Məhkəmə qərarları › İş №1(100)-456/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-456/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-456/2022 15.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, X5 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq əkmiş və həmin toxumlardan əmələ gəlmiş külli miqdar təşkil edən, yəni, ümumi sayı 54 ədəd olan çətənə (kannabis) bitkilərini ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərməklə əkib yetişdirərək kultivasiya etmiş, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının barəsində qanunsuz olaraq narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 iyun 2022-ci il tarixdə saat 17:30 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Kəpəz stadionunun yaxınlığında saxlanılaraq həmin gün saat 19 radələrində yaşadığı Gəncə şəhəri Atatürk prospekti, ev 32 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa əkilmiş külli miqdar təşkil edən, yəni ümumi sayı 54 ədəd, ümumi çəkisi 1350 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsini təsdiq etdiyini, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi, məhkəmə istintaqı zamanı isə elan edilməklə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuanadan ıstifadə edir. O, marixuananı başqa yerdən almamaq üçün yaşadığı ünvan 1 ünvanının həyətində çətənə kolları əkmişdir. 16 iyun 2022-ci il tarixdə saat 17 radələrində o yaşadığı evin yaxınlığında, Gəncə şəhəri ,Atatürk prospektində yerləşən Kəpəz stadionunun yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasında şübhəli olduğunu bildirdirmişlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlarla birlikdə Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə gedəcəyini bildirmişdirlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu 1-ci Polis Şöbəsinin inzibati binasına gətirmişdirlər. Onlar binaya daxil olandan sonra xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X3 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya psixotrop maddə, qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra o müdafiəçinin iştirakı ilə onu imzalamışdır. Şəxsi axtarış zamanı o yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli çətənə bitkiləri əkib becərdıyini etiraf etmiş və təqdim etmək üçün baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra mütəxəssis dəvət olunaraq istifadəsində olan həmin fərdi yaşayış evinin həyətinə onun razılığı və iştirakı ilə baxış keçirilmişdir. O, həyətdə əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini göstərib təqdim edərək həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, həmin bitkiləri özünün istifadə etməyi üçün əkdiyini və aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Aqronom-mütəxəssis də həmin kollara aqrotexniki qaydada qulluq edildiyini və həmin kolların narkotik tərkibli çətənə kolları olmalarını bıldirilmişdir. Həmin kollar bir-bir kökündən çıxarılmaqla ucadan sayılaraq qablaşdırılması üçün bir ədəd polietilen kisəyə yığılmışdır. Toplanan bitkilər sayılaraq kisəyə yığılan bitkilərin cəmi 54 (əlli dörd) ədəd olduğu müəyyən edilmişdir. Həmin bitkilər elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1 kiloqram 400 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kisənin ağzı ağ iplə bağlanmış, ağ rəngli bir ədəd kağızın üzərinə imzalar edərək həmin kağız iplə kisənin üzərinə bağlanmış, möhürlənərək ekspetizaya təqdim olunması üçün qablaşdırıİmış və götürülmüşdür. Baxış zamanı digər qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. O, yaşadığı evdə tək yaşamış və onun yaşadığı evin həyətində çətənə bitkisi əkməyi barədə başqa heç kimin məlumatı yoxdur. O, mobil telefon istifadə etmir və istifadəsində heç bir mobil nömrə yoxdur. O, evində və ya başqa yerlərdə narkotik vasitə, psixotrop maddə və ya qadağan olunmuş digər vasitə saxlamamış, o həmin bitkiləri öz şəxsi istifadəsi üçün əkmiş, evinin həyətindən başqa heç bir yerdə narkotik tərkibli bitkilər yetişdirməmişdir və həmin bitkilərdən satmaq məqsədi olmamışdır. O, həmin bitkinin toxumunu qurudulmuş çətənə bitkisindən əldə etmiş, yaddaşı zəif olduğu üçün həmin qurudulmuş çətənəni kimdən almağını xatırlamır. O, saxlanılan zaman nə də ki, polis şöbəsində olarkən ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmətdə olarkən 16 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti ev 32-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması və yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş, Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospektində yerləşən kəpəz stadionunun yaxınlığında olması müəyyən edildikdən sonra həmin yerə getmişlər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmiş, onu Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan olan ünvan 2becərdiyini, həmin bitkiləri özünün şəxsi istifadəsi məqsədi ilə əkdiyini və yaşadığı ünvanı və həmin ünvanda olan bitkiləri əkdiyi yeri təqdim edə biləcəyini, həmin yerlərə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan olan Gəncə şəhəri Atatürk prospekti, ev 32-yə getmişlər və Təqsirləndirilən şəxs evin əsas giriş qapısı olan həmin darvazanının pasla bağlı olduğunu, həmin darvazadan istifadə etmədiyini bildirərək evin yan tərəfində olan açıq yaşıl rəngli kiçik taxta qapını göstərərək evin həyətinə daxil olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs evin həyətində, giriş qapısından irəlidə və sol tərəf küncə yaxın hissədə təxminən 2x4 metr ərazidə əkdiyi çətənə kollarını təqdim etmişdir. Həmin yerdə çətənə kollarının əkilməsi aşkar edilmişdir və mütəxəssis-aqronom X6 əyani baxış keçirərək həmin kolların çətənə kolları olmasını və xüsusi qulluq nəticəsində yetişdiyini qeyd etmişdir. Çətənə kolları əkildiyi yerlərdən çıxarılaraq toplanılmış və 54 ədəd kol olmasını, ən kiçik kolun 25 santimetr ölçüyə, ən böyüyünün isə 110 santimetr ölçüyə malik olması müəyyən olunmuşdur. Həmin toplanmış çətənə kolları bir ədəd ağ rəngli sellofan torbaya yığılmış və mexaniki tərəzidə çəkilərək, çətənə kollarının ümumi yaş çəksinin 1 (bir) kiloqram 400 (dörd yüz) qram olması müəyyən olunmuşdur. Həmin çətənə kolları yığılmış olduqları sellofan torbada qablaşdırılaraq üzərinə DİN-nin 110 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan olan ünvan 4 başqa heç bir yerdə əkmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 Rəmiyyəddin oğlu Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin həyətində giriş qapısından irəlidə və sol tərəf küncə yaxın hissədə təxminən 2 x 4 metr ərazidə əkdiyi çətənə kollarını təqdim etmiş, mütəxəssis Qurban Məmmədov həmin kolların çətənə kolları olduğunu və xüsusi qulluq nəticəsində yetişdiyini bildirmiş, çətənə kolları əkildiyi yerlərdən çıxarılaraq toplanmış və 54 ədəd kol olması müəyyən edilmiş, bundan sonra qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. İş materiallarına əlavə edilmiş ADAU-nun Bitkiçilik kafedrasının dosenti X6 tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə baxış zamanı aşkar edilmiş 54 ədəd çətənə kolları suvarılmış, alaq otlarından təmizlənmiş və başqa aqrotexniki qulluq işləri aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəmə bioloji ekspertizasının 17 iyun 2022-ci il tarixli 16/681 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş...» yazı və imzalar olan polietilen torbadakı, ümumi sayı 54 (əlli dörd) ədəd ümumi təmiz çəkisi 1350 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun ( mütəxəssisin ) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair 08 sentyabr 2022-ci il tarixli, 1326 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 iyul 2022-ci il tarixli 459 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini dərk edərək idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 18 iyun 2022-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji və Narkoloji dispanserlərindən alınmış xx.xx.2022-ci il tarixli, 3765 və 2656 saylı arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs qeyd edilən dispanserlərdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 95-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Kəpəz rayon İHB-nın Sadıllı qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 561 nömrəli arayış və xasiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961 İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1350 qram çəkidə narkotik tərkibli 54 ədəd çətənə bitkiləri məhv edilməli, şəxsi axtarış və yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntülər olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 60.80 (altmış manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Bağırov X4 dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 16 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 1350 qram çəkidə narkotik tərkibli 54 ədəd çətənə bitkiləri məhv edilsin, şəxsi axtarış və yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntülər olan 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 60.80 (altmış manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bağırov X4 dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar