Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-457/2022 21.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X11 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X22, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X14 və ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X7 iştirakları ilə, ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını əldə edərək 2021-ci ilin dekabr ayının əvvəllərində yaşadığı Qazax rayonu Canallı kəndində yerləşən evinin həyətyanı sahəsində ön tərəfi açıq olan çardağın sağ tərəfində, dəmir konstruksiyalı divarın qarşısında əkərək qanunsuz olaraq külli miqdarda, ümumilikdə 30 ədəd şitillərdən ibarət narkotik tərkibli çətənə (kannabis) bitkilərini yetişdirərək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, həmin kollardan xx.xx.2022-ci il tarixdən etibarən yığıb qurudaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 255 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı həmin çardağın altında polietilen torbanın içərisində qanunsuz olaraq saxlamış, 03 iyul 2022-ci il tarixdə saat 11 radələrində Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin həyatyanı sahəyə baxış zamanı saat 11:05-dən 11:55-dək olan müddət ərzində bağ sahəsinin dəmir konstruksiyalı divarın qarşısından 30 ədəd olmaqla ən hündürünün boyu 300 santimetr, ən kiçiyinin boyu 75 santimetr olan yaş vəziyyətdə ümumi təmiz çəkisi 4950 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kolları və eyni zamanda aqrotexniki qaydada qulluq etdiyi çətənə kollarının yarpaqlarından yığıb qurutmaqla çardağın altında sellofan torbada saxladığı ümumi təmiz çəkisi 255 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, narkotik maddə aludəçisidir, narkotik maddə qəbul etməyinə səbəb onkoloji xəstələyilə əlaqədar yaranan ağrılarıı azaltmaq olmuşdur. Bir qayda olaraq narkotik vasitə olan “marixuana” istifadə edir. 2021-ci ilin dekabr ayının əvvəllərində öz şəxsi istifadəsi üçün Qazax rayonu, Canallı kəndində yaşadığı evin həyətyanı bağ sahəsinə çətənə kolunun toxumlarını səpmiş və onları arada bir sulamağa başlamışdır. Həmin vaxtdan sonra bir neçə ay müddətində toxumlar yetişib çətənə kolları vəziyyətinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olan zaman Qazax rayon Polis Şöbəsinin əməkdaşları videoçəkiliş vasitəsilə evinə gəldilər və onun yaşadığı evin həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olduğunu bildirərək bağ sahəsinə baxış keçirilməli olduğunu izah etmişlər. O baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını demiş və bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları baxış zamanı evinin həyətyanı bağ sahəsinin bir hissəsindən 30 (otuz) ədəd çətənə kolu, digər bir tərəfindən isə 17 (on yeddi) ədəd çətənə kolu aşkar etmişlər. O həmin kolların heç birinə qulluq göstərmədiyini bildirsə də, baxışda mütəxəssis qismində iştirak edən aqronom 30 (otuz) ədəd çətənə koluna qulluq göstərildiyini, digər 17 (on yeddi) ədəd çətənə koluna isə qulluq göstərilmədiyini bildirmişdir. Daha sonra o əvvəlcədən yaşadığı evin həyətində yerləşən çardağın alt hissəsinə qoymuş olduğu içərisində “qurudulmuş marixuana” olan sellofan torbanı könüllü surətdə təqdim etmiş və bağ sahəsindəki çətənə kollarından öz şəxsi istifadəsi üçün toplayıb qurutduğunu bildirmişdir. Bundan sonra ilk öncə 30 (otuz) ədəd çətənə kolu bir un kisəsinin içərisinə, 17 (on yeddi) ədəd çətənə kolu isə digər bir un kisəsinin içərisində qoyularaq qablaşdırılmış və üzərləri 64 saylı möhürlə möhürlənmişdir. Üzərləri o və digər içtirakçılar tərəfindən imzalanmışdır. Arxasınca könüllü surətdə təqdim etmiş olduğu qurudulmuş marixuana elektron əl tərəzisi vasitəsilə çəkilmiş və sellofan torbayla birlikdə ümumi çəkisi 260 (iki yüz altmış) qram təşkil etmişdir. Qurudulmuş marixuana içərisində olduğu sellofan torba ilə birlikdə qablaşdırılmış və 64 saylı möhürlə möhürlənərək üzəri tərəflərindən imzalanmışdır. Sonra videoçəkilişə baxış keçirilməsi üçün fasilə elan olunmuş və o videoçəkilişə baxdıqdan sonra hər hansı bir etirazının olmadığını bildirdiyi üçün videoçəkiliş başa çatdırılmışdır. Arxasınca o polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinin inzibati binasına gəlmiş və üzərində də narkotik vasitə saxlamaqda şübhəli olduğu izah edilərək şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra şöbədə yerləşən inzibati otaqlardan birində videoçəkiliş vasitəsilə vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin, şəxsi axtarış zamanı üzərindən hər hansı bir narkotik vasitə və ya digər qanunsuz bir predmet aşkar olunmamışdır. Bu səbəbdən də, videoçəkilişə baxış keçirildikdən sonra şəxsi axtarış başa çatdırılmışdır. O onkoloji xəstədir, ona görə də tərkibində narkotik maddələr olan bitkilərdən xəstəliyi üçün istifadə edirmiş. Onun narkotik vasitə istifadə etməsindən və tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməsindən ailə üzvlərinin və başqa heç kimin xəbəri olmamışdır. Yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrdən heç kimə satmamışam, həmçinin heç kimə verməmişdir. Həyətyanı bağ sahəsində əkib becərmiş olduğunuz narkotik tərkibli bitkilərin toxumlarını 2021-ci ilin xatırlamadığı aylarında yaşadığı Canallı kəndində küçədə kibrit qutusunun içərisində yerdən tapmış və bağ sahəsində olan çardağın altında saxlamışdır. O yaşadığı evin həyətyanı bağ sahəsində yerləşən və qarşı tərəfi açıq olan çardağın altında saxladı, polis əməkdaşları həyətyanı bağ sahəsinə baxış keçirən zaman təqdim etdiyi qurudulmuş marixuananı təxminən xx.xx.2022-ci il tarixdə saat 10 radələrində həyətyanı bağ sahəmdə əkib becərmiş olduğu narkotik tərkibli çətənə bitkilərinin iri yarpaqlarından toplayaraq, həyətyanı bağ sahəmdə yerləşən və qarşı tərəfi açıq olan çardağın heç bir yerdən gözlə görülməyən üst hissəsinə yan-yana sərməklə qurutmuş, quruduqdan sonra həmin yarpaqları sellofan torbaya yığıb çardağın altında öz istifadəsi üçün saxlamış, həmin qurutduğu yarpaqlardan bir neçə dəfə qalyana dolduraraq istifadə istifadə də etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən Qazax RPŞ-nin Daş Salahlı PB-nin rəisi vəzifəsində, polis polkovnik leytenantı xüsusi rütbəsində xidmət edir. Qazax rayon Canallı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində xidmətdə olarkən ona əməliyyat məlumatı daxil olmuş ki, Qazax rayon Canallı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olur. Ona görə də o bu barədə RPŞnin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin razılığından sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsi aparılsın, həmçinin qanunvericilik çərçivəsində tədbirlər davam etdirilsin. Bundan da sonra RPŞ-nin rəhbərli altında Qazax RPŞ-nin Daş Salahlı PB-nin sahə rəisi, polis baş leytenentı Şahid3, Qazax RPŞ-nin Daş Salahlı PB-nin sahə rəisi, polis baş leytenentı Şahid2, Qazax RPŞ-nin Daş Salahlı PB-nin sahə rəisi, polis baş leytenentı Şahid4, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenentı X6 və Qazax RPŞ-nin KTQnun ekspert kriminalisti polis kapitanı X3 ibarət əməliyyat istintaq qrupu yaradılmış və tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Bundan sonra RPŞ-nin rəhbərliyi tərəfindən ona digər bir iş həvalə edildiyi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün gedə bilməmiş, buna baxmayaraq tərəfindən yaradılmış əməliyyat istintaq qrupunun üzvləri Qazax RPŞ-dən çıxaraq Təqsirləndirilən şəxs yaşadığı yaşadığı mənzilə baxış keçirməyə getmişlər. Bir müddətdən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirməyə gedən əməkdaşlar Təqsirləndirilən şəxslə birlikdə geri qayıtmışlar. Polis əməkdaşları qayıtdıqdan sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən aqrotexniki qaydada qulluq edilmiş və yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə bitkiləri, həmçinin qurudulmuş marixuanaya oxşar kütlə müəyyən edilərək götürülmüşdür. Bundan da sonra Qazax RPŞ-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, üzərinə şəxsi axtarış keçirilmiş, yenə də ona digər bir iş həvalə edidiyi üçün şəxsi axtarışda iştirak edə bilməsə də daha sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik maddə və ya qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da, elə həmin ildən də Qazax RPŞ-nin Daş Salahlı PB-nin polis sahə rəisi vəzifəsində xidmət edir. Qazax rayon Canallı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Qazax rayon Canallı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməsi barədə RPŞ-nin Daş Salahlı PB-nin rəisi Şahid1 əməliyyat məlumatı daxil olmuş, Şahid1 bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə etdikdən və rəhbərliyin də razılığından sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın və gəldiyi yerin müşahidəsi aparılsın, həmçinin qanunvericilik çərçivəsində tədbirlər davam etdirilsin. Bundan da sonra RPŞ-nin rəhbərli altında o, Qazax RPŞ-nin Daş Salahlı PB-nin sahə rəisi, polis baş leytenentı Şahid3, Qazax RPŞ-nin Daş Salahlı PB-nin sahə rəisi, polis baş leytenentı Şahid4, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı polis leytenentı X6 və Qazax RPŞ-nin KTQ-nun inspektor kriminalisti polis kapitanı X3 ibarət əməliyyat istintaq qrupu yaradılmış və Şahid1 tərəfindən daxil olmuş əməliyyat məlumatının yoxlanılması zərurəti ilə əlaqədar qrupa daxil edilmiş əməkdaşlar təlimatlandırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən aqronom mütəxəssis olan X8 dəvət edilmişdir. Bundan sonra əməliyyat istintaq qrupunun üzvləri və aqronom mütəxəssis ilə birlikdə RPŞ-dən çıxaraq Qazax rayon Canallı kəndinə, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana çatdıqdan sonra KTQ-nun inspektor kriminalisti Rahil Hüseynov tərəfindən videoqeydiyyat aparılmaqla ünvana daxil olmuşlər, həyətdə kişi cinsli bir nəfər qarşılamış və özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Eyni zamanda özümüzü təqdim etmişlər və təhqiqatçı Cabbar İmamquluyev yaşadığı evin həyətyanı bağ sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməkdə şübhəli olduğunu deyərək Aslana yaşadığı evə baxış keçirilməsi üçün qəbul edilmiş qərarı göstərməklə qərarla tanış eləmiş və etirazının olub olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs də heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib becərməyi barədə soruşulmuş, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitkiləri əkib becərmədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirilməyə başlamıdır. Həyətyanı bağ sahəsinin girişindən sol tərəfdə yerləşən yardımçı tikilinin arxa tərəfində tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmiş, həmin yerdə Təqsirləndirilən şəxs həmin bitkilərə qulluq etmədiyini, bitkilərin toxumlarının suvarma arxının suyu ilə gəlib düşdüyünü və bitdiyini bildirmişdir. Həmin bitkilərə baxış zamanı aqronom mütəxəssis Barat Vəliyev həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs həmin bitkilərin yaxınlığında olan qarşı tərəfi açıq olan yardımçı tikilinin divarından asılmış polietilen torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmiş, Təqsirləndirilən şəxs həmin kütləni əkib becərmiş olduğu tərkibində narkotik maddələr olan bitkilərdən yığıb qurutduğunu və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində əkib becərmiş olduğu tərkibində narkotik maddələr olan bitkilər kökləri ilə birlikdə çıxarılmağa başlamış, həmçinin bitkilərin əkildiyi yerin torpaq qatından götürülmüşdür. Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsinin sağ tərəfindən girişindən daxil olduqda bağ sahəsində tərkibində narkotik maddələr olan bitkilərə bənzər bitki kolları aşkar olunmuş, həmin yerdə Təqsirləndirilən şəxs həmin bitkiləri əkib becərmədiyini bildirmiş, eyni zamanda aqronom mütəxəssis Barat Vəliyev də həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu və aqrotexniki qaydada qulluq edilmədiyini bildirmişdir. Həmin bitkilər də kök hissələri ilə birlikdə yerdən çıxarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən başqa hər hansı bir tərkibində narkotik maddələr olan bitkilər və narkotik vasitələr aşkar edilməmişdir. Kök hissələri ilə birlikdə çıxarılaraq götürülmüş və aqrotexniki qaydada qulluq edilmiş tərkibində narkotik maddələr olan bitkilər bir sıra şəklində düzülmüş, sayılmış, sayları 30 ədəd təşkil etmiş, boyları ölçülmüş, ən hündürünün boyu 300 sm, ən kiçiyinin boyu isə 75 sm təşkil etmişdir. Sonra həmin bitkilər 1 ədəd sintetik torbada qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli bitkilərin əkilib becərildikləri yerdən götürülmüş torpaq qatı qablaşdırılmiş, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0.260 kq təşkil etmiş və həmin kütlə də qablaşdırılmış, üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan da sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən aşkar edilərək kök hissələri ilə birlikdə götürülmüş yabanı halda bitmiş tərkibində narkotik maddələr olan bitkilər bir sıra şəklində düzülmüş, sayılmış, sayları 17 ədəd olmuş, sonra boyları ölçülmüş, ən kiçiyinin boyu 40 sm, ən hündürünün boyu isə 1.80 sm təşkil etmişdir. Həmin bitkilər də 1 ədəd sintetik kisədə qablaşdırılmış, üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs dəvət edərək RPŞ-nə gətirmişlər, RPŞ-nə gəldikdən sonra RPŞ-nin TB-nin təhqiqatçısı Cabbar İmamquluyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquqları izah edilmiş və hüquqlarının qorunması üçün müdafiəçi X18 polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və saxlaması barədə şübhəli olduğu bildirilib üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış aparılarkən yenə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində heç bir narkotik vasitə və qanunla qadağan olunmuş əşya olmadığını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd qulaq çöpü aşkar edilmiş, həmin əşya Aslanın özünə qaytarılmışdır. Bundan sonra baxışın və şəxsi axtarışın keçirilməsi barədə protokollar tərtib edilmiş, həmin protokoları o da imzalamış, həmçinin şəxsi axtarış zamanı da Qazax RPŞ-nin Kriminalistik Tədqiqatlar qrupunun inspektoru Rahil Hüseynov tərəfindən “Samsung” markalı videokameradan istifadə edilməklə çəkilmiş bütün videogörüntülər 1 ədəd DVD diskə yazılaraq protokollara əlavə edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahidlər Şahid4 və Şahid3 oğlu Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətində qanunsuz olaraq tərkibindı narkotik maddələr olan bitkiləri əkib yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ev Qazax rayonu Canallı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı bağ sahəsidir. Evin həyətaynı bağ sahəsindən Təqsirləndirilən şəxs aqrotexniki qaydada qulluq etdiyi, ən hündürünün boyu 300 santimetr, ən kiçiyinin boyu 75 sm təşkil edən 30 ədəd çətənə bitkisinə oxşar bitki kolları, ən hündürünün boyu 180 santimetr, ən kiçiyinin boyu 40 santimetr təşkil edən yabanı halda bitmiş çətənə kolları, həyətyanı bağ sahəsində yerləşəm və qarşı tərəfi açıq olan çardağın alt hissəsindən sellofan torba ilə birlikdə çəkisi 0.260 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin 30 ədəd aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə bitkilərinin əkilib becərildiyi yerdən torpaq qatından nümunə götürülmüşdür. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” adlı və MA seriyalı ******* nömrəli sənədə baxış zamanı müəyyən edildi ki, Qazax rayon Canallı kəndində yerləşən X4 məxsus olan fərdi yaşayış evi **********37-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə 0.10 hektar təşkil edir, yaşayış sahəsi 31.5 kv/m, yardımçı sahə 53.1 kv/m, ümumi sahə 84.6 kv/m, həyətyanı tikili olan təsərrüfat damı isə 15.8 kv/m təşkil edir. Həmçinin hüquqi sahibliyi tam pay şəklində X4 məxsusdur. «Şəxsi axtarış aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Qazax Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Qazax rayonu Canallı kəndində yerləşən evinin həyətyanı sahəsindən aşkar edilmiş 30 ədəd əkilib becərməsi qadağan olunmuş qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri və təmiz çəkisi 255 qram narkotik vasitə olan qurudulmuş marixuananın saxlamsında onunla birlikdə yaşayan ailə üzvləri, habelə digər şəxslər ona kömək etməmiş, bu barədə ailə üzvlərinin hər hansı şəxsin məlumatı olmamışdır.Həmçinin Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması barədə məlumat əldə olunmamışdır. Məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 16/759 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş qurudulmuş marixuana...” sözləri və imzalar olan kağız paketdəki, 3 (üç) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 255 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddəlr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs evindən açkar edilmiş 30 ədəd qulluq olunmuş çətənə kolları..” sözləri və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki, sayı 30 (otuz) ədəd ümumi təmiz çəkisi 4950 qram yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs evinin həyətindən götürülmüş 17 ədəd qulluq olunmamış çətənə kolları..” sözləri və imzalar olan 1 (bir) ədəd sintetik kisədə, sayı 17 (on yeddi) ədəd ümumi təmiz çəkisi 255 qram yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş 1 ədəd kağız paketdə olan marixuana ilə bir ədəd sintetik kisədəki 30 ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər digər bir sintetik kisədəki 17 ədəd çətənə (kannabis) bitkiləri ilə isə tərkiblərinə görə müxtəlifdirlər.Aqronom (mütəxəssis) X2 mütəxəssis arayışına əsasən təqdim edilmiş 30 (otuz) ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir digər 17 (on yeddi) ədəd bitkilərə aqrotexniki qaydada qulluq edilməmişdir onlar yabanı halda bitmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1126 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmiş. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Qazax rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixoloji və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 iyul 2022-ci ildən hesablanmışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 20 faiz dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Qazax rayon Hüseynbəyli kənd inzibati ərazi dairəsi üzrə namyəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayonu Canallı kəndində həyat yoldaşı X9, övladları X15, X13 və X16 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialı Qazax rayon qəbul şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hər ay İİ qrup əlilliyə görə 180 manat müavinət alır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan təmiz çəkisi 255 qram qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 254.8 qram qalığı və 30 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri Qazax RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi bu məhkəməyə aiddir. Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının CPM-nin tələblərinin pozulması halları aşkar edilməmişdir. AZ İİ № 274915 saylı “Ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə vəfat etmişdir. X7 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il taixli ərizəsindən göürünür ki, atası Təqsirləndirilən şəxs vəfat etməsi ilə bağlı onu təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını məhkəmədən xahiş etmiş və o, həmin tarixdə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası CPM-in 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Həmin Məcəllənin 106-1.5-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması barədə müraciət etmiş bir neçə yaxın qohum arasından hüquqi varisin seçilməsində mübahisə olduqda, həmin məsələni məhkəmə həll edir. Müraciət edilən anda şəxsin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir. Həmin Məcəllənin 106-1.6-ci maddəsinə əsasən şəxs təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər. Həmin Məcəllənin 106-1.7-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və bu Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Həmin Məcəllənin 106-1.8-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur: Həmin Məcəllənin 106-1.8.1-ci maddəsinə əsasən ölmüş şəxsin ittiham olunduğu əməlin törədilməsində onun təqsirini etiraf etmək; Həmin Məcəllənin 106-1.8.2-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin verdiyi şikayətdən imtina etmək. Həmin Məcəllənin 106-1.9-ci maddəsinə əsasən təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X16 məhkəməyə yazılı ərizə təqdim edərək hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X7 müdafiəçisi X14 da hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Dövlət ittihamçısı da çıxış edərək hazırkı cinayət işi üzrə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hüquqi varisi va digər cinayət prosesi tərəflərinin etirazı olmadığından hazırkı cinayət işi üzrə (ölmüş) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasan bəraətverici əsaslar olmadan xitam verilməlidir. İş üzrə maddi sübut hesab edilərək Qazax rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqindən sonra qalan təmiz çəkisi 255 qram qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 254.8 qram qalığı və 30 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X10 üzrə Dövlət Komissiyasının Daimi X21 Qrupu tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının CPM-nin 39.1.5, 106-1, 299, 300, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Cinayət işi üzrə (ölmüş) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə maddi sübut hesab edilərək Qazax rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqindən sonra qalan təmiz çəkisi 255 qram qurudulmuş marixuananın ekspertizadan qaytarılmış 254.8 qram qalığı və 30 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X10 üzrə Dövlət Komissiyasının Daimi X21 Qrupu tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilsin, 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-457/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-457/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver