Məhkəmə qərarları › İş №1(100)-456/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-456/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-456/2025 28.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nuxa küçəsi, ev 39-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, S.Rəhimov küçəsi, ev 39-da yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti 391 ünvanında yerləşən «Bazarstore» mağazasının arxa anbar qapısının qarşısında Zərərçəkmiş şəxs1 onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 ilə mübahisə edib cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə davranış qaydalarını qərəzli surətdə pozaraq özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirən və dava-dalaşı sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək sonuncunu kənara itələməsi ilə müşayiət olunan, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafa toplaşmış şəxslərin gözü qarşısında özünün üstünlüyünü nümayiş etdirməklə, ətrafdakı insanları özünə cəlb etməklə, ətrafda olan şəxslərə məhəl qoymayaraq qanunsuz olaraq silah qismində əldə edib üzərində gəzdirərək istifadə etdiyi soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa səthinin sol tərəfindən bir dəfə, sol bud nahiyəsindən bir dəfə və sağ əlin İİİ barmağından vurmaqla sonuncuya dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş yaralar, eləcə də döş qəfəsinin ön səthinin sol tərəfindən bir dəfə vurmaqla sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarətini yetirməklə qəsdən sağlamlığa ağır zərər vurub silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müəyyən sənədlərin alınması üçün Zərərçəkmiş şəxs1 pul götürmüş və bunun qarşılığında həmin sənədin alınmasında sonuncuya köməklik etmişdir. Buna baxmayaraq, o, həmin məbləği qaytarmağı üçün Coşqun ayrı-ayrı vaxtlarda onun üzərinə adamlar göndərib pulu qaytarmağını tələb etmişdir. O, həmin şəxslərə də məsələnin nə olduğunu izah etdikdən sonra sonuncular bunu başa düşüb getmişlər. Hadisə baş verən gün Coşqun pul məsələsi ilə bağlı onun anası Aybənizin işlədiyi məktəbə gedərək direktorun qəbula girmiş, direktor da Coşqunu əvvəlcə valideyn kimi qəbul etmiş və onun anası Aybənizi çağırmışdır. Anası gəldikdən sonra Coşqun onunla qışqıraraq kobud şəkildə danışmağa başlamışdır. Anası şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün bundan sonra vəziyyəti pisləşmiş və evdən ona zəng edərək Coşqunun etdikləri barədə bildirmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs1 zəng edib danışmışdır. Danışıq zamanı o, Coşqundan harada olmasını soruşmuş, sonuncu isə “Qlavnı” deyilən ərazidə olduğunu bildirmişdir. O, Coşquna etdikləri barədə danışmaq üçün yaşadığı “Köhnə Yevlax avtovağzalı” deyilən əraziyə gəlməsini dedikdə, sonuncu sözü olduğu təqdirdə mərkəzi kitabxananın qarşısına onun yanına özünün gəlməyini deyərək söyüş söymüşdür. O, anasının səhhətinin pisləşməsini bildikdən sonra evə getmək üçün taksiyə əyləşmişdir. Taksi sürücüsünün onu tanımamasına baxmayaraq, sonuncu onun əsəbi olduğunu görüb nə baş verdiyini soruşmuş, o, sürücüyə əvvəlcə mərkəzi kitabxananın yaxınlığına getməyini demişdir. Bununla uzaqdan Coşqunun orada olub-olmamasına baxıb evə getmək istəmişdir. Taksi sürücüsü avtomobili “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞnin binasının qarşısında dayandırmışdır. O, başını sağa çevirən zaman Coşqunun sağında olduğunu görmüşdür. Coşqun qapını açmış və o, avtomobildən düşmüşdür. Avtomobildən düşən kimi Coşqun qolundan tutub dartaraq “ə gəl görüm bura” demişdir. O, Coşquna avtomobilə əyləşməsini, buranın söhbət etmək üçün uyğun yer olmadığını demişdir. Coşqun isə kənara keçib söhbət edə biləcəyini deyərək onu yaxınlıqda yerləşən “Bazarstore” mağazasının arxa tərəfinə aparmışdır. Bu zaman kənardan tanımadığı 2-3 nəfər də yanlarına gəlmişdir. Həmin vaxtı o, Coşquna anasını görən zaman baş əyib hörmət göstərdiyini deyərək onun anasına qarşı işlədiyi yerə gedib nə səbəbə hörmətsizlik etdiyini sonuncudan soruşmuşdur. Bu sözlərindən sonra Coşqun ona “yaxşı etmişəm” demiş, ardınca da olduğu yerə gəlməyənə söyüş söymüşdür. Bundan sonra baş verənlər isə təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə olmuşdur. O, Coşqunla söhbət edən zaman tək olmuşdur. Xatırladığı qədəri ilə mübahisə zamanı bıçaqla Coşqunun sol bud nahiyəsinə və əlinə xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Coşqundan 3000 manat məbləğində pulu sonuncuya əlilliklə bağlı pensiya təyin edilməsinə köməklik göstərilməsi üçün xəstəxanalarda stasionar müalicə olunmasına və yaralanmasına dair sənədlər tərtib etdirmək üçün almışdır. Coşqun da İİ Qarabağ müharibəsində iştirak etmişdir. O, Coşqundan 3000 manat məbləğində pulu nə vaxt aldığını xatırlamamışdır. O, aldığı pul qarşılığında söz verdiyi sənədləri alıb Coşquna vermişdir. Coşqun ona əlillik dərəcəsi təyin etdirəcəyi barədə söz verdiyini deyib pulu qaytarmağını tələb etmiş, halbuki o, bu barədə sonuncuya söz verməmişdir. Coşqun onu atasını və qardaşını tanımasına və sonuncuların işlədikləri yeri bilməsinə baxmayaraq, pulu alması üçün anası Aybənizin işlədiyi yerə getmişdir. Bacısı da anası Aybənizlə birlikdə Gəncə şəhərində yerləşən 39 saylı orta məktəbdə müəllimə işləmişdir. Bacısı ona zəng edib Coşqunun kim olduğunu soruşmuş, anasına qarşı etdikləri barədə demiş və nəticədə anasının vəziyyətinin pisləşdiyini bildirmişdir. Bacısının Coşqunun etdikləri barədə dedikdən sonra o, əvvəlcə Coşquna zəng etmiş, lakin sonuncu telefonunu açmamışdır. Bundan sonra o, Coşquna ailəsinə qarşı nə üçün hörmətsizlik etməsi məzmununda mesaj yazmış, Coşqun isə “yaxşı etmişəm, sən məni pulumu qaytarmırsan, nə etməliyəm” deyə mesaj yazaraq cavab vermişdir. Hadisə zamanı istifadə etdiyi bıçaq müharibə zamanından onda qalmış və o, həmin bıçağı, həmçinin hərbi geyim formasını xatirə kimi evdə saxlamışdır. O, həkim göstərişi ilə səhhəti ilə bağlı gündəlik olaraq psixotrop maddələr qəbul etdiyi üçün bıçağı nə zaman götürdüyünü xatırlamamışdır. O, hadisə günü də psixotrop dərman qəbul etmiş və yığıncaq olduğundan spirtli içki qəbul etmişdir. Coşqunun onu söhbət etmək üçün apardığı yer gediş-gəliş üçün çox istifadə olunmamış, adamlar həmin yerdən 30-40 metr aralıdan hərəkət etmişlər. Coşqunla söhbət zamanı nə üçün ailəsinə qarşı hörmətsizlik etdiyini soruşduqda sonuncu yaxşı etdiyini bildirib onun ünvanına söyüş söymüşdür. O da buna görə Coşqunu bıçaqla vurmuşdur. Əvvəlcə o, Coşquna vurmuş, həmin vaxt onları ayıran kiminsə olub-olmamasını xatırlamamış, sadəcə Coşqunu vurduqdan sonra ona arxadan nə isə dəydiyini hiss etmişdir. Bundan sonra huşumu itirmiş, ayılan zaman isə bıçağın tiyəsindən əli ilə tutduğunu, digərlərinin isə əlindən bıçağı çəkib almaq istədiklərini, buna görə də əlinin kəsildiyini görmüşdür. Həmin vaxtı polis əməkdaşları gəlmişdir. Coşqun onunla söhbət edən zaman yanında iki nəfərdən çox tanışı olmuşdur. Onun anası uzun illərdir ki müəllim işləmiş və “əməkdar müəllim” adına layiq görülmüş, işlədiyi kollektivdə yüksək hörmətə malikdir. Coşqun anasının işlədiyi məktəbə gedib direktorun yanında “az bilmirəm gedin mənim pulumu verin, haradan tapırsınız tapın verin” kimi ifadələr işlətmiş, anası isə Coşquna sakitləşməsini, lazım olsa qızıllarını satıb pulunu qaytaracağını, işlədiyi yerin bu barədə söhbət edilməsinə uyğun olmadığnı, məsələni aydınlaşdırmaq üçün evə gəlməsini demişdir. Coşqunu bıçaqla vurmamışdan qabaq sonuncu ona söyüş söymüşdür. Onun Coşqunla davası 2-3 dəqiqə çəkmiş, dava zamanı o, başqa heç kimə xəsarət yetirməmiş, əksinə Coşqunun yanında olan şəxslər onu vuravura ayırmışlar. O, İİ Qarabağ müharibəsində iştirak etmiş, “Şuşanın azad olunmasına görə” medal ilə təltif edilmişdir. Müharibədə iştirak etdikdən sonra psixi xəstəlikdən əziyyət çəkmiş və bununla bağlı stasionar müalicələr almışdır. Polis əməkdaşları dava-dalaşı görüb yanlarına gəlmişdir. O, zərərçəkmiş şəxslə barışmış, 3000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 qaytarmış, etdiyi əməldən çox peşmandır. Müharibədən sonra yaranmış xəstəliyi ilə əlaqədar səbirsiz olub bu hadisəni törətmiş, lakin müharibədən əvvəl olsa idi, bütün bu proseslərə təmkinlə və səbirlə yanaşıb sakit formada həll etmiş olardı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs 3000 manat məbləğində alacağı olmuşdur. Hər dəfə Salehdən həmin pulu istəyəndə sonuncu müxtəlif bəhanələr gətirərək pulunu qaytaracağını demişdir. Bir müddət sonra o, Salehə zəng edəndə artıq sonuncu mobil telefonu götürməmişdir. O da Salehi artıq tapa bilmirdi. Bundan sonra o, məcbur olub Salehin anası Aybəniz xanımın işlədiyi 39 nömrəli orta məktəbə getmişdir. Salehin anası ilə danışıb oğlunun ona borcu olduğunu və Salehi tapa bilmədiyini deyib məktəbdən çıxaraq getmişdir. Bir qədər sonra Salehin özü ona zəng edib harada olduğunu soruşmuşdur. O da Salehə şəhər mərkəzində olduğunu demişdir. Bir qədər sonra Saleh onun yanına gəlmiş və onlar mübahisə etməyə başlamışlar. Nəticədə də hadisə baş vermişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Salehin anası Aybəniz müəllimənin yanına gedib sadəcə oğlunun ona borcu olduğunu və oğlunun harada olmasını bilmədiyini demişdir. O, Aybəniz xanımla söhbət edən zaman sonuncuya qarşı hər hansı hörmətsizlik etməmiş və nalayiq ifadə işlətməmişdir. Saleh zəng edib görüşməyi təklif etdikdə o, sonuncu ilə razılaşmışdır. Salehlə görüşəndə sonuncu nə üçün anasının işlədiyi məktəbə getdiyini ondan soruşmuş, o da “yaxşı edib getmişəm” demişdir. Bundan sonra Saleh əsəbiləşərək bıçaq çıxarmışdır. Həmin vaxt orada o və Saleh olmuş, Zərərçəkmiş şəxs2 yanlarına sonradan gəlmişdir. Hadisə zamanı Salehin ona neçə dəfə bıçaq zərbəsi vurmağa çalışdığını xatırlamamışdır. Hadisə zamanı qarın və ayaq nahiyəsindən bıçaq xəsarəti almış və əli yüngül kəsilmişdir. Salehlə dalaşan zaman onları Rahib ayırmış, polis əməkdaşları sonradan hadisə yerinə gəlmişlər. Bıçağı Salehin əlindən kimin almasını xatırlamamışdır. Onu xəstəxanaya Zərərçəkmiş şəxs2 aparmışdır. O, Aybəniz xanıma yaxınlaşıb Salehin borcu ilə bağlı köməklik göstərməsini dedikdən sonra sonuncu “mənlik deyil” demişdir. Bundan sonra o, pulunun qaytarılmasına kömək olacağına ümid etdiyi üçün məktəb direktorunun yanına getmiş, lakin bir nəticəsi olmamışdır. O, ümumiyyətlə məktəbin içərisində olan zaman hər hansı qeyri-etik ifadə işlətməmiş yaxud belə bir hərəkət etməmişdir. Salehlə “Bazarstore” mağazasının yanında olan mübahisələri 2-3 dəqiqə ərzində davam etmiş, həmin vaxtı kənardan heç kim onları görməmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Saleh ona olan 3000 manat məbləğindəki borcunu ödəmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Coşqunla Salehin mübahisə etdiklərini görüb sonuncuları ayırmışdır. Həmin vaxt o, heç bir xəsarət almamışdır. Hazırda heç kimdən şikayət və tələbi yoxdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisə günü o, Coşqunla birlikdə işlədiyi yerin qarşısında dayanmışdır. Bir qədər sonra o, Coşqunun Salehlə kənara çəkildiklərini görmüşdür. Bu zaman sonuncuların dalaşma ehtimalına qarşı o, arxalarınca getmişdir. Hadisə günü o, sadəcə hadisədən təxminən 5 dəqiqə əvvəldən Coşqunla birlikdə olmuş, sonuncu ilə də şəhərdəki mərkəzi kitabxananın qarşısında görüşmüşdür. Coşqunla görüşən zaman sonuncunun mobil telefonla danışmasını görməmişdir. O, Coşqunla Salehin mübahisə etmələrinin səbəbinin nə olmasını bilməmişdir. Coşqunla Saleh söhbət etmək üçün şəhərin mərkəzində yerləşən “Bazarstore” mağazasının yan tərəfinə getmişlər. O, Coşqunla Salehi dalaşan zaman ayırmış və həmin vaxt kiminsə əlində bıçaq görməmişdir. Hadisə zamanı Coşqunla Salehi ayırmağa çalışdığı üçün ətrafa kənar adamların toplaşıb-toplaşmadığına diqqət etməmiş, lakin mübahisə baş verən yerə kənar adamların toplaşması ehtimalı yüksək olmuşdur. Hadisə baş verən yerdən insanlar gediş-gəliş üçün istifadə etmişlər. Coşqunla Salehi ondan başqa ayırmağa çalışan olmamış, polis əməkdaşları hadisə yerinə sonradan gəlmişdir. O, sonradan hadisə zamanı Coşqunun xəsarət almasını bilmişdir. Hadisədən sonra Coşqunu xəstəxanaya o, aparmış, həmin vaxtı da sonuncunun köynəyində qan izlərinin olduğunu görmüşdür. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Coşqunla Saleh söhbət etmək üçün kənara gedən zaman o, dalaşmalarının qarşısını almaq üçün sonuncuların yanına getmişdir. Həmin vaxt orada sadəcə o, Coşqun və Saleh olmuşdur. O, Coşqunla Salehin söhbətlərinin nə qədər davam etdiyini bilməmiş, sonuncuların davası 1-2 dəqiqə müddətində davam etmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona heç bir təzyiq-təsir göstərilməmişdir. Onun heç kimdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 05 dekabr 2023-cü il tarixdə saat 17 radələrində dostu Coşqunla Gəncə şəhəri Mərkəzi kitabxananın yanında görüşmüşlər. Bundan sonra onlar ətir almağı qərarlaşdırmışlar. O, Coşqunla söhbət edən zamanı sonuncu Saleh adlı şəxsin 3 min manat verəcəyi olduğunu, lakin 1 ilə yaxındır ki məsələni yubatdığını, bunun üçün də həmin gün Saleh adlı şəxsin anasının çalışdığı məktəbə getdiyini bildirmişdir. Bundan sonra saat 17 radələrində o, kitabxananın yaxınlığında olan tualetlərdən birinə getmiş, həmin vaxt Coşqun çöldə qalmışdır. O, tualetdən çıxdıqdan sonra Coşqunun həmin yerdə olmadığını görmüş və həmin yerdə yaxınlıqda olan şəxslərin birindən beyaq burda dayanan oğlanın, yəni Coşqunun harada olmasını soruşanda həmin şəxslərdən biri Coşqunun bir nəfər şəxslə “Bazarstore” mağazası tərəfə getdiyini ona bildirmişdir. O, dərhal Coşqungilin arxasınca “Bazarstore” mağazası tərəfə gedəndə Saleh adlı şəxsin Coşqunla mübahisə etdiyini, Salehin Coşqundan nə üçün anası çalışdığı məktəbə getdiyini soruşduğunu, Coşqunun isə cavabında “yaxşı elədiyini, bir ildir pulunu Salehdən ala bilmədiyini” bildirmişdir. Həmin vaxt o, Coşqungili sakitləşdirməyə çalışmışdır. Mübahisə zamanı Saleh qəfil anda qolunda gizlətdiyi bıçağı çıxardaraq Coşquna bir neçə dəfə zərbələr endirməyə başlamış, həmin vaxt o, Salehi aralamağa çalışmış, hətta aralamağa çalışarkən Saleh onu itələdiyi üçün o, yerə yıxılmış, lakin heç bir xəsarət almamışdır. Daha sonra kənardan bir neçə şəxslər, hətta post-patrul əməkdaşları köməyə gəlmişlər və Salehi Coşqundan aralayıb kənara aparmışlar. Həmin vaxt o, Coşqunun köynəyindən qan gəldiyini və bıçaq yırtıqları olduğunu, sonuncunun xəsarət aldığını görüb dərhal Coşqunu polis əməkdaşlarının köməyi ilə xəstəxanaya aparmış, xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Hadisə zamanı o, heç bir xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. Hadisənin baş verməsinə səbəb Salehin Coşquna pul verəcəyi olması, həmin pulu ödəməməsi, bunun üçün də Coşqunun Salehin anası çalışan məktəbə getməsi və daha sonra Salehlə Coşqun arasında yaranmış mübahisə olmuşdur. Hadisə zamanı Coşqun Salehə heç bir xəsarət yetirməmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə yeri şəhərin mərkəzi küçələrinin birində baş verdiyi üçün hadisə zamanı ətrafdan kənar şəxslər hadisə yerinə toplaşmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs əlinin hansı şəraitdə kəsilməsi barədə onun heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, onun Coşqunla Saleh arasında olan 3000 manatla bağlı söhbətdən məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamış, heç kimdən də şikayət və tələbi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 qızı ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 onun işlədiyi 39 nömrəli orta məktəbə gəlmişdir. Məktəbdən ona əvvəlcə uşaqların valideynlərindən birinin gəldiyini və onu axtardığını demişlər. Həmin vaxt dərsi bitmişdir. Coşquna yaxınlaşdıqda sonuncu ondan Salehin anası olub-olmadığını soruşmuşdur. O, Salehin anası olduğunu dedikdən sonra Coşqun oğlu Salehin ona pul borcu olduğunu demişdir. O, sonuncuya bu barədə məlumatı olmadığını, əgər varsa özünün ödəyəcəyini demişdir. Coşqun isə “yox e borcu var verəcəksən” demişdir. Coşqun onunla qışqıraqışqıra danışmışdır. O, Coşquna burada qışqırmamasını, səbirli olmasını, axşam evə gəlməsini və orada bu məsələni aydınlaşdırmağı demiş və əgər Salehin borcu olarsa boğazındakı boyunbağını satıb pulunu verəcəyini bildirmişdir. Coşqun isə direktorun yanına gedəcəyini demişdir. O, şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün özünü pis hiss etməyə və əsməyə başlamışdır. O, Coşquna əməkdar müəllim olduğunu, direktorun ona hörmət bəslədiyini, sonuncunun yanına getməyə ehtiyac olmadığını demişdir. Coşqun kobud formada “pulu verməlisən” demişdir. O, biabır olmaqdan çəkinərək məktəbdən çıxıb getmişdir. Coşqun isə direktorun qəbuluna getmiş, sonuncu isə Coşquna onun barəsində şikayəti varsa məhkəməyə müraciət etməyi bildirmişdir. Sonradan bildiyinə görə baş verənlər barədə oğlu Saleh bilmiş və Coşquna zəng etmişdir. Oğlu Coşquna anasını görəndə əlindən öpdüyünü demiş, qarşılığında da Coşqundan nə üçün onu təhqir edib ağlatdığını soruşmuşdur. Coşqun isə cavabında “yaxşı etmişəm, ondan da betər edəcəm” demişdir. Bundan sonra ona məlum olmuş ki, Saleh Coşqunla dalaşmışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, o, özü Salehə zəng edib Coşqun adlı tanışı olub-olmamasını və həmin şəxsdən borc alıb-almamasını soruşmuş, eləcə də Coşqunun məktəbə gəlib onunla çox ağır şəkildə danışdığını demişdir. Ancaq telefonla danışan zaman Salehə Coşqunun onu təhqir etməsi barədə deməmişdir. Coşqun onunla məktəbdə danışanda əlini sifət nahiyəsinə yaxın formada hərəkət etdirmişdir. Sonuncunun gözləri “hədəqəsindən” çıxmış vəziyyətdə olmuş və üzərindən spirtli içki qoxusu gəlmişdir. O, Coşquna oğlunun borcunun olub-olmamasından xəbəri olmadığını dedikdə, Coşqun “sən də oğlun kimi yalançısan” demiş və əri ilə danışmaq üçün sonuncunun mobil nömrəsini istəmişdir. O, Coşquna ərinin mobil nömrəsini verməmiş və axşam bu barədə danışmaq üçün evlərini gəlməsini demişdir. Bundan sonra Coşqun onu çox ağır formada təhqir etmişdir. Coşqun danışıq zamanı əli ilə jestlər edərək “gör sənin başına nə oyun açacam” demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXTnin manqa komandiri Şahid4 ifadəsində göstərmişdir ki, xidmətdə olan zaman piyada xidmət aparan Şahid1 adlı polis əməkdaşı “Bazarstore” mağazasının yaxınlığında davadalaş olduğunu demişdir. Bundan sonra o, cəld bir şəkildə hadisə yerinə getmişdir. Oraya çatanda artıq mübahisə edənlərin aralandıqlarını, Təqsirləndirilən şəxs əlində bıçaq olmasını və əlinin qanamasını görmüşdür. Dava edən digər tərəfi isə xəsarət aldığı üçün xəstəxanaya aparmışdılar. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, o, hadisə yerinə gələn zaman zərərçəkmişi görməmişdir. O, orada sadəcə Salehi və sonuncunun əlində bıçaq olmasını görmüşdür. Onlar hadisə yerinə gəldikdən sonra Şahid1 Salehdən əlindəki bıçağı istəmiş, sonuncu da bıçağı vermişdir. Onlar hadisə yerinə gələn zaman oraya kənar adamlar da toplaşmışdır. Hadisə barədə məlumat alanda o, “Xəmsə” ticarət mərkəzinin yanında olmuş və qaçaraq oraya gəlmişdir. O, hadisə yerinə gəlib Salehin əlində bıçaq gördükdə sonuncudan nə üçün belə hərəkət etdiyini soruşaraq irad bildirmiş, Saleh həmin vaxt özündə olmamış və günahın qarşı tərəfdə olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXTnin polis nəfəri Musayev X1 Samir Səfər oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 İsrail oğlu ifadəsində göstərmişdir ki, o, halhazırda Gəncə şəhər 39 saylı orta məktəbin direktoru vəzifəsində işləyir. Şahid3 qızı həmin məktəbdə Azərbaycan dili-ədəbiyyat müəlliməsi vəzifəsində işləmişdir. 05 dekabr 2023-cü il tarixdə saat 13 radələrində işçiləri tərəfindən ona məlumat verilərək bildirilmişdir ki, bir nəfər qarabağ qazisi onunla görüşmək istəmişdir. O da həmin şəxsi qəbul etmişdir. Həmin şəxs özünü Coşqun kimi təqdim etmiş və Aybəniz müəllimənin məktəbdə olubolmadığını soruşaraq sonuncunu otağına dəvət etməyi ondan xahiş etmişdir. Coşqun onun otağına gələrkən əsəbi vəziyyətdə olmuş, lakin otaqda hər hansı bir qeyri-etik ifadələr işlətməmişdir. O da Aybəniz müəllimənin məktəbdə olub-olmadığı ilə maraqlanmış və işçiləri ona Aybəniz müəllimənin məktəbdən çıxdığını demişlər. O da bu barədə Coşquna bildirmişdir. Həmin şəxs ona Aybəniz müəllimənin oğlu Salehlə bir yerdə hərbi xidmətdə olduğunu, bir yerdə qulluq keçdiyini, Salehin verəcəyi olsa da həmin pulu qaytarmadığını demişdir. Ardınca Coşqun onun yanında Aybəniz müəllimə ilə danışmaq istədiyini demişdir. Bundan sonra o, Coşqunu yola salmış, işçilərinə Aybəniz müəlliməni çağırğamalarını demişdir. O, Aybəniz müəlliməyə olanlar haqqında məlumat vermiş, həmin məsələ barədə Aybəniz müəllimə məlumatlı olduğunu bildirmişdir. Bundan 1 gün sonra Aybəniz müəlliməni çağırmış, məsələnin nə yerdə olduğunu soruşmuş və sonuncu ona oğlunun Coşqunla dalaşdığını bildirərək polisə düşdüklərini demişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1879 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1) Döş qəfəsinin ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş yara aşkar olunmuş, qeyd edilən yara daxilə-plevra boşluğuna keçdiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; 2) Zərərçəkmiş şəxs1 bədənində yuxarıda qeyd edilən yaradan başqa döş qəfəsinin arxa səthində, solda bir ədəd, sol bud nahiyəsində bir ədəd və sağ əlin İİİ barmağında bir ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmiş, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; 3) Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş yaralar deşici-kəsici əşyanın təsiri nəticəsində əməllə gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 41 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa, betadır; 2) Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus ola bilər; 3) Təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 X7 şöbəsinin xx.xx.2023-cü il tarixli, 818 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarını, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi-psixoloji vəziyyətin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024cü il tarixli, 133 nömrəli stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F62.0) müəyyən edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi”ndən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs əziyyət çəkdiyi fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyinin gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/774/775 nömrəli məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir; 2) Təqdim olunan gödəkçənin səthində olan 02 ədəd “a” və “b” zədələri, poluverin səthində olan 03 ədəd “s”, “d”, “e” zədələri, maykanın səthində olan 02 ədəd “f", “k” zədələri və şalvarın səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir; 3) Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 1879 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthində solda bir ədəd deşilmiş-kəsilmiş yara”, “döş qəfəsinin arxa səthində, solda bir ədəd və sol bud nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yaralar” xəsarətləri ilə gödəkçənin səthində olan 02 ədəd “a", “b” zədələri, poluverin səthində olan 02 ədəd “c”, “e” zədələri, maykanın səthində olan 02 ədəd “f”, "k” zədələri və şalvarın səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 dekabr 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tarixi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyinə görə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bıçaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Heydər Əliyev prospekti 391 ünvanında yerləşən «Bazarstore» mağazasının arxa anbar qapısının qarşısıdır. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı üstündəki bıçaqla Zərərçəkmiş şəxs1 vurub xəsarət yetirdiyi yeri göstərmişdir. Hadisə yerinə baxış keçirilən zamanı cinayət hadisəsi baş verdiyi anın yaxınlıqdakı Gəncə şəhər Təhlükəsizlik şəhər Xidmətinin müşahidə kamerası vasitəsilə qeydə alındığı videogörüntü diskə köçürülərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Gəncə şəhəri X3 Cərrahiyyə şöbəsinin tibb bacısının könüllü olaraq təqdim etdiyi hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli köynək, bir ədəd gümüşü rəngli gödəkçə, bir ədəd qara rəngli mayka iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Nizami prospektində yerləşən «Bazarstore» mağazasının arxasındakı küçədə baş vermiş dava-dalaş faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilən zamanı cinayət hadisəsi baş verdiyi anın yaxınlıqdakı Gəncə şəhər Təhlükəsizlik şəhər Xidmətinin müşahidə kamerası vasitəsilə qeydə alındığı videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində başlanan videogörüntüdə 2 nəfər cavan oğlanın “Bazarstore” mağazasının arxa anbar qapısı tərəfdə hərəkətləri müşahidə olunur. Daha sonra bir nəfər saqqallı oğlanın onların yanına getməsi görünür. İlk öncə gedən iki nəfər şəxs mübahisə edirlər, daha sonra gələn saqqallı oğlan onları sakitləşdirməyə çalışır. Onlar arasında mübahisə davam edir və qəfil anda əynində boz rəngli gödəkçə olan şəxs əlində olan bıçaqla gümüşü rəngli gödəkçə geyinən şəxsə zərbələr endirir, həmçinin saqqallı olan şəxs öz ictimai borcunu yerinə yetirərkən onu kənara itələyərək onun müqavimətini qırır. Daha sonra boz rəngli gödəkçə olan şəxs əlində olan bıçaqla gümüşü rəngli gödəkçə geyinən şəxsə yenə zərbələr endirir. Bundan sonra həmin şəxslər kamera görüntüsündən kənarlaşırlar. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid3 qızı ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 Zərərçəkmiş şəxs1 onun işlədiyi məktəbə gələrək onunla kobud formada danışdığını və ona “az” deyə müraciət etdiyini Zərərçəkmiş şəxs1 üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin PPXT-nin 2-ci bölüyünün 2-ci tağımın 2-ci manqasının polis nəfəri Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə 5 nömrəli piyada marşrutunda xidmətdə olarkən X13 küçəsində yerləşən “Bazarstore” mağazasının yanında Təqsirləndirilən şəxs adı məlum olmayan digər şəxslə dalaşması, bunu görüb dərhal həmin şəxslərə müdaxilə etməsi və Təqsirləndirilən şəxs əlində olan bıçağı ona təhvil verməsi barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin NHİX-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 18:25-də X2 Zərərçəkmiş şəxs1 döş qəfəsinin daxilə keçən kəsilmişdeşilmiş yarası, sol bud və sağ əlin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023cü il tarixli “Vətən müharibəsi iştirakçılarının psixiatriyası müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş və ona “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi F62.0” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə PND-rə müraciət etmiş və ona “Posttravmatik stress pozuntusu, dissosiativ əlamətlərlə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Medalının İ-10415 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medal ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Fəxri adının İ-150 nömrəli vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid3 qızına Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adı verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 115379 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı statusu verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 045375 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 müharibə veteranı statusu verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 968542 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü Muhammədəli Zeynallı adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il təvəllüdlü Muhammədəli Zeynallı və xx.xx.2025-ci il təvəllüdlü Asya Zeynallı adlı iki azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli köynək, bir ədəd gümüşü rəngli gödəkçə, bir ədəd qara rəngli mayka, hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi soyuq silah hesab olunan bir ədəd bıçaq və hadisənin qeydə alındığı videogörüntü olan 1 (bir) ədəd informasiya daşıyıcısı olan disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli köynək, bir ədəd gümüşü rəngli gödəkçə, bir ədəd qara rəngli mayka və soyuq silah hesab olunan bir ədəd bıçaq Gəncə şəhər BPİnin saxlanma anbarına saxlanca verilmiş, 1 (bir) ədəd informasiya daşıyıcısı olan disk isə iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İH başçısının 3 nömrəli sahə İƏDÜN-nin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1995-ci il təvəllüdlü arvadı - X6 və 2024-cü il təvəllüdlü övladı - Muhammədəli Zeynallı ilə birlikdə Gəncə şəhəri, Nuxa küçəsi, ev 39-da qeydiyyatdadır, yaşadığı yer üzrə də müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, onun barəsində qanuna müvafiq qərar qəbul ediməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, onun barəsində qanuna müvafiq qərar qəbul ediməsini xahiş edir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrinə münasibətdə Təqsirləndirilən şəxs əməlləri düzgün tövsif olunsa da, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmiş, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm zərərçəkmiş Zərərçəkmiş şəxs1, həm də şahidlərin həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri ilə tam olaraq təsdiq olunur ki, 05 dekabr 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 əvvəlcə aralarında olan borc məsələsinə görə Təqsirləndirilən şəxs dəfələrlə zəng etməsinə baxmayaraq, sonuncu ilə əlaqə qura bilmədiyi üçün borca verdiyi 3000 manat məbləğində pulunu geri almaqdan ötrü Təqsirləndirilən şəxs anası Şahid3 işlədiyi məktəbə gedib orada sonuncu ilə oğlu Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı danışarkən milli mentalitetimizə sığmayan hərəkətlərə yol verib bir qadınla, ən əsası da bir əməkdar müəllimlə uca səslə və əl-qol hərəkətləri ilə danışması səbəbindən Şahid3 halı pisləmiş, Zərərçəkmiş şəxs1 isə buna əhəmiyyət verməyərək, əksinə həmin məktəbin direktorunun qəbuluna gedib Şahid3 və sonuncunun oğlu barəsində şikayətini bildirməklə Şahid3 direktor tərəfindən bu məsələ ilə bağlı məktəbə çağırılmasına səbəb olmuş, direktorun qəbulundan çıxdıqdan sonra Şahid3 evə gedərək bu məsələni ailə üzvlərinə danışdıqdan sonra Təqsirləndirilən şəxs bu barədə məlumat verilmiş, sonuncu da məhz buna görə, yəni öz aralarında olan borc məsələsinə görə hansı səbəbdən Zərərçəkmiş şəxs1 onun anasının işlədiyi məktəbə getməsini və nəyə görə bir qadınla uca səslə və əl-qol hərəkətləri danışmasını soruşmaqdan ötrü Zərərçəkmiş şəxs1 zəng edərək sonuncu ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti 391 ünvanında yerləşən «Bazarstore» mağazasının yaxınlığında görüşdükdən sonra qeyd edilən məsələləri aydınlaşdırarkən X9 Zeynalova “yaxşı edib getmişəm” deməsindən, ardınca isə sonuncunun ünvanına nalayiq ifadələr işlətməsindən sonra Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğu üçün əsəbiləşərək üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs1 zərbə vurub sonuncuya ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Yuxarıda sadalanan işin faktiki halları, yəni zərərçəkən Zərərçəkmiş şəxs1 təqsirləndirilən Təqsirləndirilən şəxs anasının işlədiyi məktəbə getməsi, orada sonuncu ilə kobud danışaraq nalayiq ifadələr işlətməsi və onu alçaltması, məhz buna görə də Təqsirləndirilən şəxs hadisə günü Zərərçəkmiş şəxs1 zəng edib sonuncu ilə görüşməsi tərəflər arasında mübahisə doğurmamışdır. Həmçinin iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, hadisənin baş vermə səbəbi ilə bağlı məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisədən öncə Zərərçəkmiş şəxs1 onun anasının iş yerinə gedərək onun və anasının ünvanına nalayiq ifadələr işlətməsi, eləcə də onun şəxsiyyətini alçaltması səbəbindən qeyd edilən hadisəni törətdiyini göstərmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin hadisə vaxtı psixi statusunun müəyyən edilməsindən ötrü alınmış xx.xx.2024-cü il tarixli, 133 nömrəli stasionar məhkəməpsixiatrik ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, həkimpsixiatr komissiyası tərəfindən hadisənin baş vermə səbəbi ilə bağlı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs: “Mən eşidəndə ki, Coşqun anamın işlədiyi yerə gedib, o zaman gözümə heç nə görünmədi. Niyə mənim anamın iş yerinə gedib ona nalayiq söz deməlidir ki? Mən də məsələni aydınlaşdırmağa getmişdim, belə hadisə baş verdi” kimi cavab vermişdir. Göründüyü kimi, hətta psixi statusunun müəyyən edilməsi zamanı da Təqsirləndirilən şəxs bir daha həkim-psixiatr komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 məhz sonuncunun onun anasının iş yerinə getməsi və orada onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsi səbəbindən vurduğunu təsdiq etmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasındakı sonuncuya ağır xəsarət yetirilməsi ilə nəticələnmiş mübahisənin konkret halda faktiki olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi söyməsi nəticəsində başlanması Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulması, eyni zamanda təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Göründüyü kimi, zərərçəkən Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətləri, yəni öz aralarında olan borc məsələsi ilə bağlı öz başına təqsirləndirilən şəxsin anasının iş yerinə getməsi, eləcə də Zərərçəkmiş şəxs1 hansı səbəbdən Təqsirləndirilən şəxs anası ilə ucla səslə danışaraq təqsirləndirilən şəxsin və anasının ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında olan məsələni aydınlaşdırarkən zərərçəkmişin təqsirləndiriləni söyüb təhqir etməsi səbəbindən tərəflər arasında məhz elə zərərçəkmişin təşəbbüsü ilə başlanmış mübahisə zamanı gərgin münasibət yaranmış, daha sonra şəxsi münasibətlər zəmində hər iki tərəf öz aqressiyasını “realizə” etmiş və nəticədə məlum cinayət hadisəsi baş vermişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Saleh Zeynalvoun zərərçəkmiş şəxsin qeyri-etik hərəkətlərinə görə sonuncu ilə mübahisə edib ona qəsdən sağlamlığa ağır zərər vurmasından ibarət cinayətin “heç bir əsaslı səbəb olmadan”, “xuliqanlıq niyyəti ilə” törədilməsi haqqında ibtidai istintaq orqanının nəticə çıxarmasını ziddiyyətli, yəni ittihamda təsvir edilmiş faktiki hallardan irəli gəlməyən hüquqi mövqe kimi qiymətləndirir və bu zaman xüsusilə onu qeyd etməyi vacib hesab edir ki, “ittihamın təsvirindən aşkar surətdə görünən, əməlin yanlış tövsif edilməsinə gətirib çıxaran hal odur ki, ibtidai istintaq orqanı “əsaslı səbəb” və sadəcə “səbəb” anlayışlarını eyniləşdirmiş, “səbəb”in mövcud olub-olmaması barədə qənaətini ilk növbədə təqsirkar şəxsin baş verənlərə subyektiv münasibətinə görə formalaşdırmalı olduğunu nəzərindən qaçırmışdır. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Bununla da məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan halların mövcudluğu Təqsirləndirilən şəxs törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin motivinin xuliqanlıq niyyəti olmasını inkar edir. Yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllərin qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə olunan əşyadan (soyuq silahdan) istifadə etməklə ictimai qaydanı qorunması üzrə vəzifəni yerinə yetirən və dava-dalaşı sakitləşdirməyə çalışan digər şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə veteranı olmasını, “Şuşanın azad olunmasına görə” medal ilə təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti qeyd edilən maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növü də təyin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə veteranı olmasını, “Şuşanın azad olunmasına görə” medal ilə təltif edilməsini, mərhum atasının da Birinci Qarabağ müharibəsi veteranı olmasını, anasının isə əməkdar müəllim fəxri adı ilə təltif edilməsini, o cümlədən himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, eləcə də hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsinin himayəsində olan iki azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar etməklə öz ailəsini ağır vəziyyətə sala biləcəyini, habelə ailəsinin rifahına, azyaşlı uşaqlarının tərbiyəsinə və həyat şəraitinə təsir edə biləcəyini, eyni zamanda məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə də müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasinin Cəzalarin İcrasi Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə tərkibi hesab edir ki, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə müdafiəçisi Müdafiəçi tərəfindən göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 286 (iki yüz səksən altı) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli köynək, bir ədəd gümüşü rəngli gödəkçə və bir ədəd qara rəngli mayka sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli, hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi soyuq silah hesab olunan bir ədəd bıçaq məhv edilməli, hadisənin qeydə alındığı videogörüntü olan 1 (bir) ədəd informasiya daşıyıcısı olan disk isə iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılsın və onun üzərində 03 (üç) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 286 (iki yüz səksən altı) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd göy rəngli cins şalvar, bir ədəd boz rəngli köynək, bir ədəd gümüşü rəngli gödəkçə və bir ədəd qara rəngli mayka sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi soyuq silah hesab olunan bir ədəd bıçaq məhv edilsin. Hadisənin qeydə alındığı videogörüntü olan 1 (bir) ədəd informasiya daşıyıcısı olan disk isə iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar