Məhkəmə qərarları › İş №1(100)-458/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-458/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-458/2022 09.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X16 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs tanımadığı başqa bir şəxslə ona xəyanət etməsindən şübhələnərək 3 iyul 2022-ci il tarixdə, saat 14 radələrində qayınanası Şahid2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş və sonuncu ilə barışıb uşaqları ilə birlikdə onu evə qaytarmaq istəməsini bildirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs onunla razılaşmamasına görə Təqsirləndirilən şəxs hiddətlənərək qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə fərdi yaşayış evinin daxilində yerləşən pilləkənlərdə qayınanası Şahid2, azyaşlı övladları Mələk Əliyeva və Malik Əliyevin gözləri qarşısında Zərərçəkmiş şəxs sinə nahiyəsindən 1 dəfə zərbə endirmiş, daha sonra qaçaraq yataq otağına daxil olan Zərərçəkmiş şəxs arxasınca gedərək cinayətkar niyyətini başa çatdırmaq məqsədilə yenidən qayınanası Şahid2 və azyaşlı övladı Malik Əliyevin gözləri qarşısında əlindəki bıçaqla 7 dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin arxa səthinin sağ yarısının peritonarxası boşluğa keçən sağ böyrəyi zədələyən və qarının ön səthinin sol yarısının daxilə keçən nazik və yoğun bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd), həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sol yanağın, boyunun aşağı üçdə birinin sağ yan səthinin və sol əlin ovuc səthinin kəsilmiş yaraları, qarının sağ yan səthinin daxilə keçməyən, sol bazunun aşağı üçdə birinin deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) xəsarətlərini yetirmiş, hadisə yerində olmuş qayınanası Şahid2, qonşuluqda yaşayan Şahid1 və Şahid3 qızının araya girib Təqsirləndirilən şəxs tutaraq onun cinayətkar niyyətini başa çatdırmasına mane olduğundan, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək arvadı Zərərçəkmiş şəxs anası Şahid2, az yaşlı övladları X12 və X7 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Nazim qızı onun arvadıdır. Onlar 2013-cü ildə rəsmi olaraq ailə qurmuşlar və bu evlilikdən hazırda 3 azyaşlıl övladları vardır. Onun böyük qızı Mələyin 6 yaşı, ortancıl oğlu Malikin 5 yaşı vardır və kiçik qızı Məryəm isə 7 aylıqdır. 19 oktyabr 2019-cu il tarixdə arvadı Talehənin istifadəsində əvvəllər görmədiyi telefon olduğunu görüb həmin telefonun kimin olduğunu soruşduqda, Talehə ona heç bir cavab verməmişdir. Bundan başqa o, Talehənin həmin telefonla kiminləsə danışığını görmüşdür. Belə olan halda Talehənin ona xəyanət etdiyini anlamışdır. O, buna görə Talehə ilə mübahisə edib dalaşmışdır. O, Talehə ilə bir müddət küsülü qalmışdır. Talehənin atası Nazim və anası Səlahət məsələdən xəbər tutduqda ondan boşanmamağı xahiş etmişlər. O, ailəsi və övladları üçün Talehəni bağışlamışdır. O, Talehənin telefonunu və istifadəsində olan “Samsung” markalı telefonu sındırmışdır. Daha sonra o, Talehəyə yeni “Samsung markalı mobil telefon alıb vermişdir. Onların münasibətləri ilk vaxtlar normal olsa da, sonradan o, yenə Talehədən şübhələnməyə başlamışdır. Çünki Talehə onunla çox soyuq münasibət saxlamışdır. 2 iyul 2022-ci il tarixdə saat 9 radələrində yaşadıqları ünvan 3 ünvanında yerləşən evdə olarkən Talehənin mobil telefonu ilə “Whatsapp” mesajlaşma proqramı ilə kiminləsə yazışdığını görüb şübhələndiyinə görə qəfildən telefonu əlindən alıb telefona baxanda Talehənin tanımadığı və dəqiq xatırlamadığı nömrə ilə sevgi məzmunlu yazışmasını görmüşdür. Talehə telefonu əlindən almaq istədikdə o, telefonu verməmiş və mesajları oxumağa davam etmişdir. O, mesajları oxuduqda Talehənin həmin şəxslə sevgi münasibətində olduğunu başa düşmüşdür. O, həmin tanımadığı nömrəyə mesaj yazaraq onun ailəsini dağıtdığını demişdir. Həmin şəxs isə ona cavab yazaraq psixoloq olduğunu bildirmişdir. O, hiddətlənərək evdə saxladığı cib bıçağını götürüb sol qolunu üzdən bir neçə dəfə kəsərək özünə xəsarət yetirmişdir. Talehə uşaqları da götürüb evdən qonşu Lamiyənin evinə getmişdir. O, Talehənin arxası ilə gedib yaşadıqları evə geri gəlməsi üçün danışmaq istəmişdir. Lakin, Talehə gəlməmişdir. Bundan başqa qonşu Lamiyə ondan polisə şikayət etmiş və polis əməkdaşları gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmışlar. O, izahat verdikdən sonra polis şöbəsindən çıxmışdır. O, evə gələndə Talehənin uşaqları və həmin telefonu da götürüb anası Səlahətin yaşadığı ünvan 4 ünvanına getdiyini bilmişdir. 3 iyul 2022-ci il tarixdə saat 13 radələrində o, Talehənin anası evinə getmişdir. Məqsədi isə Talehə ilə barışmaq və uşaqları ilə birlikdə yaşadıqları evə geri gətirmək olmuşdur. O, avtomobilində olan bir ədəd qatlanan bıçağı özü ilə götürmüş və şalvarının bel hissəsində gizlətmişdir. Məqsədi Talehəni qorxutmaq olmuşdur. Qayınanası Səlahət də həmin vaxtı evdə olmuşdur. O, evə girmiş və qayınanası ilə söhbət etmişdir. O, Səlahətə Talehənin ona xəyanət etdiyini demişdir. Səlahət isə ona boşanmağını bildirmişdir. O isə ailəsini dağıtmaq fikrinin olmadığı üçün Talehəni bağışlamaq istədiyini bildirmişdir. Belə olan halda Səlahət ona “sən get, mən onunla söhbət edib başa salacam, səninlə barışsın”-demişdir. O da razılaşmışdır. Daha sonra Səlahətdən saxlaması üçün verdiyi 1060 manat məbləğində olan pulu geri verməsini bildirmişdir. Səlahət pulu ona geri qaytarmışdır. Daha sonra o, evə girərək Talehəyə etdiyi səhvi etiraf etməsini deyib gedib birlikdə tövbə etməyi təklif etmişdir. Talehə onunla yaşamaq istəmədiyini, uşaqların da özünün olduğunu deyib, həmçinin onun valideynlərinin ünvanına nalayiq ifadə işlədərək getmək istəmədiyini bildirmişdir. O, əsəbindən bıçağı çıxarıb Talehənin qarın nahiyəsinə vurmuşdur. Həmin vaxtı onlar evdə birinci mərtəbədən ikinci mərtəbəyə qalxan otaqda olmuşlar. Talehə yerdən qalxıb ikinci mərtəbəyə çıxmış və otağa girmək istəyərkən o, Talehənin arxası ilə qaçıb getmişdir. O, Talehəni həmin yerdə vurub-vurmadığını xatırlamır. Daha sonra yaranmış səs-küyə gələn qonşular və Səlahət Talehəni götürüb evin həyətinə çıxartmışlar. O, evdən çıxmış və gəldiyi VAZ 2106 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu, Dəllər-Cəyir kəndinə anası Qönçənin yanına getmişdir. İdarə etdiyi avtomobili evdə saxlamış və anası Qönçənin pensiya kartını geri verib baş vermiş və törətdiyi əməli anasına danışmışdır. Sonra isə polisə təslim olmaq üçün piyada Dəllər qəsəbəsinə kimi gəlmiş və orada dayanmış ağ rəngli nömrəsini xatırlamadığı VAZ 2106 markalı taksi ilə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. O, hadisə zamanı istifadə etdiyi bıçağı da özü ilə gətirmişdir. O, şöbəyə girmiş və Növbətçi hissəyə yaxınlaşıb arvadını bıçaqla vurduğunu deyib hadisə barədə məlumat vermişdir. Sonra hadisə zamanı istifadə etdiyi bıçağı polislərə təhvil vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğu məhkəmə iclasında verilən suallara cavab olaraq Talehəyə bıçaqla birinci dəfə xəsarət yetirdikdən sonrakı ona yenidən bıçaqla xəsarət yetirməsini xatırlamadığını, o, Talehəyə bıçaqla xəsarət yetirərkən onlardan başqa heç kimin bunu görmədiyini, həmin vaxt onların yanında nə qaynanası Səlahət, nə də övladları, nə də digər şəxslərin olmadığını, onun Talehəni bıçaqla vurmaqda niyyətinin onu öldürmək olmadığını, o, sadəcə olaraq Talehəni qorxutmaq üçün bıçaqla vurduğunu, törətmiş olduğu əməldən peşman olduğunu bildirdi. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğu məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, “...... o, Talehəni ikinci mərtəbədə vurmaq istəyəndə qayınanası Şahid2 buna imkan verməmişdir. O, Zərərçəkmiş şəxs bıçaqla vuranda Talehənin anası Şahid2 araya girib onu tutmuşur.” Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, Təqsirləndirilən şəxslə 2013-cü il tarixdə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən üç azyaşlı övladı vardır. O, öz razılığı ilə Elçinlə ailə həyatı qurmuşdur. Onlar ailə həyatı qurduqdan sonra 2019-cu ilədək Elçinin anası Qönçə Əliyeva və qardaşı Elvin Əliyev ilə birlikdə Dəllər-Cəyir kəndində yaşamışlar. Onlar evləndikdən təxminən 2 (iki) il sonra Elvin də ailə həyatı qurmuş və ailəsi ilə onlarla birlikdə yaşamağa başlamışlar. Elçin Şəmkir rayonu Mədəniyyət evində çalışmışdır. Elçin həmçinin toylara müğənni kimi də getmişdir. Elçin pul qazansa da, pulu ailəsinə deyil, anası Qönçəyə vermişdir. Qayınanası Qönçə də pulu götürüb özü bildiyi kimi ailənin xərclərini qarşılamışdır. Qayınanası Qönçə evə normal ərzaq almamışdır. Bu kimi şeylərə görə onların evində həmişə mübahisə və dava düşmüşdür. Elçin və o, Qönçə ilə dalaşmışlar. Belə olan halda 2019-cu il tarixdə atası Nizami Əliyev onlara ünvan 5 ünvanında yerləşən bir otaqlı ev almışdır. 2013-cü il tarixdən etibarən onlara orada yaşamağa başlamışlar. Onlar həmin evdə yaşamağa başlayarkən də, Elçin yenə səbəbsiz yerə onunla dalaşıb, mübahisə etmişdir. Belə ki, Elçin təxminən 2017-ci il tarixdən narkotik vasitə istifadə etmişdir. Elçin həmişə evdə istifadə etmişdir. O, Elçinə dəfələrlə narkotik vasitədən evdə istifadə etməməyini desə də, Elçin ona məhəl qoymaraq evdə istifadə etmişdir. Belə olan halda o, Elçinə boşanacağını demişdir. Elçin isə hər dəfəsində boşanacağı halda onu və anası Şahid2 öldürəcəyini söyləmişdir. Elçin onu döydüyü üçün o, əşyalarını toplayıb anasının evinə getmək istəyəndə, Elçin ondan üzr istəyərək onu getməyə qoymamışdır. O da hər dəfəsində fikrindən daşınmışdır. Ancaq Elçin söz düşdükcə onu öldürəcəyini və işinin yüngül olması üçün polisə namus üstündə onu öldürdüyünü deyəcəyini söyləmişdir. Elçin “TİK-TOK” sosial şəbəkəsində canlı yayım açaraq tanımadığı qızlarla danışdığı üçün və Elçinin hərəkətlərindən bezdiyi üçün 2022-ci ilin may ayının təxminən 15-20-si aralığında Şəmkir rayon Məhkəməsinə gedərək boşanma ilə bağlı ərizə vermişdir. O, ərizəsini versə də, rüsum olaraq ödəməli olduğu 85 manat məbləğində pulu ödəyə bilməmişdir. O, sabahsı gün ödəməyini planlayaraq evə qayıtmışdır. Yolda olarkən Elçin ona zəng edib harada olduğunu soruşmuşdur. O, Elçinə məhkəməyə boşanma ərizəsi verdiyini demişdir. Elçin onun bu sözünə əsəbiləşərək onu evə çağırmışdır. O, evə çatanda Elçin onu döymək istəmiş, lakin döyməmişdir. Daha sonra Elçin ondan üzr istəyərək bir daha “TİK-TOK” sosial şəbəkəsinə girib qızlarla danışmayacağını demişdir. Belə olan halda o, bir daha məhkəməyə getməmişdir. Ancaq hər dəfə Elçin narkotik vasitə istifadə etdikdən sonra onun məhkməyə boşanma ərizəsi verməyini bəhanə edərək onunla dalaşmış və guya onun kiminləsə münasibəti olduğu üçün boşanmaq istədiyini deyib onu qısqanmışdır. 2 iyul 2022-ci il tarixdə Elçinlə bu kimi hallara görə yenidən aralarında mübahisə olmuşdur. Elçin hamama girmiş və “gör çıxım səni nağaracam” deyərək onu təhdid etmişdir. Belə olan halda o, ən kiçik övladı olan Məryəmi götürüb qonşu Lamiyənin evinə getmişdir. Gecə saatlarında Elçin Lamiyənin evinə gəlmişdir. Elçin qapını döyərək açmaqlarını, açmadıqları halda qapını qırıb onları öldürəcəyini demişdir. Onlar qorxmuşlar və Lamiyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmət mərkəzinə zəng edərək şikayət etmişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək Elçini polis şöbəsinə aparmışlar. Elçin polis şöbəsində olarkən o, tez evə gedərək əşyalarını götürüb anası Səlahətin evinə getmişdir. Saat 13 radələrində Elçin anasının evinə gəlmişdir. Anası həyətə çıxıb Elçini qarşılamışdır. O isə evin qapısını bağlayıb qapının arxasından Elçinlə anası Səlahətin söhbətinə qulaq asmışdır. Elçin onu evə geri qaytarmaq üçün söhbət etmək istəmişdir. Bu zaman evdə qonşuluqda yaşayan Lamiyənin qızı Nuray da olmuşdur. O, Nuraya qapını açmasını demiş və uşaqları götürüb evin ikinci mərtəbəsində olan otağa girmişdir. Elçin də yuxarı qalxmış və ondan evə qayıtmağını xahiş etmişdir. O isə razılaşmamışdır. Bu zaman anası Səlahət və Nuray da orada olmuşlar. Elçin X21dan otaqdan çıxmaqlarını istəmişdir. Elçin onunla söhbət edib gedəcəyini demişdir. X21 otaqdan çıxmışdır. Nuray otaqdan çıxarkən Elçinin belində olan bıçağı görüb ona işarə etmişdir. Çünki Elçin onun qarşısında dizi üstə yerə çökmüşdür. Elçin ona yalvararaq evə qayıtmağını istəsə də, o, razılaşmamışdır. Daha sonra 6 aylıq qızı Məryəm ağlamağa başlamışdır. Məryəm o biri otağın qapısının ağzında Nurayın qucağında olmuşdur. O, Məryəmi bəhanə edib otaqdan çıxmışdır. Elçin də onun arxasınca gələrək ondan evə qayıtmağını xahiş etmişdir. O, uşağı Nuraydan götürüb o biri otağa girmişdir. Elçin də yenə onun arxasınca gələrək yalvarmağa davam etmişdir. Daha sonra otağa Səlahət də gəlmişdir. O, otaqdan çıxıb pilləkənlərlə aşağı düşmüşdür. Bu zaman Elçin qəflətən onu sinə nahiyəsindən bıçaqla vurmuşdur. O, ikinci mərtəbədə olan otağa girib qapını örtmüş, lakin bağlaya bilməmişdir. Bu zaman Elçin yenə onun arxasınca gələrək sayını dəqiq xatırlamadığı bir neçə dənə bıçaq zərbəsi endirmişdir. O, yerə yıxılmışdır. Bu zaman anası Səlahət Elçini ondan ayırmağa çalışmışdır. X13bağına duraraq onun qarşısını almağa çalışmışdır. Lakin Elçini sakitləşdirmək mümkün olmamışdır. Bu zaman qonşuları Yalçın və Təranə gəlmişdir. Yalçın və Təranə çox çətinliklə Elçini sakitləşdirmişlər. Daha sonra onun huşu getmişdir. O, bir də özünə gələndə anasının və səs-küyə gələn qonşuların onu xəstəxanaya aparmaq üçün Yalçının maşınına doğru apardıqlarını görmüşdür. Bu zaman küçədə olan Elçin onun ayaqüstə olduğunu görüb, yenidən onun üstünə hücum çəkmişdir. Bu zaman anası Səlahət cəld şəkildə “pol ağacını” götürərək Elçini qorxutmuşdur. O, evə girib qapını bağlamışdır. O, qapının arxasında dizi üstə yerə çökmüşdür. Daha sonra adını xatırlamadığı qonşu qapını döyərək Elçinin getdiyini demişdir. O, qapını açmış və onu Yalçının avtomobili ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq hazırda təqsirləndirilən Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmənin onların himayəsində 3 azyaşlı övladlarının olmasını nəzərə almağını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “......O, otaqdan çıxıb pilləkənlərlə aşağı düşmüşdür. 6 aylıq körpəsi Məryəm onun qucağında, qızı Mələk və oğlu Malik də yanında olmuşlar. Bu zaman Elçin qəflətən onu sinə nahiyəsindən bıçaqla vurmuşdur. Bu zaman qucağında olan 6 aylıq qızı Məryəm qucağından yerə düşmüşdür. Nuray bərk qışqırmış və anası Səlahət da cəld özünü çatdıraraq Elçinə mane olmuşdur. Anası Səlahət ilə Nuray Elçinin qabağında durmuş və o, cəld yuxarı qalxmışdır. O, ikinci mərtəbədə olan otağa girib qapını örtmüş, lakin bağlaya bilməmişdir. Bu zaman Elçin yenə onun arxasınca gələrək sayını dəqiq xatırlamadığı bir neçə dənə bıçaq zərbəsi endirmişdir. O, yerə yıxılmış və oğlu Malik onun üstünə uzanaraq Elçinə mane olmağa çalışmışdır. Elçin isə qəddarcasına ona bıçaqla zərbələr endirmişdir. O, oğlu Maliki qorumaq üçün əlini bıçağın qabağına aparanda bıçaq onun sol baş barmağının vətərini kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, 1991ci il tarixdə Nizami Əliyev ilə ailə həyatı qurmuşdur. Lakin onların bu evlilikdən övladı olmamışdır. Buna görə də onlar 1995-ci il tarixdə Zərərçəkmiş şəxs övladlığa götürmüşlər. Onlar Talehəni öz doğma qızı kimi böyütmüşlər. Qızı Talehə 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən qızı Talehənin üç övladı dünyaya gəlmişdir. Talehə öz razılığı ilə Elçinlə ailə həyatı qurmuşdur. Talehə ilə Elçin ailə həyatı qurduqdan sonra 2019-cu ilədək Elçinin anası Qönçə Əliyeva və qardaşı Elvin Əliyeva ilə birlikdə Dəllər-Cəyir kəndində yaşamışdır. Elçin Şəmkir rayonu Mədəniyyət evində çalışmışdır. Elçin həmçinin toylara müğənni kimi getmişdir. Elçin pul qazansa da, pulu ailəsinə yox, anası Qönçəyə vermişdir. Anası Qönçə də pulu götürüb özü bildiyi kimi ailənin xərclərini qarşılamışdır. Qönçə evə normal ərzaq almamış və qızı Talehə evdə yemək də yeyərkən Qönçədən icazə alırmışlar. Bu kimi şeylərə görə Talehənin evində həmişə mübahisə və dava düşmüşdür. Belə olan halda 2019-cu il tarixdə əri Nizami Təqsirləndirilən şəxs və Talehə üçün Şəmkir şəhərində bir otaqlı ev almışdır. 2013-cü il tarixdən etibarən Elçinlə Talehə orada yaşamağa başlamışlar. Elçinlə Talehə həmin evdə yaşamağa başlayarkən də, Elçin yenə səbəbsiz yerə Talehə ilə dalaşıb, mübahisə etmişdir. Belə ki, Elçin təxminən 2017-ci il tarixdən narkotik vasitə istifadə etmişdir. Elçin həmişə evdə istifadə etmişdir. Talehə Elçinə dəfələrlə narkotik vasitədən evdə istifadə etməməyini desə də, Elçin məhəl qoymaraq evdə istifadə etməyə davam etmişdir. Elçin Talehəni döydüyü üçün Talehə əşyalarını toplayıb yaşadıqları evə geri qayıtmaq istəyəndə, Elçin hər dəfəsində Talehədən üzr istəyərək getməyə qoymamışdır. Ona görə də Talehə fikrindən daşınmışdır. Ancaq Elçin söz düşdükcə Talehəni öldürəcəyini və işinin yüngül olması üçün polisə namus üstündə öldürdüyünü deyəcəyini söyləmişdir. Elçin “TİK- TOK” sosial şəbəkəsində canlı yayım açaraq tanımadığı qızlarla danışdığı üçün 2022-ci ilin may ayının təxminən 15-20-si aralığında Şəmkir rayon Məhkəməsinə gedərək boşanma ilə bağlı ərizə vermişdir. Talehə ərizəni versə də, rüsum olaraq ödəməli olduğu 85 manat məbləğində pulu ödəyə bilməmişdir. Daha sonra Elçin Talehədən üzr istəyərək bir daha “TİK-TOK” sosial şəbəkəsinə girib qızlarla danışmayacağını demişdir. Belə olan halda Talehə bir daha məhkəməyə getməmişdir. Ancaq hər dəfə Elçin narkotik vasitə istifadə etdikdən sonra Talehənin məhkəməyə boşanma ərizəsi verməyini bəhanə edərək Talehə ilə dalaşmış və guya Talehənin kiminləsə münasibəti olduğu üçün boşanmaq istədiyini deyib qızını qısqanmışdır. 2 iyul 2022-ci il tarixdə Talehə Elçinin qonşulardan narkotik vasitənin istifadə edilməsində lazım olan falqa kağızı və limon duzu almasına görə Talehə ilə mübahisə etmişdir. Gecə saatlarında Elçin narkotik vasitə istifadə etmiş vəziyyətdə Lamiyənin evinə gəlmişdir. Elçin qapını qırıb içəridəkiləri öldürəcəyini demişdir. Belə olan halda Lamiyə 102 “Qaynar Xətt” xidmət mərkəzinə zəng edərək şikayət etmişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək Elçini polis şöbəsinə aparmışlar. Talehə də uşaqları ilə birlikdə onların evinə gəlmişlər. Həmin gün saat 13 radələrində Elçin də onların evinə gəlmişdir. O, həyətə çıxıb Elçini qarşılamışdır. Talehə isə evin qapısını bağlayıb qapının arxasından onlara qulaq asmışdır. Elçin Talehəni evə geri qaytarmaq üçün söhbət etmək istəmişdir. Bu zaman evdə Talehənin qonşusu Lamiyənin qızı Nuray da olmuşdur. Daha sonra Nuray qapını açmış və Talehə də uşaqları götürüb evin ikinci mərtəbəsində olan otağa girmişdir. Elçin də yuxarı qalxmış və Talehədən evə qayıtmağını xahiş etmişdir. Talehə isə razılaşmamışdır. Bu zaman o və Nuray da orada olmuşlar. Elçin onunla Nurayın otaqdan çıxmaqlarını istəmişdir. Elçin Talehə ilə söhbət edib gedəcəyini demişdir. O, Nurayla birlikdə otaqdan çıxmışlar. Nuray otaqdan çıxarkən Elçinin belində olan bıçağı görüb Talehəyə işarə etmişdir. X14rşısında dizi üstə yerə çökmüşdür. Elçin Talehəyə yalvararaq evə qayıtmağını istəsə də, Talehə razılaşmamışdır. Daha sonra 6 aylıq nəvəsi Məryəm ağlamağa başlamışdır. Məryəm o biri otağın qapısının ağzında Nurayın qucağında olmuşdur. Talehə uşağın ağlamağını bəhanə edib otaqdan çıxmışdır. Elçin də Talehənin arxasınca gələrək Talehədən evə qayıtmağını xahiş etmişdir. Talehə uşağı Nuraydan götürüb o biri otağa girmişdir. Elçin də yenə Talehənin arxasınca gəlib Talehəyə yalvarmışdır. Daha sonra Talehə otaqdan çıxıb pilləkənlərlə aşağı düşmüşdür. Bu zaman Elçin qəflətən Talehəni arxadan yaxınlaşıb bıçaqla sinə nahiyəsindən vurmuşdur. Nuray bərk qışqırmış, o, əlindəki pul qabını Elçinə atmış və cəld özünü Talehənin yanına çatdıraraq Elçinə mane olmuşdur. O, Nurayla birlikdə Elçinin qabağına durmuş və Talehə cəld şəkildə pilləkənlərlə yuxarı qalxmışdır. Talehə ikinci mərtəbədə olan otağa girib qapını örtmüş, lakin bağlaya bilməmişdir. Bu zaman Elçin yenə Talehənin arxasınca gedərək Talehəyə bir neçə dənə bıçaq zərbəsi endirmişdir. Talehə yerə yıxılmışdır. Elçin isə Talehəyə bıçaqla zərbələr endirmişdir. O, Elçinin qabağına durub onu qızı Talehədən ayırmağa çalışsa da, gücü çatmamışdır. Elçini isə sakitləşdirmək mümkün olmamışdır. Bu zaman qonşuluqda yaşayan Şahid3 gəlmişdir. Təranə də ona köməklik edərək Elçini Talehədən ayırmağa çalışmışdır. Daha sonra hadisə yerinə qonşusu Şahid1 da gəlmişdir. Şahid1 Elçinin başını qataraq Talehənin oradan çıxarıb xəstəxanaya aparmaq istəmişdir. Çünki Talehənin vəziyyəti çox ağır olmuş və Talehə kəskin şəkildə qan itirmişdir. Yalçın Elçini söhbətə tutmağa başlamışdır. Elçin əlində bıçaq Talehənin başının üstündə dayanaraq “Yalçın əmi sən qırağa dur, sən qarışma, qoy Talehə ölsün gedirəm polisə təslim olmağa”-deyə Şahid1la danışmağa başlamışdır. O da ağlayaraq Elçindən Talehəni xəstəxanaya aparmaqlarına icazə verməsini yalvararaq xahiş etmişdir. Elçin isə Talehəyə yaxınlaşmaqlarına icazə verməmişdir. Talehə isə yerdə kəskin olaraq qan itirmişdir. Daha sonra onlar Elçini söhbətə tutaraq birtəhər evdən çölə çıxartmışlar. Yalçın Talehəni qucağına alaraq evdən çölə çıxartmışdır. Daha sonra Talehə divardan tutaraq asta-asta Yalçının idarə etdiyi avtomobilə doğru getmişdir. Bu zaman Elçin əlində bıçaq yenə Talehəyə hücum çəkmişdir. Talehə dərhal evə girib qapını arxadan bağlamışdır. O, Elçinin yenə geri qayıtdığını gördükdə həyətdə olan “pol ağacını” götürərək Elçinin arxasınca atıb Talehəyə yaxınlaşmağa qoymamışdır. Elçin idarə etdiyi avtomobilə əyləşib getmişdir. Onlar da Talehəni Yalçının idarə etdiyi avtomobillə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Qonşuluqda yaşayan Təranə də onlarla getmişdir. Yol boyunca Talehənin huşu özündə olsa da, çox çətinliklə danışmışdır. Xəstəxanada Talehəyə ilkin tibbi yardım göstərilmiş və daha sonra əməliyyat olunmuşdur. Şahid2 məhkəmə istintaq zamanı ona ünvanlanmış suala cavab olaraq Elçinin Talehəni bıçaqla vurarkən uşaqlarının orada olmasını xatırlamadığını göstərsə də ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “.....daha sonra Talehə otaqdan çıxıb pilləkənlərlə aşağı düşmüşdür. 6 aylıq körpəsi Məryəm Talehənin qucağında, qızı Mələk və oğlu Malik də yanında olmuşlar. ....Talehə oğlu Maliki qorumaq üçün əlini bıçağın qabağına aparanda bıçaq Talehənin sol baş barmağının vətərini kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, 2004cü il tarixdən Şahid2 ailəsi ilə qonşudur. Belə ki, onun yaşadığı ev ilə Şahid2 yaşadığı ev yanbayan yerləşir. O, Şahid2 və onun ailəsi ilə çox yaxşı münasibəti vardır. O, Təqsirləndirilən şəxs da Səlahətin qızı Zərərçəkmiş şəxs əri olaraq tanımışdır. Onun Elçinlə də çox yaxşı münasibəti vardır. Hadisə olan günü, yəni 3 iyul 2022-ci il tarixdə saat 13 radələrində o, işdən evə gəlmişdir. O, paltarlarını dəyişdikdən sonra, yəni təxminən 10 dəqiqə sonra kiminsə yaşadığı evin qapısını bərkdən döydüyünü eşitmişdir. O, qapını açdıqda adını sonradan bildiyi Nuray adlı bir qızın ağlaya-ağlaya “öldürdü, öldürdü” dediyini görmüşdür. Bu zaman Səlahətin yaşadığı evdən səs-küy gəldiyini eşitmişdir. O, dərhal Səlahətin yaşadığı evə getmiş və fərdi yaşayış evinin ikinci mərtəbəsində Səlahətin qızı Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu Təqsirləndirilən şəxs əlində bıçaq Zərərçəkmiş şəxs yenə bıçaqla vurmaq istədiyini və Səlahətin, həmçinin onlarla qonşuluqda yaşayan Şahid3 Elçinin qabağına duraraq Elçini Talehədən uzaqlaşdırmağa çalışdığını görmüşdür. O da Səlahət və Təranəyə kömək edərək Elçini Talehədən uzaqlaşdırmağa çalışmışdır. O, Elçinin başını qataraq Talehəni oradan çıxarıb xəstəxanaya aparmaq istəmişdir. Çünki Talehənin vəziyyəti çox ağır olmuş və Talehə kəskin şəkildə qan itirmişdir. O, Elçini söhbətə tutmağa başlamışdır. Elçin əlində bıçaq Talehənin başının üstündə dayanaraq “Yalçın əmi sən qırağa dur, sən qarışma, qoy Talehə ölsün gedirəm polisə təslim olmağa”-deyə mənimlə danışmağa başlamışdır. Səlahət də ağlayaraq Elçindən Talehəni xəstəxanaya aparmaqlarına icazə verməsini yalvararaq xahiş etmişdir. Elçin isə Talehəyə yaxınlaşmaqlarına icazə verməmişdir. Talehə isə yerdə kəskin olaraq qan itirmişdir. Həmin vaxt uşaqları görməsini xatırlamasada onların səsini eşitmişdir. Daha sonra onlar Elçini söhbətə tutaraq birtəhər evdən çölə çıxartmışlar. O, Talehəni qucağına alaraq evdən çölə çıxartmışdır. Bu zaman Elçin əlində bıçaqla yenə Talehəyə hücum çəkmişdir. Elçinin yenə geri qayıtdığını görən Səlahət “pol ağacını” götürərək Elçini Talehəyə yaxınlaşmağa qoymamışdır. Elçin idarə etdiyi avtomobilə əyləşib getmişdir. Onlar da Talehəni idarə etdiyi avtomobili ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva X9 Bədirovla verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 iyul 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs Nazim qızının atasına məxsus fərdi yaşayış evidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X17-Təcrübi və X24 Hüquqi şəxsin 10 avqust 2022-ci il tarixli, 925 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sol yanağın 1 ədəd kəsilmiş yarası, boyunun aşağı üçdə birinin sağ yan səthinin 1 ədəd kəsilmiş yarası, döş qəfəsinin arxa səthinin sağ yarsının peritonarxası boğluğa keçən sağ böyrəyi zədələyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön səthinin sol yarısının daxilə keçən nazik və yoğun bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş 1 ədəd deşilmiş kəsilmiş yarası, qarının sağ yan səthinin daxilə keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun aşağı üçdə birinin ön və iç səthinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin 1 ədəd kəsilmiş yarası xəsarətləri (cəmi 8 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmiş, yetirilmə müddətləri 3 iyul 2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə döş qəfəsinin arxa səthinin sağ yarsının peritonarxası boğluğa keçən sağ böyrəyi zədələyən və qarının ön səthinin sol yarısının daxilə keçən nazik və yoğun bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmişkəsilmiş yaraları (cəmi 2 ədəd) həm ayrı-ayrılıqda, həm də, birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, sol yanağın, boyunun aşağı üçdə birinin sağ yan səthinin və sol əlin ovuc səthinin kəsilmiş yaraları, qarının sağ yan səthinin daxilə keçməyən, sol bazunun aşağı üçdə birinin deşilmiş-kəsilmiş yaraları (cəmi 6 ədəd) isə həm ayrı-ayrılıqda, həm də, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X29n 26 avqust 2022-cu il tarixli, 414-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində 1 (bir) ədəd və köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 1 (bir) ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 1 (bir) ədəd, arxa səthinin orta nahiyəsinin aşağı hissəsində 1 (bir) ədəd və arxa səthinin sol yarısının aşağı hissəsində 1 (bir) ədəd (cəmi 4 (dörd) ədəd) deşilmiş-kəsilmiş zədələr aşkar olunmuş, bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin və şalvarın üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthinin sol yarısının yuxan hissəsində olan 1 (bir) ədəd, köynəyin ön səthinin sol yarısının aşağı hissəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan qarının ön səthinin sol yarısının daxilə keçən, nazik və yoğun bağırsaq müsariqəsini zədələyən 1 ədəd eyni xarakterli yarası; köynəyin ön səthinin sol yarısının yuxan hissəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan boyunun aşağı üçdə birinin sağ yan səthinin 1 (bir) ədəd kəsilmiş yarası; köynəyin arxa səthinin orta nahiyəsinin aşağı hissəsində olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan döş qəfəsinin arxa səthinin sağ yarısının peritonarxası boşluğa keçən və sağ böyrəyi zədələyən 1 (bir) ədəd eyni xarakterli yarası ilə və köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində olan 1 (bir) ədəd deşilmiş- kəsilmiş zədə onun bədənində olan qarının sağ yan səthinin daxilə keçməyən 1 (bir) ədəd eyni xarakterli yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq, üst-üstə düşürlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sol yanağın 1 ədəd və sol əlin ovuc səthinin 1 ədəd kəsilmiş; sol bazunun aşağı üçdə birinin ön və iç səthinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları bədənin paltarlarla örtülməyən nahiyələrində yerləşmədiyi üçün ona məxsus və ekspertizaya məxsus geyim əşyalarının üzərində öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X29n 8 sentyabr 2022-cu il tarixli, 517/2022/MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A/ll/./şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, cins şalvar, qatlanan cib bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 2 ədəd kosmetik çubuğun ucundakı pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni və əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alınmışdır. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 6 iyul 2022-ci il tarixli 428 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psix fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsirli altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli 1427 nömrəli ekspert rəyindən görünür ki, narkotik vasitə olan kannabinoidlərdən və heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən ezab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrini İdarəetmə X20 Rayon Xəstəxanasının “X29”nin X2 8 iyul 2022-ci il tarixli, 231 nömrəli arayışından görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Əliyev X11 rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Şəmkir rayon polis şöbəsinin 8 oktyabr 2022-ci il tarixli, 190-34163-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Teman oğlu qısqanclıq zəminində qisas almaq niyyətilə Zərərçəkmiş şəxs qəsdən adam öldürməyə cəhd edən zaman ətrafda Şahid2, X18, X12, X10, Nuranə Alıyeva, Şahid1 və Şahid3 qızı olmuş, Təqsirləndirilən şəxs Teman oğlunun əvvəllər narkotik maddə istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bundan başqa Təqsirləndirilən şəxs yaxın qohumları, eləcə də digər şəxslərlə qarşılıqlı münasibəti və ailə daxili hər hansı bir probleminin olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs Teman oğlunu cinayət törtəməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxs və ya şəxslərin olması müəyyən edilməmiş, hadisədən əvvəl Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər də dəfələrlə ailədaxili münaqişəsi olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 4 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə saat 13 radələrində qayınanası Şahid2 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə getdiyini, məqsədi arvadı Zərərçəkmiş şəxs ilə barışmaq və uşaqları ilə birlikdə yaşadıqları evə geri qayıtmaq olduğunu, o, arvadı Zərərçəkmiş şəxs qorxutmaq üçün avtomobilində olan bir ədəd qatlanan bıçağı özü ilə götürərək şalvarının bel hissəsində gizlətdiyini, o, evə girərək qayınanası Şahid2 ilə söhbət etdiyini, o, Şahid2 Talehənin ona xəyanət etdiyini, lakin ailəsini dağıtmaq fikrinin olmadığını dediyini, Səlahət isə ona “sən get, mən onunla söhbət edib başa salacam, səninlə barışsın”-deyərək Talehəni evə qayıtması üçün razı salacağını dediyini, ancaq o, evə girərək Talehə ilə söhbət etməyə başladığını, Talehə onunla yaşamaq istəmədiyini, uşaqların da onun olduğunu deyib evə qayıtmaq istəmədiyini, o, əsəbləşərək bıçaqla Talehənin qarın nahiyəsinə zərbə endirdiyini, daha sonra yenidən bıçaqla Talehənin bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurduğunu, daha sonra Talehənin arxasınca qaçdığını, lakin onu yenidən vurub-vurmadığını xatırlamadığını, daha sonra Şahid2 və hadisə yerinə gələn qonşuların onu tutduqlarını, Talehəni xəstəxanaya aparmaq üçün evdən həyətə çıxardıqlarını, onun da idarə etdiyi avtomobilə əyləşib hadisə yerindən uzaqlaşdığını bildirmiş, hadisə baş verən fərdi yaşayış evinin həyətinin giriş hissəsini, hadisə baş verən fərdi yaşayış evinin giriş hissəsini, Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi otağı, Zərərçəkmiş şəxs bıçaqla ilk zərbəni vurduğu pilləkənlərin qurtaracağını və sonuncuya bir neçə dəfə bıçaqla zərbə endirdiyi yeri əyani olaraq göstərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi barədə” 8 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zamanı istifadə etdiyi bir ədəd qara rəngli, açıq vəziyyətdə 22,5 sm, qapalı vəziyyətdə isə 12,5 sm təşkil edən bıçaq, xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla götürülmüş hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış 2 (iki) ədəd pambıq çöp, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd yerliyi ağ rəngli və üzərində qara xətləri olan qısa qol köynək və bir ədəd açıq mavi rəngli cins şalvar, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 18987 nömrəli cavab məktubu ilə daxil olmuş disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və saxlanılması üçün Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış X6 İdarəsinin Şəmkir rayon Mədəniyyət Mərkəzi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli xasiyyətnamədən, Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Dəllər Cəyir kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2022cu il tarixli 08/22 nömrəli məktubundan, xasiyyətnaməsindən və 27 iyul 2022-ci il tarixli 367 və 368 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X8, qızları X12 (2015), X10 (2022) və oğlu X18 (2017) ilə birlikdə Şəmkir rayonu, Dəllər Cəyi kəndində yaşamış, yaşayış və işlədiyi dövr ərzində iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 3 iyul 2022-ci il tarixli “könüllü gəlib təqsirini boynuna alma haqqında” protokoldan görünür ki, Əliyev X11 rayon polis şöbəsinin növbətçi hissəsinə gələrək 3 iyul 2022-ci il tarixdə Şəmkir şəhəri ərazisində arvadı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi barədə məlumat verərək könüllü təslim olmuş və hadisə zamanı istifadə etdiyi bıçağı təslim etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 1 noyabr 2022ci il tarixli notarial qaydada təsdiq edilmiş barışıq ərizəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət yoxdur, onunla barışmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 3 iyul 2022-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və 5 iyul 2022-ci il tarixli Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 3 iyul 2022-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 30 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hazırki iş üzrə sübutlara qiymət verərkən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman niyyətinin onu öldürmək deyil sadəcə qorxutmaq olmasına, hadisə baş verdiyi vaxt yanlarında heç kəsin olmamasına dair məhkəmə istintaqında verdiyi ifadəsini özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin, iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə digər şübhə doğurmayan sübutlarla ziddiyyət təşkil etdiyi qənaətinə gələrək həmin ifadələri həqiqətə uyğun gəlməyən, təqsirləndirilən şəxs tərəfindən öz hüquqlarından istifadə edərək daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs atasına məxsus evə gələrkən üzərində cinayət hadisəsini törədərkən istifadə etdiyi bıçağı özü ilə gətirmiş, qısqanclıq zəminində özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə 2-si ağır xəsarət olmaqla ümumilikdə 8 bıçaq xəsarəti yetirmiş, ilk bıçaq xəsarətindən sonra zərəçəkmiş şəxsin ondan qaçmasına baxmayaraq yenidən onun arxasınca gedərək cinayətkar niyyətini başa çatdırmaq məqsədilə ona bıçaq xəsarətləri yetirməklə onu öldürmək niyyətində olmuş, lakin zərərçəkmiş şəxsin anasının ona mane olması, daha sonra qonşularının araya girməsi və zərərçəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılması ilə həmin niyyətini başa çatdıra bilməmiş yəni zərərçəmiş şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Bundan başqa təqsirləndirilən şəxs hadisə baş verdiyi vaxt onların yanında heç kimin olmamasına dair ifadə versə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində, “ifadənin yerində yoxlanılması” istintaq hərəkəti zamanı “o, Talehəni ikinci mərtəbədə vurmaq istəyəndə qayınanası Şahid2 buna imkan verməməsini, Zərərçəkmiş şəxs bıçaqla vuranda Talehənin anası Şahid2 araya girib onu tutmasını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini, zərərçəkmiş şəxs və şahidlərin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini məhkəmə istintaqı zamanı tədqiq edilən cinayət işi materiallarını qarşılıqlı şəkildə müqaisə edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarətlər yetirərkən sonuncunun anası Şahid2, az yaşlı övladları X12 və X7 gözləri qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirdiyini, onlara xüsusi əzab və işgəncə verdiyini dərk etmiş və bunu arzulamışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 59.1.10 və 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarından görünür ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyanın yuxarı həddi 20 ildir və Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə təqsirləndirildiyindən Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin və Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə ona bu maddə ilə 20 ilin dörddə üç hissəsi olan 15 ilin dörddə üçü olan 11 il 3 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Odur ki, Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 3 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar – Şəmkir rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq, 2 (iki) ədəd pambıq çöp, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısa qol köynək və bir ədəd açıq mavi rəngli cins şalvar məhv edilməli, "xxxx" MMC-nin daxil olmuş disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 3 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Şəmkir rayon prokurorluğunda saxlanılan 1 ədəd bıçaq, 2 ədəd pambıq çöp, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd qısa qol köynək və bir ədəd açıq mavi rəngli cins şalvar məhv edilsin, "xxxx" MMC-dan daxil olmuş disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar