Məhkəmə qərarları › İş №1(100)-46/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-46/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-46/2021 28.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Bayramov Vəkil Əsgər oğlu, Zərərçəkmiş şəxs2 Vəkil oğlu və Bayramova Sara Əzim qızının və müdafiəçi – Tərtər rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Nəriman Nərimanov prospekti 19\1, mənzil 33-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Səfər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 fevral 2016-cı il tarixdə saat 03-30 radələrində özgənin əmlakını hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib xeyli miqdarda, yəni 20-30 min manat məbləğində pulun olmasını ehtimal edib ələ keçirmək məqsədi ilə Şahid10, Məmmədov Araz Kamal oğlu və istintaqa şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup təşkil edib, Bərdə rayonunun Soğanverdilər kəndində yaşayan Zərərçəkmiş şəxs1 evinə, yəni yaşayış sahəsinə, yaşayış sahəsinin pəncərə şüşəsini çıxarıb, qanunsuz olaraq girərək,həmin evdə yaşayan Vəkil Bayramovun arvadı Bayramova Sara Əzim qızını hücuma məruz qoyub onun üzərinə basqın edərək, həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə hədələyərək, onun əl- ayağını evdə olan azyaşlı uşaqların paltarı və özü ilə gətirmiş olduğu neft lampasının piltəsi ilə bağlayıb, evdə olan qızıl əşyalarının və pulun yerini deməsini tələb etmiş, həmin vaxt səs- küyə Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs3 yatdığı otağa keçdiyindən onu da hücuma məruz qoyub, üzərinə basqın edərək, qəsdən yumuruqla sağ göz yuvası altı,sol göz yuvası altı, döş qəfəsi,sol qulaq ətrafı,sol göz ətrafı, burun nahiyələrindən vuraraq sağ göz yuvası altı, sol göz yuvası altı, döş qəfəsi nahiyələrinin qançırları, sol qulaq ətrafı, sol göz ətrafı sahəsinin hemotoması, burun nahiyəsinin əzilməsi ilə nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən zərər vurub, sonuncunun da əl-ayağını evdə otaqda olan azyaşlı uşaqların geyim paltarları ilə bağlayıb, həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın hərəkətlərini davam etdirəcəyini bildirib, əldə edib üstündə saxladığı və silah qismində istifadə etdiyi uşaq oyuncaq tapançanı və cib bıçağını tətbiq edib hədələyərək,evdə olan qızıl əşyalarının və pulun yerini deməsini tələb etdiyindən Zərərçəkmiş şəxs1, evin dəhlizində dolabdan asılmış pencəyinin cibində pul olduğunu dediyindən, həmin yerdən Zərərçəkmiş şəxs1 məxsus 2500 manat nəqd pulunu, sonuncunun işlətdiyi mağazasından nisyə əmlak alan şəxslərin qeydiyyatını apardığı 2 ədəd nisyə dəftərini, Zərərçəkmiş şəxs3 əl çantasında olan 1 ədəd 1500 manat qiymətində Rusiyada istehsal olunmuş mirvari boyunbağısını, Rusiya istehsalı olan 100 manat qiymətində 1 ədəd qızıl üzüyünü, sonuncunun oğlu Zərərçəkmiş şəxs2 otaqda şkafda kitabın arasında saxladığı 2800 manat nəqd pulunu, sonuncunun dəmir qutuya yığıb saxladığı 1000 manat məbləğində Azərbaycan Respublikasının 50 qəpiklik pul sikkələrini, cəmi 3800 manat pulunu, Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs4 məxsus olub otaqda şkafda kitabın arasında saxladığı 2500 manat nəqd pulunu, Rusiyada istehsal olunmuş 500 manat qiymətində 1 ədəd qızıl boyunbağısını tamah niyyəti ilə ələ keçirməklə, həmin şəxslərə maddi ziyan vurmaqla, həmin yaşayış sahəsindən 20-30 min manat pulu, yəni xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə quldurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası rəhmətə getmiş, anası 5 dəfə əməliyyat olunub hazırda ona baxan kimsə yoxdur. Mingəçevir şəhər sakini Məmmədov Araz Kamal oğlunu tanımır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Bərdə rayonu Soğanverdilər kənd sakini Şahid10 Fehruz oğlunu o, hadisə vaxtı tanımışdır. Turalı Mingəçevir şəhər sakini kimi tanımışdır. Turala Mingəçevirdə “bradıyaqa Tural “ deyilir. Turalın yaşadığı ünvanı soyadını, ata adını bilmir. Araz adlı şəxsi isə tanımır. 2016- cı ilin fevral ayının 23 də o, İsmayıl, Tural birlikdə Bərdə rayonunun Soğanverdilər kəndinə Vəkil Bayramovgilin evinə onların təklifi əsasında oradan pul ələ keçirmək üçün getmişlər. Belə ki, İsmayıl çöldə qalmışdır. O və Tural evin pəncərə şüşəsini çıxarıb oradan evə daxil olmuşlar. Orada sonradan adını bildiyi Vəkil adlı şəxsdən və onun arvadı Saradan pul və qızıl əşyaları istəmişdir. Həmin vaxt oradan 50 qəpiklik 300-400 manat məbləğində xırda pulllar, təxminən 6 min manat pul, 1 ədəd mirvari boyunbağı, 2 ədəd nisyə dəftəri götürmüşlər. Sonra isə İsmayıl da içəri daxil olub onlara qoşulmuş və onlar orada onları gözləyən Turab adlı şəxsin VAZ-21015 markalı maşınına minib gedərək, başqa maşınla Bakı şəhərinə getmişlər. Vəkil Bayramovun evinə o və Tural evin pəncərəsindən daxil olmuşlar. Orada 4- cü adam olmayıb. Yəni İsmayıl çöldə onları gözləmiş o və Tural evin pəncərəsindən evə daxil olmuşlar. Sonradan evə İsmayıl da girmiş ona görə də zərər çəkən yalandan omları 3 nəfər olaraq evə daxil olduqlarını bildirir. Həmin yerdən yuxarda qeyd etdiyi kimi cəmi 6 min manat dəyərində pul və qiymətli əşyalar götürmüşlər. Hadisə zamanı onlar Vəkil Bayramovu və onun arvadını öldürəcəkləri ilə hədələyib ondan evdə olan qızılın, pulun yerini deməsini tələb etmişlər.Evə evin arxa tərəfində olan pəncərənin şüşəsini çıxarıb oradan o və Tural evə daxil olmuşlar və sonra isə aradan 10 dəqiqə keçəndən sonra İsmayıl da pəncərədən evə girib yanlarına gəlmiş ancaq o, səsini çıxarmamışdır ki, Vəkil Bayramov səsindən onu tanıya bilər. Vəkil Bayramovun evindən götürdükləri qızıl və puldan ancaq pul verilmiş, qızılların kimə düşdüyünü bilmədiyindən ona görə də bu barədə bir söz deyə bilmir. Bütün bunlara baxmayaraq tutduğu əməldən səmimi peşiman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini və dəymiş zərəri ödədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 24 fevral 2016-cı il tarixdə baş vermiş hadisəyə qədər onunla bir qonşuluqda yaşayan Şahid10 və onun ailə üzvüləri ilə aralarında heç bir ədavət, düşmənçilk olmamışdır. X34 və həm də onun anası,atası və digər ailə üzvüləri ilə münasibətləri normal olmuşdur. 23 fevral 2016-cı il tarixdə təxminən gecə saat 22 radələrində oğlu Elmurad həyat yoldaşı Günellə Bakı şəhərinə getmişlər.Onlar Bakı şəhərinə gedərkən övladlarından ikisini qaynatasıgilə aparıb qoymuşlar.Nəvələrindən biri yəni nəvəsi onun adınıı daşıyan Zərərçəkmiş şəxs1 Elmurad oğlu isə onun və arvadı Saranın yanında qalmışdır.Həmin gün saat 23 radələrində həyat yoldaşı Sara nəvəsini yatırtmaq üçün digər yataq otağına getmişdir. O, isə öz otağında yatmışdır. 24 fevral 2016-cı il tarixdə gecə saat 3-30 radələrində azyaşlı nəvəsinin qışqırıq səsinə yuxudan oyanmışdır. Bundan sonra ayağa qalxıb onların yatdığı otağa keçdmişdir ki, görsün bu nə səs- küydür. Qapını açıb otağa keçərkən bir nəfərin üzünə maska keçirmiş şəxsin onun üstünə tərəf gəldiyini görmüşdür.O, dərhal başa düşmüşdür ki, onun evinə girib pulunu aparmaq istəyirlər. Həmin tanımadığı şəxs üstünə gəlib onun sifətimdən yumuruqla vurmuş və əlindəki tapança ilə onu hədələmişdir. Özünü müdafiə etmək üçün həmin şəxsə yumuruq və təpik də atmışdır.Həmin vaxt digər 2 nəfər üzləri maskalı olan tanımadığı şəxslər onun sifətindən yumuruqla vurub onu öldürəcəkləri ilə hədələməyə başlamışlar. Ondan evdə olan qızılın və pulun yerini deməsini tələb etmişlər.Onu döyüb çarpayının üzərinə vurub yıxmışlar. Sonra isə həmin şəxslər onun və həyat yoldaşı Saranın əl-qolunu özləri ilə gətirmiş olduqları lampa piltəsi ilə bağlamışlar.Onun ayağını və əlni evdə olan azyaşlı uşaqların şalvarı ilə bağlamışlar.Həmin vaxt tanımadığı üzü maskalı şəxs əlində olan cib bıçağını onun böyrünə dirəmiş, ona demişdir ki, səs etməsin etsə onu öldürəcək və ondan evdə olan qızılın pulun yerini deməsini tələb etmişdir. Ona görə də bərk qorxmuşdur.O, həmin şəxlərin sifəti maska ilə örtülü olduğunu, tanımadığı adamlar olduğunu, onu və arvadını pula, qızıla görə öldürəcəklərini fikirləşib onlara bildirmişdir ki, dolabdan asılmış pencəyinin cibində 2500 manat pul var, onu götürsün, ancaq onları öldürməsinlər.Bundan sonra həmin şəxslər onun dolabdan asılmış pencəyinin cibindən 2500 manat pul götürmüşlər.Sonra həmin şəxslər onu və arvadı Saranı yenə də hədələməyə başlamışlar ki, evdə olan qızılların da yerini desinlər. Qızılların yerini deməyəcəkləri halda onu və arvadı Saranı öldürəcəklərini demişlər. Onlar həyat yoldaşı Saranı döyməmişlər, ancaq onu da öldürəcəkləri ilə hədələyib qızılların yerini deməısini ondan da tələb etmişlər. Həyat yoldaşı Sarada həmin tanımadığı 3 nəfər nəmalüm şəxsə demişdir ki, özünə məxsus qızılları öz çantasındadır.Çanta elə orada stolun yanında oldğundan onlar çantanın içərisini açıb orada çantanın içərisində olan 1 ədəd həyat yoldaşının mirvari boyunbağısını götürmüşlər.Həmin mirvarinin qiyməti 1500 manatdır. Həmin vaxt o, bərk narahatçılıq keçirdiyinə görə ürəyində həm də əvvəllərdən narahartçılığı olduğundan onun arvadı Sara da onlara demişdir ki, stolun üstündə ürək dərman var gətirib ona vermələrini dediyindən onlar da həmin dərmanı gətirib ona vermişlər. Sonra həmin şəxslər ondan mağazanın nisyə dəftərini də istəmişlər.O da həmin 2 ədəd dəftəri də onlara vermişdir. Sonra onlar evdə otaqda oğlu Elmuradın dəmir qutuya 50 qəpiklər yığdığı təxminən 1000 manat məbləğində pullları da qutusu ilə birlikdə götürmüşlər.Eyni zamanda onlar oğlu Elmurada məxsus 2800 manat pulu və gəlini Günelə məxsus 2500 manat pulu da orada şkafda olan kitabın arasından olaraq götürdükdən sonra isə həmin şəxslər çıxıb getmişlər. Həmin şəxslər həm də onun gəlini Günelin 1 ədəd 500 manat qiymətində Rusiya istehsalı olan 1ədəd qızıl sepini üzərində də kulonu olmaqla götürüb aparmışlar. Onlar gedəndən sonra o və həyat yoldaşı Sara özlərinə gəlmişlər və həyat yoldaşı Sara qaçıb qonşuya Şrixangilə gedib onu çağırmış və hadisə barədə ona bildirmişdir.Şirxan ora gələn kimi onun kənddə yaşayan qohumu X18 çağırmışdır. Bundan sonra o, 102-yə vəng vurub məlumat vermişdir. Həmin 3 nəfər şəxsin üzlərində maska olmuş olduğundan onları tanıya bilməmişdir.Həmin şəxslər çöldə onun Opel - Astra markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilini də axtarıb bir şey tapmayıb qaçıb çıxıb getmişlər. Sonra, ona məlum olmuşdur ki, həmin şəxslərə onun evini göstərən həmkəndlisi Şahid10 olmuş olduğu məlum olmuşdur. Bilavasitə İsmayılın göstərməsi əsasında sonradan adını bildiyi Namil, Araz və başqa adını bilmədiyi üçüncü şəxs onlara qarşı çinayət törətmişdir. Həmin şəxslərin əlamətləri barədə onu deyə bilər ki, onlardan ikisi hündürboyu olub, biri isə ortaboy vəziyyətdə olmuşdur.Hər üçünün sifətində maska olduğundan tanıya bilməmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ailə üzvüləri ilə birlikdə Bərdə rayonunun Soğanverdilər kəndində atası Zərərçəkmiş şəxs1 ilə bir yerdə yaşayır. Atası Vəkilin yaşadıqları evlərinin yaxınlığında mağazası da var.Atası həmin mağazada ərzaq malları satıb bu yolla ailəsini dolandırır. Onun və həyat yoldaşı Günelin evdə olmadığı bir vaxtda, yəni Bakı şəhərində olarkən, onların evinə 3 nəfər maskalı adamların girib onun atasını döyüb evdən pul və qızıl aparmışlar. Evə gələrkən görmüşlər ki, giriş qapısı ilə üzbəüz olan pəncərənin şüşəsi çıxarılmış vəziyyətdədir. Onların yataq otağında olan əşyaların dağılmış olduğunu görmüşlər.Sonra onlar evdə olan əşyaları axtarmağa başlamışlar.Həmin vaxt görmüşlər ki, paltar dolabında olan paltarlar dağıdılmış vəziyyətdədir. Şkafda kitabın arasında olan 5300 manatın yerində olmadığını görmüşlər. Həmin puldan 2800 manatı ona və 2500 manatı isə həyat yoldaşı Günelə məxsusdur.Yataq otağında ona məxsus qutudakı 50 qəpik pulların yerində olmadığını görmüşlər.Həmin qəpik pullar 1000 manat olmuşdur. Bundan sonra anası Sara bildirmişdir ki, evinə daxil olan 3 nəfər maskalı şəxslər çantadan 1 ədəd 1500 manat qiymətində qızıl mirvarisini və 1 ədəd Rusiya istehsalı olan 100 manat qiymətində üzüyünü aparmışlar. Anasının 2 əşyası, yəni 1 ədəd 1500 manat qiymətində boyunbağı mivarisi və 1 ədəd 100 manat qiymətində qızıl üzüyü aparılıbdır. Bundan başqa mağazanın nisyə dəftərini də həmin şəxslər götürüb aparmışlar. Həmin götürülmüş pulun 2800 manatı ona, 2500 manatı isə həyat yoldaşı Günelə məxsusdur. Həmin pulların çoxu 100 manatlıq pul əskinazları olmuşdur. Onun və arvadı Günelin evlərindən Günelə məxsus 1 ədəd nazik qızıl boyunbağı sep aparılmış, qiyməti də 500 manatdır. Sonra polisin bu hadisəni törətmiş şəxsləri müəyyənləşdirməsi əsasında ona məlum olmuşdur ki, həmin hadisəni onların kəndində onlarla qonşuluqda yaşayan Şahid10 və sonuncunun onların evini göstərməsi əsasında Mingəçevir şəhərindən olan Namil, Araz və bir də adı bilinməyən 3 cü bir şəxs birlikdə olaraq etmişlər. Onlar evdən pul halında cəmi 8800 manat pul aparmışlar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 oğlu onun həyat yoldaşıdır. Onlar Bərdə rayonunun Soğanverdilər kəndində yaşayırlar. Zərərçəkmiş şəxs2 Vəkil oğlu onun oğlu, Günel isə onun gəlinidir. 23 fevral 2016-cı il tarixdə təxminən saat 22 radələrində gəlini Günel və həyat yoldaşı Elmurad Bakı şəhərinə getmiş, qız övladlarını aparıb gəlini Günelin anasının evinə qoymuşlar. Oğlan övladlarını, yəni nəvəsi Vəkili isə öz evlərində, yəni onunla həyat yoldaşı Vəkilin yanında qoymuşlar. 24 fevral 2016-cı il tarixdə gecə saat 03-30 radəlrində o, görmüşdür ki, evdə nə isə taqqıltı səsi gəlir, otağın qapısının açıldığını üzlərində maska olan 3 nəfər şəxsin evə girdiklərini görmüşdür. O, bərk həyacanlanmışdır.Nəvəsi Vəkil də azyaşlı uşaq olduğundan ağlamağa başlamışdır. Həmin ərəfədə həyat yoldaşı Vəkil evə otağa daxil olmuşdur. Maskalı şəxslər Vəkilin üstünə düşüb onu döyməyə başlamışlar. Ondan evdə olan pulun və qızılların yerini deməsini tələb etmişlər.Eyni zamanda ondan da evdə olan qızıl və pulun yerini deməsini və deməyəcəkləri halda isə onları öldürəcəkləri ilə hədələməyə başlamışlar. Vəkili yumuruqla döyüb karavatın üstünə yıxmışlar. Həmin vaxt o, görmüşdür ki, həyat yoldaşı Vəkilin vəziyyəti pisdir. Belə ki, o, ürəyində narahatçılığı olduğundan, həmişə ürək dərmanından istifadə edir.Vəkili bu vəziyyətdə görüb, həmin üzləri maskalı olan 3 nəfər şəxsə demişdir ki, həyat yoldaşı Vəkilin vəziyyəti pisdir. Stolun üstündə olan onun ürək dərmanını versinlər ki, o, həmin dərmanı qəbul etsin. Onlardan biri də dərmanı götürüb həyat yoldaşı Vəkilə vermişdir. Bundan sonra onlar həmin üzü maskalı şəxslər onun ayağını evdə olan pəncərə pərdəsi ilə əllərini isə lampa piltəsi ilə bağlamnışlar. Vəkilin ayaqlarını və əllərini evdə olan uşağın paltarı ilə bağlamışlar.Vəkilin üzərinə tapança çəkmişlər. Onlardan biri də bıçağı çıxarıb Vəkilin böyrünə dirəmidir ki, pulun qızılın yerini onlar desinlər. Yenə də onları hədələməyə başlamışlar. Həmin vaxt həyat yoldaş Vəkil onlara demişdir ki, onun dolabdan asmış olduğu pencəyinin cibində 2500 manat pulu var, onu götürüb çıxıb getsinlər.Həmin maskalı şəxslər qeyd olunan yerdən pulu götürmüşlər.Yenə də onlardan əl çəkməyib öldürəcəkləri ilə onları hədələməyə başlamışlar.O, da qorxub əl çantasında olan qızılını, yəni bir ədəd 1500 manat qiymətində Rusiya istehsalı olan mirvari boyunbağısının olduğu çantanı onlara göstərmişdir.Həm də həmin çantada 1 ədəd də 100 manat qiymətində Rusiya istehsalı olan üzük də olmuşdur.Onlar həmin qızılları götürmüşlər.Yenə də onlar qızıllar və pul istəmişlər. O da demişdir ki, yoxdur, olan elə bunlardır. Əlində barmağında olan üzüyü çıxarıb onlara vermək istəyəndə onlar bunu istəməmişlər, həmin üzük özündə qalmışdır. Eyni zamanda onlar şkafıda olan kitabların arasına baxaraq oradan gəlini Günelin 2500 manat pulunu və oğlu Elmuradın 2800 manatını, yəni cəmi 5300 manat pulu da götürmüşlər.Bundan sonra onlar oğlu Elmuradın dəmir qutuya yığıb saxladığı 1000 manat xirda pulu da götürüb aparmışlar. Həmin üzü maskalı şəxslər ona təqdim olunsa tanıya bilməz. Onların əlində tapança və 1 ədəd də bıçaq görmüşdür. Ancaq onlar əlləri ilə həyat yoldaşı Vəkili döymüş, onu isə döyməmişlər. Sonra ona məlum olmuşdur ki, onların evinə basqın olunmasına qonşuları İsmayıl istiqamət verib göstərmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, 2012-ci ildə 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Cəzasını çəkmək üçün onu 12 saylı cəza cəkmə müəssisəsinə göndərmişlər. O, həmin yerdə cəza çəkərkən Mingəçevir şəhər sakini X33 ilə elə həmin cəza cəkmə müəssisəsində, yəni 2013-cü ildə tanış olmuşdur. Şahid10 isə 2015-ci ilin aprel- may aylarından tanımışdır. Belə ki, İsmayılın atası Fehruz da o, cəza çəkdiyi 12 saylı cəza çəkmə müəssisəsində adam öldürmə və quldurluq cinayətlərinə görə cəza cəkdiyindən, onunla həmin yerdə tanış olmuşdur.O elə olurdu ki, Fehruzdan borc pul alırdı.Sonra o evlərinə bu barədə bildirirdi, anasıgildə onun ailəsinə həmin pulu qaytarıb verirdilər.O, cəza cəkmə yerindən Azərbaycan Respublikası prezidentinin 18.03.2015-ci il tarixli əfv sərəncamına əsasən azadlığa çıxmışdır.O, həmin cəza cəkmə müəssisəsindən buraxılarkən, həmin yerdə cəza çəkən İsmayılın atası Fehruza 100 manat pul borcu qalmışdır.Oradan çıxandan sonra, Bərdə şəhərinə gəlmiş və 2015-ci ilin aprel ya da səhv etmirsə may ayında, Fehruza borclu olduğu100 manatı elə Bərdə şəhərində İsmayılla görüşüb, ona vermişdir. Onların ilk tanışlıq münasibəti belə yaranmışdır. Bundan sonra İsmayılla onun tanışlığı yaranandan sonra həftədə bir dəfə İsmayıl Bərdə şəhərinə gəlmiş, onlar parkda kafedə oturub söhbət etmişlər. Səhv etmirsə, 2016-cı ilin əvvəllərində yanvar ayında bir dəfə parkda olarkən İsmayıl ona bildirmişdir ki, bir ev var sahibi sələmə pul verir, yaxşı pulu var, ona təklif etmişdir ki, o,İsmayılla həmin evə girib oğurluq etsinlər. O isə İsmayılın bu təklifi ilə razı olmamışdır.Aradan təxminən 10-15 gün keçmiş X47 şəhərinə onlara evə gəlmişdir.Həmin vaxt Araz Məmmədov ona bildirmişdir ki, bəs ona 1000 manat pul lazımdır.O da demişdir ki, o, türmədən təzə çıxmışdır, onun pulu yoxdur.O, həmin vaxt Arazla Bərdə şəhərinə parka gedib, orada kafedə oturub çay içmişlər.Həmin ərəfədə İsmayıl ona özünün ***-***- **-** nömrəli mobil telefonu ilə onun ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub ona bildirmişdir ki, hardadır, o da demişdir ki, parkdadır.Bir az sonra İsmayıl tək olaraq parka Arazla onun yanına gəlmişdir.Orada oturub çay içmişlər.Həmin vaxt Arazla İsmayıl tanış olmuşlar.Araz bildirmişdir ki, İsmayılın 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkən atası Fehruzu da tanıyır.Həmin vaxt Araz özü İsmayıla və ona bildirmişdir ki, bir ev olsa ora girib oğurluq edər.Bu vaxt İsmayıl bildirmişdir ki, onların kəndində bir nəfər sələmə pul verən şəxs var, onun hardasa 20-30 min manat pulu olar. İsmayıl belə deyəndən X48 demişdir ki, həmin evi ona göstərsin oraya oğurluğa girsinlər. İsmayıl da Araza demişdir ki, o, özü evə girməyəcək o, özü kiminləsə evə girəcəksə girsin. Həmin vaxt Arazla o, onlara evə gəlmişlər. İsmayıl isə yaşadığı Soğanverdilər kəndinə çıxıb getmişdir.Həmin günün səhəri Arazı o, Mingəçevirə yola salmışdır. Təxminən 10 gün sonra 2016-cı ilin fevral ayının əvvəllərində Araz, Namillə birlikdə Bərdə şəhərinə gəlmişlər. Həmin vaxt o və qardaşı Orxan parkda kafedə oturub çay içmişlər. Araz həmin vaxt özünün ***-***-**-** nömrəsi ilə onun ***-***-**-** nömrəsinə zəng vurub, ona bildirmişdir ki, o Bərdə şəhərindədir, bankın yanında küçədədir, ona demişdir ki, o, gəlib onu qarşılasın. O da Araza bildirmişdir ki, parkdadır, oraya gəlsin. Araz da Namillə birlikdə bir taksi maşını ilə parka gəlmişlər.Taksi maşını onları düşürüb çıxıb getmişdir. Orada kafedə o, Namil və Araz və bir də qardaşı Orxan oturub çay içmişlər.Həmin vaxt Araz demişdir ki, İsmayıl haradadır? O da demişdir ki, bilmir, yəqin ki, evində olar. Ona Araz demişdir ki, o, İsmayıla zəng etsin gəlib bir çay içsinlər.O da Araza demişdir ki, artıq saat 22 radələridir, gecdir, gəlsin onlara gedib onlarda gecələsinlər sabah üçün İsmayılı çağırıb kafedə oturub çay içsinlər. Həmin vaxt Araz və Namil demişlər ki, İsmayılın yaşadığı kəndə Soğanverdilərə getsinlər və İsmayılla görüşüb söhbət etsinlər.Ona görə, onun VAZ- 21011 markalı 22 -BD-374 nömrəli maşınına Araz, Namil minmişlər. O, maşını idarə etmişdir. Araz maşında qabaq sağ oturacaqda oturmuşdur. Namil isə arxadan oturmişdur.O da maşını idarə edib, Bərdə rayonunun Soğanverdilər kəndinə gəlmişlər. İsmayılı onun maşınına götürmüşlər. Sonra Araz İsmayıla demişdir ki, onlar girəcəkləri evi İsmayıl onlara, yəni Namilə və Araza göstərsin. İsmayıl da ona demişdir ki, elə həmin Vəkilin evi yollarının üstündədir. Həmin yerə tərəf maşınını sürmüş, İsmayıl da həmin evi onlara göstərmişdir. Sonra İsmayıl da onlarla Ağdam dörd yolu deyilən yerə gəlmişdir.Orada bir kafedə onlar oturub çay içmişlər. Orada Araz bildirmişdir ki, o, elə həmin gecə həmin evə oğurluğa girəcəkdir. O da orada Araza İsmayıla, Namilə bildirmişdir ki, bəs ona problem yaratmaq istəyirlər? O, qəti şəkildə Vəkilin evinə onların girməsinə razı olmamışdır. Bundan X48 demişdir ki, onda saxta pullar var gətirsə onu sata bilərmi, yəni dəyişə bilərmi? İsmayıl da bildirmişdir ki, problem yoxdur. Söhbət qurtarandan sonra İsmayıl ona demişdir ki, o onu maşını ilə aparıb Soğanverdilər kəndinə evlərinə düşürsün. O da bundan da imtina etmişdir. Sonra Namil, Araz və o, onlara evə gəlmişlər. Onlar evdə çörək yeyib yatmışlar. Səhər saat 01 radələrində o, Arazı və Namili Bərdə şəhərində Zalan adlı şəxsin pitixanasına aparıb orada onlara piti alıb və sonra da onları Bərdə şəhər avtovağzalına aparıb, Minəçevirə işləyən taksi maşını ilə yola salmışdır.23 fevral 2016-cı il tarixdə təxminən saat 20-21 radələrində ona Araz özünün ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə onun ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng vurub ona bildirmişdir ki, o və İsmayıl təcili Yevlaxa dairəvi kuruq deyilən yerə gəlsinlər orada onu və İsmayılı gözləyir. O da İsmayılın 050-962- 02-55 nömrəli mobil telefonuna özünün ***-***- **-** və ya ***-***-**-** nömrəli telefonlarının hansısa nömrəsinin biri ilə zəng vurub bildirmişdir ki, Araz Yevlaxa gəlib onunla İsmayılı çağırır, gəlsin həmin yerə getsinlər. İsmayıl da bildirmişdir ki, yarım saata onun yanına gəlir. Təxminən yarım saat sonra İsmayıl VAZ- 21015 markalı qara rəngli nömrəsinə fikir vermədiyi Turab adlı şəxsin maşını ilə onun Bərdə şəhərində parkda oldğu yerə gəlmişdir. Orada o, maşında arxa oturacaqda oturmuşdur. İsmayıl isə qabaq sağ oturacaqda oturmuşdur. Turab da maşını idarə edib onları Yevlax şəhərinə dairəvi kuruqun böyründə 24 saat kafe deyilən kafenin yanına aparmışdır. Onlar elə kafedə oturandan sonra Araz ona zəng vurub harada olduğuqlarını soruşmuşdu. O da demişdir ki, kuruqda 24 saat deyilən yerdə kafedədirlər. Bir də görmüşdür ki, Araz, Namil və bir də bir nəfər adını bilmədiyi oğlan kafeyə girmişlər. Onlar, yəni o, Turab, İsmayıl, Araz, Namil və adını bilmədiyi oğlan oturub çay içmişlər. Həmin vaxt Araz bildirmişdir ki, onlar İsmayılın dediyi evə oğurluğa girməyə görə gəliblər.O da bu vaxt stoldan qalxmış və Araza demişdir ki, bu iş dalınca gəlmişdirsə onu niyə oraya çağırmısdır. O, bunu deyib çölə çıxmışdır. Təxminən 1-2 dəqiqqə keçməmiş Araz, Namil, adını bilmədiyi onlarla gəlmiş oğlan,Turab, İsmayıl da çölə çıxmışlar.O, İsmayılı yanına çağırıb ondan 1 manat borc pul istəmişdir ki, taksiyə verib Bərdəyə qayıtsın. Onda pul olmamış, o, Turabdan da pul istəmişdir.Turab da and vermişdir ki, pulu yoxdur. X43 demişdir ki, burada qız var əylənmək istəyirlər .İsmayıl da problem olmadığını qız tapa biləcəyini bildirmişdir. Həmin vaxt Arazgil belə qərara gəlmişlər ki, Bərdə şəhərinə qız yanına gələlər.Həmin vaxt Turabın VAZ- 21015 markalı avtomobilinə onlar oturub, Bərdə şəhərinə gəlmişlər. Bərdə şəhərində 3 N-li parkın qabağına çatanda o, Turaba demişdir ki, maşını saxlasın, o, düşüb evə gedir, işi var. Turab da maşını saxlamış, o, maşından yerə düşmüşdür. Onlar isə çıxıb getmişlər. O, 3 N-li parkın yanında maşından düşərkən artıq saat 21-50 radələri olmuşdur.O, maşından düşüb parka getmişdir. Orada kafedə dostları Əlinin oğlu Elgünü və 2-ci maşın düzəldən Elgün adında oğlanı, çilingər Ruslanı görmüşdür.Onlarla oturub damino oynamışdır.Hardasa gecə saat 02-20 radələrində, artıq 24.02.2016-cı il tarixdə Əlinin oğlu Elgün və maşın təmiri ustası olan Elgün usta Elgünün VAZ- 2107 markalı maşını ilə onu gətirib evlərinə düşürmüşlər.24.02.2016-cı il tarixdə gecə saat 23 radələrində sahə müvəkkili Hikmət onlara evə gələrək, evdən onu soruşmuşdur.O da həmin vaxt Bərdə şəhərində 3 N-li parkda çayxanada olub çay içmişdir.Anası da ona zəng vurub onu polislərin axtardığını demişdir.O da durub gəlmişdir. Ona məlum olmuşdur ki, İsmayılgil sələmə pul verən Vəkilin evinə girib miqdarını bilmədiyi məbləğdə pul götürüblər. Həmin hadisədən əvvəl Araz ona təklif etmişdir ki, o da onlarla birlikdə evə girsin.Ancaq, o, bundan imtina etmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonunun Soğanverdilər kəndində yaşayır. Bayramov Vəkil Əsgər oğlu onun qaynatasıdır.Qaynatası Zərərçəkmiş şəxs1 Bərdə rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur.Bildirir ki, o müəllimə işləyir. Belə ki, o, Ağdam rayonunun Quzanlı 1 qəsbəsində köçkünlər üçün tam orta məktəbində və Bərdə rayonunun Soğanverdilər kənd orta məktəbində ingilis dili müəlliməsi işləyir.Ümumilikdə o, 300 manat əmək haqqı alır.Bildirir ki, 2009-cu ildə ailə həyatı qurmuşdur.Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Birgə nigahdan 2 qız və 1 oğlan övladları var.Böyük qız övladı 2010-cu il təvəllüdlü olub soyadı Bayramlı adı Əsma ata adı isə Elmuraddır.İkinci qız övladı X14r.O, 2011-ci ildə anadan olubdur. Oğlu Bayramlı Vəkil Elmurad oğlu 2014-cü il təvəllüdlür.Bildirir ki, 23 fevral 2016-cı il tarixdə təxminən saat 22 radələrində o və həyat yoldaşı Elmurad Bakı şəhərinə getmək üçün Köçərli dəmir yol stansiyasına getmişlər.Bakıya getməkdə məqsədi həkim müayinəsindən keçmək olmuşdur.Onları kirvələri Murad özünə məxsus Mersedes markalı 90- MP-041 dövlət nömrə nişanlı avtomobili ilə aparmışdır. Onları Köçərli dəmir yol stansiyasından Bakıya yola salmışdır.Bakı şəhərinə gedən zaman qız övladlarını aparıb anası Nailə Bəşirovagilə qoymuşlar.Oğlu Vəkili isə öz evlərində, yəni qaynatası Vəkilin və qaynanası Saranın yanında qoymuşdur.O və Elmurad Bakı şəhərində olan zaman Nəsrəddin Tusi adlı xəstəxanaya gedib həkim müayinəsindən keçmişlər.Onlar xəstəxanada müayinə olunub xəstəxanadan çıxandan sonra həyat yoldaşı Elmuradın xalası Lətafət həyat yoldaşı Elmurada zəng edərək, bildirmişdir ki, evlərinə adam girərək, atasını döyüb evlərindən pul və qızıl ziynət əşyalarını aparıblar.Bu məlumatı o və Elmurad eşidəndən sonra 24 fevral 2016-cı il tarixdə o və həyat yoldaşı birlikdə avtovağzala gedib Bakı şəhərindən Bərdəyə gəlmək üçün yola düşmüşlər.Onlar yolda olan vaxt həyat yoldaşına qohumları zəng edərək atası Vəkilin Bərdə mərkəzi rayon xəstəxanasında olmuş olduğunu bildirmişlər.Onlar Bərdə şəhərində olduqdan sonra Bərdə mərkəzi rayon xəstəxanasında olmuşlar.Xəstəxanada olan zaman qaynatası Vəkilin tibbi müayinə aldığını görmüşlər. Bundan sonra o və həyat yoldaşı Elmuradla Bərdə rayonunun Soğanverdilər kəndində yerləşən evlərinə qayıdıb gəlmişlər.Evdə olarkən giriş qapısı ilə üzbəüz olan pəncərənin şüşəsinin çıxarılmış olduğunu, onların yataq otağında olan əşyaların dağıdılmış olduğunu görmüşlər.Sonra onlar evdə olan əşyaları axtarmağa başlamışlar.Həmin vaxt görmüşlər ki, paltar dolabında olan paltarlar dağıdılmış vəziyyətdədir.Şkafda olan kitabın arasında olan 5300 manat yerində yoxdur.Həmin puldan 2500 manatı ona, 2800 manatı isə həyat yoldaşı Elmurada məxsus olmuşdur.Yataq otaqlarında isə Elmurada məxsus qutudakı 50 qəpik pulların yerində olmadığını görmüşlər.Həmin qəpik pullar 1000 manat olmuşdur.Bundan sonra qaynanası Sara bildirmişdir ki, evə daxil olan 3 nəfər maskalı şəxslər çantadan 1 ədəd onun 1500 manat qiymətində mirvari boyunbağısını, 1 ədəd 100 manat qiymətində qızıl üzüyünü aparmışlar.Bundan başqa həyətlərinin yaxınlığında olan mağazanın 2 ədəd nisyə dəftərini də həmin şəxslər götürüb aparılmışlar.Suala cavab olaraq bildirir ki, həmin pulun 2800 manatı həyat yoldaşı Elmurada, 2500 manatı isə işlədiyi məktəbdən aldığı əmək haqqı olmaqla ona məxsus olmuşdur.Həmin pul əskinazlarının çoxu 100 manatlıq olmuşdur.Bildirir ki, onun 1 ədəd Rusiya istehsalı olan 500 manat qiymətində qızıl boyunbağısı həmin şəxslər tərəfindən aparılmışdır.Suala cavab olaraq bildirir ki, elə bilir ki, hər bir adam ona qarşı belə hərəkətlər etmiş şəxsin kimliyi ilə maraqlanmalıdır ki, axı ona qarşı bu hərəkətlər nəyə görə edilmiş olmasını öyrənsin.Təbiidir ki, onlar də həmin şəxslərin kimliyi və nə məqsədlə onların evinə basqın etməsi ilə maraqlanarkən, onlara polisin araşdırması nəticəsində məlum olmuşdur ki, həmin evlərinə gecə saat 03-30 radələrində daxil olmuş həmin maskalı şəxslər, onların kəndində onlarla qonşu şəraitində yaşayan Fehruzun oğlu İsmayılın göstərməsi və onlarla əlbir olması səbəbindən onların evinə girib bu hadisəni etmişlər.Həmin evə girən şəxslər səhv etmirsə eşitdiyinə görə Mingəçevir şəhərinin sakinləri olmuşlar.Onlardan birinin adının Araz, o birisinin də adının Namil olduğu, 3-cü adamın isə adını bilmədiyindən bu barədə heç nə deyə bilmir.Ancaq onlar evə gecə yarı girib qaynanası Saranı və qaynatası Vəkili öldürəcəkləri ilə hədələyib və həm də onların əl- qolunu bağlayıb həm də qaynatası Vəkili döyərək, onlardan evdə olan pulun və qızılın yerini deməsini tələb etmişlər.Bütün bunları o görməsədə bu barədə qaynatası Vəkil və qaynanası Sara danışarkən o özü həyacanını belə saxlaya bilməmişdr ki, həmin maskalı şəxslər gecənin o vaxtı onların bağrını yarabılar.Suala cavab olaraq bildirir ki, o belə başa düşür ki, İsmayıl onların evində 20-30 min manat pul olmasını həmin yoldaşlarına dediyindən onlarda elə bu niyyətlə onların evinə gecə basqın etmişlər.Suala cavab olaraq bildirir ki, o, hadisə olandan sonra həyacanlı olduğundan tələskənlik edib evdə qızıllarına baxarkən yaxşı baxmamış, elə bilmişdir ki, qızılların hamısı yerindədir.Ancaq aradan 3- 4 gün keçəndən sonra baxıb görmüşdür ki, həmin 1 ədəd qızıl boyunbağı yoxdur.Həmin şəxslər həm də silahlı olublar, onlarda tapança və bıçaq da olmuş, bunları ona qaynatası və qaynanasına bildirmişlər. Şahid10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, həbs olunana qədər Bərdə rayonunun Soğanverdilər kəndində anadan olub, həmin kənddə də yaşamışdır. Onun atası Fehrus 2003-ci ildə törətmiş olduğu cinayətə görə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdir.Atası Fehruz hazırda 12 saylı cəza çəkmə müəssisəsində cəzasını çəkir.O,Şahid5 2015-ci ilin yay aylarından olaraq tanıyır.Turxan da atası Fehruzla 12 saylı cəza cəkmə müəssisəsində bir yerdə cəza çəkmiş olduğundan onların tanışlıq münasibəti yaranmışdır.Turaxan azadlığa çıxandan sonra, yəni 2015-ci ilin yay aylarında o, Turxanın yanına gedib atasının hal- əhvalını, vəziyyətini soruşmuşdur. Elə münasibətləri də ondan yaranmışdır. Onun nə X33, Şahid5, Şahid6, Təqsirləndirilən şəxs və Şahbaz kimi çağırılan , yəni X33gillə gəlib həmin Vəkilin evinə girmiş şəxslə heç bir ədavəti, düçmənçiliyi və qohumluğu yoxdur. O, Şahid6 2015-ci ilin yay aylarından tanımışdır. Belə ki, onun Turabla ilk tanışlığı Turabın hələ həmin vaxt idarə etdiyi VAZ- 2107 markalı avtomobili ilə Bərdə şəhərindən yaşadığı Soğanverdilər kəndinə gedərkən yaranmışdır. Bundan sonra o, Turabın mobil telefon nömrəsini öz mobil telefonunun yaddaşına yazmışdır, nə vaxt o, Turaba taksi kimi harasa getmək lazım olanda zəng vurub çağırmışdır.Turabla onun heç bir ədavəti, düçmənçiliyi və qohumluğu yoxdur. O onu da qeyd edib bildirir ki, Mingəçevir şəhər sakini Araz, Turxanla 2016-cı ilın yanvar ayının axırlarında Bərdə şəhərində 3 N-li məktəbin yaxınlığındakı çayxanaya gəldiyindən o, orada Turxanla Arazın, Namilin oturub çay içdiklərini görmüşdür. Həmin vaxt Turxan onu Arazla, Namillə tanış etmişdir. Sonra o, Arazın mobil telefon nömrəsini götürmüşdür.Hazırda həmin nömrəni unutduğundan bildirə bilmir. Özünün mobil telefon nömrəsi ***-***-**-** olmuşdur.Həmin vaxt ancaq Araz söhbət etmişdir ki, o,Turxanla 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkiblər. Araz da onun atası Fehruzu həmin yerdə cəza çəkdiyini bildirib və bu barədə də söhbət etmişdir. Həmin vaxt oradan onlar çıxıb gedəndən sonra aradan hardasa təxminən 4-5 gün keçərdi ki, Araz ona hal- hazırda unutduğu mobil telefon nömrəsi ilə zəng vurub ona demişdir ki, onunla görüşmək istəyir. O da demişdir ki, Yevlaxda görüşsünlər.Bundan sonra o, Bərdə rayonunun Alaçadırlı kəndində yaşayan tanışı taksi sürücüsü Turaba onun hazırda nömrəsini unutduğu mobil telefon nömrəsinə zəng vurub bildirmişdir ki, gəlib onu yaşadığı Soğanverdilər kəndindən maşınına götürsün. Turab da gəlib onu yaşadığı Soğanverdilər kəndindən kənddən avtomobilinə götürmüşdür.Onlar, yəni o, Turxan Turabın VAZ- 21015 markalı nömrəsini bilmədiyi avtomobili ilə Yevlax şəhərinə Yevlax avtovağzalına kuruq deyilən yerə getmək üçün yola düşmüşlər.Hələ həmin vaxt Arazın onunla nə barədə söhbət edəcəyini konkret olaraq bilməmişdir.Onlar oraya çatandan sonra həmin yerə Araz,Namil və bir nəfər də adını bilmədiyi oğlan, səhv etmirsə Şahbaz deyə çağrılan oğlan gəlib çıxmışlar. Onlar qara rəngli bir maşınla gəlmişlər.Maşının markasına dövlət qeydiyyat nişanına fikir vermədiyimdən bu barədə heç nə deyə bilmir.Belə ki, onlar maşınlarını Bərdəyə gələn yol istiqaməti boyunca özləri isə isə maşınlarını Yevlax istiqamətinə doğru olmaqla saxlamışlar. Onların maşınlarının ara məsafəsi hardasa 35-40 metrdən də çox olmuşdur. Ona görə də o, onların maşınının markasını və dövlət nömrə nişanını görə bilmədiyimdən bu barədə heç nə deyə bilmir.Həmin vaxt Turab, o, Turxan Yevlaxda kuruqda olan bir çayxanaya, həm çayxana və həm də kafe kimi işləyən yerdə olarkən o, Arazın mobil nömrəsinə zəng vurub bildirmişdir ki, onlar yolun əks istiqamətində çayxanadadırlar. Bundan sonra Namil, Araz və Şahbaz kimi çağırılan oğlan, onun, Turxanın, Turabın çayxanaya onların oturduğu yerə yanlarına gəlmişlər.Həmin vaxt 23 fevral 2016-cı il təxminən saat 22-23 radələri olmuşdur.Onlar çayxanada oturmuşlar. Həmin vaxt Turxan çayxanada siqaret olmadığından çölə çıxıb siqaret alıb gəlmişdir.Həmin ərəfədə Turab onların yanından qalxanda demişdir ki, onu bağışlasınlar evdən zəng ediblər o, danışmaq istəyir.Turab da çölə çıxmışdır. Çayxanada içəridə o,, Namil, Araz və bir də Şahbaz kimi adlandırılan oğlan qalmışdır.Həmin vaxt Araz ondan soruşmuşdur ki, onun yaşadığı kənddə faizə pul verən adam varmı? O da demişdir ki, var. Demişdir ki, Vəkil adında şəxsdir faizinə pul verir. Bundan sonra Turxan gəlib çayxanaya onların yanına çıxmışdır.Turxan həmin vaxt onlara bildirmişdir ki, üstlərində pul varsa ona verələr ki,, o evlərinə getməlidir.Həmin vaxt üstlərində pul olmadığından və həm də Arazgil Turxana demişlər ki, onlar Bərdəyə gedirlər işləri var, elə yolüstü onu da evlərinə düşürərlər. Bundan sonra Turabın VAZ- 21015 markalı qara rəngli maşınını Turabın idarə etməsi əsasında maşında qabaq sağ oturacaqda Namil oturmuşdur.Maşında arxada isə Araz, o, Turxan və Şahbaz kimi tanıdığı şəxs oturmuşdur. Onlar hərəkət edib Bərdə şəhərinə çatmışlar. Bərdə şəhərində Füzuli küçəsində Bərdə mərkəzi poçtutunun yanında Turxan maşından düşmüş və demişdir ki, o, onlarla Vəkilin evinə oğurluq məqsədi ilə getməyəcəkdir, bu iş onluq deyil deyib maşından düşüb çıxıb getmişdir.Bundan sonra onlar, yəni Turabın maşını ilə o, Araz, Namil və Şahbaz kimi adlandırılan oğlan birlikdə Bərdə rayonunun Soğanverdilər kəndinə getmişlər.O, Vəkilin yaşadığı evini onlara göstərmişdir.Həmin vaxt Turab heç bilməmişdir ki, ki, onlar oraya oğurluğa girəcəklər. Bundan sonra görmüşlər ki, artıq saat 24 radələridir.Nəzərdə tutmuşlar ki, hələ tezdir, hamı yatandan sonra Vəkilin evinə girib pul , qızıl bu kimi əşyalar götürsünlər.Ona görə də onlar Turabın maşını ilə Ağdam dörd yolu deyilən yerə doğru hərəkət etmişlər ki, vaxt keçsin gedib Vəkilin evinə girsinlər.Elə maşında olarkən ona tanışı Pəri adlı qız zəng vurub ondan harada olmasını soruşmuşdur. O da demişdir ki, Bərdə şəhərinə gedir, dörd yoldadır.Pəri də onun maşına götürülməsini demişdir. O, Pərini dörd yolda olan kafedən maşınına götürmüşdür. Onlar birlikdə Bərdə şəhərinə çayxanaya gəlmişlər.Onlar Bərdə şəhərində Sultan şadlıq sarayının qarşısında yerləşən çayxanada oturub çay içmişlər.X49 mağazaya gedib kolbasa çörək alıb gətirmişlər. Onlar oturub çörək yemişlər.Sonra bir də görmüşlər ki, Pəri maşın çağırmış və həmin maşınla çıxıb getmişdir.Pərinin onların Vəkilin evinə basqın edəcəklərindən heç bir xəbəri olmamışdır.Ona görə ki, ona bu barədə bildirməmişlər. Hardasa 24.02.2016-cı il tarixdə gecə saat 01-30 radələrində onlar Sultan şadlıq sarayının qarşısında olan kafedən qalxıb yenə Turabın idarə etdiyi VAZ- 21015 markalı avtomobilinə minmişlər.Avtomobildə qabaq sağ oturacaqda Namil, arxada sağdan özü, ondan sonra ortada Araz və arxa soldan Şanhbaz kimi bildiyi şəxs oturmuşdur.Onlar gəlib onun kəndinə-Soğanverdilər kəndinə artezanın yaxınlığına çıxmışlar. Maşından Araz, Namil, o və Şahbaz kimi tanıdığım şəxs düşmüşlər.Turabın yanından uzaqlaşandan sonra qara maskanı onlar başlarına geyinib Vəkilin evinə doğru hərəkət etməyə başlamışlar.Artıq həmin vaxt saat 03-30 radələri olmuşdur. Onlar Vəkilin evinin arxası boş şumlanmış sahə olduğundan həmin yerlə onun evinin arxasına gedib çıxmışlar. Onlar evin həyət setkasını arxadan olan yerindən həyətə keçmişlər. Oradan toyuq hininin üstünə çıxıb evin arxadan olan pəncərə şüşəsini çıxarıb evə daxil olmuşlar. Hardasa onlar evə girəndə gecə saat 03-30 radələri olmuşdur. Aradan 40 dəqiqqə keçərdi ki, bir də görmüşdür ki, Araz, Namil və Şahbaz kimi adlandırılan oğlan gəlirlər. Onlardan hansınınsa əlində bir ağ salafan torba olmuşdur.O, həmin vaxt həyacanlı olduğundan həmin salafan torbanın bilavasitə kimin əlində olmasına fikir vermədiyimdən bu barədə dəqiq heç nə deyə bilmir.Onlar piyada olaraq boş şumlanmış sahə ilə hərəkət edib Turabın maşınında oları gözlədiyi yerə gəlib çıxmışdır.Turab maşını işə salmışdır.Maşında qabaq sağ oturacaqda Namil oturmuş, arxadan isə Araz, Şahbaz və o, oturmuşdur. Yolda Namil bildirmişdir ki, Vəkilin evində cəmi 800 manat pul olubdur. O, həmin puldan 200 manatını ona vermişdir. Demişdir ki, 100 manatını da avtomobilin sürücüsü Turaba versin. Həmin vaxt Namil bir ədəd qızıl sep göstərmişdir. Demişdir ki, təkcə qızl bundan ibarət olubdur.Eyni zamanda Vəkilin evindən 50 qəpiklik pullar götürmüş olduqlarını demişdir.Həmin vaxt Namil demişdir ki, onlar Vəkilin evinə giriblər birinci Vəkilin arvadı qışqırıb bağırıb, sonra səsə Zərərçəkmiş şəxs1 gəlib, o, Namilgilə müqavimət göstərmək istəyrkən onu Namilgil döyüb, əl- ayağını bağlayıb və pulu götürüblər. Həmin vaxt hətta Namilin deməsinə görə Vəkilkin arvadı qulağında olan qızıl sırğaları da çıxarıb Namilə vermək istəyrkən onlar həmin qızılları Vəkilin arvadından götürməyiblər. Onlar birlikdə Yevlax rayonuna avtovağzala Turabın maşını ilə gəlmişlər.Orada görmüşlər ki, Namilgili gözləyən maşın orada yoxdur.Həmin vaxt Namil onun ***-***-**-** nömrəli mobil telefonu ilə hansısa nömrəyə zəng vurub harada olduqlarını soruşmuşdur.Həmin şəxsdə telefonda bildirmişdir ki, o, həmin yerdə deyil, Bakıya tərəf gedir, Ucar rayonunu keçib həmin yerə tərəf gəlsinlər.Turab da maşını həmin yerə sürmüşdür. Həmin vaxt Namilin zəng etdiyi şəxs bildirmişdir ki, onlar maşının averenisini yandırıb Yevlaxa tərəf gəlirlər. Onlara demişlər ki, onlar da maşının həmin averennisini yandırıb Bakıya tərəf hərəkət etsinlər.Bu əsada onlar hərəkət edib gedərkən Ucar rayonunun ərazisində qarşılaşmışlar.Turabın maşınından Namil, Araz və bir də Şahbaz kimi adlandırılan şəxs düşüb gedib həmin onları gözləyən avtomobilə minmişlər.Sonra o,və Turab qayıdıb gələrkən, o, Turaba demişdir ki, maşını Bərdə rayonunun Uğurbəyli kəndində yaşayan onun dayısı Elnurgilin evinə sürmüş olsun, ki, o özü orada maşından düşəcəyini bildirmişdir. Onu Turab gətiri Uğurbəyli kəndində dayısı Elnurgilə düşürüb çıxıb getmişdir. Həmin vaxt o elə orada Turaba 100 manat pul vermişdir. Sonra ona səhər saat 08 radələrində polis sahə rəisi Rafiq müəllim zəng edib, onunla görüşmək istədiyini bildirmişdir.O da demişdir ki, Uğurbəyli kəndində dayısı Elnurgildədir. Rafiq də həmin yerə gəlib onu avtomobilinə götürüb, Bərdə rayon polis şöbəsinə gətirmişdir.Sonra o, hadisəni polisə etiraf edib bildirmişdir.Suala cavab olaraq bildirir ki, o, Arazın , Namilin və özünün həmin hadisə yeri üzrə hansı tərzdə hərəkət etmiş olduqlarını göstərə bilər.Suala cavab olaraq bildirir ki, Zərərçəkmiş şəxs1 evindən pul, qızıl nə olardısa əllərinə keçirib götürəcəklərini nəzərdə tutub həmin yerə basqın etmişlər.Hadisə zamanı onda heç bir silah olmamış, ancaq onda oyuncaq tapança olmuş , həmin oyuncaq tapançanı da o, hadisədən əvvəl elə kənddə uşaqların oynadığı yerdən tapıb xoşu gəldiyindən saxlamışdır.O, həmin silahı hadisə ərəfəsində Şahbaz kimi tanıdığı şəxsə vermişdir. Namildə isə cib bıçağı olmuş, o bıçaqla heç kimə xəsarət yetirməmiş, sadəcə olaraq üstündə olmuşdur.Sonra Yevlaxa onlar gedərkən yolda maskaları və oyuncaq tapançanı onlar su axan kanala tullamışlar.O bir daha qeyd edir ki, o, Vəkilin evinə girməmişəm,ancaq çöldə durub onları, Arazı, Namili, Şahbazı gözləmişdir.Həmin yerə onların girəcəyindən sürücü Turabın əvvəlldən məlumatı olmamış, ancaq Arazgil Vəkilin evinə girəndən sonra qayıdıb Turabın maşınına minərkən Turab onların söhbətindən başa düşmüşdür ki, onlar Vəkilin evinə girib onun pulunu qızılını götürmüşlər.Suala cavab olaraq bildirir ki, hadisədən sonra Namilin onlara deməsinə görə onlar evdən cəmi 800 manat və 1 ədəd də qızıl boyunbağı götürmülər.Ola bilsin ki, Namil, Araz, Şahbaz ondan pulun bir hissəsini gizlədib ona deməyərək özlərinə götürmüşlər. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24.02.2016-cı il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonunun Soğanverdilər kəndində Zərərçəkmiş şəxs1 məxsus qızına məxsus fərdi yaşayış evidir. Həmin yaşayış sahəsinin iki taylı dəmir darvazası vardır.Evin ətrafı mişar daşı ilə hasarlanmış vəziyyətdədir.Həmin yaşayış sahəsi kürsülü olub həm də mişar daşından tikilmişdir.Evin qarşısında dəmir çardaq vardır.Həmin evə daxil olmaq üçün 4 pillədən ibarət daşdan hörülmüş pilləkən vardır.Həmin pilləkənlə qalxdıqdan sonra evin dəhlizinə daxil olunur.Evin dəhlizindən sağ tərəfdə mətbəx yerləşir.Mətbəxdən sonra ön hissədə yataq otağı vardır. Həmin otağa daxil olunduqda sağ tərəfdə çarpayı vardır.Evin giriş qapısı ilə üzbəüz olaraq stol və stolun ətrafına da stullar qoyulmuşdur.Evin dəhlizindən sağda 1-ci otaq olan qonaq otağı yerləşir.Həmin otaqda sol tərəfdə mebel dəsti vardır.Mebel dəstinin qarşısında otağın ortasında isə stol və ətrafında da stullar vardır.Otağın sağ tərəfində isə divan yerləşir.Divandan qabaqda sağ tərəfdə mebel dəsti yerləşir.Qonaq otağından sağ qabaq tərəfdə yataq otağı yerləşir. Həmin otağa daxil olduqda sol tərəfdə iki mərtəbəli uşaq çarpayısı vardır.Həmin çarpayının yanında yataq dəsti yerləşir.Otağa daxil olduqda otaqda olan əşyalar yorğan- döşək paltarlar, çantada olan paltarlar dağıdılmış vəziyyətdədir.Baxış zamanı evin dəhlizinin baş tərəfində olan pəncərə şüşəsinin çıxarılmış vəziyyətdə olduğumüəyyən olundu.Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmadı.Hadisə yerinin fotoşəkilləri çəkilərək həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. “Avtomobilə baxış keçirilməsi haqqında” 04.08.2016-cı il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Zərərçəkmiş şəxs1 evinə quldur basqını edilməsi üçün Bərdə rayonunun Soğanverdilər kəndinə X23, Təqsirləndirilən şəxs və qeyrilərinin aparılmasında vasitə rolu oynamış və vət Şahid6 idarə etdiyi, ancaq vət. X29 məxsus Vaz- 21154 markalı 90- RL- 235 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobil maddi sübut kimi tanınaraq, fotoşəkilləri çəkilərək həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə edilmiş və avtomobilin X1 saxlanması təmin edilmişdir. Bərdə rayon polis şöbəsinin 18.04.2016-cı il tarixli məktubundan görünür ki, əməliyyat tapşırıqları əsasında müəyyən edilmişdir ki, 23.02.2016-cı il tarixdən 24.02.2016-cı il tarixə keçən gecə saat 03.30 radələrində Bərdə rayonu Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə X33, Təqsirləndirilən şəxs oğlu və Beyrək və yaxud şahbaz adlı şəxs üzlərində maska daxil olaraq quldurluq hadisəsini törətmişlər. Bərdə rayon polis şöbəsinin 27.05.2016-cı il tarixli 138-8982-1216 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 23.02.2016-cı il tarixdən 24.02.2016-cı il tarixə keçən gecə saat 03-30 radələrində rayonun Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə 1984-cü il təvəllüdlü X33, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və Beyrək və yaxud Şahbaz adlı şəxs üzərlərində maska daxil olaraq quldurluq hadisəsini törətmişlər.Onlar quldurluq hadisəsini törətdikdən sonra onları həmin kənddə gətirmiş Əyyubov Turab Zöhrab oğlunun idarə etdiyi VAZ- 21015 markalı 90- RL- 235 dövlət qeydiyyat nişanlı avtomobillə gizli yollarla Yevlax şəhərinə getmişlər.Yevlax şəhərindən isə onları Yevlax şəhərində gətirib düşürmüş və orada gözləməli olan avtomaşın orada olmadığına görə Şahid10 mobil telefonu ilə onlarla, yəni Jerry markalı, mavi rəngli avtomobili idarə edən 1982-ci il təvəllüdlü X27 oğlu və onun yanında olan Samir və ya Səxavət adlandırılan şəxslə əlaqə saxlayıb Bakı şəhəri istiqamətinə hərəkət ediblər.Ucar rayonunun ərazisində onlar X2 (Səxavətlə) qarş- qarşıya gəldikdən sonra Yengibar Abbasovun idarə etdiyi dövlət qeydiyyat nişanının əvvəli 08 olan mavi rəngli JERRY markalı avtomaşına oturaraq Bakı şəhəri istiqamətinə hərəkət etmişlər.Şahid6 və Şahid10 onları Yevlax rayonuna gətirən avtomaşınla yola saldıqdan sonra Bərdə rayonuna qayıtmışlar.X12 4 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində hal- hazırda cəza çəkir.Bununla belə həmin əməliyyat tapşırığında göstərilən, yəni həmin quldurluq hadisəsi zamanı bilavasitə Zərərçəkmiş şəxs1 evinə girmiş şəxslərdə olmuş əşya odlu silah olan tapança deyil, uşaq oyuncaq tapançası olmuşdur.Həmçinin həmin hadisə zamanı qeyd olunan şəxslərdə olmuş bıçaq cib bıçağı olmaqla onlar həmin əşyalarla Zərərçəkmiş şəxs1 və onun arvadını hədələyib ondan qızıl və pul tələb etməyə başlamışlar.Tərəfimizdən həmin əşyaların və eyni zamanda Zərərçəkmiş şəxs1 evindən quldurluq yolu ilə əldə edilib aparılmış qızıl əşyalarının, pulun müəyyən olunması istiqamətində tədbirlərimiz davam etdirilir.Müsbət nəticə əldə olunduğu halda sizə əlavə olaraq məlumat olaraq bildiriləcəkdir. Pul əskinaslarını depozit hesabına köçürülməsi haqqnda 25.02.2016-cı il tarixli qərardan görünür ki, Şahid6 könüllü olaraq təqdim etdiyi və maddi sübut kimi tanınmış B- 302349211 olan 1 ədəd 50 manatlıq Azərbaycan Respublikasının pul əskinazı, kodları A- 54260057 və A ********* olan 2 ədəd 10 manatlıq Azərbaycan Respublikasının pul əskinazları və kodları D-626785599, C 79658630, E-25058789 olan 3 ədəd 1 manatlıq Azərbaycan Respublikasının pul əskinazları Bərdə rayon polis şöbəsinin maliyyə-plan bölməsinin depozit hesabına köçürülmüşdür. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması barədə” 21.07.2016-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 bildirib göstərməsi əsasında 24.02.2016-cı il tarixdə gecə saat 03-30 radələrində Təqsirləndirilən şəxs, X19 və qeyrilərinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 evinin yuxarı baş tərəfində dəhlizə açılan pəncərənin yuxarı baş hissəsində yerləşən pəncərə şüçəsini həmin yerdən cıxararaq, oradan evin içərisinə girmiş olduqları və həmin yerdən hərəkət edib, evin sol tərəfdən olan otağına daxil olduqları və həmin otaqda olmuş Vəkil Əsgərovun həyat yoldaşı X30 öldürəcəkləri ilə hədələyərək ondan evdə olan qızılın və pulun yerini deməsini tələb etdikləri, həmin evin otağında səs- küy eşidib özünün həmin otağa daxil olduğunu, həmin şəxslərdən birinin əlində uşaq oyuncaq tapançası və digərəndə də bıçaq olmuş olduğunu və onu öldürəcəkləri ilə hədələyib evdə olan pulun və qızıl əşyalarının yerini deməsini tələb etmiş olduqları yerin məhz həmin otaqdan ibarət olmuş olduğu və həmin şəxslərin elə həmin otaqda Zərərçəkmiş şəxs1 döyüb orada olan çarpayının üzərinə yıxmış olduqlarını, Zərərçəkmiş şəxs1 və Bəşirova Sara Əzim qızının əl- qolunu elə həmin otaqda döşəmənin üzərində bağladıqları yerin və evdə olan qızılın və pulun yerini deməsini, deməyəcəkləri halda onları öldürəcəkləri ilə hədələdikləri yerin və onun evindən pulun və qızıl əşyaların götürülmüş olduğu yerin bilavasitə Vəkil Bayramovun göstərməsi əsasında onun evinin sol tərəfdə yerləşən otağında və həmin otağın qapısının evin dəhlizinə açıldığından evin dəhlizinin qarşı tərəfində baş vermiş olduğu müəyyən olunub dəqiqləşdirilərək,həmin yerlərin fotoşəkilləri çəkilərək həmin fotoşəkillər bu barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının 07.03.2016-cı il tarixli 163 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə- tibbi müayinəsi zamanı onun bədəni üzərində aşaşıdakı xəsarətlət- sağ gözyuvasıaltı, sol gözyuvasıaltı, döş qəfəsi nahiyələrinin qançırları vardır.Zərərçəkmiş şəxs1 kliniki müayinəsi zamanı ona aşağıdakı diaqnoz-sol qulaqətrafı və sol gözətrafı sahənin hemotoması, burun əzilməsi qoyulmuşdur.Həmin xəsarətlər küt əşyanın (əşyaların)təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 24.02.2016-cı il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25.06.2020-ci il tarixli 331 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Səfər hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir.Təqsirləndirilən şəxs oğlunda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, 24.02.2016-cı il tarixdə quldurluq əməlini törədərkən öz əməlinə görə cavab vermək, həmin hərəkətlərin faktiki xarakterini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Qaraxanov Namil Səfər oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs Səfər oğlu hal- hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək , ölçüb- biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. “Diskə baxış keçirilməsi haqqında” 09.04.2016-cı il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən 05.04.2016-cı il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** nömrəli mobil telefonun X20 adına olduğu, lakin faktilki olaraq istifadəçisinin Şahid6 olmuş olduğu, ***-***-**-** nömrəli mobil telefonun X5 adına olduğu, faktiki istifadəçisnin Şahid5 olmuş olduğu, ***-***-**-** nömrəli mobil telefonun Şahid1 adına olduğu, faktiki istifadəçisinin isə Şahid10 olmuş olduğu, hadisədən əvvəl və hadisə zamanı da yuxarda qeyd olunan şəxslərin istifadəsində olmuş həmin mobil telefon nömrələrindən istifadə edilmiş olduğu həmin diskə əks olunmuş telefon zəngləri siyahısına bilavasitə baxış zamanı müəyyən olunmuşdur.Belə ki, baxış zamanı vət. Tağıyev İsmayıl Fehruz oğlunun istifadəsində olmuş 050- ***-**-** nömrəli mobil telefondan vət. Şahid6 istifadəsində olmuş ***-***-**-** nömrəsinə 23.02.2016-cı il tarixdə saat 18-13 dəqiqədə;18-19 dəqiqqədə,18-23 dəqiqədə, 18-50 dəqiqədə zənglər olmuş olduğu, abunə sənədləri verilməyən ancaq istintaq sənədləri ilə X8 faktikiki istifadəsində olmuş,yəni Şahid6 anasının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla 23 fevral 2016-cı il tarixdə saat 20-10 dəqiqədə, 21-44 dəqiqədə, 22-08 dəqiqədə, 22-12 dəqiqədə, 22-15 dəqiqədə, 22-39 dəqiqədə, Şahid6 istifadəsində olmuş ***-***-**-** nömrəsinə zənglər olunmuş olduğu müəyyən olunmuşdur.Bundan başqa 24.02.2016-cı il tarixdə saat 08-54 dəqiqədə,saat 02-15 dəqiqqədə, 02-31 dəqiqədə,02-39 dəqiqədə,02- 54 dəqiqədə, vət Şahid1 adına olan, ancaq Şahid10 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefondan vət. Şahid6 istifadəsində olmuş ***-***-**-** nömrəsinə və 24.02.2016-cı il tarixdə saat 03-02 dəqiqədə,03-12 dəqiqədə,03-30 dəqiqədə,03-40 dəqiqədə,03-51 dəqiqədə,04-07 dəqiqədə,07-35 dəqiqədə Şahid6 isdtifadəsində olmuş ***-***-**-** nömrəsindən Şahid10 Fehruz oğlunun istifadəsində olmuş ***-***-**-** nömrəsinə zənglər edilmiş olduğu müəyyən olunmuşdur.Baxışdan sonra həmin 1 ədəd disk kağız zərfə daxil edilmiş, zərfin ağzı bağlanaraq, zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin zərflər üçün 94 nömrəli möhürü vurulmaqla disk zərfdə olmaqla protokola əlavə edilmişdir.Eyni zamanda həmin diskə baxış zamanı diskdə əks olunmuş məlumatlar 25 vərəqən ibarət kağız vərəqi üzərinə köçürülməklə həmin məlumatı əks etdirən 25 vərəqə də protokola əlavə olunmuşdur. “Diskə baxış keçirilməsi haqqında” 09.04.2016-cı il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən 01.04.2016-cı il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı nömrənin Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi ev N- 7, mənzil 21 də yaşayan Məmmədova Səadət Əzizulla qızına məxsus olduğu; ***-***- **-** saylı nömrənin Bərdə şəhəri Babək küçəsi ev N- 29 da yaşayan X10 məxsus olmuş olduğu; 055- ***-**-** saylı nömrənin Bərdə rayonunun Samux kəndində yaşayan Şahid5 məxsus olmuş olduğu ;***-***-**-** saylı nömrənin Bakı şəhəri M.Muxtarov küçəsi ev N 61 də yaşayan X4 məxsus olmuş olduğu; ***-***-**-** saylı nömrənin Mingəçevir şəhəri A.S. Puşkin küçəsi ev 12\2, mənzil 15 də yaşayan X15 məxsus olmuş olduğu, ***-***-**- ** saylı nömrənin Mingəçevir şəhəri H.Əliyev prospekti ev N- 82\1 mənzil 30 da yaşayan X21 məxsus olmuş olduğu, ***-***-**-**, ***-***-**-**; ***-***-**-**-saylı nömrələrin abonetləri hələlik müəyyən olunmadığı, abunə müqavilələri şirkətə daxil olduqda əlavə məlumat veriləcəyi bildirilmişdir.***-***-**-** saylı nömrəyə çıxış zəngləri 13.02.2016-cı il tarixdən ( saat 06-00-dan) daxil olan zənglər 13.02.2016-cı il tarixdən saat ( 06-45 dən ) başlayaraq qeydə alınmış, sonuncu cıxış zəngi 25.02.2016-cı il tarixdə ( saat 10:00 da , sonuncu daxil olan zəng 12.03.2016-cı il tarixdə (saat 22-32- də) olmuşdur.***-***-**-** saylı nömrədən cıxış zəngləri 16.02.2016-cı il tarixdən ( saat 10-31 dən), daxil olan zənglər 13.02.2016-cı il tarixdən ( saat 00-46 dan ) başlayaraq qeydə alınmış, sonuncu cıxış zəngi 11.03.2016-cı il tarixdə ( saat 17: 22 də ) sonuncu daxil olan zəng 12.03.2016cı il tarixdə ( saat 15-21 də) olmuşdur.12.03.2016-cı il tarixdən ( saat 00-40 dan 17.03.2016-cı il tarixədək nömrə birtərəfli bağlı statusunda olmuşdur.***-***-**-** saylı nömrədə cıxış zəngləri 13.02.2016-cı il tarixdən ( saat 10-27 dən), daxil olan zənglər 13.02.2016-cı il tarixdən ( saat 09-07- dən) başlayaraq qeydə alınmış, sonuncu cıxış zəngi 17.03.2016-cı il tarixində ( saat 22-30 da), sonuncu daxil olan zəng 17.03.2016-cı il tarixində ( saat 22-22- də) olmuşdur.***-***-**-** saylı nömrədə cıxış zəngləri 13.02.2016cı il tarixdən ( saat 00-26 dan ) başlayaraq qeydə alınmış,sonuncu cıxış zəngi 15.03.2016-cı il tarixində ( saat 17:03 də ) sonuncu daxil olan zəng 16.03.2016-cı il tarixində ( saat 11:38 də) olmuşdur.***-***-**-** saylı nömrədə cıxış zəngləri 13.02.2016-cı il tarixdən ( saat 00:2 dən), daxil olan zənglər 13.02.2016-cı il tarixdən ( saat 00-06dan) başlayaraq qeydə alınmış, sonuncu cıxış zəngi 16.03.2016-cı il tarixində ( saat 20-42 ) də, sonuncu daxil olan zəng 17.03.2016-cı il tarixində ( saat 23-27 də) olmuşdur.055- ***- **-** saylı nömrədə cıxış zəngləri 13.02.2016-cı il tarixindən ( saat 06-16 dan) daxil olan zənglər 13.02.2016-cı il tarixindən ( saat 00-18- dən) başlayaraq qeydə alınmış, sonuncu cıxış zəngi 25.02.2016-cı il tarixində ( saat 11-33 də), sonuncu daxil olan zəng 02.03.2016-cı il tarixində (saat 00:01-də olmuşdur).***-***-**-** saylı nömrə 13.02.2016-cı il tarixdən 26.02.2016-cı il tarixinədək (saat 01:01 dək) ikitərəfli bağlı statusunda olmuşdur.Nömrədə cıxış zəngləri 26.02.2016-cı il tarixdən ( saat 00-47 dən), daxil olan zənglər 26.02.2016-cı il tarixdən ( saat 01:01 dən) başlayaraq qeydə alınmış, sonuncu cıxış zəngi 17.03.2016-cı il tarixində ( saat 22-42 də), sonuncu daxil olan zəng 17.03.2016-cı il tarixində(saat 21: 57-də) olmuşdur.051- ***-**-** saylı nömrədə cıxış zəngləri 13.02.2016-cı il tarixindən ( saat 00:12 dən), daxil olan zənglər 13.02.2016-cı il tarixindən ( saat 00:05 dən) başlayaraq qeydə alınmış, sonuncu cıxış zəngi 17.03.2016-cı il tarixində ( saat 23-22 də) , sonuncu daxil olan zəng 17.03.2016-cı il tarixində ( saat 23- 20 də) olmuşdur.***-***-**-** saylı nömrə qərarda göstərilən müddət ərzində birtərəfli və ikitərəfli bağlı statuslarda olduğundan nömrədə zənglərə dair məlumatlar qeydə alınmamışdır.Bütün bunlar nəzərə alınaraq ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**- **; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-** – saylı nömrələrin mümkün olan müddət ərzində qeydə alınan daxil olan və cıxış zənglərini, əhatə dairəsinə dair məlumatlarını ( daxil olan və cıxış zənglərinin əhatə dairəsi daxil olmaqla) təqdim edilir.Belə ki, 1 ədəd diskdə əks olunmuş məlumat əsasında 23.02.2016-cı il tarixdə saat 18-10 dəqiqədə, saat 19-25 dəqiqədə; saat 20-08 dəqiqədə,20-46 dəqiqədə;saat 21-05 dəqiqədə, vət.X19 istifadəsində olmuş ***-***-**-** nömrəsindən Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zənglər edilmiş olduğu; 24.02.2016-cı il tarixdə saat 18-20 dəqiqədə, saat 18-23 dəqiqədə, saat 18-26 dəqiqədə,18-29 dəqiqədə,18- 32 dəqiqədə,18-35 dəqiqədə X19 istifadəsində olmuş ***-***-**-** nömrəsindən sonuncunun qeyri rəsmi ər- arvad kimi yaşadığı Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrəsinə zənglər edilmiş olduğu, 25.02.2016-cı il tarixdə saat 2-43 dəqiqədə, 3-18 dəqiqədə Məmmədov Araz Kamal oğlunun istifadəsində olan ***-***-**-** nömrədən Qaraxanov Namil Səfər oğlunun istifadəsində olmuş ***-***-**-** nömrəsinə zənglər edilmiş olduğu müəyyən olunmuşdur.Baxışdan sonra həmin 1 ədəd disk kağız zərfə daxil edilmiş.Zərfin ağzı bağlanaraq zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin zərflər üçün 94 nömrəli möhürü vurulmaqla disk zərfdə olmaqla protokola əlavə edilmişdir.Eyni zamanda həmin diskə baxış zamanı diskdə əks olunmuş məlumatlar 02 vərəqən ibarət kağız vərəqi üzərinə köçürülməklə həmin məlumatı əks etdirən 02 vərəqə də protokola əlavə olunmuşdur. Bununla belə həmin zənglər siyahısına baxışla bir daha müəyyən olunmuşdur ki, X33 23.02.2016-cı il tarixdə istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon onda olmaqla o, 10-45 dəqiqədə 17-56,17-17,17-59,18-02 dəqiqədə Şəmkir şəhərində olmaqla həmin mobil telefonu ilə qeyd olunan yerdən qeyri rəsmi yaşadığı Mingəçevir şəhər sakini Şahid2 ilə, bundan sonra 23.02.2016-cı il tarixdə saat 18-10 dəqiqədə Şəmkir şəhərində olarkən istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Şahid5 oğlunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə də zəng etmiş olduğu, artıq 23.02.2016-cı il tarixdə saat 19-25 dəqiqədə, 19-52 dəqiqədə,20-08 dəqiqədə, Gəncə şəhəri Atatürk prospektindən istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Şahid5 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona zənglər etmiş olduğu müəyyən olunmuşdur.Bundan sonra antenna göstərməsi əsasında X19 23.02.2016-cı il tarixdə saat 20-46 dəqiqədə Goranboy rayonunun Nərimanlı kəndi ərazisindən istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Şahid5 oğlunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng etmiş olduğu, davamlı olaraq 23.02.2016-cı il tarixdə saat 21-05 dəqiqədə istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Yevlax şəhərində Şahid5 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona zəng etmiş olduğu müəyyən olunmuşdur. Bu da istintaq zamanı şahid qismində dindirilmiş X7 hadisə ərəfəsində Təqsirləndirilən şəxs, X19, şəxsiyyətləri istintaqa məlum olmayan Beyrək və Samir adlı şəxslərin onun avtomobili ilə Şəkmir şəhərində olmalarını, sonra Gəncə şəhərinə və oradan da Yevlax şəhərinə gəlib çıxmalarınını ifadəsində göstərdiyi həmin hallarla X19 istifadəsində olmuş ***-***-**-** nömrəsinin antenna göstərməsi əsasında onun əvvəlcə Şəmkir, sonra Gəncə və ən nəhayət Yevlax şəhərindən zənglər etməsi ilə ifadədə göstərilən halların üst- üstə düşüb biri- birini tamamlamış olduğu, yəni artıq 23.02.2016-cı il tarixdə saat 21-05 dəqiqədə X19 Yevlax şəhərinə yolların dairəvi kəsişmə yerinə X13 zəng edib çağırmış olduğu yerdə olmuş olduğunu göstərir.Bununla belə X12 ifadəsində göstərir ki, X33, Təqsirləndirilən şəxs və Beyrək adlı şəxslər onun avtomobilindən Yevlax şəhərində yolların dairəvi kəsişmə yerində düşüb VAZ- 21154 markalı maşına minib gedəndən sonra 3 -4 saata qədər həmin şəxsləri Samirlə avtomobilində oturub gösləmişlər.Bundan sonra isə X33 və Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamaq istəyərkən Samir adlı şəxsin Araz Məmmədovun və Namil Səfərovun mobil telefonlarının elektrik cərəyanı qurtardığına görə elə onların telefonlarını onların olduğu maşına qoyub çıxıb getmiş olduqlarını bildirmişdir.Bu da qeyd olunan şəxslərin hadisə zamanı öz mobil telefonlarından istifadə etməmələrini və ancaq hadisə baş verəndən sonra Təqsirləndirilən şəxs Şahid6 avtomobili ilə hadisə yerindən qayıdarkən onunla əlbir olub cinayət əməli törətmiş Şahid10 istifadəsində olmuş ***-***-**-** nömrəsindən onları gözləyən X7 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng vuraraq harada olmalarını soruşması ilə də öz təsdiqini tapması baxış zamanı bir daha müəyyən olunmuşdur. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının 12.05.2016-cı il tarixli məktubundan görünür ki, Qaraxanov X16 şəhər Psixonevroloji və Narkoloji dispanserlərə müalicə üçün müraciət etməmiş və qeydiyyatda yoxdur. Mingəçevir şəhər mənzil istismar sahəsinin 25.06.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Qaraxanov X16 şəhəri Nəriman Nərimanov prospekti 19\1 , mənzil 33 də anası X26 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında 20.04.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında 20.04.2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmişdir. Bərdə rayon polis şöbəsinin 30.10.2016-cı il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikasının sərhədlərindən kənardadır və onun barəsində həbs qəti imkan tədbiri seçilmədiyi üçün o, Rusiya Federasiyası ərazisində yaşayış yerini sərbəst dəyişərək müxtəlif ünvanlarda gizlənməklə istintaqdan yayınır.Axtarış tədbirlərinin səmərəli keçirilməsi, təqsirləndirilən şəxsin yerinin aşkar edilib tez bir zamanda tutularaq istintaq cəlb edilməsini və onun barəsində dövlətlərarası axtarışı elan olunmasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Bərdə Rayon Məhkəməsinin 16.11.2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin könüllü gələrək özünü təqdim etməsi barədə” 23.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Polis şöbəsinə könüllü gələrək təqsirini boynuna almaqla təslim olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Qaraxanov Namil Səfər oğlu əvvəllər məhkum olunmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, X33 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 13 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20.10.2017-ci il tarixli qərarı ilə 816 VDQ saylı qanunun tətbiqi ilə əlaqədar Şahid10 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3,181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilməklə üzərində 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 29.08.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Vaz- 21154 markalı 90- RL- 235 dövlət qeydiyyat nişanlı avtomobil vət. X24 sahibliyində olmaqla saxlanılır, iş üzrə maddi sübut olan kodu B- 302349211 olan 1 ədəd 50 manatlıq Azərbaycan Respublikasının pul əskinazı, kodları A- 54260057 və A ********* olan 2 ədəd 10 manatlıq Azərbaycan Respublikasının pul əskinazları və kodları D-626785599, C 79658630, E-25058789 olan 3 ədəd 1 manatlıq Azərbaycan Respublikasının pul əskinazları Bərdə rayon polis şöbəsinin maliyyə-plan bölməsinin depozit hesabına köçürülməklə saxlanılır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 29.08.2020ci il tarixli qərardan görünür ki, 16030091 nömrəli cinayət işindən şəxsiyyəti istintaq məlum olmayan naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3,181.2.4 və 181.2.5-ci maddələri başqa cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs1 Əsgər oğlunun məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Bayramova Sara Əzim qızının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ödənilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsinin tələblərinə əsasən Şahid10 və X19 Azərbaycan Respublikası CM-in 181.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli 1(088)-28/2017 nömrəli hökümü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qüuvvəsinə görə preyudisiyal qüvvəyə malik olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yerdən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.10, 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı madəsinin tələbi nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon polis şöbəsinin maliyyə-plan bölməsinin depozit hesabına köçürülmüş cinayət nəticəsində ələ keçirilmiş Şahid6 könüllü olaraq təqdim etdiyi və maddi sübut kimi tanınmış B-302349211 olan 1 ədəd 50 manatlıq Azərbaycan Respublikasının pul əskinazı, kodları A-54260057 və A ********* olan 2 ədəd 10 manatlıq Azərbaycan Respublikasının pul əskinazları və kodları D- 626785599, C 79658630, E-25058789 olan 3 ədəd 1 manatlıq Azərbaycan Respublikasının pul əskinazları zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Eləcə də iş üzrə maddi sübut kimi tanınmış VAZ- 21154 markalı 90- RL- 235 dövlət qeydiyyat nişanlı avtomobilin X1 saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 08 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 23 iyun 2020ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Bərdə rayon polis şöbəsinin maliyyə-plan bölməsinin depozit hesabına köçürülmüş cinayət nəticəsində ələ keçirilmiş Şahid6 könüllü olaraq təqdim etdiyi və maddi sübut kimi tanınmış B-302349211 olan 1 ədəd 50 manatlıq Azərbaycan Respublikasının pul əskinazı, kodları A-54260057 və A ********* olan 2 ədəd 10 manatlıq Azərbaycan Respublikasının pul əskinazları və kodları D- 626785599, C 79658630, E-25058789 olan 3 ədəd 1 manatlıq Azərbaycan Respublikasının pul əskinazları zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılsın. Eləcə də iş üzrə maddi sübut kimi tanınmış VAZ- 21154 markalı 90- RL- 235 dövlət qeydiyyat nişanlı avtomobilin X24 sahibliyində saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar