Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-459/2025 11.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibləri - X12 və Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1982-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, subay, Gəncə şəhəri Sadıllı qəsəbəsi, İdris İsmayılzadə küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 28,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs arvadı Şahid2 ilə xx.xx.2024-cü il tarixində rəsmi qaydada boşandıqdan sonra aralarında olan ailədaxili münaqişələrin və ailəsinin dağılmasının səbəbini yaxın qohumlarının onlara hiss etdirdiyi ayrı-seçkiliyin təsiri nəticəsində olması qənaətinə gəlib, anası X7, dayısı Zərərçəkmiş şəxs1, dayısı arvadı X13, qardaşı Zərərçəkmiş şəxs3 və sonuncunun arvadı Zərərçəkmiş şəxs4 ailəsinin dağılmasında, yaranmış problemin həllinə laqeyd yanaşmaqda, xüsusilə də həyat yoldaşı ilə münasibətlərinin bərpası istiqamətində hər hansı dəstək və vasitəçilik göstərməməkdə günahlandıraraq formalaşmış daxili qəzəb və narazılıq hissi fonunda şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə onları qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətinə uyğun olaraq qəsdən adam öldürməyə hazırlıq işləri görərək 21 noyabr 2024-cü il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxladığı özünə məxsus kustar üsulla hazırlanmış, qatlanan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağını götürməklə cinayət törətmək məqsədi ilə alət əldə edərək birgə yaşadığı anası Zərərçəkmiş şəxs2, qardaşı Zərərçəkmiş şəxs3 və qardaşı arvadı Zərərçəkmiş şəxs4m, yəni üç nəfər şəxsi qəsdən öldürmək niyyəti ilə istifadələrində olan yataq otağına daxil olmuş, lakin onların evdə olmadığını müəyyən etdiyindən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4m həyatdan məhrumetməyə yönələn qəsdini həyata keçirə bilməyərək həmin şəxsləri qəsdən həyatdan məhrum etməyə hazırlıq etmiş, bundan sonra cinayətkar niyyətinə uyğun olaraq dayısı Zərərçəkmiş şəxs1 və dayısı arvadı X13 qəsdən öldürmək niyyətini reallaşdırmaq üçün həmin gün saat 21:00 radələrində yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gedərək evin mətbəx otağına daxil olmuş, orada Zərərçəkmiş şəxs1 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək sonuncunun yaxın qohumu, yəni arvadı U.Hüseynovaya həmin bıçaqla bir zərbə vuraraq sonradan sonuncunun ölümü ilə nəticələnən, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən, sol ağciyərin zədələnməsi ilə müşayiət olunan və sağlamlığa ağır zərər vurmaya aid edilən 01 ədəd kəsilmiş-deşilmiş yarası xəsarətini yetirmişdir. Həmin vaxt xilas olmaq üçün mətbəxdən evin digər otağına keçərkən ehtiyatsızlığından yıxılaraq sol bazu sümüyünün sınığı və sol dirsək oynağının çıxığı ilə müşayiət olunmaqla sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət almış və müqavimət göstərmək imkanından məhrum olmaqla aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 arxasınca həmin otağa daxil olub, U.Hüseyn ovanın gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirib, xüsusi əzab verdiyini dərk edərək yaxın qohumu, yəni əri Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum etmək niyyəti ilə sonuncunun qarın və döş qəfəsi nahiyələrinə həmin bıçaqla iki zərbə vurub. Müvafiq olaraq qarın boşluğuna keçən, yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan və sağlamlığa ağır zərər vurmaya aid edilən 01 ədəd deşilmiş-kəsilmiş yara xəsarətini və döş qəfəsinin daxilə keçməyən sağlamlığa yüngül zərər vurmaya aid edilən 01 ədəd deşilmiş- kəsilmiş yara xəsarətini yetirmiş, U.Hüseynov anın fəal müdaxiləsi ilə çoxsaylı bıçaq zərbələrinin qarşısını alması və vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə yönəlmiş qəsdini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir, bununla o, U.Hüseynovam xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməklə, iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra cinayətkar niyyətini davam etdirərək anası Zərərçəkmiş şəxs2 Hüseyn qızını, qardaşı Zərərçəkmiş şəxs3 və sonuncunun arvadı Zərərçəkmiş şəxs4m qəsdən həyatdan məhrum etməyə hazırlıq işlərini davam etdirərək, sonuncuları öldürməyi planlaşdırdığı bıçağı üzərində daşıyaraq onlarla birgə yaşadığı ünvan 3 ünvanına qayıtmış, zərərçəkmiş şəxslərin evdə olmadığını müəyyən etdikdən sonra cinayətkar niyyətindən dönmədən saat 21-22 radələrində özünə məxsus +**********68 saylı mobil nömrədən, anası Zərərçəkmiş şəxs2 məxsus +**********03 sayh və qardaşı Zərərçəkmiş şəxs3 məxsus +**********08 saylı mobil nömrələrə çoxsaylı zənglər edib onları həmin ünvana cəlb etməyə çalışmaqla cinayət törətmək üçün qəsdən başqa şərait yaratmışdır. Lakin iradəsindən asılı olmayan səbəblərdən, yəni zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 gəlməməsinə görə onları qəsdən həyatdan məhrumetmə niyyətini həyata keçirə bilməyərək, həmin şəxsləri qəsdən həyatdan məhrum etməyə hazırlıq etmiş, bununla da o, xüsusi amansızlıqla digər şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüş, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməklə iki şəxsi qəsdən öldürməyə cəhd etmiş, iki şəxsdən daha çox şəxsi, yəni üç nəfər şəxsi qəsdən öldürməyə hazırlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 28,120.2.7-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt ailə üzvləri ilə mübahisəsi olmamışdır, hadisə baş verənədək ailə münasibətləri mehriban olmuşdur. Təqsirləndirilən şəxs ailəsinə təzyiq göstərilməsi nəticəsində bu vəziyyətə gəlib çatdığını göstərmişdir. Onun sözlərinə görə, anası, qardaşı və dayısı onlara yaxşı münasibət göstərməmişdir. Mübahisələr 10 ildən artıq davam etmiş, qardaşı söz verərək onu həyat yoldaşı ilə barışdırmış, lakin sonradan yenidən mübahisələr yaranmışdır. Ailəsinin dağılması səbəbindən mübahisələr davam etmiş, ailəsi ilə barışdırılacağına dair söz verilmiş, lakin bu istiqamətdə heç bir tədbir görülməmişdir. Ona ev veriləcəyi barədə də söz verilmişdir. 2011-ci ildən bəri ailəsində sözsöhbət olmuşdur. Dayısının yanına gedərək ailəsi ilə barışmaq istədiyini bildirmiş, dayısı isə “qaynananın yanına getdim, lakin razı olmadı” demişdir. Təqsirləndirilən şəxs həmin vaxt heç kimi öldürmək niyyətində olmadığını, çünki onu böyüdən şəxsin dayısının həyat yoldaşı olduğunu göstərmişdir. Həyat yoldaşını yola vermədiklərinə görə onun evdən getdiyini, həmin vaxt əsəbi olduğunu, dayısının həyat yoldaşının qarşısına çıxdığını və əsəbi halda bilmədən onu itələmiş olduğunu bildirmişdir. Dayısı başqa otağa keçmək istədikdə yıxılmış, nəticədə qolu sınmışdır. Sonra onu yerdən qaldırmış, həmin vaxt dayısının həyat yoldaşı da orada olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt dayısına “özümü də, səni də öldürümmü? Niyə məni ailəmlə barışdırmırsan?” dediyini, əlinin altında bıçaq olduğunu, dayısının həyat yoldaşının onu qucaqlayıb alnından öpdüyünü, bıçağın necə dəydiyini isə bilmədiyini qeyd etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həyat yoldaşı ilə rəsmi şəkildə ayrılmışdır, boşanma səbəbi həyat yoldaşı və övladlarına təzyiq göstərilməsi olmuşdur. Onlardan ayrı evə köçmələrinin istənildiyini, qardaşının ondan sonra ailə qurduğunu, qardaşının həyat yoldaşı ilə öz həyat yoldaşının yola getmədiyini demişdir. Bıçağın cibində olduğunu, bazarda mal satdığı üçün lazım olduğunu, həmin bıçağın cib bıçağı olduğunu və Bakıya gedən zaman oradan aldığını ifadə etmişdir. Anası ilə hadisədən əvvəl mübahisəsi olmamış, əvvəllər dava olsa da sonradan barışmışdır. Hadisə zamanı evdə dayısı və dayısının həyat yoldaşı olmuşdur. Öldürmək niyyətində olmadığını, yalnız qarşısından çəkilməsini istədiyini, bıçağı qorxutmaq məqsədilə çıxartdığını, qapını özü açaraq içəri daxil olduğunu, dayısının bıçağı görüb qaçdığını, dayısının həyat yoldaşını vurduğunu xatırladığını bildirmişdir. Hadisədən sonra özlərinin onu yola saldıqlarını, çölə çıxan zaman bıçaqda qan görmədiyini, Şahid3 ona zəng edərək polisə təslim olmasını istədiyini, evin qapısı bağlı olduğu üçün anası və qardaşını çağırsa da gəlmədiklərini, polisə xalasıoğlunun dostu ilə birlikdə getdiyini ifadə etmişdir. Təqsirləndirilən şəxs evə gələndə açarının olmadığını, anasını və qardaşını öldürmək niyyətində olmadığını, dayısına “sən bir dayı kimi bizə böyüklük etmədin, məni və ailəmi təhqir etdiyiniz üçün etdim” dediyini, onu vurduğu üçün peşman olduğunu, evə qayıtdığı zaman orada heç kimin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Rəşadın atası Şahid1 ona zəng edərək bildirmişdir ki, “Rəşad onları öldürməyə gəlir”. Daha sonra Rövşən də zəng edərək eyni xəbərdarlığı etmişdir. Rəşad gələn zaman həyat yoldaşının saçından tutaraq əlində bıçaqla evə doğru hərəkət etmişdir. Zərərçəkmiş şəxs onun qarşısına çıxmamaq üçün aynadan keçərək hoppanmış və bu zaman yıxıldığı üçün qolunu qırmışdır. Daha sonra Rəşad zərərçəkmiş şəxsi də vurmaq istəyəndə, o, ona “səbəb nədir ki, bizi öldürmək istəyirsən?” deyə sual vermişdir. Rəşad vurub getdikdən sonra Rövşəni və onun qaynatası ilə qaynanasını, həmçinin bacısı Rənanı öldürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs bu hadisəni Alimə zəng edərək danışmış və onlar xəstəxanaya aparılmışdır. Həyat yoldaşı çox qan itirdiyi üçün vəfat etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əvvəllər onlarla mübahisə olmayıb, ailəsini dağıtmamışlar, onların özlərinin mübahisələri olub. Atası ona zəng edərək Rəşadın onları öldürmək üçün gələcəyini xəbər vermişdir. Zərərçəkmiş şəxs təsdiq etmişdir ki, həyət evi onlara məxsusdur, həyat yoldaşına neçə bıçaq zərbəsi vurulduğunu bilməyib, onu ürək nahiyəsindən 3–4 dəfə vurub, qolunun qırıq olması səbəbindən onu çətinliklə saxlaya bilmişdir. Həyat yoldaşına bıçaq vurmaq istəyəndə ona heç nə etmədiyini bildirmişdir. Rəşad zərərçəkmiş şəxsi vurduğu zaman həyat yoldaşını da vurmuşdur. Həyat yoldaşı Rəşadın zərərçəkmiş şəxsi vurduğunu görmüşdür. Rəşad evdən çıxarkən Rəna və Rübabəni öldürəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, ona ailəsini dağıtdıqlarını və buna görə onları öldürmək istədiyini bildirmişdir. Rəşadın atası ona zəng edərək Rəşadın onları öldürmək üçün gəldiyini xəbər vermişdir. Rəşad zərərçəkmiş şəxsə 4 bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs şikayətçi olduğunu və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs onları öldürmək məqsədilə evlərinə gəlmiş, ilk öncə Ulduz Hüseynovanın saçından tutaraq ona xəsarət yetirmiş, daha sonra isə onun köməksiz vəziyyətindən istifadə edərək bıçaqlamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, işdə olduğu zaman Rəşad zəng edərək ona qardaşı, dayısı Elyarı öldürməyə getdiyini bildirmişdir. O, dəfələrlə hər kəsi öldürəcəyini söyləmişdir. Qardaşını və həyat yoldaşını vurduqdan sonra Rəşad bildirərək deyib: “İndi gedirəm Aydını və Rübabəni öldürməyə.” Hadisədən əvvəl evdə olan zaman onun anası zəng etmiş və telefonda əsəbi halda danışdıqdan sonra Rəşad hər kəsi öldürmək qərarına gəlmişdir. Rəşad zəng etdikdən sonra bıçağı götürərək Rövşənin otağına daxil olmuş, lakin qapının bağlı olduğunu görmüşdür. Onun atası qarşısını kəsməyə çalışsa da, Rəşad onu təpiklə vuraraq evdən çıxmışdır. Atası Rövşənə zəng edərək dayısına xəbər verməsini istəmişdir. Rəşad qardaşını vurduqdan sonra Rənanın evinə gedib, lakin evdə olmadığını görüb öz evinə qayıtmışdır. Evə gəldikdən sonra o, zərərçəkmişi evə çağıraraq açarı tələb etmiş və gəlməsə, onu da öldürəcəyini bildirmişdir. X1 ona yalandan gələcəyini bildirmişdir. Həmin gün oğlu Təqsirləndirilən şəxs ona zəng edərək evə çağırmasında məqsədi onu da öldürmək olmuşdur. İfadəsinə əlavə olaraq Laləzar Hüseynova qeyd etmişdir ki, əvvəllər Rəşad ilə davamlı münasibəti olmayıb. Rəşad ailəsindən uzun müddət əvvəl ayrılıb, səbəb isə həyat yoldaşını döyməsi olub. Ev tam hazır olmadığı üçün Rəşad onlara düşmən olmuşdur. Rəşadın Aqillə problemi barədə məlumatı yoxdur və onun özü ilə niyə əlaqə saxladığını bilmir. Laləzar Hüseyn qızı şikayətçi olduğunu və Rəşadın ağır cəza almasını istədiyini, həmçinin Rəşadın onu da öldürmək niyyəti olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün qaynatasının evində olmuşdur. Atası ona zəng edərək “Rəşad dayını öldürmək üçün ora gedəcək, dayına xəbər ver” demişdir. Rövşən dərhal dayısına zəng edərək məlumat vermiş, dayısı isə “Gəlir gəlsin, mən ona heç nə etməmişəm” cavabını vermişdir. Təxminən 10-15 dəqiqə sonra Rəşad Rövşənə zəng edərək Elyar və Ulduzu vurduğunu, növbənin Rövşən və həyat yoldaşında olduğunu bildirmişdir. Ondan evə getməsini tələb etmiş və “anamızı da öldürəcəyəm” sözlərini demişdir. Daha sonra Rövşən yenidən dayısına zəng edərək vəziyyəti soruşduqda, dayısı dalaşdıqlarını və qolunun qırıldığını söyləmişdir. Rövşən ondan polisə məlumat verib-vermədiyini soruşduqda isə dayısı polisə heç nə demədiyini bildirib. Sonrakı zəngdə isə telefonu dayısının oğlu Alim açaraq dayısının bıçaqlandığını xəbər vermişdir. Bundan sonra polisə müraciət etmiş, xəstəxanaya gedərkən Rəşadın Ulduzu da vurduğunu öyrənmişdir. Rövşən bildirib ki, əvvəllər Rəşadla ciddi problemi olmayıb. Rəşad ailəsindən əvvəllər ayrılmış, uşaqları olduqdan sonra yenidən ayrılmışdır. Onun bu qədər aqressiv olmasının səbəbini bilmir. Hadisədən əvvəl eyni evdə yaşamış, 2018-ci ildə aralarında dava düşmüş, lakin sonradan barışmışlar. Hadisədən əvvəl mübahisələri olmayıb, lakin ev məsələsinə görə Rəşad onlardan incimişdir. Hadisə günü Rövşən səhər tezdən evdən çıxmış, həmin vaxt Rəşad evdə olmamışdır. Atası isə Rəşadın telefon danışığından sonra əsəbiləşib bu hərəkəti etdiyini bildirib. Rövşən deyib ki, Rəşad onu yığaraq “hamınızı öldürəcəyəm” sözlərini söyləyib. Zəng zamanı harada olduğunu soruşduqda, Rövşən Şəmkirdə olduğunu demiş, əslində isə qaynatasının evinə gedə biləcəyini düşündüyü üçün yalan danışmışdır. Rəşad həmçinin “Laləzar onsuz da öləcək, ölməsə də mən çıxanda onu öldürəcəyəm” demişdir. Rövşənə zəng etdiyi vaxt harada olduğunu deməyib, yalnız Elyargildən çıxdığını bildirib. Zərərçəkmiş şəxs3 şikayətçi olduğunu, təqsirləndirilən şəxsə qarşı ağır cəza tətbiq edilməsini istədiyini və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin ona zəng etməkdə məqsədi onu evə çağırmaq və həyatdan məhrum etmək olmuşdur, bu səbəbdən də o qardaşına olduğu yeri bildirməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hadisə zamanı atası xəstə olduğu üçün ailəsi ilə birlikdə yanında olmuşlar. Orada olduqları vaxt Rəşad, zərərçəkmişin həyat yoldaşına zəng edərək Elyar və Ulduzu vurduğunu, indi isə növbənin onlarda olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, əgər Laləzar ölməsə, azadlığa çıxandan sonra onu da öldürəcək. Rövşəndən harada olduğunu soruşduqda, Rövşən ona Şəmkir yolunda olduğunu və gəldiyini demişdir. Hadisə barədə isə zərərçəkmiş sonradan Alimdən məlumat almışdır. Zərərçəkmişin sözlərinə görə, Rəşad zəng etdiyi vaxt o, Rövşənin yanında olmuş, telefondan deyilənləri eşitmişdir. O, dəfələrlə Rəşad tərəfindən hədə-qorxu ilə öldürüləcəyi barədə təhdidlər aldığını, hətta bir dəfə səbəbsiz yerə döyüldüyünü qeyd etmişdir. Zərərçəkmiş bildirmişdir ki, Rəşad onlara "çıxanda sizi də, uşaqlarınızı da öldürəcəyəm, yaşamağa qoymayacağam" sözlərini demişdir. Zərərçəkmiş, əvvəllər Rəşadın onu öldürmək istədiyini birbaşa ona dediyini, telefonda isə bu barədə həyat yoldaşına danışdığını əlavə etmişdir. O, şikayətçi olduğunu, Rəşada qarşı ağır cəza tətbiq edilməsini tələb etdiyini və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, hadisə zamanı xəstəxanada olmuşdur. Onu oradan Ulduz xəstə olduğu üçün aparmışlar. Hadisə yerinə gedən zaman Ulduzun öldüyünü görmüşdür. Solmaz Mustafayeva göstərmişdir ki, Təqsirləndirilən şəxs onların yanına gələrək Ulduzun saçından tutub həyətdə sürümüş, həmçinin Elyara onun başını kəsəcəyini bildirmişdir. O, qeyd etmişdir ki, əvvəllər tərəflər arasında mübahisə olmamışdır və hadisə ilə bağlı Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bazardan gələndə Rəşadın əsəbi olduğunu görmüş və nə olduğunu soruşmuş, lakin Rəşad heç nə deməmişdir. Daha sonra otaqda onun narahat olduğunu görüb yanına getmişdir və həmin zaman Rəşad demişdir ki, anam, qardaşım və dayım onun ailəsini dağıdıb. Daha sonra onları öldürəcəyini bildirmişdir. Şahid1 Rəşada etməməsini desə də, onu saxlaya bilməmişdir və Rəşad evdən çıxaraq getmişdir. Daha sonra Şahid1 eşitmişdir ki, Rəşad Ulduzu öldürüb, lakin onları niyə vurduğunu bilməmişdir. Rəşad evdən çıxan kimi Şahid1 qonşuya gedərək Rövşənə xəbər vermişdir. İfadəsinə əlavə olaraq Şahid1 qeyd etmişdir ki, Rəşad evə gələn zaman saat təxminən 9–10 arası imiş. Evdə ondan başqa heç kim olmamışdır. Rəşad evə gələn zaman qardaşının harada olduğunu soruşmamışdır. Şahid1 Rəşadın əlində bıçaq görmədiyini, lakin şkafın qapısını açaraq nəsə götürdüyünü müşahidə etdiyini bildirmişdir. Rəşad Rövşənin otağının qapısını itələmiş, lakin qapının bağlı olduğunu görmüşdür. Şahid1 istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. O, evdən çıxanda Rəşadın bıçaq götürdüyünü hiss etdiyini, lakin əlində heç nə görmədiyini qeyd etmişdir. Evdən çıxanda Rəşad dayısını öldürməyə getdiyini bildirmişdir. Şahid1 isə əlavə etmişdir ki, o, anasını və qardaşını öldürməyə gedəcəyini deməmiş, yalnız dayısı Elyarın yanına gedəcəyini və ailəsi ilə Təqsirləndirilən şəxs barışmağını istəyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, axşam saat 20:00 radələrində əmisi ona zəng edərək qolunun qırıldığını bildirmiş və onu xəstəxanaya aparması üçün çağırmışdır. Xəstəxanaya çatdıqda nə olduğunu soruşduqda əmisi bacısı oğlu ilə dalaşdığını bildirmişdir. Xəstəxanada həkim paltarını qaldırdıqda əmisi bıçaqlandığını görmüş, daha sonra isə əmisi hadisənin necə baş verdiyini izah etmişdir. O, qeyd etmişdir ki, orada əmisinin həyat yoldaşı da olmuş, bunu sonradan öyrənmişdir. Şahid3 Rəşad ona zəng edib məsələni soruşanda bildirmişdir: “Əmimi vurubsan və onun həyat yoldaşını öldürübsən, get təslim ol”, başqa heç nə danışmamışdır. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, onlara gedən zaman əmisi ilə yolda rastlaşmış, Ulduzu görməmişdir. Rəşad ağlaya-ağlaya onları vurduğunu bildirmiş, lakin başqa heç nə deməmişdir. Şahid3 əvvəllər onların öz aralarında mübahisələrinin olduğunu təsdiq etmiş, lakin Rəşadın əvvəllər kimisə öldürəcəyi barədə heç nə demədiyini qeyd etmişdir. Şahid3 həmçinin bildirmişdir ki, həyat yoldaşına xəbər vermişdir ki, Ulduz da vurulub. Yolda olarkən Ulduzun vurulduğunu ona deməmişdir, həmin zaman diqqəti öz işinə qarışmışdır. Əmisi ilə görüşəndə nə olduğunu soruşduqda əmisi ona dalaşdıqlarını və yıxılıb qolunun qırıldığını bildirmişdir. Əmisi ona elə demişdir ki, “Həyat yoldaşına zəng vur və Ulduzun yanına göndər”, və Şahid3 bunu etmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, işdən çıxmış və evdə olmuşdur. Təxminən saat 9–10 radələrində Elyar ona zəng edərək demişdir: “Bizə get, Ulduz ölür”. Şahid4 ora gedəndə görmüşdür ki, qonşular Ulduzun başına yığılıb və vəziyyəti pisdir. Daha sonra təcili yardım gəlib, Ulduzun bütün bədəni qan içərisində imiş. Şahid4 Ulduzla birlikdə xəstəxanaya getmişdir, lakin həmin zaman gec olduğu üçün həkimlər heç nə edə bilməmişdir.Şahid4 qeyd etmişdir ki, xəstəxanada olan zaman Elyar əməliyyatda imiş və orada ona Rəşadın onları bıçaqladığı bildirilib. İfadəsinə əlavə olaraq o, əmisi tərəfindən ona deyildiyini qeyd etmişdir: “Gəl, Ulduz yıxılıb, ağır vəziyyətdədir”. Şahid4 istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə törədiyi gün Rəşad ona zəng edərək Elyargildə olduğunu və Elyarı vurduğunu bildirmişdir. Rəşad həmin zaman Elyarı nə ilə vurduğunu deməmişdir. Şahid5 ona harada olduğunu soruşduqda, Rəşad evə getdiyini bildirmişdir. Şahid5 onların evinə getmiş, düşünmüşdür ki, gedib yenə evdə dalaşarlar. Şahid5 evə çatdıqdan təxminən 10 dəqiqə sonra Rəşad gəldiyi zaman hadisəni danışaraq demişdir ki, “gedək təslim ol”. Həmin vaxt Alim zəng edərək Rəşadın Elyar və Ulduzu vurduğunu və xəstəxanaya getdiklərini bildirmişdir. Daha sonra Rəşad təslim olmaq üçün getmiş, Şahid5 isə xəstəxanaya getmişdir. Zəng axşam tərəfə olmuş, dəqiq saatını Şahid5 xatırlamır. Zəng zamanı Rəşadın Elyarı vurduğunu ona demişdir. Şahid5 qeyd etmişdir ki, əvvəl Rəşadla qardaşı arasında davalar olmuşdur və həmin zaman Rəşad əsəbi imiş. Elyarı niyə vurduğunu soruşduqda Rəşad ona bildirmişdir ki, “Elyar mənim ailəmi dağıdıb, onu buna görə vurdum”. Şahid5 əvvəlcə Alimlə danışdıqdan sonra öz növbəsində Babəyi yığmışdır. Həmin vaxt qaranlıq olduğundan Rəşadın əlində heç nə görməmişdir. Şahid5 istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. O, qeyd etmişdir ki, hadisədən təxminən 10–15 gün əvvəl Rəşadla görüşmüşdür. Rəşad ailəsinin dağıldığını deyərək şikayətlənirmiş, amma heç kimin adını çəkmirmişdir. Bəzən qardaşından da şikayətlənirmişdir. Həmin vaxt Rəşad əvvəl kimisə vuracağı ilə bağlı heç nə deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, dostu Babəkə zəng edərək çay içməyə dəvət etmişdir. Bu zaman Babək ona Rəşadın hadisə törətdiyini demişdir. Şahid6 Rəşadı yanlarına gedərək götürmüş və Gəncə şəhər Polis Şöbəsinə aparmışdır. İfadəsinə əlavə olaraq Şahid6 qeyd etmişdir ki, yolda Rəşaddan heç nə soruşmamışdır, yolda olarkən bıçağı görməmişdir. Bıçağı isə polis idarəsində görmüşdür. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Həmçinin, qardaşı ilə danışmış və yalnız ailə söhbəti olduğunu eşitmiş, başqa heç nə eşitməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuş, 2024-cü il noyabr ayında rəsmi olaraq boşanmışlar. Rəşadla boşanmaqlarımım səbəbi onunla yola getməməkləri olmuşdur. 2 ildən artıqdır ki, o ata evində qalır. ünvan 4 ünvanında yaşadığı müddətdə Rəşadla Rövşən arasında, o cümlədən ailələri arasında qohumlar tərəfindən ayrıseçkilik olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Elyar və Ulduz Hüseynovlar onun qonşusudur. Təqsirləndirilən şəxs uşaqlıqdan Elyargilə gediş-gəlişi olmuşdur. Qeyd olunan şəxslərin heç biri ilə ədavəti və düşməçiliyi olmamışdır. Hadisənin təfərrüatları barədə məlumatı yoxdur, şahidlik etməmişdir. Hadisə baş verən zaman yəni, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində evdə olmuş, həmin zaman həyətdən səs gəlmiş, həyətə çıxdıqda Elyar və Ulduzun öz qapılarının ağzında dayandığını görmüşdür. Onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda Elyar Ulduzun özünü pis hiss etdiyini bildirmiş, bundan sonra o 103 xidmətinə zəng vurmuş, həmçinin qonşular Elyargilə gəlmişdir. Elyar qolunun sındığını bildirərək qardaşı oğlu Alimlə birlikdə xəstəxanaya getmişdir. TTTYX gəldikdən sonra Ulduzun kürəyinin qan içində olduğunu, dərhal xəstəxanaya getməli olduqlarını bildirərək onu aparmışlar. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 1600 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər müəyyən edildi: a) Qarın nahiyəsinin qarın boşluğuna keçən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, b) döş qəfəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası, v) sol bazu sümüyünün qapalı, yerdəyişmiş sınığı, q) sol dirsək oynağının çıxığı. Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilən xəsarətlərdən döş qəfəsində və qarın nahiyəsində olan yaralar deşici-kəsici alətlə; sol bazu sümüyünün sınığı və sol dirsək oynağının çıxığı isə küt əşyanın (əşyaların) təsiri nəticəsndə əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcələrinə görə: qarın nahiyəsinin qarın boşluğuna keçən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir; döş qəfəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir; sol bazu sümüyünün qapalı, yerdəyişmiş sınığı, və sol dirsək oynağının çıxığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X10 adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 100 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, X4 meyitinin bədənində bir ədəd kəsilmiş- deşilmiş yara müəyyən edildi. Bu xəsarət döş qəfəsinin sol yarısının arxa səthində yerləşir, sol döş boşluğuna keçərək sol ağciyəri zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, kəsici-deşici alətlə yetirilmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. X5ma xəsarət yetiriklərkən o, ayaqüstə, arxa səthi xəsarət yetirən şəxsə doğru olmuşdur. Yara kanalının istiqaməti arxadan önə bir qədər sağdan sola doğrudur. X4 bədənində olan kəsilmiş-deşilmiş yaradan başqa, digər hər hansı bir xəsarət aşkar edilmədi. X3 ölümünə səbəb döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən sol ağciyərin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. Ölümün müddəti stasionar xəstənin tibbi kartasında göstərilən tarixə, yəni xx.xx.2024- cü il tarixə, saat 01:25 uyğun gəlir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X10 adma tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 139/KEŞ saylı komisyon məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Ulduz Hüseynovamn meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb olan kəskin daxili və xarici qanitirmə kəsilmiş-deşilmiş yara nəticəsində əmələ gəlmişdir. Ulduz Hüseynovanmın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən sol ağciyərin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmənin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X10 adına tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 426/KEŞ saylı əlavə komisyon məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Ulduz Hüseynovanın aldığı travmatik xəsarət həyatla bir araya sığmayan xəsarət olduğundan cərrahiyyə əməliyyatı vaxtında aparılmış olsa idi belə, ölümün qarşısının alınması şansı olmazdı. Ulduz Hüseynovanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb olan kəskin daxili və xarici qanitirməyə səbəb kəsilmiş-deşilmiş yara olmuşdur. Ulduz Hüseynovanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb “Döş qəfəsinin sol yarısının arxa səthinin daxilə keçən sol ağciyərin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kompleks Stasionar Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 885 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi əlamətləri aşkar edilir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 (Psixi və davranış pozuntularmm beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, XBT 10 (Psixi və davranış pozuntularmm beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini) tam dərk etmək və ya həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 2007 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 07 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. X4 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqdim edilmiş bir ədəd bıçaqda qan aşkar olunmadı. Təqdim edilmiş hadisə yerindən götürülmüş qanabənzər nümunlər üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs1 və mərhum X19ma məxsus ola bilər. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarlar (bir ədəd köynək, bir ədəd mayka, bir ədəd bel geyimi) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə və mərhum X19ma məxsus ola bilər. Təqdim edilmiş X19ma məxsus paltarlar (uzunqol kofta, bir ədəd idman şalvar, bir ədəd mayka) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs1 və mərhumun onun özünə məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarlar (uzunqol köynək, bir ədəd cins şalvar, bir ədəd mayka) və hadisə yerindən götürülmüş aliminium tava üzərində qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə ballistik, trasoloji ekspertizasının xx.xx.2025- cü il tarixli 16/130/131 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İİ. Təqdim olunan X19ma məxsus poluverin üzərində olan bir ədəd zədə, Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində olan iki ədəd “a”, “b” zədələri, maykanın üzərində olan iki ədəd “c", “d” zədələri və bel geyiminin üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə- kəsilmə zədələridir. Lakin təqdim edilmiş X19ma məxsus poluverin üzərində olan bir ədəd zədədə, Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində olan iki ədəd zədədə, maykanın üzərində olan iki ədəd zədədə və bel geyiminin üzərində olan bir ədəd zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs məxsus maykanın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Təqdim edilmiş X19ma məxsus şalvarın, maykanın və Təqsirləndirilən şəxs məxsus köynəyin, şalvarın üzərində hər hansı mexaniki zədə aşkar edilmədi.İİİ.Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X2 adma tərtib edilmiş xx.xx.2024-cü il tarixli 100 saylı ekspert rəyində, Zərərçəkmiş şəxs1 adma tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1600 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş X19ma məxsus poluverin üzərində olan bir ədəd zədə, Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində olan iki ədəd zədə, maykanın üzərində olan iki ədəd zədə və bel geyiminin üzərində olan bir ədəd zədə müqayisə edildi və müəyyən oldu ki, X10 bədənində yerləşən “döş qəfəsinin sol yarısının arxa səthində yerləşən, sol döş boşluğuna keçərək sol ağciyəri zədələyən bir ədəd kəsilmiş-deşilmiş yara” və Zərərçəkmiş şəxs1 bədənində yerləşən “a) qarın nahiyyəsinin qarın boşluğuna keçən yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan deşilmiş- kəsilmiş yarası b) Döş qəfəsinin daxilə keçməyən deşilmiş - kəsilmiş yarası” xəsarətləri ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə və sayma görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 16/129 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, X19ma məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin l№-li cədvəlində göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus köynəyinin üzərindən tapılmış göy rəngli kimyəvi poliuretan liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının üzərində Zərərçəkmiş şəxs1 məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində X15 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. X19ma məxsus geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının üzərində X19ma məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. X19ma məxsus geyim əşyalarının üzərində Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 noyabr 2024-cü il tarixli “şəxsin polis idarəsinə könüllü gəlib təslim olması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı PŞ-nə gedərək könüllü təslim olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri - ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evidir. Yaşayış evi kürsülü olmaqla çay və mişar daşları tikilmişdir. Yaşayış evinin həyətinə ikitaylı dəmir darvazadan keçid edildi. Həyətə daxil olduqda giriş darvazasının qarşısında “Ford Tranzit” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı qırmızı rəngli avtomobil vardır. Giriş darvazasından sağ tərəfdə fərdi yaşayış evi yerləşir. Evin ön hissəsində aynabənd vardır. Yaşayış evinə iki istiqamətdə giriş nəzərdə tutulmuşdur. Aynabəndin yanında yerləşən əsas giriş qapısından evə daxil olmaq üçün ikipilləli beton pilləkan vardır. Giriş qapısından içəri keçdikdə kiçik və ensiz otaq vardır. Həmin otaq şərti olaraq 1 rəqəmi ilə nömrələndi. 1 rəqəmi ilə nömrələnmiş otaqdan sağ tərəfdə yerləşən taxta qapıdan evin digər otağına keçid edildi. Həmin otaq şərti olaraq 2 rəqəmi ilə nömrələndi. 2 rəqəmli otağa daxil olduqda sağ tərəfdə divarın qarşısında 2 ədəd üzəri ağ mərəfə ilə örtülmüş dolab, giriş qapısının qarşısında divan, giriş qapısının sol tərəfində isə stul yerləşir. Üzəri ağ mərəfə ilə örtülmüş dolabların yanında ağ rəngli ikitaylı taxta qapı vardır. Həmin qapı vasitəsilə evin digər 3 rəqəmi ilə nömrələnmiş otağına keçid edildi. Otağa daxil olduqda üzərində döşək və ədyallar olan 1 ədəd çarpayı və 1 ədəd sandıqça olduğu görünür. 2 rəqəmi ilə nömrələnmiş otağın giriş qapısı ilə üzbəüz divarda bir ədəd taxta qapı vardır. Həmin qapı vasitəsilə evin digər 4 rəqəmi ilə nömrələnmiş otağına keçid edildi. 4 nömrəsi ilə işarələnmiş otağa keçmək üçün nəzərdə tutulan hündürlüyü 191 sm, eni 107 sm olan ikitaylı qapının sağ tayının üzərində qanabənzər ləkənin olması müşahidə olunur. İkitaylı qapının sağ tanının eni 54 sm-dir. Həmin qanabənzər ləkə döşəmədən 107 sm hündürlükdə yerləşir və şərti olaraq 1 rəqəmi ilə işarələndi. Məhkəmə fotoqrafiyası qaydasında şəkillər çəkildi və müvafiq qaydada nümunələr götürülərək qablaşdırıldı. 4 rəqəmi ilə nömrələnmiş otağın uzunluğu 5 m 97 sm, eni 4 m 2 sm ölçüdədir. Otağın ümumilikdə 3 pəncərəsi vardır. İki pəncərə giriş qapısının yerləşdiyi divarda, digər pəncərə isə giriş qapısı olan divardan hesablanmaqla saat əqrəbi istiqamətində 2-ci divarda yerləşir. Həmin divarın qarşısında taxta materialdan hazırlanmış iki nəfərlik çarpayı vardır. Otağın döşəməsi üzərində qırmızı rəngli xalça sərilmişdir. 2-ci divarda yerləşən pəncərənin qarşısında yerə sərilmiş xalçanın üzərində metaldan hazırlanmaqla boz rəngli tutacağı olan tava vardır. Həmin tava şərti olaraq 2 rəqəmi ilə işarələndi. Məhkəmə fotoqrafiyası qaydasında şəkillər çəkildi və müvafiq qaydada qablaşdırılaraq götürüldü. 4 nömrəli otaqda iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən edilmədi. 2 nömrəli otaqla taxta arakəsmə ilə ayrılan otaq vardır. Həmin arakəsmə ağ rəngli olmaqla ikitaylı qapısı vardır. Həmin qapı vasitəsilə digər otağa keçid edildi və otaq 5 rəqəmi ilə nömrələndi. 5 nömrəli otaqda 02 ədəd yan-yana yerləşən kreslo vardır. 5 nömrəli otaqdan evin mətbəx otağına keçid etmək üçün qəhvəyi rəngli taxta materialdan hazırlanmış qapı vardır. Həmin qapı vasitəsilə mətbəx otağına keçid edildi. Mətbəx otağında daha bir qapı vardır. Həmin qapı evin həyətinə keçid etmək üçün nəzərdə tutulmuşdur. Mətbəxdə divarboyu mebel dəsti, 01 ədəd stol, stullar və 01 ədəd çarpayı vardır. Döşəmə üzərinə xalça sərilmişdir. 5 nömrəli otaqdan evin mətbəx otağına keçid üçün nəzərdə tutulan giriş qapısının yerləşdiyi divarda 01 ədəd pəncərə vardır. Həmin pəncərə evin 4 nömrəli otağı ilə mətbəx otağının ortaq divarında yerləşir və hər iki otağa açılır. Mətbəx otağında iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilmədi. Mətbəx otağından evin həyətinə keçid üçün nəzərdə tutulan qapıdan həyətə keçdikdə həmin qapının çöl səthində ayaq izi olması müəyyən edildi. Qeyd olunan qapının hündürlüyü 2 metr, eni 88 smdir. Həmin qapıdan həyətə keçdikdə sağ tərəfdə evin həyətyanı sahəsinə keçmək üçün dəmirdən hazırlanmış boz rəngli 1 taylı qapı vardır. Həmin dəmir qapıdan sol tərəfdə 3 otaqlı 1 ədəd yardımçı tikili vardır. 2 otağın qapısı ağ rəngli plastik materialdan, 1-i isə qəhvəyi rəngli plastik materialdan hazırlanmışdır. Həmin tikili yerdən 85 sm hündülükdə önü mişar daşları ilə hörülmüş beton örtük üzərində yerləşir. Həmin beton örtüyün uzunluğu 9 metr 7 sm, eni 3 metr 11 sm-dir. Yardımçı tikiliyə qalxmaq üçün 4 pilləli daş pilləkanlar vardır. Pilləkanlardan 102 sm sol tərəfdə beton örtükdən 9 sm aralıda olmaqla yerdə 14X19 sm ölçüsündə qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr şərti olaraq 3 rəqəmi ilə işarələndi. Məhkəmə fotoqrafiyası qaydasında şəkillər çəkildi və müvafiq qaydada nümunələr götürülərək qablaşdırıldı. Beton örtüyün üzərində pilləkanın 4-cü pilləsindən 41 sm solda yardımçı tikilinin qəhvəyi rəngli qapısının sağ küncündən 142 sm aralıda 44X29 sm ölçüdə qanabənzər ləkə vardır. Həmin qanabənzər ləkələr şərti olaraq 4 rəqəmi ilə işarələndi. Məhkəmə fotoqrafiyası qaydasında şəkillər çəkildi və müvafiq qaydada nümunələr götürülərək qablaşdırıldı. Evin 1 nömrəli otağının divarının çöl səthində yerdən 87 sm hündürlükdə giriş qapısından 129 sm aralıda 19X12 sm ölçüdə qanabənzər ləkənin olması müşahidə olundu. Həmin qanabənzər ləkələr şərti olaraq 5 rəqəmi ilə işarələndi. Məhkəmə fotoqrafiyası qaydasında şəkillər çəkildi və müvafiq qaydada nümunələr götürülərək qablaşdırıldı. Bundan başqa fərdi yaşayış evində iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında Protokola əsasən Təqsirləndirilən şəxs evə hardan daxil olmasını, Ulduz Hüseynovaya xəsarət yetirdiyi yeri və dayısının pəncərədən keçərkən yıxılmasını, eləcə də dayısına bıçaq zərbələri vurduğu yeri bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli meyitə, üzərindəki geyim və digər əşyalara baxış protokolundan görünür ki, Təşrih masası üzərində arxası üstə meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. qırmızı-ağ rəngli 01 ədəd uzunqol köynək qanabənzər mayeyə bulaşmışdır. Sol yan tikişindən sağda zədə vardır. 2. ağ rəngli 01 ədəd idman şalvarının ön və arxa səthində qanabənzər ləkələr vardır. 3.qara rəngli 01 ədəd qolsuz köynək. 4. Bənövşəyi rəngli tursik. Paltarlar köhnədir. Əyninə düzgün geyinilmişdir. Sol əlinin 4-cü barmağında qaşları olan gümüşü rəngli üzük vardır. Paltarları soyundurduqda meyit qadın cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 168 sm-dir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri meyitin arxa səthlərində inkişaf etmişdir, göyümtülbənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi avazıyır və öz əvvəlki rənginə 5 dəqiqədən sonra bərpa olur. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Çürümə əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Hər iki göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur, bəbəklər dairəvi formada olub, bərabır genişlənmişdir, buynuz qişaları bulanıqdır. Hər iki burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdırlar. Ağzı bir qədər açıqdır, dodaqların daxili səthi ağımtıl rəngdədir, dişləri tamdır, təbiidir. Dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normastenikdir, qurluşu simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdırlar. Qamı döş qəfəsi səviyyəsində yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Xəsarətlər: Döş qəfəsinin ön yan səthində solda orta körpücük xəttlə arxa qoltuqlatı xəttlər arasında Vİ-Vİİ qabırğalar arasında 22 sm uzunluqda çəp yerləşmiş cərrahi tikişlərlə tikilmiş. Düz xətt formalı yara vardır. Döş qəfəsinin arxa səthində sol onurğayam xəttlə X qabırğa səviyyəsində iki cərrahi tikişlə tikilmiş 2 sm uzunluqda, döş qəfəsinin sol yan səthində arxa qoltuqlatı xəttlə İX qabırğa səviyyəsində 1 sm uzunluqda bir ədəd cərrahi tikişlə tikilmiş yaralar vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilmədi. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirildi. Baxış zamanı 01 ədəd qırmızı-ağ rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli idman şalvarı, 01 ədəd qara rəngli qolsuz köynək, 01 ədəd gümüşü rəngli üzük götürüldü. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 aprel 2025-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Qatlanan, ümumi uzunluğu 260 mm olmaqla, tiyəsinin uzunluğu 115 mm, qalınlığı 2,2 mm, orta hissədən eni 21 mm, dəstəyinin uzunluğu 145 mm, orta hissədən eni 18 mm, orta hissədən qalınlığı 15 mm olan bıçaq, ona oxşar olan üç ədəd bıçaq arasında Gəncə şəhər 2 saylı istintaq təcridxanasının istintaq otağında masa üzərində sıra ilə nömrələnmiş vəziyyətdə Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuş, bıçaqlar nömrələnərkən və masa üzərinə sıra ilə qoyularkən Təqsirləndirilən şəxs dəhlizdə gözlədilmiş, üç ədəd oxşar bıçaq müvafiq olaraq “ 1 ”, “ 2 ” və “4” rəqəmləri ilə, Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncunun təqdim etdiyi bıçaq isə “ 3 ” rəqəmi ilə nömrələnmiş, bundan sonra Təqsirləndirilən şəxs otağa dəvət olunmuş və ona məxsus olmaqla saxlanılan zaman üzərində olan bıçağın həmin bıçaqların arasında olub-olmamasını göstərməsi və əgər həmin bıçağı tanıyırsa, hansı əlamətlərinə görə tanımasını bildirməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs cəmi 04 ədəd nömrələnmiş bıçağa baxdıqdan sonra “ 3 ” nömrəsi ilə nömrələnmiş bıçağı göstərərək, məhz həmin bıçağın ona məxsus olduğunu, xarici əlamətlərinə görə həmin bıçağı tanıdığını, saxlanılan zaman üzərində olduğunu, Zərərçəkmiş şəxs1 və X19ma məhz həmin bıçaqla xəsarətlər yetirdiyini, hadisəni törətdikdən sonra bıçağı silərək təmizlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs “1”, “2” və “4” rəqəmləri ilə nömrələnmiş bıçaqları tanımadığını, ilk dəfə gördüyünü qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli əşyaya baxış keçirilməsi barədə protokolundan görünür ki, bıçaq tiyə və dəstək hissədən ibarətdir. Bıçağın tiyəsi boz rəngdədir. Tiyənin üzərində “SAİNLESS” yazısı həkk olunmuşdur. Ümumi uzunluğu 260 mm olmaqla, tiyəsinin uzunluğu 115 mm, qalınlığı 2,2 mm, orta hissədən eni 21 mm, dəstəyinin uzunluğu 145 mm, orta hissədən eni 18 mm, orta hissədən qalınlığı 15 mm-dir. Bıçağın dəstəyi qırmızı rənglidir. Bıçaq açılıb-qatlanan olmaqla üzərində qan izləri müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxışı barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli kofta, 01 ədəd belində kəmər olan tünd göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli qolsuz köynək götürüldü. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxışı barədə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 deməsinə görə 21 noyabr 2024-cü il tarixdə hadisə zamanı əynində olmuş paltarları Gəncə şəhər Prokurorluğunun inzibati binasında könüllü olaraq təqdim etdi. Hadisə zamanı Zərərçəkmiş şəxs1 üzərində olmuş paltarlara baxış keçirilən zaman müəyyən edildi: 01 ədəd tünd göy rəngli qısaqol kəsilmiş köynəyi 01 ədəd ağ rəngli qolsuz kəsilmiş köynəyi 01 ədəd qəhvəyi rəngli bel geyimi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli Bakcell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqdim olunmuş disk bir tərəfi şəffaf, digər tərəfi ağ rəngli olmaqla üzərinə “Bakcell” yazısı həkk olunmuşdur. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirildi. Disk açıldıqdan sonra içərisində 5 ədəd fayl olduğu görünür. Mushteri zenglerinin detallashmasi_MSİSDN_556310068 adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsinin zəng detallaşmasına, anten dairələrinə dair məlumatlar vardır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsi ilə Zərərçəkmiş şəxs2 Hüseyn qızının istifadəsində olmuş ********** nömrəsi arasında ümumilikdə 7 zəng olmaqla, zənglərdən 6-sı saat 21-22 radələrini əhatə etməklə hər biri Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsi ilə Şahid5 istifadəsində olmuş ********** nömrəsi arasında xx.xx.2024-cü il tarixdə saat 21 radələrində ümumilikdə 4 danışıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqdim olunmuş disk bir tərəfi şəffaf, digər tərəfi qırmızı rəngli olmaqla üzərinə “Nar” və “Sənə ən yaxın sözləri” həkk olunmuşdur. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirildi. Disk açıldıqdan sonra içərisində 2 ədəd fayl “Mushteri zenglerinin detallashmasi_MSİSDN_705162427” və “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN 705162427” vardır.l.“ Mushteri zenglerinin detallashmasi_MSİSDN_705162427” adlı fayl açıldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsinin zəng detallaşması, anten dairələrinə dair məlumatlar vardır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ********** nömrəsi arasında 2 zəng olduğu, 1-ci zəngin saat 21:14-də, digər zəngin isə 22:16-da olduğu, zənglərin Təqsirləndirilən şəxs tərəfindən edildiyi müşahidə olunur. Saat 22:23-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsi ilə Şahid3 istifadəsində olmuş ********** nömrəsi arasında danışıq olduğu, zəngin Alim Yaqubov tərəfindən edildiyi görsənir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Respublika Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli 15177 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2025-cü il tarixli 3-28-29/2-75/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 156 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli 5988 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində X13 və Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 Hüseyn qızını öldürmək üçün hər hansı bir hazırlıq işləri etmədiyini bildirmiş, onları qorxutmaq üçün etdiyini bildirmiş, Ulduz Hüseynovanın həkim səhlənkarlığı nəticəsində ölməsini demişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduqdan sonra şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi ilkin etirafedici ifadələrində hadisənin baş verməsinə səbəb dayısı və dayısı arvadının onun ailəsi ilə barışdırmaması olmuşdur. Sözügedən dindirilmələrə dair protokollardan görünür ki, həmin ifadələr Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış, habelə ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq ifadələrini oxuduğunu və doğruluğunu imzası ilə təsdiq etdiyini göstərmişdir. O cümlədən iş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, mübahisənin baş verməsinə səbəb ailəsinin dağılması, dayısı və dayısı arvadı ailəsini barışdırmağa cəhd etməməsi olmuşdur. Bundan başqa hadisəni törədərkən özündə olmadığı etiraf etmişdir. Eləcə də, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 və başqa zərərçəkmiş şəxslər ifadələrində Təqsirləndirilən şəxs ilk növbədə dayısı Elyargilə gəlməsi, burada Elyarın gözü qarşısında dayısı arvadı Ulduz Hüseynovanı bıçaqla vurması, daha sonra qolu qırılaraq köməksiz vəziyyətə düşmüş Elyara ardıcıl iki bıçaq zərbəsi vurmuş, onun öləcəyinə əmin olduğundan hadisə yerini tərk etmişdir. Anası və qardaşına zəng edərək Ulduz və Elyarİ öldürməsini bildirərək, onların da bu məqsədlə olduqları yeri soruşmuş, daha sonra onları evə çağırnışdır. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri ilə təkzib olunaraq Təqsirləndirilən şəxs hadisə yerinə bıçaqla gəlməsi, müdafiə tərəfi də qeyd edilən xüsusatlara dair məhkəmə istintaqı zamanı hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz. Odur ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmin Qərarın 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Eləcə də, həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qərarın 11-ci bəndində qeyd olunur ki, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrıayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun. Təqsirləndirilən şəxs evdən çıxarkən gedirəm Elyarı da Ulduzu da öldürəcəm deməsi və bu niyyətlə də dayısı Elyarın evinə gələrək sonuncunun arvadı Ulduza ərinin qarşısında bıçaq xəsarəti yetirməsi, daha sonra isə dayısı Elyarın arvadının Rəşad tərəfindən vurulmasını görərək evdən qaçmaq məqsədilə qonşu otağın pəncərəsinə yaxınlaşması və digər otağa keçən zaman yıxılaraq qolu qırılmışdır. Təqsirləndirilən şəxs dayısı arvadına bıçaqla xəsarət yetirdikdən sonra dayısının qolunun qırılmasına və köməksiz vəziyyətə törətmiş olduğu cinayət nəticəsində dayısı arvadı Ulduz bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 yaxud 120.2-ci və 29, 120.2.7ci maddələri ilə tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin mənasına görə əməlin iki və ya daha çox şəxsi qəsdən öldürmə əlaməti üzrə tövsif edilməsi, eyni zamanda hər bir əməlin ayrı-ayrılıqda, yəni cinayətlərin məcmusu kimi tövsif olunmasını və cəzalandırılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunları nəzərə alaraq və sübutların qarşılıqlı, hərtəfəli təhlili nəticəsində məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 4 noyabr tarixində məhkəmə qərarı ilə arvadından boşanmasında günahkar olaraq dayısı Zərərçəkmiş şəxs1 və dayısı arvadı Ulduz Hüseynovanı, eləcə də anasını, qardaşını və qardaşının arvadını görmüşdür. Ailə üzvləri arasında fərqin qoyulması, eləcə də dayısının və dayısı arvadının onun boşanmağının qarşısını almadığını, keçmiş arvadı ilə onun barışması üçün heç bir addım atmadıqlarını düşünərək sözügedən 5 nəfəri öldürmək qərarına gəlmişdir. Bu məqsədlə evdə saxladığı bıçağı götürmüş, ilk öncə qardaşıgilin qaldığı mənzilə yaxınlaşaraq qapını açmaq istəmiş lakin qardaşı və qardaşı arvadı evdə olmamağı səbəbindən dayısı gilə getmişdir. Evdən çıxarkən atasına dayısı və dayısının arvadını öldürəcəyini bildirmiş, bu məqsədlə də dayısıgilə getmiş ilk öncə dayısının gözü qarşısında arvadı Ulduz Hüseynovaya bıcaqla xəsarət yetirmişdir. Onu da öldürəcəyini başa düşən və bu məqsədlə otaqdan qaçan Zərərçəkmiş şəxs1 pəncərədən qonşu otağa keçən zaman yıxılaraq qolunun sınmasını görmüş və ona yaxınlaşaraq mənim ailəmi niyə dağıtdınız deyərək bıçaqla qarnına xəsarət yetirmişdir. Daha sonra Ulduz Hüseynovanın əlində tava ilə otağa girməsini görmüş və dayısının öləcəyindən əmin olduğu üçün oranı tərk etmişdir. Yolda təkidlə anası Zərərçəkmiş şəxs2 zəng edərək, dayısı Zərərçəkmiş şəxs1 və dayısı arvadı Ulduz Hüseynovanı öldürdüyünü bildirmiş, indi isə növbənin onda, qardaşı Zərərçəkmiş şəxs3 və qardaşı arvadı Nərminə Abbasova da olmasını bildirmişdir. Bu məqsədlə də anasını evə çağırmış sonuncu isə qorxduğu üçün evə gəlməmişdir, eləcə də qardaşı Zərərçəkmiş şəxs3 zəng etmiş və ona harda olmasını soruşmuş, Rövşən isə qorxusundan Şəmkir rayonunda olmasını bildirmişdir. Eləcə də, Zərərçəkmiş şəxs3, Nərminə Abbasova və X22 Abbasovun onları mütəmadi olaraq öldürməklə hədələdiyini, lakin həmin gün axtarmaqda məqsədinin onları da öldürəcəyini və bu istiqamətdə bütün hazırlıq işlərini tamamladığını bildirmişlər. Məhkəmə araşdırması zamanı zərərçəkmişin hüquqi varisi, eləcə də digər zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirərək məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş etmişlər. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla X13 öldürməsi, yəni sonuncunu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməklə, qəsdən xüsusi amansızlıqla iki və daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 28,120.2.7-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi könüllü gəlib polis idarəsinə təslim olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 28,120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 28,120.2.7-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz. Belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. Həmin Qərarın 15-ci bəndində göstərilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın ilk 3 ilinin həbsxanada qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 275 manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 123 (bir yüz iyirmi üç) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Gəncə şəhər prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş – 08 ədəd tampon, cinayətin törədilmə aləti olan 01 ədəd turist bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli kofta, 01 ədəd belində kəmər olan tünd göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli qolsuz köynək yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolsuz köynək, 01 ədəd qəhvəyi rəngli bel geyimi sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli, X15 məxsus 01 ədəd qırmızı-ağ rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli idman şalvarı, 01 ədəd qara rəngli qolsuz köynək zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 350, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 və 28,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cü maddələri ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.7-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 3 (üç) ilini həbsxanada qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 275 manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 123 (bir yüz iyirmi üç) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş – 08 ədəd tampon, cinayətin törədilmə aləti olan 01 ədəd turist bıçağı məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd göy rəngli kofta, 01 ədəd belində kəmər olan tünd göy rəngli cins şalvar, 01 ədəd ağ rəngli qolsuz köynək yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd ağ rəngli qolsuz köynək, 01 ədəd qəhvəyi rəngli bel geyimi sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin, X15 məxsus 01 ədəd qırmızıağ rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli idman şalvarı, 01 ədəd qara rəngli qolsuz köynək zərərçəkmiş şəxsin hüquqi varisi X6 qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-459/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-459/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver