razı olmadığı üçün sonuncu onu öldürmək istəmişdir. Təqsirləndirilən şəxs etdiyi təkliflər barəsində sonuncunun qızına da demiş, qızı isə atası ilə yola getməyini demişdir. Bıçaqla hədələyib onu evdən qovandan sonra Təqsirləndirilən şəxs məhkəməyə müraciət etmiş və uşaqlarının saxlanması üçün aliment kəsdirmişdir. O hazırda uşaqlarının yanında yaşayır. Onun üçün problem yaradan məsələ Təqsirləndirilən şəxs kəbin kəsdirmək istəməsi olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Sonuncu bir ildir psixi xəstəlikdən əziyyət çəkir. Xəstəxanada həkim qəbulunda olarkən həkim sonradan yaranan psixi pozuntu üçün heç nə edilə bilməyəcəyini, 65 yaşına çatmış kişilərdə belə hallara tez-tez rast gəlindiyini demiş və Zakiri psixi dispanserə yerləşdirməyi məsləhət görmüşdür. Lakin əri dispanserdə müalicə olunmaqdan imtina etmişdir. Zakirin gəlinləri Vəfa ilə münasibəti olduğunu bilməmiş, xəstəxanada xadimə işlədiyi üçün səhər saat 08:30-dan axşam saat 16:30-a kimi işdə olmuş, bu səbəbdən evdə nə baş verdiyindən xəbəri olmamışdır. Zakir hər gün gəlinləri Vəfa ilə birlikdə heyvan otarmağa getmiş, sonuncunun yerinə o, getmək istədiyini deyəndə əri heyvanları otardıqları yerdə ilanlar olduğunu deyib getməyinə razı olmamışdır. O, hər gün işdən evə qayıdanda Zakirlə Vəfanın mübahisə etdiklərini görmüş, lakin sonuncular arasında olan münasibəti başa düşməmişdir. Zakir psixi pozuntu keçirəndən sonra onu ölümlə hədələməyə və yatanda yanına bıçaq, balta qoymağa başlamışdır. Demək olar ki, hər gün evlərinə polis əməkdaşları gəlmiş, hətta bir gün polis əməkdaşları evə gələndə o, Zakirin saxladığı balta və bıçaqları polis əməkdaşlarına təqdim etmişdir. Zakirdən onu öldürmək istəməsinin səbəbini soruşanda sonuncu gəlinləri ilə ər-arvad münasibətində yaşadığını və onun Vəfaya ərinin yanına getməsinə icazə vermədiyini bildirmişdir. O da sonuncuların münasibətlərinin olmasından xəbəri olmadığını, əgər elə münasibətləri varsa evdən çıxıb gedəcəyini demişdir. Bir gün Vəfa Zakirlə dalaşmış və ərinin ona qarşı əxlaqsız hərəkətlər etdiyini, saçını qırxdığını, həmçinin başqa zorakı hərəkətlər etdiyini deyib evdən çıxaraq Bakı şəhərinə getmişdir. O, şəxsən Zakirin Vəfaya qarşı zorakılıq etməsinin şahidi olmamışdır. Hər gün nəvələri və qaynı ilə heyvan otardığı üçün Vəfa ilə Zakir evdə tək olmuşdur. Vəfa Bakıya gedəndən sonra Zakir yenidən onu öldürməklə hədələməyə başlamışdır. Bir gecə saat 02-03 radələrində əri onu oyadıb sabah Vəfanın gəldiyini demiş və evi boşaltmağını istəmişdir. O da nəvələri xəstə olduğu üçün səs-küy salmamasını, sabah evi boşaldacağını demişdir. Zakir isə razılaşıb çıxıb getmiş, bir neçə dəqiqə sonra evdən qoxu gəldiyini hiss edib oyananda ərinin döşəməyə yandırıcı maddə töküb evi yandırmaq istədiyini görmüşdür. O, böyük nəvəsi Zakiri oyadıb babasının evi yandırdığını, oyanıb babasına mane olmasını demişdir. Nəvəsi yerindən duraraq əri Zakir kibriti yandıran anda sonuncunu tutub mane olmuş və onlar evə polis əməkdaşlarını çağırmışlar. 21 yanvar 2025-ci il tarixdə Zakirlə Vəfa arasında münaqişə yaranmış, gəlini ərinə “mən əxlaqsızamsa, mənimlə yola getmiyəcəkdinsə niyə evə gətirirdin” demiş və tozsoranı əlinə alıb Zakirin başına vurmaq istəyəndə o, Vəfaya mane olmuşdur. Həmin gün Zakir qızı Ramiləgilə getmiş və hadisə gününə qədər orada qalmışdır. Ramilənin evi ilə onların evi arasında barı olmuşdur. Hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə o, Vəfa və azyaşlı nəvəsi Sevinclə evdə olmuşlar. Oğlunun ailəsinə təyin olunmuş sosial yardım dayandığı üçün DSMF-ə müraciət etmişdir. DSMF-nin əməkdaşları həmin gün evə baxış keçirməyə gələcəkləri üçün o, Vəfa ilə birlikdə evi təmizləmişdir. Həmin vaxtı Zakir barıdan baxaraq “təmizliyin, çəkiliş gələndə mən də sözümü deyəcəm” demişdir. O da barıya yaxınlaşıb xoş dillə “qadan alım ay Zakir qoy işimizi görək, çəkiliş gələndə gəlib sözünü deyərsən” demişdir. Bu zaman Zakirlə Vəfa arasında sözlü mübahisə yaranmışdır. Vəfa yerdən daş götürüb Zakirə atmaq istəyəndə o, gəlininə daşı yerə atmasını deyib mane olmuşdur. Zakirlə Vəfa bir-birilərinə əxlaqsız sözlər deyərək sözlü mübahisə edən zaman o, anidən partlayış səsi eşitmiş, ətrafda qara tüstü yaranmışdır. Partlayış səsi eşidən kimi nə isə onu yerdən qaldırıb arxaya atmışdır. Həmin vaxt nə baş verdiyini başa düşməmiş, Vəfaya yaxınlaşanda sonuncunun yerdə uzandığını və boynundan qan axdığını görmüşdür. Tez Vəfanın yarasını bağlayıb qanaxmanı dayandırmaq istəmişdir. O, Zakirin qumbara atmasını görməmişdir. Ərinin özü də Vəfaya qumbara atmadığını, əksinə Vəfanın qumbara atmaq istəyən zaman əlində açıldığını demişdir. Lakin Vəfada qumbara olması ehtimalı olmamışdır. Qumbara partlayandan sonra Ramilə evdən çıxıb “ay ata bu nə iş idi başımıza açdın” demiş, Zakir də cavabında Vəfanın qumbara atmaq istədiyini, lakin əlində açıldığını demişdir. Ümumiyyətlə Zakirdə psixi pozuntu yaranandan sonra hamıya şər atmağa, olmayan hadisələrdən danışmağa başlamışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Vəfanın əxlaqsız videosu yayılmışdır. Gəlini ilə Zakirin ər-arvad münasibəti olduğunu hadisədən bir müddət əvvəl bilmişdir. Zakirin onu öldürmək istəməsinin səbəbi guya Vəfaya Zakirin yanına getməyə imkan verməməsi olmuş, çünki əri onu öldürüb Vəfa ilə ər-arvad kimi rahat yaşamaq istəmişdir. Zakirlə Vəfanın mübahisələrinin səbəbi gəlinin ərinə yaxınlıq verməməsi olmuşdur. Hadisəyə kimi Vəfa Zakirin ona qarşı zorakılıq etdiyini deməmiş, hadisədən əvvəl polis şöbəsində olanda demişdir. Zakirdə heç vaxt silah-sursat olmamışdır. Əri izahat verəndə qumbaranı qoyun otaranda tapdığını demişdir. Hadisə günü Zakirlə Vəfa mübahisə edəndə əri qızı Ramilənin həyətində, Vəfa da öz həyətlərində olmuşdur. Hadisə zamanı o, barının dibində olmuş, Zakir isə digər tərəfində dayanmışdır. Hündür olmadığı üçün Zakir barıdan görünmüşdür. Qumbara partlayan zaman o, üzü Vəfaya tərəf dayandığı üçün qumbaranın hansı tərəfdən atıldığını görməmişdir. Partlayışdan sonra Vəfa olduğu yerdən bir neçə metr aralı düşmüşdür. Hadisədən sonra qızı Ramilə səs-küyə həyətə çıxıb barıdan həyətlərinə keçmiş, Vəfanın qan içində yerdə uzandığını görüb Zakirə “ay ata niyə belə elədin, səni tutacaqlar” demiş, sonuncu da “mən eləmədim, Vəfa özü elədi” bildirmişdir. Həmin vaxt Vəfanın huşu özündə olmuş və Zakirin əlində nəsə olduğunu, ona tərəf atdığını demişdir. Hadisə gün Vəfa ilə o həyətdəki vaqonun içərisini təmizləmiş və həyəti süpürmüşlər. Həmin vaxt nə Vəfanın, nə də onun əlində bel olmamış, süpürgə ilə həyəti təmizləmişlər. Vəfa beli torpağa batırıb yerdən qumbara çıxarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə atası Zakir qardaşının arvadı Vəfa ilə dalaşandan sonra o, atasını öz evinə gətirmişdir. Sonuncu hadisə baş verən günə kimi ay yarım onlarla birlikdə yaşamışdır. Atasıgilin evi ilə onun evinin arasında çox hündür olmayan barı olmuşdur. Hadisə günü o, evdə uzanmış, atası isə həyətdə olmuşdur. Anidən partlayış səsi eşidib həyətə çıxanda atasıgilin həyətində toz-duman olduğunu görmüşdür. Atasından nə baş verdiyini soruşanda sonuncu heç nə bilmədiyini demişdir. Bu zaman anasının qışqıraraq “qan apardı” dediyini eşidib barıdan atasıgilin həyətinə keçmişdir. Vəfanın yerdə qan içində uzandığını görüb paltarını cıraraq qanaxmanın qarşısını almaq üçün Vəfanın yarasına tutmuş, lakin qanaxma dayanmamışdır. Atasından nəsə edib-etmədiyini soruşmuş, sonuncu da heç nə etmədiyini bildirib evinə gəlməyini demişdir. O yenidən nə baş verdiyini soruşanda atası Vəfanın onun evinə qumbara atmaq istədiyini, lakin əlində açıldığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, atası ilə gəlinləri Vəfanın ər-arvad kimi birlikdə yaşadıqları barədə məlumatı olmamış, bu barədə hadisədən sonra bilmişdir. Atasının Vəfaya görə anasını öldürmək istədiyini, bu məqsədlə yatanda yanına bıçaq, balta qoyduğunu da sonradan bilmişdir. Hadisə baş verən zaman evin içərisində uşağını yatırdığı üçün hadisənin necə baş verdiyini, qumbaranı kimin atdığını görməmişdir. Hadisədən əvvəl Vəfa ilə atası dalaşmışdır. Ümumiyyətlə Vəfa ilə atası demək olar ki, hər gün dalaşmışlar. Hadisə günü Vəfanın yanında yaba və ya bel olmamışdır. O barıdan atasıgilin həyətinə keçəndə orada yaba, bel və ya başqa şəxsi görməmişdir. Atasından yatanda yanına balta və bıçaq qoymasının səbəbini soruşanda sonuncu müdafiə etmək üçün olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisidir. Sonuncunun evində demək olar ki, hər gün dava-dalaş olmuşdur. Hər dəfə dava olanda sakitləşdirmək üçün onu çağırmışlar. O, davanın səbəbinin nə olduğunu bilməmişdir. Hadisə vaxtı orada olmadığı üçün necə baş verdiyini bilməmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, hadisədən sonra əmisinin Vəfaya qumbara atdığını eşitmişdir. Zakirin onun silah satışı ilə məşğul olmağı barədə deməsinin səbəbini bilməmiş, əmisinin psixi problemləri olmuş, çünki sonuncu olmayan hadisələr uydurub danışmışdır. Yamən anası kimi olmuş, sonuncu ilə sevgi münasibətinin olması mümkün olmamış, əmisinin ağlı azaldığı üçün hər şeyi danışmışdır. Hadisənin şahidi olmamış, sadəcə sonradan əmisi Zakirin Vəfaya qumbara atmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 35 ildən çoxdur Goranboy rayonu, Qatır Məmməd adına tam orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. Təqsirləndirilən şəxs nəvəsi Səkinə onun sinfində 3-cü sinifdə təhsil almışdır. Sinfində olan şagirdlərin valideynlərinin olduğu və dərs tapşırıqlarının müzakirəsi üçün istifadə etdikləri “WhatsApp” qrupları olmuşdur. Səhv etmirsə Zərərçəkmiş şəxs sonuncuya aid fotoşəkillərin həmin qrupa göndərildiyini demişdir. Lakin o həmin qrupda Vəfa ilə bağlı fotoşəkillər görməmiş, ümumiyyətlə Səkinənin anası Ramil Namazova və Zərərçəkmiş şəxs həmin “WhatsApp” qrupuna üzv olmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ildə orta məktəbdə dərslər onlayn qaydada keçirilən ərəfədə qayınatası Zakir dərslərdə iştirak etməsi üçün nəvəsi Zakirə mobil telefon almışdır. O, Vəfanın həmin telefonla “WhatsApp” proqramı vasitəsilə başqa oğlanlarla danışmasından şübhələnmiş və bu barədə qayınatası Zakirə demişdir. Ancaq Zakir belə bir şeyin mümkün olmayacağını demişdir. O isə telefonu Vəfanın əlindən almasını bildirmiş və başqa bir şey deməmişdir. Bundan sonra 2023-cü ildə Vəfanın “İmo” proqramında başqa şəxslərlə tanış olub danışdığını görmüş, lakin Vəfa başqa şəxslərlə danışmasını etiraf etməmişdir. Bundan 1-2 gün sonra Emin adlı dostu ona video və şəkillər göndərib tanıyıb-tanımadığını soruşmuşdur. Həmin video və şəkillərdə olan qadının Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Vəfa video və şəkillərdə çılpaq olmuşdur. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, hadisə baş verən vaxt o işdə olmuş və kimsə evdən zəng edib Təqsirləndirilən şəxs qumbara atdığını demişdir. Bundan sonra o, evə gəlmiş və polis əməkdaşlarının orada olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs nə üçün qumbara atmasını, həmçinin sonuncunun Vəfaya qarşı əxlaqsız hərəkətlər edibetməməsini bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayını, Zərərçəkmiş şəxs isə Zakirin gəlini olmuşdur. Əri Qəzənfər 2023-cü il tarixdə dünyasını dəyişmişdir. Onun mərhum ərinin sağlığında da, öldükdən sonra da qayını Təqsirləndirilən şəxs evinə gediş-gəlişi olmamışdır. Heç mərhum əri də Zakirin evinə gedib-gəlməmişdir. 2023-cü il tarixdə Vəfa onun yaşadığı Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsindəki evinə gəlmişdir. Vəfa qayınatası Zakirlə dalaşdığını, buna görə də onun evinə gəldiyini bildirmişdir. O, Vəfanı ATV kanalındakı verilişlərin birinə çıxarmışdır. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs intim xarakterli videosu üzə çıxmış, buna görə evdən qaçıb onun yanına gəlmişdir. Vəfa bir ay onun evində qalmışdır. Həmin müddət ərzində o, Vəfa ilə söhbətləşən zaman sonuncunun Zakirlə cinsi münasibətlərinin olduğunu öyrənmiş, elə buna görə də onun Vəfa ilə münasibəti pisləşmiş və o, Vəfanı evdən göndərmişdir. Bundan sonra onun Vəfa ilə heç bir əlaqəsi olmamışdır. 2025-ci ilin yanvar ayında o, Xankəndi şəhərində yaşamağa başlamışdır. 2025-ci ilin fevral ayında qayını Zakirin qızı Şahid3 ona zəng edib Zakirin gəlini Vəfaya qumbara ataraq sonuncunu öldürməyə cəhd etdiyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Goranboy rayon şöbəsinin xx.xx.2025ci il tarixli, 201 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - bədən səthinin hər iki aşağı ətrafın və boyun nahiyəsinin açıq yaraları, sol budun distal ucunun sınığı əl qumbarasının partlaması nəticəsində qəlpə yaralanması zamanı əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Goranboy rayon şöbəsinin xx.xx.2025ci il tarixli, 172 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2025-ci il tarixli, 11 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, elektron prokurorluq informasiya sistemindən çıxarışa əsasən Zərərçəkmiş şəxs qanının qrup göstəricisi A(İİ) Rh+dir. Təqdim olunmuş hadisə yerindən götürülmüş iki ədəd qanabənzər nümunələr üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd tursik və bir ədəd idman şortiki üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 X12 Ambulator Şöbəsinin xx.xx.2025-ci il tarixli, 220 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, o, təqsirləndirildiyi cinayəti törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, yəni ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onda hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, o, öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir, ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətə malikdir. Onun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və ya öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emonional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/257; 3/258 nömrəli məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş və “1” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş, “Ф-1, PГ-42, РГД-5” əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, “УЗРГМ” markalı partladıcının hissəsidir, partladıcının buraxıcı qoludur. Təqdim edilmiş predmetin üzərlərindəki zavod işarələrini bildirən əlamətlərə görə, həmin metal parça “Ф-1” əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, “Y3PГM” markalı partladıcının hissəsidir. Həmin qurğunun partladılması üçün buraxıcı qol buraxıldıqda vurucu buraxıcı qolun qarmağından çıxaraq döyüş yayının təsiri altında alışdırıcı pistona zərbə vuraraq onu alışdırır. Piston yubadıcını alışdırır, yubadıcı yandıqdan sonra detonatıra təsir göstərir. Bu anda detonatır partlayaraq qumbaranın partladıcı maddəsini partladır. Bu zaman qumbara partlayır, gövdənin və alışdırıcının qəlpələri səpələnir. Yubadıcı 3.2-4.2 saniyə ərzində detonatırı partladır. Xüsusi ədəbiyyatlarda göstərilən texniki məlumatlara əsasən, müdafiə təyinatlı qəlpəli “Ф-1” əl qumbarasının içərisində çəkisi 50-56 qram dağıdıcı qüvvəyə malik partlayıcı maddə var, partlayış zamanı ətrafa çəkisi 0,1-1 q, 700-800 m/sn surəti ilə ixtiyari formada 300-ə yaxın qəlpələr səpələyir, səpələnmə zamanı qəlpələrin uçma radiusu 200 m və zədələmə qüvvəsinin radiusu 50-60 m-dir. Qumbaranın çəkisi 0,6 kq, partladıcının çəkisi - 0,06-0,09 kq-dır. “Ф-1” tipli əl qumbarası “elips” formasında xaki rəngində olub, poladvari çuqun metaldan hazırlanır, səthində dördkünc formalı çıxıntılar olur; 2) Tədqiqata təqdim edilmiş və “2” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş, “Ф-1, PГ-42, РГД-5” əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, “Y3PГM” markalı partladıcının hissəsidir, halqası ilə birlikdə qoruyucu milidir; 3) Tədqiqata təqdim edilmiş və “3” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş o, “Ф-1”, “PГ-42”, “РГД-5” markalı qəlpəli əl qumbaralarının gövdəsinin tıxacıdır, döyüş sursatı və ya döyüş sursatın tərkib hissəsi hesab edilmir; 4) Tədqiqata təqdim edilmiş 10 (on) ədəd metal predmetlərin yuxarıda göstərilən ölçülərinə, konstruktiv əlamətlərinə, hazırlanma üsulunun xüsusiyyətlərinə, xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara, habelə vizual və mikroskopik tədqiqatın nəticələrinə əsasən, onlar, tədqiq edilən metal parçalarının hissəsini təşkil etmiş olduqları qurğudan partlayış nəticəsində parçalanaraq qopub ayrıldıqlarını göstərir. Həmin predmetlər zavod üsulu ilə müvafiq avadanlıqdan istifadə olunmaqla hazırlanmış qurğularda olduğu kimi xüsusi konstruksiyada olmaqla, tipik materialdan, səliqəli hazırlanmışdır ki, bu da həmin metal parçalarının zavod üsulu ilə hazırlanmış qurğunun (qurğuların), mərmilərin hissəsini təşkil etmiş olduğunu göstərir. Metal parçalarının üzərində müvafiq zavod işarələri, istehsal olunduğu tarixə dair işarə, yazı qalmadığına görə, onların hissəsini təşkil etmiş olduğu hansı qurğuya, mərmiyə aid olmasını, nə vaxt hazırlandığını müəyyən etmək mümkün deyildir. Lakin metal predmetlərin parçalanma vəziyyətinə, konstruktiv əlamətlərinə vizual görünüşünə əsasən onlar “Ф-1” qəlpəli əl qumbaralarının partlayış nəticəsində parçalanmış hissələrinin (qəlpələrini) olması istisna edilmir; 5) Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd aşağı hissələri kəsilmiş idman şalvarı, bir ədəd alt tumanın üzərində rəyin tədqiq hissəsində qeyd edilən zədələr vardır. Geyim əşyasının üzərində partlayıcı maddənin izlərinin-nitrobirləşmələrin aşkar edilməsinə, zədələrin formasına, morfoloji quruluşuna, əsasən, qərarın təsviri hissəsində göstərilən şəraitdə əl qumbarasının partlaması nəticəsində, partlayış mərkəzinə yaxın məsafədən aşağıdanyuxarıya doğru müxtəlif istiqamətlərdə səpələnmiş qəlpələrin, hissəciklərin təsirindən yaranmağa xarakterikdir. Belə zədələr tədqiqata təqdim edilmiş qəlpə hissələrinin təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən bir ədəd gödəkcə, bir ədəd sviter, bir ədəd şalvarın üzərində partlayış nəticəsində qəlpələrin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. Həmin bu geyim əşyalarının üzərində partlayıcı maddə-nitrobirləşmələrin izləri aşkar edildi. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” məxsus bir ədəd alt tumanın, bir ədəd parça hissəsinin üzərində partlayıcı maddə nitrobirləşmələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” və təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində partlayıcı maddənin izləri trotil və qumbaranın qəlpə hissələri aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 fevral 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Goranboy rayonu, Qarasüleymanlı kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsidir. Fərdi yaşayış evindən 3,57 metr məsafədə həyətdə səthi çuxur yaranmışdır. Hadisə yerindən Təqsirləndirilən şəxs tərəfindən atılmış əl qumbarasına aid olduğu hesab edilən 3 ədəd dəmir parçası və qəlpələr, 2 ədəd pambıq tampona hopdurulmuş qan nümunəsi, Zərərçəkmiş şəxs hadisə vaxt əynində olmuş 1 cüt ayaq geyimi aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş 01 (bir) ədəd göy rəngli, arxa hissəsinə “azəriqaz”, ön hissəsinə isə “socar” sözü yazılmış gödəkcə, 01 (bir) ədəd bej rəngli qabağı şabalıdı naxışlı jaket və 01 (bir) ədəd tünd göy rəngli klassik şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Goranboy RMX-nin təcili-tibbi yardım şöbəsinin rəisi tərəfindən könüllü təqdim edilən hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd qara rəngli tuman və 01 (bir) ədəd idman şortikinin kəsilmiş parçası iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy rayon prokurorunun böyük köməkçisinin tərtib etdiyi xx.xx.2025-ci il tarixli təqrirdən görünür ki, həmin tarixdə saat 17:25-də Goranboy RPŞ-dən Goranboy rayonu, Qarasüleymanlı kəndində yaşayan Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində mübahisə edərək həmin vaxt evin həyətində olan Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə evində saxladığı əl qumbarasını sonuncuya doğru atması və nəticədə Zərərçəkmiş şəxs sol bazu və sol boyun nahiyələrindən qəlpə yaraları alması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin NH-nin məsul növbətçisinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin gün saat 16:13-də Azərbaycan Respublikası DİN-nin 102 Zəng Xidmətindən daxil olmuş məlumatda özünü təqdim etməyən şəxsin +99***-***-**-** mobil nömrədən zəng edərək bir nəfərin həyətinə qumbara atması və partlaması, nəticədə bir qadının xəsarət alması barədə məlumat verməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin NH-nin məsul növbətçisinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, həmin gün saat 16:37-də Goranboy RMX-nin həkimi Goranboy rayonu, Qarasüleymanlı kənd sakini Zərərçəkmiş şəxs hər iki sağ və sol baldırın çoxsaylı kəsilmiş-deşilmiş yaraları və boyun nahiyəsinin sıyrılmış yaraları xəsarəti ilə xəstəxanaya daxil olması, deməsinə görə də qeyd olunan xəsarətləri qumbara partlaması nəticəsində alması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin TB-nin icraatında olmuş HK-1-316 nömrəli ilkin yoxlama materiallında olan RPŞ-nin NHnin məsul növbətçinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək gəlini Vəfa və həyat yoldaşı Yamənin ona şər böhtan atmaları, öldürməklə hədələmələri, onu evdə yaşamağa icazə verməmələri və geyim əşyalarını küçəyə atmaları barədə Goranboy RPŞ-yə daha əvvəl etdiyi şikayətə baxılmadığı üçün ya özünü, ya da ailə üzvlərini öldürəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 tərəfindən HK-1-316 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2025-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, arvadı Şahid1 və gəlini Zərərçəkmiş şəxs ona şər atmaları, öldürməklə hədələmələri, mobil telefonunu götürmələri və evdə yaşamasına imkan verməmələri barədə Təqsirləndirilən şəxs müraciəti əsasında araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasının ruhi-əsəb, narkoloji, onkoloji və nevroloji kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RİH başçısının Goranboy şəhər İƏDÜN-nin xx.xx.2025-ci il xasiyyətnaməsindən görünür ki, Namazov X5 rayonu, Qarasüleymanlı kənində yaşamış və yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy rayon prokurorluğunun müstəntiqi X9 tərəfindən 15-C-25 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2025-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qayınatası Təqsirləndirilən şəxs tərəfindən döyülməsi və zorlanması barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “F-1” tipli əl qumbarasına aid qəlpə və dəmir parçaları, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli tuman və 01 (bir) ədəd idman şortikinin kəsilmiş parçası, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli, arxasına “azəriqaz” sözü, ön hissəsinə “socar” sözü yazılmış kurtka, 01 (bir) ədəd bej rəngli qabağı şabalıdı naxışlı jaket və 01 (bir) ədəd tünd göy rəngli klassik şalvar maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və sonuncuya ən ağır cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Goranboy RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə RPŞ-nin MSY-nə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs öldürmək məqsədilə sonuncuya tərəf qumbara atmadığını, ümumiyyətlə hadisə vaxtı əlində qumbara olmadığını, qumbaranın Zərərçəkmiş şəxs əlində olduğunu, sonuncunun ona tərəf qumbara atmaq istəyərkən qumbaranın özünün yanında partladığını, ibtidai istintaq zamanı ona fiziki təzyiq göstərildiyi üçün məcbur olub etirafedici ifadələr verdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində xx.xx.2025-ci il tarixdə gəlini Zərərçəkmiş şəxs ilə həmişəki kimi sözlü mübahisə etdiyini, sonuncunun onun təhqir etdiyini, məhz buna görə də Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək evin həyətində olan ot tayasının arasında əvvəlcədən gizlətdiyi qumbaranı götürüb Zərərçəkmiş şəxs tərəf atdığını və qumbara partladığını, qızı Ramil Namazovanın gəlini Zərərçəkmiş şəxs yanına qaçdığını, həmin vaxtı sonuncunun yerdə uzandığını, lakin hərəkət etmədiyini, boyun və ayaq hissəsindən qan axdığını, Zərərçəkmiş şəxs qumbara atmaqda məqsədinin sonuncunu öldürmək olduğunu, Zərərçəkmiş şəxs əxlaqsızlıq etdiyi və onu təhqir etdiyi üçün öldürmək istədiyini, qumbaranı 2025-ci ilin fevral ayının əvvəllərində Goranboy rayonunda yerləşən Olimpiya Kompleksinin arxasında qoyun otaran zaman tapıb evinin həyətində olan ot tayasının arasında gizlətdiyini, elə qumbaranı tapan zaman öz-özünə nə vaxtsa gəlini Vəfanı həmin qumbara ilə öldürəcəyini fikirləşdiyini göstərmişdir. Qeyd edilən ifadələrinin hamısı Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisinin iştirakı ilə alınmışdır. Həmin ifadələrdə o, polislərin ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verməsini, həmçinin qumbaranın Zərərçəkmiş şəxs əlində olmasını göstərməmiş, əksinə bütün ifadələrində qumbaranın özünə məxsus olduğunu və məhz Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə sonuncunun üzərinə qumbara atdığını göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst formada müstəntiqin suallarına cavab olaraq Zərərçəkmiş şəxs öldürmək məqsədilə qumbaranı sonuncuya tərəf atdığını, səbəb kimi isə zərərçəkmiş şəxsin son iki ildir kafelərdə əxlaqsızlıqla məşğul olmasını, tez-tez onunla davalarının olmasını və bunu şəxsiyyətinə sığışdırmamasını göstərmişdir. Qeyd edilən videoçəkilişdən o da görünür ki, Təqsirləndirilən şəxs qumbaranı tapdığı yeri və vaxtı, həyətdə gizlətdiyi, həmçinin Zərərçəkmiş şəxs atdığı yeri sərbəst formada əyani olaraq göstərməklə yanaşı, həmin qumbaranın xarici görünüşünü (forması, rəngi və s.) ətraflı formada təsvir etmişdir. O cümlədən iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs eyni ilə ilkin ifadələrində olduğu kimi qumbaranı tapdığını və hadisə vaxtı Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün öldürmək məqsədi ilə sonuncunun üzərinə atdığını göstərmiş, lakin polislərin ona qarşı qanunsuzluğa yol verdiyini göstərməmişdir. Habelə iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, həkim-psixiatr komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs əxlaqsızlıqla məşğul olduğunu, onu hədələdiyini, ona görə də məcbur sonuncu ilə cinsi əlaqədə olduğunu, sonra isə gəlininə tərəf qumbara atdığını göstərmişdir. Hətta iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs heç kim tərəfindən döyülmədiyini və heç bir xəsarətinin olmadığını göstərmişdir. Qeyd edilən rəylə tanış etmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə həmin rəylə tanış olduqdan sonra protokola etirazının və ya vəsatətinin olmasına dair hər hansı qeyd daxil etməmiş, əksinə ekspertiza rəyi ilə tanış olduğunu və heç bir vəsatətinin olmadığını qeyd edərək protokolu imza etmişdir. Eləcə də iş materiallarında olan həm Goranboy RPŞ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi, iş materiallarında olan həm məhkəmə-tibbi ekspertizasının rəyi, həm də digər tibbi sənədlərlə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polislərin ona fiziki təzyiq göstərdiyi üçün məcbur olub etirafedici ifadələr verdiyini göstərmişdir. Qeyd edilən hal Təqsirləndirilən şəxs ona qarşı fiziki təsir göstərilməsi ilə bağlı bildirdiyi xüsusatın tam olaraq təkzib olunduğunu təsdiq edir. Ümumiyyətlə iş materiallarına əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki və psixi zorakılığa məruz qaldığını, habelə əl qumbarasının Zərərçəkmiş şəxs özündə olmasını bildirməsi öz təsdiqini tapmamışdır. Həmin xüsusatları Təqsirləndirilən şəxs ilk dəfə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir. Həmçinin zərərçəkən Zərərçəkmiş şəxs həm məhkəmə istintaqı, həm də məhkəməyədək icraat zamanı verdiyi bütün ifadələrində hadisə günü qumbaranın məhz qayınatası Təqsirləndirilən şəxs əlində olduğunu və sonuncunun onu öldürmək üçün qumbaranı ona tərəf atdığını, həmin vaxtı həyətdə azyaşlı qızı ilə qayınanasının da olduğunu göstərmişdir. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində hadisə günü Zərərçəkmiş şəxs əlində qumbara olması ehtimalının olmadığını, hadisədən əvvəl gəlini Zərərçəkmiş şəxs və azyaşlı nəvəsi Sevinc Namazova ilə birlikdə evin həyətini təmizlədiklərini, qumbara partlayışından sonra nəinsə onu yerdən qaldırıb arxaya atdığını, daha sonra qızı Şahid3 evdən çıxıb atası Təqsirləndirilən şəxs “ay ata bu nə iş idi başımıza açdın” dediyini, üzərinə qumbara atıldıqdan sonra Zərərçəkmiş şəxs huşunun özündə olduğunu, sonuncunun Təqsirləndirilən şəxs əlində nəsə olduğunu və ona tərəf atdığını dediyini göstərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində partlayış hadisəsindən sonra Goranboy RPŞ-nə zəng edib bu barədə məlumat verdiyini göstərmişdir. Bu xüsusatla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli raportda özünü təqdim etməyən şəxsin +99***-***-**-** mobil nömrəsindən zəng edərək hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verməsi göstərilmişdir. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs adına qeydə alınmış mobil nömrələrə baxış keçirildikdə isə həmin mobil nömrələr arasında +99***-***-**-** mobil nömrənin olması müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı da müdafiə tərəfi Təqsirləndirilən şəxs iddia etdiyi həmin xüsusatla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs ifadəsində partlayış hadisəsindən sonra Goranboy RPŞ-nə zəng edib bu barədə məlumat verməsi barədə qeyd etdikləri öz təsdiqini tapmır. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında əksini tapmış hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, uzun müddətdir gəlin-qayınata kimi Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında birincinin əxlaqsızlıq etməsi mövzusu ilə bağlı mütəmadi olaraq dava-dalaşın olması, gah Zərərçəkmiş şəxs qayınatası Təqsirləndirilən şəxs guya onu zorlaması barədə, gah da Təqsirləndirilən şəxs gəlini ilə arvadının birləşərək onu evdən qovmaları və ona qarşı digər qanunsuzluğa yol vermələri barədə hüquq mühafizə orqanlarına müraciət etmələri, bir sözlə münaqişəli ailə olmaları, həmçinin Təqsirləndirilən şəxs məlum baş vermiş hadisədən əvvəl bir neçə dəfə hüquq mühafizə orqanlarına zəng edərək ailə üzvlərini öldürəcəyini bildirməsi, o cümlədən hadisədən bir müddət əvvəl tapdığı əl qumbarasını yaşadığı evin həyətində ot tayası arasında gizlətməsi (halbuki aparıb hüquq mühafizə orqanlarına təhvil verə bilərdi), hadisə vaxtı yaşadığı evin həyətində gəlinindən başqa arvadı Şahid1 və 2014-cü il təvəllüdlü azyaşlı nəvəsi Sevinc Namazovanın olmalarına, yəni qumbara partlayışı zamanı sonuncuların da xəsarət alma ehtimalının və ya digər ağır nəticələrin baş verə biləcəyinə baxmayaraq, Təqsirləndirilən şəxs xüsusi qəddarlıq nümayiş etdirərək səpələnmə zamanı qəlpələrin uçma radiusu 200 metr, zədələmə qüvvəsinin radiusu isə 50-60 metr olan əl qumbarasını Zərərçəkmiş şəxs olduğu tərəfə atması, partlayışdan sonra qumbaranın partlayış qüvvəsinin arvadı Şahid1 kənara atması, hətta qumbaranın qəlpələrinin evin pəncərələrini sındırması, eləcə də hadisədən sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmək və ya digər hər hansı formada gəlininə köməklik etmək imkanı olduğu halda bunu etməyib, əksinə soyuqqanlılıq nümayiş etdirərək qızının yaşadığı evinə tərəf getməsi Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs məhz elə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürmək niyyətində olmasını təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatın tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2025-ci il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-in 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. İş materiallarında olan məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş predmetin üzərlərindəki zavod işarələrini bildirən əlamətlərə görə, həmin metal parça “Ф-1” əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən, “Y3PГM” markalı partladıcının hissəsidir. Metal predmetlərin parçalanma vəziyyətinə, konstruktiv əlamətlərinə vizual görünüşünə əsasən onlar “Ф-1” qəlpəli əl qumbaralarının partlayış nəticəsində parçalanmış hissələrinin (qəlpələrini) olması istisna edilmir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsini Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs verilmiş Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinə münasibətdə cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə, yəni xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etməkdə ittiham verilmiş və iş materiallarından da görünür ki, şəxsin əməlinin ümumi təhlükəli üsulla adam öldürməyə tövsif edilməsinin səbəbi məhz cinayət əməlini törədərkən partlayıcı maddədən istifadə etməsi olmuşdur. Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. İstinad edilən normadan da görünür ki, partlayıcı maddədən istifadə etdiyi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin törədilməsində təqsirli bilinmiş şəxsə cəza təyin edilərkən cinayətin odlu silahdan, partlayıcı maddələrdən istifadə etməklə törədilməsinin Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını istisna edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 61.2-ci maddəsi odlu silahdan və ya partlayıcı maddədən istifadə etdiyi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin törədilməsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş şəxslərə cəza təyin edilərkən cinayətin odlu silahdan, partlayıcı maddələrdən istifadə etməklə törədilməsinin Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını istisna edir. Qeyd edilərlərə əsasən məhkəmə tərkibi hesab edir ki, cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinə münasibətdə cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmamaqla cəza, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş “F-1” tipli əl qumbarasına aid qəlpə və dəmir parçaları məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli tuman və 01 (bir) ədəd idman şortikinin kəsilmiş parçası sahibinə qaytarılmalı, götürümədikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli, arxasına “azəriqaz” sözü, ön hissəsinə “socar” sözü yazılmış kurtka, 01 (bir) ədəd bej rəngli qabağı şabalıdı naxışlı jaket və 01 (bir) ədəd tünd göy rəngli klassik şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 fevral 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş “F-1” tipli əl qumbarasına aid qəlpə və dəmir parçaları məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli tuman və 01 (bir) ədəd idman şortikinin kəsilmiş parçası sahibinə qaytarılsın, götürümədikdə məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd göy rəngli, arxasına “azəriqaz” sözü, ön hissəsinə “socar” sözü yazılmış kurtka, 01 (bir) ədəd bej rəngli qabağı şabalıdı naxışlı jaket və 01 (bir) ədəd tünd göy rəngli klassik şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-454/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-454/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver