Məhkəmə qərarları › İş №1(100)-457/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-457/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-457/2025 01.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1975-ci il tarixdə Ağdam rayonu, Əlimədətli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əlimədətli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi, ev 58-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan tarixdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” adlı İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısına əsasən külli miqdarda, yəni 08 ədəd bükümlərdə tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 52,45 qram, 74,58 qram, 56,18 qram, 42,47 qram, 120 qram, 100 qram, 33,22 qram və 415 qram olmaqla, ümumi təmiz çəkisi 893,9 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yaşadığı Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi, 58 nömrəli fərdi yaşayış evinin yataq otağında 17 fevral 2025-ci il tarixdə saat 13:32-dək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Bundan başqa o, istintaqla müəyyən edilə bilməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən “F-38533” nömrəli, 9 mm kalibrli, İtaliya dövlətində zavod üsulu ilə istehsal edilmiş VALTRO MOD 9 MİNİ modelli, texniki cəhətdən nasaz və yalnız tək-tək atəş üçün yararlı 01 (bir) ədəd qaz tapançasını və VALTRO MOD 9 MİNİ modelli qaz tapançalarının hissəsi olmaqla, zavod üsulu ilə İtaliya dövlətində istehsal edilmiş, 9 mm kalibrli qaz patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə yararlı 01 (bir) ədəd darağı qanunsuz əldə edib yaşadığı Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi, 58 nömrəli evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında 17 fevral 2025-ci il tarixdə saat 13:32-dək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib götürülənədək saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 228.5 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, meşəyə nar toplamağa gedən zaman narkotik vasitə olan bitki kollarını görüb yığmışdır. Topladığı kolları yaşadığı evə gətirmişdir. Bir müddət sonra polis əməkdaşları yaşadığı evinə gələrək narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib evdə narkotik vasitə saxlayıbsaxlamadığını soruşmuşlar. O da yaşadığı evdə narkotik vasitə saxladığını demiş və evə, həmçinin həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Evə baxış zamanı yataq otağından bir neçə paketdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin paketlər bir yerdə olmuşdur. Bundan əlavə, polis əməkdaşları tərəfindən onun yataq otağındakı döşəyin altına qoyduğu qaz tapançası da aşkar edilərək götürülmüşdür. Həmin qaz tapançasını balıq ovlamaq üçün gölə gedən zaman Lənbərandan tapmışdır. O, ümumiyyətlə tapançanın silah olduğunu bilməmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, uzun müddətdir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Evindən aşkar edilmiş narkotik vasitənin hamısını 2024-cü ilin sentyabr ayında eyni gündə meşədən yığmışdır. Narkotik vasitənin kollarının bir-birinə qarışmaması üçün ayrı-ayrı paketlərə yığmışdır. Aşkar edilmiş narkotik vasitənin üzərindən istifadə də etmişdir. Qaz tapançasını tapdığı vaxtı üzərindən xeyli müddət keçdiyi üçün dəqiqliklə xatırlamamışdır. Qaz tapançasından istifadə etməmiş və elə aşkar edilmiş şəkildə tapmışdır. Ailə üzvlərinin evdə narkotik vasitə saxlamağından, həmçinin qaz tapançası olmasından xəbəri olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, əməlindən də peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 Ramiz oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Ağdam RPŞ-yə Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitə istifadə etməsi, yaşadığı ünvanda saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və fərdi yaşayış evinə, həmçinin həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı evin yataq otağından 8 ədəd sellofan torbada narkotik vasitə aşkar edilmişdir. Bundan əlavə baxış zamanı yataq otağındakı döşəyin altından 1 ədəd tapançaya bənzər predmet aşkar edilmişdir. Qeyd edilən predmetlər qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, o, evdən aşkar edilmiş narkotik vasitənin çəkisini xatırlamamış, aşkar edilmiş narkotik vasitənin hamısı qurudulmuş marixuana olmuşdur. Narkotik vasitələrin hamısı yataq otağındakı qazanın içərisindən aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evin yaxınlığında olan meşədən topladığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid5, RPŞ-nin İTB-nin sahə rəisi Şahid3, eləcə də məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Ağdam RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 Şahid1 Ramiz oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/155 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş narkotik maddəyə bənzər 0,055 kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 52,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 2) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş narkotik maddəyə bənzər 0,080 kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli sellofan paketdə təmiz çəkisi 74,58 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 3) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş narkotik maddəyə bənzər 0,100 kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli parça torbada təmiz çəkisi 55 qram və həmin qara rəngli torbada olan 1 (bir) ədəd kağız bükümdə, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 1,47 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 1,18 qram, ümumi təmiz çəkisi 56,18 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 4) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş 0,050q kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli parça torbada təmiz çəkisi 42,47 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 5) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş narkotik maddəyə bənzər 0,150 kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ rəngli polietilen paketdə təmiz çəkisi 120 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 6) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş narkotik maddəyə bənzər 0,105 kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli sellofan paketdə təmiz çəkisi 100 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 7) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş 0,040q kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli sellofan paketdə təmiz çəkisi 33,22 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 8) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş narkotik maddəyə bənzər 0,530q kütlə” yazı və imzalar olan kisədəki 1 (bir) ədəd boz, qara rəngli parça torbada təmiz çəkisi 415 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.; 9) Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 893,9 qr., tədqiqata sərf edildi – 0,45 qr., qalıq – 893,45 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/808 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş 01 ədəd F-38533 nömrəli silah 9 mm kalibrli olmaqla zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş VALTRO MOD 9 MİNİ modelli qaz tapançasıdır və odlu silah hesab edilmir. Yuxarıda göstərilən səbəbə görə silah hal-hazırda texniki cəhətdən nasazdır və yalnız tək-tək atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. 2) Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş 9 mm kalibrli qaz patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli VALTRO MOD 9 MİNİ modelli qaz tapançalarının komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yaralıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 475 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 X6 Şöbəsinin xx.xx.2025-ci il tarixli, 203 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən törətmiş olduğu əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və ya sair psixi xəstəlik müəyyən edilməmiş, onda qəli cəhətdən geri qalma və ləngimə halları müşahidə edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2025-ci il tarixdə saat 12:29-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yaşadığı ev 58-ə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və mənzilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamasında qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli Təqsirləndirilən şəxs həmin gün saat 12:29-da Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində yaşadığı ev 58-ə baxış zamanı evin yataq otağından gümüşü rəngli qazanın içərisindən 8 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə birinci büküm 0,050 qram, ikinci büküm 0,150 qram, üçüncü büküm 0,100 qram, dördüncü büküm 0,040 qram, beşinci büküm 0,080 qram, altıncı büküm 0,055 qram, yeddinci büküm 0,105 qram və səkkizinci büküm 0,530 qram olması müəyyən edilmişdir. Daha sonra baxış davam etdirilərək yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd tapança aşkar edilmişdir. İçərisində narkotik vasitəyə bənzər kütlələr olan 08 (səkkiz) ədəd büküm və 01 (bir) ədəd tapança müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Ağdam RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Ramiz oğlunun təqdim etdiyi 8 (səkkiz) ədəd büküm, 01 (bir) ədəd tapança və əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 02 (iki) ədəd disk təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diksə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlarda narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Ramiz oğlunun tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Ramiz oğlunun tərtib etdiyi xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağdam RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 Ramiz oğlunun tərtib etdiyi xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RPŞ-nin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsini, onuncunun hər hansı şəxsə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən, Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(013)-31/2019 saylı hökmündən və Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(013)-05/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 01 (bir) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində xx.xx.2019cu il tarixdən qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X13 Dispanserinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RİH başçısının Yeni İmamqulubəyli qəsəbə İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı – X1, oğlu – X8 və gəlini - X5 ilə birlikdə Ağdam rayonu, İmamqulubəyli qəsəbəsi, ev 58-də yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 893,45 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd qaz tapançası və 01 (bir) ədəd daraq maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağdam RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 02 (iki) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. Yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və qaz silahını əldə edərək yaşadığı evdə saxlaması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin, qaz silahının və onun hissəsinin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Hazırkı cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş qurudulmuş marixuananın ümumi təmiz çəkisi 893,9 qram olmaqla külli miqdar təşkil edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayətlərə dair işlərə baxılarkən nəzərə alınmalıdır ki, bu cinayətlərin predmetini odlu silah, onun komplekt hissələri, döyüş sursatı (CM-in 228-ci maddəsində nəzərdə tutulmuş əməllərə münasibətdə - yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular, habelə (CM-in 228.5 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə münasibətdə) qaz silahı, soyuq silah, o cümlədən soyuq atıcı silah təşkil edir. Şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi predmetin odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara, yəni qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan cinayətlərin predmetinə aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, tapdığı silahı gizlətmiş və ya yerini dəyişmiş şəxs mahiyyətcə onu qanunsuz əldə edib saxladığına görə CM-in 228-ci maddəsi ilə məsuliyyət daşıyır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 10-cu bəndinə əsasən qaz silahı - gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silahdır. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.5-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(013)-31/2019 saylı hökmü ilə məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Hazırkı iş üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini xx.xx.2025-ci il tarixdə törətmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyi və həmin hökm üzrə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyi üçün o, məhkum olunmamış hesab olunur və onun əməllərində cinayətlərin residivi yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş əməliyyat-axtarış tədbiri zaman Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 893,45 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 (bir) ədəd qaz tapançası və 01 (bir) ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, həmçinin əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 02 (iki) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 475 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 fevral 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 110 (bir yüz on) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş əməliyyat-axtarış tədbiri zaman Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 893,45 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. 01 (bir) ədəd qaz tapançası və 01 (bir) ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Əməliyyataxtarış tədbirinin gedişini əks etdirən 02 (iki) ədəd disk, götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar