Məhkəmə qərarları › İş №1(100)-455/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-455/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-455/2024 30.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1985-ci il tarixdə Ağdam rayonu, Sarıçoban kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıçoban kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını külli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) məqsədi ilə 2024-cü ilin fevral ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda öz mülkiyyətində olan Ağdam rayonu, Sarıçoban kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində dəmir materialdan olan məhəccərlə hasarlanmış 0,3 ha torpaq sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kultivasiyası qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdarda, yəni əkilib-becərilməsi qadağan olunmuş ümumi təmiz çəkisi 4,02 qram olan 43 (qırx üç) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini 21 mart 2024-cü il tarixdə saat 15:50-dək, yəni Ağdam RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək xüsusi aqrotexniki qaydada qulluq göstərib suvarmaqla diblərini belləyib alaq otlardan təmizləyərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin bitkiləri külli miqdarda kultivasiya etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən xeyli miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen torbada, 01 (bir) ədəd göy rəngli polietilen torbada və həmin göy rəngli torbanın içərisindəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,29 qram, 5,31 qram və 0,11 qram olmaqla, ümumi təmiz çəkisi 9,71 qram tərkibinə görə eynilik təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 21 mart 2024-cü il tarixdə saat 15:50-dək, yəni Ağdam RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Ağdam rayonu, Sarıçoban kəndində yerləşən evin yataq otağındaki taxta materialdan olan masanın üzərindən aşkar edilib götürülənədək satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etməklə saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Sarıçoban kəndində yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək özlərini təqdim edib qərar əsasında yaşadığı evdə baxış aparacaqlarını bildirmişlər. O da etiraz etməmiş, daha sonra evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evindən narkotik vasitə, həyətyanı sahədən isə narkotik tərkibli bitkilər aşkar edilmişdir. Baxış başa çatdıqdan sonra onu polis şöbəsinə aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər mütəmadi olaraq deyil, arabir narkotik vasitədən istifadə etmişdir. O, ilk dəfə idi ki narkotik tərkibli bitkilər əkmiş, lakin əvvəllər bunu etməmişdir. 2023-cü ilin dekabr ayında Ağdam rayonu, Sarıçoban kəndindəki əkin sahəsinin yanından kibrit qutularını tapmış və həmin qutuların içərisinə baxdıqda marixuana ilə narkotik tərkibli bitki toxumlarını aşkar etmişdir. Narkotik tərkibli bitki toxumlarını yaşadığı evin həyət sahəsindəki əkin yerinə səpmişdir. O, bitkilərə hər hansı qulluq göstərməmiş, çünki onlar yağış suları ilə təbii şəraitdə yenicə böyümüşdür. Baxış zamanı həyətdən 43 ədəd narkotik tərkibli bitki şitili aşkar edilmiş və həmin bitkilərin hamısı ona məxsus olmuşdur. Baxış zamanı evindən aşkar edilmiş “nəşə”ni də toxumlarla eyni vaxta Ağdam rayonu, Sarıçoban kəndindəki sahələrinin yaxınlığından tapmış və bir qədərini istifadə etmişdir. O, tapdığı toxumları yerə səpərkən bunun cinayət məsuliyyətinə səbəb olacağını bilməmiş, toxumları səpdiyi yerdə əvvəllər gübrə verib pomidor, badımcan və digər tərəvəzlər də əkmiş, toxumları polis əməkdaşları gəlməmişdən 15-20 gün əvvəl torpağa səpmişdir. Həyətyanı sahədə narkotik tərkibli bitkilərin bitməsindən polis əməkdaşları gələnədək məlumatı olmamış, lakin toxumları o, səpmişdir. Toxumları səpdiyi sahənin eni 3, uzunluğu isə 7 metr olmuş və o, toxumları nizamlı şəkildə səpməmişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiq-təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əkdiyi narkotik tərkibli bitkilərin toxumlarına qulluq göstərib-göstərməməsi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilməklə göstərmişdir ki, .................................Əkdiyi çətənə kollarının diblərini alaq otlardan təmizləmiş və su vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi onun sözləri ilə doğru yazılmış və o, həmin ifadələrini təsdiq etmişdir. Bitkilərin olduğu sahə əkin üçün nəzərdə tutulduğuna görə toyuqların ziyan yetirməsinin qarşısını almaqdan ötrü həmin sahəni dəmir məhəccərlə əhatələmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin CABın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evində narkotik tərkibli bitkiləri əkib-becərməsi və saxlaması barədə xx.xx.2024cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında o, əməliyyat qrupu ilə birlikdə sonuncunun yaşadığı Ağdam rayon, Sarıçoban kəndində yerləşən evinə getmişdir. Təqsirləndirilən şəxs özlərini təqdim edərək nədə şübhəli olmasını bildirmişlər. Daha sonra sonuncunun yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirəcəkərini demişlər, Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Onlar əvvəlcə sonuncunun həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı həyətə daxil olduqda sağ tərəfdə 43 ədəd bitki aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını bildirmişdir. Həmin bitkilər kökündən çıxarılmış və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və evin yataq otağında stolun üzərində 3 büküm narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitənin çəkisini xatırlammamış, lakin kiçik həcmli olmuşdur. Aşkar edilmiş narkotik tərkibli çətənə kolları nizamlı şəkildə əkilmiş, bundan əlavə bitkilərin dibi də nəm olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş AXALES-in X6 Ağdam rayonunun toxumçuluq üzrə baş aqronomu Şahid5 ifadəsində göstərmişdir ki, bir neçə ay əvvəl polis əməkdaşlarının dəvəti ilə Təqsirləndirilən şəxs evində keçirilmiş baxışda iştirak etmişdir. Baxış zamanı həyətdə torpaq sahəsində kiçik ölçülü bitkilərin olması müəyyən edilmişdir. Bundan sonra həmin bitkilərin narkotik tərkibli çətənə bitkisinə bənzəməsi barədə rəy vermişdir. Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən xatırladığı qədəri ilə 35-40 ədəd torpaqda yeni cücərmiş narkotik tərkibli çətənəyə bənzər bitki aşkar edilmişdir. Hadisənin üzərindən uzun müddət keçdiyindən aşkar edilmiş bitkilərə gübrə verilib-verilməməsini xatırlamamışdır. Polis əməkdaşları ona əməliyyat tədbiri olduğunu deyib mütəxəssis kimi iştirak etməsini xahiş etmişlər, o da etiraz etməyərək razılaşmışdır. Yabanı şəkildə bitən narkotik tərkibli çətənə bitkisinin rəngi tam yaşıl olmamaqla yarpaqlarının kənarı qövsvari, yabanı şəkildə olmayan narkotik tərkibli çətənə bitkisinin rəngi isə tam yaşıl olmaqla yarpaqlarının kənarı mişarvari olmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarının kənarı da mişarvari olmuş, yəni həmin bitkilər yabanı şəkildə yetişməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/369 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Sarıçoban kəndindəki evindən aşkar edilmiş 11 ədəd toxum və narkotik vasitəyə bənzər kəskin iyə malik yaşıl kütlələr.” sözləri və imzalar olan polietilen torbadakı - 1 (bir) ədəd şəffaf polietilen torbada, 1 (bir) ədəd göy rəngli polietilen torbada və həmin göy rəngli torbanın içərisindəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,29 qram, 5,31 qram və 0,11 qram olmaqla, ümumi təmiz çəkisi 9,71 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; -1 (bir) ədəd kibrit qutusunda sayı 11 (on bir) ədəd ümumi təmiz çəkisi 0,17 qram bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur; 2) Tədqiqata təqdim olunmuş üzərində “Ağdam rayonu, Sarıçoban kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 43 ədəd narkotik vasitəyə bənzər kol şitilləri...” sözləri və imzalar olan polietilen torbadakı sayı 43 (qırx üç) ədəd, ümumi təmiz çəkisi 4,02 qram bitki nümunələrinin şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləridir. Şitillərin tərkibində narkotik təsirə malik komponentlərin - kannabinoidlərin əmələ gəlməsi hələ erkən olduğundan təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir; 3) Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər; 4) Aqronom (mütəxəssis) Şahid5 rəyinə əsasən təqdim edilmiş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: marixuananın təmiz çəkiləri - 9,71 qr., tədqiqata sərf edildi - 0,06 (hər ob. 0,02) qr., qalıq - 9,65 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AXALES-nin X6 Ağdam rayonunun toxumçuluq üzrə baş aqronomu Şahid5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus Ağdam rayonu, Sarıçoban kəndində yerləşən evin həyətinə baxış zamanı aşkar edilmiş 43 ədəd çətənə kolunun şitilinə aqrotexniki qaydada xüsusi qulluq (dibinin yumşaldılması, suvarılması, peyin verilməsi və s.) aparılması və həqiqətən yaşıl kütlə rəngində narkotik bitkiyə bənzər olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 981 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin X7 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 235 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmiş, onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Sarıçoban kəndində yerləşən evinin həyətinə daxil olduqda orada yerləşən birmərtəbəli fərdi yaşayış evinin sağ tərəfində ətrafı dəmir məhəccərlə əhatələnmiş əkin sahəsindən ümumilikdə 43 (qırx üç) ədəd narkotik tərkibli bitkiyə bənzər şitillər aşkar edilmişdir. Şitillər, həmçinin həmin sahədən aşkar edilmiş 01 ədəd ağ rəngli dəmir qutu və 01 ədəd şəffaf plastik qutu müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra baxış fərdi yaşayış evində davam etdirilmişdir. Qonaq otağına daxil olduqda soldan ikinci otaqda soldakı şkafların qarşısındakı kiçik masanın üzərində 01 ədəd göy rəngli sellofanın və həmin sellefonın içərisindəki şəffaf sellofanın içərisində, həmçinin masanın üzərindəki ağ-qara rəngli kağızın üzərində yaşıl rəngli kəskin iyə malik narkotik vasitəyə bənzər kütlə, masanın üzərində isə içərisi boşaldılmış bir neçə kibrit qutusu və üzərində “AVİON” yazısı olan 01 ədəd kibrit qutusunun içərisindən 11 ədəd toxum aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və müvafiq olaraq çəkiləri 10,61 qram, 3,87 qram və 0,56 qram olması müəyyən edilmişdir. Həmin kütlələr və toxumlar müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə olan marixuana olduğunu, toxumları və marixuananı təxminən 4 ay əvvəl Sarıçoban kəndi ərazisindən tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin (üzərinə, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi) həyata keçrilməsinə dair Ağdam RPŞ-nin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcısı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə dair məlumatlara baxış zamanı sonuncunun həmin nömrə vasitəsi ilə +99***-***-**-**, +99***-***-**-**, +99***-***-**-** mobil nömrələrlə mütəmadi telefon əlaqəsi saxlamış və sorğu edilən dövrdə Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsinin mütəmadi olaraq Ağdam rayonu, “Xındırıstan” antena dairəsində olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Ağdam rayonu, Sarıçoban kəndi ərazisində əkin sahəsini əyani göstərməklə xx.xx.2024-cü il tarixdə yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri və toxumları 2023-cü ilin dekabr ayında dəqiq xatırlamadığı gündə həmin yerdən tapdığını bildirib törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Ağdam rayonu, Sarıçoban kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik xassəli bitkiləri əkib-becərməsi, saxlaması və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik xassəli bitkiləri əkib-becərməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun üzərinə, yaşadığı evinə və evin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Ağdam rayonu, Sarıçoban kəndi ərazisində əkin sahəsindən tapması müəyyən edilsə də, sonuncunun hər hansı bir şəxsə narkotik vasitələr satmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X12 Dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəxtəxanada dispanser müşahidəsində deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RİH başçısının Xındırıstan kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.1992-ci il təvəllüdlü X4, oğulları xx.xx.2009cu il təvəllüdlü Məhəmməd Babayev və xx.xx.2013-cü il təvəllüdlü Şəmsəddin Babayev ilə birlikdə Ağdam rayonu, Sarıçoban kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 11236859 və 11236858 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cü il təvəllüdlü Məhəmməd Babayev və xx.xx.2013-cü il təvəllüdlü Şəmsəddin Babayev adlı övladları var. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,02 qram olan 43 (qırx üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərinin, fərdi yaşayış evindən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 4,29 qram, 5,31 qram və 0,11 qram olmaqla, ümumi təmiz çəkisi 9,71 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, dəmir və plastik materiallı qutunun maddi sübut kimi tanınması və Ağdam RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilməsi, eləcə də Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 03 (üç) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə saat 15:50-dək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,02 qram olan 43 (qırx üç) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini kultivasiya etməsi (əkmə və yetişdirmə) və satış məqsədi olmadan qanunsuz olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 4,29 qram, 5,31 qram və 0,11 qram olmaqla, ümumi təmiz çəkisi 9,71 qram tərkibinə görə eynilik təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan qurudulmuş marixuananı xeyli miqdarda əldə etməklə saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əkib yetişdirərək kultivasiya etdiyi bitkilərin qanunsuz olması və kultivasiyasının qadağa olunması, o cümlədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 21-ci bəndində göstərilmişdir ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, gübrə vermə və sair) ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ siyahısına əsasən çətənə növlü bitkilər kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur, 3-15 ədədi xeyli miqdar, külli miqdarın aşağı həddi isə 16 ədəd təşkil edir. Həmin siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/369 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitillərin sayı 43 ədəd olmaqla külli miqdar, həmçinin marixuananın ümumi təmiz çəkisi 9,71 qram olmaqla xeyli miqdar təşkil edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, anası X1 2-ci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs kimi tutulmuş, 23 mart 2024-cü il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Ağdam RPŞ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdən 23 mart 2024cü il tarixədək, yəni şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 30 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,02 qram olan 43 (qırx üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, eləcə də ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,65 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 01 ədəd ağ rəngli dəmir materiallı və 01 ədəd plastik materiallı qutu məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 981 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdən 23 mart 2024-cü il tarixədək, yəni şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,02 qram olan 43 (qırx üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri, eləcə də ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,65 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş 01 ədəd ağ rəngli dəmir materiallı və 01 ədəd plastik materiallı qutu məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar