Məhkəmə qərarları › İş №1(100)-46/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-46/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-46/2023 05.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsill, ailəli, işsiz, Yevlax şəhəri, M.Ə.Sabir küçəsi, ev 56-da qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3.856 qram təmiz çəkidə narkotik vasitə heroini və 2.095 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Gəncə şəhər BPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 38 saylı hərbi şəhərciyin ərazisində saxlanılıb ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ayrı-ayrılıqda şəffaf rəngli sellofan kəsiyi bükümlərində qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 3.856 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni təmiz çəkisi 2.095 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib göstərmişdir ki, o, Yevlax şəhəri, M.Ə.Sabir küçəsi, ev 56-da ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 10 ildən artıqdır ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şpristlə damara vurma yolu ilə daxilə qəbul edir. xx.xx.2021-ci il tarixdə Günay adı ilə tanıdığı əsl adı Mələk olan qadınla cinsi əlaqədə olmaq üçün Yevlax şəhərindən Gəncə şəhərinə gəlmişdir. Dostu Ceyhunla birgə ad gününü qeyd etmək üçün Mələyə məxsus Gəncə şəhəri Kəpəz rayonu, 38 saylı hərbi şəhərcikdə olan mənzilə getmişlər. Həmin mənzildə olarkən mülki geyimdə olan polis əməkdaşları mənzilə daxil olub, onu, dostu Ceyhunu və Mələyi Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Həmin vaxt üzərində spirişə doldurulmuş heroin olmuş, digər hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis idarəsində ona təzyiq göstərib cibinə kokain və metamfetamin qoymuşlar. Etiraf etməyəcəyi təqdirdə dostu Ceyhunu da cinayət məsuliyyətinə cəlb ediləcəkləri və üzərinə qoyulmuş narkotik vasitənin çəkisini artılacaqları ilə hədələmişlər. Polis əməkdaşları tərəfindən edilmiş təzyiq və hədə nəticəsində üzərinə qoyulmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmasını etiraf etmiş və sənədlərə imza etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 4,36 qram heroin və 2,72 qram metafetamin ona məxsus olmamışdır, polis əməkdşları tərəfindən üzərinə qoyulmuşdur.. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını məhkmədən xahiş etmişdir. Əlavə olaraq məhkəməyə bildirmişdir ki, narkotik vasitələri və ya psixotrop maddəni satış məqsədilə əldə etmək, saxlamaq, kiməsə əvəzli və ya əvəzsiz olaraq vermək niyyəti olmamış, heç vaxt belə bir hərəkətə yol verməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Yexlax şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və saxlaması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin X2 daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin rəisinə raportla məruzə olunduqdan sonra tərəfindən“əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və əməliyyat qrupunun üzvləri kimi o özü, eləcə də Kəpəz RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri: polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 müəyyən edilmişlər. Qəbul edilmiş həmin qərar əsasında, onlar Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar. Belə ki, xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, 38-ci Hərbi Şəhərciyin ərazisində tərəflərindən saxlanılmışdır. Onlar həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək saxlanılmasının səbəbini izah etmiş və Təqsirləndirilən şəxs özləri ilə birlikdə təxirəsalınmadan Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmişlər. Bundan sonra o, bu barədə polis orqanının rəhbərliyinə raportla məruzə etmişdir. Burada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi dəvət olunmuşdur. Sonra Müdafiəçi X7, eləcə də onun, polis leytenantı Şahid3, polis leytanantı Şahid2 və polis mayoru Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş altında şəxsi axtarış aparılmışdır. Axtarışdan əvvəl şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-in 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, sonra bu barədə yazılı bildiriş təqdim olunmuşdur. Axtarışa başlamazadan əvvəl təhqiqatçı, polis baş leytenantı Şahid4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı predmet olub-olmaması barədə sual verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə “var” deyərək təsdiq etmişdir. Həmin vaxt təhqiqatçı Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan qanunla qadağan edilmiş predmeti təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan şalvarın ön sol-yan cibindən 01 ədəd sellofan bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisində nə olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sual verildikdə, Təqsirləndirilən şəxs “şüşə” kimi tanınan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin üzərindən heç nə aşkar edilməmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümü sadəcə özü istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin büküm açılmış və içərisində daha iki ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümlər bir-bir açıldıqda birinin içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olması, digərinin içərisində isə qəhvəyi rəngli, toz halında və narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr içərilərində olduqları sellofan bükümlərlə birgə ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Belə ki, heroinə bənzər kütlənin çəkisi 4.36 qram, metamfetaminə oxşar bənzər kütlənin çəkisi isə 2.72 qram təşkil etmişdir. Sonra hər iki kütlə əvvəlki vəziyyətinə qaytarılaraq 01 ədəd zərfin içərisinə qoyulub möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və axtarış iştirakçıları, o cümlədən onun özü tərəfindən imzalarla təsdiq edilmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə saxlanılıb Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilməsi ilə bağlı tanımış, Təqsirləndirilən şəxslə aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində hər hansı məlumat əldə edilməmişdir. Şahid əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məhkməyə düzgün ifadə verməmişdir, özünü müdafiə etmək məqsədi ilə absurd dəlillər irəli sürür, Təqsirləndirilən şəxs saxlanıarkən və çəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən hər hansı təzyiqə, təsirə və ya hədə qorxuya məruz qalmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, 38-ci Hərbi Şəhərciyin ərazisində tərəflərindən saxlanılmışdır. Onunla birgə Ceyhun və ya Mələk adlı şəxs saxlanılıb polis idarsinə gətirilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 və Şahid4 İbrahim oğlu ifadələrində Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, CM-in 234.2-ci maddəsi ilə məhkum olunmuşdur və hazırda 16 saylı cəza çəkmə müəsissəsində cəza çəkir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır onunla dostluq münasibətlərindədir. Uzun müddətdir narkotik vasitələrdən istifadə edir. xx.xx.2021-ci il tarixdə Yevlax şəhərindən Gəncə şəhərinə qonaq gəlmiş dostu Namiqlə görüşüb ad gününü qeyd etmək üçün Namiqin tanışı olan Mələyə məxsus Gəncə şəhəri Kəpəz rayonu, 38 saylı hərbi şəhərcikdə olan mənzilə getmişlər. Həmin mənzildə olarkən mülki geyimdə olan polis əməkdaşları mənzilə daxil olub, onu, dostu Namiqi və Mələyi Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Həmin vaxt Namiq üzərində spirişə doldurulmuş heroin olduğunu, digər hər hansı narkotik vasitə və ya psixotrop maddə olmadığını bildərsə də, polis əməkdşalrı ona təzyiq göstərib, həddə qorxu gəlmişlər və üzərinə heroin və metafetamin qoymuşlar. Ona və Namiqə edilmiş təzyiqlər nəticəsində Namiq polis tərəfindən üzərinə qoyulmuş heroinin və metafetaminin ona məxsus olmasını bildirmişdir. Həmin günü Namiqlə ad gününü keçirmək üçün görüşmüşlər və mənzildə olarkən narkotik vasitə qəbul etməmişlər. Namiqin üzərində narkotik vasitə olmasından hər hansı məlumatı olmamışdır. Polis İdarəsində baxış zamanı üzərindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ifadəsində bildirmişdir ki, o Gəncə şəhəri, 38-ci Hərbi Şəhərcik, bina 387, mənzil 39-da yaşayır və heç bir yerdə işləmir. Əsl adı Mələk olsa da, uşaqlıqdan hamı onu Günay olaraq çağırır, yəni qeyri-rəsmi adı Günaydır. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin iyul ayından tanıyır. Namiqlə aralarında ədavət və düşmənçilikləri olmamışdır, hazırda da yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan bir şəxsdir. Belə ki, Namiq onunla tanışlıq yaradıb ara-sıra yaşadığı evə gələrək onunla görüşürmüş. Həmin müddətdə Təqsirləndirilən şəxs telefonla bir neçə şəxslə həmin şəxslərə narkotik satmaqla bağlı danışırmış. Belə ki, Namiqin danışdığı şəxslər Gəncə şəhərində yaşayan şəxslərdir və Namiq Yevlax rayonundan Gəncə şəhərinə narkotik vasitə satmaq üçün gəlirmiş. Lakin, Namiq onun yanında heç kimə narkotik satmamış və ona bu barədə açıq-aşkar heç nə deməmişdir. O özü Namiqin danışıqlarından başa düşürmüş ki, Namiq narkotik vasitə satır. Əvvəllər Namiq bir neçə dəfə onun evinə gələndə ona da şəxsi istifadə üçün cüzi miqdarda narkotik vasitə verirmiş. Belə ki, o özü də narkotik vasitə istifadəçisidir və barəsində Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi mövcuddur. Sonuncu dəfə Namiq ona Yevlax rayonundan zəng edərək onunla görüşmək üçün gəlmək istədiyini bildirmiş, o isə buna etiraz etməmişdir. Lakin, həmin gün, yəni təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Namiq onun yanına gəlməmişdir. Sonradan ona məlum olmuşdur ki, Namiq onunla görüşə gələrkən yolda polis əməkdaşları Namiqi saxlamış və Namiqin üzərindən narkotik vasitə aşkar edilmişdir. O, ifadəsində həmçinin bildirmişdir ki, öz istifadəsində olan mobil nömrə ***-***-**-**, Namiqin istifadə etdiyi mobil nömrə isə ***-***-**-**-dir. Həmin nömrə başqa şəxsin adına olsa da onun öz istifadəsindədir. O, təxminən beş ildir ki, narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxslə birlikdə olduqları müddətdə Namiq ona əvvəllər narkotik vasitə satışına görə məhkum olunduğunu bildirmiş, həmçinin telefonla kimlərlə isə narkotik vasitə satmaqla bağlı danışırmış. Namiq ona sadəcə olaraq aralarında olan dostluğa, tanışlığa görə narkotik vasitə verirmiş.Belə ki, o, Namiqin narkotik vasitə ilə əlaqəsinin olduğunu bildikdə ona da narkotik vasitə verməsini xahiş etmişdir. Namiq ona bir-iki dəfə narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin vermişdir. Onlar birlikdə həmin narkotik vasitədən qəbul etmişlər, həmin narkotik vasitənin miqdarı yalnız bir dəfə istifadə üçün olan miqdarda olmuş və Namiqin ona narkotik vasitə verdiyi vaxtlar yadında deyil. Bununla yanaşı, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmaq qabiliyyəti olmamış, Namiqin buna taqəti yox imiş və Namiq onunla cinsi əlaqədə olmamışdır. Namiq onun yanına gəlməzdən əvvəl narkotik vasitə gətirəcəyini bildirmirmiş. Namiq sadəcə gələndə ona az miqdarda narkotik vasitə verirmiş. Namiqin sonuncu dəfə gəlişində narkotik vasitə ilə gəlib-gəlmədiyi barədə danışıqları olmamış, bu barədə məlumatı da yox imiş. Bununla yanaşı, Namiq onun yanına tək gəlirmiş. İfadəsində bildirdiklərini Namiqin üzünə deyə bilər, lakin Namiqlə üz-üzə gəlmək istəmir, övladları və özü üçün qorxur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 sentyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixddən hhesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 ay müddətinə yəni, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Təqsirləndirilən şəxs Gəncə şəhrində mütamadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması haaqında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 16/925 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki 2 ədəd iç-içə qoyulmuş sellofan kəsiyi bükümündə təmiz çəkisi 3.856 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” sözləri və imzalar olan kağız paketdəki 2 ədəd iç-içə qoyulmuş sellofan kəsiyi bükümündə təmiz çəkisi 2.095 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli baxış keçirlməsi və “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın ön sol-yan cibindən 01 ədəd sellofan bükülüdə olan “şüşə” kimi tanınan metamfetamin olduğunu bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin üzərindən heç nə aşkar edilmir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümün özünə məxsus olduğunu, belə ki, onu Yevlax şəhərində avtovağzalda yerdən tapdığını, həmin kütlədən heç kimə satmadığını, heç kimə vermədiyini, sadəcə özü istifadə etdiyini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkumluğunun olduğunu, üzərindən aşkar edilmiş kütlədən başqa yerdə saxlamadığını bildirir. Bundan sonra həmin büküm açılır və içərisində daha iki ədəd sellofan büküm aşkar olunur. Həmin bükümlər bir-bir açıldıqda birinin içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olması, digərinin içərisində isə qəhvəyi rəngli, toz halında və narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilir. Bundan sonra həmin kütlələr içərilərində olduqları sellofan bükümlərlə birgə ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilir. Belə ki, heroinə bənzər kütlənin çəkisi 4.36 qram, metamfetaminə oxşar bənzər kütlənin çəkisi isə 2.72 qram təşkil edir. Bundan sonra hər iki kütlə əvvəlki vəziyyətinə qaytarılaraq 01 ədəd zərfin içərisinə qoyulur, möhürlənir, zərfin üzərində qeydlər aparılır və axtarış iştirakçılar tərəfindən qeydlər imzalarla təsdiq edilir. Sonda axtarış iştirakçısı – polis kapitanı Şahid1 tərəfindən şübhəli şəxsə üzərindən aşkar edilmiş kütlələri nə üçün ayrı-ayrı qablaşdırması barədə sual verilir, şübhəli şəxs isə cavabında “qeyd edilən kütlələri birlikdə qablaşdırmaq olmaz” deyə bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Bakcell MMC-dən qeyd edilən məlumatlar 01 ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 4 fayl var. Birinci faylda 05 avqust 2021-ci il tarixdə saat 00:00-dan 05 sentyabr 2021-ci il tarixdə saat 00:00-a qədər olan müddət ərzində ***- ***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, nömrələrin anten dairələrinin siyahısı əks olunmuşdur. İkinci faylda 05 avqust 2021-ci il tarixdə saat 00:00-dan 05 sentyabr 2021-ci il tarixdə saat 00:00-a qədər olan müddət ərzində ***-***-**-** saylı mobil nömrə ilə mobil telefonlar vasitəsi ilə edilmiş giriş və çıxış zənglərin, nömrələrin anten dairələrinin siyahısı əks olunmuşdur. Üçüncü və dördüncü fayllarda isə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə mobil telefonlar vasitəsi ilə giriş və çıxış zəngləri edilmiş nömrələrin sahiblərinin adları, soyadları və ünvanları əks olunmuşdur.Birinci və ikinci fayllarda olan məlumatlara diskin içərisində olan üçüncü və dördüncü fayllarda olan məlumatlar ilə əlaqəli şəkildə baxış zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən mobil nömrələr vasitəsi ilə və həmin nömrələrə edilmiş zənglərin olunduğu mobil nömrələrin əksəriyyəti respublikanın bölgələrində qeydiyyatda olan şəxslərə məxsusdur. Bununla belə, qeyd edilən məlumatlar arasında iş üçün əhəmiyyət kəsb edən zəng aşkar olunmamışdır. Lakin, həmin məlumatlardan müəyyən olunur ki, zənglərin bəziləri, yəni ***-***-**-** saylı mobil nömrəyə və həmin nömrə vasitəsi ilə edilmiş zənglərdən ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 6-da qeydiyyatda olan Rayibə Cəfərovanın adına, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 1A, mənzil 14-də qeydiyyatda olan Nizami Quliyevin adına, ***-***-**- ** saylı mobil nömrə Gəncə şəhəri, N.Nərimanov pr., 3-cü dalan, ev 3-də qeydiyyatda olan Yolçu Allahverdiyevin adına, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, F.Məmmədov küçəsi, ev 24-də qeydiyyatda olan Bəşir Əliyevin adına, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, H.Şəh-38, Xətt -9, ev 6-da qeydiyyatda olan Anar Böyükkişiyevin adına, ***- ***-**-** saylı mobil nömrə Gəncə şəhəri, 4-MİK, ev 16, mənzil 55-də qeydiyyatda olan Təranə Məmmədovanın adına, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 17, mənzil 1-də qeydiyyatda olan Mətanət Quliyevanın adına, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi,2-ci mikrorayon, ev 18, mənzil 51-də qeydiyyatda olan Fəxrəddin Hüseynovun adına, ***-***-**-** sayl mobil nömrə Gəncə şəhəri, X12 küçəsi, ev 35-də qeydiyyatda olan Səbuhi Orucovun adına, ***-***-**-** saylı mobil nömrəyə və həmin nömrə vasitəsi ilə edilmiş zənglərdən ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, 2-ci döngə, ev 13-də qeydiyyatda olan Səbinə Cabbarovanın adına, ***-***-**-** Gəncə şəhəri, Atatürk pr. 237,ev 7, mənzil 33-də qeydiyyatda olan Rahid İbişovun adına, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 89-da qeydiyyatda olan Əli Əliyevin adına, ***-***-**-** saylı mobil nömrə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-mik, ev 18, mənzil 51-də qeydiyyatda olan Fəxrəddin Hüseynovun adına rəsmiləşdirilmişdir. Diskin içərisində olan digər məlumatlar arasında iş üçün əhəmiyyət kəsb edən zəng, antenn dairəsi və başqa məlumat aşkar olunmadığından protokolda qeyd edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən alınaraq cinayət işi materiallarına əlavə edilmiş 1 ədəd CD diskin içərisində olan məlumatlara baxış keçirildikdən sonra həmin məlumatlarda qeyd edilən şəxslərin dindirilməsi üçün tərəfimdən telefon danışıqları aparılaraq protokol tərtib olunmuşdur. Qeyd edilən protokolun məzmunundan görünür ki, Gəncə şəhəri, Vaqif küçəsi, 7-ci dalan, ev 6-da qeydiyyatda olan Rayibə Cəfərovanın adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin, qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamış, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 1A, mənzil 14-də qeydiyyatda olan Nizami Quliyevin adına rəsmiləşdirilmiş ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş və telefon danışığı zamanı Nizami Quliyev qısa vaxt ərzində Gəncə şəhər Baş Polis İdarəsinə gəlib ifadə verəcəyini bildirmiş, Gəncə şəhəri, N.Nərimanov pr., 3-cü dalan, ev 3-də qeydiyyatda olan Yolçu Allahverdiyevin adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş və telefon danışığı zamanı Yolçu Allahverdiyev qısa vaxt ərzində Gəncə şəhər Baş Polis İdarəsinə gəlib ifadə verəcəyini bildirmiş, Gəncə şəhəri, F.Məmmədov küçəsi, ev 24də qeydiyyatda olan Bəşir Əliyevin adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş və telefon danışığı zamanı Bəşir Əliyev qısa vaxt ərzində Gəncə şəhər Baş Polis İdarəsinə gəlib ifadə verəcəyini bildirmiş, Gəncə şəhəri, H.Şəh-38, Xətt -9, ev 6-da qeydiyyatda olan Anar Böyükkişiyevin adına ***- ***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamış, Gəncə şəhəri, 4-MİK, ev 16, mənzil 55-də qeydiyyatda olan Təranə Məmmədovanın adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin, qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamış, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 17, mənzil 1-də qeydiyyatda olan Mətanət Quliyevanın adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin, qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamış, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi,2-ci mikrorayon, ev 18, mənzil 51-də qeydiyyatda olan Fəxrəddin Hüseynovun adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin, qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamış, Gəncə şəhəri, X12 küçəsi, ev 35-də qeydiyyatda olan Səbuhi Orucovun adına olan ***-***-**-** sayl mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş və telefon danışığı zamanı adını Şahid6, ləqəbini isə “Günay” kimi təqdim edən qadın ifadə vermək üçün qısa vaxt ərzində Gəncə şəhər Baş Polis İdarəsinə gələcəyini bildirmiş, Gəncə şəhəri, Şeyx Bahəddin küçəsi, 2-ci döngə, ev 13-də qeydiyyatda olan Səbinə Cabbarovanın adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin, qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamış, Gəncə şəhəri, Atatürk pr. 237,ev 7, mənzil 33-də qeydiyyatda olan Rahid İbişovun adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin, qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamış, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 89da qeydiyyatda olan Əli Əliyevin adına olan ***-***-**-** saylı mobil nömrəyə istifadəmdə olan ***-***-**-** saylı mobil nömrədən zəng edilmiş, lakin, qeyd edilən nömrə işləmədiyindən telefon danışığı baş tutmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1337 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 590 nömrəli Yevlax rayon psixo-nevroloji dispanserinin ayarışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon psixo-nevroloji dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 390 nömrəli Yevlax rayon narkoloji kabinetinin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİNin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, Yevlax rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Rusiya Federasiyası Moskva şəhər Çernatov rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli hökmü ilə RF CM-in 222-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2006-cı il tarixdə RF Kaspiyski şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə RF CM-in 79-cu maddəsinə əsasən, 05 ay 17 gün vaxtından əvvəl şərti azad olunmuş, Yevlax rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.2ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-in 76-cı maddəsinə əsasən, vaxtından əvvəl şərti azad olunmuş, Yevlax rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 317- 2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli Gəncə ŞBPİ NMB-nin əməliyyat-tapşırığına cavab məktbundan görünür ki, Bundan başqa, istintaq zamanı verilmiş əməliyyat tapşırığı əsasında Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin mənbəyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində digər şəxslərlə qabaqcadan əlbirliyinin olub-olmamasını, narkotik vasitə və psixotrop maddə satdığı konkret şəxslərin şəxsiyyətini, o cümlədən "xxxx" MMCdən əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirildikdən sonra şahid qismində dindirilməsi mümkün olmamış yuxarıda qeyd edilən şəxsləri əməliyyat yolu ilə müəyyən etmək mümkün olmasa da, Təqsirləndirilən şəxs həmin maddələri satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatları əldə edilmiş, habelə Təqsirləndirilən şəxs Yevlax rayonundan Gəncə şəhərinə cinsi əlaqədə olmaq üçün yanına gəldiyi şəxsin Şahid6 olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.03. 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 3.806 qram narkotik vasitə olan heroin və 2.045 qram psixotrop maddə olan metamfetamin ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə saxlanca veilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahid X4 məhkəməyə verdiyi ifadələrdə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs cuzi miqdarda heroin olmasına, ondan aşkar edilən narkotik vasitənin və psixotrop maddənin Namiqin üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına, polis əməkdaşları tərəfindən təzyiqə və hədə qorxuya məruz qalmasına, polis əməkdaşlarının onları Mələk adlı şəxsə məxsus mənzildə tutub polis idarəsinə aparmasına dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Sözügedən xüsusat təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, şəxsi axtarış istintintaq hərəkətlərinin protokolu, videoçəkiliş, və işin faktiki halları ilə tamamilə təkzib edilir. Belə ki, məhkəmə istintaqı zamanı elan edilməklə tədqiqi edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Yevlax şəhəri, M.Ə.Sabir küçəsi, ev 56-da ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 10 ildən artıqdır ki, narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini şpristlə damara vurma yolu ilə daxilə qəbul edir. Bir neçə gün əvvəl Yevlax şəhərində Avtovağzalın yaxınlığında yerdən siqaret qutusunun sellofan kəsiyinə bükülü vəziyyətdə “kakos” kimi tanıdığı heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin tapıb istifadəçisi olduğu üçün onların nə olduğunu asanlıqla bilmiş və özü istifadə etmək üçün götürüb cibinə qoymuşdur.xx.xx.2021-ci il tarixdə hər hansı qadınla cinsi əlaqədə olmaq üçün Yevlax şəhərindən Gəncə şəhərinə gəlmişmiş və saat 15 radələrində Gəncə şəhəri Kəpəz rayonu, 38 saylı hərbi şəhərcikdə olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər, eləcə də onu özləri ilə Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-yə gəlmiş və burada xidməti otaqların birində hüquqularını müdafiə etməsi üçün vəkil ilə təmin olunmuş, hüquqları izah olunmuş və vəkil ilə təklikdə söhbət etmişdir. Bundan sonra üzərində polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet və narkotik vasitə varsa təqdim etməsi təklif etdilmiş, o da polis əməkdaşlarına üzərində, yəni əynində olan cins şalvarın sol yan cibində saxladığı 1 ədəd siqaret qutusunun sellofanına bükülmüş “kakos” kimi tanınan narkotik vasitə heroini və “patı” kimi tanınan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin kütlələr aptek tərəzisində çəkilmiş, “kakos”un, yəni heroinin çəkisi 4,36 qram, “patı” kimi tanınan psixotrop maddə metamfetaminin çəkisi isə 2,72 qram olmuşdur. Sorğu zamanı o həmin kütlələri Yevlax şəhərində yerləşən avtovağzalın yaxınlığında küçədən tapdığını, həmin kütlələrdən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılmış, sonra zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. O, ifadəsində həmçinin bildirmişdir ki, Gəncə şəhərinə tək gəlmiş, saxlanılarkən yanında tanıdığı heç kim olmasa da, ətrafda tanımadığı yolla keçən şəxslər olmuşlar. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona hər hansı zorakılıq olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və digər polsi əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs saxlanılarkən və şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən hər hansı təzyiqə, təsirə və ya hədə qorxuya məruz qalmamışdır. xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, 38-ci Hərbi Şəhərciyin ərazisində tərəflərindən saxlanılmışdır. Onunla birgə Ceyhun və ya Mələk adlı şəxs saxlanılıb polis idarəsinə gətirilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 sentyabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və video çəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs özünü təqdim etdiyi heroin və metafetamini təqdim etmiş, təqdim etdiyi narkotik vasit və psixotrop maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Zərf və protokol təqsirləndirlən şəxs və müdafiəçisi tərəfindən imzalanmış, hər hansı etiraz, vəsatət və şikayət daxil olmamışdır. Eyni zamanda məhkəmə X4 ifadəsində göstərdiyi xüsusatlar işin faktiki halları ilə təkzib edildiyindən, inandırıcı ifadə kimi qəbul etmir və təqsirləndirilən şəxsin lehinə verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin, məhkəmə vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham irəli sürmüşdür ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdarda, yəni təmiz çəkisi 3.806 qram narkotik vasitə olan heroin və 2.045 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz əldə edərək üzərində saxlamışdır. Lakin, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin sonuncu tərəfindən qanunsuz olaraq əldə edilməsinin, saxlanılmasının satış məqsədi güddüyü qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitələri satış məqsədilə əldə etməsini, saxlamasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli, raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Təqsirləndirilən şəxs Gəncə şəhrində mütamadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması haqqında olmuşdur. Eyni zamanda istintaq orqanının əsaslandığı xx.xx.2021-ci il tarixli əməliyyat əməliyyat tapşırığını cavab məktubunda yalnız Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddənin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatlarının əldə dilməsi qeyd edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində Namiq Əliyevin ona narkotik vasitəni əvəzsis olaraq verməsini, birlikdə həmin narkotik vasitəni qəbul etmələrini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrində üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. Həmçinin cinayət işinin materiallarında olan məhkəmənarkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1337 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası göstərilənlərə obyektiv hüquqi verərək vurğulayır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması -miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri satış məqsədi olmadan əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə bir daha qeyd edir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs narkotik vasitələri satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və saxladığı narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, sözügedən maddələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi –həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngüllşdirən hal müəyyən edilməmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X6 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1337 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 sentyabr 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X9 05 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 3.806 qram narkotik vasitə olan heroin və 2.045 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 3.806 qram narkotik vasitə olan heroin və 2.045 qram psixotrop maddə olan metamfetamin- məhv edilməlidir, Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32.40 (otuz iki manat qırx qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən X6 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi ejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 3.806 qram narkotik vasitə olan heroin və 2.045 qram psixotrop maddə olan metamfetamin- məhv edilsin Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 32 manat 40 qəpik qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar