Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-459/2022 02.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə saat 19:00 radələrində faktiki mülkiyyətçi özü olmaqla etibarnamə əsasında sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə texniki cəhətdən saz olan idarə etdiyi “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağdam rayonu Əfətli-Quzanlı yolunun Quzanlı qəsəbəsi istiqamətində həmin rayonun Xındırıstan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq yəni 80-90 km/saat sürətlə idarə edib diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, yolun ortasında olan bütöv xətti kəsməməli, avtomobili qarşı sol hərəkət zolağına çıxartmamalı, hərəkət üçün təhlükəli şərait yaratmamalı və öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı olduğu halda yolun ortasında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət zolağına çıxartmaqla hərəkət üçün təhlükə yaradıb, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qarşıdan əks istiqamətdən hərəkətdə olan faktiki mülkiyyətçi X25 olmaqla sürücülük vəsiqəsi olmadan X17 idarə etdiyi “Vaz 21063” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşub, Aşur Əliyevin sol said, sol bud sümüklərinin açıq qəlpəli sınıqları, üst damaq sümüyünün sınığı, sol əl, sol said, sol bud, sol baldır, sağ mil-bilək nahiyələrinin əzilmiş yaraları, sol çiyinüstü, sol said, döş qəfəsi, qarın, sağ diz oynağı, sağ said, sağ əl nahiyələrinin sıyrıqları xəsarətləri ilə əhatə olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri alıb bədənin müştərək küt travması nəticəsində inkişaf etmiş travmatik şok keçirib “Bərdə rayon Mərkəzi Xəstəxanası” X22 ölməsi ilə nəticələnən alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, evlidir, 3 azyaşlı övladı vardır. 2008-ci il tarixdən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Bakı şəhəri Qaradağ rayonun Mühafizə şöbəsində polis serjantı xüsusi rütbəsində polis nəfəri kimi işləmiş, 2019-cu ilin noyabr ayında öz xahişi ilə Azərbaycan Respublikası DİN-in orqanlarından xaric olunmuş, yenidən 2021-ci ilin may ayından Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Səbail rayon mühafizə idarəsinə polis serjantı xüsusi rütbəsində polis nəfəri kimi işə bərpa olunmaqla öz ərizəsi ilə, yəni 2022-ci ilin avqust ayından Azərbaycan Respublikası DİN-in orqanlarından xaric olunmuşdur. xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhərindən Ağdam rayonuna babası İmran Vəliyevin il mərasimində iştirak etmək üçün gəlib səhəri gün, yəni 18 iyun 2022-ci tarixdə Ağdam rayonu, Təpə məhlə deyilən yerdə atası Əli Vəliyevin dayısı Ziyəddinin nəvəsinin əsgərliyə getməsi münasibətilə təşkil etdiyi qonaqlığa getmiş, yarım saat oturub təxminən 100 qram spirtli içki qəbul etdikdən sonra hava isti olduğundan orada çox oturmayıb babasıgilin yaşadığı Ağdam rayonunun Baharlı kəndinə getmək qərarına gəlmişdir. Həmin vaxtı yanında olan bibisi nəvəsi Kənanla saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi faktiki özünə məxsus olan “BMW” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə məclisdən çıxıb təxminən bir dəqiqə hərəkət etdikdən sonra Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yolun bir qədər döngəli hissəsindən dönərkən qarşı hərəkət zolağına çıxarmamaq üçün idarə etdiyi avtomobili sağ tərəfə döndərmiş, bu zaman avtomobilin qabaq sağ və arxa sağ təkəri yolun ehtiyat hissəsinə düşdüyündən idarəetməni itirərək qarşıdan gələn “Vaz 21063” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə toqquşmuş və özündə olmadığı üçün həmin andan sonra daha heç nə xatırlamamış, artıq ayıldıqda isə Ağdam rayon Mərkəzi Xəstəxanasında olmuşdur. Sonradan hadisə zamanı başın təpə nahiyəsindən, sol diz nahiyədən, sol əlindən xəsarət almasını, bibisi nəvəsi Kənanın isə heç bir xəsarət almadığını, sonradan adının Aşur olduğunu bildiyi “Vaz 21063” markalı avtomobilin sürücüsünün isə öldüyünü, hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyməsini bilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində avtomobili yüksək sürətlə, yəni 80-90 km/saat sürətlə idarə etməsini təsdiq etdiyini, avtomobilin idarə etməsini itirib qarşıdan yolun əks istiqamətində gələn “Vaz 21063” markalı avtomobillə sonuncunun hərəkət zolağında toqquşduğunu, toqquşmadan əvvəl ayaq əyləcindən istifadə edib avtomobili sağa çəksədə, hadisə vaxtı hər hansı texniki vasitədən istifadə edib-etmədiyini xatırlamadığını, hadisənin qarşısını almaq üçün heç bir texniki imkanın olmadığını, hadisə vaxtı hava günəşli, yol asfalt örtüklü idi, asfalt isə quru olduğunu, ancaq sağ ehtiyat isə daşlı-çınqıllı yol olduğunu, idarə etdiyi avtomobilin saz vəziyyətdə olduğunu, hər hansı texniki nasazlığın olmadığını, “VAZ 21063” markalı avtomobili yalnız toqquşma anında gördüyünü, yol-nəqliyyat hadisəsi zamanı spirtli içkinin təsiri altında olduğunu, hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin qismində qohumu Şahid1 başqa heç kəsin olmadığını, sonuncunun xəsarət almadığını, “BMW” markalı **- CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi X5 adı göstərilsə də sonuncunun həmin avtomobili Cəlilabad rayon sakini olan X1, Bəhlul Xuduşovdan isə etibarnamə əsasında həmin avtomobili xx.xx.2021-ci il tarixdə 9000 manat pula almaqla avtomobilin faktiki mülkiyyətçisi olduğunu, hadisənin baş vermə mexanizmini xatırlayaraq və həmin vaxt yolda “Vaz 21014” markalı avtomobil qarşı hərəkət zolağı ilə hərəkət etsə də, avtomobili idarə edərkən sərxoş halda olduğundan həmin avtomobilin onun qarşısına çıxdığını düşünüb toqquşmadan yayınmaq üçün maşını sağ ehtiyat hissəyə doğru hərəkət etdirdiyini, yol-nəqliyyat hadisəsi zamanı içkili vəziyyətdə olduğunu anlayıb və yol-nəqliyyat hadisələri ekspertizası rəyində göstərildiyi kimi yol-hərəkəti haqqında qanunun tələblərini pozduğunu başa düşüb öz səhvindən avtoqəza törətdiyini, “Vaz 21014” markalı avtomobili neçə metr məsafədən görməyini dəqiq xatırlamadığını bildirmişdir. Məhkəmə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 iyun 2022-ci il tarixdə Ağdam rayonunun Xındırıstan kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin təsirindən vəfat edən X28 onun atasıdır. Ailənin əsas dolandıran şəxs atası Aşur Əliyev olmuş, atası X34 rayonunun Güzdək kəndində daş karxanasında usta kimi işləyərək ailəni saxlamış, həmçinin atası Aşur daş karxanasında işləmədiyi vaxtlarda özünə məxsus olan “Vaz 21063” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qardaşı Eşqin də ailənin dolanışığına kömək etmək məqsədilə iş axtarmaq qərarına gəlmiş, bu səbəblə atası Aşur Əliyev xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “Vaz 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə vasitəsilə taksi fəaliyyəti ilə məşğul olması üçün Eşqinə vermişdir. xx.xx.2022-ci il tarixdən atası “Vaz 21063” markalı avtomobili etibarnamə ilə Eşqinə bağışlasa da, kənd yerində lazım olanda Eşqin avtomobili idarə etmək üçün atası Aşur Əliyevə etibar edərək sürməyə vermişdir. 18 iyun 2022-ci il tarixdə yaşadıqları evdə olarkən qardaşı Eşqinin dostu Şamil onlara gələrək atası X17 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya aparıldığını bildirmişdir. O və anası Şahid3 Şamilin idarə etdiyi “Vaz 21063” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ağdam rayon Mərkəzi Xəstəxanası” X27 getmək üçün Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində hərəkət etmişlər. Ağdam rayonunun Xındırıstan kəndi ərazisindən keçərkən çoxlu sayda adamların toplaşdığını görmüşdür. Bu zaman Şamil onlara hadisənin adamların çoxlu toplaşdığı yerdə baş verdiyini söyləmiş, o və anası Şamilə avtomobili dayandırmasını bildirərək, avtomobildən enmişlər. Həmin vaxt ərazidə çoxlu sayda adamlar olduğundan atasının avtomobilini tam aydın görə bilməmiş, bu səbəbdən o və anası adam toplusun içərisindən keçərək avtomobillərin toqquşduğu yerə gəlmişlər. İlk əvvəl qardaşı Eşqinə məxsus olan “Vaz 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil hədindən artıq deformasiyaya uğradığından o avtomobili tanımamış, sonradan daha diqqətlə baxaraq “Vaz 21063” markalı avtomobilin Eşqinə məxsus olduğunu anlayıb bu barədə anasına bildirmişdir. Onlar həmin vaxt avtomobilin dəhşətli formada deformasiyaya uğradığını görüb atası Aşur Əliyevin vəziyyətinin hansı dərəcədə ağır olduğunu anlayıb tez Şamilin avtomobilinə qayıdaraq xəstəxanaya doğru getmişlər. Ağdam rayon mərkəzi xəstəxanasına çatdıqda atası Aşur Əliyevin vəziyyəti ağır olduğundan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X27 aparılması üçün təcili tibbi yardım avtomobilinə yerləşdirildiyini görüb, Şamilin idarə etdiyi avtomobil ilə həmin təcili tibbi yardımın arxasınca “Bərdə rayon Mərkəzi Xəstəxanası” X35 doğru hərəkətə düşmüşlər. “Bərdə rayon Mərkəzi Xəstəxanası” X35 çatdıqda atası Aşur Əliyev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilərək ona təxirəsalınmaz tibbi yardımlar göstərilmiş, lakin həkimlərin səylərinə baxmayaraq atası Aşur Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərin təsirindən həmin xəstəxanada vəfat etmişdir. Bundan sonra atası Aşurun meyiti məhkəmə tibb ekspertizasına aparılmış, o qardaşı Eşqinə baş verənlər barədə məlumat verərək Bərdə rayonunda yerləşən ekspertiza şöbəsinə gəlməsini bildirmişdir. Şahid2 həmçinin ifadəsində atası X17 ölümü ilə bağlı heç bir şikayətinin və ya tələbinin olmadığını, “Vaz 21063” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində avtomobilin sahibinin X9 olması göstərilsə də, lakin atası X28 xx.xx.2021-ci il tarixdə Elgiz Quliyevdən həmin avtomobili 3500 manat pula alaraq alqı-satqı prosesini etibarnamə vasitəsilə rəsmiləşdirdiyini və xx.xx.2021-ci il tarixdən avtomobilin faktiki mülkiyyətçisi atası Aşur Əliyevin olduğunu, atası həmin avtomobili qardaşı Eşqinə xx.xx.2022-ci il tarixdə etibarnamə vasitəsilə bağışladığını, kənd yerində lazım olanda qardaşı Eşqin avtomobili idarə etmək üçün atası Aşur Əliyevə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019cu ilin avqust ayından Ağdam rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, 2021-ci ilin oktyabr ayından Ağdam rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçı vəzifəsində işləmişdir. 18 iyun 2022-ci il tarixdə saat 09:00-dan rayon polis şöbəsinin əməliyyat istintaq qrupunda növbədə olmuş, həmin gün saat 19 radələrində Ağdam rayon Evoğlu kəndindən hadisə yerindən qayıdarkən rayon polis şöbəsinin növbətçi hissəsindən ona məlumat daxil olmuş ki, Ağdam rayon, Xındırıstan kəndi ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Onlar əməliyyat qrupu ilə birlikdə hadisə yerinə yollanmışlar. Həmin vaxt onunla birlikdə istintaq əməliyyat qrupunda rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid7 və rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis baş leytenantı Şahid6 olmuşdur. O hadisə yerinə çatdıqda “BMW” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşmuş vəziyyətdə Ağdam rayonu, Xındırıstan kəndi istiqamətində yolun sol hissəsində səkidə dayanmış halda olduğunu görmüş, “Vaz 21063” markalı avtomobil hər tərəfi deformasiya olunmuş halda əsasda ön hissəsi tamamilə deformasiya olunmuş vəziyyətdə səkidə yerləşən yaşayış evinin darvazasına bitişik vəziyyət olmuş, “BMW” markalı avtomobil isə ön və sağ tərəf hissəsi deformasiya olunmuş halda sağ arxa qapı tərəfdən “Vaz 21063” markalı avtomobilin arxa hissəsinə toqquşmuş vəziyyətdə dayanmışdır. “BMW” markalı avtomobildə iki nəfər şəxs olmaqla sürücü qismində sonradan adını bildiyi Təqsirləndirilən şəxs və sərnişin qismində sürücünün sağ oturacağında əyləşmiş sonradan adını bildiyi azyaşlı olan Şahid1 olduğunu və “Vaz 21063” markalı avtomobilində yalnız sürücü qismində sonradan adını bildiyi X17 olduğunu görmüşdür. O “Vaz 21063” markalı avtomobilin sürücüsü Aşur Əliyevin vəziyyətinin ağır olduğunu görüb ona kömək etmək məqsədilə onu avtomobildən çıxardıb, təcili tibbi yardıma zəng vurmuş, həmin vaxt Aşur Əliyevin vəziyyətinin ağır olduğu ilk baxışdan görsənmişdir. Həmçinin eyni vaxtda digər həmkarlar “BMW” markalı avtomobildə olan şəxslərə köməklik göstərmişlər. “BMW” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xəsarət aldığını bildirsə də, sərnişin qismində olan azyaşlı Şahid1 özünü yaxşı hiss etdiyini heç bir yerini ağramadığını bildirmişdir. İlkin baxışdan baş vermiş yol-nəqliyyat hadisəsinin ağır nəticələrə səbəb olduğunu anlayıb rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat verərək həmin gün növbədə olan Ağdam rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin hadisə yerinə çıxmasını bildirmişdir. Çox keçmədən hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək Təqsirləndirilən şəxs və Aşur Əliyeva təxirəsalınmaz tibbi yardım göstərilərək onlar rayon mərkəzi xəstəxanasına aparılmışlar. Habelə eyni zamanda hadisə yerinə rayon polis şöbəsinin müstəntiqi gələrək müvafiq sənədləşmə işlərini aparmağa başlayaraq onun iştirakı ilə hadisə yerinin baxışını keçirdib protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Ağdam rayon, Xındırıstan kəndində yaşamaqla özünə məxsus olan un mağazası vardır. İşlətdiyi mağazanın təhlükəsizliyini təmin etmək üçün mağazanın çöl hissəsində Ağdam rayon, Xındırıstan kəndi istiqamətinə doğru olan yola 1 ədəd videomüşahidə kamerası quraşdırmışdır. 18 iyun 2022-ci il tarixdə işlətdiyi un mağazasında öz işlərilə məşğul olmuşdur. Həmin gün saat 19 radələrində mağazadan 100-150 metr məsafədə Ağdam rayon Xındırıstan kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini eşitmiş, hadisə baş verən yerə çoxlu sayda adamların toplaşdığını və polis əməkdaşlarının oraya getdiyini görmüşdür. İşlətdiyi un mağazasında olarkən polis əməkdaşı mağazaya daxil olaraq mağaza sahibinin kim olduğunu və mağazanın çöl hissəsində quraşdırılan videomüşahidə kamerasının işlək vəziyyətdə olub-olmadığını soruşmuş, o mağazanın özünə məxsus olduğunu bildirərək mağazanın çöl hissəsində quraşdırılan videomüşahidə kamerasının işlək vəziyyətdə olduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşının iştirakı ilə videomüşahidə kamerasının görüntülərinə monitorda baxdıqda hadisənin “BMW” markalı avtomobilin digər bir avtomobil ilə toqquşması nəticəsində baş verdiyini görmüş, yol-nəqliyyat hadisəsinin baş vermə görüntüləri videomüşahidə kamerası vasitəsilə yaddaşa yazılmışdır. Bundan sonra polis əməkdaşı onun razılığı ilə həmin videomüşahidə kamerasına yazılan görüntüləri 01 ədəd diskə köçürərək protokola əlavə edəcəyini bildirib mağazanı tərk etmişdir. Bundan sonra o baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı avtomobilin sürücüsünün vəfat etdiyini eşitmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında atası Elşad Əliyev, anası Sevinc Əliyeva və bacıları Fatimə Əliyeva, Ayşən Əliyeva ilə birlikdə yaşayır. Orta təhsil aldığı məktəbin 6-cı sinifini bitirib, 7-ci sinifinə keçmiş və yay tətilinə buraxılmışdır. 16 iyun 2022-ci il tarixdə anası ilə birlikdə Ağdam rayonuna gəlmiş, qonaq gəldikdən iki gün sonra qohumlarıgildə qonaqlığda olmuş, qonaqlıqda anasının dayısı oğlu İlkinin maşını ilə Ağdam rayon, Baharlı qəsəbəsində yaşayan babasının yanına yollanmışlar. Onlar yola çıxdıqdan bir neçə dəqiqə sonra avtomobil başqa avtomobilə dəymiş, həmin vaxtı telefonla oynadığından hadisənin necə baş verdiyini görməmiş, avtomobildə ön oturacağda əyləşmiş, lakin hər hansı bir xəsarət almamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid5 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid5 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 18 iyun 2022-ci il tarixdə özünə məxsus olan “Vaz 21063” markalı avtomobili Ağdam rayon, Xındırıstan kəndi ərazisində təmir elətdirən zaman saat 19 radələrində Ağdam rayon polis şöbəsinin əməkdaşı ona yaxınlaşaraq Ağdam rayon, Xındırıstan kəndi ərazisində yol-nəqliyyat hadisəsi olduğunu bildirib hadisə yerinin müayinə edilməsi zamanı hal şahidi kimi onu dəvət etmiş, o da hal şahidi kimi iştirak etməyə etirazı olmadığını bildirmişdir. Bundan sonra digər hal şahidi ilə birlikdə polis əməkdaşının iştirakı ilə hadisə yerinin baxışında iştirak etmiş, yol-nəqliyyat hadisəsi Ağdam rayon, Xındırıstan kəndi istiqamətindən Quzanlı kəndi istiqamətində olan yolda baş vermişdir. Hadisə yerinin baxışında iştirak etdikdə “BMW” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşmuş vəziyyətdə Ağdam rayonu, Xındırıstan kəndi istiqamətində yolun sol hissəsində səkidə dayanmış halda olduğunu görmüş, “Vaz 21063” markalı avtomobilin hər tərəfi, ön hissəsi isə tamamilə deformasiyaya uğramış vəziyyətdə səkidə yerləşən yaşayış evinin darvazasına bitişik olmuş, “BMW” markalı avtomobil isə ön və sağ tərəf hissəsi deformasiyaya uğramış halda sağ arxa qapı tərəfdən “Vaz 21063” markalı avtomobilin arxa hissəsinə toqquşmuş vəziyyətdə dayanmışdır. 19 iyun 2022-ci il tarixdə isə yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21063” markalı avtomobilin sürücüsünün vəfat etdiyini eşitmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid9 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ-in təcili təxirəsalınmaz tibbi yardım stansiyasında növbətçi həkim işləyir. 18 iyun 2022-ci il tarixdə “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ-in təcili təxirəsalınmaz tibbi yardım stansiyasında növbətçi həkim kimi vəzifə başında olmuş, həmin gün saat 19 radələrində Ağdam rayon, Xındırıstan kəndi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olmuşdur. O qruppa ilə birlikdə hadisə yerinə yollanmış, hadisə yerində güclü izdiham olmaqla, çoxlu sayda adam toplaşmışdır. Hadisə yerində “BMW” markalı avtomobil ilə “Vaz 21063” markalı avtomobillərin toqquşmuş vəziyyətdə Ağdam rayonu, Xındırıstan kəndi istiqamətində yolun sol hissəsində səkidə dayanmış halda olduğunu görmüşdür. “Vaz 21063” markalı avtomobil hər tərəfi deformasiya olunmuş halda əsasda ön hissəsi tamamilə deformasiya olunmuş vəziyyətdə səkidə yerləşən yaşayış evinin darvazasına bitişik vəziyyətdə olmuş, “BMW” markalı avtomobil isə ön və sağ tərəf hissəsi deformasiya olunmuş halda sağ arxa qapı tərəfdən “Vaz 21063” markalı avtomobilin arxa hissəsinə toqquşmuş vəziyyətdə dayanmışdır. Hadisə nəticəsində sonradan adını bildiyi “Vaz 21063” markalı avtomobilin sürücüsü X17 vəziyyətinin travmatik şok olduğunu və bədəninin müxtəlif saylı qapalı qırıqlarının olduğunu nəzərə alaraq xəstəni evakuasiya edib rayon mərkəzi xəstəxanasına çatdırıb və oradan da xəstəni dərhal təyinat üzrə “Bərdə rayon Mərkəzi Xəstəxanası” X27 təxliyyə etmişdir. Xəstəni təhvil verdikdən sonra xəstə yol-nəqliyyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən mərkəzi xəstəxanada vəfat etmiş, bundan sonra onlar Ağdam rayonu təcili tibbi yadım stansiyasına geri dönmüşlər. Geri qayıtdıqdan sonra polis şöbəsinin əməkdaşları tərəfindən ona adını sonradan bildiyi Ağdam rayon Xındırıstan kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsində “BMW” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin olub-olmamasını müəyyən etmək üçün tapşırığ verilmişdir. O alkotester aparatı olmaqla müvafiq tibbi çantasını götürüb Ağdam rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə yollanmış. Xəstəxananınn palatasına daxil olduqda çarpayıda dolu bədən quruluşuna malik, qarayanız, aqressiv vəziyyətdə olan kişi cinsinə mənsub sonradan qeydiyyat apararkən adını bildiyi Təqsirləndirilən şəxs olmuşdur. O Təqsirləndirilən şəxs yaxınlaşaraq ondan spirtli içki içib-içmədiyini aydınlaşdırmaqdan ötrü alkotester aparatına nəfəs verməsini xahiş etmiş, bu zaman Təqsirləndirilən şəxs alkotester aparatına nəfəs verməkdən qəti olaraq kobud surətdə imtina edib, özünün polis əməkdaşı olduğundan alkotester aparatının nə olduğunu bildiyini söyləmişdir. Müşahidə zamanı xəstə Təqsirləndirilən şəxs nəfəsindən gələn spirtli içki qoxusu, aqressiv hərəkətləri, etikadan qeyri adekvat danışığı onun spirtli içki qəbul etdiyini göstərmişdir. Təqribən 20-30 dəqiqə sonra o yenidən Təqsirləndirilən şəxs yaxınlaşaraq onun spirtli içki içib-içmədiyini müəyyən etmək üçün alkotester aparatına nəfəs verməsini xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs alkotester aparatını əlinə götürüb ona nəfəs verməyə başlamış, lazım olan nəfəs miqdarını verdikdən sonra alkotester aparatının manitorundan 0,41 mq/l yazısı görsənmiş, bu da Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmasını təsdiq etmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs və polis əməkdaşı İlkin Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs barəsində sərxoşluq üçün 1092 nömrəli tibbi arayış aktını tərtib etmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş sərxoşluq üçün tibbi arayışı olan 1092 nömrəli aktını “Ağdam rayon Mərkəzi Xəstəxanası” PHŞ-in sərxoşluğun təyin olunması kitabında müvafiq qaydada qeydiyyatını apararaq sonra təcili tibbi yardım stansiyasına geri qayıtmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, cinayət işi 18 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə başlanaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Həmin cinayət işinin başlanmasına səbəb 18 iyun 2022-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayon Əfətli kəndi istiqamətindən Quzanlı qəsəbəsi istiqamətinə doğru hərəkətdə olarkən əks istiqamətdən gələn X17 idarə etdiyi “Vaz 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsinə çıxmaqla sonuncu ilə toqquşması nəticəsində “Vaz 21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Aşur Əliyevin aldığı xəsarətlərdən “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ölməsi barədə daxil olmuş məlumat, əsas isə bu barədə Ağdam rayon polis şöbəsinin İstintaq bölməsində toplanmış materialda yol hərəkəti qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyun 2022-ci il tarixli 1092 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyun 2022-ci il tarixli hadisə yerinin baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Ağdam rayon Əfətli-Quzanlı yolunun Quzanlı qəsəbə istiqamətində həmin rayonun Xındırıstan kəndi ərazisindən keçən hissəsində baş verməklə buna dair müvafiq qaydada fotocədvəl tərtib olunmaqla baxış protokoluna əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyul 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin fayla daxil olduqda 10 saniyə müddətində davam edən video görüntü açılmış, videogörüntünün 01 saniyəsindən 02 saniyəsinə kimi qara rəngli avtomobilin sürətlə yolun sağa meyillənən döngəsindən dönən zaman nisbətən qarşı hərəkət zolağına yaxın istiqamətdə hərəkət etdiyi görsənmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin qara rəngli avtomobilin ona məxsus olmaqla özü tərəfindən idarə etdiyi “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu bildirmiş, videogörüntünün 02 saniyəsindən 05 saniyəsindək qara rəngli avtomobilin yəni baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdiyi ona məxsus olmaqla öz tərəfindən idarə etdiyi “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etməni itirərək yolun sağ hissəsində olan daşlı ehtiyat hissəyə çıxaraq qarşı hərəkət zolağında hərəkətdə olan ağ rəngli avtomobillə toqquşması görsənmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobil ilə idarə etməni itirib qarşı hərəkət zolağında yolun əks istiqamətindən gələn “Vaz 21063” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə toqquşmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X16 18 iyul 2022-ci il tarixli 458 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs X42 Dispanserində dispanser müşahidəsində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 iyul 2022-ci il tarixli 230 nömrəli məktubundan, həmin məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir ərizə və ya şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 iyul 2022-ci il tarixli 875 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatda olmaqla aşağıdakı tərkibdə ailə üzvləri var: 1964-cü il təvəllüdlü anası X10, 1985-ci il təvəllüdlü arvadı X4, 2013-cü il təvəllüdlü qızı X13, 2014-cü il təvəllüdlü qızı X14 və 2017-ci il təvəllüdlü oğlu X18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyun 2022-ci il tarixdə təyin olunmuş məhkəmə tibb ekspertizası üzrə “Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anotomiya” Birliyinin Bərdə rayonlararası ekspertiza şöbəsinin 30 iyun 2022-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, X17 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol said, sol bud sümüklərinin açıq qəlpəli sınıqları, üst damaq sümüyünün sınığı, sol əl, sol said, sol bud, sol baldır, sağ mil-bilək nahiyələrinin əzilmiş yaraları, sol çiyinüstü, sol said, döş qəfəsi, qarın, sağ diz oynağı, sağ said, sağ əl nahiyələrinin sıyrıqları vardır, həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, küt əşyanın təsirindən törənmişdir, avtoqəza nəticəsində törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. X17 ölümünə səbəb sol said, sol bud sümüklərinin açıq qəlpəli sınıqları ilə müşayiət olunan bədənin müştərək küt travması nəticəsində inkişaf etmiş travmatik şok olmuş, sonuncunun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqi nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metanfetamin, pirazalon qrupu, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmiş, X17 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demek olar ki, ölümü meyitin məhkəmə tibbi müayinəsindən əvvələ doğru 2- 4 saat olar baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X15 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, 18 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atası X17 ölməsi ilə bağlı Təqsirləndirilən şəxs könüllü olaraq atasının dəfn mərasiminin xərclərini qarşıladığını və yolnəqliyyat hadisəsi nəticəsində faktiki ona məxsus olan “Vaz 21063” markalı avtomobilə dəymiş ziyanı tamamilə ödədiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və ya tələbinin olmadığını göstərərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli 8/1899 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin sürücü Təqsirləndirilən şəxs “BMW” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, habelə sürücü Təqsirləndirilən şəxs “BMW” markalı avtomobili yaşayış məntəqəsindən 60 km/saatdan artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Baş X39 İdarəsinin 16 sentyabr 2022-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına Baş X39 İdarəsinin mərkəzi informasiya sistemində “ABC” kateqoriyalı, AC seriyalı 067919 nömrəli, etibarlılıq müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci ilədək olan sürücülük vəsiqəsi qeydə alınmış, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə məlumat xx.xx.2022-ci il tarixə qədər Baş X39 İdarəsinin mərkəzi informasiya sistemində qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə ictimai təhlükəli əməl xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsindən həmin məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X39 İdarəsinin 28 sentyabr 2022-ci il tarixli ***-**** nömrəli məktubundan görünür ki, DİN BDYPİ-in mərkəzi informasiya sistemindən vətəndaş X5 mülkiyyətində olan “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncu dəfə xx.xx.2021-ci ildə 1(bir) il müddətinə Lənkəran regional qeydiyyatimtahan və texniki baxış şöbəsində texniki baxışdan keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2013-cü il tarixli AZ İİİ 096737 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 Vəliyevin qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2014-cü il tarixli AZ İİİ 374616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 Vəliyevin qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2017-ci il tarixli AZ İİİ 992176 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 Vəliyevin oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Qaradağ rayonu Sanqaçal inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1984 nömrəli xasiyyətnamədən görünür ki, Vəliyev X21 rayon, Sanqaçal qəsəbəsi, Hərbi şəhərcik ev 1, mənzil 8 ünvanında ailəsi ilə birlikdə yaşadığı müddət ərzində heç bir nöqsanları olmayıb, habelə barəsində icra nümayəndəliyinə heç bir ərizə və ya şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 sentyabr 2022-ci il tarixli 038-24012-1222 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən daxil olmuş məktubdan görünür ki, xx xxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 30 iyul 2008-ci il tarixdən DİN Baş Mühafizə İdarəsinin 24 iyul 2008-ci il tarixli 1043ş/h nömrəli əmri ilə 18 noyabr 2019-cu il tarixədək DİN Baş Mühafizə İdarəsinin 18 noyabr 2019-cu il tarixli Ə1665ş/h-038-22 nömrəli əmrilə DİN-in polis nəfəri vəzifəsində işləmiş və 20 may 2021-ci il tarixdən DİN Baş Mühafizə İdarəsinin 18 may 2021-ci il tarixli Ə672ş/h nömrəli əmri ilə yenidən işə qəbul olaraq DİN-in orqanlarında polis nəfəri vəzifəsinə işə qəbul olunmuş 04 avqust 2022-ci il tarixdən öz ərizəsilə DİN Baş Mühafizə İdarəsinin 04 avqust 2022-ci il tarixli Ə1139ş/h-038-22 nömrəli əmri ilə daxili işlər orqanlarından xaric olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in Səbail rayon Mühafizə İdarəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs son iş yeri üzrə müsbət xarakterizə olunması göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı və X17 idarə etdiyi “VAZ-21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillər və hadisə yerinin baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmış, müvafiq olaraq “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon polis şöbəsinin cərimə meydançasında saxlanılması və hadisə yerinin baxış keçirilməsi haqqında protokola əlavə edilmiş maddi sübut tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X15 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X15 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 1(100) ***-**** saylı cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır, lakin hal-hazırda hərbi həkim komissiyası keçdiyinə görə Bakı şəhərindədir, Gəncə şəhərinə gələ bilmir, məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, bütün bunları nəzərə alıb, onun zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verilməsini məhkəmədən xahiş edir. Qardaşı Şahid2 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasına heç bir etiraz etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, baş vermiş hadisə nəticəsində vəfat etmiş X17 oğludur. Onu hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının DİN-in xx.xx.1997-ci il tarixli İİ3İ-BN nömrəli arayışından görünür ki, sabiq polis əməkdaşı X26 həqiqətən 1991-ci ildə Respublikanın Xocalı rayon ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, məcburi köçkün olmasını, şəhid ailəsi olmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdam rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılmalı, hadisə yerinin baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 178 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 178 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 21 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 178 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdam rayon polis şöbəsinin cərimə meydançasında saxlanılan “BMW 745” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-21063” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahiblərinə qaytarılsın, hadisə yerinin baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 21 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 126 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-459/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-459/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver