Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-46/2025 05.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, X5 və ədliyyə müşaviri X6, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ,ev 36 mənzil 30da qeydiyyatda olmaqla Gəncə şəhəri, Təbriz küçəsi yeni məhəllədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşımaqla saxlamışıdr. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni təmiz çəkisi 2,698 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər 2-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o,xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Alov ticarət mərkəzinin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanda yerləşən Gəncə şəhər 2-ci PŞ-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan təmiz çəkisi 2,698 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində tutulmuş və Gəncə şəhərinə gətirilmişdir. Ona bir qız zəng etmişdir. Həmin vaxt Kəpəz rayonunun ərazisində oğurluq olmuş və o kameralara düşmüşdür. Onu o adla çağırmışlar və Bakcell-in qabağından aparmışlar. Onun üzərinə narkotik vasitə qoymuşlar və ona “bunu götürüb getməlisən” deyilmişdir. O tutulan zaman orada 3 nəfər polis əməkdaşı olmuşlar.Polis əməkdaşları onu vurmuşlar, həmin vaxt onun əli və qolu bağlı olmuşdur. Onun narkotiklə heç bir əlaqəsi olmamışdır. Ona “getməlisən narkotiki götür get” deyilmişdir. Həmin vaxt ona yaxşı hərəkətlər olmamış və “ya bunu götürməlisən, ya da sənə qadın alt paltarı geyindirib videoya çəkəcəyik” deyildiyindən hər şeyi etiraf etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “…o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb köhnə maşın bazarı istiqamətində gedəndə narkotik vasitə tapmışdır. Bundan sonra o saxlanılmış və üzərində şəxsi axtarış keçirilmiş, üzərindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamin aşkar olunmuş,psixotrop maddə elektron tərəzidə çəkilmiş ümumi çəkisi 0,34 qram olmuşdur. Həmin büküm boş zərfdə qablaşdırılmış, üzəri imzalanmışdır. Onun üzərindən aşkar edilmiş metamfetamin ona məxsus olmuş və həmin kütləni həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında yerləşən yolun kənarında avtobus dayanacağında yerdə siqaret qutusunun içərisindən tapmışdır. O heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamış və bu barədə fikri də olmamışdır. O psixotrop maddəni istifadə etdiyi üçün üzərində saxlamışdır. O yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamamışdır. Ona polis idarəsində olan zaman heç bir zor tətbiq edilməmişdir…» Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanımır onunla düşmənçəliyi və ədavəti yoxdur. 2023-cü ilin fevral ayında şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. O, Şahid2 adlı polis əməkdaşı ilə birgə əməliyyat axtarış tədbiri həyata keçirmişdir. «Alov» ticarət mərkəzinin yaxınlığında Xəyal adlı şəxsin narkotik vasitədən istifadə etməsi və üzərində gəzidirlməsi ilə bağlı məlumat olmuş və Xəyal adlı şəxs onlar tərəfindən saxlanılmışdır. Bundan sonra Xəyal adlı şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinə gətirilmişdir. O, 2-ci Polis şöbəsində olan zaman müdafiəçi ilə təmin olunmuş və üzərinə baxış keçirilmişdir. Üzərinə baxış zamanı Xəyalın üzərindən şəffaf sellofana bükülmüş ağ maddə aşkar olunmuşdur. Həmin maddənin nə olması onun yadında deyildir. Həmin vaxt video çəkliş olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs barəsində narkotik və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir.Xəyal «Alov» ticarət mərkəzinin yanında saxlanılmş və 2-ci Polis şöbəsinə gətirilmişdir. Həmin vaxt o, Şahid1la bir yerdə olmuşlar. Təhqiqatçının otağında Xəyalın üzərinə çəklişlə şəxsi axtarış və baxış keçirilmiş küllü miqdarda narkotik maddə aşkar edilmişdir. 20 fevral 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral2023-cü il tarixdə tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-92/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuşdur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və bu zaman Xəyal Məmmdov əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində psixotrop maddəyə oxşar kütlə olan bükülünü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünü haradan alması soruşulmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı küçədə avtobus dayanacağında yolun kənarından tapmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofana bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin sellofan bükümlə birgə ümumilikdə çəkisinin 2,86 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2023-cü il tarixli 16/246 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükülü yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,698 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 957 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 251 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli ********* saylı əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etməsi, kiməsə psixotrop maddə satması, o cümlədən psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmişdir.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 13-57/2-5780/2023 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, və cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, bir sıra əməliyyataxtarış tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs tapşırıqda qeyd edilən pisxotrop maddəni kimdən, hansı məqsədlə alması, psixotrop maddələri kiməsə satıb-satmamasını müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(044)-223/2021 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 06 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 12 gün çıxılaraq üzərində qəti olaraq 02 (ki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-4/2023 saylı qərarından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(044)-223/2021 nömrəli hökmü dəyişdirilmiş, ona CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs hazırki qərarla təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılaraq onun üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 6 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda olmamışdır. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirllməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,598 qram psixotrop maddə olan metamfetamin, cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disk, iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun 2-ci siyahısının 67-ci bəndində metamfetamin adlı psxiotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədinin 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddinin 2 qram olması göstərilmişdir. Təqsirləndirilən şəxs üzərindən isə xx.xx.2023-cü il tarixdə təmiz çəkisi 2,598 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. “AZEMİS” X2 görünür ki, xx.xx.2018 təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Gəncə şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təsirlərə məruz qalması, üzərilərinə narkotik vasitə qoyulması, narkotik vasitənin özünə məxsus olmasına dair ifadə verməyə məcbur edilməsi barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məlumatı əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qeyri-insani rəftara, fiziki zor tətbiqinə və psixololi təsirlərə məruz qalması öz təsdiqini tapmadığından 1079-C-25 nömrəli toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhəri Baş Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 57/2-21576/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilərkən sağ budunda xəsarət olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 24 iyul 2025-ci il tarixli 3-16-17/41/2-5506/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən hər iki aşağı nahiyyədə çoxsaylı xroniki yaralar, sağ qasıq nahiyyəsində bir ədəd şişkinləşmiş xroniki yara aşkar olunmuşdur. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək psxiotrop maddə olan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,598 qram psixotrop maddə olan metamfetamini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1 maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8 № li Qərarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,598 qram psixotrop maddə olan metamfetamini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gəzdirməsi,onun özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsininin və Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olması onun cəzasının yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(044)-223/2021 saylı hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 06 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 12 gün çıxılaraq üzərində qəti olaraq 02 (ki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-4/2023 saylı qərarından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(044)-223/2021 nömrəli hökmü dəyişdirilmiş, o, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs hazırki qərarla təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti “8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 ay azaldılaraq onun üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 6 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4№-li Qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra (şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Buna görə də, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini əvvəlki hökm qanuni qüvvəsini almadan törətdiyindən əməlində cinayətlərin residivi müəyyən edilmir. Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş olduğu başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı iş üzrə təyin ediləcək cəza ilə qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 (altı) gün müddət Azərbaycan Respublikasının CM-in 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmənin əvvəli hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,598 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-də və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)- 4/2023 saylı qərarı ilə təyin edilmiş 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)- 4/2023 saylı qərarı ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının“8 Noyabr-Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılan hissəsi və onun həbsdə saxlandığı 06 (altı) gün müddət hazırkı iş üzrə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,598 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-də və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-46/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-46/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver